Məhkəmə qərarları › İş №e-2(3-10)-839/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-839/2026

24.09.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-839/2026 24.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “xxxx” X3rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbi, qüvvə) Hakimlər X8 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” X3rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh Şəki RMX X3rşı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə, işə bərpa olunmağına dair ##.##.2024-cü il tarixli, **-*-**/*-*-***/**** saylı əmrinin icrası üzrə, əmr verildikdən sonra, həmin işinin dayandırılması barədə verdiyi ##.##.2024-cü il tarixli əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün, əmək haqqının qanunvericiliyə uyğun şəkildə ödənilməklə işə bərpa olunmağına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə onun TƏBIB PHŞ-nin “Şəki RMX” PHŞ-nə qarşı “işdən azad olunmağı haqda verilmiş ##.##.2022-ci il tarixli, **** saylı əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsilə, işə bərpa olunma”-ya dair qaldırdığı iddianın qismən təmin edilməsi, cavabdeh Şəki RMX PHŞ-in ##.##.2022-ci il tarixli, **** saylı əmrinin, ona aid işdən azad olunma hissəsində ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməklə, Şəki RMX PHŞ-nin Hemodializ şöbəsinə 0,5 ştatla Həkim-Nefroloq vəzifəsinə bərpa edilməyi hissəsində təmin edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi (hakim: E.Mehdiyev) ##.##.2024-cü il tarixdə, iş üzrə *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra vərəqəsi tərtib etmiş və bu əsasda Şəki RIPŞ e- ******/****-**-** saylı Qərar qəbul etmişdir. Şəki RMX PHŞ Qərarı mübahisələndirməklə vaxtı gecikdirmiş və nəhayətində, onun Şəki RMX PHŞ-nin Hemodializ şöbəsinə 0,5 ştatla Həkim- Nefroloq vəzifəsinə bərpa edilməyinə dair, ##.##.2024-cü il tarixli, **-*-**/*-*-***/**** saylı əmr verilmişdir. Əmrinin verilməsindən, 1 ay 6 gün sonra, yəni ##.##.2024-cü il tarixdə, Şəki RMX PHŞ onun həkimnefroloq vəzifəsində işləməyini ##.##.2024-cü il tarixdən dayandırmışdır. Şəki RMX PHŞnin, Hemodializ şöbəsinə 0,5 ştatla Həkim-Nefroloq vəzifəsinə bərpa edilməyinə dair, ##.##.2024-cü il tarixli, **-*-**/*-*-***/**** saylı və həmin vəzifədə işləməyinin ##.##.2024-cü il tarixdən dayandırlması haqqında əmrləri qanunsuz, əsassız və qərəzli hesab edir. Belə ki, sertifiksiyadan keçməməyini əsas göstərməklə onun, həkim-nefroloq vəzifəsinin icrasını yerinə yetirməyinin mümkünsüzlüyü qənaətinə gələn Şəki RMX PHŞ-nin rəhbərliyi, məhkəmənin qanuni qüvvəsini almış qərarının yerinə yetirilməsi üçün, onu sertifikasiyadan keçdiyi və yaxud sertifikasiyasız mümkün (məsələn acil şöbəsi) bölməyə bərpa edə bilərdi. Axı, Əmək Məcəlləsinin 74-cü maddəsinin II hissəsi ilə; -“Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71- ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər”. Bundan başqa, iddiaçı qeyd etmişdir ki, onun işə bərpa olunmağına dair verilmiş əmrin özü belə, qanunların tələblərinin pozulması ilə verilmişdir. Belə ki, qeyd edilən əmrin verilməsinə əsas, onunla bağlanmış əmək müqaviləsinə əlavələr edilməsi və yaxud ayrıca əmək müqaviləsi bağlanmalı olduğu halda, bu baş verməmişdir. Halbuki, Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı bəndi ilə; - “Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər”. Həmin Məcəllənin 68-ci maddəsi ilə; -“Əmək müqaviləsinin xitam verilməsinin əsasları kimi - tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması (həmin maddənin «b» bəndi), əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar sadalanmışdır”. Həmin Məcəllənin 76-cı maddəsi ilə; -“Əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmaqla xitam verilə bilər”. Həmin Məcəllənin 83-cü maddəsinin İ hissəsi ilə; -“Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir”. Həmin Məcəllənin 84-cü maddəsinin İ hissəsi ilə; -“Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər”. Həmin Məcəllənin 288-ci maddəsinin “h” bəndi ilə; -“Fərdi əmək mübahiələrinin həlli zamanı həmçinin işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi məsələləri nizama salınır”. Həmin Məcəllənin 290.2-ci maddəsi ilə; -“Işə işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir”. Həmin Məcəllənin 300.1-ci maddəsi ilə; -“Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin II hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. (Qeyd: «dəymiş zərərin məbləği» dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir)”. Həmin Məcəllənin 310-cu maddəsi ilə; - “Istər işçilər, istər işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar”. Qeyd olunan maddələrdən göründüyü kimi, cavabdeh Şəki RMX PHŞ-nin rəhbərinin qanunsuz hərəkətlərinə son qoymaq üçün, məhkəmə tərəfindən lazımı tədbir görülməlidir. Göründüyü kimi işəgötürən Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalara əməl etmədən, işinə bərpaya dair əmr vermiş, sonra həmin işini dayandırmış və məhkəmənin qanuni qüvvəyə minmiş Qərarının tələblərini yerinə yetirməmişdir. Beləliklə Şəki RMX PHŞ-nin, onun məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə, işə bərpa olunduğuna dair ##.##.2024-cü il tarixli, 18-1- **/*-*-***/**** saylı və həmin 0,5 oklad işinin dayandırılmasına dair, ##.##.2024-cü il tarixli əmrləri qanunsuz hesab edilməsilə ləğv edilməli və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, sertifikasiyasına uyğun və ya sertifikasiya tələb olunmayan vakant işə bərpa olunmalıdır. Eyni iddia mediasiya prossesi ilə bağlı, ##.##.2026-cı il tarixində baxılmamış saxlanılmışdır.

3. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Azər Mövlayev) iddiaçı İddiaçı cavabdeh “xxxx” X3rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67, 68.2, 70, 71 296-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1, 375.2 və 377.1-ci maddələrinə, “Əhalinin sağlamlığlının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 49.1-ci maddəsinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli *(***)****/**** saylı qətnaməsinə əsasən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin ## ### 2023- cü il tarixli e-*(***)-***/**** saylı qətnaməsi ləğv edilmiş, iddiaçı İddiaçı cavabdeh xxxx publik hüquqi şəxsə qarşı işdən çıxma əmri və işə bərpaya dair iddiası qismən təmin edilmiş, cavabdeh Cavabdehn ## ######## 2022-ci il tarixli **** saylı əmri iddiaçı İddiaçı işdən azad olunması hissəsində ləğv edilmiş, iddiaçı İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdehn hemodializ şöbəsində 0,5 ştatla həkim nefroloq vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Cavabdeh ## ### 2024-cü il tarixli, 18- *-**/*-*-***/**** nömrəli əmrinə əsasən Cavabdehn cərrahiyyə şöbəsinin həkim- uroloqu İddiaçı 0,5 ştat vahidi əvəzçilkdən azad edilməsi haqqında ##.##.2022-ci il tarixli **** nömrəli əmrin ləğv edilmiş, İddiaçı ##.##.2024-cü il tarixdən Cavabdehn hemodializ şöbəsinə əvəz etdiyi vakant həkim-nefroloq vəzifəsinə bərpa edilmiş, İddiaçı ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan dövrdə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli olduğu qeyd edilmişdir. Cavabdehn Insan resursları şöbəsinin ## #### 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 4 bəndinə əsasən sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibbi və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Odur ki, həkim-uroloq X1 müvəqqəti əvəzçilik üzrə həvələ edilmiş hemodializ şöbəsində 0,5 ştat vahidi həkim-nefroloq vəzifəsində sertifikasiyadan keçmədən fəaliyyət göstərməsi, ixtisasının uyğun gəlməməsi qanuna zid olduğundan dayandırılmasını məqsədə müvafiq hesab edilir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AH №****** saylı sertifikasiya şəhadətnaməsindən görünür ki, İddiaçı ## ###### 2021-ci il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikası ərazisində urologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. “xxxx” X3 ## #### 2024-cü il tarixli, 18- 1-71/3-1-1173/2024 əmrində İddiaçı cərrahiyyə şöbəsində 1,0 ştat vahidi həkim-uroloq, hemodializ şöbəsində 0,5 ştat vahidi həkim-nefroloq, sertifikasiya ixtisası hemodializ şöbəsində əvəzçilik üzrə işlədiyi 0,5 ştat vahidi həkim-nefroloq vəzifəsinə uyğun olmadığı üçün əvəzçilik üzrə işlədiyi 0,5 ştat vahidi nəkim-nefraloq vəzifəsinin icrası ##.##.2024-cü il tarixdən dayandırılması göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ######## 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, həkim-uroloq vəzifəsçi“urologiya” ixtisası üzrə, həkim-nefroloq vəzifəsi isə “nefrologiya” ixtisası üzrə təhsil almış şəxslər tərəfindən tutula bilər. Cavabdehn ## ####### 2025-ci il tarixli, 18- 1-71/2—****/**** nömrəli məktubundan görünür ki, “xxxx” X3 Cərrahiyyə şöbəsində həkim-uroloq vəzifəsində işləyən X2 həkim çatışmamazlığını nəzərə alaraq həmin şöbədən 0,5 ştat vahidi əvəzçilik üzrə həkim-uroloq işinin verilməsinə icazə verilməsi xahiş edilmiş, lakin X9 Idarəetmə Birliyi” Publim Hüquqi şəxsin ##.##.2025-ci il tarixl məktubunda əvəzçilik üzrə əmək müqaviləsinin bağlanılması məqsədə müvafiq hesab edilməmişdir. Cavabdehn ## #### 2026-cı il tarixli, 18-1- **/*-*-***/**** nömrəli Əmrinən görünür ki, Cərrahiyyə şöbəsinin aşağıda qeyd olunan həkimləri əmək müqaviləsi üzrə öhdəlikləri icra etmədiyi üçün yol verilmiş nöqsanlara görə onlara yazılı xəbərdarlıq edilmişdir. Siyahıda həkimuroloq İddiaçı adı qeyd edilmişdir.

6. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Iddiaçı İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iş üzrə iddiaçı öz əmək hüquqlarının pozulması barədə, ##.##.2025-ci il tarixində, Şəki Icra və Probasiya şöbəsində, hazırkı işin başlanğıcı olan, işə bərpa ilə bağlı əvvəlki məhkəmə işinin (iş №*(107)- 1035/2023, ##.##.2023) yekunlaşdırılması anında xəbər tutmuş və bundan sonra ##.##.2025-ci il tarixində məhkəməyə müraciət etmiş, lakin məhkəmə mediasiya protokolunun yenilənməsi tələbi ilə, işi baxılmamış saxlamış və mediasiya prosessinin yekunlaşmasından sonra iddiaçı, yəni ##.##.2026-cı il tarixində təkrar müraciət etmişdir. Işə bərpa ilə bağlı əvvəlki (iş №*(107)- 1035/2023, ##.##.2023) məhkəmə işinin icrasının başa çatmadığı halda, II işdən çıxarılma əmrinin mübahisələndirilməsi, posessual qanunvericiliyin tələbləri ilə, ziddiyətli Qərarların qəbul edilməsinə səbəb ola bilərdi. Çünki, əvvəlki əmrin icra şöbəsi üzrə icrası təmin edilmədiyi halda, əmək fəaliyyətinin hüquqi statusu müəyyənləşdirilə bilməzdi. Əlavə olaraq, işdən çıxarılma haqqında 2-ci əmr verildikdən sonra, qanunvericiliyin tələblərinə uyğun, işçinin son haqq-hesabının ödənilməməsi də hüquqi qeyrimüəyyənlik yaradır. Iş üzrə məhkəmə, işəgötürənin iş üzrə iddiaçını AzR Əmək məcəlləsinin 67-ci maddəsi ilə işdən azad edib-etməməsinin mümkünlüyünü araşdırmamış və cavabdehin qeyd edilən qanunvericiliyin tələblərini pozaraq, məcəllənin 67.1-ci maddəsinə istinadla işçinin əmək fəaliyyətini dayandırmasına düzgün hüquqi qiymət verməmişdir. Iş üzrə əvvəlki məhkəmə prosessinin nəticəsi olaraq, iş üzrə iddiaçının işə bərpa olunduqdan sonra, göstərilən qanunvericiliyin tələbləri ilə, 6 ay müddətində işdən azad edilə bilməzdi. Belə ki, işəgötürən işçiyə sertifikasiyanın təmin edilməsi üçün 6 ay vaxt verməli idi ki, bunu etməmiş və bu fakt məhkəmə tərəfindən düzgün hüquqi qiymətini almamışdır. Iş üzrə iddiaçı tərəfindən məhkəməyə ##.##.2026- cı il tarixində müraciət edilmişdir. Belə ki, göstərilən qanunvericiliyin tələbləri ilə, iddiaçının işə bərpa ilə bağlı əvvəlki məhkəmə işinin icrası üzrə, icraat ##.##.2026-cı il tarixində başa çatmış və ##.##.2026-cı il tarixində müraciət etməsi ilə, iddiaçı heç bir müddəti ötürməmişdir. Lakin məhkəmə Qətnaməsində, iddiaçının iş üzrə müraciətinin ##.##.2026-cı il tarixi qeyd edilmişdir ki, bu tarixi qeyd etməklə məhkəmə səhv nəticəyə gəlmişdir. Iş üzrə Məhkəmə, təqdim edilmiş sübutlara hərtərəfli baxmadan, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət vermədənQətnamə qəbul etmiş və bu Qətnamə iddiaçının ən azından 20000 (iyirmi min) manat zərərə düşməsinə səbəb olmuşdur. Qətnamədə qeyd edilir ki, ; -“Şəki RMX” PHŞin ##.##.2026-cı il tarixli, 18-1-71/3-1- ***/**** nömrəli əmrindən görünür ki, Cərrahiyyə şöbəsinin aşağıda qeyd olunan həkimləri əmək müqaviləsi üzrə öhdəlikləri icra etmədiyi üçün yol verilmiş nöqsanlara görə onlara yazılı xəbərdarlıq edilmişdir. Siyahıda həkim-uroloq İddiaçı adı da qeyd edilmişdir” Halbuki, işə əlavə edilmiş sənədlərdə belə bir əmr yoxdur və iş üzrə iddiaçıya rəsmi şəkildə heç vaxt belə bir xəbərdarlıq edilməmişdir. şə əlavə edilmiş sənədlərdə, ##.##.2026-cı il tarixli **-*-**/*-*-****/**** saylı töhmət əmri yerləşdirilmişdir ki, bu əmr, iddiaçıya məhkəmə çəkişmələrindən geri durması üçün təyziq vasitəsi olaraq qəbul edilmiş aktdır və məhkəmə işin bu halına prosessual qanunvriciliyin tələbləri ilə, hüquqi qiymət verməmişdir. Məhkəmə apaşdırılmaları, işdə mövcud olmayan sənədlə əsaslandırılmışdır.

8. Ona görə də, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh “xxxx” X3 nümayəndəsini məhkəməyə göndərməmişdir.

11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyası: 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

14. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 3-cü maddəsinin 8-ci bəndinə əsasən iş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. 68.2-ci maddəsinin a bəndinə əsasən, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. 70-ci maddəyə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; 71-ci maddəsinin 3-cü bəndinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 67.1-ci maddəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 67-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. 67-1.4-cü maddəsinə görə sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. 67-1.5-ci maddəsinə əsasən sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

16. “Əhalinin sağlamlığlının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu: 49-1-ci maddəsinə əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il # #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibbi və əczaçılıq fəaliyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” Qaydaları (## ###### 2025-ci il tarixədək qüvvədə ola): 2011-ci ilin yanvar ayından başlayaraq Azərbaycan Respublikasında ali və orta səhiyyə mütəxəssisləri beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

23. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

24. Iddiaçı İddiaçı Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

27. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə iddiaçının sertifikasiyadan keçməməsi səbəbindən xitam vermişdir. Iddiaçı məhkəmə araşdırması zamanı verdiyi izahatda bildirmişdir ki, iddiaçının işdən azad edilməsi barədə əmri qanunsuz və əsassızdır. Istinad olunan hala münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının iddiaçının işdən azad edilməsi barədə əmri qanuna uyğun şəkildə qəbul edilmişdir. Belə ki, iddiaçının Sertifikasiya ixtisası Hemodializ şöbəsində əvəzçilik üzrə işlədiyi 0,5 ştat vahidi həkim-nefroloq vəzifəsinə uyğun olmadığı üçün əvəzçilik üzrə işlədiyi 0.5 ştat vahidi həkimnefroloq vəzifəsinin icrası ##.##.2024-cü il tarixdən dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il # #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibbi və əczaçılıq fəaliyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” Qaydaları: 2011-ci ilin yanvar ayından başlayaraq Azərbaycan Respublikasında ali və orta səhiyyə mütəxəssisləri beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə iddiaçının əmək münasibətlərinə tam xitam verilməmiş, yalnız müəssisə daxili ehtiyac nəzərə alınaraq ##.##.2022-ci il tarixli **** nömrəli əmrlə ona Hemodializ şöbəsində müvəqqəti olaraq 0.5 ştat vahidi üzrə həkim-nefroloq vəzifəsinin əvəz edilməsi həvalə edilmişdir. Lakin sonradan müəyyən edilmişdir ki, iddiaçının nefroloq ixtisası üzrə qüvvədə olan sertifıkasiyası mövcud deyildir. Bununla əlaqədar olaraq, ona müvəqqəti həvalə olunmuş həmin əlavə vəzifənin icrası barədə verilmiş əmr qanunvericiliyin tələblərinə uyğun şəkildə ləğv edilmişdir. Belə ki, “Əhalinin sağlamlığının qorunması məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının ## ####### 2009-cu il tarixli ***-*IIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2009-cu il tarixli *** nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2010- cu il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifıkasiyası Qaydasına” əsasən praktik tibb fəaliyyəti ilə məşğul olan şəxslər yalnız malik olduqları ixtisas və sertifıkasiya üzrə fəaliyyət göstərə bilərlər. Qanunvericiliyin qeyd olunan tələblərinə əsasən, həkimin müvafiq ixtisas üzrə sertifıkasiyası olmadan həmin ixtisas üzrə tibbi fəaliyyət göstərməsi yolverilməzdir. Iddiaçının nefroloq üzrə sertifikatı olmadığından onun Hemodializ şöbəsində həkim-nefroloq vəzifəsinin icrasına davam etməsi hüquqi baxımdan mümkün olmamışdır. Bu səbəbdən cavabdeh tərəfindən verilmiş əmr tam qanuni və əsaslı olmuşdur. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin vəsatətinə münasibətdə qeyd edir ki, hazırkı iddia tələbi iddia müddəti ötürülməklə verilmişdir. Belə ki, iddiaçının həkinm nefroloq vəzifəsində işlməsinin dayandırılması barədə əmr ##.##.2024–cü il il tarixdə verilməsinə və məlumatlı olmasına baxmayaraq, iddiaçı ## ##### 2026-cı il tarixdə məhkəməyə müraciət etmişdir. Iddiaçı iddia müddətləri üzrə xətanın olmaması əsası ilə müddətin bərpa edilməsini xahiş etmişdir. Iddiaçı iddia müddətləri üzrə xətanın olmamasını onunla əsaslandırmışdır ki, iddiaçı bu dövr ərzində cavabdehə qarşı müxtəlif məhkəmə prossesləriində iştirak edərək öz haqqını tələb etmişdir. Məhkəmə iddiaçının göstərdiyi səbəbləri iddia müddətinin bərpa edilməsi üçün kifayət hesab etmir. Belə ki, gecikmənin səbəbi olaraq müxtəlif vaxtlarda cavabdehə qarşı məhkəmə və icra proseslərində iştirak etməsini əsas kimi göstərmişdir. Məhkəmə iddiaçının bu əsaslandırmasını da məqbul hesab etməyərək belə qənaətə gəlir ki, iddiaçı ##.##.2024-ü il tarixli əmr verildikdən sonra mediasiyaya müraciət etməklə məhkəməyə iddia verməli olduğu halda bunu etməmişdir. Məhkəmə hesab edib ki, əmək mübahisəsində iddia müddətinin tətbiqi barədə ərizə verilibsə və iddia müddəti üzürsüz səbəbdən ötürülübsə işə baxan məhkəmə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsi əsası ilə iddia tələbini təmin etməməlidir. Çünki əmək münasibətlərini tənzimləyən normalar bir çox hallarda imperativ xarakterli olduğu halda, mülki münasibətləri tənzimləyən normalar daha çox dispozitiv xarakteri ilə fərqlənir. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyəttabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır. Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri isə əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir. (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ####### 2023-cü il tarixli qərarı). Iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin ötürülməsi aşkardır Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən rədd edilməlidir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. 29 Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, işə mahiyyəti üzrə baxan birinci instansiyası məhkəməsi iddiaçının əmək mübahisəsi ilə əlaqədar qanunvericiliyin tələblərinin pozulmamasını müəyyən etməklə yanaşı, iddianı həm də iddia müddətinin keçməsi əsası ilə təmin etməmişdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın hər iki əsasla, o cümlədən iddia müddətinin ötməsi müəyyən edildiyindən, iddiaçının iddia müddətini ötürməsi əsası ilə rədd edilməsi düzgün olmuşdur. Nəzərə alınsa ki, cavabdeh də müddətin tətbiqi barədə ərizə verib, belə olan halda, həm Əmək Məcəlləsinin 296-cı, həm də Mülki Məcəllənin 375.2-ci maddələrinin tələbləri baxımından iddianın təmin edilməsi istisna edilir.

31. Məhkəmə kollegiyası iddia müddətinin ötürülməməsi barədə iddiaçının dəlilləri ilə bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsinə görə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

32. Göründüyü kimi, qanunvericilik fərdi əmək mübahisəsinin həll edilməsi üçün 1 aylıq iddia müddəti müəyyən etmiş, eyni zamanda həmin müddətin üzrlü səbəblərdən ötürülməsi halında onun bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur.

33. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il Qərarında hüquqi mövqe belə olmuşdur ki, “məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir”.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il Qərarında əks edilən hüquqi mövqe baxımından ötürülmüş müddətin bərpasına dair ərizəni iddiaçı (işçi) verməlidir. Iddiaçının belə bir ərizənin verilməsi iş materiallarında mövcuddur. Lakin kollegiya hesab edir ki, ərizədə göstərilənlər buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz. 35 Belə ki, iddiaçı iddia müddətinin üzrlü səbəbdən ötürülməsini onun öz əmək hüquqlarının pozulması barədə ##.##.2025-ci il tarixidə Şəki Icra və Probasiya şöbəsində hazırkı işin başlanğıcı olan işə bərpa ilə bağlı əvvəlki məhkəmə işinin (iş №*(107)-1035/2023, ##.##.2023) yekunlaşdırılması anında xəbər alması ilə əlaqələndirmişdir. Bu hal isə Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində göstərilən hallara uyğunluq təşkil etmir və buraxılmış müddətin bərpa edilməsi üçün üzrlü hesab edilə bilməz.

36. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddia ərizəsində göstərilən dəlillərini təşkil edirdi və birinci instansiyası məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

37. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

38. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar