Məhkəmə qərarları › İş №2(3-10)-417/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-417/2026

03.06.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-417/2026 03.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh və Ağdaş rayon Notariat Ofisinə qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əqdin etibarsızlığı) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, Iddiaçı İddiaçı və onun vəkili Vəkil, Cavabdeh Cavabdeh iştirakları ilə, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: Işin halları Ağdaş rayonu Ləki qəsəbə soveti tərəfindən verilmiş ## ###### 1963-cü il tarixli ****** saylı evlənmək haqqından şəhadətnamənin surətindən görünür ki, X8 ilə X3 arasındakı nikah ## ###### 1963-cü il tarixli ** saylı akt qeydi ilə qeydə alınmışdır. Ağdaş rayonu Ləki qəsəbə kənd soveti tərəfindən verilmiş ## ###### 1964-cü il tarixli ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ## ###### 1964-cü il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuşdur. X9, anası İddiaçıdır. Ağdaş rayonu Ləki qəsəbə kənd soveti tərəfindən verilmiş # #### 1975-ci il tarixli III-ЖГ doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ## #### 1974-cü il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuşdur. X9, anası İddiaçıdır. Ağdaş rayon IHB-nın Ləki qəsəbə IƏD-üzrə nümayəndəliyi tərəfindən verilmiş ## ###### 2015-ci il tarixli AZ-İ ****** saylı ölüm haqqında şəhadətnaməni surətindən görünür ki, X14 ## ###### 2015-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında ## ###### 2015-ci il tarixli ** saylı qeyd edilmişdir. Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ## ####### 2017-ci il tarixli AZ-İ ****** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ## ####### 2017-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında ## ####### 2017-ci il tarixdə *** saylı qeyd edilmişdir. Ağdaş Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ## ###### 2017-ci il tarixli **** saylı arayışın surətindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı ## ###### 1964-cü il tarixdə Ağdaş rayonu Ləki qəsəbəsində anadan olmuş X20 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə ##.##.1998-ci ildən ##.##.2017-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılış qeydiyyat informasiya sistemi üzrə yoxlama aparılmış və X20 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. Ağdaş RIHB-nın Ləki qəsəbə IƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ## ###### 2017ci il tarixli *** saylı arayışdan görünür ki, İddiaçı mərhum oğlu X20 ölən günədək yəni ## ####### 2017-ci il tarixdək onunla birlikdə ünvan 1 saylı ünvanda yaşamışdır. Ağdaş RIHB-nın Ləki qəsəbə IƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ## ###### 2017ci il tarixli *** saylı arayışdan görünür ki, İddiaçı mərhum oğlu X20 ölən gündən yəni ## ####### 2017-ci il tarixdən anası İddiaçı, qardaşı- X4, qardaşı Cavabdeh, bacısı X10 və bacısı X13 adlı vərəsələri vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, № ******* saylı ********** saylı qeydiyyat nömrəli, ## ###### 2017-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X20 adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs xüsusi notariusu X15 tərəfindən verilmiş ## ### 2018-ci il tarixli *V-*** saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2017-ci il tarixdə ölmüş X19 vərəsəsi İddiaçı Ağdaş Ləki qəsəbəsi M.Mustafayev küç 3/2 və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin ** saylı Ərazi Idarəsi tərəfindən ##.##.2017 tarixdə X20 verilmiş 903013041952- ***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 63.4 kv/m olan fərdi yaşayış evindən ibarətdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs xüsusi notariusu X15 tərəfindən verilmiş ## ### 2018-ci il tarixli *V-*** saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2017-ci il tarixdə ölmüş X19 vərəsəsi İddiaçı Ağdaş Ləki qəsəbəsi M.Mustafayev küç 3/2 və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin ** saylı Ərazi Idarəsi tərəfindən ##.##.2017 tarixdə X20 verilmiş 903013041952- ***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, № ******* saylı ********** saylı qeydiyyat nömrəli, ##.##.2018-ci il qeydiyyat tarixli “Çıxarış”ın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Iş materiallarında olan Ağdaş rayon Nehrəxəlil kənd Icra Nümayəndəliyi tərəfindən verilmiş ## #### 2018-ci il tarixli ** saylı arayışdan görünür ki, İddiaçı 1945-ci ildə anadan olub, Ləki qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq Nehrəxəlil kəndində ona məxsus olan № ******* seriya RX yaşayış evində özündən başqa heç kim qeydiyyatda yoxdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs xüsusi notariusu X15 tərəfindən verilmiş ## #### 2018-ci il tarixli 4 ə *** nömrəli notariat işinə əlavə edilmiş “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nin surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 63.4 kv/m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə hədiyyə olaraq Cavabdeh bağışlamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs xüsusi notariusu X15 verilmiş ## #### 2018-ci il tarixli Ağdaş şəhəri Ləki qəsəbəsi M.Mustafayev küç 3/2 ünvanında qeydiyyatda olan İddiaçı tərəfindən verilmiş ərizənin surətindən görünür ki, əri X14 ##.##.2015-ci ildə vəfat etmişdir, o vatxdan ailə həyatı qurmuşdur. Hal-hazırda duldur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs xüsusi notariusu X15 olması səbəbindən İddiaçı tapşırığı ilə onun əvəzinə sənədi imzalayan X5 onun iştirakı ilə etdiyi imzasının həqiqiliyini təsdiq edir. X5, İddiaçı şəxsiyyəti müəyyən edilib. Ağdaş rayon Notariat ofisi tərəfindən verilmiş ## ##### 2025-ci il tarixli *** saylı məktuba əlavə edilmiş ## #### 2018-ci il tarixli *Ə-*** saylı daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 63.4 kv/m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni hədiyyə alanın mülkiyyətinə verir. Hədiyyə verən İddiaçı (tam hissə, 63.4 kv/m)-hədiyyə alan Cavabdeh ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 800 kv/m olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni hədiyyə alanın mülkiyyətinə verir. Hədiyyə verən İddiaçı (tam hissə, 800 kv/m) hədiyyə alan Cavabdeh bağışlanan daşınmaz əmlak hüquqmüəyyənedici sənədə əsasən hədiyyə verənə məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, № ******* saylı ********** saylı qeydiyyat nömrəli, ## #### 2018-ci il qeydiyyat tarixli “Çıxarış”ın və texniki pasportun surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli *-**-**/*- */****/**** saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş *Ə-*** nömrəli nitariat işinin 2-ci vərəqində olan ## #### 2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin üz tərəfində soldan 1-ci imza, arxa tərəfində “hədiyyə verən” qrafasındakı imza və “Yahyayev Vasif” əlyazmaları, “Qeyd” və “X5” (“İddiaçı əvəzinə savadsız olması səbəbindən X5- Ağdaş, Ləki qəsəbəsi M.Mustafayev küçəsi 5/5(AZE 16388313, 12/08//2-16- AĞDAŞ)” imza etdi) qrafalarındakı “Müqavilədən irəli gələn hüquq və vəzifələrin izah olundu” əlyazmaları; 2018-ci ilə dair ***** nömrəli reyestr jurnalının 39-cu vərəqində “***” sıra nömrəsində “İddiaçıq q... Savadsız olduğuna görə X5 o. Imzaladı” əlyazmaları qarşısında “Notariat hərəkətinin aparaılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza və “Yahyayev” əlyazması-X5 tərəfindən icra olunmuşdur. Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Cavabdeh və Ağdaş rayon Notariat Ofisinə qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## #### 2018- ci il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs xüsusi notariusu X15 tərəfindən təsdiq edilmiş onun adından cavabdeh Cavabdeh ilə bağlanmış daşınmaz əmlakın bağışlanması barədə *Ə-*** nömrəli müqavilənin etibarsız əqd hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1945-ci ildə Ağdaş rayonunun Nehrəxəlil kəndində anadan olmuş və ## ###### 1964-cü il tarixdə anadan olmuş X19, ## ###### 1968-ci il tarixdə anadan olmuş X4, ## #### 1971-ci il tarixdə anadan olmuş X6, ## #### 1974-cü il tarixdə anadan olmuş Cavabdeh, ## #### 1977-ci il tarixdə anadan olmuş X10 və 23 ssentyabr 1982-ci il tarixdə anadan olmuş X13 anasıdır. ## ####### 2017-ci il tarixdə oğlu X19 vəfat etmişdir. Onun vəfatından təxminən 1 (bir) ay sonra digər oğlu bu iddia tələbi üzrə cavabdehlərdən biri olan Cavabdeh onu Ağdaş şəhərinə apararaq dedi ki, Notariat kontoruna gedib Tanrıverdinin vərəsəsi olması barədə ərizə vermək lazımdır. O, da bunu etmişdir. Bundan təxminən 6 (altı) ay sonra cavabdeh Cavabdeh yenə də onu Ağdaş şəhərinə apararaq dedi ki, Notariat kontorunda Tanrıverdinin ölümündən sonra qalmış evin ona keçməsi barədə sənəd almaq lazımdır. Notariat kontoruna gəldikdə oğlu dedi ki, sənədi ona vermək üçün onun sübutu kimi onun şəklini çəkməlidirlər. Şəkil çəkdirəndən sonra sənədi Mahirə vermişlər və onlar oranı tərk etmişlər. Onun artıq səksən yaşı var. Son vaxtlar tez-tez xəstələnir və hər zaman düşünür ki, ölə bilər. Bu səbəbdən keçən ilin dekabr ayında o, oğlu Tanrıverdidən ona miras qalmış evi satıb evin satışından əldə edilən pulu övladları arasında bölmək istəmişdir. Bundan bir müddət sonra onun evi satmaq istədiyini eşidən oğlu Mahir onlara gələrək, ona əsəbləşərək onun heç bir evi olmadığını və həmin evin artıq onun adına olduğunu, evi yalnız özünün sata biləcəyini ona demişdir. Oğlundan bu xəbəri eşitdikdən sonra bu ayın əvvəllərində o məsələ ilə maraqlanmış və oğlu Tanrıverdinin ölümündən sonra ona miras qalmış evin sənədlərinin hazırda Mahirin adına olduğu, buna əsas onun adına imzalanmış ## #### 2018-ci il tarixli 4 ə *** nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin olduğu ona məlum olmuşdur. Onun heç vaxt oğlu Tanrıverdinn evini oğlu Mahirə bağışlamaq fikri olmadığından ## ###### 2025-ci il tarixdə o məsələ ilə bağlı vəkilə müraciət edərək, onun adından imzalanmış ## #### 2018-ci il tarixli 4ə *** nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi tapşırığını vermişdir. ## ###### 2025-ci il tarixdə vəkil sorğu göndərərək Ağdaş rayon notariat ofisində oğlu X19 adına açılmış vərəsəliklə və həmçinin ## #### 2018-ci il tarixdə İddiaçı tərəfindən Ağdaş rayonunun Nehrəxəlil kəndində yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin oğlu Cavabdeh bağışlanması ilə bağlı notariat işinin surətlərini əldə etmiş və yaranmış halı müzakirə etmək üçün onu öz ofisində dəvət etmişdir. Vəkilin iştirakı və izahatı ilə notariat ofisindən daxil olmuş materiallarla tanış olduqda ona məlum oldu ki, oğlu Mahir onu Notariat konturunda Tanrıverdinin ölümündən sonra qalmış evin ona keçməsi barədə sənəd almaq lazımdır deyərək ## #### 2018-ci il tarixdə Ağdaş şəhərinə apararaq əslində onu çaşdıraraq miras evi özünə bağışlatmışdır. Vəkil onu işin halları ilə tanış edərkən ona həmçinin bəlli oldu ki, ## #### 2018-ci il tarixdə daşınmaz əmlakın bağışlanması barədə 4 ə *** nömrəli müqaviləni onun adından guya o savadsız olması səbəbindən X7 adlı şəxs imzalamışdır. O, həqiqətən də daşınmaz əmlakın bağışlanması barədə 4 ə *** nömrəli müqavilədə göstərilən ## #### 2018-ci il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs olmuş və orada şəklini də çəkmişlər. Mahir oğlu Tanrıverdinin ölümündən sonra qalmış evin ona keçməsi barədə sənəd almaq üçün notarizt kontorunda şəkil çəkdirməli olmuşdur. 4ə *** nömrəli müqavilənin onun adından bağlanması üçün əsas X7 adlı şəxs tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ünvanlanmış ərizə olmuşdur. O, az savadlı olsa da, tam savadsız deyil. Özü imza edə və adını yaza bilir. 4ə *** nömrəli müqavilədə qeyd oldunduğunun əksinə olaraq X7 adlı şəxsi o tanımır və onun əvəzinə hansısa sənədi imzalamağı ondan xahiş etməmişdir. Əlavə olaraq onu da qeyd etməyi lazım bilir ki, ## #### 2018-ci il tarixdə o, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs notariusu M.Əliyevə 4 ə *** nömrəli müqavilə bağlanması üşün heç bir hüquq müəyyən edici sənəd təqdim etməmişdir. Belə ki, onda heç vaxt həmin müqavilədə qeyd olunan oğlu Tanrıverdinin ölümündən sonra ona miras qalmış Ağdaş rayonunun Nehrəxəlil kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair sənədlər olmamışdır. Yuxarıda qeyd etdiyi kimi ## #### 2018-ci il tarixdə cavabdeh onu Ağdaş şəhərinə Notariat kontoruna Tanrıverdinin ölümündən sonra qalmış evin onun adına keçməsi barədə sənəd almaq adı ilə aparmışdır. Bütün bunları bildikdən sonra o daşınmaz əmlakın bağışlanması barədə 4 ə *** nömrəli ## #### 2018ci il tarixli müqavilənin etdiyi hərəkətlərin mənasını başa düşməyərək oğlunun sözlərinə inanaraq, vacib əhəmiyyətli yanılma təsiri altında bağlanmış olduğunu başa düşmüş və onun etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, Ağdaş rayonunda anadan olmuşdur. 80 yaşı var. 6 övladı olmuş, 4 oğlan, 2 qız, oğlullarından 2-si rəhmətə getmişdir. Onun təhsili natamam ortadır, hazırki əlifba ilə yazıb-oxumağı bacarmır, lakin imza ata bilir. O, cavanlığına kolxozda pambıqçı işləmiş, həmin kolxoza topladığı məhsulun hesabatını vermişdir. Mahir onu 2 dəfə notariata aparmışdır. 1-ci dəfə oğlu Tanrıverdinin qırx mərasimi çıxmamış apardı və dedi ki, Tanrıverdinin vərəsəsi kimi onun mirasını qəbul etməlidir. 2-ci dəfə notariata 1-ci dəfə gedəndən 6 ay sonra getmiş, Mahir ona Tanrıverdinin evinin sənədini almağa getdiklərini demiş, həmin gün notariusda onun şəklini çəkmişlər, lakin o, heç bir sənədə qol çəkməmişdir. Hər iki dəfə notariata gedəndə yanında Mahirdən başqa heç kim olmamışdır. Notaries iona heçnə başa salmamışdır. Onun evini Mahirə bağışlamaq fikri olmamış, çünki həmin evi satıb pulunu bütün övladları arasında bölmək istəmişdir. Onun adından müqaviləni X5 imzalamışdır. O, heç vaxt Vasifdən heç bir şey xahiş etməmiş, Vasif Mahirin oğlunun sinif yoldaşıdır. Tanrıverdinin evinə dair onda heç bir sənəd olmamışdır, həmin sənədləri Mahir düzəldirdi. Mahir onu aldadaraq yaşlı olmasından, ona güvənməsindən istifadə edərək evi öz adına keçirmişdir. Mahirin onu aldadaraq evi adına keçirməsini 2024-cü ilinn dekabr ayında bilib, 2025-ci ilin yanvar ayında vəkilə, sonra isə məhkəməyə müraciət etmişdir. Iddianın təmin edilməsini xahiş edir. Daha sonra məhkəmə iclasında İddiaçı boş vərəq təqdim olunaraq həmin vərəqə imza atması xahiş olunmuş, İddiaçı həmin vərəqə ## ###### 2005- ci ildə aldığı şəxsiyyət vəsiqəsində olduğu kimi “Kyллəр” sözü yazaraq imza etmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, onlar 4 qardaş olmuşlar. Atasının 3 torpaq sahəsi olmuşdur. Torpağın biri anasının, biri Rusiyada yaşayan qardaşının, biri isə Tanrıverdinin torpağıdır. Atası rəhmətə gedəndə bütün torpaqları ona verdiyini demişdi. Onun özünün ayrı evi var, ama Tanrıverdinin evini anası ona bağışlamış, həmin evdə ona məxsusdur. Anası düz danışır onu iki dəfə notariusa aparmış, 1-ci dəfə qardaşının 40 mərasimi ərəfəsində notariata getmişlər, 2-ci dəfə bundan 6 ay sonra anası ilə notariata getmişlər. Notariata anası ilə ikisi getmişlər, başqa heç olmamışdır, yalnız notaries olmuşdur. Vasif Yahyayev onun oğlu ilə bir sinifdə oxumuş, ama Vasif heç vaxt notariata gedib orada imza atmamış, o, Vasifi notariatda görməmişdir. Anası yazıb-oxumağı bilmədiyindən imza etməmiş, sadəcə şəkli çəkilmişdir. Anası həmin vaxtlar oğlunun ölümü ilə əlaqədar sarsıntı keçirmişdi və çox yaşlı idi bəzi məqamları xatırlamaya bilər, ama anası özü könüllü həmin evi ona bağışlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadə verərək bildirmişdir ki, qardaşı Tanrıverdi ## ####### 2017- ci il tarixdə vəfat etmişdir. Qardaşının 40-ı çıxmamış Mahir anasını yas mərasimi vaxtı notariata aparmışdır. Yahyayev Vasifi tanıyır, onların qonşudur. Vasif Mahirin oğlu ilə birlikdə oxumuşdur. Anasının ağlı başındadır. Anası natamam orta təhsillidir, hazırki əlifba ilə yazıb-oxumağı bacarmır, lakin imza çəkə bilər. Vaxtı ilə kolxozda pambıqçı işləyib, məhula dair hesabatlar vermişdir. Mahir anasını aldadıb onun evini ələ keçirmiş, anasının məqsədi evi satıb, pulunu övladları arasında bərabər bölməkdən ibarətdir. 2025-ci ilin yanvar ayında onlara evin Mahirin adına keçməsi məlum olmuş, bundan sonra vəkilə müraciət etmişlər, vəkil sorğular vermiş, ## ###### 2025-ci il tarixdə iddia ərizəni məhkəməyə göndərmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirmişdir ki, hər iki tərəfi tanıyır, hər iki tərəf onun qonşusudur, Mahirin oğlu ilə bir sinifdə oxumuşdur. Güllər xanım ona heç bir xahiş etməmiş, onu heç bir notariata çağırmamışdır. # #### 2018-ci il tarixdə o, əsgər getmiş, 2020 yanvar ayının 5-də qayıtmışdır. ## #### 2018-ci il tarixdə 18 yaşı tamam olmuşdur. Həmin vaxtadək və əsgərliyə gedənədək o, heç vaxt notariata getməmişdir. Onun əvəzindən həmin sənədə kim və niyə imza etmiş araşdırılmasını xahiş edir. Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi (hakim: A.Mürsəlova) ilə, iddia tələbi təmin edilərək, Ağdaş rayonunun Nehrəxəlil kəndində yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi üzərində inşa edilmiş 63.4 kv/m fərdi yaşayış evinə dair Ağdaş rayon Notariat Ofisində iddiaçı İddiaçı ilə Cavabdeh arasında bağlanmış 4Ə-*** reyestr nömrəli ## #### 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsin etibarsız hesab edilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh Cavabdeh qanunun tələblərini pozaraq dolayısı yolla öz xeyrinvacib əhəmiyyətli yanılmanın təsiri altında əqd bağlamışdır ki, bu halda əqdlər etibarsız hesab edilməlidir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 661, 667, 668, 670, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 119-cu maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ailələr dörd qardaş, iki bacı olmaqla səkkiz nəfərdən ibarət olmuşdur. Mərhum qardaşının adına olan torpaq sahəsi onun ölümündən sonra vərəsəlik qəydasında anasının adına keçirilmişdir. Anası mərhum qardaşının torpaq sahəsinin və evinin ananın adına qeydiyyata alındıqdan sonra onun razılığı ilə könüllü olaraq özü tərəfindən ## #### 2018-ci il tarixdə notariat qaydasında rəsmiləşdirilmiş bağışlama müqaviləsi ilə ona bağışlamışdır. Həmin müqavilə anasının razılğı ilə Yahyayev Vasif tərəfindən imzalanmışdır. Lakin işə baxan məhkəmə işin bu faktiki hallarında tərəflərin bir-birinə ziddiyyətli izahatlarına əhəmiyyət verməmişdir. Işə baxan məhkəmə iddiaçının qocalığından və savadsızlığından istifadə edilərək hazırki iş üzrə öyrədilməsi halını hərtərəfli araşdırmamışdır. Belə ki, əgər anası olan iddiaçı müqavilə bağlanan zaman xüsusi notariusa müqaviləni özü imzalamağa qadir olduğunu bildirsəydi, təbii ki, notarius Vasif Yahyayevin müqaviləni imzalamasına razı olmazdı. Iddiaçı tərəfin daşınmaz əmlakın bağışlanması müqaviləsindən yalnız 2025-ci ilin fevral ayında xəbərinin olması tamamilə yalan və iftiradır. Belə ki, bütün bunlar məhkəmədə şahid qismində ifadə verən bacısını qurmasıdır. X11 əmlakın geri qaytarılması üçün daim anama təsir edir. Lakin anası ilk vaxtlar bütün bunların əleyhinə olsa da, sonda bacısının müqavilənin ləğv edilməsinə məcbur etməyi bacarmışdır. Məhkəməyə iddia verilənədək bütün hərəkətləri o etmişdir. Göründüyü kimi bütün yuxarıda göstərdiyi hallara baxmayaraq işə baxan məhkəmə iş üzrə çox səthi araşdırma aparmış, yuxarıda qeyd etdiyi işin faktiki hallarını tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırmamış, sübutları əlaqəli şəkildə əsaslandırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilərək şikayətin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilə bağlanan zaman heç bir qanunsuzluğa yol verilməmişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayəti qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etdilər. Iddiaçı əlavə olaraq bildirdi ki, o, ancaq imza edə və adını yaza bilir, oxumağı bacarmır. O, hal-hazırda qızı ilə yaşayır. Oğlunun evinə getmir, nəvələridə onun yanına gəlmirlər. Vəkil əlavə olaraq bildirdi ki, iddiaçı özü imza etməyi və adını yazmağı bacardığından müqavilənidə özü imzalaya bilərdi. Odur ki, nəzərə alınmasını xahiş etdilər. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası M a d d ə 1 3 . Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. M a d d ə 2 9 . Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 331.4. Əgər fiziki şəxs fiziki çatışmazlıq, xəstəliyinə və ya savadsızlığına görə əqdi özü imzalaya bilmirsə, əqdi onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Başqa fiziki şəxsin imzası əqdi bağlayanın özünün imza edə bilməməsinin səbəbləri göstərilməklə, notarius tərəfindən və ya bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs tərəfindən təsdiqlənməlidir. 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.3. Imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər.

“Notariat haqqında” Azərbaycan Respublikası Qanunu

9. Notarius öz vəzifələrini yerinə yetirərkən, fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir.

35. Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır. Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Şəxs əqdi, ərizəni və ya başqa sənədi fiziki çatışmazlığına, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun, yaxud notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir.

“Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat

22. Şəxs əqdi, ərizəni və ya başqa sənədi fiziki çatışmazlığına, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun eləcə də xüsusi notariusun köməkçisinin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir.

"Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın İ saylı Protokolu I.Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. Iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti təmin edilərək qətnamə ləğv olunmalı və iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə bağışlanmış əmlak ilə bağlıdır. Belə ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh və Ağdaş rayon Notariat Ofisinə qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## #### 2018- ci il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs xüsusi notariusu X15 tərəfindən təsdiq edilmiş onun adından cavabdeh Cavabdeh ilə bağlanmış daşınmaz əmlakın bağışlanması barədə *Ə-*** nömrəli müqavilənin etibarsız əqd hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilməsi hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə apellyator iddianın rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsin iddia tələbini təmin edən zaman əsaslandırması ondan ibarət olmuşdur ki, cavabdeh Cavabdeh qanunun tələblərini pozaraq dolayısı yolla öz xeyrinə vacib əhəmiyyətli yanılmanın təsiri altında əqd bağlamışdır ki, bu halda əqdlər etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşmayaraq ilkin olaraq qeyd edir ki, Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Belə ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Ümumi prinsip ondan ibarətdir ki, borclu olmadığını bilərək pul və ya digər əmlak verən bir kəsin bağışlama düşüncəsi ilə hərəkət etdiyi qəbul edilir (qui sciens solvit indebitum, donandi consilio id videtur fecisse). Bu prezumpsiya nəzərə alındıqda, onun əksini (verilənlərin bağışlama olmadığını və s.) iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. Göründüyü kimi, bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməyən əvəzsiz müqavilə kimi müəyyən edilmişdir. Bağışlama müqaviləsinin əvəzsiz olması onda ifadə olunur ki, hədiyyə alan hədiyyənin müqabilində hədiyyə verənin bəhrələnməsinə və ya hər hansı maddi təminat əldə etməsinə yönələn öhdəliklər daşımır və belə öhdəliyin nəzərdə tutulması istisna edilir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Mülki Məcəllənin 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllə 324.4.). Müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (Mülki Məcəllə 337.1). Əqdin arzu olunan hüquqi nəticəni yaratması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Əqdin etibarsızlığı, əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: - əqdin subyektiv tərkibinə aid edilən şərt; - əqdin məzmununa aid edilən şərt; - əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; - əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Yəni, qanunvericinin tələblərinə əsasən müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Kollegiya qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337-ci maddəsində etibarsızlıq hallarının iki növü göstərilmişdir, bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur (Mülki Məcəllə 337.2). Iradənin zədələnməsinə səbəb olan əsaslar Mülki Məcəllənin 339.1-339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuşdur (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s). Iradə ifadəsinin zədələnmiş olduğu hallarda əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. Eyni zamanda, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər (Mülki Məcəllə 347.1.). Əhəmiyyətsiz əqd isə, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (Mülki Məcəllə 337.3). Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Yəni, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). Məhkəmə kollegiyası qeyd edir ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Məhkəmələr isə yalnız tərəflər arasında etibarsızlığ və ya onun nəticələri ilə bağlı mübahisə olduqda əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq edərək hüquqi mübahisəni həll edir. Kollegiya eyni zamanda da qeyd edir ki, məhkəmələr əqdin etibarsızlığını irəli sürülən tələbdən asılı olmayaraq öz xidməti vəzifəsinə görə nəzərə almalıdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Yəni, əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022-ci il ## #### tarixli, **/**** saylı qərardadında da qeyd edilmişdir ki, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. Əqdin etibarlılığının yoxlanılmasının zəruri şərti etibarsızlıq barədə tələbin irəli sürülməsi deyil, sadəcə tələbin əqdə söykənməsidir. Odur ki, məhkəmə “əqdin etibarsız sayılması, əqdən doğan öhdəliyin icrası üzrə və s.” tələbləri, yaxud bu iddialara etiraz əsasında tərəflərin faktiki münasibətlərində baş vermiş halları, varsa əqdi mübahisələndirmə (iradənin qarşı tərəfə çatdırılması) faktını araşdırır, əqdin etibarlı olub-olmamasına görə mübahisəni həll edir. Kollegiya daha sonra qeyd edir ki, etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılan zaman əvvəlcə əqdin etibarsız sayılmasına əsas verən faktiki hallarını dəqiq müəyyən etməli, etibarsızlığa əsas verən hallar sübuta yetirilməlidir. Bundan sonra isə, bu hallara uyğun gələn (etibarsızlıq şərtini nəzərdə tutan) qanun normasını, eləcə də etibarsızlığın növünü təsbit etməlidir. Məhkəmə kollegiyası bildirir ki, etibarsızlıq halını yaradan səbəblər müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Hazırki işdən görünür ki, tərəflər arasında bağlanmış müqavilə mübahisə edilən əqdlərə aiddir. Bunda başqa, həm birinci instansiya məhkəməsi əsaslandırmasında, həmdə iddiaçı tərəf tələbində müqavilənin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağladı qeyd edilmişdir. Kollegiya qeyd edir ki, vacib əhəmiyyətli yanılma hallar aşağıdakılardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Yəni ki, iradə və iradə ifadəsi bir-birilə tam uyğun olmalı, şəxsin iradəsi olduğu kimi düzgün ifadə edilməlidir. Şəxs öz arzuladığı məqşədə nail olmaq üçün bağlamaq istədiyi əqdin onun iradəsinə uyğun olub-olmamasını aydınlaşdırmalı, əqdin məzmunu və onun mühüm şərtləri haqqında düzgün təsəvvürə malik olmalıdır. Əks halda şəxsin əsl iradəsi təhrif olunmuş şəkildə formalaşar, vacib əhəmiyyətli yanılmalara məruz qalar və onların təsiri altında öz iradəsinə müvafiq olmayan əqd bağlamış olar. Hazırki işdən isə, iddiaçı tərəf həm iddia ərizəsində həmdə izahatlarında cavabdehin onu notariat kontoruna vərəsəlik işi adı ilə bağlı apardığını və vərəsəliklə bağlı sənədlərə qol çəkəcəyini bildirdiyini qeyd etmişdir. Yəni, cavabdeh tərəf iddiaçını notariat kontoruna vərəsəliklə bağlı məsələləri həll etmək adı ilə aparmışdır. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının qeyd etdikləri sübuta yetirilərsə bu aldatma nəticəsində müqavilənin bağlanması halına uyğundur. Belə ki, aldatma dedikdə, istənilən hər hansı elə bir davranış başa düşülür ki, bunun nəticəsində qəsdən başqa şəxsdə yalnış təsəvvür yaranır. Yəni, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Eyni zamanda, aldatma başqa şəxsi yanıltmaq üçün edilən elə bir qanunsuz hərəkətdir ki, bunun nəticəsində həmin şəxs iradəsini yanlışda olsa ifadə edir. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). Bundan başqa kollegiya qeyd edir ki, aldadan tərəfin aldatmadan maddi fayda götürmək və ya qarşı tərəfə zərər vurmaq kimi məqsəd güdməsinin əqdin etibarsız sayılması üçüb əhəmiyyəti yoxdur. Göründüyü kimi, əgər sübuta yetirilərsə cavabdeh tərəf iddiaçını vərəsəlik işi adı ilə aldadaraq notariusa aparmış və vərəsəlik sənədləri adı ilə bağışlama müqaviləsini imzalatmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya onu da qeyd edir ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənibsöykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlməmiş və həmin nəticə ilə razılaşmaq üçün heç bir əsas mövcud deyildir. Belə ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; 3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (B.Qasımovun şikayəti üzrə 2019-cu il # ###### tarixli Qərar). Məhkəmə kollegiyası daha sonra bağışlama müqaviləsinin iddiaçı deyil başqa şəxs (üçüncü şəxs) tərəfindən imzalanması ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 331.4-cü maddəsinə əsasən, əgər fiziki şəxs fiziki çatışmazlıq, xəstəliyinə və ya savadsızlığına görə əqdi özü imzalaya bilmirsə, əqdi onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Başqa fiziki şəxsin imzası əqdi bağlayanın özünün imza edə bilməməsinin səbəbləri göstərilməklə, notarius tərəfindən və ya bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs tərəfindən təsdiqlənməlidir. Bundan başqa, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə görə, əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır. Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Şəxs əqdi, ərizəni və ya başqa sənədi fiziki çatışmazlığına, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun, yaxud notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Həmçinin, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 22-ci maddəsinə görə, şəxs əqdi, ərizəni və ya başqa sənədi fiziki çatışmazlığına, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun eləcə də xüsusi notariusun köməkçisinin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Qanunvericiliyin normalarından görünür ki, fiziki şəxs savadsızlığına görə əqdi özü imzalaya bilmirsə, əqdi başqa fiziki şəxs imzalaya bilər. Yəni, tərəfin savadsız olması barəsində natariat hərəkətlərinin aparılmasına müne deyildir. Iş materiallarına əlavə edilmiş sənədlərdən, ekspertiza rəyindən və ayrıca notariat işindən isə görünür ki, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilmişdir (savadsızlıq). Bundan başqa, iş materiallarından görünür ki, iddiaçıya imzalamalı olduğu bütün sənələr oxunmuş və hər kəsə (iddiaçı, cavabdeh, imzalayan şəxsə) hüquq və vəzifələrin izah olunmuşdur. Kollegiya hesab edir ki, tərəflər aralarında müqavilə bağlamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul etmişlər. Bundan başqa müqavilə notariat orqanında bağlandığından, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Bunun əksinin olması isə, iş materialları ilə təsdiqini tapmır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, notariat qaydasında bağlanılmış əqdin aldatma (və ya yanılma) nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Hazırki işdən isə belə sübutların olması müəyyən edilmir. Məhkəmə kollegiyası daha sonra iddiaçı tərəfin və məhkəmənin iddiaçı İddiaçı savadsız olmaması və müqaviləni özü imzalaya blməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi qətnaməsində və iddiaçı tərəf isə həm iddia ərizəsində həmdə izahatlarında iddiaçı İddiaçı özünün imza edə bildiyini, hətta adınıda yaza bildiyini qeyd etmişdir (bunla bağlı işə imza nümunəsi əlavə edilmişdir). Kollegiya şəxsin imza edə və adını yaza bilməsi ilə bağlı qeyd edir ki, fiziki şəxsin savadsız olması ən azından onun elə yazıb oxuya bilməməsi mənasına gəlir. Odur ki, iddiaçının təkbaşına imza edə bilməsi və ya yalnız adını yaza bilməsi onun savadlı (ən azından yazıb oxumaq baxımından) olması kimi qəbul edilə bilməz. Belə ki, əgər tərəf imzalayacağı sənədi oxuya bilmirsə, həmin sənədin onun tərəfindən imzalanmasının heç bir mənası olmur. Şəxs həmin sənədi oxumadan və anlamadan (başa düşmədən) imzalamış sayılır. Bundan başqa, məhkəmə kollegiyasının iclasında məhkəmə eksperimenti keçirilərək iddiaçıya oxumaq üçün həm latın həmdə kril əlifbası ilə olan yazı verilmiş lakin, iddiaçı həmin yazıları ümumiyyətlə oxuya bilməmişdir. Bundan başqa, məhkəmə eksperimenti kimi iddiaçıya hər hansı hərflərlə yazı yazmaq təklif edilmiş lakin, iddiaçı yazıda yaza bilməmiş ancaq imza edə və adını yaza bildiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı tərəf ən azında yazıb-oxuma cəhətdən qanunvericiliyin dili ilə deyilsə savadsızdır. Belə olan halda isə, notariat orqanı qanunvericiliyin tələbinə əsasən sənədləri başqa şəxsə imzalatmaqla heç bir pozuntuya yol verməmişdir. Belə ki, qanunverici fiziki şəxsin savadsız olduğu halda da notariat hərəkətlərinin aparılması mexanizmini müəyyən etmiş və notariusda həmin səlahiyyətdən istifadə edərək müqaviləni və digər sənədləri hüquq və vəzifələri izah edlərək mətni oxunmaqla üçüncü şəxsə imzalatmışdır. Əksinə, əgər notarius iddiaçıya oxumağı bacarmadığı halda müqaviləni imzalatsaydı onda pozuntuya yol vermiş olacaqdı. Odur ki, müqavilənin etibarsızlığı ilə bağlı iddiaçı tərəfin həmin arqumenti əsaslı hesab edilə bilməz. Kollegiya əlavə olaraq bir məqamıda qeyd edir ki, iddiaçı tərəf notariat kontorunda olmamasını ümumiyyətlə mübahisələndirməmiş və iş materiallarından (müqavilənin arxa üzündə iddiaçının şəkli vardır), həmçinin şahid (iddiaçının qızı) ifadələrindən iddiçının müqavilə bağlanan zaman notariat kontorunda olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası müqavilənin iddiaçının əvəzinə X5 imzalaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, X5 iddiaçının əvəzinə həmin müqaviləni imzalamaması üçün heç bir əsas olmamışdır. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından görünür ki, X5 iddiaçı və cavabdehin qonşusudur. Kollegiya hazırki məqamda bir halıda qeyd edir ki, əgər hazırki işdə notariusun hər hansı marağı olsaydı o müqaviləni iddiaçının əvəzinə X5 deyil, hər hansı başqa şəxsə imzaladardı. Işdən eyni zamanda müəyyən edilir ki, X5 cavabdehin oğlu ilə bir sinifdə oxumuşdur. Belə olan halda kollegiya hesab edir ki, tərəflər müqavilə bağlamaq üçün razılaşaraq qonşu X5 müqaviləni imzalatmışlar. X16 birinci instansiya məhkəməsində şahid qismində verdiyi ifadə ilə bağlı ilkin olaraq qeyd edir ki, mülki prosesdə əsas sübut növlərindən biri də şahid ifadələridir. Şahid iş üçün əhəmiyyət kəsb edən halları bilən və işin nəticəsində maraqlı olmayan şəxs olmalıdır. Hazırki işdən isə görünür ki, iddiaçı tərəf və birinci instansiya məhkəməsi X5 cavabdehlə əlaqəli olduğunu bildirsələrdə iş materiallarından bu halın əksi görünür. Belə ki, cavabdeh tərəf iddiaçını aldatmaq niyyətiilə və öz yaxını kimi X5 müqaviləni imzalamaq üçün (iddiaçının əvəzinə) notariat kontoruna aparsaydı onda, X5 birinci instansiya məhkəməsində cavabdehin əleyhinə ifadə verməz və notariat kontorunda olmadığını bildirməzdi. X5 verdiyi izahatda isə notariat kontoruna getmədiyini bildirmişdir. Lakin, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli *-**- **/*-*/****/**** saylı ekspert rəyindən isə görünür ki, ekspertizaya təqdim edilmiş *Ə-*** nömrəli nitariat işinin 2-ci vərəqində olan ## #### 2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin üz tərəfində soldan 1-ci imza, arxa tərəfində “hədiyyə verən” qrafasındakı imza və “Yahyayev Vasif” əlyazmaları, “Qeyd” və “X5” (“İddiaçı əvəzinə savadsız olması səbəbindən X5- Ağdaş, Ləki qəsəbəsi M.Mustafayev küçəsi 5/5(AZE 16388313, 12/08//2-16- AĞDAŞ)” imza etdi) qrafalarındakı “Müqavilədən irəli gələn hüquq və vəzifələrin izah olundu” əlyazmaları; 2018-ci ilə dair ***** nömrəli reyestr jurnalının 39-cu vərəqində “***” sıra nömrəsində “İddiaçıq q... Savadsız olduğuna görə X5 o. Imzaladı” əlyazmaları qarşısında “Notariat hərəkətinin aparaılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza və “Yahyayev” əlyazması-X5 tərəfindən icra olunmuşdur. Göründüyü kimi, X5 iş üzrə tərəflərlə notariat kontoruna getmədiyini və heç bir sənədi imzalamadığını bildirsədə, ekspertiza rəyi ilə X5 iddiaçının əvəzinə bütün sənədləri (hətta reyestr jurnalınıda) imzalaması müəyyən edilir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının əvəzinə müqaviləni imzalayan X5 iddiaçının razılığı ilə notariat kontoruna aparılmasaydı və ya cavabdehlə yaxın münasibətdə olsaydı, o, hazırki işdə iddiaçının xeyrinə və hətta yalan (notariusa getməməsi və sənədləri imzalamaması barədə) ifadə verməzdi. X5 müqaviləni imzalayan zaman 18 yaşının yeni bitməsinin isə işin mahiyyətinə təsir etməməkdədir. Odur ki, müqavilənin etibarsızlığı ilə bağlı iddiaçı tərəfin həmin arqumenti də əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası daha sonra müqavilə bağlanan zaman iddiaçının anlaqlı olması və iradə ifadəsinin pozulması ilə bağlıda qeyd edir ki, həm iddiaçı tərəf həmdə məhkəmə iclasında şahid qismində dindirilmiş onun qızı X13 iddiaçının anlaqlı olduğunu bildirmişlər. Göründüyü kimi, iddiaçı tərəf sadəcə yazıb oxuya bilməmişdir. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış həmin müqavilə ilə iradə ifadəsinin pozulması halınada münasibət bildirirək qeyd edir ki, müqavilənin öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllə 404.2). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə ## ###### 2019 və N.Əsədovanın şikayəti üzrə ## ##### 2021-ci il tarixli qərarlar). Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il ## ##### tarixli Qərarı). Məhkəmə kollegiyası bildirir ki, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə, bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluğun (vahidliyin) olmadığı hallarda iradə ifadəsinin zədələnmiş olduğunu demək olar. Iradə ifadəsinin sağlamlığına təsir edən, daha doğrusu onu (iradə ifadəsini) zədələyən ümumi hallar bunlardır: 1- vacib əhəmiyyətli yanılma, 2 - aldatma, 3 - təhdid edilmə (hədələnmə). Kollegiya hesab edir ki, qeyd edilən əsaslara söykənən iddialarda sadalanan şərtlərin hər biri sübuta yetirilməlidir. Həmin şərtlərdən hər hansı birinin aşkar edilməməsi bu xarakterli tələbin rədd edilməsi üçün əsasdır. Bu halları sübut etmək yükü isə onları iddia edən tərəfin üzərinə düşür. Işin hallarından da görünür ki, iddiaçı sözügedən halları ümumiyyətlə sübuta yetirə bilməmişdir. Mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində müqavilə tərəfi kimi iddiaçının azadlığı olmuşdur və onun, həmin müqaviləni aldadılma, yanılma, məcburetmə (hədəqorxu) ilə bağladığı qənaətinə də gəlmək mümkün deyildir. Qeyd olunmalıdır ki, mülki qanunvericilik müqavilə şərtlərinin təfsiri zamanı bütün müvafiq halların, o cümlədən tərəflərin sonrakı hərəkətlərinin nəzərə alınmasını tələb edir. Bağlanmış müqavilənin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hər hansı hüquqi əsas yoxdur. Odur ki, iddiaçı tərəfin iradə ifadəsinin pozulması (zədələnməsi) halı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, bağışlama institutu mənəvi və əxlaqi dəyərlər zəminində formalaşan münasibətlər əsasında hər hansı bir şəxsin öz maddi əmlak nemətlərini könüllü olaraq başqa şəxsə verməsində ifadə olunur. Milli adət-ənənələrimizə əsasən valideynin övladına və ya digərlərinin öz doğmalarına əmlak bağışlaması geniş yayılmış haldır. Həmçinin, qanunvericilikdə də, yaxınlara əmlak bağışlanan zaman müəyyən prosedurlar sadələşdirilmişdir (rüsumdan azad edilmə və s.). Belə olan halda isə, iddiaçının öz doğma övladına əmlakının bağışlaması qəbul edilən və tez-tez rastgəlinən bir haldır. Bu isə iddiaçının qətiyyən özünün əmlakdan məhrumetməsi kimi başa düşülməməlidir. Kollegiya bir məqamıda qeyd edir ki, hazırki işdə nortariusun işlə bağlı hər hansı marağının olması müəyyən edilməmiş və iddiaçı tərəfdə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Hazırki işdə isə həm iddiaçı həmdə birinci instansiya məhkəməsi faktiki olaraq heç bir əsas olmadan notariusu cavabdehlə əlbir olaraq qanunsuz əməllər törətməkdə ittiham edir. Haqlı olaraq sual yaranırki, notariusun heç bir marağı olmadığı (sübut edilmədiyi) halda hər hansı qanunsuzluğa niyə göz yumsun və iddiaçının aldadılmasına şərait yaratsın. Lakin, iş materiallarından notariat orqanı tərəfindən hansısa pozuntuya yol verilməsi müəyyən edilmir. Əksinə, müqavilə bağlanan zaman tərəflərə hüquq və vəzifələri izah olunmuş, iddiaçının savadsız olması (yazıb-oxuya bilməməsi) səbəbilə müqavilə üçüncü şəxsə imzaladılmış və bu barədə sənədlərdə xüsusi qeyd də qoyulmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, notariusun qeyd edilən hallarla bağlı əməlləri öz təsdiqini tapmadığı halda müqavilənin formal əsaslarla etibarsız hesab edilməsi, gələcəkdə məhkəmə təcrübəsinində yanlış istiqamətdə irəliləməsinə gətirib çıxara bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi müqavilənin onun aldadılması (hətta vacib əhəmiyyətli yanılması) nəticəsində bağlandığı qənaətinə gəlmək mümkün deyildir. Belə ki, aldatma nəticəsində bağlanmış əqdlər o əqdlərdir ki, bu əqdlərin iştirakçılarından biri onun üçün sərfəli olan əqdi bağlamaq məqsədilə digər iştirakçını aldadır. Burada iştirakçının mənafeyi üçün aldatmanı üçüncü şəxs də həyata keçirə bilər. Aldatma, əqd iştirakçısının (kontragentin) öz (və ya üçüncü şəxsin) mənafeyi üçün qəsdən edilmiş elə hərəkətdir ki, bu hərəkət nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, əqdin bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində qeyri-düzgün təsəvvür yaranır. Yəni, aldatma nəticəsində zərərçəkənin daxili iradəsi düzgün şəkildə formalaşmır və bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərdən birinin kobud surətdə pozulmasıdır. Hazırki işdə isə iradə ifadəsinin zədələnməsi və ya başqa belə hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə etirazla bağlıda əlavə olaraq qeyd edir ki, məhkəmə təcrübəsinə əsasən apellyasiya şikayəti verən tərəflər bir çox halda həm iddianın əsasssız olduğunu həmdə müəddətinin ötürüldüyü ilə bağlı dəlillər irəli sürürlər. Buna baxmayaraq işə mahiyyəti üzrə baxan məhkəmələr dəlillərə qiymət verməklə yanaşı, tərəflərin hansı halı bildirməsindən asılı olmayaraq iddia tələbinin qanuni əsasını müəyyən edir, eyni zamanda da müddətinin tətbiqinin vacib olub-olmamasını qiymət verir. Bundan başqa kollegiya bir məqamıda qeyd edir ki, iddia tələbi əsassız olduğundan müddətlə bağlı məsələdə müzakirə edilməmişdir. Odur ki, etirazın dəlilləri həmin hissədə əsaslı hesab edilə bilməz. Yuxarıda sadalananlar konteksində kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Odur ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AIHM-nin qərarı №*****/**, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı" iş üzrə 1994-cü il # ###### tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə rəy verilmiş və rəyə “ekspertiza xərclərinə dair bildiriş” əlavə edilmişdir. Həmin bildirişdən görünür ki, Mərkəz tərəfindən ekspertizanın aparılması ilə əlaqədar tədqiqatın dəyəri cəmi 138 manat dəyərində müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, aparılmış tədqiqatın dəyəri olan cəmi 138 (yüz otuz səkkiz) manat pul iddiaçı İddiaçı tutularaq Mərkəzin hesabına ödənilməlidir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT E T D İ:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh və Ağdaş rayon Notariat Ofisinə qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan cəmi 138 (yüz otuz səkkiz) manat pul iddiaçı İddiaçı tutulаrаq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar