Məhkəmə qərarları › İş №2(3-10)-276/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-276/2026

14.05.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-276/2026 14.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 X2rşı “sayğacın cavabdehin hesabına quraşdırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “sayğacın cavabdehin hesabına quraşdırılması” tələbi, ləğv, təmin) Hakimlər X14 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, cavabdeh cavabdeh1 X2 nümayəndələri X3 və X7 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 X2rşı “sayğacın cavabdehin hesabına quraşdırılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 05 fevral 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh “xxxx” X2rşi sayğacın quraşdırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddiaçı İddiaçı məhkəmədən Şəki şəhəri, 20 Yanvar küçəsində yerləşən, abonent kodu 270113 olan “Eksklüziv mağaza” adlı qeyri-yaşayış obyektinə cavabdehin hesabına yeni su sayğacının quraşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı zamanı cavabdeh əsl cavabdeh cavabdeh1 X2 ilə əvəz edilmişdir.

2. Iddia ərizəsi onunla əsaslandırmışdır ki, Şəki şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində ona məxsus Şəki şəhəri, 20 Yanvar küçəsində yerləşən “Eksklüziv mağaza” adlı qeyri-yaşayış obyektinə onun vəsaiti hesabına yeni su xətti çəkilmiş, sayğac quraşdırlmış, kanalizasiya sisteminə qoşulmuş və qeyriyaşayış obyektinə ****** nömrəli abonent kodu verilmişdir. Ötən 4 ilə yaxın müddət ərzində obyektə quraşdırılmış su sayğacı istehlakçı olaraq ondan asılı olmayan səbəblərdən 2 dəfə sıradan çıxmışdır. Hər dəfə Şəki Su Meliorasiya Sistemlərinin Istismarı Idarəsinin əməkdaşları tərəfindən sayğac açılaraq ona verilmiş və öz vəsaiti hesabına onun tərəfindən Bakı şəhərinə müayinəyə göndərilməsi tələb edilmişdir. Müayinələrin nəticəsində sayğac istismara yararsız hesab olunduğundan, fiziki şəxs olmağına baxmayaraq, yenə də onun vəsaiti hesabına obyektə yeni sayğac quraşdırılmışdır. Hətta yeni sayğacın quraşdırılması üçün müayinə aktı tələb edilmişdir ki, həmin aktı da müvafiq vəsait ödəməklə əldə etmişdir. Hazırda su sayğacı yenə də sıradan çıxmış və “ənənəyə” uyğun olaraq yenə onun vəsaiti hesabına müayinəyə göndərilmişdir. Müayinənin nəticəsinə əsasən sayğacda daxili sızma vardır və istismara yararsızdır. Göründüyü kimi, sayğac, istehlakçı olaraq onun təqsirindən sıradan çıxmamışdır. Müvafiq araşdırmalar apardıqdan sonra ona məlum olmuşdur ki, su sayğacı fiziki şəxs olan istehlakçı olaraq onun hesabına deyil, cavabdehin hesabına quraşdırılmalıdır. Iddiaçı, fiziki şəxs olduğundan və fiziki şəxs olan istehlakçıya münasibətdə suölçən cihazların (sayğacın) quraşdırılması STKM-in vəsaiti hesabına həyata keçirilməli olduğundan, eyni zamanda əsassız olsa da, onun vəsaiti hesabına quraşdırılmış su sayğacı onun təqsiri olmadan sıradan çıxdığından mülkiyyətində olan qeyri-yaşayış obyektinə su sayğacının bərpa olunması məhz cavabdeh tərəfindən quraşdırılmalıdır. Hazırkı tələblə onun tərəfindən verilmiş etibarnamə üzrə səlahiyyətlər əsasında qohumu X1 cavabdehə müraciət etmiş və cavabdehin ## #### 2025-ci il tarixli cavab məktubu ilə qeyri-əhali qrupuna aid olan istehlakçı olduğundan yeni sayğacın quraşdırılmasından imtina edilmişdir. Lakin Sudan istifadə Qaydalarında istehlakçılar, əhali və ya qeyriəhali qruplarına deyil, fiziki və hüquqi şəxs olan istehlakçı qruplarına bölünmüşdür. Sözügedən qeyri-yaşayış obyekti ona məxsus olsa da, o, hazırkı dövrdə həmin obyektdə hər hansı kommersiya fəaliyyəti ilə məşğul olmur və vergi orqanında qeydiyyatda deyil (yəni adına VÖEN yoxdur). Bu səbəbdən də məhkəməyə müraciət etmişdir.

3. Şəki Rayon Məhkəməsinin 05 fevral 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (sərdlik edən hakim: Pərvanə Məmmədova) iddiaçı İddiaçı cavabdeh cavabdeh1 X2rşi “sayğacın cavabdehin hesabına quraşdırılması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560-cı maddəsinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ************ nömrəli çıxarışdan görünür ki, Şəki şəhəri, 20 yanvar küçəsində 0.0120 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2024-cü il tarixdə qeydiyyata alınmışdır. - cavabdeh1 X2 tərəfindən iddiaçının etibarnamə ilə nümayəndəsi olan “Tural Ağabəyova” ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, su təchizatı sisteminə suölçən cihazın quraşdırılacağı nəzərdə tutulan Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən əmlak qeyri-yaşayış olan kommersiya obyektidir. Həmin obyektə suölçən cihazın quraşdırılması qeyriəhali qrupuna aid olan istehlakçı kimi sizin hesabınıza keçirilməlidir. Belə ki, “xxxx” X2 X9 Idarəsi (NÖCI) ilə istehlakçı arasında bağlanmış ##.##.2024-cü il tarixli SF- ****/** nömrəli müqavilənin əsas predmeti olan 1.1-ci bəndinə əsasən “Icraçı” sifarişçinin sifarişinə əsasən razılaşdırılmış yerdə, texniki şərtə və layihəyə uyğun olaraq, sayğac quraşdırır. Sifarişçi isə sayğacın və göstərilən xidmətin dəyərini icraçıya ödəməyi öz öhdəsinə götürür. Sayğacın və göstərilən xidmətin dəyəri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan * saylı əlavəsində Tərəflər arasında qiymətlərin razılaşdırılması haqqında protokolda öz əskini tapır. Odur ki, tərəflər arasında bağlanan müqavilənin şərtlərinə uyğun olaraq Şəki şəhəri, 20 yanvar küçəsində yerləşənobyektin qeyri-yaşayış sahəsi olması və qeyri-əhali qrupuna aid istehlakçı olduğuna görə Şəki Su Meliorasiya Sistemlərinin Istismarı Idarəsinin hesabına suölçən cihazın quraşdırılması nəzərdə tutulmur. - Məhkəmənin sorğusuna əsasən ** saylı Ərazi Vergilər Baş Idarəsindən ##.##.2025-ci ildə daxil olmuş məktubdan görünür ki, qeyd edilmiş ünvana müşahidəbaxış keçirilmişdir. Müşahidə baxış zamanı Şəki şəhəri, 20 yanvar küçəsi, yerləşən, “Eksklüziv mağaza” adlı obyektin İddiaçı tərəfindən fiziki şəxs X5 (VÖEN: 3002978122) icaryəyə verildiyi, hazırda, “Arena çayxanası” adlı təsərrüfat subyektinin (obyektin) vergi orqanında 3002978122-30001 kodla qeydiyyata alınaraq fəaliyyət göstərdiyi müəyyən edilmişdir. - Smart-kart tipli su sayğacının laborator yoxlamadan keçirilməsi haqqında araşdırmanın nəticəsində qeyd olunur ki, “Eksklüziv ərzaq mağazası” adlı kommersiya qrupu istehlakçıya aid sayğac ##.##.2025-ci il tarixdə quraşdırılmış, ##.##.2025-ci il tarixə qədər, tez-tez xətaya düşdüyünə, klapan bağlandığına, mexaniki sərfiyyatla elektron sərfiyyat fərqli göstərdiyinə görə sayğac sökülərək laboratoriyaya göndərilməsi üçün abonentə təhvil verilmiş, su xətti birbaşa birləşdirilmişdir. - ****** nömrəli abonent kodlu qeyri-əhali qrupuna aid “Eksklüziv ərzaq mağazası” adlı istehlakçı ilə cavabdeh arasında ##.##.2025-ci il tarixdə “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə” bağlanmışdır.

6. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Iddiaçı İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, o, fiziki şəxs olduğundan və fiziki şəxs olan istehlakçıya münasibətdə suölçən cihazların (sayğacın) quraşdırılması S TKM-in vəsaiti hesabına həyata keçirilməli olduğundan, eynizamanda əsassız olsa da mənim vəsaitim hesabına quraşdırılmış su sayğacı mənim təqsirim olmadan sıradan çıxdığından mülkiyyətimdə olan qeyri-yaşayış obyektinə su sayğacının bərpa olunması məhz cavabdeh tərəfindən quraşdırılmalıdır. Göründüyü kimi Sudan istifadə Qaydalarında istehlakçılar, əhali və ya qeyri-əhali qruplarına deyil, fiziki və hüquqi şəxs olan istehlakçı qruplarına bölünmüşdür. Hazırkı mübahisənin məğzi susərfiyyatının əhali və ya qeyri-əhali qruplarına aid olan abonentlərin tarifinə uyğun hesablanması deyil, məhz həmin sərfiyyatı hesablamaq üçün sayğacın kimin hesabına quraşdırılmasıdır. Birinci instansiya məhkəməsi mübahisəyə düzgün hüquqi qiymət vermək, eyni zamanda bu qəbildən olan işlərlə bağlı yuxarı instansiya məhkəmələrinin təcrübəsini tətbiq etmək əvəzinə iddiadan kənara çıxaraq başqa mövzunu müzakirə etmiş və düzgün olmayan nəticəyə gəlmişdir. Iş materiallarına əlavə etdiyim Şəki Kommersiya Məhkəməsinin, ŞəkiApellyasiya Məhkəməsinin və Ali Məhkəmənin müvafiq qərarlarında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə məxsus qeyriyaşayış obyektinə su sayğacının quraşdırılmasının məhz “xxxx” ASC-nin(əvvəlki adı ilə) hesabına həyata keçirilməsi qeyd edilmişdir. Göründüyü kimi su sayğacının quraşdırılması ilə bağlı artıq məhkəmə presedenti mövcuddur. Məhkəmə qətnaməsində qeyd etmişdir ki,... iddiaçının su sayğacının cavabdehin vəsaiti hesabına dəyişdirilməsini tələb etdiyi ünvan qeyri-yaşayış sahəsi (çayxana, kafe xidmət sahəsi) kimi istifadə olunur və sudan istifadəyə görə ödəniləcək məbləğ “əhali” kateqoriyası üçün müəyyənləşdirilmiş tarifə əsasən deyil, qeyri-əhali, yəni hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün müəyyən edilmiş tarifə əsasən hesablanır. Deməli, buünvanda sudan şəxsi məqsədlər üçün deyil, gəlir əldə edilməsi (kommersiya) məqsədilə istifadə olunur. Məhkəmənin bu arqumenti ilə bağlı bildirirəmki, işin mübahisəsiz halıdır ki, sayağac quraşdırılması tələb olunan obyekt, qeyri-yaşayış sahəsi olmaqla həmin obyektə verilən suyun hesablanması qeyri-əhali qrupuna aid olan abonentlərin tarifi ilə olmalıdır. Bununla bağlı cavabdehlə aramızda hər hansı mübahisə yoxdur və obyekdə su veriləndən bəri onun dəyəriqeyri-əhali qrupuna aid olan abonentlər üçün müəyyən olunmuş tarifi ilə vaxtlı-vaxtında ödənilmişdir. Bu hal indi də belədir, indidən sonra da dəyişməyəcəkdir. Çünki qeyd etdiyim kimi mübahisəli obyekt qeyri-yaşayışsahəsi olmaqla orada kommersiya fəaliyyəti ilə məşğul olunur. Istifadə olunun suyun dəyərinin hesablanması, “S u təchizatı və tullantı sularının axıdılmasıxidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” Azərbaycan RespublikasınınTarif Şurasının müvafiq qərarları ilə tənzimlənir ki, həmin tariflər də hazırkı işin motivi deyil. Bundan başqa, birinci instansiya məhkəməsi qətnaməsində onun vergi orqanında qeydiyyatda olmaması, mübahisəli obyektdə başqa şəxsin kommersiya fəaliyyəti ilə məşğul olması və sair kimi halları qeyd etmişdir. Həmin halların hazırkı iddia tələbi heç bir əlaqəsi yoxdur. Belə ki, sayğac quraşdırılması tələb olunun obyektin mülkiyyətçisi odur, bu səbəbdən də iddia tələbi ilə məhkəməyə o müraciət etmişdir. Iddia ərizəsində onun vergi orqanında qeydiyyatda olmaması göstərməsinə səbəb isə işin məhkəmə aidiyyətinin, yəni iddia tələbinə ümumi və ya kommersiya məhkəmələrində baxılmasının müəyyən edilməsi olmuşdur. Hesabedək ki, sözügedən obyektdə heç kim fəaliyyət göstərmir. Bu zaman cavabdeh tərəfindən verilmiş abonent kodu 270113 olan həmin obyektə su sayğacı quraşdırılmayacaqmı? Qısaca desək birinci instansiya məhkəməsi onun iddia tələbi ilə əlaqəsi olmayan bir iddiaya baxmışdır. Məhkəmə təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, hazırkı işin əsasını təşkiledən Sudan istifadə Qaydalarını düzgün təfsir etməmiş və bunun nəticəsində də düzgün olmayan hüquqi nəticəyə gəlmişdir.

9. Odur ki, Şəki Rayon Məhkəməsinin 05 fevral 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianı təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Iddiaçı İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 X2 nümayəndələri X3 və X7 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 05 fevral 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 560.1-560.2. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadənin xüsusi növüdür. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”: 1.3-cü bənd. Bu Qaydaların heç bir müddəası istehlakçının mənafeyini ağırlaşdıran formada təfsir edilə bilməz. 1.6-1.7-ci bəndlər. STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. Müqavilələr fiziki şəxslərlə bu Qaydaların * nömrəli əlavəsinə, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə isə bu Qaydaların * nömrəli əlavəsi ilə müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Müqaviləyə STKM ilə istehlakçı arasında su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyəti sərhədini müəyyən edən və bu Qaydaların * nömrəli əlavəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilən akt əlavə edilir. 6.5-ci bənd. Istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir.

16. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. 6-cı bənd. Məişət (təsərrüfat)-içməli məqsədlər üçün su ilə təmin olunan istehlakçılar tərəfindən bu sudan müqavilədə göstərilməyən məqsədlər üçün istifadə edilməsi və digər istehlakçılara belə istifadəyə icazə verilməsi qadağan olunur. Maddə 14. 1-ci bənd. Bu maddənin müddəaları o vaxt tətbiq oluna bilər ki, obyektin sahibi tərəfindən su təchizatı müəssisəsinə obyektin su ilə təchizatı barədə sifariş verilmiş olsun və: a) obyekt tamamilə və ya əsasən qeyri-yaşayış binası olsun; b) su təchizatı məişət (təsərrüfat)içməli məqsədlər üçün deyil, digər ehtiyacları ödəmək üçün nəzərdə tutulsun. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” ##.##.2016-cı il tarixli, * №-li Qərarı: 1- 1-ci bənd. Nəzərə alınsın ki, bu qərarın məqsədləri üçün əhali istehlakçı qrupu dedikdə su təchizatı və tullantı sularının axıdılması xidmətindən şəxsi tələbatını ödəmək məqsədi ilə istifadə edən məişət abonentləri başa düşülür.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

21. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

22. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

23. Apellyasiya şikayəti verən iddiaçı İddiaçı Şəki Rayon Məhkəməsinin 05 fevral 2026cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, həmçinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

25. Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslıdır.

26. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Şəki şəhəri, 20 yanvar küçəsində 0.0120 ha iddiaçının mülkiyyətindədir. Iddiaçı həmin yer “Eksklüziv ərzaq mağazası” kimi istismar olunduğunu, bu ünvanda sudan istifadəyə görə hesabatın qeyri-əhali kateqoriyası üçün müəyyənləşdirilmiş tariflə aparıldığını və ödənildiyini etiraf edir. Lakin həmin sahə icarə əsasında başqa vergi ödəyicisi tərəfindən çayxana olaraq istifadədə olduğu, özünün isə vergi ödəyicisi olmadığı aşkardır. Buna görə də həmin ünvandakı nasaz vəziyyətdə olan su sayğacının cavabdehin vəsaiti hesabına dəyişdirilməsini tələb edir. Cavabdeh tərəf isə iddiaçıya məxsus obyektə dair müqavilənin qeyri-əhali kateqoriyasına aid olan şəxslərlə bağlanmış müqavilə formasında olduğunu, ötən müddət ərzində həmin ünvanda mübahisəsiz olaraq qeyriəhali tarifi ilə hesablama aparıldığını və ödəniş edildiyini, iddiaçının bu məsələyə heç vaxt etiraz etmədiyini bildirərək, sayğacların iddiaçının öz vəsaiti hesabına dəyişdirilməli olduğunu iddia edir. Belə ki, iş üzrə müəyyən edilmiş mübahisəsiz hallardan görünür ki, iddiaçının su sayğacının cavabdehin vəsaiti hesabına dəyişdirilməsini tələb etdiyi hər ünvan qeyri-yaşayış sahəsi (çayxana, kafe xidmət sahəsi) kimi istifadə olunur və sudan istifadəyə görə ödəniləcək məbləğ “əhali” kateqoriyası üçün müəyyənləşdirilmiş tarifə əsasən deyil, qeyri-əhali, yəni hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün müəyyən edilmiş tarifə əsasən hesablanır. Deməli, bu ünvanda sudan şəxsi məqsədlər üçün deyil, gəlir əldə edilməsi (kommersiya) məqsədilə istifadə olunur. Məhkəmə bildirir ki, iddiaçı özünü hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs hesab etməməsini vergi ödəyicisi olmaması ilə əsaslandırsa da, məhkəmə bu halı iddia tələbinin təmin edilməsi üçün tutarlı əsas saymır, üstəlik bu hal məhkəmə tərəfindən hüquqdan sui-istifadə kimi qiymətləndirilir. Çünki qeyriyaşayış sahəsi kimi istifadədə olması, ötən müddət ərzində ödənişin hesablanma qaydasının “əhali” kateqoriyasından fərqli aparılması iddiaçı tərəfindən mübahisələndirilməyən obyektlərdə sıradan çıxmış su sayğaclarının məhz həmin sahələrin mülkiyyətçisi olan hazırkı iş üzrə iddiaçının VÖEN-in olmaması səbəbindən cavabdehin vəsaiti hesabına dəyişdirilməsi barədə tələbi təmin etmək hüququn ədalət, mütənasiblik və ağlabatanlıq kimi prinsiplərinə uyğun olmayacaq. Bu tələbin təmin edilməsi həm də məhkəmə tərəfindən mübahisəsiz olaraq müəyyən edilmiş faktiki halların gözardı edilməsi, mübahisənin formal yanaşma sərgilənərək həll edilməsi ilə nəticələnəcəkdir. Iddiaçı qüvvədə olan qanunvericiliyə əsasən özünü fərdi sahibkar saymamaqda haqlı olsa da, bu hal onun mülkiyyətində olan obyektdə sudan istifadənin şəxsi məqsədlər üçün deyil, kommersiya məqsədləri üçün istifadə olunması faktını dəyişdirmir. Deməli, istənilən sayda əmlaka (yaşayış və ya qeyriyaşayış təyinatlı) sahib olub, maddi imkanı kifayət qədər yaxşı olan hər bir şəxs bilərəkdən vergi ödəyicisi kimi qeydiyyata alınmadan həmin əmlakları vergi ödəyicisi olan digər şəxslərin kommersiya məqsədli istifadəsinə verməklə, su istehlakı zamanı yarana biləcək belə xərclərdən kütləvi şəkildə yayına və bu hal kütləvi olduğu təqdirdə isə, cavabdeh tərəfi ağır maddi vəziyyətə sala bilər. Buna görə də hazırkı tələb hüquqdan sui-istifadə sayılmalıdır. Iddiaçının ötən müddət ərzində ünvana dair bağlanmış müqavilə formasını (sahibkarlarla bağlanan müqavilə), habelə hesablamada tətbiq edilən ikiqat tarifi mübahisələndirməyib, məhz sayğac dəyişikliyi zamanı – özü xərc çəkməli olduğu zaman vergi ödəyicisi olmaması məsələsini mübahisələndirməsi də hüquqdan sui-istifadə olmaqla yanaşı, iddiaçının ziddiyyətli mövqeyi kimi qiymətləndirilir. Çünki görünür ki, o, əvvəlcədən bu halı qəbul etmiş, mübahisələndirməmişdir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. Tələbin təmin edilməməsi isə iddiaçının iddia etdiyi kimi sudan istifadə qaydaları ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəaların onun əleyhinə təfsiri deyil, hüquqdan sui-istifadə edilməsinin qarşısının məhkəmə tərəfindən alınması kimi qiymətləndirilməlidir.

27. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

28. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir.

29. Bundan başqa, Sudan istifadə qaydalarının 6.5-ci bəndinə əsasən Istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir.

30. Bundan başqa, Sudan istifadə qaydalarının 6.10-cu bəndinə əsasən Zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. Istehlakçının təqsiri olmadan zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına STKM tərəfindən həyata keçirilir.

31. Göründüyü kimi iddiaçı İddiaçı fiziki şəxs olduğundan məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslıdır.

32. Odur ki, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 05 fevral 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Iş üzrə Şəki Rayon Məhkəməsinin 05 fevral 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 X2rşı “sayğacın cavabdehin hesabına quraşdırılması” tələbinə dair iddia ərizəsi təmin edilsin. Şəki şəhəri, 20 Yanvar küçəsində yerləşən abonent kodu 270113 olan “Eksklüziv mağaza” adlı qeyri-yaşayış obyektinə cavabdehin hesabına yeni su sayğacı quraşdırılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar