Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(3-10)-42/2026 18.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi, Ağsu rayon Notariat Ofisinə qarşı “mirasın qəbulu müddətinin uzadılması, miras əmlakda payların müəyyən olunması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: miras əmlakdan payın müəyyən edilməsi, çıxarışın ləğvi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Taleh Valeh oğlu və X13 ibarət tərkibdə, İsmayılova Nərmin Ərəstun qızının katibliyi, İddiaçı və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi, Ağsu rayon Notariat Ofisinə qarşı “mirasın qəbulu müddətinin uzadılması, miras əmlakda payların müəyyən olunması, və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli 2(016)-1035/2025 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları 1.ünvan 5ində 1973-1976-cı illərdə Səfərov Ağakişi övladları - Ehdibar və Ağaşirin ilə birgə onların yaşamaları üçün giriş-çıxış qapısı ayrı olan ev tikmişdir. xx.xx.2001-ci il tarixdə vəfat etmiş mərhum X4 vərəsələri - Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5dır. ünvan 5ində yerləşən ümumi sahəsi 78,5 olan fərdi yaşayış evi Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X4 adına Ağsu rayon dövlət notariat ofisində V-49 reyestr nömrəli vərəsəlik işi açılmış, vərəsələri Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 hər birinə bərabər hissələrdə olmaqla 2V-70 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Ağsu Rayon Məhkəməsinin 2(016)-704/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh3 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X29 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı ““Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli və reyestrdə 2V-70 sayla qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin ləğv edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 02 mart 2001-ci il tarixdə vəfat etmiş miras qoyan X4 ölümündən sonra miras qalmış əmlakına vərəsəlik hüququ əsasında mirasın qəbulu müddətinin uzadılması, onun tərəfindən faktiki qəbul edilməsi faktının tanınması, miras payın müəyyən edilməsi və vərəsələr arasında bərabər bölünməsi, vərəsəlik hüququ haqqına şəhadətnamə əsasında verilmiş xx.xx.2016-cı il tarixində Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilərək, paylara uyğun yeni çıxarışın verilməsi, iddia tələbi ilə bağlı ödənilmiş dövlət rüsumu və məhkəmə xərclərinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağsu rayonunun Kalva kəndində doğulub böyümüş, valideynləri ilə birlikdə yaşamış, əsgərlikdən qayıtdıqdan sonra orta texniki təhsilini Bakı şəhərində almış və yenidən Kalva kəndinə qayıdaraq ixtisasına uyğun işlə təmin olunmaqla uzun müddət rayonda işləmişdir. Mərhum valideynləri kənddə onunla böyük qardaşı Səfərov Ağaşirin üçün fərdi həyət evi tikməkdən ötrü 1970-ci ilin əvvəlində 0,10 ha torpaq sahəsi götürmüş, sonradan həmin torpaq sahəsinin yola bitişik hissəsində və torpaq sahəsinin tam ortasında, ailəliklə onlara 16 metr uzunluğu 10,5 metr enində iki hissədən ibarət kürsülü ev inşa etmişdilər. Evin inşası 1973-cü ildən başlamış 1975-76 illərdən isə böyük qardaşı ilə aralarında püşk ataraq, evin hansı hissənin kimə düşməsini müəyyən etdikdən sonra evin sol hissəsi (arxadan baxıldıqda) qardaşına, sağ hissəsi isə ona düşmüşdür, o da ailə quraraq köçüb ona aid olan hissədə yaşamağa başlamışdır. Uşaqlarının hamısı bu evdə doğulublar. 1990-cı illərdə isə yerləri bağlandığına görə Bakı şəhərində işləməyə başlamışdır. Evinə isə hər zaman gedib-gəlmiş və təsərrüfatı ilə məşğul olmuşdur. Ev əşyaları da evindədir. Hazırkı iş üzrə Cavabdeh3 2019-cu il tarixində ona qarşı “yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması tələbinə dair” iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki işin məhkəmə araşdırılması zamanı ona bəlli olmuşdur ki, qardaşının adına həm torpaq sahəsinə dair şəhadətnamə və həm də evin dövlət reyestrindən çıxarış verilmişdir və əlavə olaraq onun da evinə aid hissəsini həmin çıxarışa saldıraraq, ona faktik mülkiyyət hüququ ilə məxsus olan əmlakını ələ keçirmişdir. Məhkəmə prosesləri zamanı evin hüquqmüəyyənedici sənədləri digər cavabdeh - Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 14 saylı Şamaxı Ərazi idarəsindən tələb olunub gətirilmiş və araşdırılmışdır. Bəlli olmuşdur ki, evin texniki pasportunda göstərilən cizgiləri ilə evin daxili cizgilərində uyğunsuzluq mövcuddur. Torpaq sahələrinin vətəndaşlara pay verilməsi ilə bağlı Ağsu rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1998-ci il tarixli 07 saylı qərarına əsasən, qardaşı Ağaşirin Səfərovun adına JN - 072F KOD 40911018 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Atası 0,10 ha torpaq sahəsini 1970-ci ilin əvvəlində o zaman mövcud olmuş kənd sovetindən almışdır. 1973-cü il tarixindən evin inşası başlanmış və 1998-ci ilədək onun qardaşı ilə birgə mülkiyyətlərində olduğu halda, həmin torpaq sahəsi qardaşına pay torpağı kimi ayrılmışdır. Onun sahibliyi və istifadəsində olan evin bir hissəsi ümumilikdə təxminən 110 kv.m. sahə təşkil edir. Aqrar İslahat Komissiyasının qərarına qədər bu ev qardaşı ilə hər ikisinin faktiki mülkiyyətlərində olub. X3 oğlu 02 mart 2001-ci il tarixində vəfat etmişdir. Onun vəfatından sonra, 01 avqust 2016-cı il tarixli 2V-70 reyest nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədə vərəsələri kimi hazırki iş üzrə cavabdehlər-Cavabdeh3, Rəşidova (X14 və Cavabdeh5 qeyd edilmişdir, digər vərəsələr-o, bacları Xalidə (1983-cü il tarixdə vəfat edib), Xırdaxanım, Gülidə, Fərqiyə, qardaşlarıQarakişi, Mürvət, Nüsrət və Səfər isə vərəsəliyə çağırılmayaraq, cavabdeh Ağsu rayon Dövlət notariusu tərəfindən qanunsuzluğa yol verilmişdir. “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə aldıqdan sonra cavabdehlər Əzifə, Sevil və Ülviyyənin adlarına payları bərabər olmaqla, mərhum qardaşı Ağaşirinin adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 oktyabr 2015-ci il tarixində verilmiş ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli çıxarış, sonradan vərəsəlik qaydasında Cavabdeh3 və qızlarının adına xx.xx.2016-cı il tarixində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Bu çıxarış etibarsız hesab edilməli, vərəsələr arasında paylar barabər şəkildə müəyyən edildikdən sonra paylara uyğun yeni çıxarış verilməlidir. Cavabdehlər Cavabdeh3, Rəşidova (Səfərova) Sevil Ağaşirin qızı və Cavabdeh5 miras əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək üçün 2015-ci il tarixində notariat ofisinə müraciət edərkən müddət buraxılmışdır. Yəni aradan tam 14 il vaxt keçdikdən sonra vərəsəlik şəhadətnaməsi alınmışdır. Mərhum qardaşı Ağakişinin 2001-ci ildə vəfat etdiyini və digər vərəsələr olmadığı halda mirasın qəbul ediməsində elə problemin olmadığı qənaətinə gəlmək olar. Ancaq qardaşı Ağaşirin 02 mart 2001-ci il tarixində vəfat etdikdən sonra atası X7 16 oktyabr 2005-ci il tarixində vəfat etməsi, Ağsu rayon Notariat orqanı tərəfindən 01 avqust 2016-cı il tarixində verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. X1 15 fevral 1999-cu ildə vəfat etmişdir. X8 isə 16 oktyabr 2005-ci il tarixində vəfat etmişdir. Onun vəfat edən atası Ağakişi, miras qoyan şəxs Ağaşirinin qanun üzrə vərəsəsi sayılır və digər vərəsələrlə bərabər pay hüququna malikdir. Beləliklə, cavabdehlər Cavabdeh3, Rəşidova (Səfərova) Sevil Ağaşirin qızı və Cavabdeh5 vərəsəliyin qəbulu ilə bağlı notariusa müraciət edərkən, notarius “Notariat haqqında” Qanuna əsasən vərəsələrin dairəsini müəyyən etməli, yaşayış yerləri bəlli olmayan vərəsələrin axtarılması barədə tədbir görməli olduğu halda, bunları etməmişdir.
4. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etmişdir.
5. Cavabdeh3 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə etiraz edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-09/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən görünür ki, ünvan 5ində 1973-1976-cı illərdə Səfərov Ağakişi övladları - Ehdibar və Ağaşirin ilə birgə onların yaşamaları üçün giriş-çıxış qapısı ayrı olan ev tikmiş, həmin evin bir hissəsində birinci Ağaşirin ailə quraraq yaşamağa başalmış, bundan sonra, Ehdibar da ailə quraraq evin digər hissəsində yaşamağa başlamış və üç uşağı da həmin evdə doğulmuşdur. Sonradan təxminən 1989-cu ildə Ehdibar ailəsi ilə birlikdə daimi əsaslarla yaşamaq üçün Bakı şəhərinə köçmüş və hazıradək orada yaşayır. Hazırda qeydiyyatda olduğu ünvan da Bakı şəhərindədir.
7. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş mərhum X4 ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə arvadı - Cavabdeh3, qızları - Cavabdeh4 və Cavabdeh5 daxildir.
8. Məhkəmə qeyd etmişdir ki, İddiaçı mirasdan pay almaq hüququ olan ikinci növbəli vərəsə sayıldığından və mirasdan pay almaq hüququna malik birinci növbəli vərəsələr olduğundan, İddiaçı vərəsəliyi istisna edilir.
9. Məhkəmə iddia tələbinin “xx.xx.2016-cı il tarixində Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-704/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş Cavabdeh2tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli və reyestrdə 2V-70 sayla qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə ləğv edilmiş və həmin qətnamə hal-hazırda qüvvədədir. Odur ki, iddia tələbi xx.xx.2016-cı il tarixində Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi hissəsində təmin edilməlidir.
10. Ağsu Rayon Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli 2(016)-1035/2025 nömrəli qətnaməsi ilə (hakim Anar Əsgərov) iddia qismən təmin edilmiş, xx.xx.2016-cı il tarixində Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1, 1145, 1151.1, 1159.1.1, 1159.2, 1160, 1243 və 1246-cı maddələrinə istinad etmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: xx.xx.2016-cı il tarixli 2V-70 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə; xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış; xx.xx.2017-ci il tarixdə İddiaçı, X11, X16, X17, X21, X18, X12, X5, X2 iştirakları ilə tərtib edilmiş akt; Ağsu Rayon Məhkəməsinin 2(016)-09/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi; Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-4/2025 saylı, xx.xx.2025ci il tarixli qətnaməsi; Ağsu Rayon Məhkəməsinin 2(016)-704/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi; Ağsu Rayon Məhkəməsinin 2(016)-1024/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi; Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-427/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi; Ağsu Rayon İcra Hakimiyyəti başçısının X36 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktub; Cavabdeh2tərəfindən X19 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktub; Cavabdeh2tərəfindən xx.xx.2025-ci il tarixdə İddiaçı ünvanlanmış məktub.
13. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh3 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-1035/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi rədd edilmiş, lakin qızlarının əmlakda payı olduğundan Çıxarış etibarsız hesab edilmişdir. Həmin qətnamə ilə razı deyil. Məhkəmə iddia tələbindən kənara çıxmışdır. Onun qızları Çıxarışı mübahisələndirmir. Çıxarışa etiraz etmirlər. Onlar Çıxarışın onun adına olmasına tam razıdırlar. Belə olan halda məhkəmənin qızlarını 3-cü şəxs qismində işə cəlb etmədən, onları dinləmədən Çıxarışı etibarsız sayması qanunsuzdur. Miras əmlak tərəfindən tam şəkildə qəbul edilmiş, digər vərəsələr də bunu etiraf edir və heç bir mübahisələri də yoxdur.
15. Ona görə də, Ağsu Rayon Məhkəməsinin 2(016)-1035/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin qismən ləğv edilərək Çıxarışın etibarsız hesab edilməsi hissəsində iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz göndərərək apellyasiya şikayətinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli 2(016)-1035/2025 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli 2(016)-1035/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.2-ci maddəsinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 57.1-ci maddəsinə görə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. 57.2-ci maddəsinə görə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidirlər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
22. Cavabdeh Ağsu Rayon Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli 2(016)- 1035/2025 nömrəli qətnaməsinin qismən ləğv edilməsini- Çıxarışın etibarsız hesab edilməsi hissəsində iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən xx.xx.2016-cı il tarixində Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
24. Cavabdeh3 verdiyi apellyasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-1035/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi rədd edilmiş, lakin qızlarının əmlakda payı olduğundan çıxarış etibarsız hesab edilmişdir. Məhkəmə iddia tələbindən kənara çıxmışdır. Onun qızları çıxarışa etiraz etmir, çıxarışın onun adına olmasına tam razıdırlar. Belə olan halda məhkəmənin qızlarını 3-cü şəxs qismində işə cəlb etmədən, onları dinləmədən çıxarışı etibarsız sayması qanunsuzdur. Miras əmlak tərəfindən tam şəkildə qəbul edilmiş, digər vərəsələr də bunu etiraf edir və heç bir mübahisələri də yoxdur.
25. Məhkəmə kollegiyası işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbinin “mirasın qəbulu müddətinin uzadılması, miras əmlakda payların müəyyən olunması” hissəsində mübahisə mövcud olmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını həmin hissədə yoxlamamışdır.
27. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 2V-70 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş mərhum X4 vərəsələri - Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5dır və onların hər biri miras əmlakdan bərabər hissələrdə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş **********76 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5i ünvanında yerləşən ümumi sahəsi 0.10 ha. olan torpaq sahəsindən X6 çatan hissədən və ümumi sahəsi 78.5 m2 olan fərdi yaşayış evindən ibarətdir.
28. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 5ində yerləşən ümumi sahəsi 78,5 olan fərdi yaşayış evi Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
29. İş materiallarında olan Ağsu Rayon Məhkəməsinin 2(016)-704/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh3 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X29 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı ““Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli və reyestrdə 2V-70 sayla qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin ləğv edilməsi qət edilmişdir.
30. İş materiallarında olan Cavabdeh2tərəfindən vəkil X19 ünvanlanmış xx.xx.2024cü il tarixli məktubdan görünür ki, X9 xx.xx.2001-ci il tarixdə vəfat etmiş və onun adına Ağsu rayon dövlət notariat ofisində V-49 reyestr nömrəli vərəsəlik işi açılmış, vərəsələri Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 hər birinə bərabər hissələrdə olmaqla 2V-70 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Odur ki, Ağsu Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(016)-704/2023 saylı qətnaməsinə və Ağsu rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 10458/2024-49-7 nömrəli bildirişinə əsasən xx.xx.2016-cı il tarixdə Ağsu rayon dövlət notariat ofisində rəsmiləşdirilmiş 2V-70 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə “Elektron notariat informasiya” sistemində ləğv olunmuş və notariat hərəkətlərinin qeyd edildiyi reyestrdə müvafiq qeydiyyat aparılmışdır.
31. Apellyasiya şikayətinin dəlillərində qeyd edilmiş xx.xx.2016-cı il tarixində Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd edilən çıxarışla bağlı iddia tələbini təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-704/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş Cavabdeh2tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli və reyestrdə 2V-70 sayla qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə ləğv edilmiş və həmin qətnamə hal-hazırda qüvvədədir. Odur ki, iddia tələbinin xx.xx.2016-cı il tarixində Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi hissəsində təmin edilməsi nəticəsinə gəlmişdir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
33. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən xx.xx.2016-cı il tarixində Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli 2(016)-1035/2025 nömrəli qətnaməsi iddianın təmin edilmiş mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli 2(016)-1035/2025 nömrəli qətnaməsi iddianın təmin edilmiş mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.