Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-465/2026 06.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı kompensasiya ödənilməklə tikilidən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: kompensasiya ödənilməklə tikilidən çıxarılma, icraata xitam, barışıq sazişi) Hakimlər X1 (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhəlləm oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, iddiaçı İddiaçı və cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili nümayəndə2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı kompensasiya ödənilməklə tikilidən çıxarılma tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh2 və cavabdeh1 tərəfindən Göyçay şəhəri Əli Kərim küçəsi * saylı ünvanda yerləşən və xüsusi mülkiyyətində olan 0,05 ha torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsini xahiş etmişdir Daha sonra iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə1 iddia predmetinin dəyişdirilməsi barədə ərizə verərək,iddia tələbinin həcmini cavabdeh2 münasibətdə azaldılmasını,onun cavabdehlər siyahısından çıxarılmasını,cavabdeh cavabdeh1 iddiaçının xüsusi mülkiyyətində olan Göyçay şəhəri Əli Kərim küçəsi * saylı ünvanda yerləşən 0,05 ha torpaq sahəsində yerləşən, 16,82 m2 sahəsi olan mağaza kimi istifadə etdiyi tikilidən 2000 manat kompensasiya ödənilməklə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi ilə (hakim Elçin Qurbanov) iddia təmin edilmiş, cavabdeh cavabdeh1 3660 manat kompensasiya ödənilməklə onun iddiaçı İddiaçı mülkiyyətində olan Göyçay şəhəri, Əli Kərim küçəsi * saylı ünvanda yerləşən 0,05 ha torpaq sahəsində yerləşən 16,82 m2 sahəsi olan mağaza kimi istifadə etdiyi tikilidən çıxarılması, qətnamənin kompensasiya ödənilməklə çıxarılma hissədə eyni vaxtda icra edilməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi, cavabdeh cavabdeh1 dövlət rüsumu üçün ödənilmiş 100 manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat məbləğində pulun alınaraq iddiaçı İddiaçı verilməsi, cavabdeh cavabdeh1 100 manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Iş üzrə qətnamədən narazı qalan cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili nümayəndə2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Işə apellyasiya qaydasında baxılarkən iddiaçı İddiaçı və cavabdeh cavabdeh1 tərəfindən ## ### 2026-ci il tarixdə barışıq sazişi imzalanmış, həmçinin iddiaçı İddiaçı və cavabdeh cavabdeh1 isə ## ###### 2026-cı il tarixdə ayrı-ayrılıqda məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, aralarında barışıq əldə olunduğunu və bu halı barışıq sazişi ilə rəsmiləşdirdiklərini bildirmişlər. Həmçinin onlar aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 52.3-cü maddəsində göstərilir ki, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir, tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.2-1-ci maddəsinə əsasən tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Tərəflər arasında aşağıda qeyd olunan barışıq sazişi bağlanmışdır. BARİŞİQ SAZİŞİ “04” may 2026-cı il Göyçay şəhəri Biz, bir tərəfdən şəxsiyyət vəsiqəsi AA 3616568, FIN *******, ##.##.2021-ci tarixdə Göyçay RPŞ tərəfindən verilmiş. Göyçay rayonu Potu kəndində qeydiyyatda olan İddiaçı (bundan sonra - "Iddiaçı"), digər tərəfdən şəxsiyyət vəsiqəsi AZE 13272458, FIN ******* ##.##.2023-cü tarixdə Göyçay RPŞ tərəfindən verilmiş. Göyçay şəhəri H.Əliyev pr 94/19 ünvanda qeydiyyatda olan cavabdeh1 (bundan sonra - "Cavabdeh") aşağıdakı şərtlərlə barışıq sazişi bağlayırıq: I. MÜBAHISƏNIN PREDMETI VƏ IŞIN ƏSASLARI 1.1. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-*/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Məmmədov Gündü/ Vaqif oğluna qarşı “kompensasiya ödənilməklə tikilidən çıxarılma*' tələbinə dair iddiası təmin edilmiş, cavabdeh cavabdeh1 3.660 (üç min altı yüz altmış) manat kompensasiya ödənilməklə iddiaçının mülkiyyətində olan Göyçay şəhəri, Əli Kərim küçəsi * saylı ünvanda yerləşən 0,05 ha torpaq sahəsindəki 16,82 m2 sahəsi olan mağaza kimi istifadə cditən tikilidən çıxarılması qət edilmişdir. 1.2. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh cavabdeh1 faktiki istifadəsində olan mağaza tikilisinin ümumi sahəsi 22 m2-dir. Həmin tikilinin 16,82 m2 hissəsi iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin (Göyçay şəhəri. Əli Kərim küçəsi * saylı ünvanda yerləşən) üzərində, tikilinin qalan 5,18 m2 hissəsi isə bitişik torpaq sahəsinin üzərindədir.'Cavabdeh cavabdeh1 adına 22 m:-Iik tikiliyə və onun yerləşdiyi torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd mövcud deyildir. Cavabdeh həmin tikilini sənədsiz istifadə edir. 1.3. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-*/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmiş, iş hazırda Şəki Apellyasiya Məhkəməsinin icraatındadır. 1.4. Tərəflər məhkəmə mübahisəsini daha uzatmamaq, həll prosesini sürətləndirmək və qarşılıqlı maraqları nəzərə almaq məqsədi ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra — M PM) 52.3 və 191-ci maddələri əsasında bu barışıq sazişini könüllü surətdə bağlayırlar. II.TƏRƏFLƏRIN ÖHDƏLIKLƏRI A) Kompensasiyanın ödənilməsi 2.1. Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən etibarən 10 (on) iş günü ərzində 9.000 (doqquz min) manat məbləğində kompensasiya ödəyəcəkdir. 2.2. Kompensasiya məbləği aşağıdakıları əhatə edir və tam hesablaşma kimi qəbul edilir: a) 16,82 m2 hissəyə görə məhkəmə qətnaməsində müəyyən edilmiş 3.660 manat; b) tikilinin qalan 5,18 m2 hissəsinə görə, habelə cavabdehin həmin tikili üçün sərf etdiyi təmir-tikinti xərclərinin tam ödənilməsi, mağazanın hazırki bazar dəyərinin nəzərə alınması və apellyasiya şikayətindən imtina müqabilində əlavə 5.340 manat; c) 9.000 manat ödənildikdən sonra tərəflərin bir-birinə qarşı əmlak, zərər, icarə haqqı və digər hər hansı maliyyə tələbi qalınır. 2.3. Kompensasiya aşağıdakı üsullardan biri ilə ödənilir; a) nağd şəkildə — ödəniş faktı tərəflərin imzaladığı qəbzlə təsdiqlənir; b) bank köçürməsi vasitəsilə — cavabdehin göstərdiyi bank rekvizitlərinə, ödəniş tapşırığının surəti iddiaçı tərəfindən Cavabdehə verilməklə. 2.4. Kompensasiya tam ödənilənə qədər iddiaçı icra sənədinə əsasən məcburi çıxarma tədbirlərinə müraciət etmək hüququna malik deyildir. B) Tikilinin tam boşaldılması və açarların təhvili 2.5. Cavabdeh cavabdeh1 kompensasiyanın tam ödənildiyi tarixdən etibarən 5 (beş) iş gönü ərzində Göyçay şəhəri, Əli Kərim küçəsi * saylı ünvanda yerləşən 22 m1 sahəsi olan mağaza tikilisini 16,82 m2 və 5,18 m2 hissələri daxil olmaqla, tamamını bütün əmlakı, avadanlığı, malları və digər əşyaları ilə birlikdə tam şəkildə boşaldacaq, tikilinin açarlarını iddiaçıya təhvil verəcəkdir. 2.6. Tikilinin boşaldılması faktı tərəflərin imzaladığı qəbul-təhvil aktı ilə sənədləşdiriləcəkdir. Qəbul-təhvil aktında tikilinin faktiki vəziyyəti, mövcud qüsurlar, açarların sayı göstərilir. Cavabdeh aktı imzalamaqdan imtina etsə, iddiaçının iki şahidin iştirakı ilə boşaldılma faktını sənədləşdirmək hüququ vardır. 2.7. Cavabdeh tikili boşaldılarkən binaya konstruktiv zərər vurmamalıdır: daşıyıcı divarlar, dam. döşəmə, pəncərə və qapı çərçivələri orijinal vəziyyətdə saxlanılmalıdır. Sazişin imzalanması tarixinə qədər mövcud olan kommunikasiya nasazlıqlarının (su, elektrik, qaz) bərpası cavabdehin öhdəsinə aid deyildir. 2.8. Cavabdeh cavabdeh1 tikilini boşaltmazdan əvvəl su, qaz və elektrik təchizatı xidmətlərinə dair öz adına olan bütün kommunal borcları tam ödəməsə, müvafiq xidmət təşkilatları ilə ("ADSE", "xxxx" ASC, "Azəriqaz" IB və ya onların yerli filialları) hesablaşmanı tam başa çatdırmağa borcludur. Tikilinin boşaldıldığı tarixədək yaranmış bütün kommunal borclara görə Iddiaçı heç bir məsuliyyət daşımır; həmin borclar Cavabdehin şəxsi öhdəliyi olaraq qalır. C) Apellyasiya şikayətindən imtina 2.9. Cavabdeh cavabdeh1 bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə birlikdə müraciət edəcək və apellyasiya şikayətindən tam imtina edəcəkdir. Barışıq sazişi apellyasiya məhkəməsi tərəfindən təsdiq edildikdən sonra iş üzrə icraata xilam verilir. 2.10. Cavabdeh öhdəsinə götürür ki. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-*/**** saylı qətnaməsinə dair apellyasiya şikayəti verməyəcəkdir; işi hər hansı digər məhkəmə instansiyasında davam etdirməyəcəkdir. D) Şəki Inzibati Məhkəməsindəki işdən imtina 2.11. Cavabdeh cavabdeh1. Vaqif oğlu öhdəsinə götürür ki, bu barışıq sazişinin imzalandığı tarixdən etibarən 5 (beş) iş günü ərzində Şəki Inzibati Məhkəməsinin icraatında olan, İddiaçııuın adına verilmiş ##.##.2025-ci il tarixli, 408013005364-***** reyestr nömrəli texniki pasporta düzəliş edilməsi və həmin texniki pasportdan mağaza binasının çıxarılması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin üzərinə qovulması tələbinə dair inzibati iş üzrə iddiadan tam imtina edəcəkdir, eləcə də Şəki Inzibati Məhkəməsinin icraatında olmuş 2-1(116)- ***/**** nömrəli iş üzrə “qərarın icrasına dair" ərizəsini geri götürəcək və həmin işlərdən iştirakından çəkiləcəkdir. 2.11. Cavabdeh yuxanda göstərilən inzibati işlər üzrə iddia ilə eyni məzmunlu tələbi hər hansı digər formada, yeni iddia, şikayət, vəsatət, etiraz yolu ilə davam etdirməyəcəkdir, üçüncü şəxslər vasitəsilə həmin tələbi irəli sürdürməyəcəkdir. 2.12. Imtina ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən 3 (üç) iş günü ərzində Cavabdeh həmin ərizənin surətini Iddiaçıya təqdim etməyə borcludur. Bu öhdəliyin yerinə yetirilməməsi 3.2-ci bənddəki nəticələri doğurur. E) Cavabdehin gələcək tələb qadağası 2.13. Cavabdeh cavabdeh1 bu barışıq sazişini imzalamaqla qəti surətdə öhdəsinə götürür ki, gələcəkdə: a) Göyçay şəhəri, Əli Kərim küçəsi * saylı ünvanda yerləşən torpaq sahəsinə, yaxud həmin sahə üzərindəki tikililərə dair hər hansı mülkiyyət, istifadə, qeydiyyat, kompensasiya, icarə haqqı, zərərin ödənilməsi və ya digər tələblə Iddiaçıya qarşı hər haıisı məhkəməyə, arbitraja, inzibati orqana müraciət etməyəcəkdir; b) Iddiaçının adına verilmiş ##.##.2025-ci il tarixli, 408013005364-***** reyestr nömrəli texniki pasporta, habelə həmin texniki pasportda öz əksini tapmış hər hansı tikili və ya torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin dəyişdirilməsi, ləğvi, düzəliş edilməsi tələbi ilə hər hansı orqana müraciət etməyəcəkdir; c) həmin tikili ilə bağlı öz adına hüquqmüəyyənedici sənəd, texniki pasport, kadastır qeydiyyatı əldə etməyə çalışmayacaq; d) üçüncü şəxslər vasitəsilə yuxarıdakı tələblərin heç birini irəli sürdürməyəcəkdir. 2.14. Bu öhdəliklərin pozulması halında Cavabdeh tərəfindən irəli sürülmüş tələb hüquqdan sui-istifadə (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri) kimi qiymətləndiriləcəkdir, Iddiaçının bu öhdəliklərin müdafiəsi üçün çəkdiyi bütün xərclər tam həcmdə Cavabdehdən tələb edilə biləcəkdir. F) Iddiaçının öhdəlikləri 2.15. Iddiaçı İddiaçı bu barışıq sazişinin şərtlərinin tam yerinə yetirilməsi halında Cavabdehə qarşı eyni tikili üzrə yeni iddia qaldırmayacaqdır. Cavabdeh həmçinin iddiaçıya qarşı ## #### 2026-cı il tarixli qətnaməyə əsasən ödənilmiş 3.660 manat kompensasiyadan artıq heç bir maliyyə tələbi irəli sürməyəcəkdir, çünki 9.000 manat tam hesablaşma kimi qəbul edilmişdir. 2.16. Iddiaçı, cavabdehin bütün öhdəliklərini sazişdə qeyd edilən müddət ərzində yerinə yetirməsi halında Göyçay rayon Icra və Probasiya Şöbəsinə həmin iş üzrə məcburi icra tədbirləri barədə müraciət etməyəcəkdir. III. ÖHDƏLIKLƏRIN YERINƏ YETIRILMƏMƏSININ NƏTICƏLƏRI 3.1. Iddiaçı kompensasiyanı müəyyən edilmiş 10 iş günü müddətində ödəməzsə, cavabdehin bu barışıq sazişindən birtərəfli qaydada geri çəkilmək hüququ yaranır. Bu halda Şəki Apellyasiya Məhkəməsinin icraatında olan apellyasiya şikayətinə baxılmasını tələb edilir və saziş öz hüquqi qüvvəsini itirmiş hesab olunur. 3.2. Cavabdeh kompensasiya tam ödənildikdən sonra 5 iş günü ərzində tikilini boşaltmazsa, Iddiaçı: a) məhkəmə qərarının məcburi icrası üçün icra sənədi əsasında Göyçay rayon Icra və Probasiya Şöbəsinə müraciət etmək hüququna malikdir; b) bu gecikməyə görə Cavabdehdən hər gecikdirilmiş gün üçün 50 (əlli) manat məbləğində dəbbə pulu (Mülki Məcəllənin 462, 463 və 465-ci maddələri) tələb etmək hüququna malikdir. 3.3. Cavabdeh 2.10-2.12-ci bəndlərdəki inzibati iddiadan imtina öhdəliyini yerinə yetirməzsə, yəni 5 iş günü ərzində Şəki Inzibati Məhkəməsinə imtina ərizəsi verməzsə və ya imtina ərizəsinin surətini Iddiaçıya təqdim etməzsə, Iddiaçı bu barışıq sazişini birtərəfli qaydada ləğv etmək hüququna malikdir, bu halda Iddiaçı ödənilmiş kompensasiyanı geri tələb edə bilər. 3.4. Cavabdeh 2.15-ci bəndəki qadağanı pozarsa, bu hərəkət hüquqdan sui-istifadə kimi qiymətləndirilir (MM 16.1, 560.2-ci maddələr) və Iddiaçının bu sazişdəki bütün hüquqları tam qüvvədə qalır. IV. ÜMUMI MÜDDƏALAR 4.1. Bu barışıq sazişi MPM-nin 52.3 və 191-ci maddələri əsasında bağlanır. Saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə eyni icra gücünə malik olur. 4.2. Barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən başlayaraq iş üzrə icraata xitam verilir. Tərəflər eyni iddia predmet üzrə yenidən məhkəməyə müraciət edə bilməzlər (MPM-nin 261.0.5-ci maddəsi). 4.3. Bu sazişdə nəzərdə tutulmayan hallarda tərəflər Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, xüsusən Mülki Məcəllənin 461,462 və 1091 -ci maddələrinə istinad edəcəklərdir. 4.4. Məhkəmə xərclərinə (dövlət rüsumu 100 manat » mütəxəssis rəyi 95 manat + ekspertiza 500 manat) gəldikdə, tərəflər 11 mart 2ü26-cı il tarixli qətnamədəki xərc bölgüsünə razıdırlar: həmin xərclər iddiaçı tərəfindən ödənilir. 4.5. Bu barışıq sazişi 3 (üç) nüsxədən ibarət tərtib olunur: bir nüsxəsi apellyasiya məhkəməsinə təqdim edilir, bir nüsxəsi Iddiaçıda, bir nüsxəsi Cavabdehdə saxlanılır. Hər nüsxə eyni hüquqi qüvvəyə malikdir. 4.6. Tərəflər bu sazişi könüllü olaraq, öz hüquqlarını tam dərk edərək, heç bir məcburiyyət olmadan imzalayırlar, tmzalanmazdan əvvəl hər iki tərəfin öz vəkili ilə məsləhətləşmə imkanı olmuşdur. Barışıq sazişin qeyd edilən şərtlərindən göründüyü kimi, prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq hər iki tərəfin mənafeyinə uyğundur və digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, qərardad qəbul edilməklə bağlanmış barışıq sazişinin şərtləri təsdiq olunmalı, həmin qərardadla Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Şərh olunаnlаrа əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 52, 191, 263-264, 370, 400, 402-403, 404 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq məhkəmə kollegiyаsı QƏRARA ALDI: Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı kompensasiya ödənilməklə tikilidən çıxarılma tələbinə dair mülki iş üzrə iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh1 arasında ## ### 2026-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: I. MÜBAHISƏNIN PREDMETI VƏ IŞIN ƏSASLARI 1.1. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-*/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Məmmədov Gündü/ Vaqif oğluna qarşı “kompensasiya ödənilməklə tikilidən çıxarılma*' tələbinə dair iddiası təmin edilmiş, cavabdeh cavabdeh1 3.660 (üç min altı yüz altmış) manat kompensasiya ödənilməklə iddiaçının mülkiyyətində olan Göyçay şəhəri, Əli Kərim küçəsi * saylı ünvanda yerləşən 0,05 ha torpaq sahəsindəki 16,82 m2 sahəsi olan mağaza kimi istifadə cditən tikilidən çıxarılması qət edilmişdir. 1.2. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh cavabdeh1 faktiki istifadəsində olan mağaza tikilisinin ümumi sahəsi 22 m2-dir. Həmin tikilinin 16,82 m2 hissəsi iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin (Göyçay şəhəri. Əli Kərim küçəsi * saylı ünvanda yerləşən) üzərində, tikilinin qalan 5,18 m2 hissəsi isə bitişik torpaq sahəsinin üzərindədir.'Cavabdeh cavabdeh1 adına 22 m:-Iik tikiliyə və onun yerləşdiyi torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd mövcud deyildir. Cavabdeh həmin tikilini sənədsiz istifadə edir. 1.3. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-*/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmiş, iş hazırda Şəki Apellyasiya Məhkəməsinin icraatındadır. 1.4. Tərəflər məhkəmə mübahisəsini daha uzatmamaq, həll prosesini sürətləndirmək və qarşılıqlı maraqları nəzərə almaq məqsədi ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra — M PM) 52.3 və 191-ci maddələri əsasında bu barışıq sazişini könüllü surətdə bağlayırlar. II.TƏRƏFLƏRIN ÖHDƏLIKLƏRI A) Kompensasiyanın ödənilməsi 2.1 Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 oğluna bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən etibarən 10 (on) iş günü ərzində 9.000 (doqquz min) manat məbləğində kompensasiya ödəyəcəkdir. 2.2 Kompensasiya məbləği aşağıdakıları əhatə edir və tam hesablaşma kimi qəbul edilir: a) 16,82 m2 hissəyə görə məhkəmə qətnaməsində müəyyən edilmiş 3.660 manat; b) tikilinin qalan 5,18 m2 hissəsinə görə, habelə cavabdehin həmin tikili üçün sərf etdiyi təmir-tikinti xərclərinin tam ödənilməsi, mağazanın hazırki bazar dəyərinin nəzərə alınması və apellyasiya şikayətindən imtina müqabilində əlavə 5.340 manat; c) 9.000 manat ödənildikdən sonra tərəflərin bir-birinə qarşı əmlak, zərər, icarə haqqı və digər hər hansı maliyyə tələbi qalınır. 2.3 Kompensasiya aşağıdakı üsullardan biri ilə ödənilir; a) nağd şəkildə — ödəniş faktı tərəflərin imzaladığı qəbzlə təsdiqlənir; b) bank köçürməsi vasitəsilə — cavabdehin göstərdiyi bank rekvizitlərinə, ödəniş tapşırığının surəti iddiaçı tərəfindən Cavabdehə verilməklə. 2.4 Kompensasiya tam ödənilənə qədər iddiaçı icra sənədinə əsasən məcburi çıxarma tədbirlərinə müraciət etmək hüququna malik deyildir. A) Tikilinin tam boşaldılması və açarların təhvili 2.5 Cavabdeh cavabdeh1 kompensasiyanın tam ödənildiyi tarixdən etibarən 5 (beş) iş gönü ərzində Göyçay şəhəri, Əli Kərim küçəsi * saylı ünvanda yerləşən 22 m1 sahəsi olan mağaza tikilisini 16,82 m2 və 5,18 m2 hissələri daxil olmaqla, tamamını bütün əmlakı, avadanlığı, malları və digər əşyaları ilə birlikdə tam şəkildə boşaldacaq, tikilinin açarlarını iddiaçıya təhvil verəcəkdir. 2.6 Tikilinin boşaldılması faktı tərəflərin imzaladığı qəbul-təhvil aktı ilə sənədləşdiriləcəkdir. Qəbul-təhvil aktında tikilinin faktiki vəziyyəti, mövcud qüsurlar, açarların sayı göstərilir. Cavabdeh aktı imzalamaqdan imtina etsə, iddiaçının iki şahidin iştirakı ilə boşaldılma faktını sənədləşdirmək hüququ vardır. 2.7 Cavabdeh tikili boşaldılarkən binaya konstruktiv zərər vurmamalıdır: daşıyıcı divarlar, dam. Döşəmə, pəncərə və qapı çərçivələri orijinal vəziyyətdə saxlanılmalıdır. Sazişin imzalanması tarixinə qədər mövcud olan kommunikasiya nasazlıqlarının (su, elektrik, qaz) bərpası cavabdehin öhdəsinə aid deyildir. 2.8 Cavabdeh cavabdeh1 tikilini boşaltmazdan əvvəl su, qaz və elektrik təchizatı xidmətlərinə dair öz adına olan bütün kommunal borcları tam ödəməsə, müvafiq xidmət təşkilatları ilə («ADSE», «xxxx» ASC, «Azəriqaz» IB və ya onların yerli filialları) hesablaşmanı tam başa çatdırmağa borcludur. Tikilinin boşaldıldığı tarixədək yaranmış bütün kommunal borclara görə Iddiaçı heç bir məsuliyyət daşımır; həmin borclar Cavabdehin şəxsi öhdəliyi olaraq qalır. B) Apellyasiya şikayətindən imtina 2.9 Cavabdeh cavabdeh1 bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə birlikdə müraciət edəcək və apellyasiya şikayətindən tam imtina edəcəkdir. Barışıq sazişi apellyasiya məhkəməsi tərəfindən təsdiq edildikdən sonra iş üzrə icraata xilam verilir. 2.10 Cavabdeh öhdəsinə götürür ki. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-*/**** saylı qətnaməsinə dair apellyasiya şikayəti verməyəcəkdir; işi hər hansı digər məhkəmə instansiyasında davam etdirməyəcəkdir. C) Şəki Inzibati Məhkəməsindəki işdən imtina 2.11 Cavabdeh cavabdeh1. Vaqif oğlu öhdəsinə götürür ki, bu barışıq sazişinin imzalandığı tarixdən etibarən 5 (beş) iş günü ərzində Şəki Inzibati Məhkəməsinin icraatında olan, İddiaçııuın adına verilmiş ##.##.2025-ci il tarixli, 408013005364-***** reyestr nömrəli texniki pasporta düzəliş edilməsi və həmin texniki pasportdan mağaza binasının çıxarılması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin üzərinə qovulması tələbinə dair inzibati iş üzrə iddiadan tam imtina edəcəkdir, eləcə də Şəki Inzibati Məhkəməsinin icraatında olmuş 2-1(116)- ***/**** nömrəli iş üzrə “qərarın icrasına dair" ərizəsini geri götürəcək və həmin işlərdən iştirakından çəkiləcəkdir. 2.11 Cavabdeh yuxanda göstərilən inzibati işlər üzrə iddia ilə eyni məzmunlu tələbi hər hansı digər formada, yeni iddia, şikayət, vəsatət, etiraz yolu ilə davam etdirməyəcəkdir, üçüncü şəxslər vasitəsilə həmin tələbi irəli sürdürməyəcəkdir. 2.12 Imtina ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən 3 (üç) iş günü ərzində Cavabdeh həmin ərizənin surətini Iddiaçıya təqdim etməyə borcludur. Bu öhdəliyin yerinə yetirilməməsi 3.2-ci bənddəki nəticələri doğurur. D) Cavabdehin gələcək tələb qadağası 2.13 Cavabdeh cavabdeh1 bu barışıq sazişini imzalamaqla qəti surətdə öhdəsinə götürür ki, gələcəkdə: a) Göyçay şəhəri, Əli Kərim küçəsi * saylı ünvanda yerləşən torpaq sahəsinə, yaxud həmin sahə üzərindəki tikililərə dair hər hansı mülkiyyət, istifadə, qeydiyyat, kompensasiya, icarə haqqı, zərərin ödənilməsi və ya digər tələblə Iddiaçıya qarşı hər haıisı məhkəməyə, arbitraja, inzibati orqana müraciət etməyəcəkdir; b) Iddiaçının adına verilmiş ##.##.2025-ci il tarixli, 408013005364-***** reyestr nömrəli texniki pasporta, habelə həmin texniki pasportda öz əksini tapmış hər hansı tikili və ya torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin dəyişdirilməsi, ləğvi, düzəliş edilməsi tələbi ilə hər hansı orqana müraciət etməyəcəkdir; c) həmin tikili ilə bağlı öz adına hüquqmüəyyənedici sənəd, texniki pasport, kadastır qeydiyyatı əldə etməyə çalışmayacaq; d) üçüncü şəxslər vasitəsilə yuxarıdakı tələblərin heç birini irəli sürdürməyəcəkdir. 2.14 Bu öhdəliklərin pozulması halında Cavabdeh tərəfindən irəli sürülmüş tələb hüquqdan sui-istifadə (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri) kimi qiymətləndiriləcəkdir, Iddiaçının bu öhdəliklərin müdafiəsi üçün çəkdiyi bütün xərclər tam həcmdə Cavabdehdən tələb edilə biləcəkdir. E) Iddiaçının öhdəlikləri 2.15 Iddiaçı İddiaçı bu barışıq sazişinin şərtlərinin tam yerinə yetirilməsi halında Cavabdehə qarşı eyni tikili üzrə yeni iddia qaldırmayacaqdır. Cavabdeh həmçinin iddiaçıya qarşı ## #### 2026-cı il tarixli qətnaməyə əsasən ödənilmiş 3.660 manat kompensasiyadan artıq heç bir maliyyə tələbi irəli sürməyəcəkdir, çünki 9.000 manat tam hesablaşma kimi qəbul edilmişdir. 2.16 Iddiaçı, cavabdehin bütün öhdəliklərini sazişdə qeyd edilən müddət ərzində yerinə yetirməsi halında Göyçay rayon Icra və Probasiya Şöbəsinə həmin iş üzrə məcburi icra tədbirləri barədə müraciət etməyəcəkdir. III. ÖHDƏLIKLƏRIN VERINƏ YETIRILMƏMƏSININ NƏTICƏLƏRI 3.1 Iddiaçı kompensasiyanı müəyyən edilmiş 10 iş günü müddətində ödəməzsə, cavabdehin bu barışıq sazişindən birtərəfli qaydada geri çəkilmək hüququ yaranır. Bu halda Şəki Apellyasiya Məhkəməsinin icraatında olan apellyasiya şikayətinə baxılmasını tələb edilir və saziş öz hüquqi qüvvəsini itirmiş hesab olunur. 3.2 Cavabdeh kompensasiya tam ödənildikdən sonra 5 iş günü ərzində tikilini boşaltmazsa, Iddiaçı: a) məhkəmə qərarının məcburi icrası üçün icra sənədi əsasında Göyçay rayon Icra və Probasiya Şöbəsinə müraciət etmək hüququna malikdir; b) bu gecikməyə görə Cavabdehdən hər gecikdirilmiş gün üçün 50 (əlli) manat məbləğində dəbbə pulu (Mülki Məcəllənin 462, 463 və 465-ci maddələri) tələb etmək hüququna malikdir. 3.3 Cavabdeh 2.10-2.12-ci bəndlərdəki inzibati iddiadan imtina öhdəliyini yerinə yetirməzsə, yəni 5 iş günü ərzində Şəki Inzibati Məhkəməsinə imtina ərizəsi verməzsə və ya imtina ərizəsinin surətini Iddiaçıya təqdim etməzsə, Iddiaçı bu barışıq sazişini birtərəfli qaydada ləğv etmək hüququna malikdir, bu halda Iddiaçı ödənilmiş kompensasiyanı geri tələb edə bilər. 3.4 Cavabdeh 2.15-ci bəndəki qadağanı pozarsa, bu hərəkət hüquqdan sui-istifadə kimi qiymətləndirilir (MM 16.1, 560.2-ci maddələr) və Iddiaçının bu sazişdəki bütün hüquqları tam qüvvədə qalır. IV. ÜMUMI MÜDDƏALAR 4.1 Bu barışıq sazişi MPM-nin 52.3 və 191-ci maddələri əsasında bağlanır. Saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə eyni icra gücünə malik olur. 4.2 Barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən başlayaraq iş üzrə icraata xitam verilir. Tərəflər eyni iddia predmet üzrə yenidən məhkəməyə müraciət edə bilməzlər (MPM-nin 261.0.5-ci maddəsi). 4.3 Bu sazişdə nəzərdə tutulmayan hallarda tərəflər Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, xüsusən Mülki Məcəllənin 461,462 və 1091 –ci maddələrinə istinad edəcəklərdir. 4.4 Məhkəmə xərclərinə (dövlət rüsumu 100 manat » mütəxəssis rəyi 95 manat + ekspertiza 500 manat) gəldikdə, tərəflər 11 mart 2ü26-cı il tarixli qətnamədəki xərc bölgüsünə razıdırlar: həmin xərclər iddiaçı tərəfindən ödənilir. 4.5 Bu barışıq sazişi 3 (üç) nüsxədən ibarət tərtib olunur: bir nüsxəsi apellyasiya məhkəməsinə təqdim edilir, bir nüsxəsi Iddiaçıda, bir nüsxəsi Cavabdehdə saxlanılır. Hər nüsxə eyni hüquqi qüvvəyə malikdir. 4.6 Tərəflər bu sazişi könüllü olaraq, öz hüquqlarını tam dərk edərək, heç bir məcburiyyət olmadan imzalayırlar, tmzalanmazdan əvvəl hər iki tərəfin öz vəkili ilə məsləhətləşmə imkanı olmuşdur. Iş üzrə Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi ləğv edilərək icraata xitam verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı İddiaçı qaytarılsın. Cavabdeh cavabdeh1 mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat məbləğində pulun 48 manatı alınaraq iddiaçı İddiaçı ödənilsin. Iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı iddiaçı İddiaçı, 50 manatı isə cavabdeh cavabdeh1 tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE00000000000002088501, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) keçirilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-10)-465/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-465/2026
06.08.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver