Məhkəmə qərarları › İş №2(3-10)-597/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-597/2026

19.08.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-597/2026 19.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İsrailovnanın cavabdehlər Qax rayon Notariat ofisinə və maraqlı tərəf DƏDRX-nin ** saylı Şəki Ərazi idarəsinə qarşı “buraxılmış müddətin bərpası, vərəsəliyin açılması, bacısı Mustafayeva Ema İsrailovnadan miras qalan Qax rayonu, Qaxingiloy kəndində yerləşən 49.7 kv.m fərdi yaşayış evindən və 0.018 ha həyətyanı torpaq sahəsindən ona düşən payın tam mülkiyyətinə verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin hüququ olmayan şəxs tərəfindən verilməsi, qüvvə) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsayev Elman Bəhruz oğlu və X2 ibarət tərkibdə, Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, İddiaçı İddiaçı İsrailovnanın cavabdehlər Qax rayon Notariat ofisinə və maraqlı tərəf DƏDRX-nin ** saylı Şəki Ərazi idarəsinə qarşı “buraxılmış müddətin bərpası, vərəsəliyin açılması, bacısı Mustafayeva Ema İsrailovnadan miras qalan Qax rayonu, Qaxingiloy kəndində yerləşən 49.7 kv.m fərdi yaşayış evindən və 0.018 ha həyətyanı torpaq sahəsindən ona düşən payın tam mülkiyyətinə verilməsi tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadından maraqlı şəxs1 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı İsrailovna məhkəməyə iddia ərizəsi ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpası, vərəsəliyin açılması, bacısı Mustafayeva Ema İsrailovnadan miras qalan Qax rayonu, Qaxingiloy kəndində yerləşən 49.7 kv.m fərdi yaşayış evindən və 0.018 ha həyətyanı torpaq sahəsindən ona düşən payın tam mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, 2(024)395/2021 №li qətnaməsi ilə mərhum Mustafayeva Ema İsrailovnadan miras qalan Qax rayonu Qax-İngiloy kəndində yerləşən 49.7 kv/m fərdi yaşayış evi və 0.018 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlaklara vərəsəlik açılsın və həmin miras əmlakı qəbul etmək üçün iddiaçı İddiaçı İsrailovna tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılması, mərhum Mustafayeva Ema İsrailovnadan miras qalan Qax rayonu Qax-İngiloy kəndində yerləşən 49.7 kv/m fərdi yaşayış evi və 0.018 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçı Mustafayeva Rima İsrailovnanın miras payı tam müəyyən edilməsi və iddiaçı İddiaçı mülkiyyətinə verilməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə mübahisə tərəfi, mübahisə tərəfinin nümayəndəsi olmayan, üçüncü şəxs qismində cəlb edilməyən maraqlı şəxs1 tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ***/**** saylı qərardadı ilə, Qax Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)***/**** nömrəli qətnaməsindən maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilmiş və Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 364-cü maddəsininin tələblərinin yerinə yetirilməsi üçün Qax Rayon Məhkəməsinə qaytarılmışdır. Bundan sonra maraqlı şəxs1 yenidən apellyasiya şikayəti verərək, Qax Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)***/**** saylı qətnaməsindən şikayət vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasını və sözügdən işə maraqlarına toxunan üçüncü şəxs olaraq əlavə edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə, Qax Rayon Məhkəməsinin 2(024)395/2021 №li, ## #### 2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. maraqlı şəxs1 qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Qax Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli, *(***)-***/**** saylı qərardadı iləşikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, Şəki Apellyasiya Məhkəməsinə saylı qərardadı ilə, Qax Rayon Məhkəməsinin ## ###### 2025ci il tarixli, *(***)-***/**** nömrəli qərardadından maraqlı şəxs1 tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilmiş və mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Qax Rayon Məhkəməsinə geri qaytarılmışdır. Qax Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə, Qax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2(024)395/2021 qərardadından maraqlı şəxs1 tərəfindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi qərara alınmışdır. Qax Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə, Qax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)***/**** saylı qərardadından maraqlı şəxs1 şikayəti baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı İsrailovna məhkəməyə iddia ərizəsi ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpası, vərəsəliyin açılması, bacısı Mustafayeva Ema İsrailovnadan miras qalan Qax rayonu, Qaxingiloy kəndində yerləşən 49.7 kv.m fərdi yaşayış evindən və 0.018 ha həyətyanı torpaq sahəsindən ona düşən payın tam mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, 2(024)395/2021 №li qətnaməsi ilə mərhum Mustafayeva Ema İsrailovnadan miras qalan Qax rayonu Qaxingiloy kəndində yerləşən 49.7 kv/m fərdi yaşayış evi və 0.018 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlaklara vərəsəlik açılması və həmin miras əmlakı qəbul etmək üçün iddiaçı İddiaçı İsrailovna tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılması, mərhum Mustafayeva Ema İsrailovnadan miras qalan Qax rayonu, Qaxingiloy kəndində yerləşən 49.7 kv/m fərdi yaşayış evi və 0.018 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçı Mustafayeva Rima İsrailovnanın miras payının tam müəyyən edilməsi və iddiaçı İddiaçı mülkiyyətinə verilməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə mübahisə tərəfi, mübahisə tərəfinin nümayəndəsi olmayan, üçüncü şəxs qismində cəlb edilməyən maraqlı şəxs1 tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə əlavə etmiş, eyni zamanda da özünün Qax Rayon Məhkəməsinin 2(024)395/2021 №li işdə maraqlarına toxunan üçüncü şəxs olaraq işə əlavə edilməsini xahiş etmişdir. Mülki işin materialları araşdırılarkən məhkəmə müəyyən etmişdir ki, apellyasiya şikayəti həmin şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdir. Belə ki, maraqlı şəxs1 ilə Qlistova Emma İsrailovna arasında olan nikah Ağdam Rayon Məhkəməsinin 2(13)793/2013 №li, ## #### 2013-cü il tarixli Qiyabi Qətnaməsi əsasında aralarında olan nikah pozulmuşdur. Qeyd olunan mülki iş üzrə maraqlı şəxs1 iddiaçı qismində iştirak etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Həmin Məcəllənin 1164-cü maddəsinə əsasən əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1163-cü və 1164-cü maddəsinə əsasən hesab etmişdir ki, maraqlı şəxs1 ilə Qlistova Emma İsrailovna arasında nikah pozulduğu üçün E.İ.Qlistovanın vərəsəsi ola bilməz. Beləliklə, Qax Rayon Məhkəməsi onu üçüncü şəxs olaraq tanımayaraq*(***)-***/**** saylı ##.##.2025 tarixli qərardad ilə Apellyasiya şikayətini Şəki Apellyasiya Məhkəməsinə göndərməkdən imtina etmişdir. Hesab edir ki, həmin qərardad tam əsassızdır. Belə ki, o vərəsəlik hüququndan məhrum olmamışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, mülki işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar dəqiq araşdırılmamış və aydınlaşdırılmamışdır. Bunun nəticəsi olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Odur ki, Qax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadından vermiş olduğu şikayətin təmin edilməsi, maraqlı şəxs1 Qax Rayon Məhkəməsinin 2(024)395/2021 №li işdə maraqlarına toxunan üçüncü şəxs olaraq işə əlavə edilməsi və Qax Rayon Məhkəməsinin 2(024)395/2021 №li qətnaməsindən verdiyi apellyasiya şikayətinin Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs1, şikayətin dəlillərinə uyğun izahat vermiş və şikayətini müdafiə edərək, Qax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs1 etibarnamə üzrə nümayəndəsi X11 şikayətin dəlillərini müdafiə etdiyini və maraqlı şəxs1 izhatına əlavəsinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edib, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi) Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Birinci insansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, maraqlı şəxs1 ilə Qlistova Emma İsrailovna arasında olan nikah Ağdam Rayon Məhkəməsinin 2(13)- 793/2013 №li, ## #### 2013-cü il tarixli Qiyabi Qətnaməsi əsasında pozulmuşdur. Qeyd olunan mülki iş üzrə maraqlı şəxs1 iddiaçı qismində iştirak etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Həmin Məcəllənin 1164-cü maddəsinə əsasən əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Hüquq normasından da bəlli olur ki, maraqlı şəxs1 ilə Qlistova Emma İsrailovna arasında nikah pozulduğu üçün E.İ.Qlistovanın vərəsəsi ola bilməz. maraqlı şəxs1 iş üzrə tərəf olmamış, Qax Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, 2(024)395/2021 №li qətnaməsi maraqlı şəxs1 hüquq və vəzifələrinə toxunmur, maraqlı şəxs1 maraqlarına toxunan üçüncü şəxs kimi əlavə olunması barədə vəsastətinin dəlilləri əsassızdır və qətnamədən apellyasiya şikayəti onun verilməsi hüququ olmayan şəxs tərəfindən verildiyi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə baxılmadan apellyasiya şikayəti ona əlavə edilən sənədlərlə birlikdə maraqlı şəxs1 geri qaytarılmalıdır Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiallarında olan sübutlarla əlaqəli şəkildə təhlil edərək birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılmış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən ərizənin(şikayətin) mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Şikayətin dəlilləri təsdiq olunmadığından, üstəlik qərardadın apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qərardad ləğv edilə bilməz.Buna baxmayaraq, məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, maraqlı şəxs1 ilə Qlistova Emma İsrailovna arasında olan nikah Ağdam Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli, *(**)-***/**** saylı qiyabi qətnaməsi ilə pozulmuşdur. İşdə olan Ölüm haqqında şəhadətnamədən görünür ki, Mustafayeva Ema İsrailovna ##.##.2017-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Həmin Məcəllənin 1164-cü maddəsinə əsasən əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Kollegiya qeyd edir ki, maraqlı şəxs1 məhkəmə kollegiyasının iclasında mübahisəli fərdi yaşayış evinin Mustafayeva Ema İsrailovna ilə birgə nikahda yaşadıqları müddətdə inşa olunmasını və həmin evdə payının olmasını əsas gətirərək Qax Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, 2(024)395/2021 №li qətnaməsinin onun maraqlarına toxunmasını bildirsədə, kollegiyanın iclasında vermiş olduğu izahatında Mustafayeva Ema İsrailovna ilə nikaha daxil olduqdan sonra təxminən 1992-93-cü illərədək bir yerdə yaşadıqlarını bildirmişdir. Mübahisəli fərdi yaşayış evinin isə onların birgə yaşadıqları, birgə təsərrüfat idarə etdikləri müddətdə tikilməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin məhkəmə kollegiyasının sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Şəki Ərazi İdarəsi tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, Qax rayonu Aqrar İslahat Komissiyasının ## ###### 2003cü il tarixli qərarı ilə Kulaşvili Ema İsrail qızına 0,05 ha torpaq sahəsi ayrılmış, bundan sonra Qax rayonu Qaxingiloy kəndində yerləşən fərdi yaşayış evi Mustafayeva Ema İsrailovnanın adına dövlət qeydiyyatına alınaraq ##.##.2013-cü il tarixli çıxarış verilmişdir. ##.##.2013-cü il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Mustafayeva Ema İsrailovna Qax rayonu, İngiloy kəndində yerləşən ümumi sahəsi 0.05 ha torpaq sahəsinin 0.03 ha hissəsini X5. ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Qax rayonu, Qxingioy kəndində yerləşən 0.018 ha torpaq sahəsi üzərində yerləşən 49.7 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Mustafayeva Ema İsrailovnanın adına dövlət qeydiyyatına alınmışdır. Məhkəmə kollegiyası mülki işin yuxarıda qüyd olunan hallarını və şikayətin dəlillərini ümumilikdə araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 363.2 və 363.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxs1 Qax Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)***/**** nömrəli qətnaməsinin onun hüquqlarına toxdunduğunu bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Odur ki, maraqlı şəxs1 işdə iştirak edən şəxs olmadığından, beləliklə qətnamədən şikayət hüququ olmayan şəxs tərəfindən verildiyindən birinci instansiya məhkəməsi maraqlı şəxs1 apellyasiya şikayətinin geri qaytarılması nəticəsinə gələrkən doğru mövqedən çıxış etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Qax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Qax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: maraqlı şəxs1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2(024)-395/2021nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar