Məhkəmə qərarları › İş №2(3-10)-279/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-279/2026

29.04.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad İş № 2(3-10)-279/2026 29.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şәki şәhәri Hakim Kәrimov Əyyub Vaqif oğlunun sәdrliyi vә mәruzәsi ilә, hakimlәr Hüseynov Elçin Şirin oğlu vә Sadiqov Zülfüqar Əhmәd oğlundan ibarәt tәrkibdә, X5 oğlunun katibliyi, Cavabdeh cavabdeh1 iştirakı ilә, Ağsu Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsindәn iddiaçı İddiaçı tәrәfindәn verilmiş apellyasiya şikayәtinә әsasәn işә açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә kollegiyası Müəyyən e t d i: Iddiaçı İddiaçı cavabdehlәr Şiralıyeva Yeganә Şiralı qızına, cavabdeh1 vә cavabdeh3 qarşı “müqavilәnin etibarsız hesab edilmәsi” tәlәbinә dair iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk Ağsu Rayon Dövlәt Notariat Kontorunda X12 tәrәfindәn Şiraliyeva Yeganә Şiralı qızına verilmiş *E/**-*** saylı ##.##.2005-ci il tarixli etibarnamәnin etibarsız hesab olunmasına dair qәtnamә qәbul edilmәsini xahiş etmişdir. Iddia tәlәbi onunla әsaslandırılmışdır ki, cavabdehlә etibarnamә әsasında X12 adından çıxış edәn Şiraliyeva Yeganә Şiralı qızı arasında ## #### 2007-ci il tarixdә Ağsu rayon Dövlәt Notariat Kontorunda torpaq sahәsinin alqı-satqısına dair müqavilә bağlanmış vә hәmin müqavilәyә әsasәn X12 mәxsus olan Ağsu rayonu Növcü kәndindә yerlәşәn 5,03 ha torpaq sahәsi tәrәfindәn satın alınmışdır. Hәmin alq-satqı müqavilәsi Ağsu rayon Dövlәt Notariat Kontorunda 4Ə\01-*** nömrәsi ilә reyestrdә qeydә alınmışdır. ## #### 2007-ci il tarixdәn hal-hazıra kimi hәmin torpaq sahәsindәn o istifadә etmişdir. Bu vaxta kimi bir neçә dәfә torpaq sahәsi üzәrindә hüquqlarının dövlәt qeydiyyatına alınması üçün şifahi olaraq müvafiq orqanlardan, vәtәndaşlardan maraqlanmış vә hüquqlarının qeydiyyata alınması üçün müәyyәn vәsait tәlәb olunduğu bildirilmiş vә o da bu sәbәbdәn maddi vәziyyәti ilә әlaqәdar hüquqlarını qeydiyyata aldıra bilmәmişdir. Bu müddәt әrzindә dә hәmin torpaq sahәsindә hüquqlarının dövlәt qeydiyyatına alınmaması ona maneçilik törәtmәmiş, hәr il torpaq sahәsi tәrәfindәn istifadә olunaraq, әkilib-becәrilmiş, dövlәt tәrәfindәn dә әkinә görә müәyyәn subsidiyalar alınmışdır. Lakin, ötәn ildәn torpaq sahәsindә әkin işlәri aparılması üçün subsidiya alınmasına görә torpaq sahәsinә dair Çıxarış tәlәb olunmağa başlandı vә o, subsidiya alınması mәqsәdilә Çıxarış alınması üçün cavabdeh tәşkilata müraciәt etmişdir. Lakin, cavabdeh AR Iqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri publik hüquqi şәxsin ** saylı Şamaxı Ərazi Idarәsi tәrәfindәn ##.##.2022-ci il tarixli, ************ nömrәli mәktubla onun müraciәti tәmin edilmәmiş vә bildirilmişdir ki, alqı-satqı müqavilәsinә әsasәn әldә etdiyi 5,03 ha torpaq sahәsi başqa şәxslәrin adlarına dövlәt qeydiyyatına alınmışdır. Hәmin vaxtdan sonra ona mәlum olmuşdur ki, alqı-satqı müqavilәsinә әsasәn әldә etdiyi 5,03 ha torpaq sahәsinә X12 vәrәsәlәrinin adına Çıxarış verilmişdir. Bundan sonra o tәkrarәn Ağsu rayonu Növcü kәndindә yerlәşәn 5,03 ha torpaq sahәsinә dair X12 vәrәsәlәrinin adına verilmiş Çıxarışın lәğv edilmәsi vә onun hәmin torpaq üzәrindә mülkiyyәt hüquqlarının dövlәt qeydiyyatına alınmasına dair cavabdeh tәşkilata müraciәt etmişdir. Lakin, cavabdeh AR Iqtisadiyyat Naziriiyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri publik hüquqi şәxsin ** saylı Şamaxı Ərazi Idarәsi tәrәfindәn ##.##.2022-ci il tarixli, ************ nömrәli mәktubla onun müraciәti tәmin edilmәmişdir. Bundan sonra onun tәrәfindәn Ağsu rayonu Növcü kәndindә yerlәşәn 5,03 ha torpaq sahәsinә dair X7 vәrәsәlәrinin adına verilmiş Çıxarışın lәğv edilmәsi vә onun hәmin torpaq üzәrindә mülkiyyәt hüquqlarının dövlәt qeydiyyatına alınmasına dair iddia әrizәsi ilә ##.##.2022-ci il tarixdә Şәki Inzibati Mәhkәmәsinә müraciәt etmişdir. Şәki Inzibati Mәhkәmәsindә işә baxılarkәn İddiaçı ona qarşı “alqı-satqı müqavilәsinin etibarsız hesab edilmәsi” tәlәbinә dair Ağsu rayon mәhkәmәsindә iddia qaldırmış vә bu sәbәbdәn hәmin iddia tәlәbinә baxılıb yekun qәrar verilәnә qәdәr Şәki Inzibati Mәhkәmәsindә icraat dayandırılmışdır. Ağsu rayon mәhkәmәsinin ##.##.2023-cü il tarixli qәtnamәsi ilә İddiaçı ona qarşı “alqı-satqı müqavilәsinin etibarsız hesab edilmәsi” tәlәbinә dair iddiası tәmin edilmәmişdir. Hәmin qәtnamәdәn İddiaçı tәrәfindәn apellyasiya şikayәti verilmiş vә Şәki Apellyasiya Mәhkәmәsinin ##.##.2023-cü il tarixli qәtnamәsi ilә apellyasiya şikayәti tәmin edilmәmiş, Ağsu Rayon Mәnkәmәsinin ##.##.2023-cü il tarixli qәtnamәsi qüvvәdә saxlanılmışdır. Hәmin qәtnamә qanuni qüvvәsini aldıqdan sonra Şәki Inzibati Mәhkәmәsindәki icraatı dayandırılmış iddia üzrә işә baxılması davam etdirilmiş vә Şәki Inzibati Mәhkәmәsinin ## ##### 2024-cü il tarixli qәrarı ilә onun iddiası tәmin edilmiş, Ağsu rayonu Növcü kәndindә yerlәşәn 1.4011 vә 3.6248 ha torpaq sahәlәri üzәrindә JN **** saylı Dövlәt Aktı әsasında İddiaçı vә qeyrilәrinin ümumi birgә mülkiyyәt hüququna dair aparılmış qeydiyyatın, onun әsasında verilmiş Çıxarışların (2922004929 vә ********** qeydiyyat nömrәli, ##.##.2022-ci il qeydiyyat tarixli) lәğv edilmәsi, hәmin torpaq sahәlәri üzәrindә cavabdeh1 mülkiyyәt hüququnun qeydә alınaraq Çıxarışın verilmәsi öhdәliyinin cavabdeh AR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri publik hüquqi şәxsin ** saylı Şamaxı Ərazi Idarәsinin üzәrinә qoyulması qәrara alınmışdır. Hәmin Qәrar qanuni qüvvәsini aldıqdan sonra Şәki Inzibati Mәhkәmәsi tәrәfindәn icra edilmәsi üçün ** saylı Şamaxı Ərazi Idarәsinә göndәrilmiş, lakin ** saylı Şamaxı Ərazi Idarәsi tәrәfindәn ##.##.2024-cü il tarixli mәktubla mәhkәmәyә cavab verilmişdir ki, idarә tәrәfindәn qәrarın ##.##.2022-ci il tarixli, ********** nömrәli vә ##.##.2022- ci il tarixli, ********** qeydiyyat nömrәli Çıxarışların lәğv edilmәsi hissәsindә tәmin edilmiş, Ağsu rayonu Növcü kәndindә yerlәşәn 5,03 ha torpaq sahәsi üzәrindә cavabdeh1 mülkiyyәt hüququnun qeydә alınması mümkün olmamışdır. Sonradan onun tәrәfindәn mәhkәmәnin qәrarının icra olunmaması ilә bağlı müxtәlif dövlәt orqanlarına yazdığı şikayәtlәrә cavab olaraq onun ünvanına AR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri publik hüquqi şәxs tәrәfindәn ##.##.2024-cü il tarixli mәktub göndәrilmiş vә hәmin mәktubda bildirilmişdir ki, Şәki Inzibati Mәhkәmәsinin ## ##### 2024-cü il tarixli qәrarı icra üçün ** saylı Şamaxı Ərazi Idarәsinә daxil olarkәn mәlum olmuşdur ki, mübahisәlәndirilәn torpaq sahәlәri üzәrindә mәhdudiyyәt olmadığı üçün İddiaçı tәrәfindәn notariat qaydasında bağlanmış elektron alqı-satqı müqavilәlәrinә әsasәn hәmin daşınmaz әmlaklar digәr şәxslәrin adına özgәninkilәşdirilmiş vә bu sәbәbdәn hәmin torpaq sahәlәri üzәrindә onun mülkiyyәt hüququnun bәrpası mümkün olmamışdır. Bundan sonra tәrәfindәn torpaq sahәsi üzәrindә mülkiyyәt hüquqlarının dövlәt qeydiyyatına alınmaması barәdә müxtәlif dövlәt orqanlarına şikayәt әrizәsi yazılmış vә hәmin şikayәt әrizәlәri tәdbir görülmәsi üçün Şәki Inzibati Mәhkәmәsinә göndәrilmişdir. ##.##.2024-cü il tarixdә Şәki Inzibati Mәhkәmәsindә mәhkәmә qәrarının icra edilmәmәsi mәsәlәsinә baxılarkәn müәyyәn olundu ki, İddiaçı tәrәfindәn mübahisәli torpaq sahәlәri (1.4011 ha vә 3.6248 ha) ##.##.2023-cü il tarixli alqı-satqı müqavilәlәri әsasında X6, 12 gündәn sonra, yәni ##.##.2023-cü il tarixli bağışlanma müqavilәlәri әsasında hәmin torpaq sahәlәri X6 tәrәfindәn X8 bağışlanmışdır. 8 gündәn sonra yәni, ##.##.2024-cü il tarixli alqı-satqı müqavilәsi ilә 1.4011 ha torpaq sahәsi X8 tәrәfindәn X3, ##.##.2023-cü il tarixli alqı-satqı müqavilәsi ilә 2 ha torpaq sahәsi X8 tәrәfindәn X2 vә ##.##.2024- cü il tarixli alqı-satqı müqavilәsi ilә isә 1.6248 ha torpaq sahәsi X8 tәrәfindәn X9. Şәki Inzibati Mәhkәmәsi tәrәfindәn hәmçinin müәyyәn edilmişdir ki, “X12 vәrәsәlәrinin adına verilmiş Çıxarışların lәğv edilmәsi vә onun hәmin torpaq üzәrindә mülkiyyәt hüquqlarının dövlәt qeydiyyatına alınması”na dair iddia tәlәbi üzrә inzibati işin mәhkәmәnin icraatında olduğu ## ###### 2022-ci il tarixindәn yekun mәhkәmә aktı qәbul olunduğu ##.##.2024-cü il tarixinәdәk olan müddәt әrzindә mübahisәli torpaq sahәsinә dair Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri publik hüquqi şәxsin ** saylı Şamaxı әrazi Idarәsi tәrәfindәn qanunsuz olaraq yuxarıda qeyd olunan hәrәkәtlәr hәyata keçirilmiş vә bütün bunlara әsasәn Şәki Inzibati Mәhkәmәsinin ##.##.2024-cü il tarixli qәrardadı ilә Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri publik hüquqi şәxsin ** saylı Şamaxı Ərazi Idarәsi 500 manat miqdarında cәrimә edilmişdir. Göründüyü kimi, torpaq sahәlәri mübahisәli olduğu vә mәhkәmәlәrdә hәmin mübahisә üzrә işә baxıldığı halda torpaq sahәlәri üzәrindә bir neçә alqı-satqı vә bağışlanma müqavilәlәri bağlanaraq özgәninkilәşdirilmişdir. Hәmin alqı-satqı vә bağışlanma әmәliyyatları aparılarkәn hәm alıcılar, hәm dә satıcılar torpaq sahәlәrinin mübahisәli olduğunu әvvәlcәdәn bilirdilәr. Belә ki, İddiaçı vә qeyrilәri ilә X6 arasında mübahisәli torpaq sahәlәrinә (1.4011 ha vә 3.6248 ha) dair ##.##.2023-cü il tarixli alqı-satqı müqavilәlәri bağlanan zaman hәm satıcı İddiaçı vә qeyrilәri vә hәm dә alıcı X6 alqısatqı predmeti olan torpaq sahәsinin mübahisәli olduğunu bilirdilәr. Belә ki, hәmin vaxt İddiaçı tәrәfindәn ona qarşı mübahisәli torpaq sahәlәrinә dair ## #### 2007-ci il tarixli alqı-satqı müqavilәsinin etibarsız hesab edilmәsinә dair iddia tәlәbi üzrә mәhkәmәdә işә baxılırdı, hәmçinin dә onun tәrәfindәn qaldırılmış İddiaçı vәrәsәlәrinin adına verilmiş Çıxarışın lәğv edilmәsi vә onun hәmin torpaq üzәrindә mülkiyyәt hüquqlarının dövlәt qeydiyyatına alınmasına dair iddia tәlәbi üzrә Şәki Inzibati Mәhkәmәsinin icraatında işә baxılırdı. Hәr iki mәhkәmә işlәrindәn İddiaçı vә qeyrilәrinin mәlumatı olmuş vә hәr iki mәhkәmәnin gedişatında iştirak etmişlәr. X6 isә Ağsu rayonu Növcü kәndindә bir neçә torpaq sahәsi var, kәndә bәlәd şәxsdir vә aldığı torpaq sahәlәrinin mübahisәli olduğu barәdә mәlumatı olmuşdur. Digәr alqı-satqı vә bağışlanma müqavilәlәri bağlanan zaman da müqavilә tәrәflәrinin hamısının da hәmin torpaq sahәlәrinin mübahisәli olmasından mәlumatı olmuşdur. Belә ki, torpaq sahәlәrinә dair ##.##.2023-cü il tarixli bağışlanma müqavilәlәri bağlanan zaman da X6 vә X8 torpaq sahәlәrinin mübahisәli olmasından artıq mәlumatları var idi vә necә olur ki, alqı-satqı müqavilәlәri bağlandıqdan 12 gün sonra, yәni ##.##.2023-cü il tarixdә X6 hәmin torpaq sahәlәrini yaxın qohumu olan X8 bağışlayır. X1 12 gündәn sonra hәmin Torpaq sahәlәrini qohumuna bağışlayacaqdısa, nәyә görә tәlәsik olaraq alqı-satqı müqavilәsindәn sonra xәrc çәkәrәk torpaq sahәlәrinә dair öz adına Çıxarışlar almış, xәrc çәkәrәk bağışlanma müqavilәlәri bağlanmışdır. Əlavә olaraq da bağışlanmadan 8 gün sonra, yәni ##.##.2023cü il tarixdә mübahisәli torpaq sahәsinin 1.4011 ha hissәsini digәr şәxsә satmışdır. Bütün bunlar mübahisәli torpaq sahәlәrinә dair bağışlanma müqavilәlәrinin dә formal olaraq, mәsәlәni daha da qәlizlәşdirmәk, mәsәlәyә qanuni don geyindirmәk mәqsәdilә bağlanmışdır. Digәr alq-satqı müqavilәlәrinin alıcıları olan X3, X2 vә X9 rayonu Növcü kәndindә yaşayırlar, hәm İddiaçı, hәm dә cavabdeh1 yaxından tanıyırlar vә onların arasında aldıqları torpaq sahәlәrinә dair mübahisә olduğunu bilirdilәr. Lakin, bütün bunlara baxmayaraq, onlar tәrәfindәn alqı-satqı müqavilәlәri bağlanmış vә müvafiq Çıxarışlar alınmışdır. Bundan әlavә, Ağsu rayon mәhkәmәsinin ##.##.2023-cü il tarixli qәtnamәsi ilә X12 ilә cavabdeh1 arasında bağlanmış ## #### 2007-ci il tarixli alqı-satqı müqavilәsi qanuni hesab edilmiş vә Şәki Inzibati Mәhkәmәsinin ##.##.2024-cü il tarixli, 2-1(116)- **/**** saylı Qәrarı ilә Ağsu rayonu Növcü kәndindә yerlәşәn 1.4011 vә 3.6248 ha torpaq sahәlәri üzәrindә JN **** saylı Dövlәt Aktı әsasında İddiaçı vә qeyrilәrinin ümumi birgә mülkiyyәt hüququna dair aparılmış qeydiyyat, onun әsasında verilmiş Çıxarışlar (2922004929 vә ********** qeydiyyat nömrәli, ##.##.2022-ci il qeydiyyat tarixli) lәğv edilmiş, hәmin torpaq sahәlәri üzәrindә cavabdeh1 mülkiyyәt hüququnun qeydә alınaraq Çıxarışın verilmәsi öhdәliyi AR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri publik hüquqi şәxsin ** saylı Şamaxı Ərazi Idarәsinin üzәrinә qoyulmuşdur. Göründüyü kimi, İddiaçı vә qeyrilәrinin ümumi birgә mülkiyyәt hüququna dair aparılmış qeydiyyat, onun әsasında verilmiş Çıxarışlar (2922004929 vә ********** qeydiyyat nömrәli, ##.##.2022-ci il qeydiyyat tarixli) lәğv edildiyi üçün ## #### 2007-ci il tarixdәn sonra mübahisәli torpaq sahәlәri üzәrindә aparılmış alqı-satqı vә bağışlanma hәrәkәtlәri etibarsız hesab edilmәli, hәmin alqı-satqı müqavilәlәri әsasında verilmiş Çıxarışlar lәğv edilmәlidir. Qeyd olunanlara әsasәn İddiaçı, X13 vә X14 ilә X6 arasında Bakı şәhәr * saylı “ASAN xidmәt” mәrkәzinin notariat ofisindә bağlanmış ##.##.2023-cü il tarixli, 4Ə-**** reyestr nömrәli alqı-satqı müqavilәsinin, İddiaçı, X13 vә X14 ilә X6 arasında Bakı şәhәr * saylı “ASAN xidmәt” mәrkәzinin notariat ofisindә bağlanmış ##.##.2023-cü il tarixli, 4Ə-**** reyestr nömrәli alqı-satqı müqavilәsinin, X6 ilә X8 arasında Sumqayıt şәhәri * saylı notariat ofisindә bağlanmış ##.##.2023-cü il tarixli, 4Ə-**** reyestr nömrәli bağışlanma müqavilәsinin, X6 ilә X8 arasında Sumqayıt şәhәri * saylı notariat ofisindә bağlanmış ##.##.2023-cü il tarixli, 4Ə-**** reyestr nömrәli bağışlanma müqavilәsinin, X8 ilә X3 arasında Ağsu rayonu notariat ofisindә bağlanmış ##.##.2023-cü il tarixli, 4Ə-*** reyestr nömrәli alqı-satqı müqavilәsinin, X8 ilә X2 arasında Ağsu rayonu notariat ofisindә bağlanmış ##.##.2023-cü il tarixli, 4Ə-*** reyestr nömrәli alqı-satqı müqavilәsinin vә X8 ilә X9 arasında Şamaxı regional “ASAN xidmәt” mәrkәzinin notariat ofisindә bağlanmış ##.##.2024-cü il tarixli, 4Ə671 reyestr nömrәli alqı-satqı müqavilәsinin etibarsız hesab edilmәsi, AR Iqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri publik hüquqi şәxsin ** saylı Şamaxı Ərazi Idarәsi tәrәfindәn 1.4011 ha torpaq sahәsinә dair X3 adına verilmiş Çıxarışın, AR Iqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri publik hüquqi şәxsin ** saylı Şamaxı Ərazi Idarәsi tәrәfindәn 2 ha torpaq sahәsinә dair X2 adına vә 1.6248 ha torpaq sahәsinә dair X9 adına verilmiş çıxarışların lәğv edilmәsi vә dövlәt rüsumu qismindә ödәnilmiş 100 (yüz) manat mәblәğin cavabdehlәrdәn müştәrәk qaydada alınaraq cavabdeh1 ödәnilmәsi barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir. Mәhkәmәnin nәzәrinә çatdırır ki, iddiaçı X10 tәrәfindәn Ağsu Rayon Mәhkәmәsinin ## #### 2023-cü il tarixli *(***)-***/**** nömrәli qәtnamәsindәn verilmiş apellyasiya şikayәti tәmin olunmamışdır. Şәki Apellyasiya Mәhkәmәsinin bu işlә әlaqәdar *(***)-***/**** saylı iş üzrә qәbul etdiyi ##.##.2023-cü il tarixli qәtnamәdә qeyd olunur ki, iddiaçının apellyasiya şikayәtindә göstәrdiyi xüsusatları nәzәrә alan mәhkәmә kollegiyasının qәrardadı әsasında Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Mәhkәmә Ekspertizası Mәrkәzindәn alınmış ## ###### 2023-cü il tarixli, */**** nömrәli rәydә göstәrilmişdir ki, ekspertizaya tәqdim edilmiş, kserosurәti mülki işin 78-ci vәrәqindә olan әsli isә *ә/**-*** nömrәli notariat işinin 13-cü vәrәqindә olan ## #### 2007-ci il tarixli әrizәdәki әlyazmalar vә "IMZALAR: 1 Şiralıyeva S.Ş” qrafasındakı imza -Sahibova (Şiralıyeva) Sehranә Şirah qızı tәrәfindәn yox, başqa şәxs tәrәfindәn icra olunmuşdur. 2. Ekspertizaya tәqdim edilmiş, kserosurәti mülki işin 78-cI vәrәqindә olan әsli isә *ә/**-*** nömrәli notariat işinin 13-cü vәrәqindә olan ## #### 2007-ci il tarixli әrizәdәki әlyazmalar vә "IMZALAR: 2 Şiralıyeva Ə.Ş” qrafasındakı imza - X11 tәrәfindәn yox, başqa şәxs tәrәfindәn icra olunmuşdur. 3. Ekspertizaya tәqdim edilmiş, kserosurәti mülki işin 78-ci vәrәqindә olan әsli isә *ә/**-*** nömrәli notariat işinin 13-cü vәrәqindә olan ## #### 2007-ci il tarixli әrizәdәki әlyazmalar vә "IMZALAR: 3 Şirahyev N.Ş” qrafasındakı imza - X4 tәrәfindәn yox, başqa şәxs tәrәfindәn icra olunmuşdur. Lakin mәhkәmә kollegiyası bu cinayәt tәrkibli әmәlә Mülki Prosessual Mәcәllәnin 265-ci maddәsinin tәlәblәrinә uyğun olaraq qanunla nәzәrdә tutulan hәrәkәtlәri etmәk әvәzinә, hәmin rәyә mәhәl qoymamış, bu faktın әqdin etibarsız hesab olunması üçün kifayәt etmәdiyi qәnaәtinә gәlmiş, hәtta xüsusi qәrardad qәbul etmәkdәn dә çәkinmişdir. Halbuki, Mülki Prosessual Mәcәllәnin 265.4-cü maddәsinә әsasәn mәhkәmә işә baxarkәn, proses iştirakçılarının vә ya digәr şәxslәrin әmәllәrindә cinayәtin әlamәtlәrini aşkara çıxararsa, o, bu barәdә xüsusi qәrardad çıxarmaqla prokurora xәbәr verir. Belәliklә, qanuni qüvvәsini almış mәhkәmә qәtnamәsinә әsasәn müәyyәn olunmuşdur ki, Şiralıyeva Yeganә Şiralı qızı ilә cavabdeh cavabdeh1 arasında ##.##.2007-ci il tarixindә Ağsu Rayon Dövlәt Notariat Kontorunda bağlanmış *ә/**-*** nömrәli alqı-satqı müqavilәsi notarial qaydada tәsdiq olunarkәn saxtakarlığa yol verilmiş, Şiralıyeva Yeganә Şiralı qızı saxta etibarnamә ilә Sahibova (Şiralıyeva) Sehranә Şiralı qızına, X11 vә X4 mәxsus olan torpaq sahәlәrini onların razılığı vә xәbәri olmadan özgәninkilәşdirmişdir. Mәhz bu saxta әqdә istinad edәn cavabdeh1 Mәhkәmәlәrdә onun xeyrinә müvafiq qәrarlar çıxarılmasına nail olmuşdur. Bundan sonra onun vә digәr ailә üzvlәrinin bacısı Yeganә ilә çox ciddi söhbәti olmuş vә bacısı Yeganә etiraf etmişdir ki, hәqiqәtәn onların adından notariat kontoruna verilmiş әrizәlәr saxta olmuşdur. Ötәn ilin sonlarında (noyabr ayının ortalarında) cavabdeh1 yenidәn onlara qarşı iddia qaldırdıqda isә Yeganә digәr bir saxtakarlıq faktını etiraf edәrәk bildirmişdir ki, 2005-ci ildә atası Şiralı ona etibarnamә vermәmişdir. Belә ki, o, heç vaxt notariat kontoruna getmәmişdir. Notarius evә dә gәlmәmişdir. Bütün bu sәnәdlәri hazırlayıb notariat kontorunda tәsdiqlәtdirәn cavabdeh1 hәmin vaxt notarius işlәmiş şәxslә әlbir olub saxta etibarnamә, daha sonra isә onların adından saxta razılıq әrizәlәri tәrtib etmişlәr. Inanır ki, atası X15 hәqiqәtәn ##.##.2005-ci il tarixdә Şiralıyeva Yeganә Şiralı qızına hәr hansı bir etibarnamә vermәmişdir. Belә bir etibarnamә verilsәydi hәmin etibarnamәdәn ailәnin digәr üzvlәrinin dә mәlumatı olardı. Bundan başqa yuxarıda qeyd etdiyi kimi, Şiralıyeva Yeganә Şiralı qızının, cavabdeh1 vә notariat kontorunun o vaxtkı notarisunun cinayәtkar әlaqәyә girәrәk saxta әqd tәsdiq etmәlәri müvafiq ekspert rәyi vә çıxarılmış mәhkәmә qәrarları ilә öz tәsdiqini tapmışdır. Onu da qeyd etmәyi zәruri hesab etmişdir ki, torpağa mülkiyyәt hüququna dair JN-3059, kod- 40912018 olan Dövlәt Aktına әsasәn X12 vә ailә üzvlәri olan X16, X20, X13 vә İddiaçı mülkiyyәtinә Ağsu rayon Aqrar Islahat Komissiyasının 1998-ci il ## #### tarixli ** saylı qәrarı ilә kәnd tәsәrrüfatı mәhsulları istehsalı üçün 5,03 ha torpaq sahәsi verilmişdir. Göründüyü kimi, hazırkı iş üzrә cavabdeh Şiraliyeva Yeganә Şiralı qızının adı ümumiyyәtlә Dövlәt Aktında olmamışdır. Yәni, paylı mülkiyyәt olan 5,03 ha torpaq sahәsindә bütün ailә üzvlәrinin payı olduğu halda Şiraliyeva Yeganә Şiralı qızının payı olmamışdır. Buna baxmayaraq, guya atası X12 mülkiyyәtçi olan digәr ailә üzvlәrinә etibarnamә vermәmiş, etibarnamәni hәmin torpaq sahәsinә heç bir aidiyyәti olmayan (gәlәcәkdә vәrәsә ola bilmәk hüququ istisna olunmaqla) Yeganәyә vermişdir. Yeganә isә hәmin “etibarnamә” vasitәsi ilә torpağı digәr cavabdeh cavabdeh1 satmışdır. Yuxarıda qeyd etdiyi kimi hәmin alqı-satqı müqavilәsi imzalanarkәn onların adından notariat kontoruna verilmiş razılıq әrizәlәrinin saxta olması mәhkәmә qәrarı ilә öz tәsdiqini tapmışdır. Başqa bir mәqam, torpaq sahәsi satılarkәn Yeganәnin Ağasәmәddәn aldığı 1500 manat pul mәntiqlә ailә üzvlәri arasında bölüşdürülmәli idi. Lakin nә ona, nә dә atası X12, anası X16, bacıları X20, X13 bir manat da pul verilmәmişdir. Bacıları әvvәlki mәhkәmә proseslәrindә notariusa razılıq әrizәlәri vermәdiklәrini yazılı olaraq bildirmişlәr. Pul almadıqlarını isә mәhkәmә iclasında şahid qismindә dindrilәrkәn deyәcәklәr. Atası vә anası isә vәfat etdiklәri üçün onlara münasibәtdә bunu öyrәnmәk mümkün deyil. Ağsu Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrәli (hakim: B.Qasımov) ilә, iddia tәlәbi tәmin edilmәmişdir. Hәmin qәtnamәdәn iddiaçı İddiaçı apellyasiya şikayәti verәrәk qәtnamәnin lәğv edilәrәk iddia tәlәbinin tәmin edilmәsini xahiş etmişdir. Mәhkәmә kollegiyasının iclasında cavabdeh cavabdeh1 apellyasiya şikayәtini qәbul etmәyәrәk tәmin edilmәmәsini xahiş etdi. Əlavә olaraq bildirdi ki, hazırki mübahisәyә әvvәllәrdә baxılmış vә iddia tәlәbi tәmin edilmәmişdir. Iddiaçı isә bununla razılaşmayaraq vә sui-stifadә edәrәk tәlәbin adını dәyişdirәrәk eyni formalı iddialar qaldırır. Odur ki, nәzәrә alınmasını xahiş etdi. Digәr tәrәflәrә mәhkәmә iclasının vaxtı vә yeri barәdә rәsmi mәlumat verilmişdir. Buna baxmayaraq, onlar, mәhkәmә iclasına gәlmәmiş, gәlmәmәsinin üzrlü sәbәblәri barәdә mәhkәmәyә heç bir mәlumat vermәmişdir. Belә olan halda mәhkәmә kollegiyası işә gәlmәyәn tәrәflәrin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Mәhkәmә kollegiyası apellyasiya şikayәtinin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, tәdqiq edәrәk yoxlayıb, sәnәdlәrә mәcmu halında hüquqi qiymәt verәrәk hesab edir ki, apellyasiya şikayәti qismәn tәmin edilәrәk Ağsu Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsi lәğv edilmәli vә iş üzrә icraata xitam verilmәlidir. Belә ki, mәhkәmә kollegiyası baxılan iş üzrә qәbul edilәcәk qәrardadın mәhkәmәyә müraciәt etmә hüququ ilә bağlılığını nәzәrә alıb, ilk növbәdә qeyd edir ki, Azәrbaycan Respublikasının Konstitusiyasına görә, hәr kәsin qanunla qadağan olunmayan üsul vә vasitәlәrlә öz hüquqlarını vә azadlıqlarını müdafiә etmәk hüququ vardır. Dövlәt hәr kәsin hüquqlarının vә azadlıqlarının müdafiәsinә tәminat verir. Hәr kәsin hüquq vә azadlıqlarının inzibati qaydada vә mәhkәmәdә müdafiәsinә tәminat verilir (Konstitusiyanın 26-cı maddәsi vә 60-cı maddәsinin İ hissәsi). Mәhkәmә kollegiyası vurğulayır ki, mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququnun şәxslәr üçün o zaman istәklәrinә vә arzularına uyğun nәticәsi ola bilәr ki, bu cür mülki hüquq münasibәtlәri qurarkәn yaxud hәr hansı fәaliyyәti hәyata keçirәrkәn hüququn prinsiplәrinә vә qanunvericiliyin tәlәblәrinә ciddi riayәt etmiş olsunlar. Əks halda qanuna riayәt edilmәdәn yaranan münasibәtlәrin dә mübahisә baş verdiyi halda mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququ şәxsin arzuladığı nәticәni uğurlu etmәyәcәkdir. Bu hәm dә ona görә zәruri vә vacibdir ki, mülki dövriyyәnin iştirakçıları bu cür mülki hüquq münasibәtlәrinә girәrkәn yaxud hәr hansı fәaliyyәti hәyata keçirәrkәn hüququn prinsiplәri vә qanunvericiliyin tәlәblәrinә riayәt etsinlәr, intizamlı vә vicdanlı olsunlar, hüquqdan başqalarına zәrәr vurmaq niyyәtlә açıq-aşkar sui-istifadә etmәsinlәr. Hüquq vә azadlıqların mәhkәmә tәminatı yalnız birinci instansiyada mәhkәmә müdafiәsinin tәmin olunmasını deyil, bu hüququn hәmçinin qanunvericilikdә nәzәrdә tutulmuş qaydada apellyasiya vә kassasiya instansiyalarında hәyata keçirilmәsini dә nәzәrdә tutur. Qanunvericilikdә nәzәrdә tutulmuş hәr hansı mәhkәmә instansiyasına şikayәt etmәk hüququ mәhkәmә müdafiәsi hüququnun mahiyyәtindәn irәli gәlmәklә hüququn aliliyinin tәmin edilmәsi mәqsәdinә yönәlir. Bu hәr kәsin hüquq vә azadlıqlarına tәminat vermәklә yanaşı, Konstitusiyanın 60-cı maddәsi müxtәlif mәhkәmә instansiyalarında müraciәtin (şikayәtin) baxılmasının prosessual qaydalarına dәqiq riayәt olunmasını da özündә ehtiva edir. Bu mәqsәdlә qanunverici mülki işlәr üzrә mәhkәmә aktlarının әdalәtli vә qanuni olmasını tәmin etmәk üçün Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsindә mәhkәmәnin, işdә iştirak edәn şәxslәrin vә prosesin digәr iştirakçılarının hüquq vә vәzifәlәrini müәyyәnlәşdirir, mülki mühakimә icraatında prosessual qaydaları tәnzim edir. Kollegiya bildirir ki, bu cür prosessual şәrtlәrdәn bәzilәri Mülki Prosessual Mәcәllәnin 261-cu maddәsindә nәzәrdә tutulmuşdur. Belә ki, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 261.0.2-ci maddәsinә görә, eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraata xitam edilmәsi haqqında mәhkәmәnin qәrardadı olarsa iş üzrә icraata xitam verilir. Hazırki işdәn görünür ki, iddiaçı İddiaçı cavabdehlәr Şiralıyeva Yeganә Şiralı qızına, cavabdeh1 vә cavabdeh3 qarşı “müqavilәnin etibarsız hesab edilmәsi” tәlәbinә dair iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk Ağsu Rayon Dövlәt Notariat Kontorunda X12 tәrәfindәn Şiraliyeva Yeganә Şiralı qızına verilmiş *E/**-*** saylı ##.##.2005-ci il tarixli etibarnamәnin etibarsız hesab olunmasına dair qәtnamә qәbul edilmәsini xahiş etmişdir. Lakin, Ağsu Rayon Mәhkәmәsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsindәn isә görünür ki, iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı “Ağsu rayonunun Növcü kәndindә yerlәşәn 5.03 ha pay torpağı üzrә Şiralıyeva Yeganә Şiralı qızı ilә cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2007-ci il tarixli, *ә/**-*** nömrәli alqı-satqı müqavilәsinin etibarsız hesab olunması” tәlәbinә dair iddiası tәmin edilmәmişdir. Şәki Apellyasiya Mәhkәmәsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsi ilә, şikayәt tәmin edilmәmiş, iş üzrә Ağsu Rayon Mәhkәmәsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsi dәyişdirilmәdәn saxlanılmışdır. Qanuni qüvvәsini almış hәmin qәtnamәlәr ilә müәyyәn edilmişdir ki, torpağa mülkiyyәt hüququna dair JN-0059, kod-40912018 olan Dövlәt Aktına әsasәn X12 vә ailә üzvlәri olan X16, X20, X13 vә İddiaçı mülkiyyәtinә Ağsu rayon Aqrar Islahat Komissiyasının 1998-ci il ## #### tarixli ** saylı qәrarı ilә kәnd tәsәrrüfatı mәhsulları istehsalı üçün 5,03 ha torpaq sahәsi verilmişdir. Hәmin torpaq sahәsi üzrә ## #### 2007-ci il tarixdә Ağsu rayonu dövlәt notariat kontorunda bağlanmış 4Ə/01-*** reyestr nömrәli torpaq sahәsinin alqı-satqı müqavilәsinә әsasәn Ağsu rayon dövlәt notariat kontorunun ##.##.2005-ci il tarixli *E/**-*** saylı etibarnamәsi ilә X12 adından çıxış edәn Ağsu rayonu Növcü kәndindә yaşayan cavabdeh2 Azәrbaycan Respublikası DTK tәrәfindәn verilmiş JN-0059, kod- 40912018 olan Torpağa mülkiyyәt hüququna dair Dövlәt Aktına әsasәn X12 mәxsus 5,03 ha torpaq sahәsini ailә üzvlәrinin razılığı ilә cavabdeh1 satmışdır. Mәhkәmә kollegiyası daha sonra qeyd edir ki, mәhkәmәlәrdә әqdә әsaslanan müxtәlif növ iddialara baxılır. Bu xarakterli mübahisәlәrin ortaq cәhәti irәli sürülәn tәlәblәrin vә ya etirazların әsasını hәr hansı әqdin tәşkil etmәsidir. Ona görә dә, belә mübahisәlәr üzrә işin düzgün hәlli üçün tәrәflәrin istinad etdiklәri әqdin mövcud olub-olmaması, әqd bağlandığı halda isә onun etibarlı olub-olmaması mütlәq qaydada müәyyәn edilmәlidir. Bunun üçün mülki prosesdә tәtbiq edilәn dispozitivlik, çәkişmә, hüquqi hәqiqәt kimi prinsip vә şәrtlәr dә nәzәrә alınmaqla mәhkәmәnin hәmin xüsusatlar üzrә araşdırma aparması zәruridir. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun Mülki Mәcәllәnin 337, 339.6, 346.1 vә 354-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair # ##### 2021-ci il tarixli Qәrarında (bundan sonra Konstitusiya Mәhkәmәsi Plenumunun qәrarı) nümayiş etdirdiyi hüquqi mövqeyә әsasәn, istәnilәn iddia tәlәbi ilә әlaqәdar mәhkәmә icraatının әn әsas vәzifәsi hәmin tәlәbin hüquqi әsasının olub-olmadığının müәyyәn olunmasıdır. Mәhkәmәlәr bunu tәrәflәrin hәmin tәlәblә bağlı hansı hüquqi әsaslandırmanı irәli sürmәlәrindәn asılı olmayaraq müstәqil surәtdә müәyyәn etmәlidir. Müәyyәn bir әqd әsasında yarandığı hesab edilәn hüquqla bağlı iddia tәlәbindә mәhkәmә icraatının ilk vәzifәsi hәmin әqdin etibarlı olub-olmadığını tәsbit etmәkdir. Iddia tәlәbinin әsaslandığı әqdin etibarsız olması, birbaşa hәmin әqd üzrә hüquqi nәticәnin әmәlә gәlmәdiyini, yәni müqavilә üzrә iddia olunan subyektiv hüququn yaranmadığını göstәrir. Ona görә dә, hәr hansı bir әqdә әsaslanaraq verilәn iddianın düzgün hüquqi hәlli üçün, ilk növbәdә, istinad olunan hәmin әqdin etibarlı olub-olmaması müәyyәn edilmәlidir. Etibarsız әqdә әsaslanaraq qaldırılan iddia tәlәblәrindә iddiaçının tәlәbinin әqd üzrә hüquqi әsası mövcud olmur. Çünki әqdin etibarsız olması hәmin әqdin nәzәrdә tutulan hüquqi nәticәni yaratmaması, yәni әqd üzrә mülki hüquq vә öhdәliklәrin әmәlә gәlmәmәsi demәkdir. Əqdin etibarsızlığı әqdin bağlanması ilә әlaqәdar yol verilәn hüquqa zidd halların nәticәsi olmaqla, bağlandığı andan etibarәn öz tәsir vә nәticәlәrini göstәrir. Konstitusiya Mәhkәmәsinin qәrarında “Müәyyәn bir әqd әsasında yarandığı hesab edilәn hüquqla bağlı iddia tәlәbindә mәhkәmә icraatının ilk vәzifәsi hәmin әqdin etibarlı olub-olmadığını tәsbit etmәkdir.” mәzmunundakı hüquqi mövqedәn dә görünür ki, әqdin etibarlılığının yoxlanılmasının zәruri şәrti etibarsızlıq barәdә tәlәbin irәli sürülmәsi deyil, sadәcә tәlәbin әqdә söykәnmәsidir. Odur ki, mәhkәmә “әqdin etibarsız sayılması, әqdәn doğan öhdәliyin icrası üzrә vә s.” tәlәblәri, yaxud bu iddialara etiraz әsasında tәrәflәrin faktiki münasibәtlәrindә baş vermiş halları, varsa әqdi mübahisәlәndirmә (iradәnin qarşı tәrәfә çatdırılması) faktını araşdırır, әqdin etibarlı olub-olmamasına görә mübahisәni hәll edir. Bu baxımdan, әqdin etibarsız hesab edilmәsi barәdә iddia tәlәbinә mahiyyәti üzrә qiymәt verildikdәn sonra, eyni tәrәflәr arasında müvafiq iddianın әsasını tәşkil etmiş eyni formalı ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin tәlәblәri baxımından yolverilmәzdir. Belә ki, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin ## ###### 2012-ci il tarixli qәrarında ifadә edilmiş hüquqi mövqelәrә görә, mülki prosesdә iddianın predmeti dedikdә, iddiaçının, barәsindә qәrar qәbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. Iddianın predmetinә qanunla qorunan maraqları, o cümlәdәn, bütövlükdә hüquq münasibәtlәrini aid etmәk olar... Iddianın predmeti ilә iddianın obyekti fәrqlәndirilmәlidir. Iddianın obyekti – iddiaçının әldә etmәyә çalışdığı maddi nemәtdir: pul mәblәği, qeyriyaşayış sahәsi, sair konkret әmlak. Iddianın obyekti iddianın predmetinә daxildir vә müstәqil әhәmiyyәt kәsb etmir. Bundan başqa, Konstitusiya Mәhkәmәsinin qeyd edilәn qәrarında hәmçinin bildirmişdir ki, iddianın әsasını irәli sürülәn iddia tәlәblәrinin әsaslandırıldığı hüquqi faktlar tәşkil edir. Onlara әqdlәr, xüsusi olaraq müqavilәlәr, müddәtin bitmәsi faktı, hüquqların pozulması, ziyanın vurulması vә s. aid edilә bilәr. Iddianın әsası adәtәn bir faktdan deyil, iddianın faktiki tәrkibi adlanan faktların mәcmusundan ibarәt olur. Iddianın faktiki әsasını göstәrmәklә yanaşı, iddiaçı qanuna vә digәr normativ-hüquqi aktlara, cavabdeh tәrәfindәn pozulduğunu güman etdiyi hüquq normasına istinad etmәyә dә haqlıdır. Bu iddianın hüquqi әsasını tәşkil edir. Iddiaçı tәlәblәrini tәtbiq edilmәli olmayan hüquq norması ilә әsaslandırdığı zaman mәhkәmә qarşısında hansı hәrәkәtlәrin edilmәli olması mәsәlәsi ortaya çıxa bilәr. Burada ilk növbәdә nәzәrә almaq lazımdır ki, iddianın hüquqi әsaslandırılması onun faktiki әsası ilә eynilәşdirilmәmәlidir. Iddianın hüquqi әsasının dәyişdirilmәsi dedikdә, iddiaçının cavabdehә olan tәlәblәrini әsaslandırdığı halların dәyişdirilmәsi nәzәrdә tutulur. Bu baxımdan, iddianın predmeti iddia әrizәsinә әsasәn tәlәb edilәnlәrlә mәhdudlaşmayaraq, irәli sürülmüş tәlәblә ehtiva olunan vә ona mahiyyәti üzrә baxılıb әsaslandırılmış qiymәtin verilmәsi üçün zәruri olan hüquq münasibәtlәrini dә әhatә edir. Belә ki, iddianın predmeti, barәsindә qәrar qәbul olunması xahiş edilәn subyektiv hüquq olduğu üçün iddianın obyektinә aid olan konkret hәrәkәtlәrin yerinә yetirilmәsi, әşyaların alınıb verilmәsi kimi tәlәblәrlә eynilәşdirilmәmәlidir. Kollegiya hesab edir ki, ayrı-ayrı iddia tәlәblәrinin fәrqli formada ifadә olunması vә ya zahiri baxımdan fәrqlәnmәsi iddianın predmetinin fәrqli olması qәnaәtinә gәlmәk üçün әsas ola bilmәz. Odur ki, oxşar iddia tәlәblәrinin eyni predmetli olub-olmamasının müәyyәnlәşdirilmәsi üçün hәmin tәlәblәrә iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlәdәn bütövlükdә hüquq münasibәtlәri baxımından kompleks şәkildә qiymәt verilmәlidir. Yuxanda qeyd olunanlardan göründüyü kimi, X12 mәxsus olan Ağsu rayonu Növcü kәndindә yerlәşәn 5,03 ha torpaq sahәsi dair Ağsu rayon Dövlәt Notariat Kontorunda bağlanmış ## #### 2007-ci il tarixli, 4Ə\01-*** reyestr nömrәli alğı-satqı müqavilәsinin mübahisәlәndirilmәsi ilә bağlı bir neçә mәhkәmә qәrarları qәbul edilmiş vә hәmin mәhkәmәlәr tәrәfindәn alğı-satqı müqavilәsinin qanuni olub-olmaması yoxlanılmış, hәrtәrәfli qiymәt verilmişdir. Mәhkәmә kollegiyası daha sonra qeyd edir ki, MPM-in 261.0.2-ci maddәsi iş üzrә icraata xitam verilmәsi üçün eyni tәrәflәr arasında, eyni tәlәb deyil, mәhz eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsinin olmasını yetәrli hesab edir. Bundan başqa, Konstitusiya Mәhkәmәsi Plenumunun C.Ismayılzadәnin şikayәti üzrә ## ###### 2007-ci il tarixli vә G.Ismayılzadәnin şikayәti üzrә ## ###### 2016-cı il tarixli qәrarlarında qeyd olunmuşdur ki, qanuni qüvvәyә minmiş mәhkәmә aktı özündә mübahisәlәndirilәn maddi hüququn, yaxud belә hüquqa әsaslanan faktın mövcud olubolmamasını qәti surәtdә müәyyәnlәşdirir vә sәlahiyyәtli şәxsin tәlәbi ilә hәr hansı qeyd-şәrt qoyulmadan onların hәyata keçirilmәsini ehtiva edir. Mәhz bu baxımdan prosessual qanunvericilikdә nәzәrdә tutulmuş bütün müdafiә vasitәlәri istifadә edildikdәn sonra qanuni qüvvәyә minmiş mәhkәmә aktı tәkzibolunmazlıq, müstәsnalıq vә mәcburilik kimi hüquqi xassәlәrә malikdir. Işlәrә eyni tәrәflәr arasında, eyni mübahisә predmeti üzrә fәrqli mәhkәmә icraatında baxılması mahiyyәt etibarı ilә fәrqli nәticәlәrә vә sonda hüquqi müәyyәnlik prinsipinin pozulmasına sәbәb ola bilәr. Insan Hüquqları üzrә Avropa Mәhkәmәsinin presedent tәcrübәsindә “Insan hüquqlarının vә әsas azadlıqların müdafiәsi haqqında” Konvensiyanın 6-cı maddәsinin tәlәblәri baxımından “res judicata” prinsipinә hörmәt edilmәsini ehtiva edәn qanuni qüvvәyә minmiş mәhkәmә qәrarlarının bir qayda olaraq dәyişdirilmәdәn saxlanılmasını nәzәrdә tutan preyudisiallıq vә qanunun aliliyinin fundamental aspektlәrindәn olan hüquqi müәyyәnlik prinsiplәrinin tәmin edilmәsinә xüsusi önәm verilmiş, yalnız mәhkәmә sәhvlәrinin düzәldilmәsi vә işin düzgün hәlli üçün әhәmiyyәt kәsb edәn hallar aşkar olunduqda belә qәrarlara yuxarı instansiya mәhkәmәsi tәrәfindәn yenidәn baxılmasının mümkünlüyü әks olunmuşdur (Xotulyeva Rusiya Federasiyasına qarşı iş üzrә 2009-cu il ## #### tarixli, Kondraşov vә digәrlәri Rusiya Federasiyasına qarşı iş üzrә 2009-cu il # ###### tarixli qәrarlar). Hüququn aliliyinin әsas aspektlәrindәn biri olan hüquqi müәyyәnlik prinsipi digәrlәri ilә yanaşı tәlәb edir ki, mәhkәmәlәr tәrәfindәn tamamilә hәll edilmiş iş üzrә qәbul olunan yekun qәrar şübhә doğurmamalıdır (Brumaresku Rumıniyaya qarşı” iş üzrә 1999-cu il ## ####### tarixli qәrar). Hüquqi müәyyәnlik, “res judicata” prinsipinә hörmәti (bir dәfә hәll edilmiş işә tәkrar baxılmanın yolverilmәzliyini) nәzәrdә tutur. Prinsip onu әks etdirir ki, tәrәflәrdәn heç biri yalnız işә tәkrar baxılması vә yeni qәrara nail olmaq mәqsәdilә yekun, qanuni qüvvәyә minmiş qәrara yenidәn baxılmasını tәlәb edә bilmәz. Işә yenidәn baxılması üzrә yuxarı mәhkәmә instansiyasının sәlahiyyәti işә mahiyyәti üzrә yenidәn baxmaq mәqsәdi ilә deyil, mәhkәmә sәhvlәrini, әdalәt mühakimәsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq mәqsәdilә hәyata keçirilmәsidir. Yenidәn baxma şikayәtin gizli forması hesab edilә, eyni zamanda, bir mәsәlәyә dair iki yanaşmanın mövcud olması yenidәn baxma üçün әsas ola bilmәz. Yalnız әsaslı vә qarşısıalınmaz xarakterli hallara görә mәcburiyyәt qarşısında qalma bu prinsipdәn geri çәkilmәyә haqq qazandırır (Ryabıx Rusiyaya qarşı iş üzrә 2003-cü il ## #### tarixli qәrar). Mәhkәmә kollegiyası hesab edir ki, yuxarıda ifadә edilmiş hüquqi mövqe әdalәtli mәhkәmә hüququ ilә uyğunsuzluq yaratmır. Belә ki, әqdin etibarsızlığı ilә bağlı hәr hansı mübahisәyә baxıldıqda qarşı tәrәfin әqdin etibarsızlıq halları (әsasları) ilә bağlı etiraz vә ya qarşılıqlı iddia irәli sürmәk, mәhkәmә iclasının vaxtı vә yeri barәdә mәlumatsız olduqda, etiraz vә dәlillәri әsassız olaraq nәzәrә alınmadıqda isә qәbul edilmiş mәhkәmә aktından şikayәt vermәk hüquqları vardır. Hazırki işdә isә iddiaçı tәrәfin yeganә dәlili etibarnamә ilә bağlı mәsәlәdәn yeni xәbәri olmasıdır (bacısı Yeganәnin ona yeni mәlumat vermәsi olmuşdur). Kollegiya hesab edir ki, iddiaçının qeyd etdiyi hal, әvvәl baxılaraq yekun mәhkәmә qәrarı qәbul edilәn zaman müәyyәn edilmiş halların yenidәn mübahisәlәndirmәsinә әsas ola bilmәz. Kollegiya hәmin halla bağlı ilkin olaraq qeyd edir ki, cavabdeh Şiraliyeva Yeganә Şiralı qızı Ağsu rayon mәhkәmәsindә "alqı-satqı müqavilәsinin etibarsız hesab olunması" tәlәbinә dair işә baxılarkәn mәhkәmәyә ünvanladığı әrizәdә qeyd etmişdir ki, "mәrhum atasının vә ailә üzvlәrinin birgә mülkiyyәtindә olan torpaqla bağlı atası tәrәfindәn ona etibarnamә verilmişdir. Hәmin etibarnamә әsasında 2007-ci ildә adı çәkilәn 5,03 ha torpaq sahәsini Ağsu rayon Nöycü kәnd sakini cavabdeh1 şifahi razılaşma әsasında 15 il müddәtinә icarәyә vermiş, lakin satmamışdır". Hazırkı sәnәdlәrdә isә bildirilir ki, 2005-ci ildә atası Şiralı ona etibarnamә vermәmişdir. Göründüyü, Şiraliyeva Yeganә Şiralı qızı hәr dәfә müxtәlif әsaslar gәtirmәkdәdir. Bundan başqa, Şәki Apellyasiya Mәhkәmәsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsindә dә qeyd edilmişdir ki, “müqavilәnin iddiaçının adından sәlahiyyәtsiz şәxs tәrәfindәn imzalanması vә iddiaçının hәmin müqavilәnin bağlanılmasına yazılı razılığının olmaması onun hәmin müqavilәni sonradan bәyәnmәsini istisna etmir” (iş v. 119). Göründüyü kimi, hәmin qәtnamә ilә iddiaçı İddiaçı ## #### 2007-ci il tarixli, *ә/**-*** nömrәli alğı-satqı müqavilәsini bәyәnmәsi müәyyәn edilmişdir. Kollegiya bir mәqamıda qeyd edir ki, hәmin iş üzrәdә iddiaçı vә cavabdehlәr hazırki iş üzrә tәrәflәrlә eyni olmuşdur. Mәhkәmә kollegiyası şikayәtin hәmin dәlilinә münasibәtdә әlavә olaraq qeyd edir ki, işdә iştirak edәn şәxslәrin әqdin etibarsızlığına dair tәlәblәrә baxılarkәn ona verilmiş prosessual hüquqlardan istifadә etmәdәn (etiraz vә qarşılıqlı iddia vermәdәn, öz dәlil vә sübutlarını tәqdim etmәdәn) әqdlә bağlı ayrıca iddia qaldırması hәm dә MPM-in 47.1-ci maddәsi ilә işdә iştirak edәn şәxslәrin üzәrinә qoyulmuş prosessual hüquqlardan vicdanla istifadә etmәk vәzifәsi vә prosessual qәnaәt prinsipi ilә bir araya sığmır. Prosessual hüquqlardan belә sui-istifadә qәbul edilmiş mәhkәmә qәrarlarını uzun müddәt icrası mümkün olmayan aktlara çevirmәklә, digәr şәxslәrin әdalәtli mәhkәmә hüququnun pozulmasına şәrait yaradır. Kollegiya hesab edir ki, hazırki iddianın әsasınıda qanuni qüvvәsini almış qәtnamәlәrdәki әsasla eynidir. Bu baxımdan mәhkәmә kollegiyası hesab edir ki, ayrı-ayrı iddia tәlәblәrinin fәrqli formada ifadә olunması qәbul edilәn hal deyildir. Belә ki, iş materiallarına әlavә edilmiş sәnәdlәrә mәcmu halında nәzәr yetirdikdә, iddiaçının çatmaq istәdiyi hüquqi nәticә (niyyәt) ##.##.2007-ci il tarixli, *ә/**-*** nömrәli alğı-satqı müqavilәsinin etibarsızlığıdır ki, hәmin mәsәlәyәdә artıq qanuni qüvvәsini almış qәtnamәlәr ilә qiymәt verilmişdir. Əks halda, iddiaçı hәmin etibarnamәnin etibarsız hesab edilmәsi nәticәsindә heç bir nәticә әldә etmәmәkdәdir. Iddiaçı tәrәf hәr dәfә iddianın әsasını, formasını vә ya tәlәbin adını dәyişmәklә faktiki olaraq ##.##.2007-ci il tarixli, *ә/**-*** nömrәli alğı-satqı müqavilәsini mübahisәlәndirir vә onu şübhә altına alır. Bundan başqa, Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki vә Kommersiya kollegiyalarının “Əqdә әsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda hәmin әqdin etibarlılığının mübahisәlәndirilmәsinin mümkünlüyünә dair qanunvericiliyin tәtbiqi mәsәlәlәri üzrә” 2022-ci il ## #### tarixli, **/**** saylı qәrardadında da qeyd edilmişdir ki, әqdә әsaslanan iddialar üzrә qanuni qüvvәsini almış mәhkәmә aktı vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraata xitam verilmәsi haqqında mәhkәmәnin qәrardadı olduğu halda, işdә iştirak etmiş şәxslәr tәrәfindәn ayrıca icraatda hәmin әqdin etibarsız hesab edilmәsinә dair verilmiş iddia әrizәsinin qәbulundan Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 153.2.2-ci maddәsinә әsasәn imtina olunmalı, belә iddialar sәhvәn mәhkәmәnin icraatına qәbul edildiyi halda isә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 261.0.2-ci maddәsinә әsasәn iş üzrә icraata xitam verilmәlidir. Belә olan halda mәhkәmә kollegiyası hesab edir ki, iddiaçı tәrәfindәn alğı-satqı müqavilәsinin bağlanması zamanı istifadә olunmuş etibarnamәnin etibarsız hesab edilmәsi tәlәbini yenidәn irәli sürülmәsi vә ona baxılması yolverilmәzdir. Kollegiya әlavә olaraq qeyd edir ki, mәhkәmә müdafiәsi mütlәq xarakter daşımır vә qanunvericilik tәrәfindәn müәyyәn edilmiş hәdlәrdә konkret mәhdudiyyәtlәrә mәruz qala bilәr. Mәhkәmә müdafiәsi hüququnu mәhdudlaşdıran tәdbirlәr әdalәt mühakimәsinin maraqlarının da daxil olduğu legitim mәqsәdlәrә nail olmaq üçün tәtbiq edilmәli vә qanuni mәqsәd daşımalıdırlar. Elәcә dә, istifadә edilәn vasitәlәrlә çatılmaq istәnilәn mәqsәd arasında ağlabatan mütәnasiblik olmalıdır. Bu mәhdudiyyәtlәr hüquq vә azadlıqların әsas mahiyyәtinә toxunmamalı, onların әsl mahiyyәtini zәdәlәyәcәk şәkildә vә miqyasda hәyata keçirilmәmәlidir. Mәhkәmәlәrә müraciәt etmәk hüququ xarakterinә görә dövlәt tәrәfindәn tәnzimlәnmә tәlәb edir vә belә tәnzimlәmә cәmiyyәtin vә fәrdlәrin ehtiyaclarına vә resurslarına uyğun olaraq zamana vә mәkana görә dәyişilә bilәr. Bununla belә, tәtbiq edilәn mәhdudiyyәtlәr, şәxslәrin mәhkәmәyә müraciәt hüququnu, bu hüququn mahiyyәtinә xәlәl gәtirәcәk formada vә ya hәddә mәhdudlaşdırmamalıdır. Əgәr mәhdudiyyәt legitim mәqsәd güdmürsә vә istifadә edilәn vasitәlәrlә nail olmaq istәnilәn mәqsәd arasında ağlabatan mütәnasiblik әlaqәsi yoxdursa, mәhdudiyyәt Konvensiyanın 6-cı maddәsinin 1-ci bәndinә uyğun olmayacaqdır (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), ##.##.2018, No.40160/12, §77- 78). Hüquq vә vәzifәlәrin hәcminin prosessual qaydalar çәrçivәsindә mәhdudlaşdırılması hüquqi müәyyәnlik prinsipinin tәmin edilmәsinә, mәhkәmә icraatı zamanı işdә iştirak edәn şәxslәrin qarşılaşa bilәcәklәri hüquqi qeyri-müәyyәnliyin aradan qaldırılmasına, әdalәt mühakimәsinin daha sәmәrәli vә әdalәtli hәyata keçirilmәsinә xidmәt edir. Eyni zamanda, yalnız qanunvericilik sәviyyәsindә müәyyәn oluna bilәcәk belә mәhdudiyyәtlәr Konstitusiyada tәsbit olunmuş hüquq vә azadlıqları lәğv etmәmәlidir. Bu mәhdudiyyәtlәr hәr hansı şәxsin iradәsindәn asılı olmayaraq, müvafiq hüquqa mütәnasib şәkildә qanunvericinin müәyyәn etdiyi hәdlәr çәrçivәsindә düzgün tәtbiq edilmәlidir. (Konstitusiya Mәhkәmәsi Plenumunun “Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 403.2-ci maddәsinin şәrh edilmәsinә dair” 2020-ci il ## #### tarixli Qәrarı). Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 384.0.5-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәtnamә vә ya qәrardadını qismәn lәğv edә, qәtnamә vә ya qәrardadı tamamilә, yaxud qismәn lәğv edib, bu Mәcәllәnin 259.0.1-259.0.5-ci vә 259.0.8—259.0.12-ci maddәlәrinә müvafiq olaraq iddianı tamamilә, yaxud qismәn baxılmamış saxlaya, qәtnamә vә ya qәrardadı tamamilә, yaxud qismәn lәğv edib, bu Mәcәllәnin 261-ci maddәlәrinә müvafiq olaraq iş üzrә icraata xitam verә bilәr. Hәmçinin, Mülki Prosessual Mәcәllәsinin 387-ci maddәsindә birinci instansiya mәhkәmәsinin qәtnamәsinin lәğv edilmәsinin prosessual әsasları göstәrilmişdir. Belә ki, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 387.2.8-ci maddәsinә әsasәn, iddianın baxılmamış saxlanılması vә ya iş üzrә icraata xitam verilmәsi üçün bu Mәcәllәdә müәyyәn edilmiş әsaslar olduğu halda mәhkәmә işә mahiyyәti üzrә baxmışsa şikayәtin dәlillәrindәn asılı olmayaraq birinci instansiya mәhkәmәsinin qәtnamәsi vә ya qәrardadı lәğv edilmәlidir. Kollegiya eyni zamanda qeyd edir ki, MPM-nin müvafiq olaraq 387.2.8-ci maddәsinә әsasәn, iş üzrә icraata xitam verilmәsi üçün әsasların olub-olmamasının yoxlanılması apelyasiya şikayәtinin dәlillәrinә tabe tutulmur vә şikayәtin dәlillәrindәn asılı olmayaraq, icraata xitam verilmәsi üçün әsasların olub-olmaması hәr bir halda araşdırılmalıdır. Belәliklә mәhkәmә kollegiyası hesab edir ki, Ağsu Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsi lәğv edilmәli vә iş üzrә icraata xitam verilmәlidir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 262.4-cü maddәsinә әsasәn, işin icraatına xitam verildikdә, eyni tәrәflәr arasında, eyni predmet haqqında vә eyni әsaslar üzrә mübahisә barәsindә mәhkәmәyә müraciәt edilmәsinә yol verilmir. Аzәrbаycаn Respublikаsı Mülki Prоsessuаl Mәcәllәsinin 400-cü maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsinin bu Mәcәllәnin 402-ci maddәsindә nәzәrdә tutulmuş qәrardadlarından kassasiya şikayәti verilmәmişdirsә, hәmin qәrardadlar işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 10 gün sonra, qanunla şikayәt verilmәsi nәzәrdә tutulmayan qәrardadları isә çıxarıldığı andan qanuni qüvvәyә minir. Hәmin Mәcәllәnin 402.2 maddәsinә әsasәn, apellyasiya mәhkәmәlәrinin mülki vә kommersiya kollegiyalarının vә Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsinin mülki vә kommersiya kollegiyalarının aşağıdakı qәrardadlarından kassasiya şikayәti verilә bilәr: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilmәsi haqqında; 402.2.2. kassasiya şikayәtinin qaytarılması (kassasiya şikayәti kassasiya instansiyası mәhkәmәsinin şikayәtin qeyri-mümkünlüyü barәdә qәrarına әsasәn qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayәtinin verilmәsi müddәtinin bәrpasından imtina edilmәsi barәdә; 402.2.4. iş üzrә icraata xitam verilmәsi barәdә; 402.2.5. bu Mәcәllәnin 384.0.4-cü maddәsindә nәzәrdә tutulmuş işin aidiyyәti üzrә göndәrilmәsinә dair vә bu Mәcәllәnin 384.0.6-cı maddәsindә nәzәrdә tutulmuş apellyasiya şikayәtinin bu Mәcәllәnin tәlәblәrinә zidd olaraq icraata qәbul olunması әsası ilә icraata qәbul qәrardadının lәğv edilәrәk işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası mәhkәmәsinә qaytarılması haqqında. Göstәrilәnlәrә әsаsәn vә Аzәrbаycаn Respublikаsı Mülki Prоsessuаl Mәcәllәsinin 261, 263-264, 361-364, 400, 402, 403, 405 vә 406-cı maddәlәrinin tәlәblәrini rәhbәr tutаrаq, mәhkәmә kоllegiyаsı Qərara a l d ı: Iddiaçı İddiaçı apellyasiya şikayәti qismәn tәmin edilsin. Ağsu Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsi lәğv edilsin vә iş üzrә icraata xitam verilsin. Qәrаrdаd işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 10 gün sonra qаnuni qüvvәyә minir. Qәrаrdаddan, tәrәflәr, üçüncü şәxslәr vә maraqlı şәxslәr tәlәblәri tәmin olunmadığı hallarda onlara rәsmi qаydаdа verildiyi gündәn 10 (on) gün müddәtindә Azәrbaycan Respublikası Şәki Apellyasiya Mәhkәmәsi vasitәsi ilә (Elektron mәhkәmә informasiya sistemindә yaradılmış elektron kabinet vasitәsilә) Azәrbaycan Respublikası Ali Mәhkәmәsinә kassasiya şikayәti verә bilәr.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar