Məhkəmə qərarları › İş №2(3-10)-335/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-335/2026

21.05.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-335/2026 21.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-nə qarşı akta əsasən hesablanmış cərimənin azaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: akta əsasən hesablanmış cərimənin azaldılması tələbi, qismən ləğv) Hakimlər X6 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-nə qarşı akta əsasən hesablanmış cərimənin azaldılması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi Azər Əliyev tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC tərəfindən ## ###### 2025-ci ildə tərtib olunmuş aktın ləğv edilməsi, həmin akta əsasən hesablanmış 2261 manat cərimənin silinməsi və yaşadığı mənzilin elektrik enerjisi ilə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra İddiaçı iddia tələbinin əsasının dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh ASC tərəfindən ## ###### 2025-ci ildə tərtib olunmuş akta əsasən hesablanmış 2261 manat cərimənin azaldılaraq 250 manat hesablanması və yaşadığı mənzilin elektrik enerjisi ilə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Iddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə 1981-ci ildən Göyçay rayonu, Kürd kəndində yaşayır. Yaşadığı ev 4 otaqdan ibarət olmaqla cavabdeh tərəfindən qeydiyyatdan keçmiş işıq sayğacı quraşdırılmışdır. Həmin vaxtdan işıqdan istifadə edir və istehlak etdiyi işığın dəyəri vaxtlı-vaxtında ödənilir. 2025-ci ilin noyabr ayının 27-də saat 18 radələrində yaşadığı evə gələrkən işıqların yanmadığını görmüş və ümumi olaraq işıqların söndürüldüyünü düşünmüşdür. Lakin sonradan məlum oldu ki, Cavabdeh ASC- nin Nəzarət Idarəsinin Nəzarət şöbəsinin əməkdaşları, ailə üzvlərinindən bir nəfərin də olsun iştirakı olmadan müdaxilənin hansı formada və necə olması əyani şəkildə göstərilməmiş və beləliklə də əməkdaşlar tərəfindən evə gedən naqillər kəsilmiş, işıq sayğacına plomp vurulmaqla yaşadığı evə işığın verilməsi dayandırılmışdır. Ertəsi gün o cavabdeh təşkilatın Göyçay rayonunda yerləşən işıq idarəsinə gedərək elektrik enerjisinin verilişinin hansı səbəbdən dayandırıldığını soruşduqda ona bildirildi ki, guya tərəfindən küçədə yerləşən işıq naqillərinə müdaxilə olunmuşdur. Bir neçə gündən sonra əməkdaşlar tərəfindən tərtib olunmuş akt ona təqdim olundu və şifahi olaraq ona bildirildi ki, o müdaxiləyə görə cavabdeh təşkilat tərəfindən 2261 məbləğində manat cərimə olunmuşdur. O dəfələrlə cavabdeh təşkilatın Göyçay rayonunda yerləşən idarəsinə gedərək yaşadığı mənzilin elektrik enerjisi ilə təmin edilməsini tələb etsə də heç bir nəticəsi olmamışdır. Cavabdeh təşkilat nə cərimə barədə rəsmi məlumat vermir, nə də mənzili elektrik enerjisi ilə təmin etmir. Bu günə qədər mənzildə işıqsız yaşayırlar. Ona görə də o məcbur olub məhkəməyə müraciət etmişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı yaşadığı Göyçay rayonu, Kürd kəndində yaşayış evinə quraşdırılmış elektrik sayğacından kənar elektrik enerjisindən istifadə halı müəyyən olunmuş, yol verilmiş pozuntu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq olunmuş “xxxx”nın tələblərinə uyğun olaraq ## ###### 2025-ci il tarixli, ****** nömrəli akt tərtib edilmiş,iddiaçı elektrik enerjisini az miqdarda talamasına görə inzibati məsuliyyətə cəlb olunmuş,barəsində inzibati tənbeh tətbiq edilmiş,dəymiş zərər ##.##.2025-ci il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələbə görə 2261 manat 85 qəpik məbləğində hesablanmışdır.

5. Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elçin Qurbanov) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh ASC-İ tərəfindən ##.##.2025-ci il tarixli ****** nömrəli akt əsasında iddiaçı İddiaçı yaşadığı Göyçay rayonu, Kürd kəndindəki yaşayış evində xxxxnın pozulması ilə əlaqədar hesablanmış 2261 manat 85 qəpik dəymiş zərər məbləğinin 264 manat 55 qəpik məbləğinədək azaldılması, qalan hissədə iddianın təmin edilməməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi, cavabdeh Cavabdeh ASC-İ tərəfindən 30 manat məbləğində dövlət rüsumunun alınaraq dövlət nəfinə keçirilməsi, iddiaçı İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 42 manat 50 qəpik məbləğində dövlət rüsumunun geri qaytarılması qət olunmuşdur.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, «Elektroenergetika» haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq olunmuş “xxxx”na istinad etmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Işə əlavə edilmiş ## ###### 2025-ci il tarixli ****** saylı akdan görünür ki, baxış keçirilən zaman abonentin sayğacının sxemindən kənar xətt vasitəsi ilə daxil olması, kənar xətt sayğacı qidalandıran naqilin izolyasiyası pozması, dirəyin birləşmə hissəsindən budaqlanma yolu ilə götürülərək fərdi yaşayış evinə çəkilməsi müəyyən edilmişdir. Kənar xətt ləğv olunmuşdur. Işə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki,İddiaçı Göyçay rayonu Kürdə kəndində ona məxsus yaşayış evində elektrik enerjisini talaması nəticəsində az miqdarda ziyan vurması müəyyən olunduğuna görə Inzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. Işə əlavə edilmiş ##.##.2025-ci il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərdən görünür ki, itirilmiş enerji dəyəri 2261 manat 85 qəpik hesablanmışdır. Hesabat aşağıdakı qaydada aparılmışdır: 3,74 kvt x 24 saat x (0,7) x 240 gün=15079 kvts; Tarif (0,15)-15079 x 0,15 = 2261, 85 manat, cəmi 2261 manat 85 qəpik. Işə əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, Cavabdeh ASC-nin nəzarətçiləri tərəfindən İddiaçı istifadəsində olan elektrik sayğacındakı göstəricilər ## ###### 2025-ci il tarixli akt tərtib edilməmişdən əvvəl ## ###### 2025-ci il tarixdə qeyd edilmişdir.

8. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi Azər Əliyev аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi Azər Əliyev apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, ##.##.2025-ci il tarixdə Cavabdeh ASC-nin Nəzarət Idarəsinin Satışa Nəzarət şöbəsinin əməkdaşları R.Osmanov, H.Kazımov. O.Məmmədov və abonent A.lsmayılovun iştiraki ilə Göyçay rayonunda yaşayan elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən xxxxna riayət edilməsi vəziyyətini yoxlayarkən iddiaçı X3 da yaşadığı Kürd kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər. Baxış keçirilən zaman fərdi yaşayış evinin sayğacının sxemindən kənar xətt vasitəsi ilə daxil olması, xxxx sayğacı qidalandıran naqilin izolyasiyası pozması, dirəyin birləşmə hissəsindən budaqlanma yolu ilə götürülərək fərdi yaşayış evinə çəkilməsi məlum olmuşdur. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Göyçay EŞ-nin “Poroqram bazasfnda *************** saylı istehlakçı kodu ilə qeydiyyatda olan X3 barəsində “X10ydalarının pozulması haqqında AKT NIM №****** nömrəli Akt tərtib edilmişdir. Aktın tələb hissəsində “xxxx" ləğv edilsin qeydiyyatı aparılmışdır. Akt enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. Iddiaçı X3 aktın tərtibatında iştirak etməsinə baxmayaraq aktı imzalamaqdan imtina etmişdir. Iddiaçı X3 tərəfindən elektrik enerjisindən “kənar xətt” vasitəsi ilə qanunsuz istifadə edilməsi faktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. Iddiaçı barəsində tərtib edilmiş AKT NIM №****** nömrəli akta əsasən Cavabdeh ASCnin "Aktlar üzrə Komissiya "tərəfindən sutkanın 24 saatı nəzərə alınmaqla 240 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 2261,85 manat təşkil edən 15079 kvt saat miqdarında qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Azərbaycan Respublikasının "Elektro energetika haqqında” Qanunun 19.16-cı maddəsinin tələblərinə uyğun olaraq toplanmış materiallar AR-nın IXM-nin 282-ci maddəsinin tələblərinə əsasən Inzibati Xəta hqqında iş üzrə icraata başlanması məsələsinə baxılıb tədbir görülməsi üçün X11 Agentliyinin Kürdəmir filialına göndərilmişdir. Filialın 08.01.20296-cı il tarixli MN №******* saylı Inzibati Tənbeh vermə haqqında Qərarına əsasən iddiaçı İddiaçı 100 manat məbləğində cərimə olunmuşdur. Qeyd olunan faktlar iddiaçı İddiaçı tərəfindən “EElQ"mn qaydası pozularaq elektrik enerjisindən qanunsuz istifadə etməsini bir daha sübut edir. Belə ki, Göyçay Rayon Məhkəməsi tərəfindən səhvən CavabdehASC-nin nəzarətçiləri tərəfindən Göyçay rayonu, Kürd kəndində evdə quraşdırılmış sayğacın göstəriciləri ##.##.2025-ci il tarixdə baxış keçirilərkən elektrik sayğacı göstəricilərinə uyğun olaraq elektrik enerjisindən istifadə dəyəri müəyyən edildiyindən sayğacdan kənar elektrik enerjisindən istifadə olunması halı olmaması qənaətinə gəlmişdir. Lakin ##.##.2025-ci il tarixdə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən X10ydalarına riayət edilməsi yoxlanılarkən iddiaçı İddiaçı fərdi yaşayış evinin elektrik enerjisi təchizatına baxış keçirilərkən sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi müəyyən olunmasını göstərmişdir. Məhkəmə tərəfindən aidiyyatı olmayan sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı sayğaca müdaxilə, habelə sayğacdan kənar Paylayıcı Şəbəkəyə qoşulmaq hallarına istinad etməklə həmin qanunvericiliyin tələblərinin pozulmasını göstərmişdir. Halbuki iddiaçı İddiaçı vergi qeydiyyatında olan fiziki və hüquqi şəxs deyildir və ona görə də göstərilən qanunvericiliyin tələblərinə istinad etmək düzgün deyil və baxılan mülki işə heçbir aidiyyəti yoxdur. Beləliklə məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən halları və sübutları tam və kifayət qədər araşdırmamış, bununla da Azərbayca Respublikası MM- nin 21, 1096, 1097-ci, MPM-nin 14/2 , 88-ci maddələrinə və EEIQ-nın tələblərinə zidd olaraq qətnamə çıxarmaqla “xxxx” ASC-nin hüquqlarını pozmuşdur. Odur ki, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi X1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

14. «Elektroenergetika» haqqında Azərbaycan Respublikası Qanunu: 19.16-cı maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq olunmuş “xxxx” 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.17-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. Istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Istehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 7.18-ci bəndinə görə enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 7.19-cu bəndinə görə enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 10.18.9-1-ci bəndinə görə elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi aşağıdakıları yerinə yetirməyə borcludur:elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

18. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

19. Cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi X2 Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

21. Cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi Azər Əliyev tərəfindən verilmiş аpellyаsiyа şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, аpellyаsiyа şikayətinin dəlilləri qismən əsaslıdır.

22. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərtib edilmiş ## ###### 2025-ci il tarixli, ****** nömrəli akta əsasən hesablanmış zərərin məbləği azaldılmalıdır.

23. Belə ki, tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, “xxxx" ASC-nin nəzarətçiləri tərəfindən Göyçay rayonu, Kürd kəndində evdə quraşdırılmış sayğacın göstəriciləri ## ###### 2025-ci il tarixdə baxış keçirilərkən qeyd edilmiş,elektrik sayğacın göstəricilərinə uyğun olaraq elektrik enerjisindən istifadə dəyəri müəyyən edilmiş,elektrik sayğacından kənar elektrik enerjisindən istifadə halı müəyyən olunmamışdır. ## ###### 2025-ci il tarixdə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən xxxxna riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmiş və sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi müəyyən olunmuşdur. Aktlar üzrə komissiya tərəfindən dəymiş zərər 08 ay (240 gün) müddət, 24 saat üçün 2261 manat 85 qəpik itirilmiş enerji dəyəri hesablanmışdır.Cavabdeh “xxxx" ASC-i tərəfindən niyə məhz 240 gün (08 ay) müddət üçün elektrik enerjisinin dəyərinin hesablanması nə iddiaya qarşı verilmiş etirazda göstərilmiş,nədə ki,nümayəndəsi məhkəmə iclasında bu barədə hər hansı bir məlumat verə bilməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq olunmuş “xxxx”nın 7.19-cu bəndinə görə enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə müvafiq tədbirlər görməlidirlər.Bu baxımdan məhkəmə qeyd edir ki, enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektləri münasibətdə sayğaclarının göstəricilərinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarını müəyyən etmək imkanının olması, məişət abonenti münasibətdə də sayğacların göstəricilərinin oxunması zamanı qanunsuz qoşulma hallarını müəyyən etmək mümkündür. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq olunmuş “xxxx”nın 8.17-1-ci bəndinin tələblərinə uyğun olaraq elektrik sayğacına sonuncu baxış tarixi ## ###### 2025-ci il tarixdən pozuntu aşkar edilmiş ## ###### 2025-ci il tarixinədək olan müddət bir ay müddəti keçmədiyindən itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı İddiaçı məişət abonenti olduğuna görə 24 saat işləmə saatı, sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan nəzərə alınmaqla bir ay müddət üçün hesablanmalıdır.Məhkəmə bir ay müddət üçün dəymiş zərərin hesablanması qənaətinə gələrkən həmçinin nəzərə almışdır ki, kənar xətt ləğv edildiyi gündən sonrakı 2025-ci ilin dekabr ayı üçün abunə haqqında olan məlumatlara görə elektrik enerjisindən sərfiyyat heç də əvvəlki (pozuntu aşkar edilməmişdən ) dövr üçün olan sərfiyyatla kəskin fərq yaratmamışdır. Beləliklə məhkəmə belə qənaətə gəlmişdir ki,itirilmiş elektrik enerjisinin dəyəri 3,74 kvt x 24 saat x (0,7)x 30 gün= 1884,96 kvts. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının ##.##.2024-cü il tarixli qərarına görə aylıq istehlak həcmi 200 kvts.qədər olan hissəsi üçün 8,4 qəpik,200 kvts-dan 300 kvts-a qədər olan hissəsi üçün 10 qəpik və 300 kvts-dan çox olan hissəsi üçün 15 qəpik olması nəzərə alınmaqla,200 kvts.x8,4 qəpik=16 manat 80 qəpik, (200 kvts-dan 300 kvts-a qədər) 100 kvts x10 qəpik =10 manat və qalan (1884,96-300) 1584,96 kvts x15 qəpik=237 manat 75 qəpik ,cəmi (16,8+10+237,75) 264 manat 55 qəpik həcmində müəyyən olunmalı, ## ###### 2025-ci il tarixli, ****** nömrəli akta əsasən hesablanmış 2261 manat 85 qəpik məbləğində dəymiş zərər 264 manat 55 qəpik məbləğinədək azaldılmalı,iddia qismən təmin olunmalıdır. Iddiaçının yaşadığı evin elektrik enerjisi ilə təmin edilməsi tələbinə gəldikdə,məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi qəbul edilmədən bu hissədə tələb təmin edildiyindən,yəni evə elektrik enerjisinin verilməsi bərpa edildiyindən,təmin edilmiş tələbin məhkəmə qətnaməsi ilə təmin edilməsini aradan qaldırmışdır.

24. Lakin məhkəmə kollegiyası hesab edir ki, İddiaçı əməli tərtib edilmiş inzibati xəta haqqında qərarla və digər sənədlərlə sayğacdan kənar xəttdən istifadə etməsi faktı təsdiq olunur və bu əməlin nəticəsində dəymiş ziyan hər bir qanunsuz qoşulma üzrə orta günlük iş rejimi 24 saat olmaqla 03 ay müddətinə əsas götürülərək hesablanmalıdır.

28. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh ASC tərəfindən hesablanaraq İddiaçı *************** saylı istehlakçı koduna vurulmuş 2261 manat 85 qəpik cərimə məbləği azaldılaraq 3,74 kvt x 24 saat x (0,7)x 90 gün= 5654.88 kvts. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının ##.##.2024-cü il tarixli qərarına görə aylıq istehlak həcmi 200 kvts.qədər olan hissəsi üçün 8,4 qəpik, 200 kvts-dan 300 kvts-a qədər olan hissəsi üçün 10 qəpik və 300 kvts-dan çox olan hissəsi üçün 15 qəpik olması nəzərə alınmaqla, 200 kvts.x8,4 qəpik=16 manat 80 qəpik, (200 kvts-dan 300 kvts-a qədər) 100 kvts x10 qəpik=10 manat və qalan (5654,88-300) 5354.88 kvts x15 qəpik=803.232 manat, cəmi (16,8+10+803.232) 830.032 qəpik həcmində müəyyən olunmalı müəyyən edilməlidir.

29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən ilk iddiaya münasibətdə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi Azər Əliyev tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi qismən, yəni iddianın rədd edilmiş 02 aylıq hesabata aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməlidir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi Azər Əliyev tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi qismən, yəni ## ###### 2025-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə iddianın təmin edildiyi 565 manat 48 qəpik aid hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. ## ###### 2025-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 565 manat 48 qəpik məbləğin azaldılması hissəsində iddia tələbi rədd edilsin. Qətnamə cavabdehin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar