Məhkəmə qərarları › İş №2(3-10)-412/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-412/2026

29.07.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-412/2026 29.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı "mediasiya prosesində bağlanmış Barışıq sazişinin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: "mediasiya prosesində bağlanmış Barışıq sazişinin etibarsız hesab edilməsi" tələbi, qüvvə) Hakimlər X3 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehlər cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh1 mediatoru X7 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı "mediasiya prosesində bağlanmış Barışıq sazişinin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı "mediasiya prosesində bağlanmış Barışıq sazişinin etibarsız hesab edilməsi" tələbi barədə iddia qaldıraraq nikahın pozulması və əmlak bölgüsü tələbi üzrə keçirilən mediasiya prosesində cavabdeh2 5000,0 manat məbləğində kompensasiya alması haqqında aralarında bağlanmış ##.##.2024-cü il tarixli MŞQ/MT***-****-*** nömrəli Barışıq sazişinin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh2 ilə ##.##.2013-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş və həmin nikahdan ##.##.2014-cü il təvəllüdlü X2 adında uşaqları olmuşdur. Onlar Bakı şəhərində kirayədə qalmış və 2019-cu ilin dekabr ayında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, bina 188-də yerləşən ** nömrəli mənzili 71000 (yetmiş bir min) manata almışlar. Mənzilin alqısatqı müqaviləsi cavabdeh2 adına bağlanmış, razılaşmaya əsasən 32000 (otuz iki min) manat məbləğində ilkin ödəniş olunmuş (5000,0 manat onun, 5000,0 manat Səbanın valideynləri ödəmiş, 22.000,0 manat öz vəsaitləri hesabına ödənilmişdir) və qalan 39000 (otuz doqquz min) manat ##.##.2023-cü il tarixdədək ayda 1000,0 manat olmaqla hissə-hissə ödənilib (öz vəsaitləri hesabına) qurtarmışdır. 2020-ci ilin may ayında həmin mənzilə köçmüş və təmir işlərinə cəmi 15.000,0 manat məbləğində vəsait sərf etmişlər. ##.##.2023-cü il tarixdə cavabdeh2 ilə bağlanmış mənzilin alqı-satqı müqaviləsi onun razılığı olmadan ləğv edilmiş və ##.##.2023-cü il tarixdə X1 adına bağlanmışdır. Həmin mənzildə cavabdeh2 və sonuncunun valideynləri ilə birlikdə 2025-ci ilin may ayınadək yaşamış, Şəki rayon məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə boşanmış və mənzildən çıxarılmışdır. Boşanma ərəfəsində qaynanası X1 boşanma prosesini üç ay müddətinə ləngitmək məqsədilə avtomobil almaqdan ötrü ona maddi yardım etməyi vəd etmiş və mediasiya prosesində Kəri mova Səba Kamran qızından həmin məqsədlə 5000,0 manat məbləğində kompensasiya alması haqqında aralarında ##.##.2024-cü il tarixli MŞQ/MT***-****-*** nömrəli Barışıq sazişi bağlanmışdır. MŞQ/MT***-****-*** nömrəli Barışıq sazişində səhvən həmin məbləğin əmlak bölgüsü üzrə ödənilməsi qeyd olunmuş, Şəki rayon məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)****/**** saylı qətnaməsi ilə birgə nikah dövründə əmlak əldə edilməsinə çəkilmiş xərclərin bölünməsinə dair iddiası Barışıq sazişinin şərtləri əsas tutularaq təmin edilməmişdir. Halbuki, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, bina 188-də yerləşən ** nömrəli mənzil 71000 (yetmiş bir min) manata alınmış və təmir olunmasından ötrü 15.000,0 manat xərclənmişdir. Ona görə də, nikahın pozulması və əmlak bölgüsü tələbi üzrə cavabdeh1 vasitəsilə keçirilən mediasiya prosesində Kəri mova Səba Kamran qızından 5000,0 manat məbləğində kompensasiya alması haqqında aralarında bağlanmış ##.##.2024-cü il tarixli MŞQ/MT035- ****-*** nömrəli Barışıq sazişi etibarsız hesab edilməlidir.

3. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 337.1, 347, 354.2-ci maddələrinə, “Mediasiya haqqında” AR Qanunun 3.1.2, 33.1.5 və 33.3-cü maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Işdə olan ##.##.2024-cü il tarixli MŞQ/MT***-****-*** nömrəli Barışıq sazişinin surətinə əsasən nikahın pozulması və əmlak bölgüsü tələbi üzrə cavabdeh1 mediator X7 vasitəsilə həyata keçirilən mediasiya prosesində Bəki rov Müşvi q Elfurad oğlu əmlak bölgüsündə cavabdeh2 5000,0 manat məbləğində kompensasiya alması barədə razılaşmış və gələcəkdə əmlak xarakterli heç bir tələb irəli sürməyəcəyi barədə öhdəlik götürmüşdür. Işdə olan Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)****/**** saylı qətnaməsinin surətinə əsasən İddiaçı ilə cavabdeh2 arasında ##.##.2013-cü il tarixli ** nömrəli nikah akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Işdə olan Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)****/**** saylı qətnaməsinin surətinə əsasən iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı birgə nikah dövründə əmlak əldə edilməsinə çəkilmiş xərclərin bölünməsi tələbi barədə iddiasına dair iş üzrə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, bina 188-də yerləşən ** nömrəli mənzilin cavabdeh2 və İddiaçı tərəfindən birgə nikah dövründə (2019-cu ilin dekabr ayında) 61000 (altmış bir min) manata alındığı, birgə nikah dövründə (##.##.2023- cü il tarixdə) geri qaytardığı və əldə olunan vəsaitin həmin dövrdə xərcləndiyi müəyyən edilmiş, iddia tələbi təmin edilməmişdir.

6. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Iddiaçı İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə razı deyil, sözügedən qətnamə birbaşa cavabdehin maraqlarına xidmət etməkdədir. Belə ki, ##.##.2024-cü il tarixdə cavabdeh1 keçirilən mediasiya prosesində cavabdeh ona bildirmişdir ki, guya evin heç bir sənədi yoxdur və onlar boşandıqdan sonra onun sözügedən evdə istədiyi qədər yaşamaq hüququ vardır. Cavabdehin dediyini mediatr Ədalət Əliyev də təsdiqləmiş və onu buna inandırmışlar. Barışıq sazişində qeyd edilən 5000 (beş min) manatı isə cavabdeh ona maşın almaqda köməklik məqsədilə verdiyini və həmin məbləği ona ##.##.2025-ci il tarixdə ödəcəyini bildirmişdir. Yəni onun evdən imtina edib, bunun əvəzində cavabdehdən 5000 (beş min) manat almaq barədə ümumiyyətlə fikri olmamış və buna dair cavabdehlə aralarında heç bir söhbətləri olmamışdır. Yuxarıda da qeyd edir ki, cavabdeh1 mediatoru Ədalət Əliyev cavabdehin maraqlarından çıxış edərək onu aldatmışdır. Həmçinin qeyd edir ki, cavabdeh ona ##.##.2025-ci ilədək 5000 (beş min) manat verəcəyi barədə götürdüyü öhdəliyi də yerinə yetirməmişdir. O, birgə nikahda əldə olunan əmlakla bağlı Şəki Rayon Məhkəməsində iddia qaldırdıqdan sonra cavabdeh əl-ayağa düşərək ona 2025-ci ilin dekabr ayında bildiriş göndərərək 5000 (beş min) manatı ödəməyə hazır olduğunu bildirmişdir. Təəssüflər olsun ki, qeyd edilən faktlar birinci instansiya məhkəməsində araşdırılmamışdır. Bu səbəbdən də hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli Qətnaməsi qanunsuz və əsassızdır və birbaşa cavabdehin maraqlarına xidmət etməkdədir.

8. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Iddiaçı İddiaçı apellyasiya şikayətinə qarşı cavabdeh cavabdeh2 tərəfindən etiraz verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil, həmçinin cavabdeh1 mediatoru X7 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdən əmələ gəlir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 347.1-ci madəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 347.3-cümaddəsinə əsasən əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. 354.2-ci maddəsinə əsasən .... Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

13. “Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu: 3.1.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. 33.1.5-ci maddəsinə əsasən mediasiya prosesində bağlanmış barışıq sazişində mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri göstərilir. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qüvvədə olan qanunvericiliyə..... zidd olmamalıdır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

19. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. Iddiaçı İddiaçı Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh2 və İddiaçı ##.##.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş, 2019- cu ilin dekabr ayında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, bina 188-də yerləşən ** nömrəli mənzili 61000 (altmış bir min) manata almış və ##.##.2023-cü il tarixdə geri qaytarmış, ##.##.2024-cü il tarixdə nikahın pozulması və əmlak bölgüsü tələbi üzrə cavabdeh1 mediator X7 vasitəsilə həyata keçirilən mediasiya prosesində İddiaçı əmlak bölgüsündə Kəri mova Səba Kamran qızından 5000,0 manat məbləğində kompensasiya alması barədə MŞQ/MT***-****-*** nömrəli Barışıq sazişi bağlamış və ##.##.2025-ci il tarixdə boşanmışlar. Barışıq sazişinin boşanma prosesini ləngitmək məqsədilə avtomobil almaqdan ötrü İddiaçı maddi yardım göstərilməsi niyyəti ilə bağlanması, o cümlədən Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, bina 188-də yerləşən ** nömrəli mənzilin qaytarılmasından əldə olunmuş nağd pul vəsaitinin cavabdeh2 qalması müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, boşanma prosesini ləngitmək məqsədilə bir tərəfin digər tərəfə maddi yardım göstərmək vədi mübahisəni qanunvericilikdə nəzərdə tutulandan fərqli qaydada həll etmək vasitəsi olduğundan yerinə yetirilməsi məcburiyyəti yoxdur və bundan ötrü mediasiya tətbiqi nəzərdə tutulmur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab etmişdir ki, İddiaçı nikahın pozulması və əmlak tələbi üzrə keçirilən mediasiya prosesində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, bina 188-də yerləşən ** nömrəli mənziliin alınmasından ötrü cəmi 5000,0 (beş min) manat məbləğində vəsait qoyduğunu təsdiq edərək əmlak bölgüsü üzrə həmin məbləğdə kompensasiya alması barədə razılaşıb, cavabdeh2 ilə Barışıq sazişi bağlaması və sonrakı müddətdə bir neçə dəfə 5000,0 manatın mediator vasitəsilə ödənilməsindən ötrü müraciət etməsi onun vacib əhəmiyyətli yanılmanın təsiri altında hərəkət etmədiyinə dəlalət edir. ##.##.2024-cü il tarixli MŞQ/MT***-****-*** nömrəli Barışıq sazişi tərəflərin həqiqi iradəsini ifadə etdiyi üçün vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmadığından və AR Mülki Məcəlləsinin 354.2-ci maddəsində nəzərdə tutulan müddət keçdiyindən İddiaçı nikahın pozulması və əmlak bölgüsü tələbi üzrə cavabdeh1 vasitəsilə keçirilən mediasiya prosesində cavabdeh2 5000,0 manat məbləğində kompensasiya alması haqqında aralarında bağlanmış ##.##.2024-cü il tarixli MŞQ/MT***-****-*** nömrəli Barışıq sazişinin etibarsız hesab edilməsini tələb etməkdə haqlı deyil.

23. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

24. Belə ki, iddiaçı apellyasiya şikayətində cavabdehin ona 5000 (beş min) manatı maşın almaqda köməklik məqsədilə verdiyini qeyd etsə də, işdə olan ##.##.2024-cü il tarixli MŞQ/MT***-****-*** nömrəli Barışıq sazişində həmin hallar öz əksini tapmır.

25. Belə ki, işdə olan ##.##.2024-cü il tarixli MŞQ/MT***-****-*** nömrəli Barışıq sazişinin surətinə əsasən nikahın pozulması və əmlak bölgüsü tələbi üzrə cavabdeh1 mediator X7 vasitəsilə həyata keçirilən mediasiya prosesində Bəki rov Müşvi q Elfurad oğlu əmlak bölgüsündə cavabdeh2 5000,0 manat məbləğində kompensasiya alması barədə razılaşmış və gələcəkdə əmlak xarakterli heç bir tələb irəli sürməyəcəyi barədə öhdəlik götürmüşdür.

26. Bundan başqa apellyator şikayətində qeyd etdiyi həmin dəlili hər hansı digər sənəd və ya sübutla təsdiq edə bilməmişdir.

27. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar