Məhkəmə qərarları › İş №2(3-10)-521/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-521/2026

30.07.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-521/2026 30.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “Azəriqaz” Istehsalat Birliyinə qarşı borcun silinməsi və cərimə məbləğlərinin azaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun silinməsi və cərimə məbləğlərinin azaldılması” tələbi, qüvvə) Hakimlər X2 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Əsgərov Anar Əlifağa oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh “Azəriqaz” Istehsalat Birliyinə qarşı borcun silinməsi və cərimə məbləğlərinin azaldılması tələbinə dair mülki iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Işin halları

1. İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək “Azəriqaz” Istehsalat Birliyi (bundan sonra cavabdeh) tərəfindən ## ###### 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanaraq *************** nömrəli abonent koduna vurulmuş 216 (iki yüz on altı) manat borc məbləğinin silinməsi, dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsindən azad olunması, ## ##### 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanaraq *************** nömrəli abonent koduna əsassız olaraq borc kimi yazılmış 5991 (beş min doqquz yüz doxsan bir) manat 84 (səksən dörd) qəpik və ## ###### 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanaraq *************** nömrəli abonent koduna əsassız olaraq borc kimi yazılmış 2471 (iki min dörd yüz yetmiş bir) manat 04 (dörd) qəpik cərimə məbləğlərinin qanuna uyğun şəkildə hesablanaraq azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## ##### 2021-ci il tarixdə “Azəriqaz” IBnin tabeçiliyində olan X1 Istismar Idarəsinin əməkdaşları tərəfindən Ismayıllı şəhəri H.B.Zərdabi küçəsində yaşadığı evin qaz xəttinə qoşulmuş və istismarda olan Elster G-4T Diafraqma tipli, ******** saylı sayğaca baxış keçirilmişdir. Həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək, sayğac açılaraq götürülmüş və əvəzində isə başqa sayğac quraşdırılmışdır. Cavabdeh tərəfindən tərtib olunmuş ## ###### 2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktda qeyd edilmişdir ki, “Azəriqaz” IBnin Elster G-4T Diafraqma tipli, ******** nömrəli sayğac Informasiya Texnologiyaları və Rabitə Idarəsində Dövlət Yoxlamasından keçirilmiş və sayğacın hesablama mexanizminin plastmas qapağının sağ yan hissəsinin deşici alətlə deşildiyi aşkar olunmuşdur. ## ###### 2021-ci il tarixdə tərtib olunmuş ******* nömrəli akta uyğun həmin tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə qəbul edilərək 2160 kub metr itirilmiş təbii qaz *************** nömrəli abonent koduna işlənmiş və həmin miqdarda təbii qazın dəyəri olan 216 manat debitor borcun ödənilməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. Bundan başqa ## ##### 2023-cü il tarixdə “Azəriqaz” Istehsalat Birliyinin nümayəndələrinin iştirakı ilə yaşadığı Ismayıllı şəhəri H.B.Zərdabi küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən sayğacdan kənar əlavə qaz xətti aşkar etmiş və bu barədə ## ##### 2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli akt tərtib olunmuşdur. “Azəriqaz” Istehsalat Birliyi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair ## ##### 2023-cü il tarixli tələbnamdə göstərilmişdir ki, qaz işlədicilərindən 1 ədəd PQ-3 maksimal qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün, 1 ədəd dəmir soba maksimal qaz sərfi 1,4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün, 1 ədəd iran sobası maksimal qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün, 1 ədəd sac maksimal qaz sərfi 2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 0,8x24x365=7008 m3, 1,4x24x365/12264 m3, 1,5x24x365-13140 m3, 2x24x365-17520 m3, cəmi 49932 m3 hesablanmışdır. Qaz zəif gəldiyindən yoxlamaq üçün sayğacdan əvvəl qaz xəttinə qoşularaq təxminən 10 gün ərzində qazdan bu formada istifadə etmişdir. Aprel ayının 13-də qaz idarəsinin əməkdaşları bu faktı aşkar edərək qaz xəttini ləğv etmişlər. Evdə dörd göz adlanan PQ-3 markalı qaz plitəsi, 1 ədəd dəmir soba, 1 ədəd iran sobası, 1 ədəd sac olmuşdur. Sayğacdan kənar əlavə qaz xəttindən təxminə 10 gün ərzində istifadə etsə də cavabdeh təşkilat onu 5991,84 məbləğində cərimə etmişdir. Bundan əlavə ## ###### 2024-cü il tarixdə “Azəriqaz” Istehsalat Birliyinin nümayəndələrinin iştirakı ilə yaşadığı Ismayıllı şəhəri H.B.Zərdabi küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən sayğacdan kənar əlavə qaz xətti aşkar edilmiş və bu barədə ## ###### 2024-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli akt tərtib olunmuşdur. “Azəriqaz” Istehsalat Birliyi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair ## ###### 2024-cü il tarixli tələbnamdə göstərilmişdir ki, qaz sayğacının nominal saatlıq qaz sərfinin 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 286 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 6x12x286=20592 m3 hesablanmışdır. Həmin ərəfədə qış fəsli olduğundan havaların çox soyuq keçməsinə baxmayaraq qaz zəyif gəldiyindən qaz idarəsinə müraciət etdiyi zaman ona qaz xəttində və ya qaz sayğacında problemlər olduğunu bildirərək həmin problemlərin aradan qaldırılması üçün xəttə və sayğaca baxış keçirəcəklərini bildirmişlər. Bir neçə gün keçsə də nə qaz xəttinə, nə də sayğaca baxış keçirən olmamışdır. O də bunu yoxlamaq məqsədi ilə sayğacdan əvvəl qaz xəttinə qoşularaq təxminən bir həftə ərzində qazdan bu formada istifadə etmişdir. Yanvar ayının 24-də qaz idarəsinin əməkdaşları bu faktı aşkar edərək qaz xəttini ləğv etmişlər. Sayğacdan kənar əlavə qaz xəttindən təxminə 10 gün ərzində istifadə etsə də cavabdeh təşkilat onu 2471,04 məbləğində cərimə etmişdir. Cavabdeh təşkilatın nümayəndələri tərəfindən tərtib edilmiş ## ##### 2023-cü il tarixli və ## ###### 2024-cü il tarixli aktları qanunsuz və əsassız hesab edir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən akt tərtib edilərkən qaz təchizatı idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin hər iki akt tərtib edilərkən bunlara riayət edilməmiş və aktlar tərtib edilərkən ailə üzvlərindən heç kəs orada olmamışdır. Bu halda aktların doğru olmasına əsaslı şübhələr yaranır. Ismayıllı Xidmət sahəsinin təbii qaz və sahə xidmətinin nəzarətçisi kənar xətt qoşulmasını aşkar etməmişdir. Cavabdeh tərəfindən güya aşkar edilmiş həmin xəttlərə görə aktda göstərilənlər və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ əsassızdır və həddən artıq şişirdilmişdir. Aşkarlanan qaz xətlərindən hər iki halda 5-10 gün ərzində istifadə etmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamələrdə qeyd olunan məbləğlər ağlabatan rəqəm deyil. Fərdi yaşayış evində istifadə edilən qazcihazlarının 360 günə hesblanması heç bir qanunla tənzimlənmir, tam qanunsuzdur, ona görə hesablanmış cərimələr azaldılmalıdır. Belə ki, “Azəriqaz” istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib edilmiş ## ##### 2023-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamədə ona məxsus evdə qaz sayğacının nominal saatlıq qaz sərfinin 0,8, 1,4, 1,5 və 2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün, ## ###### 2024-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamədə ona məxsus evdə qaz sayğacının nominal saatlıq qaz sərfinin 6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 286 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Bütün əhali abonentlərinin, o cümlədən də onun yaşadığı evə ayda bir dəfədən az olmayaraq (əsasən isə bir ayda 2 dəfə) baxış keçirilir, sayğac göstəricilərinə əsasən bildiriş təqdim edilir. Əgər evində əvvəllər də sayğacdan kənar qaz xəttindən istifadə olmuş olsaydı, bunu nəzarətçi aşkar edərdi. Lakin əvvəllər bu kimi hallar baş verməmişdir. ## ###### 2021-ci il tarixdə “Azəriqaz” Istehsalat Birliyinin nümayəndələrinin iştirakı ilə onun yaşadığı evin qaz xəttinə qoşulmuş və istismarda olan Zenner G-4T Smar tipli ******** saylı, qaz sayğacına baxış keçirilmiş, qaz sayğacının çıxış plastmas qapağının sağ yan hissəsinin deşici alətlə deşildiyini əsas gətirərək ## ###### 2021-ci il tarixdə ******* nömrəli akt tərtib edilərək 4x6x90=2160 kub metr yəni 216 manat dəymiş ziyan hesablayaraq cərimə olunmuşdur. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi qazın həcmini qeydə alınmaması barədə heç bir məlumatı yoxdur. Qaz Istismar Idarəsinin nəzarətçisi tərəfindən yaşadığım evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə mənə bildiriş təqdim edilir. Sayğacda hər hansı zədə, qaz sayğacının çıxış plastmas qapağının sağ yan hissəsinin deşici alətlə deşilməsi onun günahı deyil. Əgər sayğacda hər hansı bir nasazlığ olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün deyildir. Bundan başqa dəymiş ziyanın bərpasına dair tələbnamələrə, ## ##### 2023-cü il tarixli və ## ###### 2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqındakı aktlarda qeyd olunan zamanı qaz cihazları 1 ədəd PQ-3 markalı qaz plitəsi, 1 ədəd dəmir soba, 1 ədəd iran sobası, 1 ədəd sac olmuşdur. Belə ki, məhkəməyə təqdim etdiyi *************** saylı abonentin saldosundan görünür ki, fərdi yaşayış evində yaşadığı müddətdə istifadə etdiyi qaz sərfiyyatı nə qədər olmuşdur. Buna baxmayaraq onun barəsində tərtib olunmuş aktlara əsasən “Azəriqaz” Istehsalat Birliyinə ümumilikdə 5991,84 manat və 2471,04 manat borc yazılmışdır. Qeyd etdiklərinə əsasən *************** nömrəli abonent koduna ## ###### 2021- ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən vurulmuş 216 (iki yüz on altı) manat borc məbləğinin silinməsi, dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsindən azad olunması, ## ##### 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən əsassız borc kimi yazılmış 5991 (beş min doqquz yüz doxsan bir) manat 84 (səksən dörd) qəpik və ## ###### 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən əsassız borc kimi yazılmış 2471 (iki min dörd yüz yetmiş bir) manat 04 (dörd) qəpik cərimə məbləğlərinin qanuna uyğun şəkildə hesablanaraq azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Ilqar Hüseynov) iddia tələbi təmin edilmiş, “Azəriqaz” Istehsalat Birliyi tərəfindən tərtib edilmiş ## ###### 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanaraq İddiaçı *************** nömrəli abonent koduna vurulmuş 2160 m3 təbii qazın dəyəri 216 (iki yüz on altı) manat borc məbləğinin silinməsi, İddiaçı dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsindən azad olunması “Azəriqaz” Istehsalat Birliyi tərəfindən tərtib edilmiş ## ##### 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanaraq İddiaçı *************** nömrəli abonent koduna vurulmuş 49932 m3 təbii qazın dəyəri 5991,84 manat cərimə məbləği azaldılaraq 492 (dörd yüz doxsan iki) manat 48 (qırx səkkiz) qəpik müəyyən edilməsi, “Azəriqaz” Istehsalat Birliyi tərəfindən tərtib edilmiş ## ###### 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanaraq İddiaçı *************** nömrəli abonent koduna vurulmuş 20592 m3 təbii qazın dəyəri 2471,04 manat cərimə məbləğinin azaldılaraq 259 (iki yüz əlli doqquz) manat 20 (iyirmi) qəpik müəyyən edilməsi “Azəriqaz” Istehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 560.1, 560.2, 1096.1, 1096.2-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin n ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa və “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununa istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: - Tərəflər arasında bağlanmış ## ###### 2018-ci il tarixli **** nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, cavabdeh qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. - “Azəriqaz” IB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən ## ##### 2021-ci il tarixdə iddiaçının Ismayıllı şəhəri Zərdabi küçəsində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. - ## ###### 2021-ci il tarixli MSK-**/****-*****-* nömrəli aktın surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttinə quraşdırılmış ******** nömrəli sayğaca ## ###### 2021ci il tarixdə Metrologiya Departamenti və Qaz sayğaclarına nəzarət komissiyası tərəfindən baxış keçirilərkən sayğacın hesablama mexanizminin plastmas qapağının sağ yan hissəsinin deşici alətlə deşildiyi aşkar edilmişdir. - “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ## ###### 2021-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin evinə baxış zamanı sayğacın hesablama mexanizminin plastmas qapağının sağ yan hissəsinin deşici alətlə deşildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Iddiaçı aktı imzalamaqdan imtina etmişdir. - X1 Istismar Idarəsinin rəisi tərəfindən təsdiq edilmiş ## ###### 2021- ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, tələbnamədə sayğacın hesablama mexanizminin plastmas qapağının sağ yan hissəsinin deşici alətlə deşildiyi və təbii qaz itkisinin yarandığı müəyyən edilmiş, 2160 m3 itirilmiş təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi tələb olunmuşdur. - X1 Istismar Idarəsinin Ismayıllı XS-nin rəisi tərəfindən təsdiq edilmiş ## ##### 2023cü il tarixli *** nömrəli aktın surətindən görünür ki, iddiaçının Ismayıllı şəhəri H.B.Zərdabi küçəsində qaz xətti üzərində quraşdırılmış G-4 markalı ************* nömrəli qaz sayğacına baxış keçirilmiş, abonentin qaz sayğacından kənar qeyri-qanuni qaz xətti aşkar olunmuş və qaz xətti ləğv olunmuşdur. - “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ## ##### 2023-cü il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin mənzilində quraşdırılan qaz sayğacından kənar qeyri-qanuni xətt aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Iddiaçı aktı imzalamamışdır. - “Azəriqaz” IB-nin X1 Istismar Idarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin Idarənin rəisi tərəfindən təsdiq edilmiş ## ##### 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsilə 49932 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. - “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ## ###### 2024-cü il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin həyətinin xaricindən keçən paylayıcı keçə xəttinə müdaxilə edərək təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuş, xətt ləğv edilmişdir. Dəymiş ziyanın hesablanması, hesablanan məbləğin abonent tərəfindən ödənilməsi tələb olunmuşdur. - “Azəriqaz” IB-nin X1 Istismar Idarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin Idarənin rəisi tərəfindən təsdiq edilmiş ## ###### 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsilə 20592 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və abonent tərəfindən qeyri-qanuni istifadə edilmiş qazın dəyərinin ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. - ## ###### 2026-cı il tarixli abonentin saldosundan görünür ki, iddiaçının *************** nömrəli abonent koduna 2021-ci ilin sentyabr ayının sonuna 2160 m3 təbii qazın dəyəri 216 manat, 2023-cü ilin aprel ayının sonuna 49932 m3 təbii qazın dəyəri 5991,84 manat və 2024cü ilin yanvar ayının sonuna 20592 m3 təbii qazın dəyəri 2471,04 manat akt üzrə borc vurulmuşdur.

6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh “Azəriqaz” Istehsalat Birliyi аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh “Azəriqaz” Istehsalat Birliyi apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, ##.##.2021-ci il tarixində ”Azəriqaz” X3 RQII-nin ünvan 1 ünvanında yaşayan İddiaçı məxsus yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı ##.##.2021-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş, həmin akta abonentin özü imza etmişdir. Mənzildən açılmış G4 markalı, ******** nömrəli qaz sayğacınövbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş ##.##.2021-ci il tarixli, **/****-*****-* nömrəli akta əsasən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən deşici alətlə deşildiyi aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin Akta əsasən İddiaçı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair ##.##.2021ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Azəriqaz” IB-nin Ağsu RQII-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQII-nin Istehlakçılara satılan qaza nəzarət şöbəsində ## ###### 2021 - ci il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib İddiaçı Ismayıllı XS-nin abonent bazasındakı *************** nömrəliabonent koduna 2160 m – 216.00 (iki yüz on altı) manat 00 qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Bundan başqa ##.##.2023 -cü il tarixində ”Azəriqaz” IstehsalatBirliyinin Ağsu RQII-nin ünvan 2 ünvanında yaşayan İddiaçı yaşadığı fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan qanunsuz istifadə edildiyini aşkar etmiş, bununla bağlı ##.##.2023-cü il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Azəriqaz” IB-nə göndərilmişdir. ##.##.2023-cü il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən ##.##.2023-cü il tarixdə Ağsu RQII-nin Istehlakçılarasatılan qaza nəzarət şöbəsində DƏYMIŞ ZIYANIN BƏRPASINA DAIR TƏLƏBNAMƏ tərtib edilərək İddiaçı IsmayıllıXS-nin abonent bazasındakı *************** nömrəli abonent koduna 49932 m itirilmiş təbii qazın dəyəri olan 5991.84 (beş min doqquz yüz doxsan bir manat) 84 qəpik məbləğ hesablanaraq vurulmuşdur. Bundan başqa ##.##.2024-cı il tarixdə təkrarən”Azəriqaz” X3 RQII-nin ünvan 2 ünvanında yaşayan İddiaçı yaşadığı fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan qanunsuz istifadə edildiyini aşkar etmiş, bununla bağlı ##.##.2024-cü il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Azəriqaz” IB-nə göndərilmişdir. ##.##.2024-cü il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən ##.##.2024-cü il tarixdə Ağsu RQII-nin Istehlakçılara satılan qaza nəzarət şöbəsində DƏYMIŞ ZIYANIN BƏRPASINA DAIR TƏLƏBNAMƏ tərtib edilərək İddiaçı Ismayıllı XS-nin abonent bazasındakı *************** nömrəli abonent koduna 20592 m itirilmiş təbii qazın dəyəri olan 2471.04 (iki min dörd yüz yetmiş bir manat) 04 qəpik məbləğ hesablanaraq vurulmuşdur. Məhkəmə Kollegiyasının diqqətinə çatdırmışdılar ki, iddiaçının mübahisələndirdiyi borc məbləği təbii qazdan qeyri-qanuni sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə yaranmış borc olduğundan abonentin özü tərəfindən tam ödənilməlidir və bu tələb tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlməkdədir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.1-ci yarımbəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir.

8. Ona görə də, “Azəriqaz” Istehsalat Birliyinin verdiyi apelyasiya şikayətinin təmin edilməsini, Ismayıllı Rayon Məhkəməsinin 2(5-132)-125/2026saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməsini, iddiaçı İddiaçı iddia tələbinin təmin edilməməsinə və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq “Azəriqaz” Istehsalat Birliyinin hesabına ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Iddiaçı İddiaçı və «Azəriqaz» IB işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, «Azəriqaz» IB nümayəndəsini göndərməmişdir.

11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 8- ci bəndinə əsasən Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Istehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 11-ci maddəsinin 6-cı hissəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları" 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5- 1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

20. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. Cavabdeh Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 2(5-132)- 125/2026 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

26. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh “Azəriqaz” Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh “Azəriqaz” Istehsalat Birliyi tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar