Məhkəmə qərarları › İş №2(3-10)-351/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-351/2026

07.05.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-351/2026 07.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçilər ərizəçi2 və ərizəçi1 hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayətinin qaytarılması, ləğv) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasına dair İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qərardadından maraqlı şəxs1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçilər ərizəçi2 və ərizəçi1 məhkəməyə müraciət edərək ## #### 2010-cu il tarixdə Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 2713 nömrə ilə uçota alınmış “A” seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, ## #### 2010-cu il tarixdə Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 2713 nömrə ilə uçota alınmış “A” seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin X3 məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə mübahisə tərəfi, mübahisə tərəfinin nümayəndəsi olmayan, üçüncü şəxs qismində cəlb edilməyən maraqlı şəxs1 tərəfindən apelyasiya şikayəti verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. maraqlı şəxs1 qərardaddan şikayət verərək, ləğv edilməsini və apellyasiya şikayətinin işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ləğv edilməli, maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməli və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Belə ki, təqdim olunmuş şikayət mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edilərkən müəyyən оlunmuşdur ki, əvvəllər X3 eyni tələblə məhkəməyə müraciət edərək, yəni Azərbaycan Respublikası Dövlət Kadastr və Monitorinqi Elm-İstehsalat Mərkəzi tərəfindən ##.##.2010-cu il tarixdə verilmiş “A” seriyalı ****** nömrəli torpaq sahəsinin planı və ölçüsünün ona məxsus olması və atasından miras qalan, İsmayılllı rayonunun Lahıc qəsəbəsində yerləşən əmlakı qəbul etməsi faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, İsmayıllı Rayon Məhkəməsinin ## ### 2011-ci il tarixli 2(037)- 160/2011-ci il nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, İsmayılllı rayon Lahıc qəsəbə sakini olmuş, X7 həlak olmuş X6 miras qalmış, İsmayıllı rayonunun Lahıc qəsəbəsində yerləşən əmlakın oğlu X3 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, Azərbaycan Respublikası Dövlət Kadastr və Monitorinqi Elm-İstehsalat Mərkəzi tərəfindən ##.##.2010cu il tarixdə verilmiş “A” seriyalı ****** nömrəli torpaq sahəsinin planı və ölçüsünün X3 məxsus olması faktı müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən maraqlı şəxs kimi maraqlı şəxs1 və X5 tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2014-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin ## ### 2011-ci il tarixli 2(037)-160/2011-ci il nömrəli qətnaməsi ləğv edilərək hüquq haqqında mübahisə olması müəyyən edildiyindən iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmış, Azərbaycan Respublikası Ali məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2015-ci il tarixli, *(***)-***/** nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2014-cü il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytararkən mövqeyini məhkəmə qəbul etdiyi hazırkı qətnamə ilə miras əmlakla bağlı qərar qəbul etməməsi, yalnız “A” seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin X3 məxsus olması faktını müəyyən etməsi, “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəddə, istərsə də həmin sənədin verilməsinə dair ilkin sənədlərdə maraqlı şəxs1 və ona münasibətdə miras qoyanların adının olmaması və bununla da xüsusi icraat qaydasında işə baxılaraq hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbində hüquqda mübahisə olmadığından, sözügedən tələbə də iddia icraatı qaydasında deyil, xüsusi icraat qaydasında baxıldığından qəbul edilmiş hazırkı qətnamənin maraqlı şəxs1 hüquqlarına toxunmaması kimi əsaslandırsada, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmır. Belə ki, artıq eyni tələblə X3 tərəfindən məhkəməyə müraciət olunmuş və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə tələblə bağlı hüquq haqqında mübahisə olması, eyni zamanda qəbul edilən qətnamənin maraqlı şəxs1 hüquq və vəzifələrinə toxuna biləcəyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apellyasiya şikayətini geri qaytararkən əsas gətirdiyi maraqlı şəxs1 məhkəmənin belə bir qətnaməsinin mövcudluğundan 2025-ci ildən məlumatlı olsa da həmin qətnamədən 2026-cı ilin mart ayında yəni qətnaməni rəsmi əldə etdikdən sonra apellyasiya şikayəti verməsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Normadan göründüyü kimi apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. İş materiallarında olan ##.##.2026-ci il tarixli ərizədən görünür ki, maraqlı şəxs1 İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmənin ##.##.2025-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsinin surətinin ona təqdim olunmasını xahiş etmiş, qətnamə ## #### 2026-cı il tarixli *-***/*-C-***-*/**** nömrəli məktubla maraqlı şəxs1 təqdim olunmuş və həmin qətnamədən maraqlı şəxs1 tərəfindən ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədən şikayət vermə müddətinin axımı «qətnamənin surətinin rəsmi qaydada verildiyi» vaxtdan hesablandığına görə və qətnamə rəsmi qaydada maraqlı şəxs maraqlı şəxs1 ## #### 2026-cı il tarixdə təqdim edildiyindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülməmişdir. Belə olan halda apellyasiya şikayəti müəyyən edilmiş vaxtda verildiyindən onun buraxılmış prosessual müddətin bərpası barədə ərizə verməsinə ehtiyac yoxdur və məhkəmənin cavabdehdən bunu tələb etməsi də yolverilməzdir. “Q.Hüseynovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ##.##.2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPMdə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Qeyd olunan normaları nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi sözügedən qətnamənin maraqlı şəxs1 hüquqlarına toxunmadığından və apellyasiya şikayəti vermək üçün subyektiv hüququ olmadığından, həmçinin apellyasiya şikayəti vermək üçün qanunla müəyyən olunmuş prosessual müddəti ötürdüyündən apellyasiya şikayətinin geri qaytarılması barədə yanlış nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ləğv edilməli, maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməli və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikasının MPM-in 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: maraqlı şəxs1 tərəfindən verilmiş şikayət təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ləğv edilsin. İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən maraqlı şəxs maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul məsələsinin müzakirə edilərək baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar