Məhkəmə qərarları › İş №2(3-10)-88/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-88/2026

18.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(3-10)-88/2026 18.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDX DƏDKR PHŞ 16 saylı Ucar Ərazi idarəsinə, Cavabdeh1nə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X41, X28 və X20 qarşı “vərəsəliyin qəbulu müddətinin uzadılması və sair" tələbinə dair mülki iş üzrə (Açar sözlər: “vərəsəliyin qəbulu müddətinin uzadılması və sair" tələbi, qüvvə) X18 (sədrlik edən və məruzəçi), Musayev Taleh Valeh oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDX DƏDKR PHŞ 16 saylı Ucar Ərazi idarəsinə, Cavabdeh1nə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X41, X28 və X20 qarşı “vərəsəliyin qəbulu müddətinin uzadılması və sair" tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2(063)- 969/2025 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X51 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDX DƏDKR PHŞ 16 saylı Ucar Ərazi idarəsinə, Cavabdeh1nə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X41, X28 və X20 qarşı “vərəsəliyin qəbulu müddətinin uzadılması və sair" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 iyun 2004-cü il tarixdə 2V-26 reyestr nömrəsi ilə qeydə alınmış 17 saylı vərəsəlik işi üzrə Ucar rayon dövlət notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 25 may 2004-cü il tarixli, 1276 saylı daşınmaz əmlakın reyestrindən çıxarışın Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinin ½ (ikidə bir hissədə) X21 adına qeydə alınması hissəsində etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv olunması, Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə dair vərəsəliyinin qəbulu müddətinin uzadılması, Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən miras əmlakın ½ (ikidə bir hissədə) onun payının müəyyən olunması, onun 10 fevral 2003- cü il tarixdə vəfat etmiş mərhum atası X15 vərəsəsi kimi tanınması, məhkəmə araşdırması zamanı Ucar rayon dövlət notariat ofisinin notariusu Elman Cəlalovun əməllərində cinayətlərin əlamətləri aşkara çıxarsa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən bu barədə xüsusi qərardad qəbul edilərək araşdırılması üçün aidiyyəti prokurorluq orqanına göndərilməsi, Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1 üzərinə qoyulması barədə obyektiv, ədalətli və qərəzsiz qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbin həcminin artırılması və ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 36.1, 36.2, 157.1, 337.1, 337.3, 1268.2-ci maddələrini rəhbər tutmaqla 01 iyun 2004-cü il tarixdə 2V-26 reyestr nömrəsi ilə qeydə alınmış 17 saylı vərəsəlik işi üzrə Ucar rayon dövlət notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 25 may 2004-cü il tarixli, 1276 saylı daşınmaz əmlakın reyestrindən çıxarışın Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinin ½ (ikidə bir hissədə) X21 adına qeydə alınması hissəsində etibarsız hesab edilməsi və onlardan irəli gələn bütün hüquqi nəticələrin ləğv olunması, 01 iyun 2004-cü il tarixdə 2V-26 reyestr nömrəsi ilə qeydə alınmış 17 saylı vərəsəlik işi üzrə Ucar rayon dövlət notariat kontorunun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsindən irəli gələn hüquqi nəticənin-10 sentyabr 2020-ci il tarixdə 2V-96 reyestr nömrəsi ilə qeydə alınmış 95 saylı vərəsəlik işi üzrə X28 və X41 Ucar rayon dövlət notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə dair vərəsəliyin qəbulu müddətinin iddiaçıya münasibətdə uzadılması, Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən miras əmlakın ½ (ikidə bir) hissəsi üzərində iddiaçının payının müəyyən olunması, iddiaçının 10 fevral 2003-cü il tarixdə vəfat etmiş mərhum atası X15 vərəsəsi kimi qanun üzrə İ (birinci) növbəli tanınması, məhkəmə araşdırması zamanı Ucar rayon dövlət notariat ofisinin notariusu Elman Cəlalovun əməllərində cinayətlərin əlamətləri aşkara çıxarsa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən bu barədə xüsusi qərardad qəbul edilərək araşdırılması üçün aidiyyəti prokurorluq orqanına göndərilməsi, Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə dair iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1 üzərinə qoyulması barədə obyektiv, ədalətli və qərəzsiz qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbin həcminin artırılması və ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X15 ünvan 1 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinin ona məxsus ½ (ikidə bir) hissəsinə dair X9 verdiyi 07 fevral 2003- cü il tarixli, 2V-16 nömrəli reyestrdə qeydiyyata alınmış vəsiyyətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 36.1, 36.2, 157.1, 337.1, 337.3, 1268.2-ci maddələrini rəhbər tutmaqla 01 iyun 2004-cü il tarixdə 2V-26 reyestr nömrəsi ilə qeydə alınmış 17 saylı vərəsəlik işi üzrə Ucar rayon dövlət notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 25 may 2004-cü il tarixli, 1276 saylı daşınmaz əmlakın reyestrindən çıxarışın Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinin ½ (ikidə bir) hissədə X21 adına qeydə alınması hissəsində etibarsız hesab edilməsi və onlardan irəli gələn bütün hüquqi nəticələrin ləğv olunması, 01 iyun 2004-cü il tarixdə 2V- 26 reyestr nömrəsi ilə qeydə alınmış 17 saylı vərəsəlik işi üzrə Ucar rayon dövlət notariat kontorunun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsindən irəli gələn hüquqi nəticənin-10 sentyabr 2020-ci il tarixdə 2V-96 reyestr nömrəsi ilə qeydə alınmış 95 saylı vərəsəlik işi üzrə X28 və X41 Ucar rayon dövlət notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə dair vərəsəliyin qəbulu müddətinin iddiaçıya münasibətdə uzadılması, Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən miras əmlakın ½ (ikidə bir) hissəsi üzərində iddiaçının payının müəyyən olunması, iddiaçının 10 fevral 2003-cü il tarixdə vəfat etmiş mərhum atası X15 vərəsəsi kimi tanınması, məhkəmə araşdırması zamanı Ucar rayon dövlət notariat ofisinin notariusu Elman Cəlalovun əməllərində cinayətlərin əlamətləri aşkara çıxarsa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən bu barədə xüsusi qərardad qəbul edilərək araşdırılması üçün aidiyyəti prokurorluq orqanına göndərilməsi, Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə dair iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1 üzərinə qoyulması barədə obyektiv, ədalətli və qərəzsiz qətnamə qəbul edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(063)-400/2021 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1nə və qeyrilərinə qarşı vərəsəliyin qəbulu müddətinin uzadılması və s. tələbi barədə iddiası təmin edilməmişdir. İş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(107)- 1942/2021 nömrəli qətnaməsinə əsasən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Ucar Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(063)-400/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(107)-1942/2021 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(102)- 1977/2022 nömrəli qərarına əsasən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1942/2021 nömrəli iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 aprel 2025-ci il tarixli, 13(102)-1/2025 nömrəli qərardadı ilə İddiaçı ərizəsi qismən təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2022-ci il 15 mart tarixli 2(102)- 1977/2022 nömrəli qərarı, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2021-ci il 16 noyabr tarixli 2(107)-1942/2021 nömrəli qətnaməsi, Ucar Rayon Məhkəməsinin 2021-ci il 29 iyun tarixli 2(063)-400/2021 nömrəli qətnaməsi qismən - 2004-cü il 1 iyun tarixdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 2004-cü il 25 may tarixli 1276 nömrəli daşınmaz əmlakın reyestrindən çıxarışın Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinin ikidə bir hissədə X21 adına qeydə alınması hissəsində etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv olunması, Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə dair vərəsəliyin qəbulu müddətinin iddiaçıya münasibətdə uzadılması, miras əmlakın ikidə bir hissəsi üzərində iddiaçının payının müəyyən olunması, iddiaçının 2003- cü il 10 fevral tarixdə vəfat etmiş atası X15 vərəsəsi kimi tanınması, Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə dair iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ucar rayon dövlət notariat kontorunun üzərinə qoyulmasına dair iddia tələblərinin rədd edildiyi hissədə ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ucar Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli 2(063)-969/2025 nömrəli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1nə və qeyrilərinə qarşı vərəsəliyin qəbulu müddətinin uzadılması və sair tələbləri barədə iddia ərizəsinə dair mülki iş üzrə hakim X34 özüözünə etdiyi etirazı mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 20 avqust 2025-ci il tarixli, 2(107)-922/2025 nömrəli qərardadına İddiaçı cavabdehlər Cavabdeh1nə və qeyrilərinə qarşı “vərəsəliyin qəbulu müddətinin uzadılması və sair tələblərinə” dair mülki iş üzrə hakim X34 özü-özünə etdiyi etirazın təmin edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1nə və qeyrilərinə qarşı “vərəsəliyin qəbulu müddətinin uzadılması və sair tələblərinə” dair mülki iş başqa hakimin sədrliyi ilə baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 10 fevral 2003-cü il tarixdə vəfat etmiş atası X15 vərəsəsidir. 01 iyun 2004-cü il tarixdə əmisi X24 ünvan 2 ünvanında yerləşən yaşayış evinə dair atasının ölmündən sonra vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vaxt o, azyaşlı olmuş, anası X29 2004-cü il tarixdə onun qanuni nümayəndəsi olmuşdur. Guya anası X29 27 may 2004-cü il tarixdə miras qoyan X13 qalan miras əmlakını oğlunun adından qəbul etmədiyi haqqında və gələcəkdə də qəbul etməyəcəyi və bu barədə məhkəmədə iddia qaldırmayacağı ilə bağlı ərizə vermişdir. Anası onun mənafeyinə zidd olan heç bir addım ata bilməzdi. Anasının dediyinə görə imzanı onu aldadaraq maddiyardım adı ilə hüquqdan sui-istifadə edərək imzalatdırmışlar, bunu anasının özü məhkəmədə izahat verərək təsdiq edə bilər, üstəlik həmin vaxt o, azyaşlı olmuşdur. Qanunvericiliyə əsasən anası ona çatası əmlak barədə onun mənafeyinə zidd qərar qəbul edə bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36.1-ci maddəsinə əsasən qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər. Göründüyü kimi anası ona çatası miras əmlak barəsində sərəncam verərkən qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almamışdır. Bu da onun hüquqlarını kobud surətdə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Göründüyü kimi azyaşlı olduğu vaxt ona çatası miras əmlaka dair verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə və aparılan notariat hərəkətləri tamamilə onun ziyanına olmuşdur. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən mirasın qəbul edilməsinin 3 yolu var: notariat kontoruna ərizə vermək; miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etməyə başlamaq. Mirasın qəbul edilməsi üçün göstərilən hərəkətlər, Mülki Məcəllənin 1246 və 1247-ci maddələrində nəzərdə tutulan müddət ərzində həyata keçirilməlidir. Göstərilən müddət ərzində yuxarıda göstərilən hərəkətlərin heç birinin edilməməsi mirasdan imtinaya bərabər tutulur (Mülki Məcəllənin 1273-1-ci maddəsi): Lakin bu imtina vərəsənin məhkəməyə müraciət hüququnu məhdudlaşdıra bilməz. Əgər vərəsə nəzərdə tutulan müddəti ötürmüşsə və sonradan mirası qəbul etmək niyyətindədirsə o zaman yalnız məhkəməyə müraciət etməlidir. Bu halda iddia predmeti düzgün seçilməlidir. Bu adətən 2 iddia tələbi ilə həyata keçirilir: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın qəbul edilməsi üçün vaxtın uzadılması. Birinci halda iddia müddəti yuxarıda göstərilən 2-ci və 3-cü halların mövcudluğunda, ikinci halda isə yuxarıda göstərilən birinci halla qeyri mövcudluğunda Mülki Məcəllənin 1248-ci maddəsinə əsasən uzadıla bilər. Müddətin uzadılması üçün mütləq şəxsin hərəkətsizliyi üzürlü olmalıdır, bu isə bir qədər mübahisə yaradan mövzudur. Məsələn, üzürlü sayılması üçün əsaslar, xəstəlik, xarici ölkədə ezamiyyətdə olma, miras qoyanın ölümündən xəbərsiz olma və s. Yuxarıda göstərilən mirasın qəbul edilmə hallarından birincisi dəqiq və aşkar hesab olunsa da ikinci və üçüncü hal qeyri-aşkar ola bilər. Yəni ikinci və üçüncü hallarda vərəsə özü də bilmədən mirası qəbul edə bilər. Burada incə nüanslar çoxdur. Buna görə də məhkəməyə iddia ərizəsi ilə müraciət edəndə bu incə nüansları aşkara çıxarmaq lazımdır. Bəzən hərəkətsizlik özü vərəsəyə istədiyi hüququ qazandırmış olur. Göründüyü kimi atasının birinci növbəli vərəsəsi olsa da ikinci növbəli vərəsəsi-əmisi ona çatası miras əmlakı qanunsuz yollarla ələ keçirmişdir. Hazırda əmisi vəfat etmiş, onun iki vərəsəsi oğlu - Rüfət Daşdəmirli və Fatma Daşdəmirova vardır. Atasının birinci növbəli vərəsəsi olduğundan atasından qalmış miras əmlak da ona çatmalıdır. Onda olan məlumata görə mübahisəli əmlakı cavabdehlər çox ucuz qiymətə dəyər dəyməzinə satışa qoymuşlar. Hazırda atasından ona miras qalmış evin satılma təhlükəsi vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 08 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İddia ərizəsinə əlavə edilən 2V-26 saylı Cavabdeh1 notariat işindən görünür ki, həmin notariat işi ilə əlaqədar icraat notariusu tərəfindən tamamilə qanunsuz və əsassız olaraq aparılmışdır Məhkəmənin hazırlıq iclası zamanı onlara məlum olmuşdur ki, 10 sentyabr 2020-ci il tarixdə 2V-96 reyestr nömrəsi ilə qeydə alınmiş 95 saylı vərəsəlik işi üzrə 03 fevral 2020-ci il tarixdə ölmüş X21 həyatyoldaşı X39 və oğlu X41 Ucar şəhəri, N.Nərimanov küçəsində yerləşən 9 saylı fərdi yaşayış evinə dair Cavabdeh1 notariusu Elman Cəlalov tərəfindən vərəsəlik şəhadətnaməsi verilmişdir. Məhz bu səbəbdən iddianın dəqiqləşdirilməsi barədə ərizə verilməsi zərurəti yaranmışdır. Atası 10 fevral 2003-cü ildə öləndə və miras açılarkən onun 11 yaşı olmuşdur. lş materiallarından görünür ki, o,xx xxxxxxxx 1992-ci ildə doğulmuşdur, vərəsəlik şəhadətnaməsinin ləğvi ilə bağlı 2009-cu ildə onun anası tərəfindən məhkəmədə iddia qaldırılan zaman isə onun 17 yaşı olmuşdur, o, öz hüquqlarının və azadlıqlarının keyfiyyətli müdafiəsi üçün birinci növbədə baş verən hadisələri qavramağı, onların hüquqi nəticəsini dərk etməli, oxumalı, işləməli, pul qazanmalı, notariat icraatını qaldırmalı, atasına məxsus sənədləri toplamalı, hüquqi yardım üçün vəkillə müqavilə bağlamalı və mülkiyyət hüquqlarını bərpa etmək üçün məhkəmədə düzgün iddia qaldırmalı idi. Həmçinin, 2009-cu il tarixdə məhkəmədə qaldırılan iddianın məzmunundan görünür ki, iddia ərizəsi hüquqi savada malik olmayan şəxs tərəfindən qaldırılmışdır. O, 11 yaşlı uşaq olduğundan öz pozulmuş hüquqlarını qorumaq üçün məhkəmə müdafiəsindən qanuna müvafiq qaydada və düzgün formada istifadə edə bilməmişdir. 11 yaşında uşağın köməksiz vəziyyətindən istifadə edərkən ona məxsus əmlakı əmisi Əli Daşdəmirov ələ keçirmişdir. Aydin olur ki, 11 yaşlı azyaşlı uşağın köməksiz vəziyyətdə olmasından və anasının hüquqi savadsızlığından istifadə olunmuşdur. İş materialarına əlavə olunan Ucar rayon qeydiyyat şöbəsinin arayışlardan görünür ki, X30 ilə X29 04 noyabr 1991-ci ildə rəsmi nikaha girərək evlənmişlər. Həmin nikah 26 sentyabr 1995-ci ildə pozulmuşdur. Göründüyü kimi onun anası X56 Daşdəmirovdan boşandığına görə və üstündən ildən çox müddət keçdiyinə görə atasına qarşı hər hansı əmlak tələbi ola bilməzdi və atasından ona çatası miras payına münasibətdə 01 iyun 2004-cü ildə onun ziyanına və mənafelərinə zidd olan sərəncam verə bilməzdi. Azərbaycan Respublikasinın Mülki Məcəlləsinin 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Həmin Məcəllənin 1164cü maddəsində qeyd olunmuşdur ki, əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Hazıkı mübahisənin bu səviyyə çatmasında Cavabdeh1 birbaşa təqsiri vardır. Belə ki, Mülki Məcəllənin 1268.2-i maddəsinə əsasən əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Notariusun bu maddədən xəbəri ola-ola, qəsdən, biləbilə qanunsuzluğa göz yummuş və anası tərəfindən onun nümayəndəsi kimi imtinaya şərait yaratmışdır. Halbuki, qanunvericiliyə əsasən bu mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən nümayəndə mirası yalnız qəbul edə bilər, onun vəziyyətini ağırlaşdıran hər hansı əqd bağlaya bilməz. Nümayəndə vasitəsi ilə mirasdan imtinaya yalnız məhkəmənin icazəsi ilə yol verilə bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Yəni göründüyü kimi məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq anası Qənirə Daşdəmirovanı mirasdan imtina barədə ərizəsi özü-özlüyündə etibarsızdır. Göründüyü kimi burada əsas təqsir dövlət orqanı olan Cavabdeh1dir. Çünki Cavabdeh1 qanunsuzluğa və saxtakarlığa yol verməsəydi 11 yaşlı azyaşlı uşaq qanun üzrə birinci dərəcəli vərəsə olan, ona halal çatası mirasdan bu qaydada məhrum olmazdı. Həmçinin, nəzərə almaq lazımdır ki, o, baş leytenantdır, o, hərbi akademiyanı bitirmiş, 2006-cı il aprel döyüşlərinin, daha sonra 2020-ci il 44 günlük vətən müharibəsinin iştirakçısı olmuşdur. Bütün bu müddət ərzində o, heç cür imkan taparaq məhkəməyə müraciət etməmişdir. Bundan əlavə, iş materiallarında olan 2V-26 reyestr nömrəli vərəsəlik işinin birinci səhifəsində olan ərizədən görünür ki, X35 yazdığı ərizədə X15 adını miras qoyan kimi göstərmişdir. Halbuki, X30 öz miras payını X11 vəsiyyət etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X16 52 yaşında, 01 aprel 2004-cü il tarixdə vəfat etmiş, lakin onun ölümü 01 iyun 2004-cü ildə, yəni X24 vərəsəlik şəhadətnaməsinin verildiyi gün qeydə alınmışdır. Bunun özü də olduqca şübhəli haldır. Bundan başqa miras əmlakı X6 Daşdəmirovaya vəsiyyət etsə də, qeyd olunan vərəsəlik işində Qətibə Daşdəmirovanın və onun vərəsə övladlarının miras əmlakdan imtinası görünürmür və mirasdan imtina barədə vərəsəlik işində heç bir yazılı ərizə və ya digər qaydada mötəbər sübut mövcud deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. İş materiallarından görünür ki, Qətibə Daşdəmirovanın ölümündən cəmi 2 ay keçdikdən sonra Əli Daşdəmirova vərəslik şəhadətnaməsi verilmişdir. Halbuki, vərəsəlik şəhadətnaməsi qanunvericiliyin tələbinə görə altı aydan sonra verilə bilərdi. Notariat icraatının (vərəsəlik işi) birinci səhifəsindən görünür ki, notarius Elman Cəlilov və X30 bilərəkdən-qəsdən X15 övladları: qismində ondan savayı X5 miras qoyanın oğlu və X10 isə miras qoyanın qızı kimi göstərilmişdir. Halbuki, iş materiallarından görünür ki, X2 Daşdəmirovun qardaşı, X14 isə Vəli Daşdəmirovun bacısıdır. Bundan əlavə, X15 payını vəsiyyət etdiyi Qətibə Daşdəmirovanın adı vərəsəlik işinin birinci səhifəsində qeyd olunan həmin 17 saylı ərizədə göstərilməmişdir. Bundan əlavə, X15 həyatı boyu cəmi bir vərəsəsi olmuşdur ki, o da onun öldüyü gün 11 yaşı olan oğlu yəni, özüdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Hesab edir ki, X15 Ucar rayon notariat kontorunda X11 verdiyi 07 fevral 2003-cü il tarixli, reyestrdə 2V-16 nömrə ilə qeydiyyata alınmış vəsiyyətnamə də məhkəmə qaydasında etibarsız hesab olunmalıdır. Belə ki, notariat işinin 2-ci səhifəsində qeyd olunmuşdur ki, X30 10 fevral 2003-cü il tarixdə bədən səthinin üçdə bir hissəsinin termiki yanığı səbəbilə vəfat etmişdir. Həmin notariat işinin 14-cü səhifəsində isə X15 verdiyi vəsiyyətnamə öz əksini tapmışdır. Vəsiyyətnamə 07 fevral 2003-cü il tarixdə, saat 17:00- da verilmişdir (yəni ölümündən 3 gün əvvəl). Həmin vəsiyyətnaməni mərhumun özü deyil, X46 imzalamışdır. Əsas da o olmuşdur ki, bütün barmaqlar yandığına görə mərhum guya tapşırıq vermişdir ki, Söhrab Əskərov vəsiyyətnaməni imzalasın. Bu tamamilə yalandır. Vərəsəlik işindən görünür ki, vəsiyyətnaməni Vəli Daşdəmirovun əvəzindən imzalayan X36, şahidlər X37 və X12 bilinmir. Onların şəxsiyyətlərinə dair notariat işində heç bir məlumat öz əksini tapmamışdır. Mülki Məcəllənin 1184-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. İş materiallarından görünür ki, şahidlərin və vəsiyyəti imzalayan şəxslərin kimlikləri müəyyən olunmur. Bu da qanunvericiliyin tələblərinin pozulmasıdır. Həmin Məcəllənin 1188-ci maddəsinə əsasən vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladiqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. İş materiallarından görünür ki, şahidlərin yaşayış yerinə dair məlumatları və şəxsiyyətini idendifikasiya edəcək hər hansı məlumatlar vəsiyyətnamədə və vərəsəlik işində öz əksini tapmamışdır. X11 atası tərəfindən verilmiş vəsiyyətnamə tamamilə saxtalaşdırılmışdır. Əvvəla, onun atasının tək əlləri deyil, bədənin üçdə bir hissəsi yanmışdır. Tibb elminə görə termiki yanıq yanıqların ən ağır növünə aiddir. İddiaçının atası belə ağır vəziyyətdə vəsiyyətnamə verə bilməzdi. Üstəlik atası ekstrasens deyildir ki, bilsin ki, 3 gün sonra vəfat edəcəkdir. Bundan başqa, iddia ərizəsinə əlavə olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 saylı Psixiatriya X1 dair ambulator kitabçasından çıxarışdan və digər sənədlərdən görünür ki, atası Vəli Daşdəmirova şizofreniya diaqnozu qoyulmuşdur, yəni o, vəsiyyət verə bilməzdi. Digər tərəfdən onun atası yananda affekt vəziyyətində olmuş, heç danışa da bilməmişdir, çünki ona güclü ağrıkəsicilər vururlarmış ki, ağrını hiss etməsin. Əlavə olaraq bildirdi ki, hərbi qulluqçu olduğuna görə və döyüşlərdə iştirak etdiyinə görə 2021-ci ilə qədər məhkəmədə iddia qadirmamışdır. Valideynlərinin nikahı 1995-ci ildə pozulmuşdur. Onların nikahı pozulduqdan sonra anasının himayəsində olmuş və Göyçay şəhərində yaşamışlar. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Ucar Rayon Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2(063)-969/2025 nömrəli qətnaməsi ilə (hakim Xəyal Bədəlov) iddianın təmin edilməsi, 2004-cü il 1 iyun tarixdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 2004-cü il 25 may tarixli 1276 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinin ikidə bir hissədə X21 adına qeydə alınması hissəsində etibarsız hesab edilsin və ondan irəli gələn bütün hüquqi nəticələr ləğv olunsun, Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə dair vərəsəliyin qəbulu müddəti iddiaçıya münasibətdə uzadılsın, miras əmlakın ikidə bir hissəsi üzərində iddiaçının payı müəyyən olunsun, iddiaçı 2003-cü il 10 fevral tarixdə vəfat etmiş atası X15 vərəsəsi kimi tanınsın, Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə dair iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ucar Rayon Dövlət Notariat Kontorunun üzərinə qoyulması qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1145, 1146, 1151.1, 1159.1, 1166, 1172, 1243, 1256, 1261 maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi tərəfindən 29 may 2017-ci il tarixdə verilmiş E-011596 nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan X40 X66 tərəfindən 05 iyul 2022-ci il tarixdə verilmiş 1266 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Vətən müharibəsi iştirakçısıdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası tərəfindən 10 avqust 2023-cü il tarixdə verilmiş 123762 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İşdə olan 1-8745 və 1-5927 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2712 və 2719 nömrəli sərəncamları ilə İddiaçı “Xocavəndin azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İşdə olan 1-14748 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərancamı ilə İddiaçı “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İşdə olan Ucar rayonu dövlət notariat kontorunun dövlət notariusu X48 tərəfindən 28 iyul 2009-cu il tarixdə reyestrdə 4Ə-67 nömrə ilə qeyd edilmiş 264225 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X35 0,0264 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 149,4 kv.m, yaşayış sahəsi 72,6 kv.m olan 3 otaqdan ibarət Ucar şəhəri, X69 küçəsindəki 18 nömrəli fərdi yaşayış evini 28 iyul 2009-cu il tarixdə 5500 (beş min beş yüz) manata X3. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 0,0282 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 119,80 kv.m olan Ucar şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 9 nömrəli fərdi yaşayış evinin ½ hissəsinə X21, ¼ hissəsinə İddiaçı, ¼ hissəsinə X15 payları müəyyən olunmaqla, 14 fevral 2025-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli, 2(063)-242/2009 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Ucar rayon dövlət notariat kontoruna, X24 və X20 qarşı Ucar rayon dövlət notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, ünvan 4 ünvanda yerləşən yaşayış evinin ikidə bir hissəsinə X31 adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Ucar rayon dövlət notariat kontoruna vəzifə olaraq tapşırılması, X21 ləyaqətsiz vərəsə kimi tanınması tələbinə və 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehlərdən X17 iddiaçının xeyrinə tutulması barədə iddiası əsassız olduğundan rədd edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(107)-487/2024 nömrəli qərardadının surətindən görünür ki, İddiaçı cavabdehlər Ucar rayon Dövlət Notariat Kontoruna, X24 və X20 qarşı “X15 adına Ucar rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 01 iyun 2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ünvan 5 ünvanında yerləşən (indiki Heydər Əliyev küçəsi 9) yerləşən yaşayış evinin ½ (ikidə bir) hissəsinə dair İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, X21 ləyaqətsiz vərəsə kimi tanınması” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli, 2(063)-242/2009 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Ucar Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 oktyabr 2009-cu il tarixli qətnaməsi qismən, “X21 adına Ucar rayon Dövlət notariat kontoru tərəfindən verilmiş 01 iyun 2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, ünvan 6 ünvanda (indiki Heydər Əliyev küçəsi 9) yerləşən yaşayış evinin ½ hissəsinə İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi qismən təmin edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. X4 miras qalmış ünvan 7 ünvanda 490 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 119,8 kv.m, yaşayış sahəsi 68 kv.m olan yaşayış evinin ½ hissəsinə X24 tam pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı Ucar rayon dövlət notariat kontoru tərəfindən verilmiş 01 iyun 2004-cü il tarixli, 2V-26 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" etibarsız hesab edilsin. ünvan 8 ünvanda (indiki Heydər Əliyev küçəsi 9) yerləşən yaşayış evinin ½ hissəsinin ½ hissəsinə İddiaçı mirasda məcburi payı müəyyən edilsin. Qətnamə qalan, “X21 ləyaqətsiz vərəsə kimi tanınması” tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2024-cü il tarixli, 2(102)-3006/2024 saylı qərarının surətindən görünür ki, X21 hüquqi varisləri X51 və X42 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 aprel 2024-cü il tarixli, 2(107)-487/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Şirvan İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(120)- 1664/2020 nömrəli qərardadının surətindən görünür ki, iddiaçı X31 cavabdeh Ucar rayon notariat kontoruna qarşı vərəsəlik hüququ haqqında verilmiş şəhadətnamənin ləğv edilməsi və qanuni vərəsələrin müəyyən edilməsi tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamışdır. İşdə olan Ucar Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli 2(063)-400/2021 saylı qərardadının surətindən görünür ki, İddiaçı müvəqqəti təminat tədbirinin ləğv olunması barədə ərizəsinin qismən təmin edilməsi və Ucar Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(063)-400/2021 saylı qərardadı ilə iddianı təmin etmək üçün tədbir kimi ünvan 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinin üzərinə qoyulmuş həbsin ləğv edilməsi qərara alınmışdır. İşdə olan Ucar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 mart 2021-ci il tarixli, 151 nömrəli arayışın surətindən görünür ki, X35 03 fevral 2020- ci il tarixdə ölmüşdür. İşdə olan 10 sentyabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 03 fevral 2020-ci il tarixdə ölmüş X21 vərəsəsi-X39 və X43r və onların hər biri miras əmlakdan bərabər hissədə pay almalıdır. İşdə olan Ucar rayon notariat kontoru tərəfindən təsdiq edilmiş 01 iyun 2004-cü ildə 2V-26 reyestr nömrəli (17 saylı vərəsəlik işi) notariat işindən görünür ki, X30 ölən günədək ona məxsus Ucar şəhəri, Nərimanov küçəsi, ev 9-da ünvanda yerləşən yaşayış evinin ona düşən hissəsini ünvan 10yan X11 vəsiyyət etmişdir (07 fevral 2003-cü il tarixli vəsiyyətnamə). Həmin vərəsəlik işində (17 nömrəli notariat işi) olan: Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 10 fevral 2003-cü ildə 38 yaşında ölmüş və bu barədə Ucar rayon VVAQD şöbəsində ölüm haqqında akt qeydləri kitabında 13 fevral 2003cü il tarixdə 15 nömrə ilə qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 01 aprel 2004cü ildə 52 yaşında ölmüş və bu barədə Bakı şəhəri Binəqədi rayonu “Leyla” nikah evində ölüm haqqında akt qeydləri kitabında 01 iyun 2004- cü il tarixdə 469 nömrə ilə qeyd edilmişdir. İşdə olan Ucar rayon ВВАГ şöbəsi tərəfindən 24 sentyabr 1992-ci il tarixdə verilmiş XVİİ-ЖГ seriyalı, 280601 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X30, anası X29 olan İddiaçı xx xxxxxxxx 1992-ci il tarixdə Ucar şəhərində doğulmuşdur. İşdə olan xx xxxxxxxx 1992-ci ildə anadan olmuş İddiaçı adından hərəkət edən anası, Göyçay şəhəri, Atatürk küçəsi, ev 39-da yaşayan X29 tərəfindən Ucar rayon dövlət notariat kontoruna ünvanlanmış 27 may 2004-cü il tarixli ərizədən görünür ki, 10 fevral 2003-cü ildə vəfat etmiş X13 qalan Ucar şəhəri, Nərimanov küçəsi, ev 9 ünvanda yerləşən yaşayış evinin ikidə bir hissəsindən ibarət miras əmlakı xx xxxxxxxx 1992-ci ildə anadan olmuş oğlu İddiaçı adından o, qəbul etməmişdir. Buraxılmış müddətin bərpası üçün gələcəkdə məhkəmədə iddia qaldırmayacaqdır. Həmin yaşayış evinin ikidə bir hissəsindən ibarət miras əmlakın X21 adına keçirilməsinə etiraz etmir. İşdə olan 01 iyun 2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 10 fevral 2003-cü ildə vəfat etmiş X15 ünvan 10yan qardaşı X35 ikidə bir hissədə irs almalıdır. İşdə olan Ucar BBAГ şöbəsi tərəfindən 28 may 1989-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 28 may 1989-cu il tarixdə 65 yaşında ölmüşdür. İşdə olan Ucar rayon ВВАГ şöbəsi tərəfindən 24 sentyabr 1992-ci il tarixdə verilmiş XVİİ-ЖГ seriyalı, 280601 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X30, anası X29 olan İddiaçı xx xxxxxxxx 1992-ci il tarixdə Ucar şəhərində doğulmuşdur. İşdə olan Ucar Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(063)-400/2021 nömrəli qətnamənin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1nə və qeyrilərinə qarşı vərəsəliyin qəbulu müddətinin uzadılması və s. tələbi barədə iddiası təmin edilməmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(107)- 1942/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Ucar Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(063)-400/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(102)- 1977/2022 nömrəli qərarının surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)- 1942/2021 nömrəli iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 aprel 2025-ci il tarixli, 13(102)-1/2025 nömrəli qərardadı ilə İddiaçı ərizəsi qismən təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2022-ci il 15 mart tarixli 2(102)-1977/2022 nömrəli qərarı, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2021-ci il 16 noyabr tarixli 2(107)-1942/2021 nömrəli qətnaməsi, Ucar Rayon Məhkəməsinin 2021-ci il 29 iyun tarixli 2(063)-400/2021 nömrəli qətnaməsi qismən - 2004-cü il 1 iyun tarixdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 2004-cü il 25 may tarixli 1276 nömrəli daşınmaz əmlakın reyestrindən çıxarışın Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinin ikidə bir hissədə X21 adına qeydə alınması hissəsində etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv olunması, Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə dair vərəsəliyin qəbulu müddətinin iddiaçıya münasibətdə uzadılması, miras əmlakın ikidə bir hissəsi üzərində iddiaçının payının müəyyən olunması, iddiaçının 2003- cü il 10 fevral tarixdə vəfat etmiş atası X15 vərəsəsi kimi tanınması, Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə dair iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ucar rayon dövlət notariat kontorunun üzərinə qoyulmasına dair iddia tələblərinin rədd edildiyi hissədə ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ucar Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli 2(063)-969/2025 nömrəli qərardadının surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1nə və qeyrilərinə qarşı vərəsəliyin qəbulu müddətinin uzadılması və sair tələbləri barədə iddia ərizəsinə dair mülki iş üzrə hakim X34 özü-özünə etdiyi etirazı mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 20 avqust 2025-ci il tarixli, 2(107)-922/2025 nömrəli qərardadının surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1nə və qeyrilərinə qarşı “vərəsəliyin qəbulu müddətinin uzadılması və sair tələblərinə” dair mülki iş üzrə hakim X34 özüözünə etdiyi etirazın təmin edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1nə və qeyrilərinə qarşı “vərəsəliyin qəbulu müddətinin uzadılması və sair tələblərinə” dair mülki iş başqa hakimin sədrliyi ilə baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə olan 12 mart 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 10 manat dövlət rüsumu ödəmişdir.

6. Qətnаmədən nаrаzı qаlаn müstəqil tələb irəli sürməyən üçüncü şəxs X51 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X51 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçımübahisəli fərdi yaşayış evinin ½ hissəsi üzrə vərəsəlik hüququnun tanınmasını və həmin payın ona verilməsini tələb edir. İddiaçının əsaslandırılmasından görünür ki, iddiaçı mərhum atası V.S.Daşdəmirovun qanun üzrə birinci növbə vərəsəsi kimi hüququnun pozulduğunu və vərəsəliyin qəbul müddəti üçün isə süni maneələrlə qarşılaşdığını bildirmişdir. Məhkəmə iddia tələbini təmin edərkən, mirаs əmlаk оlаn fərdi yаşаyış еvinin mərhum X15 vərəsəliyi çərçivəsində açıldığını, mərhumun birinci növbə vərəsəsi olan iddiaçının anası, hüquqi imkanlara malik olmadan, boşanmış şəxs kimi yalnız oğlunun adından imtina etdiyini, nəticədə mirasın tam həcmdə Ə.S.Daşdəmirovun adınakeçirilməsi qanunsuz olduğunu və bununla da iddiaçının hüquqları pozulduğunu mübаhisələndirilən qətnаmədə qeyd etmişdir. Lakin birinci instansiya məhkəməsinin bu qənaətə gəlməsini qanuni və əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Bu maddənin məqsədi mirasın əvvəlcə ən yaxın ailə üzvlərinə keçməsini təmin etməkdir. Lakin bu maddə təkbaşına mirasın məhz bu şəxslərə keçdiyini avtomatik təsbit etmir. Çünki mirasın faktiki və hüquqi qəbulunun ayrıca şərtləri var. Birinci növbə vərəsələrinin mövcud olması o demək deyil ki, miras mütləq onların adına keçmiş hesab olunur. Mirasın qəbul edilməsinin iki hüquqi forması var. Birincisi mirasın faktiki qəbul edilməsi yəni - əmlaka sahiblik etmək, orada yaşamaq, müdafiə etmək, vergisini ödəmək və s. İşin hallarından görünür ki, miras açılarkən, eləcə də miras əmlakla bağlı vəsərəlik işi rəsmiləşdirilərkən İddiaçızyaşlı olmuş, əmlakın olduğu ünvanda heç vaxt yaşamamış, miras əmlakdan istifadə etməmiş, onun saxlanması, qorunması, təmir olunması kimi faktiki anası vasitəsi ilə addımlar atmamış, mirasın qəbul edilməsi barədə notariusa ərizə verməmişdir. İddiaçının birinci növbə vərəsə kimi miras əmlakda pay almaq hüququ mövcud olsa da, lakin mirası nə faktiki, nə də qanunla müəyyən edilmiş müddət ərzində notariat kontoruna ərizə verməklə qəbul etmədiyi üçün, mirası faktiki qəbul etmiş və idarə etmiş İİ növbə vərəsə Əli Daşdəmirovun adına keçmişdir. İşin mübahisələndirilən əsas halı iddiaçınınadından mirasın qəbul edilməməsi ilə bağlı anası tərəfindən yazılan ərizə ilə bağlıdır. İlk öncə əsas diqqət həmin ərizənin məzmununa çəkilməlidir. Ərizənin məzmunundan görünür ki, iddiaçının anası Ucar rayon Notariat Kontoruna ərizə ilə müraciət edərək, mərhum Vəli Daşdəmirovdanmiras qalmış əmlakı qəbul etmədiklərini, gələcəkdə miras əmlakla bağlı hər hansı mübahisələrinin olmayacağını bildirmişdir. Lakinbirinci instansiya məhkəməsi mirasdan imtina ilə, mirasın qəbul edilməməsi barədə sadə yazılı formada yazılan etiraf xarakterli ərizənin mahiyyətinə varmamış, həmin ərizəni mirasdan imtina kimi qiymətləndirmiş, eləcə də azyaşlının adından mirasdan imtinanın yalnız məhkəmənin qərarı ilə mümkün olması ilə əsaslandırmışdır. Vərəsəlik hüquq münasibətinin anlayışındangörünür ki, vərəsə mirası qəbul etməlidir ki, ona çatası miras paydan imtina etsin. Qanunla müəyyən edilmiş əsaslarala mirası qəbul etməyən vərəsə mirasdan necə imtina edə bilər? Hazırki işin hallarından görünür ki, iddiaçımirası qanunla müəyyən edilmiş müddətdə və qaydada qəbul etmədiyi üçün iddiaçının anası X57 rayon Notariat Kontoruna mirası qəbuletməmələri barədə ərizə yazmış və bunu rəsmi surətdə bəyan etmişdir. Mülki Məcəllənin 1269-cu maddəsinə əsasənvərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, mirasdan imtina edilməsinə bu Məcəllənin 1256-cı maddəsində müəyyənləşdirilən müddət ərzində yol verilir. Fakt budur ki, onun atası Ə.S.Daşdəmirov miras əmlakda yaşayırdı, faktiki olaraq əmlakı qoruyurdu və istifadə edirdi, mirasın qəbul edilməsi üçün lazımi hüquqi və faktiki addımlar atmışdır. Buna görə miras tam qanuni qaydada atamın adına rəsmişləşdirilmişdir.

8. Ona görə də, Ucar Rayon Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2(063)- 969/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X51 tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı İddiaçı tərəfindən etiraz verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər.

11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Bu Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1172-ci maddəsinə əsasən əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur. 1243-cü maddəsinin İ və İİ hissəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256- cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

17. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

18. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

19. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 Rayon Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2(063)-969/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

22. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddia ərizəsində göstərilən dəlillərini təşkil edirdi və birinci instansiyası məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

26. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

23. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn müstəqil tələb irəli sürməyən üçüncü şəxs X51 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ucar Rayon Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2(063)-969/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X51 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2(063)-969/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar