Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-810/2026 25.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “nikahın pozulması və s.” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iş üzrə icraat dayandırılıb, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “nikahın pozulması və s.” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “nikahın pozulması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Cavabdeh ilə aralarında olan ## #### 2019-cu il tarixdə bağlanmış nikahlarının pozulmasını, ## #### 2016-cı il təvəllüdlü X2 və ## #### 2019-cu il təvəllüdlü X1 onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair mülki iş üzrə ## #### 2016-cı il təvəllüdlü X2 və ## #### 2019-cu il təvəllüdlü X1 valideynlərdən hansının himayəsinə verilməsinin əsaslılığı və uşaqların mənafeyinə uyğunluğu haqqında valideynlərin həyat şəraitlərinin müayinəsinə dair aktlar tərtib edilməklə, məhkəməyə müvafiq rəyin verilməsinin Ucar Rayon Icra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanına tapşırılması, qərardadın mülki işlə birlikdə rəy verilməsi üçün Ucar Rayon Icra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanına göndərilməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 255.0.7-ci maddəsinə əsasən rəy alınanadək işin icraatının dayandırılması qərara alınmışdır. Ucar Rayon Məhkəməsinin hazırkı mülki iş üzrə ## #### 2026-cı il tarixli, e-2(5-164)- ***/**** nömrəli qərardadından cavabdeh “Elektron məhkəmə” informasiya sitemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verib Ucar Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*)-***-***/**** saylı qərardadının ləğv edilməsini və tərəflər arasında eyni predmet və eyni əsaslar üzrə Sabunçu Rayon Məhkəməsinin icraatında e-2(5)-101- ****/**** nömrəli mülki işin mövcudluğu nəzərə alınaraq, Ucar Rayon Məhkəməsinin icraatında olan *(*)-***- ***/**** nömrəli mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq xitam verilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq hesab etmişdir ki, tərəflərin birgə nikahından ## #### 2016-cı il təvəllüdlü X2 və ## #### 2019-cu il təvəllüdlü X1 valideynlərdən hansının himayəsinə verilməsinin əsaslılığı və uşaqların mənafeyinə uyğunluğu haqqında valideynlərin həyat şəraitlərinin müayinəsinə dair aktlar tərtib edilməklə, məhkəməyə müvafiq rəyin verilməsi Ucar Rayon Icra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanına həvalə edilməli və rəy alınanadək iş üzrə icraat dayandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in: 255.0.7-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik orqanının iş üzrə rəy verməsi tələb olunduqda məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. 256.0.2-ci maddəsinə əsasən iş üzə icraat bu Məcəllənin 254.1.3- cü və 255-ci maddələri ilə nəzərdə tutulmuş hallarda tərəfin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, digər qoşunların və qoşun birləşmələrinin tərkibində olub dövlət vəzifəsini yerinə yetirməsi qurtaranadək, qulluq ezamiyyətindən qayıdanadək, tərəfin müalicə müəssisəsindən buraxılmasınadək, cavabdehin axtarışının nəticələri məlum olanadək, ekspertin rəyi və ya qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə təqdim edilənədək, məhkəmə tapşırıgına cavab alınanadək dayandırılır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-10)-810/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-810/2026
25.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver