Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-760/2026 24.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh X2 Mədəniyyət Idarəsinə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxılmasına görə əmək haqqının ödənilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxılmasına görə əmək haqqının ödənilməsi" tələbi, qüvvə) Hakimlər X5 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh X2 Mədəniyyət Idarəsinə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxılmasına görə əmək haqqının ödənilməsi" tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı cavabdeh X2 Mədəniyyət Idarəsinə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxılmasına görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab şəhər Uşaq Incəsənət Məktəbindən işdən azad olunması ilə bağlı əmrin ləğv olunaraq işə bərpa olunması və məcburi əməkhaqqına görə pulun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1983-cü il tarixdən Zərdab şəhər Uşaq Incəsənət məktəbinə müəllim vəzifəsinə işə qəbul olmuşdur. ## ######## 2019-cu il tarixdən isə müəllimliklə yanaşı Zərdab şəhər Uşaq Incəsənət məktəbinə direktor müavini vəzifəsinə təyin olunmuş, eyni zamanda direktor müavini vəzifəsi ilə yanaşı dərs yükü bölgüsünə əsasən məktəbdə tar aləti üzrə müəllim kimi də dərs tədris etmişdir. ## ######## 2025-ci il tarixdə X2 Mədəniyyət Idarəsinin rəisi vəzifəsini icra edən Namiq Tarıverdiyevə müraciət edərək, ## ######## 2025-ci il tarixdən yalnız məktəbin tədris işləri üzrə direktor müavini vəzifəsindən azad edilərək müəllim kimi fəaliyyətinin davam etdirməsinə icazə verilməsini xahiş etmişdir. Buna əsasən ## ######## 2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və tamamilə işdən azad olunmuşdur. Tamamilə işdən azad olunaraq müəllim kimi fəaliyyətinə icazə verilməməsi ilə bağlı, həmçinin cavabdeh orqana çoxsaylı müraciətlər ünvanlamışdır. Müraciətləri həm işə bərpa olunması, həm də məhkəməyə müraciət hüququndan istifadə etməsi üçün əmək kitabçasının əslini və əmrin surətinin ona verilməsi ilə bağlı olmuşdur. Lakin çoxsaylı müraciətlər etsə də, cavabdeh orqan əmək kitabçası və əmrin surətini ona göndərməkdən imtina etmiş və müraciətinə dair şablon cavab verərək əmək kitabçası və əmri əldə etmək üçün regiona gəlməli olduğu bildirilmişdir. O, isə maddi imkanının çətin olması səbəbi ilə əmək kitabçası və əmri təqdim etməsi cavabdehin öhdəliyi olması səbəbi ilə əmək kitabçası və əmri əldə edə bilməmişdir. Barəsində qəbul edilmiş əmr əsassızdır və ləğv olunmalıdır. Belə ki, o, 42 ildir sözü gedən məktəbdə müəllim kimi fəaliyyət göstərmişdir. Cavabdehə işdən azad olma ilə bağlı məktub ünvanlayan zaman yalnız direktor müavini vəzifəsindən azad olunmasını xahiş etmiş, lakin cavabdeh ünvanladığı ərizənin mahiyyətini tam anlamamış və onunla bağlanmış əmək müqaviləsinə əsassız xitam vermişdir.
3. Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Məhəmməd Bağırov) iddiaçı İddiaçı cavabdeh X2 Mədəniyyət Idarəsinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxılmasına görə əmək haqqı, habelə dəymiş mənəvi ziyan və çəkilmiş məhkəmə xərclərinin ödənilməsi" tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinə, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli, *** nömrəli qərarına əsasən “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası”na istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: X2 Mədəniyyət Idarəsi ilə İddiaçı arasında bağlanmış ## ######## 2019-cu il tarixli, ************* saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı X2 Mədəniyyət Idarəsi Zərdab şəhər Uşaq Incəsənət Məktəbinin direktor müavini vəzifəsinə təyin edilmişdir. Zərdab şəhər Uşaq Incəsənət Məktəbinin tədris işləri üzrə direktor müavini İddiaçı tərəfindən X2 Mədəniyyət Idarəsinin rəisi vəzifəsini icra edən Namiq Tarıverdiyevə ünvanlanmış ərizənin surətindən görünür ki, İddiaçı səhhətində yaranmış problemlərlə əlaqədar olaraq ## ######## 2025-ci il tarixindən məktəbin tədris işləri üzrə direktor müavini vəzifəsindən azad edilməsi və həmin məktəbdə müəllim kimi fəaliyyət göstərməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı000206 saylı əmək müqaviləsinə dəyişiklik edilməsinə dair məlumatdan görünür ki, X2 Mədəniyyət Idarəsi Zərdab şəhər Uşaq Incəsənət Məktəbinin direktor müavini vəzifəsində işələyən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. ## ######## 2025-ci il tarixli, *-**-**/*-*-k-**/**** saylı əmrin surətindən görünür ki, X2 Mədəniyyət Idarəsi tərəfindən Zərdab şəhər Uşaq Incəsənət Məktəbinin tədris işləri üzrə direktor müavini İddiaçı ## ######## 2025-ci il tarixdən öz xahişi ilə tutuduğu vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. X2 Mədəniyyət Idarəsi tərəfindən İddiaçı ünvanlanmış ## ###### 2026-cı il və ## ###### 2026-cı il tarixli, *-**-**/*-Ə-**-**/**** saylı məktubdan görünür ki, regional idarənin əməkdaşları tərəfindən İddiaçıla dəfələrlə əlaqə saxlanılmış və idarəyə yaxınlaşaraq əmək kitbaçasını təhvil götürməsi bildirilmişdir. Eyni zamanda regional idarəyə yaxınlaşaraq əmək kitabçasının təhvil götürülməsi ilə bağlı X2 Mədəniyyət Idarəsinin ## ###### 2026-cı il tarixli, 3-24-13/2-Ə-11- **/**** saylı rəsmi məktub göndərilmişdir. Ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ## ##### 2026-cı il tarixli, MŞA/MT***/****-***** saylı arayışdan görünür ki, “əmrin ləğvi, işə bərpa və məbcburi iş buraxmaya görə əmək haqqı” tələbinin mübahisələndirilməsi üzrə ## ##### 2026-cı il tarixdə saat 12:00-da keçirilmiş mediasiya prosesində İddiaçı iştirak etmiş, X2 Mədəniyyət Idarəsinin nümayəndəsi iştirak etməmişdir.
6. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Iddiaçı İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Zərdab şəhər Uşaq Incəsənət məktəbində həm müəllim həmdə direktor müavini vəzifəsində çalışmışdır. Məhkəmənin mövqeyinin isə heç bir hüquqi əsaslandırması yoxdur. Belə ki, məhkəmə cavabdeh orqanın nümayəndəsinin izahatına istinad edərək hesab etmişdir ki, əmək müqaviləsinə xitam məhz onun ərizəsi əsasında həyata keçirildiyindən burada heç bir qanun pozuntusu yoxdur. Lakin məhkəmə iş materiallarına əlavə etdiyi və cavabdeh orqana ünvanladığı əmək müqaviləsinə dəyişiklik olunması barədə ərizəsinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, həmin ərizənin mətnini təhlil edən zaman asanlıqla müəyyən etmək olar ki, onun əsas istəyi işdən azad olunmaq deyil məhz əmək müqaviləsində dəyişiklik olaraq yalnız müəllim olaraq çalışmasının təmin olunmasıdır. Lakin cavabdeh orqan əmək müqaviləsinə dəyişiklik olunması barədə ərizəsinin birinci bəndinə istinad edərək onunla bağlanmış əmək müqaviləsinə tam şəkildə xitam vermişdir. Bununlada cavabdeh orqan ƏM-nin 46.6-cı maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, ƏM-nin 46.6-cı maddəsinə görəƏmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir. Göründüyü kimi cavabdeh qanunvericiliyin tələblərinə riayət etməyərək əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, ona heç bir məlumat vermədən özbaşına şəkildə (birtərəfli qaydada) onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə isə həmin maddi hüquq pozuntusunu müəyyən edə bilməmişdir. Buna əsasən hazırki, apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Ağdaş Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli № *(*-***)-***/**** saylı qətnaməsinin ləğv olunaraq iddia tələbimin təmin olunmasına dair qətnamə qəbul olunmalıdır.
8. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X2 Mədəniyyət Idarəsi və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X4 Xidmətinin X2 Şöbəsi nümayəndələrini məhkəməyə göndərməmişləir.
11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işə götürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü 5 maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsi üçün əsasıdır. 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər. 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda ərizəsində göstərdiyi gün əmək müqaviləsinə xitam verilə bilər. 69.4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam vermək barədə ərizə vermiş və ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyən işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsinə xitam verilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsinə bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla xitam verildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
14. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli, *** nömrəli qərarına əsasən “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası”: 2.1-ci bəndinə əsasən sertifikatlaşdırma Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən həyata keçirilir. 3.2-ci bəndinə əsasən sertifikatlaşdırmanın keçirilməsi yerini, vaxtını və sertifikatlaşdırmanın keçiriləcəyi ixtisasları (fənləri) Nazirlik müəyyən edir və altsistemdə yerləşdirir. Sertifikatlaşdırma təhsilverənlərin tədris apardığı dildə keçirilir. 3.4-cü bəndinə əsasən qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün altsistemdə “Şəxsi kabinet” açılır və kabinetin şifrəsi təhsilverənin əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir. 3.14-cü bəndinə əsasən sertifikatlaşdırmanın test mərhələsində azı 30 (otuz) bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. 3.19-cu bəndinə əsasən sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 (iyirmi) bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər. 3.21-ci bəndinə əsasən sertifikatlaşdırmanın test və müsahibə mərhələsində bu Qaydanın müvafiq olaraq 3.14-cü və 3.19-cu bəndlərində göstərilən minimal balları toplamış təhsilverənlər sertifikatlaşdırmadan keçmiş hesab olunurlar.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
20. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. Iddiaçı İddiaçı Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
24. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı İddiaçı ## ######## 2019-cu il tarixdən X2 Mədəniyyət Idarəsinin Zərdab şəhər Uşaq Incəsənət Məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 Mədəniyyət Idarəsinin *-**-**/*-*-k-**/**** saylı əmrinə əsasən X2 Mədəniyyət Idarəsinin Zərdab şəhər Uşaq Incəsənət Məktəbinin tədris işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ## ######## 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Xitamın səbəbi İddiaçı səhhətində yaranmış problemlərə görə tutduğu vəzifəsindən azad edilməsinə dair özünün ərizəsi olmuşdur. Məhkəmə, qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd etmişdir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Göründüyü kimi iddiaçı tərəfin yazılı razılığı ilə tərəflər arasında olan əmək münasibətlərinə işçinin təşəbbüsü ilə ərizədə göstərilən tarixdə xitam verilmişdir.
25. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddia ərizəsində göstərilən dəlillərini təşkil edirdi və birinci instansiyası məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
28. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
29. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
30. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.