Məhkəmə qərarları › İş №2(3-10)-564/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-564/2026

09.07.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycaņRespublikası̧adından Qətnamə Şəki̧şəhəri İş̧№̧2(3-10)-564/2026 09.07.2026 ŞƏKI̧APELLYASIYA̧MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarəţtərkibdə,̧ məhkəmə̧iclaşkatibi̧X7̧qızınıņkatibliyi, iddiaçı̧İddiaçı, apellyasiya şikayətini vermiş cavabdeh Cavabdeh Istehsalat Birliyinin nümayəndəsi̧X1̧iştirakı̧ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında̧baxaraq,̧məhkəmə̧kollegiyası ̧ M ÜƏYYƏN E T D İ: ̧

1. Işin halları ̧ Iddiaçı İddiaçı ## ###### 2025-ci ildə cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "Azəriqaz” X9 X3 Idarəsinin Göyçay Xidmət Sahəsi tərəfindən əsassız olaraq hesablanmış 481,89 (dörd yüz səksən bir manat 89 qəpik) manat məbləğində borcuņsilinməsi̧barədə̧qətnamə̧qəbuļolunmasını̧xahiş̧etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə 2008-ci ildən Göyçay rayonunun Hacalıkənd kəndində yaşayır. Yaşadığı 4 otaqlı ev cavabdeh "Azəriqaz” Istehsalat Birliyi tərəfindən qeydiyyatdan keçmiş qaz sayğacı quraşdırılmaqla qazlaşdırılmışdır. Həmin vaxtdan qazdan istifadə etmiş və vaxtlıvaxtında istehlak etdiyi qazın dəyəri tərəfindən ödənilmişdir. 2022-ci ilin dekabr ayının 27də cavabdeh təşkilatın nümayəndələri onu dəvət edərək bildirmişlər ki, qaz sayğacının yararsız hala düşməsi nəticəsində sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir və ona görə də, onlar tərəfindən qaz sayğacı yenisi ilə əvəz edilməlidir. Əməkdaşlar tərəfindən qaz sayğacı yenisi ilə əvəz edildikdən sonra ******* nömrəli akt tərtib olunmuşdur. Sayğac dəyişdirilərkən onun üzərində “Abonent saldosu”na əsasən 3108 m3 qaz sərfıyyatı olduğu halda tərtib olunmuş akta əsasən ##.##.2022-ci il tarixə olan qaz sərfıyyatı 7013 m3 göstərilmişdir. Bu barədə əməkdaşlardan soruşduqda, iddiaçıya bildirmişlər ki, akt tərtib olunarkən əməkdaşlar tərəfindən texniki səhvə yol verilmiş və bu texniki səhv aradan qaldırılacaqdır. Lakin, xeyli müddət gözləsə də, bu baş verməyib və o, məcbur olub X2 Istismarı Idarəsinin Göyçay Xidmət Sahəsində qəbulda olub və ona bildirilib ki, texniki səhv nəticəsində onun adında yaranmış borc silinəcəkdir. Lakin, bu günə kimi adında olan borc silinməmişdir. Həmin vaxtdan bir qədər sonra ona poçt vasitəsilə xəbərdarlıq məktubu gəlmiş və həmin məktuba əsasən müəyyən olunmuşdur ki, “Abonent saldosun”da mənzilində hər ay istifadə olunmuş təbii qazın dəyərinin ödənilməsi tam təmin olunmadığından, abonent hesabında 481,89 (dörd yüz səksən bir manat 89 qəpik) manat məbləğində debitor borc yaranmışdır. Dəfələrlə cavabdeh təşkilata gedərək məlumat almaq istəsə də, nəinki ona heç bir cavab verilməmiş, üstəlik qazın verilişinin dayandırılması ilə hədələmişlər. Ona görə də, məcbur olub hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələbinə görə istehlakçı qaz sayğacına edilmiş hər hansı müdaxiləyə və sair işlərə görə məsuliyyət daşımır. Qaz sayğacına qarşı edilmiş hər hansı müdaxiləyə və sair işlərə məsuliyyət Qaz Paylayıcının üzərinə düşür. Hazırki mübahisə üzrə qazpaylayıcı Cavabdeh X9 X3 Idarəsinin Göyçay Xidmət Sahəsi öz üzərinə düşən vəzifəni yerinə yetirmək əvəzinə, ona öz əməkdaşlarının səhvi ucbatından istifadə etmədiyi qaza görə borcun ödənilməsi tələbi ilə xəbərdarlıq edir. Bu isə cavabdeh tərəfindən iddiaçıya qarşı edilmiş qanunsuz hərəkət kimi̧qiymətləndirilməlidir. Iş üzrə Göyçay Rayon Məhkəməsində aparılan məhkəmə icraatında cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən ## ###### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə həmin iddia ərizəsinə qarşı yazılı Etirazla məhkəməyə müraciət edilərək, məhkəmədən iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “abonent hesabına yazılmış 481,89 manat məbləğində borcun silinməsi” tələbinə dair iddiasının təmin olunmaması xahiş edilmiş və həmin Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı iddia ərizəsi ilə müraciət edərək əsassız hesablanmış 481,89 manat borcun silinməsini xahiş etmişdir. Iddiaçının ərizəsi əsasında onun abonent bazasında araşdırma aparılarkən iddiaçının hesabına nəinki 2022-ci ildə, ümumiyyətlə heç bir zaman itirilmiş təbii qazın dəyəri olan məbləğ vurulmadığı müəyyən edilmişdir. Iddiaçının silinməsini tələb etdiyi məbləğ onun mənzilində istifadə etdiyi təbii qazın real dəyəridir və onun özü tərəfindən ödənilməlidir. Iddiaçı iddia tələbi ilə bağlı iddia ərizəsinə hər hansı bir təsdiqedici sənədlər də əlavə etməmişdir. Odur ki, cavabdeh tərəf hesab edir ki, iddia tam əsassızdır və təmin edilməməlidir.̧

2. Birinci instansiya məhkəməsində icraat

Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin (hakim Ibrahim Fəttahov) ## #### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “borcun silinməsi” barədə iddia tələbi qismən təmin edilərək, həmin məhkəmə qətnaməsində iddiaçı İddiaçı *************** nömrəli abonent saldosundan 300 manat puluņsilinməsi̧qəţedilmişdir. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəməyə təqdim edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Göyçay rayonu Hacalıkənd kəndində yerləşən fərdi yaşayış evindən qaz sayğacı açılaraq dövlət yoxlamasına göndərilmişdir. Məhkəməyə təqdim edilmiş Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, abonent İddiaçı (abonent kodu: 252305816900000) “Abonentin saldosu”nda göründüyü kimi, mənzilində hər ay istifadə olunmuş təbii qazın dəyəri tam təmin olunmadığından, abonent hesabında 481,89 (dörd yüz səksən bir manat 89 qəpik) manat məbləğində debitor borc yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 2.2.2ci bəndinə əsasən, “Paylayıcı”nın vəzifəsi “Istehlakçı” tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etməkdir. Həmin qaydaların 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə və qazdan istifadə qaydalarının 6.1.5-ci bəndinə əsasən qaz paylayıcısı ilə müvafiq müqavilə bəğlanılmadıqda abonentin qaz təminatı dayandırılır. Yaranmış debitor borc abonent tərəfindən ödənilməlidir. Məhkəməyə təqdim edilmiş *************** nömrəli İddiaçı məxsus abonent saldosundan görünür ki, 2022-ci ilin dekabr ayında İddiaçı 3108 m3 təbi qazın dəyəri vurulmuşdur. Eyni zamanda iddiaçı İddiaçı tərəfindən 2023-cü ilin noyabr ayında 200 manat, 2024-cü ilin iyul ayında 100 manat ödəniş edilmişdir. 2026-cı ilin mart ayına̧isə̧iddiaçınıņ602,31̧manaţtəbii̧qazdaņistifadə̧borcu̧vardır.̧ Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Iddiaçı İddiaçı məxsus Göyçay rayonu Hacalıkənd kəndində fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı 2022-ci ilin dekabr ayında cavabdeh Cavabdeh əməkdaşları tərəfindən açılaraq dövlət yoxlanılmasına göndərilmiş, bu barədə Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən iddiaçı İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı dəyişdirilərkən sayğacın göstəricisi olan 3108 m3 təbi qazın dəyəri texniki səhv olaraq onun abonent saldosuna vurulmuşdur. Qeyd edilən xüsusat cavabdehin nümayəndəsinin məhkəmə baxışı zamanı verdiyi izahatla öz təsdiqini tapmışdır. Hazırda iddiaçı texniki səhv nəticəsində abonent saldosuna vurulmuş təbi qazın dəyərini təşkil edən 481,89 manat pulun silinməsini xahiş edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, 2022-ci ilin dekabr ayında İddiaçı abonent koduna texniki səhf olaraq 3108 m3 təbi qazın dəyəri vurulmuşdur. Eyni zamanda iddiaçı İddiaçı tərəfindən 2023-cü ilin noyabr ayında 200 manat, 2024-cü̧iliņiyuļayında̧100̧manaţqazdaņistifadəyə̧görə̧ödəniş̧edilmişdir. Göründüyü kimi, iddiaçı İddiaçı 300 manat ödəniş etmiş, lakin qeyd edilən ödənişlər nəzərə alınmamışdır. Hazırda 2026-cı ilin mart ayına iddiaçının təbii qazdan istifadəyə görə 602,31 manat borcu vardır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 300 manaţpuļabonenţhesabındaņsilinməlidir.̧ Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, Iddiaçı İddiaçı iddiası qismən təmin edilməli, *************** nömrəli İddiaçı məxsus abonenţsaldosundaņ300̧manaţpuļsilinməlidir.̧ Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 443.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun normalarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81 və 217-ci maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz:

- 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

Cavabdeh Cavabdeh Istehsalat Birliyi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək, iddiaçı İddiaçı iddia tələbinin təmin edilməməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun iddiaçı İddiaçı tutularaq Cavabdeh Istehsalat Birliyiniņhesabına̧ödənilməsi̧barədə̧yeni̧qətnamə̧qəbuļolunmasını̧xahiş̧etmişdir.̧ Cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsassız hesablanmış 481,89 manat borcun silinməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ************** nömrəli abonent koduna yazılmış 300 manat məbləğində borcun silinməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tətbiq etməmiş, nəticədə iddia tələbinin qismən təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, iddiaçının ərizəsi əsasında onun abonent bazasında araşdırma aparılarkən iddiaçının hesabına, nəinki 2022-ci ildə, ümumiyyətlə heç bir zaman itirilmiş təbii qazın dəyəri olan məbləğ vurulmadığı müəyyən edilmişdir. Iddiaçının silinməsini tələb etdiyi məbləğ onun mənzilində istifadə etdiyi təbii qazın real dəyəridir və onun özü tərəfindən ödənilməlidir. Iddiaçı iddia ərizəsinə silinməsini tələb etdiyi məbləğlə əlaqəli, nəinki hər-hansısa bir mötəbər sübut, ümumiyyətlə heç bir sübut və ya təsdiqedici sənəd əlavə etməmişdir. Işin həqiqi halları isə ondan ibarətdir ki, 2022-ci ilin dekabr ayında iddiaçı İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Bu zaman mənzildən açılmış qaz sayğacının üzərində olan 3108 m3 göstəricinin dəyəri olan 705,53 manat məbləğ hesablanaraq onun abonent koduna texniki səhv olaraq vurulmuşdur. Ona görə də, Cavabdeh Istehsalat Birliyi tərəfindən yeni quraşdırılmış qaz sayğacının göstəricisinin 3108 m3–a qədər çatması gözlənilmiş və həmin müddətdə iddiaçı olan abonentin qaz sayğacına heç bir əlavə göstərici yazılmamışdır. Nəhayət 2025-ci ilin fevral ayında sayğacın göstəricisi 3108 m3-u ötərək 3435 m3 olmuşdur və yalnız bu vaxt sayğacın göstəricisi götürülərək abonentə yeni ödəniş qəbzi təqdim edilmişdir. Bu vaxt ərzində, yəni təxminən 28 ay ərzində abonentin sayğacının göstəricisi götürülməmiş, abonentin istehlak etdiyi qazın miqdarının yazılmış göstəricinin yerinə çatması gözlənilmişdir. Yəni, həmin vaxt ərzində abonent təbii qazdan maneəsiz istifadə etmiş və sayğacın göstəricisi 3108 m3-a çatmışdır. Bu isə o deməkdir ki, 28 ay ərzində abonentin sayğacına heç bir göstərici verilməmişdir və o, 2022-ci ilin dekabr ayında texniki səhv olaraq yazılmış 705,53 manatlıq təbii qazdan istifadə etmiş və həmin məbləğdən isə cəmi 400 manat ödəniş etmişdir. Xüsusi ilə qeyd etmək lazımdır ki, iddiaçı İddiaçı abonent hesabına heç bir cərimə və ya itirilmiş qazın dəyəri hesablanmamışdır. İddiaçı abonent koduna 2022-ci ilin dekabr ayında hesablanaraq vurulmuş 705,53 (yeddi yüz beş manat 53 qəpik) manat məbləğ isə onun mənzilində istifadə edilmiş təbii qazın ümumi dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı abonent kodundan silinməsi qət edilmiş məbləğ onun yaşadığı mənzilində istifadə edilmiş təbii qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Lakin göründüyü kimi, hakim qanunsuz qətnamə çıxararaq, abonentin faktiki istifadə etdiyi və dəyərini ödəmədiyi təbii qazın dəyərinin silinməsini qət etmişdir. Baxmayaraq ki, iş materiallarında silinməsi qət edilmiş məbləğin silinməsi üçün heç bir əsas və sübutedici dəlillər olmamışdır, lakin sonda hakim yenə də əsassız bir qətnamə çıxarmışdır. Bundan başqa qeyd etmək lazımdır ki, hakim iddiaçının iddiasını qismən təmin edərək, silinməsini tələb etdiyi 481,89 manat məbləğdən 300 manatın silinməsinə qərar vermişdir ki, bu da tamamilə əsassızdır. Belə ki, cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən təqdim edilmiş etiraz ərizəsində iddiaçının abonent koduna 2022-ci ilin dekabr ayında cəmi 705,53 manat dəyərində təbii qazın dəyərinin vurulduğunu bildirmişlər və məhkəmə prosesi zamanı da dəfələrlə bu faktı hakimin nəzərinə çatdırmışlar. Göründüyü kimi, qətnamə çıxarılarkən tərəflərindən təqdim edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsinə kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır. Halbuki, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Istehlakçı hazırda mübahisələndirdiyi sayğac üzrə aparılmış hesabata əsasən hesablanmış borcu ödəməmiş və birinci instansiya məhkəməsi qeyd olunan məqamdan sadə bir araşdırmaya ehtiyac duymadığından yayınmışdır. Təqdim edilmiş sənədlər, saldo̧və̧digəŗsənədləŗsübuţqismində̧düzgüņaraşdırılmamış,̧onlardaņistifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğinin yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda, iddianın təmini barədə qərar vermişdir. Çünki, birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə Mülki Prosessual Məcəllənin 88ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. Iddiaçı tərəf də silinməsini xahiş etdiyi təbii qazın dəyəri olan məbləğin onun tərəfindən istifadə edilməməsinə dair sənəd və sübutlar təqdim etməli və iddiasını əsaslandıraraq sübut etməli olmasına baxmayaraq, heç bir əsaslandırıcı sübut təqdim etməmişdir, lakin cavabdeh tərəfindən təqdim edilmiş kifayət qədər sübutlar hakim tərəfindən tamamilə nəzərə alınmamışdır. Hakim yalnız iddiaçının şifahi mülahizələrinə əsasən əsassız və qanunsuz qətnamə çıxarmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməklə səhv nəticəyə gələrək real qaz pulu borcunu silmiş və bununla da mübahisələndirilən qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qazqurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.1-ci yarımbəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş)̧hesab̧üzrə̧qazıņdəyərini̧tam̧ödəməlidir.

- 3.2) Apellyasiya şikayətinə qarşı etiraz ̧ Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsi ilə müəyyəņedilmiş̧qaydada̧apellyasiya̧şikayətinə̧qarşı̧yazılı̧etiraz̧verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə̧haqlıdırlar. ̧

4. Iş üzrə apellyasiya icraatı: ̧ - 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasına iddiaçı İddiaçı və apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh Istehsalat Birliyiniņnümayəndəsi̧X1̧gəlmişlər. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş cavabdeh Cavabdeh Istehsalat Birliyinin nümayəndəsi X1 Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı İddiaçı iddia tələbinin tamamilə rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun iddiaçı İddiaçı tutularaq cavabdeh Cavabdeh Istehsalat Birliyinin hesabına ödənilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini apellyasiya şikayətində qeyd olunaņhallaŗvə̧dəlillərlə̧əsaslandırdı.̧ Məhkəmə iclasında iş üzrə iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etmədiyini bildirib, cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ****/****̧nömrəli̧qətnaməsiniņdəyişdirilmədəņsaxlanılmasını̧xahiş̧etdi.

- 4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam̧yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına̧riayəţetməsini̧yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən hazırkı apellyasiya şikayətində “Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsinin ləğv edilərək, iddiaçı İddiaçı iddia tələbinin təmin edilməməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun iddiaçı İddiaçı tutularaq Cavabdeh Istehsalat Birliyinin hesabına ödənilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

- 4.3). Tətbiq edilən hüquq ̧ Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2.̧Mülki̧hüquqlarıņvə̧vəzifələriņəmələ̧gəlməsi̧əsasları̧aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə̧nəzərdə̧tutulmasa̧da,̧ona̧zidḑolmayaņmüqavilələŗvə̧başqa̧əqdlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ̧vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onuņiştirakçıları̧arasında̧müqavilə̧olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzaŗadətlərə̧və̧ya̧adətəņirəli̧sürüləņdigəŗtələblərə̧müvafiq̧surətdə̧hərəkəţetməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəlikləriņicrasını̧təhlükəyə̧məruz̧qoya̧biləcəķhəŗcüŗhərəkətlərdəņçəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istəniləņaņicra̧edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli̧imtinaya̧və̧onuņşərtlərini̧birtərəfli̧dəyişdirməyə̧yoļverilmir.

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa̧düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risķdairəsinə̧daxiļolaņöhdəlikləriņicra̧edilmədiyi̧bütüņhallaŗüçüņcavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdəņqabaqcadaņazaḑetməķolmaz. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyaņvurmaq̧məqsədi̧ilə̧istifadə̧edilməsi̧yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və̧hərəkətləŗisə̧etibarsızdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsiņ(məhrum olanın)̧hesabına̧əmlaķəldə̧etsin. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma̧vəzifəsi̧aşağıdakılara̧da̧şamiļedilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürüləņfaydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə̧etdiyinə̧və̧ya̧qəsdəņəldə̧etmədiyinə. 1092.2.̧Əldə̧edilənləri̧verməķmümküņolmadıqda,̧onlarıņdəyəri̧ödənilir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun normaları (maddələri): “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Istehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğuņolaraq̧həyata̧keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: Azərbaycan Respublikası̧ Nazirlər Kabinetiniņ## ### 2011-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindəņödənilməsi̧tələb̧edilə̧bilməz. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdəņ(göndərildikdən)̧sonra̧biŗay̧müddətində̧tam̧ödənilməlidir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə̧təsdiq̧olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşlarıņqanunlara̧dönmədəņhörməţruhunda̧tərbiyə̧edilməsinə̧rəvaçverir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə̧əsaslandırmalıdır.̧ 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektroņməhkəmə”̧informasiya̧sistemi̧vasitəsilə̧aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə̧etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi̧məlumatlaŗsübutlaŗhesab̧olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxsləriņizahatları̧ilə̧müəyyəņedilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri̧ilə̧təsdiq̧edilməli̧olaņişiņhalları̧başqa̧sübutlarla̧təsdiq̧oluna̧bilməz.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə̧üçüņqabaqcadaņmüəyyəņedilmiş̧qüvvəsi̧yoxdur. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əkştərəfi̧gələcəkdə̧bu̧faktları̧sübuţetmə̧vəzifəsindəņazaḑedir.̧ 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştiraķedəņşəxslərə̧aiḑedilir. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstəriləņqaydaya̧uyğuņbölüşdürülür.̧ 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini̧də̧dəyişdirir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına̧uyğuņçıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğuņəsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla̧əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş̧və̧məhkəmə̧iclasında̧tədqiq̧olunmuş̧sübutlarla̧əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianıņtəmiņolunub-olunmadığını̧müəyyəņedir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim̧qanunda̧göstəriləņmüstəsna̧hallarda̧iddia̧tələblərindəņkənara̧çıxa̧bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim̧olunmuş̧sübutlaŗəsasında̧yeni̧qətnamə̧qəbuļedə̧bilər. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallarıņaydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına̧uyğuņgəlməməsi. ̧ - 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, yuxarıda təsvir olunanlar nəzərə alınmaqla, aşağıda qeyd olunanlara əsasən cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli̧ qətnaməsi qismən, yəni “Iddiaçı İddiaçı *************** nömrəli abonent saldosundan 300 manat pul silinsin” hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi “300 (üç yüz)̧manaţməbləğində̧borcuņsilinməsi”̧hissəsində̧də̧təmiņedilməməlidir.̧ Belə ki, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, 2022-ci ilin dekabr ayında iddiaçı (istehlakçı) İddiaçı təbii qazdan istifadə üçün evinə (abonent kodu: 252305816900000) quraşdırılmış qaz sayğacı cavabdeh (qaz paylayıcısı) Cavabdeh Istehsalat Birliyi tərəfindən yenisi ilə əvəz edilmişdir. Lakin, həmin əvəz etmə zamanı evdən açılmış əvvəlki qaz sayğacının üzərində olan 3108 m3 qaz sərfiyyatı göstəricisi və həmin göstəricinin dəyəri olan 705,53 manat məbləğ də texniki səhv olaraq yeni sayğacın göstəricisi kimi onun abonent koduna daxil edilmişdir. Ona görə də, yeni sayğacın göstəricisi kimi əvvəlcədən əlavə edilmiş həmin 3108 m3 qaz sərfiyyatının faktiki olaraq da istehlak edilməsi və abonent saldosunda yeni sayğacın göstəricisi kimi qeyd edilmiş 3108 m3 miqdarında qazın faktiki olaraq da istehlak edilməsinin təmin olunması üçün 2022-ci ilin dekabr ayından etibarən istehlakçı İddiaçı evində quraşdırılmış qaz sayğacı vasitəsi ilə qeydə alınan sərfiyyatın miqdarı və dəyəri hesablanaraq onun Abonent Saldosuna daxil edilməmişdir. Yəni, cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən yeni quraşdırılmış həmin qaz sayğacının göstəricisinin 3108 m3–a qədər çatması gözlənilmiş və həmin müddətdə iddiaçı olan abonentin qaz sayğacı üzrə Abonent Saldosuna heç bir əlavə göstərici, yəni 2022-ci ilin dekabr ayından sonra iddiaçının faktiki olaraq istehlak etdiyi qazın miqdarı və dəyəri yazılmamışdır. Həmin göstərici yalnız 2025ci ilin fevral ayında dəyişərək, 3435 m3 olmuşdur. Yəni, təxminən 28 ay ərzində iddiaçının evində istifadə etdiyi qazın miqdarı və dəyəri hesablanaraq onun Abonent Saldosuna daxil edilməmiş və imkan yaradılmışdır ki, əvvəlcədən hesablanaraq Abonent Saldosuna daxil edilmiş təbii qaz real olaraq iddiaçı tərəfindən istehlak edilsin. Belə ki, 2025-ci ilin fevral ayında sayğacın göstəricisi 3108 m3-u ötərək, 3435 m3 olmuşdur və yalnız bundan sonra cavabdehin işçiləri tərəfindən sayğacın göstəricisi götürülərək Abonent Saldosuna daxil edilmiş və iddiaçı abonentə yeni ödəniş qəbzi təqdim edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan həmin vaxt ərzində, yəni təxminən 28 ay ərzində abonentin sayğacının göstəricisi götürülməmiş və abonentin istehlak etdiyi qazın miqdarının texniki səhv olaraq əvvəlcədən yazılmış göstəricinin səviyyəsinə çatması gözlənilmişdir. Halbuki, həmin vaxt ərzində abonent təbii qazdan maneəsiz istifadə etmiş və sayğacın göstəricisi onun istifadə etdiyi qazın miqdarına uyğun olaraq 3108 m3-a çatmışdır. Bu qeyd olunanlar iddiaçı İddiaçı adına olan Abonent Saldosu (abonent kodu: 252305816900000) məlumatları ilə də tam təsdiq olunur. Çünki, 2022-ci ilin dekabr ayından etibarən 2025-ci ilin fevral ayınadək iddiaçının Abonent Saldosunun “Sayğac göstəricisi” adlanan bölməsində yalnız istehlak edilən qazın miqdarı olaraq “3108 m3” rəqəmləri qeyd olunmuş, digər bölmələr üzrə isə heç bir hesabat aparılmayaraq, həmin bölmələrdə də “0”̧qeyḑolunmuşdur.̧ Göründüyü kimi, 2022-ci ilin dekabr ayından etibarən 28 ay ərzində abonentin yeni sayğacı əsasında Abonent Saldosuna heç bir göstərici daxil edilməmiş və iddiaçı 2022-ci ilin dekabr ayında texniki səhv olaraq yazılmış 705,53 manatlıq, yəni “3108 m3” miqdarında təbii qazdan tam istifadə etdikdən sonra, onun Abonent Saldosuna sayğac göstəriciləri daxil edilməyə başlanmışdır (2025-ci ilin fevral ayında həmin göstərici 3435 m3 olmuşdur). Həmçinin, Abonent Saldosu məlumatları ilə müəyyən olunur ki, iddiaçı İddiaçı tərəfindən 2023-cü ilin noyabr ayında 200 manat, 2024-cü ilin iyul ayında isə 100 manat qazdan istifadəyə görə ödəniş edilmişdir. Birinci instansiya məhkəməsi isə Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli̧ qətnaməsində bu ödənişləri sərfiyyat üzrə hesablanmış borc ödənişləri kimi qiymətləndirməyərək, iddianı qismən təmin edib, həmin qətnamədə qət etmişdir ki, “Iddiaçı İddiaçı *************** nömrəli abonent saldosundan 300 manat pul silinsin.” Halbuki, iddiaçı İddiaçı abonent koduna 2022-ci ilin dekabr ayında əvvəlcədən hesablanaraq vurulmuş 705,53 manat dəyərində təbii qazdan o, sonradan 28 ay ərzində, yəni 2025-ci ilin fevral ayınadək evində istifadə etmiş və hal-hazırda Abonent Saldosunda qeyd olunan borc məbləği 2022-ci ilin dekabr ayından sonra onun evində istifadə edilmiş təbii qazın ümumi dəyərini əks etdirir və̧abonentiņözü̧tərəfindəņödənilməlidir.̧ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il ̧tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutlarıņaraşdırılmasındaņirəli̧gələņhəqiqəti̧müəyyəņetməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan,̧həmçiniņtəkzib̧olunmaz̧oxşaŗfakţehtimallarındaņirəli̧gələ̧bilər.̧ Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə biləŗvə̧iddia̧tələbiniņ̧rədḑedə̧və̧ya̧sübuţediləņhəddə̧uyğuņqisməņtəmiņedə̧bilər. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara və işin digər konkret hallarına əsasən hesab edir ki, cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli̧qətnaməsi qismən, yəni “Iddiaçı İddiaçı *************** nömrəli abonent saldosundan 300 manat pul silinsin” hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi “300 (üç yüz) manat məbləğində borcun silinməsi” hissəsində də təmin edilməməlidir. Eyni zamanda, həmin qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindəņkassasiya̧şikayəti̧verilə̧bilər.̧ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası ̧ Q Ə T E T D İ:

Cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti̧qisməņtəmiņedilsin.̧ Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli̧qətnaməsi̧qismən, yəni “Iddiaçı İddiaçı *************** nömrəli abonent saldosundan 300 manat pul silinsin” hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə̧qəbuļedilsin. Iddia tələbi “300 (üç yüz) manat məbləğində borcun silinməsi” hissəsində təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi̧mübahisələndiriləņdigəŗhissələrdə̧dəyişdirilmədəņsaxlanılsın.̧ Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və qətnamədən kassasiya şikayəti̧verilə̧bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar