Məhkəmə qərarları › İş №2(3-10)-454/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-454/2026

19.08.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-454/2026 19.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı2 Isgəndarovnanın və iddiaçı1 Isgəndorovnanın cavabdehlər Qax rayon Notariat Ofisinə və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDK-ın DƏDRX-in ** saylı Şəki Ərazi Idarəsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında ## ###### 2009-cu il tarixdə X12 adına verilmiş 403011000064-05101- 093001 reyestr №li çıxarışın ləğv edilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: «vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi» tələbi, qüvvə) Hakimlər X10 (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı iddiaçı2 Isgəndarovnanın nümayəndəsi və vəkili vəkil1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsi və vəkili nümayəndə1 oğlunun iştirakları ilə, Iddiaçılar iddiaçı2 Isgəndarovnanın və iddiaçı1 Isgəndorovnanın cavabdehlər Qax rayon Notariat Ofisinə və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDK-ın DƏDRX-in ** saylı Şəki Ərazi Idarəsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında ## ###### 2009-cu il tarixdə X12 adına verilmiş 403011000064-05101-093001 reyestr №li çıxarışın ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı2 Isgəndarovnanın nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçılar iddiaçı2 Isgəndarovna və iddiaçı1 Isgəndorovna cavabdehlər Qax rayon Notariat Ofisinə və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDK-nın DƏDRX-nin ** saylı Şəki Ərazi Idarəsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında ## ###### 2009-cu il tarixdə X12 adına verilmiş 403011000064-05101-093001 reyestr №li çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında ## ###### 2009-cu il tarixdə X13 adına verilmiş 403011000064-05101-093001 reyestr №li çıxarışın ləğv edilməsi və mülkiyyətinə verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, iddiaçı2 ## ####### 1982-ci il tarixdə Qax şəhərində doğulmuşdur. Bacısı Rəhimova (Saviç) Oksana Isgənədərovna ## ###### 1985-ci il tarixdə Qax şəhərində doğulmuşdur. Anası Qalina ilə atası İ.M.Rəhimov 1992-ci il tarixdə rəsmi olaraq nikahları pozulmuşdur. Həmin tarixdən o, bacısı və anası 1992-ci il tarixdən Qazaxıstan Respublikasında yaşamışlar. Onlar həmin vaxtı uşaq olmuşlar. Oraya getdikdən sonra Azərbaycana qayıtmamışlar. Anası 2025-ci il sentyabr ayında onlara sənəd lazım olanda Qax rayonunda yaşayan tanışları ilə maraqlananda atasının rəhmətə getdiyini bilmişdir. 2025-ci il tarixdə onlar analarına etibarnamə vermişlər ki, Azərbaycana gedib atalarını adına olan miras əmlakların sənədləşmə işlərini görməsini xahiş etmişlər. Anası Qalina 2025-ci ilin oktyabr ayında Qax şəhərinə gedib Qax rayon Notariat Ofisinə miras əmlakın sənədləşməsi ilə bağlı maraqlananda bilib ki, atası İ.M.Rəhimovun adına olan Qax şəhəri, Ü.Hacıbəyov küçəsi bina 6A, mənzil 15-də olan əmlak atasının 2-ci həyat yoldaşının R.H.Abdullayevə onların razılığı olmadan rəsmiləşmişdir. Onların bu miras məsələsindən xəbəri olmamışdır. O, vərəsəlik şəhadətnaməsinin və reyestrdən çıxarışın surətini aidiyyəti orqanlardan tələb etməsinə baxmayaraq işdə tərəf olmadıqları üçün onlara vermədilər. Belə olub məhkəməyə həmin sübutları təqdim edə bilmir.

3. Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2(024)-802/2025 nömrəli qətnaməsi ilə (hakim Mirheydər Zeynalov) iddiaçılar iddiaçı2 Isgəndarovnanın və iddiaçı1 Isgəndorovnanın cavabdehlər Qax rayon Notariat Ofisinə və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDK-ın DƏDRX-in ** saylı Şəki Ərazi Idarəsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında ## ###### 2009-cu il tarixdə X12 adına verilmiş 403011000064- 05101-093001 reyestr №li çıxarışın ləğv edilməsi» tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödədiyi 100 (yüz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı iddiaçılar iddiaçı2 Isgəndarovnanın və iddiaçı1 Isgəndorovnanın özlərinə aid edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən «Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi» haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1321.2, 1321.3, 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1147.1, 1151.1, 1159.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1245, 1272, 1273-cü maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin verdiyi ## #### 2009-cu il qeydiyyat tarixli, 3009000926 qeydiyyat №li, 403011000064-05101-093001-10301 №li Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Qax şəhəri, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.049 ha torpaq sahəsində yerləşən 6 A №li, 2 mərtəbəli binanın 1-ci girişində. 2-ci mərtəbəsində yerləşən 37.3 kv.m ümumi, 23.5 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 15 №li mənzil tam mülkiyyət hüququ üzrə X12 adına daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının 77 №li vərəqində qeydiyyata alınmışdır Ölüm haqqında AZ-II № ****** Nli ölüm haqqında şəhadətnamənin təkrarından görünür ki, X12 ## ###### 2025-ci ildə ölmüşdür. ## ###### 2015-ci il tarixli vəsiyyətnamədən görünür ki, Abdullayeva X3 şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən mənzilini nəvəsi X2 vəsiyyət etmişdir. Ölüm haqqında AZ-İ № ****** nömrəli ölüm haqqında şəhadətnamənin təkrarından görünür ki, X5 ## ##### 2008-ci ildə ölmüşdür. ## ####### 2025-ci il tarixli ərizədən görünür ki, iddiaçı2 Isgəndarovna və bacısı iddiaçı1 Isgəndorovna mərhum atası X5 qalan miras əmlakı 2008-ci il tarixdə Qax rayon rayon Notariat ofisinin tərəfindən vərəsəlik haqqında şəhadətnamə əsasında onlar 1 dərəcəli vərəsələri ola-ola atasının 2-ci həyat yoldaşı X14 öz adına rəsmiləşdirmişdir. Onların bundan 10 gün qabaq xəbəri olmuşdur. Onlar hazırda atasının miras əmlakının keçirilməsi ilə bağlı Qax rayon Notariat ofisində verilmiş vərəsəlik haqqında şəhadətnamənin surətini onlara verilməsini xahiş edir. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi ## ####### 2025-ci il tarixli № **/**/S/******-25 №li arayışdan görünür ki, X5 ## ##### 2008-ci ildə ölmüş, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ## ####### 2025-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onun X12, X9 və X4 ibarət ailə üzvləri qalmışdır. XI JQ 291995 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Saviç (Rəhimova) Oksana Iskəndərovnanın atası X6, anası isə nümayəndə2 Sergeyevnadır. VIII JQ 394485 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı2 atası X6, anası isə nümayəndə2 Sergeyevnadır.

6. Qətnаmədən nаrаzı qаlаn iddiaçı iddiaçı2 Isgəndarovnanın nümayəndəsi və vəkili vəkil1 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Iddiaçı iddiaçı2 Isgəndarovnanın nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin göstərilən qətnaməsi qanunsuz və əsassız olduğu, maddi və prosessual hüquq normaları pozulmaqla və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olmuş bütün faktiki hallar aydınlaşdırılmadan qəbul olunduğu, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə və faktlar nöqteyi-nəzərindən əsassız qərar qəbul edilməsinə səbəb olduğu üçün ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Onlar mərhum X5 övladları olduğu üçün birinci növbə qanuni vərəsələrdir. Məhkəmə bu hüquqi statuslarına düzgün qiymət verməmiş, vərəsəlik hüquqlarının pozulub-pozulmadığını araşdırmamışdır Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddənin tələbinə görə vəsiyyətnamə olmadıqda qanun üzrə vərəsəlik tətbiq olunur. Bu halda birinci növbə vərəsələrin mirasdan pay almaq hüququ vardır. Məhkəmə həmin normanın tətbiqindən yayınaraq onların miras hüquqlarının mahiyyətini araşdırmamışdır. Maddənin tələbinə görə mirasa miras qoyanın öldüyü ana qədər malik olduğu əmlak hüquqları daxildir. Atalarına məxsus mənzil miras kütləsinə daxil olduğu halda, həmin əmlakın hansı əsaslarla tam şəkildə başqa şəxsin adına keçirilməsi araşdırılmamışdır. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Iddia ərizəsindən də göründüyü kimi mərhum ataları X5 ölümü barədə onlara yalnız 2025-ci ilin sentyabr ayında məlumat verilmişdir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Maddənin tələbinə görə vərəsəlik şəhadətnaməsində göstərilən hüquq prezumpsiya yaratsa da, bu sənəd mübahisələndirilə bilər. Onlar həmin sənədin qanunsuz verildiyini iddia etdikləri halda, məhkəmə sənədin verilmə əsaslarını araşdırmadan iddianı rədd etmişdir. Maddədə məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu görsənir. Məhkəmə iddianı əsasən vərəsəlik hüququ haqqında şəhadətnamənin iş materiallarında olmaması səbəbilə rədd etmişdir. Halbuki, həmin sənəd notariat orqanında saxlanılır və adi vətəndaş tərəfindən əldə edilməsi mümkün olmur. Mülki proses qanunvericiliyinə əsasən məhkəmə tərəfin vəsatəti və ya işin hallarından irəli gələrək həmin sənədi tələb etməli idi. Məhkəmədə iddiaçıların adından iştirak edən etibarnamə üzrə nümayəndələri – anaları nümayəndə2 Azərbaycan dilini başa düşmədiyi üçün məhkəmə tərəfindən tərcüməçi ilə təmin edilsə də, qanunvericiliyə uyğun keyfiyyətli tərcüməçi ilə də təmin edilməmişdir. O, bu barədə məhkəmə dinləməsi keçirilən zaman da heç nə anlamadığını hakimə və digər iştirakçılara bildirmişdir. Mərhum X5 övladı və qanun üzrə birinci növbə vərəsəsi olaraq atalarının ölümündən sonra ona məxsus əmlakın onların məlumatları və iştirakları olmadan digər şəxsin adına rəsmiləşdirildiyini yalnız 2025-ci ildə öyrənmişlər. Bundan dərhal sonra hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişlər. Məhkəmə 2008/2009-cu illərdə vərəsəlik şəhadətnaməsinin hansı əsaslarla verildiyini aydınlaşdırmamışdır. Birinci növbə vərəsələr barədə notariat orqanına məlumat təqdim olunub-olunmaması məsələsinin üzərindən sükutla keçmişdir. Onların hüquqlarının pozulub-pozulmadığı məsələsinə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Bundan əlavə əmlakın sonrakı qeydiyyatının hüquqi əsasları da araşdırılmamış qalmışdır. Bundan əlavə Mülki Məcəllənin 1272 maddəsinin tələbində nəzərdə tutulan 2 aylıq müddətdə tərəflərindən ötrülməmişdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Iddia ərizəsindən də göründüyü kimi mərhum ataları X5 ölümü barədə onlara yalnız 2025-ci ilin sentyabr ayında məlumat verilmişdir. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi ## ####### 2025-ci il tarixli № **/**/S/******-25 №li arayışdan görünür ki, X5 ## ##### 2008-ci ildə ölmüş, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ## ####### 2025-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onun X12, iddiaçı2, X9 və X4 ibarət ailə üzvləri qalmışdır. Deməli sənədlərdə onların faktiki olaraq görünməklərinə baxmayaraq vərəsəlik işi açılanda notariat tərəfindən məqsədyönlü şəkildə vərəsəliyə çağrılmaqlarına maeələr yaradılması açıq aydın görünür. Bundan əlavə Vərəsəlik şəhadətnaməsinin surətini tələb edirlər, formal olaraq tərəf olmadıqlarını bildirilməklə imtina edilir. Şikayətin əvvəlində geniş şəkildə mövqelərini əsaslandırmışlar. Maddi istər prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, formal əsaslandırmadan ibarət qətnamə qəbul edilmişdir. Məhkəmə mübahisənin mahiyyətinə dərindən yiyələnmədiyi üçün, qanunsuz və əsassiz qətnamə qəbul etməklə yalnış nəticəyə gəlmişdir. Beləliklə də, məhkəmə qətnaməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir.

8. Ona görə də, Qax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar iddiaçı2 Isgəndarovna və iddiaçı1 Isgəndorovna, onların etibarnamə üzrə nümayəndəsi nümayəndə2 Sergeyevna və cavabdehlər Qax rayon Notariat Ofisinin nümayəndəsi və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDK-ın DƏDRX-in ** saylı Şəki Ərazi Idarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər.

11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı2 Isgəndarovnanın nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.

Tətbiq edilən hüquq

14. «Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi» haqqında Avropa Konvensiyası: 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

15. Azərbaycan Respublikasının Konstitusiyası: 29-cu maddəsinin VII hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı, miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şahədatnaməsi, onda vərəsə kimi qeyd olunmuş şəxsin, şahədatnamədə göstərilmiş vərəsəlik hüququnu təsdiq edən rəsmi sənədidir. Buna görə də vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadənaməsini tələb edə bilərlər. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik verərkən notarius miras qoyanın ölüm faktını, vərəsəliyin açıldığı vaxtı və yeri, şəhadətnamə almaq üçün ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yer müvafiq subatlar tələb etməklə diqqətlə yoxlamalıdır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2023-cü il tarixli Qərarı.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

23. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

24. Iddiaçı iddiaçı2 Isgəndarovnanın nümayəndəsi və vəkili vəkil1 Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Müəyyən edilmişdir ki, iddia tələbi «vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında ## ###### 2009-cu il tarixdə X13 adına verilmiş 403011000064-05101-093001 reystr №li çıxarışın ləğv edilməsi və mülkiyyətinə verilməsi»ndən ibarətdir. Iddiaçı tərəfindən X13 adına verilmiş 403011000064-05101-093001 reystr №li çıxarış təqdim olunsa da, həmin Çıxarışın verilməsi üçün əsas olmuş vərəsəlik hüququ haqqında şəhadətnamə məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tələbin vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi ilə bağlı hissəsinin əsassız olması qənaətinə gəldiyinə görə hesab edir ki, tələbin X13 adına verilmiş 403011000064- 05101-093001 reystr №li çıxarışın ləğv edilməsinə dair hissəsi də əsassızdır. Beləliklə məhkəmə hesab edir ki iddia tələbi təmin edilməməlidir.

27. Iddiaçı iddiaçı2 Isgəndarovnanın nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

28. Iş materialından görünür ki, X5 ilə nümayəndə2 Sergeyevna arasında nikah ##.##.1976-cı il tarixində bağlanmışdır.

29. Işdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə nümayəndə2 Sergeyevna arasında bağlanmış nikah ##.##.1992-ci ildə rəsmi olaraq pozulmuşdur.

30. Işdə olan Balakən Rayonlararası Texniki Inventarlaşdırma Bürosunun ## ###### 1996-cı il tarixli Sərəncamından görünür ki, Qax şəhəri, Ü.Hacıbəyov küçəsi bina 6A, ** nömrəli mənzilin X5 adına rəsmiləşdirilməsi qərara alınmışdır.

31. Işdə olan ölüm haqqında AZ-İ № ****** Nli ölüm haqqında şəhadətnamənin təkrarından görünür ki, X5 ## ##### 2008-ci ildə ölmüşdür.

32. Işdə olan Qax rayon Qeydiyyat şöbəsinin verdiyi ## ####### 2025-ci il tarixli № **/**/S/******-25 №li arayışdan görünür ki, X5 ## ##### 2008-ci ildə ölmüş, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ## ####### 2025-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onun X12, X9 və X4 ibarət ailə üzvləri qalmışdır.

33. Işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin verdiyi ## #### 2009-cu il qeydiyyat tarixli, 3009000926 qeydiyyat №li, 403011000064-05101-093001-10301 №li Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Qax şəhəri, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.049 ha torpaq sahəsində yerləşən 6 A №li, 2 mərtəbəli binanın 1-ci girişində. 2-ci mərtəbəsində yerləşən 37.3 kv.m ümumi, 23.5 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 15 №li mənzil tam mülkiyyət hüququ üzrə X12 adına daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının 77 №li vərəqində qeydiyyata alınmışdır.

34. Bundan başqa, iddiaçı iddiaçı2 Isgəndarovnanın nümayəndəsi və vəkili vəkil1 tərəfindən təqdim edilmiş ərizədə nümayəndə2 Sergeyevna həmin mənzilin 1981-ci ildə əri tərəfindən alındığını qeyd etsə də həmin halı təsdiq edən hər hansı sənəd və ya sübut məhkəməyə təqdim edilməmişdir.

35. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2023-cü il tarixli Qərarına əsasən 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. 3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir.

36. Hazırki iş üzrə miras 2008-ci ildə açılmışdır. Belə ki, işdə olan AZ-İ № ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ## ##### 2008-ci ildə Qax şəhərində vəfаt etmişdir.

37. Vərəsələr – hazırki iddiaçılar iddiaçı2 Isgəndarovnanın və iddiaçı1 Isgəndorovnanın mirası nə qanun üzrə, nədə ki faktiki olaraq qəbul edilməsi iş materiallarında olan sənədlərlə, eyni zamanda tərəflərin izahatları ilə öz təsdiqini tapmamışdır.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2023-cü il tarixli qərarında qeyd edilir ki, Dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və II hissələri).

39. Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır.

40. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyinəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar.

41. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. Istər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir.

42. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar.

43. Məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, hazırkı mübahisənin həllində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Qərarının tələbləri də diqqətə alınmadlır.

44. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. Istər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir.

46. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mərhumun birinci növbə vərəsələrindən iddiaçı2 Isgəndarovna və iddiaçı1 Isgəndorovna heç biri qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməmiş, həmçinin qanunvericiliyə əsasən mirası qəbul etməmişlər.

47. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

48. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

49. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddia ərizəsində göstərilən dəlillərini təşkil edirdi və birinci instansiyası məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

50. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

51. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı iddiaçı2 Isgəndarovnanın nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Iddiaçı iddiaçı2 Isgəndarovnanın nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi iddiaçı iddiaçı2 Isgəndarovnanın nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar