Məhkəmə qərarları › İş №2(3-10)-525/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-525/2026

30.06.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-525/2026 30.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Qəbələ Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisinə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi, cavabdeh cavabdeh2 və onun nümayəndəsi və vəkili nümayəndə2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Qəbələ Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisinə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi Idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli, RX seriyalı, ******* nömrəli, ## ###### 2015-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Dövlət reyestrindən Çıxarışına əsasən Qəbələ rayonu, Nic kəndində yerləşən 0,65 hektar torpaq sahəsi iddiaçı İddiaçı mülkiyyətində olmuşdur. Iddiaçı "Azərbaycanım" Beynəlxalq Jurnalının Baş redaktoru olaraq işi ilə bağlı daim xarici səfərlərdə olduğu üçün həmin torpaq sahəsi ilə bağlı yarana biləcək problemləri və idarəçiliyini yerli sakinlərdən olan X9 etibar etmişdir. Bu məqsədlə iddiaçı İddiaçı X9 müvafiq səlahiyyətləri həyata keçirilməsi üçün Bakı şəhəri * saylı Notariat Kontorunun Xüsusi X14 tərəfindən ## ####### 2015-ci il tarixdə, 7E-8816 reyestr nömrəsi ilə təsdiq edilmiş, qüvvədə olma müddəti 1 (bir) il olmaqla etibarnamə vermişdir. Etibarnamə dövlət orqanlarına müraciətlərin edilməsi, sənədlərin mübadiləsi və mübahisələr yarandığı təqdirdə məhkəmədə təmsilçilik kimi səlahiyyətlər nəzərdə tutmuşdur. ## ####### 2015-ci il tarixdə X9 iddiaçı İddiaçı tərəfindən idarəçilik məqsədi ilə verilmiş etibarnamadən istifadə edərək Qəbələ rayonu, Nic kəndində yerləşən 0,65 hektar torpaq sahəsini Qəbələ Rayon Notariat Kontorunun Xüsusi X30 tərəfindən təsdiq edilmiş "Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi"nə əsasən cavabdeh cavabdeh2 satmışdır. Iddiaçı İddiaçı X9 verilmiş etibarnamə ilə Qəbələ rayonu, Nic kəndində yerləşən 0,65 hektar torpaq sahəsinə dair sərəncam verilməsi ilə bağlı hər hansı formada əqd bağlamaq (bağışlama, alq-satqı va digər müqavilələr bağlamaq) səlahiyyətini verməmişdir. Buna görə də iddiaçı İddiaçı X9 ilə cavabdeh cavabdeh2 Müğdət oğlu arasında Qəbələ rayonu, Nic kəndində yerləşən 0,65 ha torpaq sahəsinə dair bağlanmış “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nin etibarsız hesab edilməsini tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Qəbələ Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisinə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ####### 2015-ci il tarixdə Qəbələ Rayon Notariat Kontorunun Xüsusi X30 tərəfindən 4Ə-756 reyestr nömrəsi ilə təsdiq edilmiş iddiaçının adından səlahiyyəti olmayan şəxs olaraq çıxış edən X9 ilə cavabdeh cavabdeh2 arasında Qəbələ rayonu, Nic kəndində yerləşən 0,65 ha torpaq sahəsinə dair bağlanmış “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nin etibarsız hesab edilməsi və dövlət büdcəsinə ödənilmiş 100,00 (bir yüz) manat məbləğində dövlət rüsumunu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi Idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli, RX seriyalı, ******* nömrəli, ## ###### 2015-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Dövlət reyestrindən Çıxarışına əsasən Qəbələ rayonu, Nic kəndində yerləşən 0,65 hektar torpaq sahəsi iddiaçı İddiaçı mülkiyyətində olmuşdur. Iddiaçı, "Azərbaycanım" Beynəlxalq Jurnalının Baş redaktoru olaraq işi ilə bağlı daim xarici səfərlərdə olduğu üçün həmin torpaq sahəsi ilə bağlı yarana biləcək problemləri və idarəçiliyini yerli sakinlərdən olan X9 etibar etmişdir. Bu məqsədlə iddiaçı İddiaçı X10 müvafiq səlahiyyətləri həyata keçirilməsi üçün Bakı şəhəri * saylı Notariat Kontorunun Xüsusi X14 tərəfindən ## ####### 2015-ci il tarixdə, 7E- 8816 reyestr nömrəsi ilə təsdiq edilmiş, qüvvədə olma müddəti 1 (bir) il olmaqla etibarnamə vermişdir. Etibarnamə dövlət orqanlarına müraciətlərin edilməsi, sənədlərin mübadiləsi və mübahisələr yarandığı təqdirdə məhkəmədə təmsilçilik kimi səlahiyyətlər nəzərdə tutmuşdur. ## ####### 2015-ci il tarixdə X9 iddiaçı İddiaçı tərəfindən idarəçilik məqsədi ilə verilmiş etibarnamadən istifadə edərək iddiaçının xəbəri olmadan onun mülkiyyətində olan Qəbələ rayonu, Nic kəndində yerləşən 0,65 hektar torpaq sahəsini Qəbələ Rayon Notariat Kontorunun Xüsusi X30 tərəfindən təsdiq edilmiş "Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi"nə əsasən cavabdeh cavabdeh2 Müğdət oğlunun adına keçirmişdir. Iddiaçı İddiaçı X9 verilmiş etibarnamə ilə Qəbələ rayonu, Nic kəndində yerləşən 0,65 hektar torpaq sahəsinə dair sərəncam verilməsi ilə bağlı hər hansı formada əqd bağlamaq (bağışlama, alqsatqı va digər müqavilələr bağlamaq) səlahiyyətini verməmişdir. Iddiaçı İddiaçı bu yaxınlarda Qəbələ rayonu, Nic kəndində olarkən torpaq sahəsinə baş çəkmək istəmiş, o zaman onun qabağına tanımadığı şəxslər çıxaraq mübahisəli torpaq sahəsinin başqa şəxsə məxsus olduğunu bildirilmişdir. Iddiaçı İddiaçı hazırki eşitmiş olduğu faktı araşdırmaq məqsədi ilə vəkil sorğuları vermiş və ona məlum olmuşdur ki, ## ####### 2015-ci il tarixdə Qəbələ Rayon Notariat Kontorunun Xüsusi X30 tərəfindən 40-756 reyestr nömrəsi ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X9 iddiaçı İddiaçı tərəfindən verilmiş ## ####### 2015-ci il tarixli, 7E-88l6 reyestr nömrəsi ilə təsdiq edilmiş etibarnamədən istifadə edərək digər iddiaçıya məxsus Qəbələ rayonu, Nic kəndində yerləşən 0,65 hektar torpaq sahəsini cavabdeh cavabdeh2 Müğdət oğluna satmışdır. Iddiaçı həmin alqı-satqı müqaviləsini notariat işi ilə birlikdə ## ####### 2025-ci il tarixdə əldə etmişdir. Bu səbəbdən hazırki iddianın verilməsi üçün iddia müddəti buraxılmamışdır. Bu səbəbdən və aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, ## ####### 2015-ci il tarixdə Qəbələ Rayon Notariat Kontorunun Xüsusi X31 tərəfindən 40-756 reyestr nömrəsi ilə təsdiq edilmiş iddiaçının adından səlahiyyati olmayan şəxs olaraq çıxış edən X10 ilə cavabdeh cavabdeh2 Müğdət oğlu arasında Qəbələ rayonu, Nic kəndində yerləşən 0,65 hektar torpaq sahəsinə dair bağlanmış "Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi" etibarsız hesab edilməlidir. Göründüyü kimi iddiaçı İddiaçı X9 Qəbələ rayonu, Nic kəndində yerləşən 0,65 hektar torpaq sahəsinə dair sərəncam vermə səlahiyyətini əks etdirən etibarnamə verməmişdir. Belə səlahiyyət cavabdehə verilən etibarnamədə əks olunmamışdır. Bu səbəbdən də X9 iddiaçının adından cavabdeh cavabdeh2 Müğdət oğlu ilə bağladığı Qəbələ rayonu, Nic kəndində yerləşən 0,65 hektar torpaq sahəsinə dair alqı-satqı müqaviləsi səlahiyyət hədlərini aşmaqla bağlanmış müqavilə olmuşdur. X10 etibarnaməsində Qəbələ rayonu, Nic kəndində yerləşən 0,65 hektar torpaq sahəsinə dair sərəncam vermə hüququnun olmamasından xəbəri olmalı idi, çünki o alqı-satqı müqaviləsinin bağlanmasında birbaşa iştirak etmişdir. Bu zaman həmin etibarnamə ilə tanış olmuşdur. Həmçinin dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir.

4. ##.##.2026-cı il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında iddiaçı İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda göstərmişdir ki, 10 il bundan əvvəl Mahir adlı şəxsdən torpaq sahəsi almış, sonradan onunla dostluq münasibəti yaranmışdır. Mahirin təkcə özünü tanımış, ailəsini tanımamışdır. Torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsinə nəzarət etməyi, oranı idarə etməyi mərhum Mahir Məmmədcanova həvalə etmiş, bu məqsədlə də ona etibarnamə vermişdir. Mahir Məmmədcanov isə həmin torpaq sahəsinin fındıq bağı olduğunu və illik 15-20 min manat arasında gəlir gətirəcəyini bildirmişdir. Şifahi razılıqlarına əsasən M.Məmmədcanov fındıq bağından əldə olunacaq məhsulun gəlirini iddiaçıya təqdim etməli idi. Lakin ilk bir neçə il müəyyən məbləğ ödənişləri iddiaçıya təqdim etsə də, sonradan ödənişlər kəsilmiş, Mahir Məmmədcanov bir müddət müəyyən bəhanələr gətirmişdir. Daha sonra təxminən 3 ya 4 il əvvəl mərhumun telefonuna zəng vurmuş, həmin vaxt oğlu telefona cavab verərək, atasının öldüyünü bildirmişdir. Bundan sonra həmin torpaq sahəsi ilə maraqlanmamışdır.

5. Iddiaçı İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPMnin tələblərinə uyğun olaraq işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 Müğdət oğlu iddia tələbini qəbul etməyərək göstərdi ki, torpaq sahəsını almaqla bağlı Mahirlə bir dəfə söhbət etmişlər, Mahir 7 min manata dediyi üçün razılaşmamışdırlar. Təxminən 2-3 gün sonra istədikləri qiymətə razılaşmışlar və o zaman torpaq sahəsi alınmışdır. Mahirin təkcə özünü tanıyır, Mahir əvvəl Zarağanın bələdiyyə sədri işləmiş, o vaxtlardan tanışlıqları olmuşdur. Çayxanada oturub söhbət edəndə Mahir ona satılıq torpaq sahəsinin olduğunu demiş, o da maraqlanmışdır. Mahir torpaq sahəsini təxminən beş min manata satmışdır. Həmin torpaq sahəsinin ətrafındakı sahələr də həmin vaxt oxşar qiymətlərə satılmışdır. Torpaq sahəsi 10 ildir ki, onun mülkiyyətindədir, bağa qulluq edib, fındıq bağı salıb. Əraziyə su çıxmadığına görə ora suyu maşınla daşıyıb, gübrələmə proseslərini vaxtlı vaxtında həyata keçirib. Orda ümumilikdə 0,90 ha torpaq sahəsi alıb, həmin torpağın 0,25 ha hissəsini əvvəl, 0,65 ha hissəsini isə daha sonra alıb. Torpaq sahələri yanaşıdır. Hər iki sahəsini Mahir Məmmədcanov ona təklif etmişdir. Hətta o, 0,65 ha torpaq sahəsini alan zaman Mahir Məmmədcanovun ona 50 manat borcu olmuş, o Mahirdən borcunu istəyəndə isə torpağı satıb pulunu torpağın sahibinə verdiyini bildirmişdir. Göstərilənləri nəzərə alıb, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və etibarnamə üzrə nümayəndəsi nümayəndə2 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı dəfələrlə qeyd etmişdir ki, torpağın satılması üçün sənədi Mahir Məmmədcanova verməmişdir. Etibarnamədə sənədlərin hazırlanması, alınması, imzalanması səlahiyyətləri, özəlləşdirilməsi qeyd olunub. Əgər torpağı Mahirə icarə üçün verirdisə, onda bir müqavilə bağlamalı idi. Bir illik etibarnaməyə nə ehtiyac var idi. Iddiaçı illər ərzində torpaqla maraqlanmayıb. Digər tərəfdən torpaq sahəsini tanıyıb-tanımaması da bir az şübhəlidir. Ötən məhkəmə iclasında onlar təklif etmişdirlər ki, həmin bağı yerində onlara göstərsin, ancaq iddiaçı buna razı olmamışdır. Bəlkə də o, heç torpaq sahəsinin harda yerləşdiyini belə bilmir. Ola bilər ki, o vaxt torpaq sahəsini alması da sənədlər üzərində olmuş işlər idi. Alqı-satqı müqaviləsində torpaq 12000 min manata satılır, amma sonra 5000 min manata təzədən alınır. Digər tərəfdən isə, Mahir vəfat edəndən sonra iddia qaldırması da şübhəlidir, onun sağlığında torpağının satılması ilə bağlı şikayət edə bilərdi. Iddiaçı bildirir ki, Mahid Məmmədcanov ona torpaq sahəsindən ildə 20000 min manat məbləğində gəlirlə söz vermişdi. Neçə il keçib amma bir dəfə də həmin məbləği tələb etməyib. Bu səbəblərdən iddia ərizəsini əsassız hesab edir. Həmçinin, göründüyü kimi iddiaçı müqavilə imzalandıqdan 10 il sonra məhkəməyə müraciət etmişdir. Ona görə də iş üzrə iddia müddətinin tətbiq olunmasını və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. Cavabdeh Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişdir.

9. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir.

10. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi Idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli, RX seriyalı, ******* nömrəli, ## ###### 2015-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Dövlət reyestrindən Çıxarışına əsasən Qəbələ rayonu, Nic kəndində yerləşən 0,65 hektar torpaq sahəsi iddiaçı İddiaçı mülkiyyətində olmuşdur. Iddiaçı "Azərbaycanım" Beynəlxalq Jurnalının Baş redaktoru olaraq işi ilə bağlı daim xarici səfərlərdə olduğu üçün həmin torpaq sahəsi ilə bağlı yarana biləcək problemləri və idarəçiliyini yerli sakinlərdən olan X9 etibar etmişdir. Bu məqsədlə iddiaçı İddiaçı X9 müvafiq səlahiyyətləri hayata keçirilməsi üçün Bakı şəhəri * saylı Notariat Kontorunun Xüsusi X14 tərəfindən ## ####### 2015-ci il tarixdə, 7E- 8816 reyestr nömrəsi ilə təsdiq edilmiş, qüvvədə olma müddəti 1 (bir) il olmaqla etibarnamə vermişdir. Etibarnamə dövlət orqanlarına müraciətlərin edilməsi,sənədlərin mübadiləsi və mübahisələr yarandığı təqdirdə məhkəmədə təmsilçilik kimi səlahiyyətlər nəzərdə tutmuşdur. ## ####### 2015-ci il tarixdə X9 iddiaçı İddiaçı tərəfindən idarəçilik məqsədi ilə verilmiş etibarnamadən istifadə edərək Qəbələ rayonu, Nic kəndində yerləşən 0,65 hektar torpaq sahəsini Qəbələ Rayon Notariat Kontorunun Xüsusi X30 tərəfindən təsdiq edilmiş "Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsi"nə əsasən cavabdeh cavabdeh2 Müğdət oğluna satmışdır. Iddiaçı İddiaçı X9 verilmiş etibarnamə ilə Qəbələ rayonu, Nic kəndində yerləşən 0,65 hektar torpaq sahəsinə dair sərəncam verilməsi ilə bağlı hər hansı formada əqd bağlamaq (bağışlama, alqı-satqı va digər müqavilələr bağlamaq) səlahiyyətini verməmişdir. Bu işin mübahisəsiz halıdır.

11. Həmçinin məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Qəbələ Ərazi Idarəsindən göndərilmiş sənədlərdən müəyyən olunur ki, Qəbələ rayon notariat kontorunda 4Ə-1666 reyetr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqısına dair ## ####### 2014-cü il tarixli müqaviləsi əsasında satıcılar X11 (etibarnamə üzrə nümayəndəsi X9 vasitəsilə), X1, X2 və X5 rayonu Nic kəndində yerləşən, ümumi sahəsi 0,90 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini alıcı İddiaçı (etibarnamə üzrə nümayəndəsi X9 vasitəsilə) 25000 manata satmışdır. Daha sonra Qəbələ rayon notariat kontorunda 4e-110 reyetr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqısına dair ## ###### 2015-ci il tarixli müqaviləsi əsasında satıcı İddiaçı Qəbələ rayonu Nic kəndində yerləşən, ümumi sahəsi 0,25 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini alıcı cavabdeh2 Müğdət oğluna 12000 manata satmışdır. Bundan sonra Qəbələ rayonu, Nic kəndində yerləşən 0,65 ha torpaq sahəsinə tam mülkiyyət hüququ üzrə İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2015-ci il tаrixdə verilmiş ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxаrış verilmiş, bu barədə daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Qəbələ rayon notariat kontorunda 48-756 reyetr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqısatqısına dair ## ####### 2015-ci il tarixli müqaviləsi əsasında isə satıcı İddiaçı etibarnamə üzrə nümayəndəsi X9 vasitəsilə Qəbələ rayonu Nic kəndində yerləşən, ümumi sahəsi 0,65 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh2 Müğdət oğluna 5000 manata satmışdır. Həmçinin Bakı şəhəri * saylı notariat kontorunda 7E-8816 reyetr nömrəsi ilə qeydə alınmış ## ####### 2015-ci il tarixli Etibarnamənin surətindən görünür ki, İddiaçı X9 onu bütün məhkəmə instansiyalarında, məhkəmə qərarlarının icrası orqanlarında və digər dövlət və qeyri dövlət strukturlarında, prokurorluqlarda, rayon polis idarələrində, istintaq orqanlarında qeydiyyat şöbəsində, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən onun səlahiyyətli nümayəndəsi olmağı, lazımi sənədləşdirmə işlərini aparmağı, Kadastr planı almağı, çıxarış almağı, özəlləşdirməyi, əvəzinə lazımi sənədləri təhvil verməyi və texniki pasportu, aldığına dair imza etməyi, bütün lazımi sənədləşdirmə işlərini aparmağı, əvəzinə bütün sənədləri imzalamağı, təhqiqat və istintaq aparmağı, Azərbaycan Respublikası MM-nin 362-ci maddəsinin tələblərinə uyğun olaraq, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqları, Azərbaycan Respublikası CPM-nin 102-ci, 106-cı maddələrində təsbit edilmiş hüquqları, o cümlədən cinayət işləri üzrə şahidin və zərərçəkmiş nümayəndəsi qismində, Azərbaycan Respublikası IXM-nin 375.4-cü maddəsinə, Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalamağı, iddia tələblərin tam və ya qismən etiraf etmək və ya onlardan imtina edilmək hüququ ilə, iddia təmin edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması, məhkəmə aktlarından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, o cümlədən, bütün dövlət, qeyri-dövlət və hüquq mühafizə orqanlarında ərizələrin verilməsi, zəruri sənədləri alınması ilə bağlı təmsilçiliyi, adımdan imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədər bütün hərəkətləri etməyi, o cümlədən hüquqlarının müdafiə edilməsini etibar etmişdir.

12. Işin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X9 ##.##.2020-ci il tarixdə ölmüşdür. Qəbələ rayonu, Nic kəndində yerləşən 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı məxsus olmuşdur. Iddiaçı tərəfindən mərhum X9 verilmiş etibarnamə əsasında həmin torpaq sahəsi cavabdeh cavabdeh2 Müğdət oğluna satılmışdır. Iddiaçı İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsinə nəzarət etməyi, oranı idarəetməyi mərhum Mahir Məmmədcanova həvalə etmişdir. Mahir Məmmədcanov isə həmin torpaq sahəsinin fındıq bağı olduğunu və illik 15-20 min manat arasında gəlir gətirəcəyini bildirmişdir. Şifahi razılıqlarına əsasən M.Məmmədcanov fındıq bağından əldə olunacaq məhsulun gəlirini iddiaçıya təqdim etməli idi. Lakin ilk bir neçə il müəyyən məbləğ ödənişləri iddiaçıya təqdim etsə də, sonradan ödənişlər kəsilmiş, Mahir Məmmədcanov bir müddət müəyyən bəhanələr gətirmişdir. Daha sonra təxminən 3 ya 4 il əvvəl mərhumun telefonuna zəng vurmuş, həmin vaxt oğlu telefona cavab verərək, atasının öldüyünü bildirmişdir. Bundan sonra həmin torpaq sahəsi ilə maraqlanmamışdır. Cavabdeh isə məhkəmə iclaslarında verdiyi izahatında torpaq sahəsını almaqla bağlı Mahirlə bir dəfə söhbət etdiklərini, qiymətdə razılaşaraq, Mahirin həmin sahəni beş min manata satdığını, həmin torpaq sahəsinin ətrafındakı sahələr də həmin vaxt oxşar qiymətlərə satıldığını bildirmişdir. Eyni zamanda torpaq sahəsinin 10 ildir ki, onun mülkiyyətində olduğunu, bu illər ərzində həmin sahənin onun istifadəsində olduğunu, torpaq sahəsini satan zaman Mahir Məmmədcanovun torpağın ona yox, başqa adama məxsus olduğunu bildirmişdir.

13. Məhkəmə araşdırması zamanı o da müəyyən olunmuşdur ki, iddiaçı Qəbələ rayonu Nic kəndindən 2014-cü ilin oktyabr ayında 0,90 ha torpaq sahəsi almış, daha sonra 2015-ci ilin fevral ayında həmin torpaq sahəsindən 0,25 ha hissəsini satmışdır. Qalan 0,65 ha torpaq sahəsinə isə nəzarət etməyi mərhum Mahir Məmmədcanova tapşırmışdır. Lakin etibarnamənin müddəti bitdikdən sonra yenidən etibarnamə verilməsi və ya aralarında icarə müqaviləsi bağlanması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Iddiaçı isə məhkəmə iclasında verdiyi izahatında M.Məmmədcanova yenidən etibarnamə vermədiyini bildirmişdir. Belə olduğu halda dolayısı ilə ilə məlum olur ki, iddiaçı həmin dövrdə artıq torpaq sahəsinin satılmasından məlumatlı olmuşdur. Həmçinin M.Məmmədcanovun ölümündən 3-4 il əvvəl məlumatı olduğu halda, torpaq sahəsinin vəziyyəti ilə maraqlanmamış, yenidən idarə edilməsi üçün digər şəxsə tapşırmamışdır. Burdan da görünür ki, iddiaçı torpaq sahəsinin satılmasından məlumatlı olmuş və bunu qəbul etmişdir. Həmçinin torpaq sahəsinin satılmasından 2025-ci ilin oktyabr ayında məlumatlı olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

14. Məhkəmə hesab etmişdir ki, mərhum M.Məmmədcanovla cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi sonradan iddiaçı tərəfindən bəyənilməklə etibarlı əqdə çevrildiyindən məhkəmə hesab edir ki, cavabdehlə mərhum Mahir Məmmədcanov arasında ## ####### 2015-ci il tarixdə Qəbələ Rayon Notariat Kontorunun Xüsusi X30 tərəfindən 4Ə- 756 reyestr nömrəsi ilə təsdiq Qəbələ rayonu, Nic kəndində yerləşən 0,65 ha torpaq sahəsinə dair bağlanmış “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nin etibarsız hesab edilməsinə heç bir əsas yoxdur. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir.

15. Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Qəbələ Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisinə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 146.1, 149.2, 152.1, 157.2, 337.1, 337.2, 337.3, 337.5, 351.3, 351.5, 354.1, 354.2, 357, 358.2, 377.1, 560.1-560.2 və 646.1-ci maddələrinə istinad etmişdir.

17. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Qəbələ rayon notariat kontorunda 4Ə-756 reyetr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqısına dair ## ####### 2015-ci il tarixli müqavilə; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2015-ci il tаrixdə verilmiş ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxаrış; Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən verilən arayış; Bakı şəhəri * saylı notariat kontorunda 7E-8816 reyetr nömrəsi ilə qeydə alınmış ## ####### 2015-ci il tarixli Etibarnamə; Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Qəbələ Ərazi Idarəsindən göndərilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2017ci il tаrixdə verilmiş ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxаrış; Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Qəbələ Ərazi Idarəsindən göndərilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2014cü il tаrixdə verilmiş ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxаrış; Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Qəbələ Ərazi Idarəsindən göndərilmiş və iş materiallarına əlavə edilmiş Qəbələ rayon notariat kontorunda 4Ə-1666 reyetr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqısına dair ## ####### 2014-cü il tarixli müqavilə; Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Qəbələ Ərazi Idarəsindən göndərilmiş və iş materiallarına əlavə edilmiş Qəbələ rayon notariat kontorunda 4Ə-110 reyetr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqısına dair ## ###### 2015-ci il tarixli müqavilə; Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Qəbələ rayon notariat kontorunda 4Ə-17 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqısına dair ## ###### 2016-cı il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi.

18. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

19. Iddiaçı İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə Mülki Məcəllənin 357-ci maddəsinə istinad edərək iddiaçının ## ####### 2015-ci il tarixdə X12 ona idarəçilik məqsədi ilə verilmiş etibarnamadən istifadə edərək Qəbələ rayonu, Nic kəndində yerləşən 0,65 hektar torpaq sahəsini Qəbələ Rayon Notariat Kontorunun Xüsusi X30 tərəfindən təsdiq edilmiş "Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi"nə əsasən cavabdeh cavabdeh2 Müğdət oğluna satmasını sonradan bəyənməsi barədə qənaətə gəlmişdir. Məhkəmə bu barədə qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 355.1-ci maddəsini nəzərə almamışdır. Həmin maddənin əqdin bağlanmasına sonradan verilən razılıq (bəyənmə) istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilməlidir. Iş materiallarında iddiaçının belə razılığını alıcı cavabdeh2 qarşısında ifadə etdiyini göstərən heç bir fakt yoxdur. Əksinə cavabdeh2 məhkəmədə verdiyi izahatdan da görünür ki, o torpaq sahəsinin ona satmış Mahir Məmmədcanova yox, başqa şəxsə məxsus olduğunu bilmiş, lakin heç vaxt həmin şəxsi, yəni iddiaçını görməmişdir, onunla ilk dəfə məhkəmədə rastlaşmışdır. Digər yandan iddiaçının öz razılığını (bəyənməni) Mahir Məmmədcanov qarşısında ifadə etdiyini göstərən də iş materiallarında heç bir fakt yoxdur. Heç birinci instansiya məhkəməsi də alqı-satqı müqaviləsinin iddiaçı tərəfindən sonradan bəyənilməsi qənaətinə gəlməsini iddiaçının belə razılığı tərəflərdən hər hansı birinin qarşısında ifadə etməsi ilə deyil, yalnız iddiaçının hərəkətsiz qalması, heç bir addım atmaması, yəni susması ilə əsaslandırmışdır. Məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.4-cü maddəsinə əsasən susma əqdi bağlamaq iradəsinin ifadəsi kimi o vaxt sayıla bilər ki, bu əsas Mülki Məcəllədə və ya tərəflərin razılaşmasında birbaşa nəzərdə tutulsun. Lakin birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin belə bir normasına istinad edə bilməzdir.

20. Birinci instansiya məhkəmə iddianı rədd etməsini əsaslandırmaq üçün aşağıdakı üç halı müəyyən etmişdir. 1) Birinci hal ondan ibarətdir ki, iddiaçının əqdin bağlanmasından xəbəri olmuşdur; 2 ) Ikinci hal ondan ibarətdir ki, xəbəri olduğu üçün bu vaxta qədər həmin əqdi mübahisələndirməmişdir bə bu səbəbdən əqdi bəyənmişdir; 3 ) Üçüncü hal ondan ibarətdir ki, torpaq sahəsinin satılmasından 2025-ci ilin oktyabr ayında məlumatlı olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmənin yuxarıda gəldiyi nəticə prosessual hüquq normaları və işdə olan sübutlar bir yana, ümumiyyətlə adi insan məntiqinə uyğun gəlmir. Bu hallar aiddiyyatı və məntiq silloqizm bağlılığı olmayan fikirlərlə müəyyən edilmişdir. Demək olar ki, birinci instansiya məhkəməsinin hakimi prosessual hüquqda qəbul edilən “sübutla bilavasitə təsdiq olunan”, “əsaslı şübhə yeri qoymayan”, “əksi sübut olunmayınca qəbul olunan” (prezumpsiya) və sairə sübutetmə standartları yanaşı özündən yeni sübutetmə standartı fikirləşmişdir. Bu standartla hakim “sərbəst daxili inam” standartının sərhədlərini zorlayaraq sonsuza qədər böyüdüb və “mən belə hesab edirəm” standartını yaratmışdır. Belə ki, məhkəmə qəbul edib ki, iddiaçı 2014-cü ilin oktyabr ayında Qəbələ rayonu Nic kəndindən 0,90 ha torpaq sahəsi almış, daha sonra 2015-ci ilin fevral ayında həmin torpaq sahəsindən 0,25 ha hissəsini satmışdır. Qalan 0,65 ha torpaq sahəsinə isə nəzarət etməyi mərhum Mahir Məmmədcanova tapşırmışdır. ## ####### 2015-ci il tarixdə, 7E-8816 reyestr nömrəsi ilə təsdiq edilmiş, qüvvədə olma müddəti 1 (bir) il olmaqla etibarnamə vermişdir. Etibarnamə dövlət orqanlarına müraciətlərin edilməsi, sənədlərin mübadiləsi və mübahisələr yarandığı təqdirdə məhkəmədə təmsilçilik kimi səlahiyyətlər nəzərdə tutmuşdur. Iddiaçı Mahir Məmmədcanova verilmiş etibarnamə ilə Qəbələ rayonu, Nic kəndində yerləşən 0,65 hektar torpaq sahəsinə dair sərəncam verilməsi ilə bağlı hər hansı formada əqd bağlamaq (bağışlama, alq-satqı va digər müqavilələr bağlamaq) səlahiyyətini verməmişdir. Buna baxmayaraq ## ####### 2015-ci il tarixdə X12 ona idarəçilik məqsədi ilə verilmiş etibarnamadən istifadə edərək Qəbələ rayonu, Nic kəndində yerləşən 0,65 hektar torpaq sahəsini Qəbələ Rayon Notariat Kontorunun Xüsusi X30 tərəfindən təsdiq edilmiş "Daşınmaz ƏmlakınAlqı Satqı Müqaviləsi"nə əsasən cavabdeh cavabdeh2 Müğdət oğluna satmışdır. Birinci instansiya məhkəməsi buraya qədər işin hallarını düzgün müəyyən etmişdir. Daha sonra məhkəmə yuxarıda qeyd etdiyi birinci halı aşağıdakı kimi yalnız özünə məlum olan “məntiq” əsasında müəyyən etmişdir: “Lakin etibarnamənin müddəti bitdikdən sonra yenidən etibarnamə verilməsi və ya aralarında icarə müqaviləsi bağlanması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Iddiaçı isə məhkəmə iclasında verdiyi izahatında Mahir Məmmədcanova yenidən etibarnamə vermədiyini bildirmişdir. Belə olduğu halda dolayısı ilə ilə məlum olur ki, iddiaçı həmin dövrdə artıq torpaq sahəsinin satılmasından məlumatlı olmuşdur.” Mahir Məmmədcanova yenidən etibarnamə verilməməsi iddiaçının Mahir Məmmədcanov tərəfindən torpaq sahəsinin qanunsuz satıldığını bildiyini necə göstərir. Bir sözlə, nə əlaqəsi? Bu iki fakt arasında məntiqi silloqizm haradadır? Nəyin əsasında belə qənaətə gəlmək mümkün olmuşdur, sağlam ağılla təsəvvür etmək mümkün deyil. Iddiaçının etibarnaməni uzatmaq istəməməsi (yeni etibarnamə verməməsi), onlarla səbəbdən mümkün ola bilər. Xüsusi ilə də tapşırıq münasibətlərinin şifahi razılaşma əsasında davam etdirməyin mülki qanunvericiliklə yol verilir. Belə olan halda, məhkəmənin məhz iddiaçının torpağın satıldığını bildiyi üçün yeni etibarnamə verməməsi qənaətinə gəlinməsi ağlasığmaz nəticədir. Faktlar arasında səbəbli nəticə əlaqəsindən, yəni məntiqi nəticədən çox yalnız dərin fantaziyalar yolu ilə gəlinən nəticəyə oxşayır. Bunun davamı olaraq iddiaçı torpaq sahəsinin satılmasından 2025-ci ilin oktyabr ayında məlumatlı olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əvvəla, göründüyü kimi məhkəmə sübutetmə vəzifələrinin tərəflər arasında necə paylaşdırılmalı olması barədə yalnış təsəvvürlərə malikdir. Çünki, iddiaçı məhkəməyə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Qəbələ Ərazi Idarəsinin ## ######## 2025-ci il tarixli məktubunu və Qəbələ Notariat ofisinin ## ####### 2025-ci il tarixli məktubunu təqdim etmişdir. Bundan əlavə iddiaçı torpağın satılması üçün etibarnamə verməmişdir, alqı-satqı müqaviləsinin bağlanmasında bilavasitə iştirak etməmişdir. Bu sənədlərdən və faktlardan açıq aşkar görünür ki, iddiaçı torpaq sahəsinin satılmasından nə vaxt xəbər tutub və alqı-satqı müqaviləsini nə vaxt əldə etmişdir. Bu tarixlərə qədər iddiaçının alqı-satqıdan xəbəri olmadığını sübut etməsini ondan tələb edilməsi absurddur. Çünki bir faktın varlığı sübut edilir, yoxluğu deyil. Bir hadisənin baş verdiyini, faktın mövcud olduğunu sübut edilməsi mümkündür, əksinin, yəni hadisənin baş vermədiyini, faktın mövcud olmadığını sübut edilməsi texniki baxımdan mümkün deyil. Yalnız əksinin sübut edilməsi vəzifəsi qarşı tərəfin üzərinə qoyula bilər ki, qarşı tərəf iddiaçının 2025ci ilin sentyabr və oktyabr ayına kimi alqı-satqı müqaviləsindən xəbərdar olması barədə sübut təqdim etsin. Və son olaraq məhkəmə mötəbər sübutlar olmadan iddiaçının alqı-satqıdan xəbəri olmasını müəyyən etməsi yalnış nəticə əsasında növbəti səhv nəticəyə gələrək müəyyən etmişdir ki, əgər iddiaçı alqı-satqıdan xəbəri olubsa, heç bir addım atmayıbsa, deməli əqdi bəyənmişdir.

21. Ona görə də Qələbə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsi, yəni ## ####### 2015-ci il tarixdə Qəbələ Rayon Xüsusi X30 tərəfindən 4Ə-756 reyestr nömrəsi ilə təsdiq edilmiş iddiaçının adından səlahiyyəti olmayan şəxs olaraq çıxış edən X9 ilə cavabdeh cavabdeh2 Müğdət oğlu arasında bağlanmış Qəbələ rayonu, Nic kəndində yerləşən 0,65 hektar torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kolegiyasının iclasında cavabdeh cavabdeh2 və onun nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

24. Iddiaçı İddiaçı və cavabdeh Qəbələ Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər, cavabdeh Qəbələ Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisi məhkəməyə məktub göndərərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.1, 337.5-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 351.3, 351.5-ci maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 560.1-560.2-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

27. Qərarlar: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixli Qərarı; “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2006-cı il tarixli Qərarı; Avropa Insan Hüquqları Məhkəməsi «Miragall Eskolano və digərləri Ispaniyaya qarşı» iş üzrə ## ###### 2000-ci il tarixli qərarı; Iddia müddətinin məqsədi ilə bağlı Insan Hüquqları üzrə Avropa Məhkəməsi «Stanyo Belçikaya qarşı» iş üzrə# #### 2009-cu il tarixli qərarı; «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2001-ci il tarixli Qərarı; Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2008-ci il tarixli Qərarı.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

30. Iddiaçı Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam həcmdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

32. Apellyasiya şikayətinin dəlilləri hazırki qətnamənin 19-20-ci bəndlərində sadalanan hallardan ibarət olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin halları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

33. Işin müəyyən edilmiş hallarından görünür ki, Qəbələ rayonu, Nic kəndində yerləşən 0,65 ha torpaq sahəsinə tam mülkiyyət hüququ üzrə İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2015ci il tаrixdə verilmiş ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxаrış verilmiş, bu barədə daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Iddiaçı İddiaçı X9 müvafiq səlahiyyətləri həyata keçirilməsi üçün Bakı şəhəri * saylı Notariat Kontorunun Xüsusi X14 tərəfindən ## ####### 2015-ci il tarixdə, 7E-8816 reyestr nömrəsi ilə təsdiq edilmiş, qüvvədə olma müddəti 1 (bir) il olmaqla etibarnamə vermişdir. Iddiaçı İddiaçı X9 verilmiş etibarnamə ilə Qəbələ rayonu, Nic kəndində yerləşən 0,65 hektar torpaq sahəsinə dair sərəncam verilməsi ilə bağlı hər hansı formada əqd bağlamaq (bağışlama, alq-satqı va digər müqavilələr bağlamaq) səlahiyyətini verməmişdir. Bakı şəhəri * saylı notariat kontorunda 7E-8816 reyetr nömrəsi ilə qeydə alınmış ## ####### 2015-ci il tarixli Etibarnamənin surətindən görünür ki, İddiaçı X9 onu bütün məhkəmə instansiyalarında, məhkəmə qərarlarının icrası orqanlarında və digər dövlət və qeyri dövlət strukturlarında, prokurorluqlarda, rayon polis idarələrində, istintaq orqanlarında qeydiyyat şöbəsində, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən onun səlahiyyətli nümayəndəsi olmağı, lazımi sənədləşdirmə işlərini aparmağı, Kadastr planı almağı, çıxarış almağı, özəlləşdirməyi, əvəzinə lazımi sənədləri təhvil verməyi və texniki pasportu, aldığına dair imza etməyi, bütün lazımi sənədləşdirmə işlərini aparmağı, əvəzinə bütün sənədləri imzalamağı, təhqiqat və istintaq aparmağı, Azərbaycan Respublikası MM-nin 362-ci maddəsinin tələblərinə uyğun olaraq, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqları, Azərbaycan Respublikası CPM-nin 102-ci, 106-cı maddələrində təsbit edilmiş hüquqları, o cümlədən cinayət işləri üzrə şahidin və zərərçəkmiş nümayəndəsi qismində, Azərbaycan Respublikası IXM-nin 375.4-cü maddəsinə, Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalamağı, iddia tələblərin tam və ya qismən etiraf etmək və ya onlardan imtina edilmək hüququ ilə, iddia təmin edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması, məhkəmə aktlarından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, o cümlədən, bütün dövlət, qeyri-dövlət və hüquq mühafizə orqanlarında ərizələrin verilməsi, zəruri sənədləri alınması ilə bağlı təmsilçiliyi, adımdan imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədər bütün hərəkətləri etməyi, o cümlədən hüquqlarının müdafiə edilməsini etibar etmişdir.

34. Qəbələ rayon notariat kontorunda 48-756 reyetr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqısına dair ## ####### 2015-ci il tarixli müqaviləsi əsasında satıcı İddiaçı etibarnamə üzrə nümayəndəsi X9 vasitəsilə Qəbələ rayonu Nic kəndində yerləşən, ümumi sahəsi 0,65 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh2 Müğdət oğluna 5000 manata satmışdır. X9 ##.##.2020-ci il tarixdə ölmüşdür.

35. Işin halları ilə o da müəyyən olunur ki, iddiaçı İddiaçı həmin torpaq sahəsini almaq üçün mərhum Mahir Məmmədcanova etibarnamə vermiş, 2014-cü ilin oktyabr ayında torpaq sahəsi alınmışdır. Daha sonra 2015-ci ilin oktyabr ayında yenidən Mahir Məmmədcanova 1 il müddətinə etibarnamə vermişdir. Məhkəmə iclasında verdiyi ifadəsində həmin etibarnaməni torpaq sahəsini idarə edib, ona əldə olunacaq gəliri verməsi üçün verdiyini, öz aralarında həmin etibarnamə əsasında icarə ilə bağlı şifahi qaydada razılıq əldə etdiklərini, həmin 1 il ərzində etimadını doğruldacağı təqdirdə yenidən etibarnamə verəcəyini bildirmişdir. Lakin həmin dövrdən sonra yenidən etibarnamə verməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin bir neçə dəfə torpaq sahəsindən əldə olunmuş gəlirdən və məhsuldan ona verdiyini daha sonra heçnə vermədiyini bildirmişdir. Daha sonra ümumiyyətlə torpaq sahəsinin aqibəti ilə ümumiyyətlə maraqlanmadığını, Mahir Məmmədcanovun ölümündən təxminən 3-4 il əvvəl məlumatlı olduğunu bildirmişdir. Torpaq sahəsinin satılmasından 2025-ci ilin oktyabr ayında xəbər tutması barədə isə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Qəbələ rayonu Nic kəndindən 2014-cü ilin oktyabr ayında 0,90 ha torpaq sahəsi almış, daha sonra 2015-ci ilin fevral ayında həmin torpaq sahəsindən 0,25 ha hissəsini satmışdır. Qalan 0,65 ha torpaq sahəsinə isə nəzarət etməyi mərhum Mahir Məmmədcanova tapşırmışdır. Lakin etibarnamənin müddəti bitdikdən sonra yenidən etibarnamə verilməsi və ya aralarında icarə müqaviləsi bağlanması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Iddiaçı isə məhkəmə iclasında verdiyi izahatında M.Məmmədcanova yenidən etibarnamə vermədiyini bildirmişdir. Belə olduğu halda dolayısı ilə ilə məlum olur ki, iddiaçı həmin dövrdə artıq torpaq sahəsinin satılmasından məlumatlı olmuşdur. Həmçinin M.Məmmədcanovun ölümündən 3-4 il əvvəl məlumatı olduğu halda, torpaq sahəsinin vəziyyəti ilə maraqlanmamış, yenidən idarə edilməsi üçün digər şəxsə tapşırmamışdır. Burdan da görünür ki, iddiaçı torpaq sahəsinin satılmasından məlumatlı olmuş və bunu qəbul etmişdir. Həmçinin torpaq sahəsinin satılmasından 2025-ci ilin oktyabr ayında məlumatlı olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

37. Məhkəmə kollegiyası iddiaçının hazırki qətnamənin 20-ci bəndində sadalanan tərəflərin sübutetmə vəzifəsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Iddiaçı 2015-ci ilin oktyabr ayında Mahir Məmmədcanova 1 il müddətinə etibarnamə verdiyini, həmin 1 il ərzində etimadını doğruldacağı təqdirdə yenidən etibarnamə verəcəyini, torpaq sahəsinin satılmasından 2025-ci ilin oktyabr ayında xəbər tutduğunu bildirsə də, qeyd edilən hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Buna görə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin həmin dəlilləri əsassızdır.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hazırki qətnamənin 19-cu bəndində sadalanan əqdin bəyənilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi iddiaçının mülkiyyətində olan əmlakının özgəninkiləşdirilməsində həmin vaxt razılığının olmamaması o demək deyil ki, bu əqd iddiaçı tərəfindən bəyənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Həmin Məcəllənin 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə(ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin həmin dəlillərinin də təmin edilməsi üçün əsaslar müəyyən edilmir.

39. Birinci instansiya məhkəməsi də qətnamə qəbul edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi 2015-ci ilin oktyabr ayında cavabdehə satılmışdır. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan mülkiyyət sahibi olan iddiaçının bu əqddən xəbərdar olması və bəyənməsi işin araşdırılmış halları ilə müəyyən olunmuşdur. Belə ki, məhkəmə işin faktiki hallarına əsasən hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan əmlakının özgəninkiləşdirilməsində həmin vaxt razılığı olmamaması bu əqd iddiaçı tərəfindən bəyənilməmiş hesab edilə bilməz. Iddiaçının torpaq sahəsi cavabdeh tərəfindən alınan vaxtdan həmin torpaq sahəsi ilə maraqlanmaması, torpaq sahəsinə hər hansı şəkildə sahiblik etməməsi, ən azından torpaq sahəsinin vəziyyətini yoxlamaq üçün ora baş çəkmək əvəzinə, həmin ərazi ilə bağlı tamamilə hərəkətsizlik nümayiş etdirməsi və müqavilənin onun razılığı olmadan bağlanması əsası ilə hazırkı tələblə məhkəməyə müraciət etməsi onu deməyə əsas verir ki, əqdin bağlanmasına zahirən razılığı olmayan iddiaçının bu əqddən xəbərdar olması, bəyəndiyini göstərən hərəkətsizlik və rəftarı işin hallarından bariz məlum olduğu üçün, həmçinin, iddiaçının mübahisələndirilən əqddən əvvəllər deyil, sonradan xəbərdar olması ağlabatan olmadığından, bu hal iddiaçının öz izahatı ilə təkzib olunduğundan, iddia tələbi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd hesab edilərək təmin edilə bilməz. Çünki aşkar görünür ki, nə mərhum Mahir Məmmədcanovun sağlığında, nə də onun ölümündən xəbər tutandan dərhal sonra bu məsələni mübahisələndirməyən, bu barədə susan iddiaçı məhz M.Məmmədcanovun ölümündən 5 il müddət keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etməklə vaxtında xəbərdar olduğu alqı-satqını etibarsız hesab etdirməklə, hüquqdan sui-istifadə etməklə torpaq sahəsini yenidən əldə etməyə nail olmaq istəyir. Məhkəmə tərəfindən bu hal iddiaçının öz hüququndan başqalarına ziyan vurmaq məqsədilə istifadə etməyə cəhdi kimi qiymətləndirilmişdir.

40. Bununla yanaşı iddia müddətinin tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin həmin hissə ilə bağlı gəldiyi nəticə də düzgündür. Avropa Insan Hüquqları Məhkəməsi «Miragall Eskolano və digərləri Ispaniyaya qarşı» iş üzrə ## ###### 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Iddia müddətinin məqsədi ilə bağlı Insan Hüquqları üzrə Avropa Məhkəməsi «Stanyo Belçikaya qarşı» iş üzrə # #### 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. Iddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.». Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2008-ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.». Yuxarıda göstərilən qərarlardan da göründüyü kimi qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədinin hüquqi müəyyənlik olduğunu, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratdığını, məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad etdiyini, mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyub, eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur etdiyini nəzərə alan məhkəmə hesab etmişdir ki, iddiaçı qanunla müəyyən olunmuş iddia müddətini buraxmaqla (ötürməklə) məhkəmədə iddia qaldırdığı üçün həmin əsasla da iddia təmin edilməməlidir.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin alqısatqısına dair Qəbələ rayon Notariat Kontorunun ## ####### 2015-ci il tarixli müqaviləsini qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə mübahisələndirmişdir.

42. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmalıdır.

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar