Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-47/2026 29.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X2 cavabdehlər cavabdeh4 MMC, Qəbələ regional “Asan xidmət” mərkəzində notariat ofisi, cavabdeh1, ƏMDX DƏDKR PHŞ-nin * saylı Qəbələ Ərazi idarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində edilən qeydin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: “müqavilənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində edilən qeydin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi” tələbi, qismən ləğv, qismən təmin) Hakimlər X4 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, cavabdeh xxxx MMC-nin nümayəndəsi nümayəndə2 iştirakı ilə, Iddiaçı X2 cavabdehlər cavabdeh4 MMC, Qəbələ regional “Asan xidmət” mərkəzində notariat ofisi, cavabdeh1, ƏMDX DƏDKR PHŞ-nin * saylı Qəbələ Ərazi idarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində edilən qeydin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı X2 nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı X2 cavabdehlər, Qəbələ regional “Asan xidmət” mərkəzində notariat ofisi, cavabdeh1, AR IN ƏMDX DƏDKR PHŞ * saylı Qəbələ Ərazi Idarəsinə qarşı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində edilən qeydin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq JN *** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən JN ***B saylı planda yeri və sərhədləri göstərilən Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair X5 ilə cavabdeh4 MMC arasında Qəbələ rayon DNK-da bağlanmış ##.##.2006-cı il tarixli *ə-**** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi və həmin müqavilə əsasında cavabdeh4MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində ##.##.2015-ci il tarixli ************ reyestr nömrəli qeydiyyatın ləğv edilməsi, cavabdeh4 MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağının ##.##.2023-cü il tarixli qərarının Qəbələ rayonu ərazisində yerləşən ************ reyestr nömrəli 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh1 təhvil verilməsi hissəsində ləğv edilməsi və həmin qərar əsasında cavabdeh1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində ##.##.2023-cü il tarixli ********** nömrəli qeydiyyatının ləğv edilməsi, ##.##.2006-cı il tarixdən indiyədək olan 19 il müddətində torpaq sahəsindən qanunsuz istifadə nəticəsində vurulmuş zərərə görə 3515,0 manat məbləğində təzminat ödənilməsi və Qəbələ rayon DNK-nin dövlət notariusu E.S.Alxasov barəsində Xüsusi qərar çıxarılmasını xahiş etmişdir.
2. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, islahat nəticəsində Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən cəmi 2,51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 yeddi nəfərdən ibarət olan ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş və JN *** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsi JN *** saylı paln üzrə 6562,0 kv/m, JN ***B saylı plan üzrə 7400,0 kv/m və JN***P saylı plan üzrə 11100,0 kv/m olmaqla ayrı-ayrılıqda yerləşmiş və uyğun ölçülərlə təhkim edilmişdir. X5 ##.##.2000-ci il tarixdə vəfat etdikdən ***B saylı planda yeri və ölçüləri müəyyən edilən 7400,0 kv/m torpaq sahəsi bir müddət istifadəsiz qalmış və Qəbələ rayon DNK-da bağlanmış ##.##.2006-cı il tarixli *ə-**** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 adından cavabdeh4MMC-yə satılmışdır. Müqavilənin bağlanması haqqında notarial əməliyyat digər payçıların (X5 ailə üzvlərinin) iştirakı olmadan aparılmış və bu barədə onlara məlumat verilməmişdir. cavabdeh4 MMC həmin müqavilə əsasında qanunsuz yolla əmlak əldə etmiş və ##.##.2023-cü il tarixli qərarı ilə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu cavabdeh1 təhvil vermişdir. Ona görə də, JN *** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən JN ***B saylı planda yeri və sərhədləri göstərilən Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair X5 ilə cavabdeh4 MMC arasında Qəbələ rayon DNK-da bağlanmış ##.##.2006-cı il tarixli *ə**** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi və həmin müqavilə əsasında cavabdeh4MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində ##.##.2015-ci il tarixli ************ reyestr nömrəli qeydiyyatın ləğv edilməsi, cavabdeh4 MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağının ##.##.2023-cü il tarixli qərarının Qəbələ rayonu ərazisində yerləşən ************ reyestr nömrəli 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh1 təhvil verilməsi hissəsində ləğv edilməsi və həmin qərar əsasında cavabdeh1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində ##.##.2023-cü il tarixli ********** nömrəli qeydiyyatının ləğv edilməsi, ##.##.2006-cı il tarixdən indiyədək olan 19 il müddətində torpaq sahəsindən qanunsuz istifadə nəticəsində vurulmuş zərərə görə 3515,0 manat məbləğində təzminat ödənilməsi və Qəbələ rayon DNK-nin dövlət notariusu E.S.Alxasov barəsində Xüsusi qərar çıxarılması haqqında iddia qaldırılmışdır. Sonradan iddiaçı X2 nümayəndəsi nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək X5 ilə cavabdeh4 MMC arasında Qəbələ rayon DNK-da bağlanmış ##.##.2006-cı il tarixli *ə-**** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsini, həmin müqavilə əsasında cavabdeh4MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində ##.##.2015-ci il tarixli ************ reyestr nömrəli qeydiyyat yazısının ləğv edilməsini, cavabdeh4 MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağının ##.##.2023-cü il tarixli qərarı RX seriyalı, ******* nömrəli, ************ reyestr nömrəli Qəbələ rayonu ərazisində yerləşən 0,74 ha torpaq sahəsinin cavabdeh1 təhvil verilməsi hissəsində ləğv edilməsini və həmin qərar əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ##.##.2023-cü il tarixli ********** nömrəli qeydiyyat yazısının ləğv edilməsini xahiş etmişdir.
3. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (sərdlik edən hakim: Ülvi Qənbərov) iddianın təmin edilməməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 144.1, 146.1, 146.2, 152.1, 213.1, 215.5, 354.1, 357, 358.2, 407.2, 1133.1, 1159.1.1, 1243.2, 1255-ci maddələrinə istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Işdə olan JN *** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətinə əsasən JN *** saylı palnda yeri və ölçüləri qeyd olunmuş 6562,0 kv/m, JN ***B saylı planda yeri və ölçüləri qeyd olunmuş 7400,0 kv/m və JN***P saylı planda yeri və ölçüləri qeyd olunmuş 11100,0 kv/m, cəmi 2,51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qəbələ rayon AIK-nin ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə X5, X6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, X2, X7, X8 və X9 ümumi paylı mülkiyyətinə verilmişdir. Işdə olan AZ-II ****** nömrəli “ölüm haqqında” şəhadətnamənin surətinə əsasən X5 ##.##.2000-ci il tarixdə ölmüşdür. Işdə olan İ-JQ ****** nömrəli “nikah haqqında” şəhadətnamənin surətinə əsasən X5 ilə X10 nikahı ##.##.1978-ci il tarixdə * saylı akt qeydi ilə bağlanmışdır. Nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir. Işdə olan Qəbələ rayon DNK-da bağlanmış ##.##.2006-cı il tarixli *ə-**** nömrəli müqavilənin surətinə əsasən Qəbələ rayon AIK-nin ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə X5 mülkiyyətinə verilmiş JN *** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən JN ***B saylı planda yeri və sərhədləri göstərilən Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 296,0 manata cavabdeh4MMC-yə satılmışdır. Işdə olan ##.##.2006-cı il tarixli *ə-**** nömrəli müqaviləyə dair notariat işinin materiallarına əsasən JN *** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən JN ***B saylı planda yeri və sərhədləri göstərilən Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh4MMC-yə X5 adından paylı mülkiyyətin digər iştirakçıları, X6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, X2, X7, X8 və X9 razılıq ərizələri əsasında satılmışdır. Işdə olan RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (reyestr nömrəsi: ************) ##.##.2015-ci il tarixdə cavabdeh4 MMC-nin adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Işdə olan RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (reyestr nömrəsi: ************) ##.##.2015-ci il tarixdə cavabdeh4 MMC-nin adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Işdə olan cavabdeh4MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağının ##.##.2023-cü il tarixli qərarının surətinə əsasən təsisçi cavabdeh1 80.069.745,0 manat məbləğində əmlak payını geri götürməsi hesabına Qəbələ rayonu ərazisində yerləşən ************ reyestr nömrəli 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ona təhvil verilmişdir. Işdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (reyestr nömrəsi: ************) ##.##.2023-cü il tarixdə cavabdeh1 adına mülkiyyət hüququ əsasında 1923007984 nömrə ilə qeydiyyata alınmışdır.
6. Qətnаmədən nаrаzı qаlаn ddiaçı X2 nümayəndəsi nümayəndə1 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Iddiaçı X2 nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar Islahat Komissiyasının ## #### 1998-ci il tarixli qərarı ilə X5 və onun ailə üzvlərinin (Əliyeva ŞərafətMirzənməd qızı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, X12, İddiaçı Ismalıddin oğlu,X7 və ƏliyevaGülxanım Ismaləddin qızı) mülkiyyətinə 2.51 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və JN:121, KOD: ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. X5 ##.##.2000-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 241 № ilə qeyd edilmişdir. X5 ilə “xxxx” MMC arasında bağlanmış ## ###### 2006-ciıl tarixli alqı-satqı müqaviləsinin məzmunundan belə aydın olur ki, X5 onun və ailə üzvlərinin mülkiyyətində olan 2.51 ha torpaq sahəsinin Qanıx-Türyançay zonasına düşən 0.74 ha hissəsini 296 (iki yüz doxsan altı) manat qarşılığında xxxx MMC-yə satmış, tərəflər müqaviləni imzalamış və müqavilə Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiqedilmişdir. ## ###### 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında cavabdeh4 MMC-yə satılmış 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə ##.##.2015-ci ildə 4********** nömrəli DƏDRX tərəfindən mülkiyyət hüququna dair çıxarış verilmişdir. Hüquqlarını müdafiə etdiyim şəxs İddiaçı (bundan sonra Rüfət Əliyev) Azərbaycan Respublikasının Prezidentinin # ####### 2021-ci il tarixli, **** saylı Fərmanını əsas götürərək onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.51 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işlərinin başa çatdırılması məqsədi ilə DƏDKRX-nin * saylı Qəbələ Ərazi Idarəsinəcari ilin fevral ayında müraciət etmiş və ona bildirmişlər ki, 2.51 ha torpaq sahəsinin 0.74 ha hissəsi onun atasıX5 tərəfindən ## ###### 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında xxxx MMC-yə satılmışdır. Halbuki, X5 ##.##.2000-ci il tarixdə vəfat etmişdir. Görünür ki, ## ###### 2006-cı il tarixli alqı-satqı müqaviləsi ölmüş şəxsin adından bağlanmışdır. Işə baxan birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki halları ilə uyğunluq təşkil etmir.
8. Odur ki, Qəbələ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı cavabdeh cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən etiraz verilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı X2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Ismaləddin qızı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 məhkəmə kollegiyasının iclasına gəlməmişlər.
11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh4 MMC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı X2 izahat verərək bildirmişdir ki, apellyasiya şikayətinin dəlillərini müdafiə edir. X5 ilə “xxxx” MMC arasında bağlanmış ## ###### 2006-ciıl tarixli alqı-satqı müqaviləsinin məzmunundan belə aydın olur ki, X5 onun və ailə üzvlərinin mülkiyyətində olan 2.51 ha torpaq sahəsinin Qanıx-Türyançay zonasına düşən 0.74 ha hissəsini 296 (iki yüz doxsan altı) manat qarşılığında xxxx MMC-yə satmış, tərəflər müqaviləni imzalamış və müqavilə Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmişdir. ## ###### 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında cavabdeh4 MMC-yə satılmış 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə ##.##.2015-ci ildə 4********** nömrəli DƏDRX tərəfindən mülkiyyət hüququna dair Çıxarış verilmişdir. O, Azərbaycan Respublikasının Prezidentinin # ####### 2021-ci il tarixli, **** saylı Fərmanını əsas götürərək onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.51 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işlərinin başa çatdırılması məqsədi ilə DƏDKRX-nin * saylı Qəbələ Ərazi Idarəsinəcari ilin fevral ayında müraciət etmiş və ona bildirmişlər ki, 2.51 ha torpaq sahəsinin 0.74 ha hissəsi onun atası X5 tərəfindən ## ###### 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında xxxx MMC-yə satılmışdır. Halbuki, X5 ##.##.2000-ci il tarixdə vəfat etmişdir. Görünür ki, ## ###### 2006-cı il tarixli alqı-satqı müqaviləsi ölmüş şəxsin adından bağlanmışdır. O, pay torpaqlarının satıldığını 2021-ci ildə bilmişdir. Odur ki, işə baxan birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki halları ilə uyğunluq təşkil etmir. Qəbələ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbimin təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 izahat verərək bildirmişdir ki, həmin dönəmdə ata evindən çıxmışdır. Ancaq onun pay torpaqlarının kiməsə verilməsi barədə ya razılığı ya da imzası olmamışdır. Torpaqları qeyri-qanuni satılıb və qeyri-qanuni olaraq başqasının istifadəsindədir. Notariusda olmamış və heç bir ərizəyə imza çəkməmişdir. Atasının həmin torpaqları kiməsə icarəyə verdiyindən onun xəbəri olub və həmin şəxs yalnız əkin-biçin işləri aparmışdır. Ataları rəhmətə gedəndən sonra onlara məxsus torpaqları geri tələb etməyə imkanları olmayıb. Ər evində olduğu üçün həmin torpaqlarının taleyi ilə bağlı maraqlana bilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 izahat verərək bildirmişdir ki, o, həmin zaman uşaq olmuş və gedən proseslərlə bağlı tam ətraflı məlumatı olmayıb. 1996-cı ildə Nazirlər Kabinetinin qərarına əsasən pay torpaqlar əhaliyə paylanıldı və 1999-cu ildə isə həmin verilən pay torpaqlardan onlara da pay verildi. Arxiv sənədləri çıxarılan zaman məlum oldu ki, 2006-cı ildə onlara verilən pay torpaqlar mərhum atasının imzası ilə satılıb. Ancaq atası 2000-ci ildə rəhmətə gedib. X1 2024-cü ildə onlara verilən pay torpaqları sənədləşdirmək istədi ancaq məlum oldu ki, onlara verilən pay torpaqlar artıq satılıb. Pay torpaqlar paylanılan zaman onun 13 yaşı olub. Pay torpağın onlara verilməsindən xəbəri olub ancaq onu qavrayacaq yaşda deyildi. Pay torpağından kimin və necə istifadə etdiyindən xəbəri yoxdur. Atası həmin pay torpağı kiməsə istifadə etməsi üçün verirdi və həmin şəxs isə öz məhsulundan onlara pay verirdi. Atası vəfat etdikdən sonra həmin şəxs artıq onlara öz məhsulundan pay vermədi. Atası vəfat etdikdən sonra ailənin başçısı anası olub və həmin prosesləri anası bilib. Anasının başı ailə problemlərinə qarışmışdı və həmin pay torpaqla maraqlanmağa vaxtı olmayıb. Qardaşının fikri ilə razıdır. Alqı-satqı müqaviləsinin etibarsız sayılmasını istəyir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Ismaləddin qızı izahat verərək bildirmişdir ki, bacılarının verdikləri izahatlara qoşulur. Onların verdikləri izahatlarla tam şəkildə razılaşır. Həmin zaman uşaq olmuşdur. Notariusda olmamış və heç bir ərizəyə imza etməmişdir. Həmin torpağın heç bir vergisini onlar ödəməmişlər. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılıolmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqinəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələrinəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 213.1. Iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. üquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.
18. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 84.1-ci maddəsinə əsasən Torpaq mülkiyyətçilərinin, istifadəçilərin və icarəçilərin һüquqları qanunla qorunur. 84.3-cü maddəsinə əsasən Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayətinə dair ##.##.2021-ci il tarixli qərarı.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarı.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli qərarı.
22.“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ####### 2004cü il tarixli Qərarı;
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
27. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
28. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
29. Apellyasiya şikayəti verən iddiaçı X2 nümayəndəsi nümayəndə1 Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, həmçinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
31. Iddiaçı X2 nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır.
32. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, X5, X6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, X2, X7, X8 və X9 ümumi paylı mülkiyyətində olan JN *** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən JN ***B saylı planda yeri və sərhədləri göstərilən Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh4 MMC-yə satılmasına X5 adından sərancam verən şəxs səlahiyyətsiz olmasına baxmayaraq sərancam aktı qalan mülkiyyətçilərin razılığı əsasında həyata keçirilmiş və bəyənilmişdir. ##.##.2000-ci il tarixdə ölmüş X5 alqısatqı predmeti olan torpaq sahəsindəki payı vərəsəlik üzrə həmin şəxslərin mülkiyyətinə keçdiyindən onların müqaviləni bəyənmək səlahiyyəti olmuşdur. Qəbələ rayon DNK-da bağlanmış ##.##.2006-cı il tarixli *ə-**** nömrəli müqavilə etibarlı olduğundan cavabdeh4 MMC Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etmək hüququ əldə etmiş və barəsində mülkiyyət hüququ sərəncam vermək səlahiyyətinə malik olmuşdur. AR Mülki Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulan müddət keçdiyindən X2 həmin müqavilənin (əqdin) etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia qaldırmaq hüququ yoxdur.
33. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
34. Belə ki, birinci instansiya məhkəməsinin yalnız yuxarıda qeyd edilən halları və maddi hüquq normalarını göstərməklə mübahisəni həll etməsi düzgün və etibarlı nəticəyə gəlmək üçün yetərli olmamışdır. Çünki, bu xarakterli mübahisələrə baxılarkən göstərilənlərlə yanaşı işin əhəmiyyət kəsb edən faktiki halları mülki qanunvericiliyin aidiyyəti normaları ilə birlikdə dəyərləndirilməklə qanuni və ədalətli nəticəyə gəlinməlidir. 35.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayətinə dair ##.##.2021-ci il tarixli qərarında vurğulamışdır ki, xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.
36. Baxılan iş üzrə mübahisə predmeti olan torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətində olmuşdur. Məlum olduğu kimi, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Belə əşyaya sərəncam verilməsi qaydaları Mülki Məcəllənin 222-ci maddəsində tənzimlənir. Həmin maddəyə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.
37. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, islahat nəticəsində Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən cəmi 2,51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 yeddi nəfərdən ibarət olan ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş və JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsi JN *** saylı paln üzrə 6562,0 kv/m, JN ***B saylı plan üzrə 7400,0 kv/m və JN***P saylı plan üzrə 11100,0 kv/m olmaqla ayrı-ayrılıqda yerləşmiş və uyğun ölçülərlə təhkim edilmişdir. X5 ##.##.2000-ci il tarixdə vəfat etdikdən ***B saylı planda yeri və ölçüləri müəyyən edilən 7400,0 kv/m torpaq sahəsi bir müddət istifadəsiz qalmış və Qəbələ rayon DNK-da bağlanmış ##.##.2006-cı il tarixli *ə-**** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 adından cavabdeh4MMC-yə satılmışdır.
38. Kollegiyanın gənaətinə görə JN *** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən JN ***B saylı planda yeri və sərhədləri göstərilən Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair X5 ilə cavabdeh4 MMC arasında Qəbələ rayon DNK-da bağlanmış ##.##.2006-cı il tarixli *ə**** nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əhəmiyyətsiz əqd olmuşdur.
39. Bundan başqa Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizаsı təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmışdır.
40. Işdə olan Azərbaycan Respublikası Ədliyyə Naziliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli, ***/**** nömrəli rəyin nəticə hissəsində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, Qəbələ rayonu dövlət notariat ofisində ##.##.2006-cı il tarixdə 4Ə-0-2460 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair X2 adından olan razılıq ərizəsində “Imza” qrafasındakı imza X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, Qəbələ rayonu dövlət notariat ofisində ##.##.2006-cı il tarixdə 4Ə-0-2460 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair Osmanova (Əliyeva) Xatirə Ismaləddin qızının adından olan razılıq ərizəsində “Imza” qrafasındakı imza Osmanova (Əliyeva) Xatirə Ismaləddin qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, Qəbələ rayonu dövlət notariat ofisində ##.##.2006-cı il tarixdə 4Ə-0-2460 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair Nəsirova (Əliyeva) Mahirə Ismaləddin qızının adından olan razılıq ərizəsində “Imza” qrafasındakı imza Nəsirova (Əliyeva) Mahirə Ismaləddin qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, Qəbələ rayonu dövlət notariat ofisində ##.##.2006-cı il tarixdə 4Ə-0-2460 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair Qurbanova (Əliyeva) Gülxanım Ismaləddin qızının adından olan razılıq ərizəsində “Imza” qrafasındakı imza Qurbanova (Əliyeva) Gülxanım Ismaləddin qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir.
41. Əqdlərin etibarsız sayılması barədə qərar çıxarılarkən məhkəmə, əqdin etibarsızlığına dəlalət edən hüquqi faktları və qanunda nəzərdə tutulmuş hüquqi əsası (normanı) konkret olaraq bildirməlidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
42. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı Mülki Məcəllənin 337.3-cü maddəsinin tələblərinin nəzərdən keçirilməsini məqsədə uyğun hesab edir.
43. Istənilən bir tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının məhkəmə tərəfindən müəyyən olunması vəzifəsidir (MPM.m.2.1, 5.1). Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Çünki məhkəmələrin ən əsas və ümdə vəzifəsi pozulmuş hüquqların bərpasını təmin etməkdir. Hüququn pozulubpozulmadığı isə, qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Iddia tələbinin əsaslandığı müqavilənin etibarsız olması, birbaşa həmin müqavilə üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə haqq (hüquq) və öhdəliyin yaranmadığını göstərir. Alacaq haqqı (tələb hüququ) yaranmadığı təqdirdə isə, aydın məsələdir ki, onun pozulmasından da söhbət gedə bilməz.
44. Əhəmiyyətsiz əqdin haqq və öhdəlik əmələ gətirmək keyfiyyəti və xüsusiyyəti olmadığına görə, yalnız əqdin tərəfləri deyil, istənilən maraqlı şəxs əqdin əhəmiyyətsizliyinə, istinad edə bilər. Əqdin puç, yəni əhəmiyyətsiz olub-olmadığı barəsində mübahisə yaranarsa bu mübahisənin aradan qaldırılması üçün məhkəmədə etibarsızlıq halının təsbiti üçün iddia qaldırıla bilər. Belə bir iddianın qaldırılması hər hansı bir müddətlə məhdudlaşmır. Istənilən bir iddia icraatında tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq işin hallarından əhəmiyyətsizlik halının mövcudluğu anlaşılarsa məhkəmə mütləq bunu nəzərə alaraq qərar verməlidir:
45. Əhəmiyyətsiz əqd arzu olunan hüquqi nəticəni əmələ gətirmək qabiliyyəti, olmayan bir əqd olduğuna görə, əqdin əhəmiyyətsizliyi halı müddətdən asılı olmayaraq həmişə irəli sürülə bilər. Çünki zamanın keçməsi əqdin qanuna zidd bir şəkildə bağlanmış olması faktını aradan qaldırmır.
46. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı iddia müddəti təbiq etməklə rədd etməsi yuxarıda qeyd edilən normaların mahiyyətinə də uyğun deyil.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarına əsasən, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur.
48. Konstitusiya Məhkəməsi həmin səbəblərin müxtəlifliyini nəzərə alaraq mülki qanunvericiliyimizdə əhəmiyyətsiz və mübahisə edilən əqdlərlə yanaşı, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdləri və məhkəmə qərarı ilə etibarsız sayılan əqdləri ayrıca etibarsızlıq növləri kimi təsnif etmiş, onların öz xüsusiyyətlərinə görə fərqli hüquqi rejimlər əmələ gətirdiyini vurğulamışdır.
49. Konstitusiya Məhkəməsinin Plenumu öz qərarında bildirmişdir ki, “əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.
50. Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.
51. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır.
52. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır.
53. Göründüyü kimi, əhəmiyyətsiz əqdin tələbdən və məhkəmə qərarından asılı olmayaraq qanunvericiliyə zidd olması səbəbilə bağlandığı andan özlüyünə etibarsız olduğu, bu müddətin MM-in 337.5-ci maddəsində nəzərdə tutulmuş etibarsızlığın nəticələrinin tətbiqinə, yəni əhəmiyyətsiz əqd üzrə icra edilmiş əvəzedilən əşyaların əqdin qarşı tərəfinin əmlakına qarışması səbəbindən əmələ gətirdiyi əsasız varlanma halları üzrə geri qaytarılması tələblərinə tətbiq edilən iddia müddəti olduğu, əhəmiyyətsiz əqd üzrə verilən əşya əvəzedilməz olduqda isə onun üzərindəki mülkiyyət hüququnun əldə edənə keçmədiyi, bu səbəbdən həmin əşyanın qaytarılmasına dair iddia mülkiyyətin müdafiəsi ilə bağlı olduğu üçün ona iddia müddətinin tətbiq edilmədiyi KM-in qərarında aydın şəkildə izah olunmuşdur.
54. Hazırkı işdə etibarsızlığı iddia edilən ##.##.2006-cı il tarixli, reyestr nömrəsi 4ə2460 olan alqı-satqı müqaviləsindəki torpaq sahəsi əvəzedilməz əşya olduğu üçün onun üzərindəki mülkiyyət hüququ həqiqi hüquqi vəziyyətə görə cavabdehə keçməmişdir. Müqavilə bağlandığı andan etibarsız olduğuna görə heç bir hüquqi nəticə yaratmadığı üçün torpaq üzərindəki mülkiyyət hüququ iddiaçılarda qalmışdır. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi və apellyasiya şikayətininin dəlilləri qismən əsaslıdır.
55. Odur ki, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn iddiaçı X2 nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən ləğv edilməli, ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissələrdə təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Iddiaçı X2 nümayəndəsi nümayəndə1 oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni X5 ilə cavabdeh4 MMC arasında Qəbələ rayon DNK-da bağlanmış ##.##.2006-cı il tarixli *ə-**** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında cavabdeh4MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində ##.##.2015-ci il tarixli ************ reyestr nömrəli qeydiyyat yazısının ləğv edilməsi, cavabdeh4 MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağının ##.##.2023-cü il tarixli qərarı RX seriyalı, ******* nömrəli, ************ reyestr nömrəli Qəbələ rayonu ərazisində yerləşən 0,74 ha torpaq sahəsinin cavabdeh1 təhvil verilməsi hissəsində ləğv edilməsi və həmin qərar əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ##.##.2023-cü il tarixli ********** nömrəli qeydiyyat yazısının ləğv edilməsi hissələrində ləğv edilsin. Ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilməklə iddia həmin hissələrdə təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.