Məhkəmə qərarları › İş №2(3-10)-49/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-49/2026

28.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(3-10)-49/2026 28.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh12, Cavabdeh8, Cavabdeh11, Cavabdeh7, Cavabdeh10, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, miras payın bağışlanması müqaviləsinin və Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Taleh Valeh oğlu və X7 ibarət tərkibdə, İsmayılova Nərmin Ərəstun qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh12, Cavabdeh8, Cavabdeh11, Cavabdeh7, Cavabdeh10, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, miras payın bağışlanması müqaviləsinin və Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci tarixli 2(075)-2615/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavadehlər Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi, Cavabdeh1, Cavabdeh8, Cavabdeh11, Cavabdeh6, Cavabdeh7, Cavabdeh10, Cavabdeh12 Okyat qızı, Cavabdeh3, Cavabdeh9, Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki 2 saylı dövlət notariat konturu tərəfindən verilmiş 11 fevral 1993-cü il tarixli, 1k/№ -183 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 17 dekabr 2022-ci il tarixli, 2V-1011 № reyestr nömrəli və 17 dekabr 2022-ci il tarixli, 2V-1010 № reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmçinin 17 dekabr 2022-ci il tarixli, 3M-691 № reyestr nömrəli miras payın bağışlanması müqaviləsi, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci tarixli 2(075)-2615/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh12 və qeyrilərinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, miras payın bağışlanması müqaviləsinin və Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunması, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı özünə qaytarılması qərara alınmışdır. İddiaçı qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Şəki Rayon Məhkəməsinin 08 dekabr 2025-ci tarixli 2(075)-2615/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. X14 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci tarixli 2(075)- 2615/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı şikayətində göstərmişdir ki, işə baxan birinci instansiya məhkəməsi “sənədin ləğvi” ilə “sənədin etibarsız hesab edilməsini” ayırd edə bilməmiş və məhkəmələrdə qaldırılan iddialarda “sənədin ləğvi” ilə “sənədin etibarsız hesab edilməsi”-nin ayrı hüquqi nəticələr doğurmasını ayırd edə bilmir. Belə ki, işə baxan birinci instansiya məhkəməsinin icraatında olan e-2(075)-2016/2025 saylı mülki işdə qeyd olunan sənədlərin etibarsız hesab edilməsi tələbi qoyulmuş, lakin hazırkı mülki işdə qeyd edilən sənədlərin ləğv tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi hər iki mülki işdə tələblər fərqlidir. Onun hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinin səbəbi isə e-2(075)- 2016/2025 saylı mülki iş üzrə Cavabdeh1 nümayəndəsi və vəkili X9 məhkəmə iclasında Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2024-cü il tarixli, 2(107)-83/2024 saylı qətnaməsininin giriş hissəsində texniki səhv olaraq qeyd edilən “şəhadətnamənin etibarsız hesab olunması” ifadəsini və 23-cü bəndində məhkəmə iclasında tərəfindən guya şəhadətnamənin etibarsız hesab edilməsi barədə ərizənin yazılmasını əsas gətirərək şəhadətnamənin etibarsız hesab olunmasına dair iddiaya artıq baxıldığını bildirmiş və o da buna görə həmin texniki səhvin ona Şəki Rayon Məhkəməsinin icraatında olan onun Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsi, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi, Cavabdeh1, Cavabdeh8, Cavabdeh11, Cavabdeh6, Cavabdeh7, Cavabdeh10, Cavabdeh12, Cavabdeh3 və Cavabdeh5 qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, miras payın bağışlanması müqaviləsinin və Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə baxılmasında maneə yaratmasına görə, həmin texniki səhvin düzəldilməsi ilə bağlı ərizə ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına müraciət etsə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2025-ci il tarixli, 2(107)- 83/2024 saylı qərardadı ilə ərizəsi təmin edilməmişdir. Buna görə də o Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2024-cü il tarixli, 2(107)-83/2024 saylı qətnaməsi ilə X17 Xidmət Mərkəzində AR X8 işi V-19 Reystrində 2-v 1010 və 2-v1011 nömrə ilə qeyd edilən informasiya sisteminə 17 dekabr 2022-ci il tarixdə daxil edilmiş 17 dekabr 2022-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi yoxsa etibarsız hesab edilməsi tələbinə baxılması barədə izah verilməsi barədə ərizə ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət etmişdir. X12 Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2025-ci il tarixli, 2(107)-83/2024 saylı qərardadı ilə Şəki Аpellyаsiyа Məhkəməsinin Mülki kоllegiyаsının 20 fevral 2024-cü il tarixli, 2(107)-83/2024 nömrəli qətnaməsinə izah verilməsi bаrədə ərizəsi təmin edilməmişdir. Göründüyü kimi artıq uzun müddətdir ki, işə baxan birinci instansiya məhkəməsi və yuxarı instansiya məhkəməsi olan apellyasiya instansiya məhkəməsi onun məhkəməyə müraciət etmək hüququnu süni şəkildə məhdurlaşdırır, müxtəlif bəhanələr gətirməklə daha öncə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğvi tələbi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, qanunsuz olaraq MPM-nin 53-cü maddəsinin tələbləri kobud şəkildə pozularaq iddia tələbinin əsasını dəyişmiş, lakin yeni qətnamə qəbul etməyərək birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Şikayətin dəlilləri ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. Şəki Rayon Məhkəməsinin icraatında olmuş 2(075)-635/2023-cü il tarixli mülki işin iddia tələbindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 17 dekabr 2022-ci il tarixli, 2V-1011 № reyestr nömrəli və 17 dekabr 2022-ci il tarixli, 2V- 1010 № reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmçinin 17 dekabr 2022-ci il tarixli, 3M-691 № reyestr nömrəli Miras payın bağışlanması müqaviləsi və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə cavabdehlər qismində Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi, Cavabdeh1, Cavabdeh8, Cavabdeh11, Cavabdeh6, Cavabdeh7, Cavabdeh10, Cavabdeh12, Cavabdeh3, Cavabdeh5 qeyd edilmişdir. Həmin iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mərhum qaynatası X2 mülkiyyətində olmuşdur. X3 21 may 1991-ci il tarixdə vəfat etmiş və ondan miras əmlak olaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi qalmışdır. Qaynatası vəfat edəndən sonra həmin evdə sadəcə olaraq mərhum X1 və iddiaçının mərhum əri X10 yaşamışlar və mirası faktiki qəbul etməklə idarə etməyə başlamışlar. X1 29 avqust 2008-ci il tarixdə vəfat etmişdir və ondan sonra həmin evdə sadəcə iddiaçı və əri X10 yaşamışlar. 18 sentyabr 2022-ci il tarixdə isə əri X10 vəfat etmişdir. Yoldaşının 40 mərasimindən qısa müddət sonra Cavabdeh8 adlı şəxs iddiaçının yaşadığı və ərindən miras qalmış evə gələrək AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin iki əməkdaşı ilə yaşadığı evə gələrək mərhum qaynatasının adına çıxarış hazırlatmalı olduğunu bildirmişdir. Bir müddət sonra Cavabdeh8 xəbər göndərmişdir ki, gedib Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni götürsün. İddiaçı isə ona bildirmişdir ki, o sadəcə olaraq mərhum ərinin vəfat etməsi ilə əlaqədar ödənilməli olan pul vəsaiti ilə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alacaq. Lakin daha sonra Cavabdeh8 Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notaiusu Cavabdeh5 və notariat ofisinin əməkdaşları ilə sövdələşərək iddiaçıya boş kitabçaya imza etdimişlər və iddiçıya şəhadətnamə vermişlər, bildirmişlər ki, baldızı Cavabdeh1 şəhadətnamə alıb. İddiaçı həmin şəhadətnamə ilə tanış olarkən görmüşdür ki, mərhum qaynatasından miras qalmış fərdi yaşayış evinin ¾ hissəsinə saxta şəhadətnamə verilmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən mirasın 6 ay sonra qəbuluna yol verilmədiyi halda Cavabdeh8, Cavabdeh7 notarius Cavabdeh5 və digər şəxlsər sövdələşərək 22 il sonra saxta yolla 22 il əvvəl ölmüş şəxsin mirasın qəbul edilməsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Qanunvericiliyin tələbinə əsasən notarius baldızım Cavabdeh1 mirasın faktiki qəbulunu təsdiq edəcək məhkəmə qətnaməsi tələb etməli idi. Cavabdeh1 Bakı şəhərində yaşamaqla mirası faktiki olaraq qəbul etməmişdir. Həmin sənədlərlə tanış olarkən nəyə görə həmin sənədlərin ondan gizlədilməsi və iddiaçını həmin sənədlərin əldə edilməsindən çəkindirilməyi daha da aydın olmuşdur. Belə ki, sənədlərlə tanış olduqca daha öncə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu işləmiş Cavabdeh5, Cavabdeh8 və Cavabdeh7 tərəfindən hansı saxtakarlıqlara əl atdıqları üzə çıxmışdır. Həmin saxta səndlərin hazırlanmasında Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisində baldızı Cavabdeh1 nümayəndəsi qismində Cavabdeh8, Cavabdeh6 və Cavabdeh3 oğunun nümayəndəsi qismində isə Cavabdeh7 iştirak etmişlər. Həmin vərəsəlik işinin içərisində Cavabdeh1 Cavabdeh8 verdiyi etibarnamənin surəti əlavə edilsə də, Cavabdeh6 və Cavabdeh3 oğunun Cavabdeh7 verdikləri etibarmanələrin surətləri iş materiallarında mövcud deyil. Sadəcə olaraq iş materiallarında olan Cavabdeh3 Cavabdeh7 Bakı şəhəri, 44 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə verilmiş 7E-7863 reyestr nömrəli etibarnaməyə dair elektron notariat sistemindən çıxarış və Cavabdeh6 Cavabdeh7 Bakı şəhəri, 32 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə verilmiş 7E- 24758 reyestr nömrəli etibarnaməyə dair elektron notariat sistemindən çıxarışlar mövcuddur. Cavabdeh1 Cavabdeh8 verdiyi etibarnamə ilə tanış olarkən həmin vərəsəlik işi üzrə daha öncə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu işləmiş Cavabdeh5la Cavabdeh8 və Cavabdeh7 ilə əvvəlcədən razılaşdıqları açıq aydın bəlli olur. Belə ki, vərəsəlik işində mövcud olan 05 noyabr 2022-ci il tarixdə verilmiş 7E-10765 reyestr nömrəli etibarnamədən görünür ki, həmin etibarnamə 2 ay müddətinə yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək verilmiş, xx.xx.2022-ci il tarixində vərəsəlik işi açılmış, 17 dekabr 2022-ci il tarixdə isə saxta qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərək iş yekunlaşmışdır. Göründüyü kimi cəmi 1 ay 7 gün ərzində tələm-tələsik saxta sənədlər hazırlanmışdır. Şəki Rayon Məhkəməsinin hal-hazırda qüvvədə olan xx.xx.2023-cü il tarixli 2(075)- 635/2023 saylı qətnaməsi ilə İddiaçı Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə və qeyrilərinə qarşı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 17 dekabr 2022-ci il tarixli, 2V-1011 № reyestr nömrəli və 17 dekabr 2022-ci il tarixli, 2V-1010 № reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmçinin 17 dekabr 2022-ci il tarixli, 3M-691 № reyestr nömrəli Miras payın bağışlanması müqaviləsi və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin icraatında başqa iş olduğu üçün İddiaçı hazırkı tələbinə baxılması yolverilməzdir. Hazırki iddia tələbi eyni predmet barəsindədir, eyni əsaslar üzrə mübahisələndirilir. Əvvəlki iddia tələbi üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəsini almışdır. Digər mülki işdən fərqli olaraq iddiaçı hazırki iddia tələbinin “xahiş” hissəsində” 11 fevral 1993-cü il tarixli, 1k/№ -183 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb etsə də, iddianın “başlıq, təsviri əsaslandırma” hissələrində həmin şəhadətnamədən bəhs edilmir, onun hansı əsasla etibarsız hesab edilməsi barədə hər hansı münasibət mövcud deyildir. Digər fərq isə ondan ibarətdir ki, hazırki iddiada cavabdehlər qismində həm də Cavabdeh9 da qeyd edilmişdir. Lakin həmin şəxsə qarşı tələbin nədən ibarət olduğu iddia ərizəsindən müəyyən edilmir, yalnız 1 fərqli cavabdehin qeyd edilməsi isə iddiaların fərqli olması mənasını vermir. Buna görə birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbulundan imtina olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Birinci instansiya məhkəməsi iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edərkən həmin məcəllənin səhv olaraq 153.2.4-cü maddəsinə istinad etmişdir. Həmin maddəyə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Hazırki iş üzrə birinci instansiya məhkəməsi prosessual hüquq normasını düzgün tətbiq etməsə də, düzgün olan qərardad qəbul etdiyindən həmin normanın pozulması qəbul edilmiş qərardadın ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci tarixli 2(075)-2615/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları nəticə etibarilə düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci tarixli 2(075)-2615/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci tarixli 2(075)-2615/2025 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar