Məhkəmə qərarları › İş №2(3-6)-1026/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1026/2026

20.05.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1026/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi AX.Əbdul Kərim (Əzizbəyov) küçəsi, ev 173 (abonent, kodu: 100458917300000) mənzildə yaşayır və həmin mənzildə yerləşən sayğac onun adına rəsmiləşdirilmişdir. "Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən həmin yaşayış evinə yoxlama apararkən AKT tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, iddiaçı sayğaca müdaxilə etmiş və ona görə tərəfə haqsız yerə cərimə borcu yazılmışdır. Hesab edir ki, ona yazılmış borc qanunsuz və əsassızdır.

3. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim S.Ə.Eyvazova) iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçı İddiaçı məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə *************** saylı abunə koduna hesablanmış 1.684,80 manat məbləğində borcun silinməsi, cavabdeh Cavabdeh İstehsalat Birliyindən 36,85 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

4. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, eyni predmet üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli qətnaməsi mövcuddur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

7. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 261.0 və 261.0.2. Eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir.

10. Belə ki, iş üzrə tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur.

11. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İstehsalat Birliyinin cavabdeh İddiaçı qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh İddiaçı 1684.80 manat dəymiş ziyan, 215 manat debitor borc, ödənilmiş 42 manat məbləğində dövlət rüsumu və 100 manat vəkil xərcinin iddiaçı Cavabdeh İB-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Həmin iş üzrə artıq Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2021-ci il tarixli, ******* nömrəli; ##.##.2020 ci il tarixli, ******* nömrəli və ##.##.2021-ci il tarixli, ******* nömrəli aktlara qiymət verilmişdir.

13. İddiaçı İddiaçı isə hazırda həmin aktlar əsasında hesablanmış borcun silinməsini tələb edir.

14. Apellyasiya araşdırması zamanı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, həmin Məhkəmə tərəfindən çıxarılmış e-*(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnamədən qanunvericiliklə müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verilmədiyindən, həmin qətnamə ##.##.2022-ci il tarixində qanuni qüvvəyə minmişdir.

15. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Belə ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsində işə baxılarkən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən çıxarılmış e-*(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnamə məhkəməyə təqdim edilməmiş, nəticədə məhkəmə tərəfindən iş üzrə araşdırılma aparılaraq ekspertiza təyin edilmişdir.

16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə icraata xitam verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 manat məbləğində vəsait Cavabdeh İstehsalat Birliyindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar