Məhkəmə qərarları › İş №2(3-10)-650/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-650/2026

09.09.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycaņRespublikası̧adından Qətnamə Şəki̧şəhəri İş̧№̧2(3-10)-650/2026 09.09.2026 ŞƏKI̧APELLYASIYA̧MƏHKƏMƏSI İddiaçı̧X4̧cavabdeḩCavabdeḩİB-nə̧qarşı̧cərimə̧borcunuņsilinməsi̧və̧hüquqların bərpası̧tələbinə̧daiŗmülki̧iş̧üzrə (Açar sözlər: Borcun silinməsi) Hakimlər Musayev Taleh Valeh (sədrlik edən və məruzəçi), İsayev Elman Bəhruz oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5 qızının katibliyi̧ilə, İddiaçı X4 cavabdeh Cavabdeh İB-nə qarşı cərimə borcunun silinməsi və hüquqların bərpası tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında̧baxaraq̧məhkəmə̧kollegiyası Müəyyən etdi: İşin halları:

1. İddiaçı X4 cavabdeh Cavabdeh İB-nə qarşı sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə əsassız olaraq hesablanaraq yazılmış 6687.36 manat cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı X4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh İB-nə sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə əsassız olaraq hesablanaraq yazılmış 6687.36 manat cərimə məbləğinin azaldılaraq 682.56 manat müəyyən edilməsi barədə qətnamə̧çıxarılmasını̧xahiş̧etmişdir.

2. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında aliə üzvləri birlikdə yaşayır. Evdə qaz hesabatları onun adınadır, müqavilə onunla bağlanmışdır. 2020ci il 2-ci Qarabağ Müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə Balçılıq təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə Laçın rayonuna getmişdir. Lakin Göyçay rayonunda yerləşən evinə arabir gəlib baş çəkir. ## #### 2023-cü il tarixdə Göyçay qaz idarəsinin işçiləri evdə olmayan vaxtı ona məxsus olan fərdi yaşayış evinə baxış keçirən zaman guya sayğacdan kənar əlavə qaz xətti aşkar etmişlər və buna görə də ona qanunsuz olaraq 6687.36 manat məbləğində cərimə yazmışlar. Həmin xəttin aşkar edilməsindən nə onun, nə də digər ailə üzvlərinin xəbəri olmamışdır. Çünki həmin vaxt evdə heç kim olmamışdır. Qaz idarəsinin işçiləri qonşu həyətdən onun həyətinə keçərək guya əlavə qaz xəttini aşkar etmişlər. Ona görə də hesablanaraq abonent koduna yazılmış məbləğ ilə razı deyil, tamamilə qanunsuz və silinməlidir. Belə ki, cərimənin hesablanması zamanı hesabat aparılarkən mənzilində istifadə edilən qaz cihazlarının 360 günə hesablanması heç bir qanunla tənzimlənmir, tam qanunsuzdur, ona görə də ona yazılmış cərimə məbləği tamamilə qanunsuzdur və hesab edir ki, azaldılmalıdır. Belə ki Cavabdeh İstehsalat Birliyinin İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib edilmiş ## #### 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə ona məxsus evdə altı adda qaz cihazının orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Cavabdeh İB-nin əməkdaşları ##.##.2023-cü il tarixdə dəymiş zərəri müəyyənləşdirərkən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Kollegial idarəetmə orqanı olan Şurasının ##.##.2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiqlənmiş “istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalarına və daxili təlimatlarına istinad etmişdir. Cavabdeh İB-nin istinad etdiyi həmin sənəd və ya sənədlər o vaxt sübut kimi qəbul edilə bilər ki, Azərbaycan Respublikası Konstitusiyasının müvafiq normasına istinad edilməklə qəbul edilsin. Həmin sənəd və ya sənədlər Azərbaycan Respublikası Konstitusiyasının müvafiq normasına istinad edilməklə qəbul edilmədiyindən həmin sənədlər vətəndaşların sosial vəziyyətini ağırlaşdırır. Bu səbəbdən dəymiş zərərin müəyyənləşdirildiyi “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na və daxili təlimatları sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının ##.##.2011 -ci il tarixli qərarı və Cavabdeh İB Ağsu RQİİnin ##.##.2020-ci il tarixli qərarı X7 Reyestrinin elektron variantında dərc edilmədiyi üçün həmin qərarların müddəaları istehlakçı üçün məcburi xarakter daşımır. Göründüyü kimi cavabdeh orqan onlara verilmiş hüquqlardan sui-istifadə edərək onun qanunla qorunan hüquqlarını̧kobuḑşəkildə̧pozmuşlar.

3. Cavabdehin nümayəndəsi iddiaya etiraz ərizəsində göstərmişdir ki, ünvan 1 ünvanında yaşayan İddiaçı Göyçay Rayon Məhkəməsində iddia qaldıraraq əsassız hesablanmış 6687.36 manat cərimə məbləğinin silinməsini xahiş etmişdir. İddiaçı İddiaçı iddia ərizəsində onun mənzilində sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar edilməsinə baxmayaraq həmin xətdən istifadə edilmədiyini, hesablanmış cərimə məbləğinin qanunsuz olaraq həddən artıq şişirdildiyini bildirərək hesablanmış məbləğin əsassız olduğu üçün silinməsini xahiş etmişdir. Hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, ##.##.2025-ci il tarixində ”Azəriqaz” İstehsalat Birliyinin Ağsu RQİİ-nin İSQNŞ-nin əməkdaşları ünvan 1 ünvanında yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, onun mənzilində sayğacdan kənar əlavə qaz xəttindən istifadə edildiyini aşkar etmişlər. Bununla bağlı ##.##.2025-ci il tarixli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. ##.##.2025-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Ağsu RQİİ-nə göndərilmişdir. ##.##.2025-ci il tarixli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən ##.##.2023cü il tarixdə Cavabdeh İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı Göyçay XS-nin abonent bazasındakı *************** nömrəli abonent koduna 55728 m3 – 6687.36 (altı min altı yüz səksən yeddi manat) 36 qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş 6687.36 (altı min altı yüz səksən yeddi manat) 36 qəpik məbləğ mənzilində quraşdırılmış qaz sayğacından qanunsuz olaraq qurutma sexində istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Qeyd etmək istəyir ki, iddiaçının mənzilində sayğacdan kənar əlavə qaz xətti aşkar edilən zaman mobil telefon vasitəsi ilə çəkiliş edilmişdir. (1 ədəd CD disk əlavə edilir) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** saylı “Təbii qazdan istifadə Qaydaları”-nın 6.5-2 bəndinə əsasən İstehlakçı tərəfindən qazın talanması məqsədi ilə qaz sayğacına müdaxilə edildikdə ( plomb qırıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda) qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara nisbətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Hazırkı iş üzrə də hesabat bu qaydaya əsasən aparılmışdır. Abonent İddiaçı ilə Göyçay Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alğı-satqısına dair müqavilənin 2.3.4-cü bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli Qazdan istifadə qaydaları haqqında Qərarın 6.5-ci bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə, qaz paylayıcısı abonentə qazın verilişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 216, 217, 218, 220-ci maddələrinə istinad edərək ünvan 1 ünvanında yaşayan İddiaçı əsassız hesablanmış 6687.36 manat cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsinin əsassız hesab edilməsi və bu əsasdan da iddianın təmin edilməməsi barədə məhkəmə̧qətnaməsi̧çıxarılmasını̧xahiş̧etmişdir.̧

Birinci instansiya məhkəməsində icraat

4. İş üzrə iddiaçı X4 ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsini xahiş̧etmişdir.̧

5. Cavabdeh Cavabdeh İB-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərəķiddianıņrədḑedilməsini̧xahiş̧etmişdir.̧

6. Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia qismən təmin edilmiş, iddiaçı X4 barəsində Cavabdeh İB-nin X2 İstismar idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli ******* saylı akta əsasən X4 hesablanmış 6687.36 manat cərimə məbləğindən 6004.80 manatının silinməsi, cərimə məbləğinin 682.56 manat müəyyən edilməsi, qətnamənin icrasının cavabdehin hüquqi ünvanının olduğu yer üzrə Bakı şəhəri Xətai̧rayoņİcra̧və̧Probasiya̧Şöbəsinə̧həvalə̧edilməsi̧qəţedilmişdir.̧

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. Məhkəmə hesab etmişdir ki, X4 2023-cü ilin mart ayında sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə qaydalarını pozması nəticəsində 6687.36 manat dəymiş ziyanın hesablanması ağlabatan deyildir. Belə ki, X4 2023-cü ilin mart ayında qanunsuz olaraq qazdan istifadə etmiş, Azəriqaz İB isə X4 2.6 x 24 x 360 = 22464 m3 1.4x24 x 180 = 6048 m3 1.5 x 24 x 180 = 6480 m3 0.8x24x360 = 6912 m3 0.8x24x360 = 6912 m3 0.8x24x360 = 6912 m3 Cəmi: 55728 m3 müddətinə təbii qazdan qanunsuz istifadə etdiyini iddia edərək 6687.36 manat hesablamışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, X4 qanunsuz olaraq təbii qazdan 1 ay istifadə etməyi əsas götürülməli, dəymiş ziyan 1 ay müddətinə̧hesablanmalıdır.̧

8. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı X4 iddiası qismən təmin edilməli, Cavabdeh İstehsalat Birliyinin X2 İstismar idarəsinin ##.##.2023-cü il tarixli ******* saylı akta əsasən X4 hesablanmış 6687.36 manaţcərimə̧məbləğindəņ6004.80̧manatı̧silinməli,̧682.56̧manaţmüəyyəņedilməlidir.̧

9. Məhkəmə öz mövqeyini “Qaz təchizatı̧haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci və 4.7-ci bəndinə, “Qazdan İstifadə Qaydalarına dəyişiklik edilməsi haqqında” ## #### 2023-cü il tarixli, *** nömrəli Qərarın 6.5-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2 və 21.3-cü maddələrinə, Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli ** nömrəli qərarın 2.4-cü bəndinə, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı ## #### 2007-ci il tarixli qərarına, "Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarına, "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81 və 217-ci maddələrinə,̧istinadla̧əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsində icraat:

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh İstehsalat Birliyi apellyаsiyа şikаyəti̧vermişdir.

11. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tətbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz̧və̧əsassız̧məhkəmə̧qətnaməsi̧qəbuļetmişdir.

12. Belə ki, ##.##.2023-cü il tarixində ”Azəriqaz” İstehsalat Birliyinin Ağsu RQİİ-nin İSQNŞ-nin əməkdaşları ünvan 1 ünvanında yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, onun mənzilində sayğacdan kənar əlavə qaz xəttindən istifadə edildiyini aşkar etmişlər. Bununla bağlı ##.##.2023-cü il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarınıņpozulması̧haqqında”̧akţtərtib̧edilmişdir.

13. ##.##.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Ağsu RQİİ-nə göndərilmişdir. ##.##.2023 cü il tarixli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən ##.##.2023-cü il tarixdə Cavabdeh İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı Göyçay XS-nin abonent bazasındakı *************** nömrəli abonent koduna 55728 m – 6687.36 (altı min altı yüz səksən yeddi manat) 36 qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur.

14. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş 6687.36 (altı min altı yüz səksən yeddi manat) 36 qəpik məbləğ mənzilində quraşdırılmış qaz sayğacından qanunsuz olaraq qurutma sexində istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridiŗvə̧abonentiņözü̧tərəfindəņödənilməlidir.

15. Qeyd etmək istəyir ki, iddiaçının mənzilində sayğacdan kənar əlavə qaz xətti aşkar edilən zaman mobil telefon vasitəsi ilə çəkiliş edilmişdir. (1 ədəd CD disk əlavə edilmişdir)

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** saylı “Təbii qazdan istifadə Qaydaları”-nın 6.5-2-ci bəndinə əsasən İstehlakçı tərəfindən qazın talanması məqsədi ilə qaz sayğacına müdaxilə edildikdə ( plomb qırıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda) qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara nisbətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Hazırkı̧iş̧üzrə̧də̧hesabaţbu̧qaydaya̧əsasəņaparılmışdır.̧

17. Abonent İddiaçı ilə Göyçay Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alğısatqısına dair müqavilənin 2.3.4-cü bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində̧Paylayıcıya̧dəymiş̧zərəriņəvəzini̧ödəməlidir.

18. Göründüyü kimi qətnamə çıxarılarkən tərəflərindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına̧baxmayaraq,̧əsassız̧qətnamə̧çıxarılmışdır.

19. İstehlakçı hazırkı vəziyyətdə dəymiş zərərin əvəzinii ödəməməklə tərəflər arasında̧bağlanılmış̧müqavilə̧şərtlərini̧pozmuşdur.

20. Təqdim edilmiş sənədlər, video və fotoşəkillər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğlərinin yalnız təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində yaranmış itirilmiş təbii qaza görə aparılmış hesabatlara əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə̧qəraŗvermişdir.

21. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə̧əkşetdirəņişiņfaktiki̧halları̧araşdırılmamışdır.

22. Birinci instansiya məhkəməsi hazırda qüvvədə olmayan Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə istinad edərək və həmin maddə əsaslanaraq sübutlara düzgün qiymət verməmişdir. Cavabdeh tərəfdən etirazının əsasını təsdiq edən sənədləri, yəni cavabdeh olaraq etiraza əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsasız olmasına dair kifayət qədər sübutlar 1-ci instansiya məhkəməsinə̧təqdimedilmişdir.

23. Odur ki, Cavabdeh İstehsalat Birliyinin verdiyi apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı İddiaçı iddia tələbinin təmin edilməməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh İstehsalat Birliyinin hesabına ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.̧

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 24.̧Apellyasiya̧şikayətinə̧qarşı̧yazılı̧etiraz̧daxiļolmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

21. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflərdən heç biri məhkəmə kollegiyasının iclasına gəlməmiş, iddiaçı İddiaçı teleqram göndərərək səhhətində yaranmış problemlərə görə ## ######## 2026-cı il tarixdə saat 10:20-yə təyin edilmiş iştirak edə bilməyəcəyini bildirmiş, Göyçay Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını qalmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəfləriņiştirakı̧olmadaņbaxılmasını̧mümküņhesab̧etmişdir.̧̧

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi̧nəzərdə̧tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludaņvəzifəsiniņicrasını̧tələb̧etməķhüququ̧vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyiņəmələ̧gəlməsi̧üçüņonuņiştirakçıları̧arasında̧müqavilə̧olmalıdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdaņyalnız̧başqalarına̧ziyaņvurmaq̧məqsədi̧ilə̧istifadə̧edilməsi̧yolverilməzdir 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata̧keçiriləņrazılaşmalaŗvə̧hərəkətləŗisə̧etibarsızdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldiŗ(hərəkəţvə̧ya̧hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna̧görə̧məsuliyyəţdaşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayaņşəxsiņöhdəsinə̧qoyula̧bilər.

23. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun; 11-ci maddəsinin 6- cı hissəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra̧hakimiyyəti̧orqanı̧tərəfindəņmüəyyəņedilir. 13-cü maddəsinin 8-ci bəndinə əsasən Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş̧hallar istisna olmaqla, qaz paylayıcısı̧istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay̧üzrə hesablamalı̧və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).̧“Smart-kart”̧tipli qaz sayğacı̧olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı̧tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur.̧İstehlakçının istehlak etdiyi qazın dəyəri tam̧ödənildikdən sonra, qaz paylayıcısı̧tərəfindən yol verilmiş̧səhvə görə düzgün hesablanmamış̧qazın dəyərinin istehlakçı̧tərəfindəņödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi̧“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”̧Azərbaycan Respublikası̧Qanununuņ11-ci̧maddəsinə̧uyğuņolaraq̧həyata̧keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı̧qanunsuz xətti dərhal qazpaylayıcı̧şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları̧aşkar edildikdə qaz paylayıcısı̧bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş̧şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına̧çatmış̧ailə̧üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş̧üzrə icraata başlanılması̧məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir.̧İstehlakçının qazın talanmasında təqsirli olması̧həmin orqanların və ya məhkəmənin qərarı̧ilə müəyyən edildikdə qaz paylayıcısı̧vurulmuş̧zərəriņödənilməsini istehlakçıdan tələb etməlidir.̧İstehlakçı̧tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş̧zərərin hesablanması̧ilə bağlı̧məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı̧hissəsində̧nəzərdə̧tutulmuş̧qazdaņistifadə̧qaydaları̧ilə̧tənzimlənir.

24. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akţ(*̧nömrəli̧əlavə)̧əlavə̧edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya * nömrəli̧əlavələr)̧bağlanılmalıdır. 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq,̧Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.̧İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə̧uyğuņolaraq̧həyata̧keçirilir. Tipi̧təsdiq̧edilməmiş̧sayğaclarıņvə̧digəŗölçmə̧vasitələriniņistismarı̧qadağandır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına̧görə̧cavabdehliyi̧isə̧özləri̧daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış̧qazıņdəyəriniņistehlakçı̧tərəfindəņödənilməsi̧tələb̧edilə̧bilməz. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdaņtələb̧etməlidir. 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5- 1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara̧münasibətdə̧isə̧onlarıņişləmə̧saatı̧nəzərə̧alınmaqla̧hesablanır. 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla̧hesablanır.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi̧dəlillərlə,̧onlarıņverdiyi̧izahatlarla,̧sənədlərlə̧əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı̧və̧onlardaņistifadə̧etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi̧halları̧sübuţetməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir.̧Heç̧biŗsübutuņməhkəmə̧üçüņqаbаqcаdаņmüəyyəņedilmiş̧qüvvəsi̧yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini̧yаlnız̧məhkəmə̧iclаsındа̧tədqiq̧olunmuş̧sübutlаrlа̧əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq̧edilməli̧olduğunu̧və̧iddiаnıņtəmiņolunub-olunmаdığını̧müəyyəņedir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayaņsəbəblərə̧görə̧mümküņolmadığını̧əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə̧bilər,̧iş̧üzrə̧icraata̧xitam̧verə̧və̧yaxuḑərizəni̧baxılmamış̧saxlaya̧bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarınıņqətnamələrindəņkassasiya̧şikayəti̧verilə̧bilər.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına̧riayəţetməsini̧yoxlayır.̧

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq,̧məhkəməniņmaddi̧və̧prosessuaļhüquq̧normalarına̧riayəţetməsini̧yoxlayır.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

29. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndiriləņhissədə̧yoxlanılmalıdır.

30. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə̧aparılmasını̧zəruri̧hesab̧edir.

31. Apellyator Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın təmin edilməmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olduğunu göstərmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının iddianın təmin edilmiş̧mübahisələndiriləņhissəsində̧yoxlanılmasını̧vacib̧hesab̧edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə̧ləğv̧olunması̧üçüņəsaşyoxdur.̧

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəļhüquqi̧qiyməţverməlidirlər.

34. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ##.##.2023-cü il tarixdə Cavabdeh İB X2 İstismarı idarəsinin mütəxəssisləri tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, mənzildə sayğacdan kənar əlavə qaz xətindən istifadə edildiyi aşkar olunmuş və iddiaçının barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında ## #### 2023-cü tarixli, ******* saylı akt tərtib olunmuşdur. Ağsu RQİİ-nin dəymiş ziyanın bərpasına dair tələbnaməsi ilə İddiaçı *************** nömrəli abonent koduna ## #### 2023-cü il tarixli, ******* №-li akta əsasən 55728 m3 –6687,36 manaţməbləğində̧itirilmiş̧qazıņdəyəri̧hesablanaraq̧vurulmuşdur.

35. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyḑediŗki,̧apellyasiya̧şikayətiniņdəlilləri̧əsassızdır.

36. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinə uyğun araşdırmalar aparmış və işdə olan sübutlara hüquqi qiymət verməklə iddianın qismən təmin edilməsi qənaətinə̧gəlmişdir.̧Məhkəmə̧kollegiyası̧həmiņqiymətləndirmə̧ilə̧tam̧razılaşır.

37. Belə ki, məhkəməyə təqdim edilmiş Dəymiş ziyanın bərpasına dair ##.##.2023cü il tarixli tələbnamədən görünür ki, istehlakçı X4 yaşadığı evə sayğacdan kənar qeyriqanuni qaz xətti ləğv edilsin.Qaz işlədicilərindən Kombi maksimal saatlıq qaz sərfi 2.6 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat, müddəti 360 gün, Dəmir Soba maksimal saatlıq qaz sərfi 1.4 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat, müddəti 180 gün, iran sobası maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat, müddəti 180 gün, yer ocağı maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat, müddəti 360 gün, PQ3(stolüstü) maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat, müddəti 360 gün, PQ3 maksimal saatlıq qaz sərfi 0.8 ırvVsaat, orta günlük iş rejimi 24 saat və hesabat 360 müddəti gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 2.6 x 24 x 360 = 22464 m3 1.4x24 x 180 = 6048 m3 1.5 x 24 x 180 = 6480 m3 0.8x24x360 = 6912 m3 0.8x24x360̧=̧6912̧m3̧0.8x24x360̧=̧6912̧m3̧Cəmi:̧55728̧m3̧

38. Göründüyü kimi, cavabdeh təşkilat dəymiş ziyanın ödənilməsi barədə tələbnamə ilə ## #### 2023-cü tarixli, ******* nömrəli akt əsasında itirilmış qazın həcminin 55728 m³ təşkiļetməsi̧və̧həmiņhəcmdə̧qaz̧itkisində̧iddiaçı̧X4̧təqsirli̧olması̧qənaətinə̧gəlmişdir.

39. Cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsi tərəfindəņtəqdim̧etdikləri̧sübutlara̧düzgüņqiyməţverilməməsi̧ilə̧bağlıdır.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş,̧qanuni̧və̧əsaslı̧qətnamə̧qəbuļedilmişdir.

41. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları̧aşkar edildikdə qaz paylayıcısı̧bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş̧şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına̧çatmış̧ailə̧üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş̧üzrə icraata başlanılması̧məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir.̧İstehlakçının qazın talanmasında təqsirli olması̧həmin orqanların və ya məhkəmənin qərarı̧ilə müəyyən edildikdə qaz paylayıcısı̧vurulmuş̧zərəriņödənilməsini̧istehlakçıdaņtələb̧etməlidir.

42. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına sayğaca müdaxilə halı ilə bağlı iddiaçının hər hansı bir məsuliyyətə cəlb edilməsinə dair heç bir sənəd əlavə edilməməklə yanaşı, cavabdeh təşkilat tərəfindən buna dair məhkəmə kollegiyasına da̧həŗhansı̧biŗsübuţtəqdim̧edilməmişdir

43. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsiniņgəldiyi̧nəticə̧ilə̧razılaşır.

44. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmədiyindən, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunuņiddiaçıdaņtutulması̧yoļverilməzdir.

45. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdeh Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə̧kollegiyası qət etdi:

Cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayətinə münasibətdə̧dəyişdirilmədəņsaxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni̧qüvvəyə̧minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar