Məhkəmə qərarları › İş №2(3-10)-562/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-562/2026

09.09.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycaņRespublikası̧adından Qətnamə Şəki̧şəhəri İş̧№̧2(3-10)-562/2026 09.09.2026 ŞƏKI̧APELLYASIYA̧MƏHKƏMƏSI İddiaçı̧İddiaçı̧cavabdeḩCavabdeḩAçıq̧SəhmdaŗCəmiyyətinə̧qarşı̧“əsassız hesablanaraq̧yazılmış̧borcuņsilinməsi”̧tələbinə̧daiŗmülki̧iş̧üzrə ̧ ̧ (Açar sözlər: Akt əsasında hesablanmış borcun silinməsi) Hakimlər Musayev Taleh Valeh (sədrlik edən və məruzəçi), İsayev Elman Bəhruz oğlu və̧X2̧ibarəţtərkibdə,̧məhkəmə̧iclasınıņkatibi̧X4̧qızınıņkatibliyi̧ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı “əsassız hesablanaraq yazılmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə̧kollegiyası Müəyyən etdi: İşin halları:

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçı İddiaçı barəsində tərtib edilmiş ## ###### 2026-cı il tarixli ****** nömrəli akt əsasında əsassız hesablanaraq yazılmış 846.15 manat borcun abonent kodundaņsilinməsi̧barədə̧qətnamə̧çıxarılmasını̧xahiş̧etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı fərdi yaşayış evində hazırda ailəsi ilə birlikdə yaşayır. Həmin binanın enerji təchizatı üçün Cavabdeh ASC-nin X9 müraciət etdikdən sonra küçədə heç bir mühafizə qutusu olmadan nəzarət ölçü cihazı - elektrik sayğacı quraşdırılmış və aylıq istehlak etdiyi enerjinin həcmi həmin sayğac vasitəsilə həyata keçirilir. Hər ay da aidiyyatı sahə nəzarətçisinin təqdim etdiyi hesab bildiriş üzrə tərəfindən ödənişlər edilmişdir. ## ###### 2026-cı il tarixdə evdə heç kim olmayan vaxt Cavabdeh ASC-nin X10 əməkdaşları əraziyə baxış keçirərkən ona məxsus yaşayış evinə quraşdırılmış *********** nömrəli sayğaca guya hansısa müdaxilə edildiyini aşkar etmişlər. Bununla bağlı ****** nömrəli Akt tərtib etmişlər. Həmin Aktdan nə onun, nə də ki ailə üzvlərinin heç birinin məlumatı olmamışdır, çünki baxış keçirilən zaman evdə heç kim olmamışdır. Lakin göründüyü kimi cavabdeh orqanın əməkdaşları onlara verilmiş hüquqdan sui-istifadə edərək qanunsuz akt tərtib etmişlər. Dəfələrlə müraciət etdikdən sonra Aktın surətini onlardan ala bilmişdir. Ona təqdim edilən və birtərəfli qaydada tərtib edilmiş ## ###### 2026-cı il tarixli ****** saylı Aktda yazılanlar tamamilə yalandır və belə bir hal mövcud olmamışdır. Lakin heç bir halda həmin aktda iddiaçının iştirakı təmin edilməmişdir. Bununla belə ona təqdim olunan bildirişdə qanunsuz olaraq ona 846.15 manat cərimə hesablandığı məlum olmuşdur. Belə bir vəziyyət o qənaətə gəlməyə əsas verir ki, küçədə, heç bir qorunma vasitəsi ilə təmin edilməmiş halda quraşdırılmış sayğacda hər hansısa zədələnmə halı əgər mövcud olubsa, onda həmin qanunsuz əməllərə elə həmin təşkilatın nümayəndələri yol vermişdir. Akt tərtib edilərkən onun və şahidlərin iştirakı təmin edilməmiş, sayğacda olan hər hansı nasazlıqdan məlumatı olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən İstifadə Qaydaları”na ## ###### 2010-cu il tarixdə * nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir(göndərməlidir). “Elektrik enerjisindən istifadə qaydalarının” 8.15-ci bəndinə görə ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerji təchizatı müəssisəsi 10 (on) gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Həmin “Qaydaların” 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun (istehlakçı) və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qanunvericiliyin tələblərinə əsasən akt tərtib edilərkən enerji təhcizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin, həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Nəinki hal şahidi, iddiaçının və yaxud ailə üzvlərindən heç kimin iştirakı təmin edilməmişdir Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Bundan başqa həmin aktı məişət abonenti kimi iddiaçı imzalamamışdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda ayrıca qeyd aparılmalıdır. Lakin, cavabdeh təşkilatıņnümayəndəsi̧həmiņaktı̧tərtib̧edərkəņqanunvericiliyiņtələblərini̧pozmuşlar. 3.Cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddiaya etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, ##.##.2026-cı il tarixdə Cavabdeh ASC-nin əməkdaşları F.Oruclu və S.Mehdizadə tərəfindən Qəbələ rayonu Həmzəli kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı sayğacın giriş faza xətti yuvasına sayğac sxemindən kənar naqil qoşulmaqla çıxışda quraşdırılan ayrıcı avtomatın çıxışına birbaşa xətt verildiyi aşkar edilmişdir. Bu da onu göstərir ki, bu yolla sayğac dövrədən kənarlaşdırılaraq kənar xətdən istifadə edilir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə qaydalarının” 8.17.1-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən ##.##.2026-cı il tarixli NİM****** saylı akt tərtib olunmuşdur. ##.##.2026-cı il tarixli NİM****** saylı akta əsasən Cavabdeh ASC-nin Akt Komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədi ilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 365 gün üçün 0,15 manatla 5641 kvt.s, dəyəri 846.15 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçının faydalanmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq-aşkar öz əksini tapır. Akt səlahiyyətli şəxslər tərəfindən, qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun qaydada tərtib edilmiş və aktda pozuntu faktı, texniki göstəricilər və hesablanmanın əsasları ətraflı qeyd olunmuşdur. İddiaçı tərəfindən elektrik enerjisindən sayğacdan kənar və uçotdan yayınmaqla istifadə halı müəyyən edilmişdir ki, bu hal istehlakçı tərəfindən müqavilə öhdəliklərinin pozulması deməkdir. Həmçinin, iddiaçı tərəfindən borcun silinməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar təqdim edilməmişdir. Təkcə razılaşmamaq faktı borcun ləğvi üçün hüquqi əsas yaratmır. Abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə qədər 50 gün üçün sərfiyyatın toplamda 253 kvts olduğu, lakin kənar xətt ləğv edildikdən sonrakı dövr üzrə, yəni ##.##.2026cı il tarixdən ##.##.2026- cı il tarixə qədər 62 gün üçün artaraq 569 kvts olduğu görünür. Abonentin “abunə haqqında” məlumatından açıq-aşkar görünür ki, sayğacın pozuntu aşkar olunan dövrdəki sərfiyyatı ilə qüsur bərpa edildikdən sonrakı dövrdəki sərfiyyatı arasında fərq (316̧kvt.s)̧olduqca̧böyükdür.

Birinci instansiya məhkəməsində icraat

4. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş, ##.##.2026-cı il tarixli ərizəylə məhkəməyə müraciət edərək, ##.##.2026-cı il tarixə təyin edilmiş baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, iclasın onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, Cavabdeh ASC tərəfindən məhkəməyə təqdim edilən etiraz ərizəsində və ##.##.2026-cı il tarixli məktubda göstərilən dəlillərə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

6. Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi ilə (N.Abbaszadə) iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiaçı İddiaçı barəsində tərtib edilmiş ## ###### 2026-cı il tarixli NİM № ****** nömrəli akt əsasında əsassız hesablanaraq yazılmış 846.15 manat borcun abonent kodundan silinməsi̧tələbinə̧daiŗiddia̧tələbiniņtəmiņedilməməsi̧qəţedilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı sayğacın giriş faza xətti yuvasına sayğac sxemindən kənar naqil qoşulmaqla çıxışda quraşdırılan ayrıcı avtomatın çıxışına birbaşa xətt verildiyi aşkar edilmişdir. Bununla əlaqədar olaraq ## ###### 2026-cı il tarixli ****** saylı akt və qüsur aktı tərtib edilmiş və müvafiq səlahiyyətli şəxslər tərəfindən imzalanmışdır. ## ###### 2026-cı il tarixli ****** saylı akt tərtib edilərkən sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi zamanı video çəkilişdən istifadə edilmiş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş videoçəkilişdən sayğacın giriş faza xətti yuvasına sayğac sxemindən kənar naqil qoşulmaqla çıxışda quraşdırılan ayrıcı avtomatın çıxışına birbaşa xətt verildiyi müəyyən edilmişdir. ##.##.2026-cı il tarixli NİM****** saylı akta əsasən Cavabdeh ASC-nin Akt Komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədi ilə abonentə sayğacdan kənar xədən keçən yükə uyğun enerji hesabatı aparılmış, kənar xətt ləğv edilmişdir. Daha sonra AR EN X11 X12 baş müfəttişi Nəbiyev İmdad Hüseynbala oğlu tərəfindən ## #### 2026-cı il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, daha sonra AR EN X11 X12 rəisi X5 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 (yüz) manat məbləində cərimə tənbeh tədbiri tətbiq edilmişdir.̧

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli̧gələ̧biləŗ(“AvşaŗTürkiyəyə̧qarşı”̧AİHM-niņqərarı̧№*****/**,̧§282).

9. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan və aktın qanunsuz olması məhkəmə araşdırması zamanı sübuţedilmədiyindəņtəmiņedilməməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1 və 560.2-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı ##.##.2005ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-1-ci, 8.17- 2-ci maddələrinə, "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2005-ci il tarixli ** saylı qərarının 1.2ci bəndinə, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1,̧77.2̧və̧217.4-cü̧maddələrinə̧istinadla̧əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsində icraat:

a) Apellyasiya şikayətinin dəlilləri 11.̧Qətnаmədəņnаrаzı̧qаlаņiddiaçı̧İddiaçı̧apellyаsiyа̧şikаyəti̧vermişdir.

12. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia tələbi ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi̧və̧prosessuaļhüquq̧normalarını̧mülki̧iş̧üzrə̧düzgüņtədbiq̧etməmişdir.

13. Belə ki, ## ###### 2026-cı il tarixdə evdə heç kim olmayan vaxt Cavabdeh ASCnin X10 əməkdaşları əraziyə baxış keçirərkən ona məxsus yaşayış evinə quraşdırılmış *********** nömrəli sayğaca guya hansısa müdaxilə edildiyini aşkar etmişlər. Bununla bağlı ****** nömrəli Akt tərtib etmişlər.Həmin Aktdan nə onun, nə də ki ailə üzvlərinin məlumatı olmamışdır. Birtərəfli qaydada tərtib edilmiş ## ###### 2026-cı il tarixli ****** saylı Aktda yazılanlar tamamilə yalandır və belə bir hal mövcud olmamışdır. Bununla belə ona təqdim olunan bildirişdə qanunsuz olaraq 846.15 manat cərimə hesablandığı məlum olmuşdur. Belə bir vəziyyət o qənaətə gəlməyə əsas verir ki, küçədə,heç bir qorunma vasitəsi ilə təmin edilməmiş halda quraşdırılmış sayğacda hər hansıza zədələnmə halı əgər mövcud olubsa onda həmin qanunsuz əməllərə elə həmin təşkilatın nümayəndələri yol vermişdir. Akt tərtib edilərkən onun və şahidlərin iştirakı təmin edilməmiş, sayģacda olan hər hansı nasazlıqdan məlumatı̧olmamışdır.

14. Birinci instansiya məhkəməsinin hazırkı mövqeyi ilə işin faktiki halları araşdırılmadığından paylayıcının gələcəkdə də qanunsuz cərimələrin tətbiq etməsinə zəmin yaradır.

15. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə̧əkşetdirəņişiņfaktiki̧halları̧araşdırılmamışdır.

16. Birinci instansiya məhkəməsi hazırda qüvvədə olmayan Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə istinad edərək və həmin maddə əsaslanaraq sübutlara düzgüņqiyməţverməmişdir.

17. Cavabdeh tərəfindən tərtib edilmiş aktın və akt əsasında yazılmış cərimə məbləğiniņəsaslı̧olduğunu̧təsdiq̧edəņtutarlı̧sənədləŗməhkəməyə̧təqdim̧edilməmişdir.

18. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə̧daiŗyeni̧qətnamə̧qəbuļedilməsini̧xahiş̧etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

19. Apellyasiya̧şikayətinə̧qarşı̧yazılı̧etiraz̧daxiļolmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

20. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflərdən heç biri məhkəmə kollegiyasının iclasına gəlməmiş, iddiaçı İddiaçı ərizə göndərərək ## ######## 2026-cı il tarixində keçiriləcək iclasda üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, ona görə də iclasın onun iştirakı olmadan keçirilməsini və tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəfləriņiştirakı̧olmadaņbaxılmasını̧mümküņhesab̧etmişdir.̧̧

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi̧nəzərdə̧tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi̧mülki̧dövriyyə̧şəraitində̧əldə̧edəcəyi̧gəlirləŗ(əldəņçıxmış̧fayda)̧başa̧düşülür. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyiņəmələ̧gəlməsi̧üçüņonuņiştirakçıları̧arasında̧müqavilə̧olmalıdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdaņyalnız̧başqalarına̧ziyaņvurmaq̧məqsədi̧ilə̧istifadə̧edilməsi̧yolverilməzdir. 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata̧keçiriləņrazılaşmalaŗvə̧hərəkətləŗisə̧etibarsızdır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.14-cü bəndinə əsasən istehlakçı̧(o cümlədən məişət abonenti)̧hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim̧edildikdəņsonra̧biŗay̧müddətində̧ödəməlidir. 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş̧elektriķenerjisiniņalqı-satqı̧müqaviləsinə̧əsasəņhəyata̧keçirilir. 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normaļişi̧enerjitəchizatı̧müəssisəsi̧tərəfindəņbərpa̧olunmalıdır. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə̧alınmaqla̧yenidəņhesablanır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir,̧bu̧izahatlaŗvə̧mülahizələŗakta̧əlavə̧olunur. 23.“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun; 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri̧hüdudlarında̧həyata̧keçirirlər.

24. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun: 19.16-cı maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış̧bazarı̧qaydaları̧ilə̧tənzimlənir.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onlarıņverdiyi̧izahatlarla,̧sənədlərlə̧əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı̧və̧onlardaņistifadə̧etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi̧halları̧sübuţetməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında̧tədqiq̧olunmuş̧sübutlarla̧əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq̧edilməli̧olduğunu̧və̧iddianıņtəmiņolunub–olunmadığını̧müəyyəņedir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qisməņləğv̧edə̧bilər,̧iş̧üzrə̧icraata̧xitam̧verə̧və̧yaxuḑərizəni̧baxılmamış̧saxlaya̧bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarınıņqətnamələrindəņkassasiya̧şikayəti̧verilə̧bilər.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına̧riayəţetməsini̧yoxlayır.̧

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq,̧məhkəməniņmaddi̧və̧prosessuaļhüquq̧normalarına̧riayəţetməsini̧yoxlayır. 28.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissəniņisə̧mübahisələndirilib-mübahisələndirilmədiyinə̧diqqəţyetirməlidilər.

29. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndiriləņhissədə̧yoxlanılmalıdır.

30. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə̧aparılmasını̧zəruri̧hesab̧edir.

31. Apellyator Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** nömrəli qətnaməsinin tam ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam həcmdə yoxlamağı zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə ləğv olunması üçüņəsaşyoxdur.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəļhüquqi̧qiyməţverməlidirlər.

34. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus Qəbələ rayonu, Həmzəli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən baxış keçirilən zaman elektrik sayğacından kənar xətt vasitəsi ilə istifadə edildiyi aşkar olunmuşdur. Aşkar edilmiş faktla bağlı ##.##.2026-cı il tarixli, NİM****** saylı akt tərtib edilmişdir. ##.##.2026-cı il tarixli, NİM****** saylı akta əsasən Cavabdeh ASC-nin Akt Komissiyası tərəfindən itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 365 gün üçün 0,15 manatla 5641 kvt.2, dəyəri 846.15 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Daha sonra AR EN X11 X12 rəisi X5 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir.

35. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd ediŗki,̧apellyasiya̧şikayətiniņdəlilləri̧əsassızdır.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tərtib olunmuş aktdan məlumatının olmaması, birtərəfli qaydada tərtib edilmiş ## ###### 2026-cı il tarixli ****** saylı Aktda yazılanların tamamilə yalan olması, ona qanunsuz olaraq 846.15 manat cərimə hesablanması, akt tərtib edilərkən onun və şahidlərin iştirakının təmin edilməməsi, sayģacda olan hər hansı nasazlıqdan məlumatının olmamasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş ## ###### 2026-cı il tarixli ****** saylı aktdan görünür ki, “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilən zaman məlum oldu ki, sayğacın giriş faza xətti yuvasına sayğac sxemindən kənar naqil qoşularaq çıxışda quraşdırılan ayrıcı avtomatın çıxışına birbaşa xətt verilmişdir. Bu yolla sayğac dövrədən kənarlaşdırılaraq kənar xətdən istifadə edilir. Akt Cavabdeh ASC-nin nümayəndələri̧F.Oruclu,̧S.Mehdizadə̧tərəfindəņimzalanmışdır.

37. İşdə olan AR EN X11 X12 rəisi X5 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 (yüz) manat məbləğində cərimə tənbeḩtədbiri̧tətbiq̧edilmişdir.

38. Kollegiya qeyd edir ki, AR EN X11 Agentliyinin ## #### 2026-cı il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İddiaçı elektik enerjisini talamaqda təqsirli müəyyən olunaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 (yüz) manat məbləğində̧cərimə̧tənbeḩtədbiri̧tətbiq̧edilmiş̧və̧həmiņqəraŗqanuni̧qüvvəsini̧almışdır.

39. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

40. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədəņsaxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə̧kollegiyası Qət etdi:

İddiaçı̧İddiaçı tərəfindəņverilmiş̧apellyasiya̧şikayəti̧təmiņedilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli̧qətnaməsi̧dəyişdirilmədəņsaxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar