Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1043/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, Üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı iddiaçı2 İsmayıl oğlunun cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satış X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin, hərrac nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair ilk, iddiaçı2 İsmayıl oğlunun və iddiaçı1 “Daşınar və Daşınmaz Əmlakların Satış X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizələri üzrə tələbinə dair ərizəsi mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı iddiaçı2 İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ: İddiaçı iddiaçı2 İsmayıl oğlu cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Satışı X1" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASCnin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin, hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Daşınar və Daşınmaz Əmlakların satışı X1" MMC-nin **/** saylı İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" hərrac protokolunun, həmin protokol əsasında ## ### 2021-ci il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilənin və hərracın nəticələlərinin etibarsız hesab edilməsi və ********** qeydiyyat nömrəli çıxarışın ləğvinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birləşdirilmiş iş üzrə iddiaçı iddiaçı1 cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Satışı X1" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Daşınar və Daşınmaz Əmlakların satışı X1" MMC-nin **/** saylı İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" hərrac protokolunun, həmin protokol əsasında ## ###### 2022-ci il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilənin və hərracın nəticələlərinin etibarsız hesab edilməsi və ********** qeydiyyat nömrəli çıxarışın ləğvinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birləşdirilmiş iş üzrə iddiaçı iddiaçı2 İsmayıl oğlunun cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Satışı X1" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin, hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Daşınar və Daşınmaz Əmlakların satışı X1" MMC-nin **/** saylı İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" hərrac protokolunun, həmin protokol əsasında ## ###### 2021-ci il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilənin və hərracın nəticələlərinin edibarsız hesab edilməsi və ********** qeydiyyat nömrəli çıxarışın ləğvinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə ilkin və birləşdirilmiş işlər üzrə iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı iddiaçı2 İsmayıl oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: - 369-cu maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. - 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. - 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. - 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil “AZEMİS” vasitəsilə elektron kabinetdən ərizə ünvanlayaraq tərəflər arasında barışıq əldə edildiyindən apellyasiya şikayətindən imtina etdiyini bildirmiş, şikayətdən imtina edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Yuxarıda göstərilənləri və prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mülki iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.6, 263-264, 369 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: İddiaçı iddiaçı2 İsmayıl oğlunun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunsun və mülki iş üzrə apellyasiya icraatına xitam verilsin. İddiaçı iddiaçı2 İsmayıl oğlunun cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satış X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin, hərrac nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair ilk, iddiaçı2 İsmayıl oğlunun və iddiaçı1 “Daşınar və Daşınmaz Əmlakların Satış X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi qanuni qüvvəyə minsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(3-6)-1043/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1043/2026
03.06.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver