Məhkəmə qərarları › İş №2(5-101)-1063/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(5-101)-1063/2026

05.03.2026 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-101)-1063/2026 05.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Şahın oğlunun iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində göstərildiyi barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində göstərildiyi barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs Şahın oğlu ilə bağladığı xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, ödənilmiş 100 manat dövlət rüsumu və 500 manat vəkil xidmət haqqının maraqlı şəxsdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X5 anadan olmuşdur. Maraqlı şəxs mediasiya sessiyasında iştirak etmiş və aralarında xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanılmışdır. Həmin sazişin şərtinə görə, "Tərəflər” aralarında rəsmi qaydada 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 2805 nömrəli, xx.xx.2021-ci il tarixli nikah münasibətlərinə məhkəmə prosesi 3 ay müddətinə uzadılmadan qarşılıqlı razılıq əsasında pozulmasına razıdır. "Tərəflər" nikaha xitam verildikdən sonra birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 “Birinci tərəf’ ana - X2 (himayəsində) yanında qalmasına razıdır. Birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay ayın 1dən 5-ə qədər 400 manat məbləğində aliment ata Maraqlı şəxs tərəfindən ana X2 adına açılmış bank hesabına ödənilməlidir. Buna baxmayaraq, Maraqlı şəxs həmin sazişlə üzərinə götürdüyü aliment öhdəliyini icra etmir. MŞB/10/2024-00195 nömrəli Barışıq sazişi üzrə sazişin icra olunma müddəti 10 gün müəyyən edilmişdir. Lakin maraqlı şəxs 2025-ci ilin fevral ayından sonra götürdüyü öhdəliyi könüllü qaydada icra etməmişdir. Azyaşlı xəstə övladının onun yanında qalmasına baxmayaraq, maraqlı şəxs üç yaşlı uşağı ilə iştirakı olmadan sərbəst şəkildə görüşəcəyini iddia edir. Maraqlı şəxs uşağın saxlanması üçün alimenti vaxtında ödəmir, bilərəkdən yayınmağa çalışır, üstəlik aliment ödənilməsini əks etdirən barışıq sazişinin 3-cü bəndini bilərəkdən pozur. Bu səbəbdən də, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məzmununa uyğun izahat verib, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni qismən qəbul edərək, barışıq sazişi ilə üzərinə götürdüyü aliment öhdəliyini qismən icra etdiyini, əvvəl işlədiyi yerdə 800 manat maaş aldığını, hal-hazırda işlədiyi yerdə isə maaşı 500 manat təşkil etdiyindən, 200-250 manat aliment ödəyə biləcəyini bildirdi. O, ərizənin qismən təmin edilərək sazişin dəyişdirilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi, Maraqlı şəxs və mediator X3 arasında Bakı 8 saylı Mediasiya təşkilatında bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞB/10/2024-00195 nömrəli barışıq sazişinə əsasən:

1. “Tərəflər” razılaşırlar ki, aralarında rəsmi qaydada 2 saylı Bakı “ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsində bağlanmış 2805 nömrəli, xx.xx.2021-ci il tarixli nikah münasibətlərinə məhkəmə prosesi 3 ay müddətinə uzadılmadan qarşılıqlı razılıq əsasında xitam verilir.

2. "Tərəflər" razılaşırlar ki, nikaha xitam verildikdən sonra “Tərəflər”in birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X6 “Birinci tərəf’ ana - X2 himayəsində saxlansın.

3. “Tərəflər” razılaşırlar ki, birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay ayın 1-dən 5-ə qədər 400 (dörd yüz) manat məbləğində aliment ata Maraqlı şəxs tərəfindən ana X2 adına açılmış bank hesabına ödəniləcəkdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahından xx.xx.2022-ci ildə X6 doğulmuşdur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 61.3-cü maddəsinə görə, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 75.1-ci və 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Beləliklə, işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişini könüllü şəkildə icra etmir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Belə olan halda, ərizə əsaslı olduğu üçün təmin edilməli, X7 və Maraqlı şəxs Şahın oğlu arasında Bakı 10 saylı Mediasiya təşkilatında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış MŞB/10/2024-00195 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilməlidir:

1. “Tərəflər” razılaşırlar ki, aralarında rəsmi qaydada 2 saylı Bakı “ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsində bağlanmış 2805 nömrəli xx.xx.2021-ci il tarixli nikah münasibətlərinə məhkəmə prosesi 3 ay müddətinə uzadılmadan qarşılıqlı razılıq əsasında xitam verilir.

2. "Tərəflər" razılaşırlar ki, nikaha xitam verildikdən sonra “Tərəflər”in birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X6 “Birinci tərəf’ ana - X2 himayəsində saxlansın.

3. “Tərəflər” razılaşırlar ki, birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay ayın 1-dən 5-ə qədər 400 (dörd yüz) manat məbləğində aliment ata Maraqlı şəxs tərəfindən ana X2 adına açılmış bank hesabına ödəniləcəkdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə edilmiş “ASAN ödəniş” sistemi vasitəsilə ödənilmiş xx.xx.2026-cı il tarixli, **********67 nömrəli ödəniş qəbzinə əsasən, hazırkı ərizənin verilməsi üçün ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş “mpay” ödəniş terminalı vasitəsilə ödənilmiş xx.xx.2026-cı il tarixli, 12411 nömrəli ödəniş qəbzinə əsasən, 06 nömrəli müqavilə üzrə ərizəçi 535 manat ödəniş etmişdir. Məhkəmə ərizənin təmin edildiyini nəzərə alaraq, hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və 500 manat vəkil xidmət haqqı maraqlı şəxsə aid edilməli və ondan alınaraq ərizəçiyə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs Şahın oğlu arasında Bakı 8 saylı Mediasiya təşkilatında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış MŞB/10/2024-00195 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. “Tərəflər” razılaşırlar ki, aralarında rəsmi qaydada 2 saylı Bakı “ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsində bağlanmış 2805 nömrəli xx.xx.2021-ci il tarixli nikah münasibətlərinə məhkəmə prosesi 3 ay müddətinə uzadılmadan qarşılıqlı razılıq əsasında xitam verilir.

2. "Tərəflər" razılaşırlar ki, nikaha xitam verildikdən sonra “Tərəflər”in birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X6 “Birinci tərəf’ ana - X2 himayəsində saxlansın.

3. “Tərəflər” razılaşırlar ki, birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay ayın 1-dən 5-ə qədər 400 (dörd yüz) manat məbləğində aliment ata Maraqlı şəxs tərəfindən ana X2 adına açılmış bank hesabına ödəniləcəkdir. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu və 500 (beş yüz) manat vəkil xidmət haqqı Maraqlı şəxs aid edilməklə, ondan alınaraq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar