Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1489/2026 28.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh X4 İdarəsinin Bərdə Şəhər X1 adına * nömrəli Uşaq Musiqi Məktəbinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi olmaqla) “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı tarixli, *(*-***)-****/**** saylı qətnaməsindən X5 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ İddiaçı İddiaçı cavabdeh X4 İdarəsinin Bərdə Şəhər X1 adına * nömrəli Uşaq Musiqi Məktəbinə qarşı iddia qaldıraraq, X4 İdarəsinin Bərdə Şəhər X1 adına * nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Xırda Ağayeva tərəfindən barəsində qəbul edilmiş ## ### 2026-cı il tarixli,*** nömrəli əmrin ləğv edilməsi, attestasiyanın nəticələrinin etibarsız hesab edilməsi və işə bərpa olunmağım,məcburi iş buraxmaya görə əmək haqqının hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək X4 İdarəsinin Bərdə Şəhər X1 adına * nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Xırda Ağayeva tərəfindən barəsində qəbul edilmiş ## ### 2026-cı il tarixli, *** nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunmağı, məcburi iş buraxmaya görə əmək haqqının hesablanması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı tarixli, *(*-***)-****/**** saylı qətnaməsi ilə (hakim L.H) iddianın təmin edilməsi, X5 İdarəsi Bərdə rayon * nömrəli Uşaq Musiqi Məktəbinin ##.##.2026-cı il tarixli, *** nömrəli əmri ləğv edilməsi, iddiaçı İddiaçı X5 İdarəsi Bərdə rayon * nömrəli Uşaq Musiqi Məktəbinə “xalq çalğı alətləri” bölməsində “müəllim” vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh X5 İdarəsi Bərdə rayon * nömrəli Uşaq Musiqi Məktəbindən tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan X5 İdarəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tamamilə rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyünü iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, iddiaçı İddiaçı cavabdeh X4 İdarəsinin Bərdə Şəhər X1 adına * nömrəli Uşaq Musiqi Məktəbinə qarşı iddia tələbi ilə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı tarixli, *(*-***)-****/**** saylı üçüncü şəxsin cəlb edilməsi haqqında qərardaddan görünür ki, iş üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Lakin apellyasiya şikayəti iş üzrə tərəf olmayan X5 İdarəsi tərəfindən verilmişdir. Onun maraqlarına hansı hissədə toxunması ilə bağlı isə birinci instansiya məhkəməsi tərəfindən hər hansı qərardad qəbul edilməmişdir. Azərbaycan Respublikası MPM: 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; Göründüyü kimi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (MPM) əsasən, əgər apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, bu, şikayətin icraata qəbul edilməməsi və ya geri qaytarılması üçün əsas yaradır. Hazırkı halda X5 İdarəsi tərəf olmamış, onun hüquq və vəzifələrinə toxunan hallar birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 366.1 və 366.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 69, 73-74, 361, 363, 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı tarixli, *(*-***)-****/**** saylı qətnaməsindən X5 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə Bərdə Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-7)-1489/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1489/2026
28.09.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver