Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1054/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh cavabdeh2 və cavabdeh1 qarşı mülki iş (Açar sözlər: «əhəmiyyətsiz nisyə alqı-satqı müqaviləsinin təsdiqi və icrası şərtləri») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı, nümayəndəsi və vəkili vəkil2, cavabdehlər cavabdeh2 və cavabdeh1 nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı və cavabdehlər cavabdeh2 və cavabdeh1 birgə apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları: 1.Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Satıcı cavabdeh1 ilə alıcı İddiaçı arasında bağlanan ##.##.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilənin bağlandığı andan alıcının sifariş etdiyi “Toyota prius” minik markalı, sedan buraxılış ili 2008, **- VD-***, **-RK-***, **-SO-***, **-XY-***; **-TT-***, 77- BA-632, **-EN-***, **-BZ-***, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilləri alıcıya təhvil verməyi, alıcı isə bu müqavilə ilə razılaşdırılmış malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürüb. Müqavilənin 1.2-ci bəndinə əsasən satıcı müqaviləyə əsasən 24 ay müddətinə ona ödəniləcək məbləğ tam ödənildikdən sonra həmin avtomobilləri alıcının mülkiyyətinə keçməsinə zəmanət verir. Müqavilənin 2.2-ci maddəsinə əsasən malın qiyməti 12120 manat razılaşdırılmış, alıcı malın dəyərinin 0 manat hissəsini nağd şəkildə, qalan hissəsini 24 ay ərzində, ayda 505 manat olmaqla satıcıya ödəməyi öhdəsinə götürüb.
2. Satıcı cavabdeh1 ilə alıcı X4 arasında bağlanan ##.##.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilənin bağlandığı andan alıcının sifariş etdiyi “Toyota prius” minik markalı, sedan buraxılış ili 2006, **-EC-***, **-UG-***, **-DF-***, 77-BY 260 dövlət qeydiyyat nişanlı avtomobilləri alıcıya təhvil verməyi, alıcı isə bu müqavilə ilə razılaşdırılmış malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən satıcı müqaviləyə əsasən 24 ay müddətinə ona ödəniləcək məbləğ tam ödənildikdən sonra həmin avtomobilləri alıcının mülkiyyətinə keçməsinə zəmanət verir. Müqavilənin 2.2-ci maddəsinə əsasən malın qiyməti 12120 manat razılaşdırılmış, alıcı malın dəyərinin 0 manat hissəsini nağd şəkildə, qalan hissəsini 24 ay ərzində, ayda 505 manat satıcıya ödəməyi öhdəsinə götürür.
3. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin təhqiqatçısı, R Pünhan Mehdiyevin icraatında olmuş, Hüseynov Rövşən Xankişi oğlunun ərizəsi əsasında toplanmış HK-*/*** saylı material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2024-cü il tarixli qərarda göstərilir ki, İddiaçı ##.##.2022-ci il və ##.##.2022-ci il tarixli nisyə alqı-satqı müqavilələri əsasında cavabdeh1 ilkin olaraq 90000 manat, 14 ay ərzində hər maşın üçün 6565 manat ödəniş edib aldığı, heç bir borcunun qalmadığı “Toyota Prius” markalı 2008-ci il buraxılışlı, **-VD-***, **-RK-***, **-SO-***, **-XY-***, **-TT-***, **-BA-***, **-EN-***, **-BZ-***, **-LY-***, **-EC-***, 99- UG-161, **-DF-***, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillərin aidiyyəti olmayan cavabdeh2 və digərlərinin X1 və İbrahimov Ağasif Şakir oğlu ilə əlbir olaraq, zor tətbiq olunaraq, ələ keçirilməsi barədə ərizəsi ##.##.2024-cü il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-yə daxil olmuşdur və araşdırma zamanı tərəflər arasında olan mübahisənin mülki xarakterli olduğu sübuta yetirilmişdir. Ona görə də ərizəçiyə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
Araşdırma zamanı izahatı alınan cavabdeh2 bildirib ki, ##.##.2022-ci il tarixdə İddiaçı ilə Bakı şəhəri Nizami rayonu, Şirin Mirzəyev küçəsi, Qırmızı Obyektlər adlanan kafedə görüşərək, birgə biznes qurub gəlir əldə etmək məqsədilə söhbət etmişlər. Söhbət əsasında Rövşən ilə 12 ədəd “Toyota Prius” markalı və “Struin” markalı avtomobili alıb icarəyə vermək razılığına gəlmişlər. Sözügedən avtomobilləri almaq üçün Tural tərəfindən hər avtomobilə görə təxminən 7000-8000 manat, yerdə qalan pulu isə Rövşən tərəfindən ödəniləcəkdir. Beləliklə də, Rövşən ilə Tural arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən hər avtomobilə görə Rövşən Turala hər ay 505 manat olmaqla, ümumilikdə 24 ay müddətində pul ödəməli, sonda avtomobillər İddiaçı mülkiyyətinə keçməli idi. Bu razılaşmadan sonra Rövşən və Tural tərəfindən birgə qurulacaq biznesə alınmış 13 ədəd avtomobillər icarəyə verilməsi üçün Rövşənin ixtiyarına verildi. Rövşən hər ay ona Turala çatacaq 2 ay müddətinə 7400 manat pulu verdi. O, da həmin məbləği Turala göndərdi. Bundan sonra Rövşən avtomobilləri icarəyə verməkdə çətinlik çəkdiyini və avtomobillərin icarəsi üçün “xxxx” taksi şirkəti ilə müqavilə əsasında icarəyə vermək istədiyini dedikdə, ona avtomobillərin icarəyə verilməsini istəmədiyini bildirdi. Çünki ziyana düşəcəkdi, o, məhz buna görə də Rövşənə avtomobilləri satıb biznesə qoyduğu pulu götürməsini bildirdi. Rövşən onun bu fikri ilə razılaşmadı. Sonradan öyrəndi ki, Rövşən həmin 13 ədəd avtomobilləri xxxx şirkətində avtomobillərin icarəsi işinə baxan Həmidə verib. Onun bildiyi qədəri ilə təxminən 8 ay müddətində 13 avtomobil Həmidin xxxx şirkətində Həmid tərəfindən icarəyə götürüldü. Bundan sonra X2 şirkətində avtomobillərin icarəsinə görə aldığı puldan hər ay 6565 manat olmaqla, 10 ay müddətində yəni 65650 manatı ona Rövşən vermişdir. O, da həmin məbləğdə pulu Turala göndərmişdi. Daha sonra Rövşən ona bildirdi ki, Həmidə icarəyə verdiyi 13 ədəd avtomobilləri Həmid geri qaytarmaq istəyir. Aralarında yaranmış icarə müqaviləsinə xitam verildiyini dedi. Amma buna baxmayaraq, Rövşən Həmid tərəfindən ona qaytarılmış 13 ədəd avtomobilləri təhvil götürməyə getməmişdir. Rövşən ona bildirdi ki, avtomobillər yararsız olduğu üçün Həmiddən həmin avtomobilləri götürmək istəmir. Daha sonra Rövşən ilə birlikdə Həmidin işlədiyi ofisə getdilər. Rövşən və Həmid öz aralarında avtomobil ilə bağlı söhbət etdilər. Daha sonra onlar arasında söz mübahisəsi baş verdi. Rövşən Həmidin ofisindən özü çııxb getdi. Bundan sonra, o, orada qaldı, Həmid ilə söhbət zamanı Həmidə bildirdi ki, avtomobillər yararsız hala düşüb, avtomobillərin sahibi Tural onları geri istəyir. Həmid 13 ədəd avtomobili ona təhvil verdi. O, da 13 ədəd avtomobildən 4 ədədinin yararsız vəziyyətdə olduğu kimi bir ədədini 3500 manatdan satmaqla, 4 ədədinə 14000 manat pul almışdır. Həmin 9 ədəd avtomobillərinin hər birini təmir etdirərək, avtomobillərin təmiri üşün 22000 manat pul xərclədi. Həmin 9 ədəd avtomobillərin hər birini 7000 manatdan olmaqla, 9 ədəd avtomobili 63000 manata satdı. 13 ədəd avtomobilə görə yaranmış 12000 manat cərimə cəzasını ödədi. Həmçinin də avtomobilləri satdıqdan sonra əldə olunan 43.000 manat puldan 10750 manatını Rövşənə verdi, yerdə qalan 32250 manatı isə avtomobillərin sahibi ABŞ-də yaşayan cavabdeh1 göndərmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi, iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər cavabdeh1 90.000 manat və cavabdeh2 81.910 manat olmaqla, ümumilikdə 171.000 manatın və 471 manat dövlət rüsumuna görə xərcin əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
5. İddiada göstərilib ki, iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh1 arasında ##.##.2022-ci il tarixdə “Toyota prius” Minik Markalı, SEDAN Buraxılış ili 2008/**-VD-***; **-RK-***; **-SO-***; 90- XY-918; **-TT-***; **-BA-***; **-EN-***; 77-BZ360; **-LY-*** dövlət qeydiyyat ni anlı, eyni zamanda ##.##.2022-ci il tarixdə “Toyota prius” Minik Markalı, Sedan, Buraxılış ili 2006/50- EC879; **-UG-***; **-DF-***; **-BY-*** dövlət qeydiyyat ni anlı avtomobillərin nisyə alqısatqısına dair müqavilə bağlanmışdır. Sözügedən müqavilələrə əsasən satıcı cavabdeh1 müqavilənin bağlandığı andan avtomobilləri alıcıya təhvil verməyi, alıcı İddiaçı isə malın dəyərinin 90.000 (doxsan min) manat hissəsini nağd şəkildə, qalan hissəsini 24 ay ərzində, ayda 505 manat satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, ##.##.2022-ci il tarixdə İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək Ruslan adlı tanışının da iştirakı ilə sözügedən avtomobilləri almaq üçün ümumilikdə lazım olacaq məbləğin 90.000 (doxsan min) manatını cavabdeh1 nağd şəkildə ödəmişdir. cavabdeh1 İddiaçı qalan 78.000 (yetmiş səkkiz min) manat məbləğindəki bütün ödənişləri cavabdeh2 ödəməli olduğunu bildirib və qeyd edib ki, cavabdeh2 bununla bağlı etibarnamə vermişdir. İddiaçı da daha sonrakı bütün ödənişləri cavabdeh2 ödəmişdir. İddiaçı İddiaçı yuxarıda adı çəkilən 13 avtomobil üçün ödəməli olduğu məbləğin qalan hissəsini ödəmək məqsədilə avtomobilləri icarəyə vermək qərarına gəlmiş və cavabdeh1 da razılığı ilə X3 icarəyə vermişdir. İddiaçı İddiaçı yuxarıda qeyd olunan müqavilələrə əsasən 24 ay müddətinə icarədən əldə etdiyi gəlirdən faizi ilə birlikdə hər ay 6.565 (altı min beş yüz altmış beş) manat olmaqla, ümumilikdə 157.560 (yüz əlli yeddi min beş yüz altmış) manat məbləğində pulu cavabdeh2 ödəməli və nəticədə avtomobillər müqavilənin şərtinə uyğun olaraq iddiaçının mülkiyyətinə keçməli idi. Lakin 12 ay sonra X3 ona bildirmişdir ki, avtomobilləri geri qaytarmaq istəyir. Bu zaman İddiaçı X3 avtomobilləri ona verdiyi texniki vəziyyətdə, yəni saz şəkildə təhvil verməyi tələb edib. Lakin avtomobillərin bəzilərinin həddindən artıq nasaz olduğuna baxmayaraq, X3 iddiaçıdan əlavə 6500 manat ödəməyini tələb etmişdir. Nəhayət bütün bunlara görə İddiaçı ilə X3 arasında mübahisə yaranmış və nəticədə sözügedən avtomobillər 12 ay icarədə olmuş, buna görə də iddiaçı icarədən əldə etdiyi gəlirdən hər ay 6.565 (altı min beş yüz altmış beş) manat olmaqla ümumilikdə 91.910 (doxsan bir min doqquz yüz on) manatı cavabdeh2 ödəyə bilmişdir. İddiaçı İddiaçı X3 ilə arasında baş verən mübahisədən cavabdeh2 məlumat vermiş, cavabdeh2 həmin avtomobilləri Həmiddən özü təhvil alacağını bildirmişdir. Eyni zamanda cavabdeh2 Bakı şəhər Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsində izahat verərkən bildirmişdir ki, o, qeyd olunan 9 ədəd avtomobili 63.000 (altmış üç min) manata satmışdır. Lakin o puldan yanlız 10.000 (on min) manatını iddiaçıya vermişdir. İddiaçı İddiaçı ona dəymiş zərərlə bağlı polisə müraciət etmiş, lakin Bakı şəhər Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin təhqiqatçısı ##.##.2024-cü il tarixdə *-**-**-*/*-*** nömrəli cinayət işinin rədd edilməsi barədə qərar qəbul etmişdir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Lətifə Məmmədova) iddia tələbi qismən təmin edilərək cavabdehlər cavabdeh2 Tapdıq oğlu və cavabdeh1 müştərək qaydada 54900 (əlli dörd min doqquz yüz) manat və 471 (dörd yüz yetmiş bir) manat dövlət rüsumuna görə xərcin əvəzi tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilənin predmetləri olan və yuxarıda göstərilən avtomobilləri müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdeh cavabdeh1 almışdır. İddiaçı həmin avtomobilləri qəbul etmiş, ödənişləri təmin etmək üçün avtomobilləri icarəyə vermişdir. İcarədən götürdüyü 65650 manat məbləğində vəsaiti satıcıya göndərilməsi üçün cavabdeh cavabdeh2 Tapdıq oğluna vermişdir. Bu faktı cavabdeh öz ifadəsində təsdiq edir. Cavabdehin etirafına görə həmin məbləğ cavabdeh1 göndərilmişdir. Digər tərəfdən sözügedən avtomobillər icarəçidən icarədara, yəni İddiaçı qaytarılmadan cavabdeh2 Tapdıq oğlu tərəfindən satılmış və satışdan əldə edilən vəsaitin 10750 manat məbləğində hissəsi İddiaçı qaytarılmışdır. Odur ki, 54900 manat (65650 (icarə haqqı) - (10750) avtomobillərin satışından əldə edilən gəlir) məbləğində pul vəsaiti cavabdehlər cavabdeh2 Tapdıq oğlu və cavabdeh1 müştərək qaydada tutularaq, iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı İddiaçı və cavabdehlər cavabdeh2 və cavabdeh1 birgə apellyasiya şikayətləri vermişdir.
9. İddiaçı İddiaçı (nümayəndəsi və vəkili vəkil2) apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməyən hissədə təmin edilməsini xahiş edib şikayətində göstərib ki, alıcı, yəni iddiaçı İddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı -satqı müqavilələrinə əsasən, satıcı cavabdeh1 müqavilə bağlandığı andan etibarən müqavilə predmetini təşkil edən avtomobilləri alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Beləliklə, tərəflər arasında bağlanmış müqavilə ilə onların qarşılıqlı hüquq və vəzifələri konkret və birmənalı şəkildə müəyyən edilmiş, eyni zamanda alıcının ödəniş öhdəliyinin mövcudluğu və satıcının əmlakı təhvil vermə öhdəliyinin icrası mübahisəsiz sübut olunur. Bununla yanaşı, alıcı İddiaçı isə müqavilə ilə razılaşdırılmış malın dəyərinin 90.000 (doxsan min) manat hissəsinin nağd qaydada ödəmiş, qalan hissəsini isə müqavilədə qeyd olunduğu kimi 24 ay müddətində, hər ay 505 (beş yüz beş) manat olmaqla satıcıya ödəməyi öz üzərinə götürmüşdür. Avtomobillərin alıcının faktiki istifadəsində olması və onun tərəfindən üçüncü şəxslərə icarəyə verilməsi faktı özlüyündə alıcı tərəfindən ilkin ödənişin həyata keçirildiyini təsdiq edir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 1-ci bəndində açıq şəkildə göstərilmişdir ki, satıcı müqavilə bağlandığı andan etibarən alıcının sifariş etdiyi avtomobilləri alıcıya təhvil verməyi, alıcı isə müqavilə ilə razılaşdırılmış malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Eyni zamanda, müqavilənin müvafiq bəndinə əsasən, satıcı tərəfindən müəyyən edilmiş 24 ay müddətində avtomobillərin dəyərinin tam ödənilməsindən sonra həmin avtomobillərin alıcının mülkiyyətinə keçməsinə zəmanət verildiyi qeyd olunmuşdur. İddiaçı İddiaçı ona dəymiş zərərlə bağlı polisə müraciət etmiş, lakin Bakı şəhər Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin təhqiqatçısı R Pünhan Mehdiyev ##.##.2024-cü il tarixdə *-**-**-*/*-*** nömrəli cinayət işinin rədd edilməsi barədə qərar qəbul etmişdir. Qeyd olunan Qərardan da aydın görünür ki, satıcı tərəf tərəflər arasında bağlanmış müqavilənin şərtlərini kobud şəkildə pozaraq iddiaçının əmlak hüquqlarının pozulmasına və onun faktiki olaraq mülkiyyətindən qanunsuz məhrum edilməsinə səbəb olmuşdur. Belə ki, iddiaçı İddiaçı hazırda 171.000 (yüz yetmiş bir min) manat məbləğində maddi zərərə məruz qalmışdır. Bu zərər iddiaçı tərəfindən ilkin olaraq ödənilmiş 90.000 (doxsan min) manat məbləğində pul vəsaitinin, eləcə də sonradan icarə ödənişləri qismində cavabdehə təqdim edilmiş vəsaitlərin nəticəsiz qalması ilə bağlıdır. Belə ki, göstərilən ödənişlər müqabilində iddiaçının mülkiyyətinə keçməli olan avtomobillər cavabdehin qanunsuz və müqavilə şərtlərinə zidd hərəkətləri nəticəsində iddiaçıya verilməmişdir. Beləliklə, cavabdehin üzərinə götürdüyü müqavilə öhdəliklərini yerinə yetirməməsi və qanunvericiliyin tələblərini pozması nəticəsində iddiaçıya külli miqdarda maddi zərər vurulmuşdur. “Cinayət işinin rədd edilməsi” barədə qərarda da qeyd olunmuşdur ki, cavabdeh cavabdeh2 Həmiddən 13 ədəd avtomobili təhvil almışdır. 13 ədəd avtomobildən 4 ədədinin yararsız vəziyyətdə olduğu kimi bir ədədini 3500 manatdan satmaqla, 4 ədədinə 14000 manat pul almışdır. Həmin 9 ədəd avtomobillərinin hər birini təmir etdirərək, avtomobillərin təmiri üçün 22000 manat pul xərcləmiş, həmin 9 ədəd avtomobillərin hər birini 7000 manatdan olmaqla, 9 ədəd avtomobili 63000 manata satmış, 13 ədəd avtomobilə görə yaranmış 12000 manat cərimə cəzasını ödəmiş, həmçinin də avtomobilləri satdıqdan sonra əldə olunan 43.000 manat puldan 10750 manatını Rövşənə vermiş, yerdə qalan 32250 manatı isə avtomobillərin sahibi ABŞ-da yaşayan cavabdeh1 göndərmişdir. Buradan da açıq şəkildə görsənir ki, müqavilə üzrə alıcının, yəni iddiaçı İddiaçı mülkiyyətinə keçməli olan avtomobillər cavabdehin qanunsuz hərəkəti nəticəsində onun mülkiyyətinə keçə bilməmişdir. Cavabdehin vəkili və nümayəndəsi keçirilmiş məhkəmə iclaslarında iddiaçının irəli sürdüyü zərər və öhdəliklərin yerinə yetirilməməsi hallarını təkzib etməmiş, yalnız müqavilənin şərtlərinin alıcı tərəfindən pozulduğunu və avtomobillərin şərtləşdirilmiş qaydada saz vəziyyətdə olmaması ilə bağlı nüansları qeyd etmişdir. Alıcının niyyəti avtomobilləri geri qaytarmaqdan ibarət olmamışdır. Hətta cavabdeh cavabdeh2 avtomobilləri üçüncü şəxsə satmaq niyyəti barədə alıcıya əvvəlcədən məlumat verməmişdir. Beləliklə, cavabdeh həm vicdanlılıq prinsiplərini, həm də müqavilə və qanunvericilik tələblərini kobud şəkildə pozmuş, nəticədə alıcının əmlak hüquqlarına ciddi zərər vurulmuşdur. Beləliklə, hal-hazırda iddiaçının qanunvericiliklə ona məxsus əmlak hüquqları cavabdehlər tərəfindən kobud şəkildə pozulmuşdur. Avtomobillərin alıcının faktiki istifadəsində olması və onun tərəfindən üçüncü şəxslərə icarəyə verilməsi faktı öz-özlüyündə alıcı tərəfindən ilkin ödənişin həyata keçirildiyini aydın şəkildə təsdiqləməsinə baxmayaraq, məhkəmə yekun olaraq yalnız “Cinayət işinin rədd edilməsi” barədə qərarda cavabdehin etirafına əsaslanaraq 54.900 (əlli dörd min doqquz yüz) manat məbləğində pul vəsaiti hissəsini təmin etmişdir.
10. Cavabdehlər cavabdeh2 Tapdıq oğlu və cavabdeh1 (nümayəndə və vəkili vəkil1) birgə verdiyi apellyasiya şikayətində qətnamənin iddianın təmin edilmiş hissədə ləğv, iddianın isə həmin hissədə rədd edilməsini xahiş edib şikayətdə göstərir ki, tərəflər arasında ##.##.2022ci il və ##.##.2022-ci il tarixlərində 13 ədəd avtomobilə dair "Nisyə alqı-satqı müqavilələri" imzalanmış və avtomobillər ödənişsiz şəkildə iddiaçıya təhvil verilmişdir . ## #### 2022-ci il tarixdə iddiaçı həmin avtomobilləri üçüncü şəxs X3 icarəyə vermiş və gəlir əldə etmişdir. İddiaçı tərəfindən cavabdehlərə təxminən 10 ay ərzində hissə-hissə cəmi 65.650 manat ödəniş edilmişdir. Məhkəmə tərəfindən işin faktiki halları düzgün müəyyən edilməmiş və mübahisənin mahiyyətinə düzgün hüquqi qiymət verməmiş, işin faktiki hallarını səhf qiymətləndirmişdir. Belə ki, məhkəmə tərəfindən münasibətlərin "borc" kimi və ya icarə kimi tövsif edilməsini qəbul etmir. Müqavilənin 1.2-ci bəndinə əsasən, mülkiyyət hüququ yalnız tam ödənişdən sonra alıcıya keçir. Bu, münasibətlərin faktiki olaraq Lizinq (Maliyyə İcarəsi) olduğunu sübut edir . Cavabdehlər ödənilən 65.650 manatın geri qaytarılmalı olduğu qənaətini rədd edir. Nisyə alqı-satqı müqaviləsi üzrə ödənmiş pulların geri tələb edilməsi mümkün deyildir və qanunvericilikdə belə bir norma yoxdur. Əksinə, hüquqi təbiəti etibarilə nisyə alqı-satqı müqavilələri üzrə ödənilmiş məbləğin geri qaytarılması yolverilməzdir. Bu vəsaitlər maldan istifadə edildiyi dövr üçün istifadə və amortizasiya haqqıdır və geri qaytarılmır. 10 aydan sonra iddiaçı tərəfindən ödənişlərin dayandırılmasının səbəbi avtomobillərin iddiaçının icarəyə verdiyi üçüncü şəxs tərəfindən yararsız və nasaz hala salınmasıdır. Bundan sonra iddiaçı həmin avtomobilləri götürməkdən imtina edərək, bu barədə mülkiyyətçiyə məlumat vermiş və mülkiyyətçi həmin avtomobilləri götürmək məcburiyyətində qalmışdır. Avtomobillər yararsız olduğu üçün iddiaçı onları geri təhvil götürməkdən polis izahatında da etiraf etdiyi kimi şəxsən imtina etmişdir . Malı istifadə edib yararsız hala salan və mülkiyyət hüququnu qazanmaq üçün öhdəliyi (tam ödənişi) icra etməyən şəxsin ödədiyi vəsaiti geri istəməsi hüquqdan sui-istifadədir və qanunverclikdə həmin vəsaitin geri qaytarılması müəyyən edilməyibdir. Beləliklə, ödənişin statusu yəni iddiaçının tələb etdiyi müqavilə üzrə ödəniş maldan istifadə edildiyi dövr üçün istifadə və amortizasiya haqqı olmaqla, hüquqi təbiəti etibarilə nisyə alqısatqımüqavilələri üzrə ödənilmiş məbləğin geri qaytarılması yolverilməzdir. Nəticə etibarilə, məhkəmə sözügedən qətnaməni qəbul etməklə Mülki Məcəllənin, 600.4 və 601.2, 747, 1091 maddələrinin tələblərini pozmuşdur. Hazırkı işin hallarından görünür ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətin hüquqi təbiətini (Lizinq xarakteri) düzgün müəyyən etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 747.1, 747-1.3 və 747-2-ci maddələrə dair Qərarına əsasən, nisyə alqı-satqı müqaviləsi faktiki olaraq lizinq (maliyyə icarəsi) münasibətidir. Bu münasibətin əsas xüsusiyyəti ondan ibarətdir ki, mülkiyyət hüququ dərhal deyil, yalnız tam ödənişdən sonra mülkiyyətçinin iradəsi ilə alıcıya keçir. Plenum qərarı birmənalı olaraq təsbit edir: "Lizinq alan ödənişi geri tələb etmir". İddiaçı öhdəliyi icra etməmiş, avtomobilləri 1 il istismar edib gəlir götürdükdən sonra onları yararsız halda geri qaytarmışdır (və ya götürməkdən imtina etmişdir). Belə olan halda, lizinq/icarə ödənişlərinin "borc" kimi geri qaytarılmasına dair qətnamə çıxarmaq plenum qərarına tam zidd qərar qəbul etmişdir. Həmçinin məhkəmə hazırkı işə MM-in 600.4-cü maddəsində səhv tədbiq etmişdir. Belə ki, MM-in 600.4-cü maddəsinə görə, alıcı ödənişi icra etmədikdə satıcı yalnız malın ödənilməsini və ya malın qaytarılmasını tələb edə bilər. Qanunvericilik satıcının malı geri götürdüyü halda, alıcının o vaxta qədər etdiyi ödənişlərin (icarə/amortizasiya haqqının) geri qaytarılmasını nəzərdə tutan heç bir norma müəyyən etməmişdir. Belə ki, işin mübahisəsiz halıdır ki, iş üzrə iddiaçı tərəfindən avtomobillərin dəyərinin ödənilməməsi və malın üçüncü şəxs vasitəsilə yararsız hala salınması səbəbindən mülkiyyətçi (Cavabdeh) qanunvericiliyin bu tələbinə uyğun olaraq malın iddiaçının məlumatı və heç bir etirazı olmadan 3-cü şəxsdən götürmüşdür. Qanun satıcıya malı geri götürmək hüququ verdiyi halda, alıcıya ödədiyi “istifadə haqqını" geri almaq hüququnu vermir. Hüquqi təbiəti etibarilə nisyə alqı-satqı müqavilələri üzrə ödənilmiş məbləğin geri qaytarılması yolverilməzdir. Malın mülkiyyətçisi (Cavabdehlər) müqavilənin 1.2-ci bəndinə əsasən mal üzərində sahiblik hüququnu saxlamış, alıcı isə tam ödəniş etməyərək mülkiyyət hüququnu qazanmamışdır. Məhkəmənin qətnaməsi iddiaçının əsassız varlanmasına hüquqi zəmin yaradır. İddiaçı ## #### 2022-ci il tarixdən etibarən avtomobilləri üçüncü şəxslərə (Həmidli Həmidə) icarəyə verərək 10 ay ərzində gəlir əldə etmişdir. Əgər iddiaçı həm malın gətirdiyi gəliri saxlayır, həm də müqavilə öhəliklərinin icrası ilə əlaqədar ödədiyi pulun hansı ki, bu cavabdehin mülkiyyətində olan avtomobillərin icarəsi hesabına əldə edilmiş gəlir hesabına həyata keçirilmiş, həmin avtomobillərin istismarına (köhnəlməsinə/amortizasiyası nəzərə alınmadan) görə ödədiyi vəsaiti geri alırsa, bu, cavabdeh tərəfin əmlakı hesabına heç bir hüquqi əsas olmadan varlanmaqdır. Malın intensiv istismar edildiyi və yararsız hala salındığı faktı (Polis izahatı ilə təsdiqlənir) ki, ödənilən pulun məhz həmin avtomobillərin icarəsi hesabına əldə edilmiş gəlir olduğundan həmin pulun tələb edilməsi əsassız varlanma ilə nəticələnir. İddiaçı avtomobilləri üçüncü şəxs vasitəsilə istismar edib yararsız hala saldıqdan sonra onları geri götürməkdən polis izahatında da etiraf etdiyi kimi şəxsən imtina etmişdir. Malı qəbul etməkdən imtina edən və mülkiyyətçini zərərlə başbaşa qoyan alıcının, sonradan "ödədiyim pulu borc kimi geri verin" tələbi mülki dövriyyənin dürüstlük prinsipinə və hüquqdan sui-istifadənin yolverilməzliyinə ziddir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmaq vəzifəsini kobud şəkildə pozmuşdur. Belə ki, məhkəmə Nizami RPİ-nin 25-ci PŞ-nin ##.##.2024-cü il tarixli rəsmi qərarına istinad edərkən sübutlara selektiv (seçmə) yanaşmışdır. Hakim həmin sənəddən yalnız iddiaçının xeyrinə olan "vəsaitin ödənilməsi" faktını götürmüş, lakin eyni sənəddə əks olunan və işin nəticəsini kökündən dəyişən aşağıdakı həlledici halları araşdırmadan kənarda qoymuşdur:
1. İddiaçının avtomobilləri üçüncü şəxsə (Həmidə) verməsi və gəlir götürməsi faktı; 2.İddiaçının avtomobilləri üçüncü şəxsdən geri təhvil almaqdan şəxsən imtina etməsi faktı;
3. Malın məhz iddiaçının istismarı dövründə yararsız hala salınması faktı. 4.Vəsaitin mənbəyi: Cavabdehə ödənilən vəsaitin məhz onun mülkiyyətində olan avtomobillərin üçüncü şəxslərə (Həmidli Həmidə) icarəyə verilməsi hesabına əldə edilmiş gəlir olması faktı; İddiaçının rolu: İddiaçının bu prosesdə yalnız "vasitəçi" (icarədar) kimi çıxış etməsi və mülkiyyətçinin əmlakından gəlir əldə edərək onun bir hissəsini mülkiyyətçiyə ötürməsi; Eyni rəsmi sənədin bir cümləsini sübut qəbul edib, digər cümləsini (imtina faktını) görməzdən gəlmək prosessual hüquq normasının birbaşa pozulmasıdır. Qətnamənin 27 və 28-ci bəndləri əsassızdır və qətnamənin qanuniliyi və əsaslılığı ilə bağlı prosessual normanın tələblərinə ziddir. Məhkəmə tərəflərin həqiqi münasibətini - yəni mülkiyyətçinin (Cavabdeh) öz əmlakının istismarından əldə etdiyi pulun ona geri qaytarılmasının hüquqi cəhətdən absurd olduğunu araşdırmayıb. İddiaçı tərəfindən müqavilə öhdəliyinin icra edilməməsi (tam ödənişin olmaması) və malın yararsız halda atılması faktları qətnamədə hüquqi qiymətini tapmamışdır. (Çəkişmə prinsipi): Cavabdehin vəkili kimi birinci instansiyada irəli sürdüyü "pulun hüquqi təbiəti lizinq ödənişidir" arqumenti məhkəmə tərəfindən tamamilə cavabsız buraxılmışdır. Çəkişmə prinsipinə əsasən məhkəmə hər iki tərəfin arqumentinə bərabər qiymət verməli olduğu halda, yalnız iddiaçının "borc" iddiası üzərində fokuslanmışdır. “İşin halları” bölməsində, eləcə də maddi və prosessual hüquq normalarının pozulması hissəsində ətraflı şəkildə qeyd edilmişdir. Məhkəmə tərəflər arasındakı münasibəti sadə "borc" kimi tövsif etmişdir. Lakin bu bəndin araşdırılması sübut edir ki, münasibət hüquqi təbiəti etibarilə Lizinqdir. Mülkiyyət keçmədiyi üçün ödənilən pullar borc deyil, istifadə haqqıdır. Bu halın aydınlaşdırılması ödənilən 65.650 AZN-in geri qaytarılmasının qanunla yolverilməz olduğunu sübut edir. İddiaçının avtomobilləri ##.##.2022-ci il tarixdə üçüncü şəxsə (Həmidli Həmidə) icarəyə verməsi. Bu faktın aydınlaşdırılması sübut edir ki, iddiaçı cavabdehlərin əmlakından 10 ay ərzində gəlir əldə etmişdir. Bu isə o deməkdir ki, cavabdehə ödənilən vəsait iddiaçının öz vəsaiti deyil, Cavabdehin öz əmlakının istismarından yaranan gəlirdir. Mülkiyyətçinin öz əmlakının gəlirini "borc" kimi alıcıya qaytarması mülki hüququn məntiqinə ziddir. Avtomobillərin iddiaçı tərəfindən yararsız və "həddindən artıq nasaz" hala salınması. Nizami RPİ-nin ##.##.2024-cü il tarixli qərarında əks olunan bu halın araşdırılmaması maddi ziyanın qiymətləndirilməməsinə səbəb olmuşdur. Əgər malın resursu tükədilibsə, ödənilən məbləğ məhz həmin amortizasiya (köhnəlmə) haqqını kompensasiya edir. Bu halın aydınlaşdırılması ödənişin geri qaytarılmalı olan "avans" olmadığını təsdiq edir . İddiaçının avtomobilləri geri təhvil almaqdan şəxsən imtina etməsi faktı. İddiaçı polis izahatında etiraf etmişdir ki, maşınlar nasaz olduğu üçün onları geri götürmür. Bu, müqavilənin iddiaçının təqsiri və iradəsi ilə pozulduğunu göstərir. Müqaviləni pozan və maldan imtina edən tərəfin, ödədiyi istifadə haqqını geri tələb etmək hüququnun olmaması (AR Konstitusiya Məhkəməsi Plenumunun MM 747 üzrə Şərhi) bu faktın aydınlaşdırılmasından asılıdır. Cavabdehin avtomobilləri satmağa məcbur qalması və çəkdiyi 34.000 AZN xərc.Məhkəmə qətnamənin 28-ci bəndində avtomobillərin satılmasını "borcun qaytarılması öhdəliyi" kimi qiymətləndirib. Lakin bu satışın İddiaçının maldan imtina etməsindən sonra, Cavabdehin zərərini minimuma endirmək və yararsız malı realizə etmək üçün məcburi addım olduğu araşdırılmamışdır. Bu faktın aydınlaşdırılması cavabdehin hərəkətlərində qanunsuzluq olmadığını və ödənişlərin əvəzləşdirildiyini sübut edir. Məhkəmə müəyyən edilmiş faktiki hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə aşağıdakı səhv və ziddiyyətli nəticələrə gəlmişdir: Münasibətlərin xarakteri üzrə səhv nəticə: Məhkəmə qətnamənin 27-ci bəndində nisyə alqı-satqı müqaviləsi üzrə ödənişləri sadə "borc öhdəliyi" kimi qiymətləndirmişdir. Lakin işin faktiki halları (İddiaçının 13 avtomobili 10 ay istismar etməsi, gəlir əldə etməsi və mülkiyyət hüququnun keçməməsi) sübut edir ki, bu, maldan istifadəyə görə ödənişdir. Məhkəmənin "ödənilən vəsait borcdur" nəticəsi müqavilənin lizinq təbiətiilə birbaşa ziddiyyət təşkil edir. Ödənişin qaytarılması üzrə səhv nəticə: Məhkəmə hesab etmişdir ki, müqavilə icra olunmayıbsa, bütün vəsait geri qaytarılmalıdır. Bu nəticə işin hallarına uyğun deyil, çünki İddiaçı 10 ay ərzində mülkiyyətçinin əmlakını köhnəltmiş və ondan iqtisadi mənfəət götürmüşdür. İstifadə edilmiş malın haqqının "borc"kimi geri qaytarılması nəticəsi mülki hüququn əvəzlilik prinsipinə ziddir. Təqsir və məsuliyyət üzrə səhv nəticə: Məhkəmə qətnamənin 28-ci bəndində avtomobillərin Cavabdeh tərəfindən satılmasını "İddiaçıya qarşı borc yaranması" kimi qiymətləndirmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, İddiaçı ##.##.2022-ci il tarixdən avtomobilləri yararsız hala salmış və onları geri götürməkdən imtina etmişdir və polisin izahatında qeyd etmişdir. Öz təqsiri və iradəsi ilə maldan imtina edən şəxsə münasibətdə" satıcının ona borcu var" nəticəsinə gəlmək işin halları ilə daban-dabana ziddir. Əsassız varlanma üzrə səhv nəticə: Məhkəmənin gəldiyi nəticə faktiki olaraq İddiaçının 13 avtomobili 10 ay pulsuz sürməsi, gəlir əldə etməsi və sonda ödədiyi pulları da geri alması deməkdir. Bu nəticə İddiaçının cavabdehlər hesabına əsassız varlanmasına (MM 1091) rəsmi zəmin yaradır ki, bu da ədalətli mühakimə prinsipi ilə bir araya sığmır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında iddiaçı İddiaçı və nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında cavabdehlər cavabdeh2 və cavabdeh1 nümayəndəsi və vəkili vəkil1 isə cavabdehlərin apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Maddə 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğısatqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi birbirinə verməyə borcludurlar. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Maddə 355.1.Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2.Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357.Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.1 Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2.Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 447.6. Əgər ikitərəfli müqaviləyə görə borclu onun üzərinə qoyulmuş öhdəliklərdən imtina edə bilərsə, ona bu hüququ verən hal isə kreditorun təqsiri üzündən yaranmışsa, o, cavab icrası almaq hüququnu saxlayır. Əgər cavab icrası üçün əsas kreditorun icranı almağı ləngitdiyi vaxt əmələ gələrsə, bu qayda tətbiq edilmir. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 9560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 606.1. Əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə:
Bənd 1.2. Bütün fiziki və hüquqi şəxslər mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər. Bənd 1.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar (dövlət yol polisi) nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini həyata keçirirlər. Bənd 4.3. Nəqliyyat vasitəsinin sahibi dəyişdikdə təkrar qeydiyyat mülkiyyətçinin ərizəsi və bu Əsasnamənin 2.9.-cu bəndində sadalanan müvafiq sənədlərdən birinin əsasında 2.8-ci bəndinə müvafiq qaydada aparılır. Bənd 4.3-1. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə, habelə bu Əsasnamənin 2.8-3-cü bəndində nəzərdə tutulmuş məlumatları dərhal Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi texniki vasitələrdən istifadə etməklə, həmin məlumatı 1 (bir) gün müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərir. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 3 (üç) gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilə notarius tərəfindən təsdiq edilmədikdə, nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı bu Əsasnamədə nəzərdə tutulmuş ümumi qaydada həyata keçirilir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsi üçün əsasdır, iddiaçının apellyasiya şikayəti isə mübahisələndirdiyi hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətlərinin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün iddiaçının şikayətinin obyektini iddianın təmin edilməyən hissəsi, cavabdehlərin apellyasiya şikayətinin obyektini isə iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də qətnamənin qeyd olunan hissələrdə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrə görə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianın təmin edildiyi hissədə gəldiyi nəticə düzgün olmamışdır.
22. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
23. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
24. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
25. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülki hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu, tərəflərdən hansının hüquqdan sui-istifadə etdiyini düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından iddianın təmin edilən hissəsində düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq tətbiq edilməli olan normanı tətbiq etməmiş, tətbiq etdiyi normaları səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin iddianın təmin edldiyi hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
26. Əvvəla, İddiaçıla cavabdeh1 arasında ##.##.2022-ci və ##.##.2022-ci il tarixdə mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərtlə avtomobillərin nisyə-alqı satqısına dair müqavilələr bağlanmış, lakin bu müqavilələr Mülki Məcəllənin 394 və 650-ci maddələrinin tələblərinə zidd olaraq notarial qaydada deyil, sadə yazılı əqd kimi bağlanmış, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə uyğun qeydə alınmamışdır. 27.Qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (MM.m. 329).Əqdin notariat qaydasında təsdiqlənməsi onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış yazılı sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir (MM.m. 331 və 334). 28.Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alqı- satqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir.
29. Tərəflərin hansı müqavilə münasibətlərinin qurulması üçün iradələrini ifadə etdikləri müəyyən olunmalı, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM 324.5). İşdən bəlli olur ki, tərəflərin hüquqi niyyəti, iradə ifadəsi mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərtlə avtomobillərin nisyə alqı-satqısı müqaviləsini bağlamaq olmuşdur. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən nisyə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin mübahisəsiz halıdır ki, mübahisə predmeti olmuş avtomobillər cavabdehə qaytarılmış və üçüncü şəxslərə satıldığı üçün müqavilələrə xitam verilmişdir.
30. Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2023-cü il tarixli Qərarında da Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsinin həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verdiyi, iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilənin ləğv edilmiş hesab edilməsi və bunun ləğvetmənin həyata keçirilməsinin ümumi forması olduğu təsdiqlənmişdir. Qərarda həmçinin ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında da kreditorun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilməsi, müqavilədən imtina barədə iradə ifadəsinin də qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayıldığı göstərildi.
31. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2023-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, nəzəriyyədə “müqavilədən imtina” əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva edir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. ... Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
32. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər (MM.m.447.1). Bu normadan göründüyü kimi, müqavilədən imtina, ləğvetmədən fərqli olaraq öz hüquqi nəticələrini həyata keçirilən andan etibarən deyil, müqavilənin bağlandığı andan əmələ gətirir. Müqavilənin ləğv olunması hallarında isə ləğvetmənin baş verdiyi andan sonra üçün hüquq münasibətinə xitam verilir. Buna görə də ləğvetməyə qədər əmələ gələn hüquq və vəzifələr öz qüvvəsində qalır. Lakin müqavilədən imtinada isə müqavilə üzrə öhdəliklər bağlandığı andan etibarən aradan qalxmış olur. İmtina olunan müqavilə üzrə öhdəliklər heç icra olunmamışsa, onda imtina ilə bərabər öhdəliklərə də xitam verilir. Ancaq imtina olunan müqavilə üzrə öhdəliklər birtərəfli qaydada tam və ya qismən icra olunmuşsa, yada hər iki tərəfdən qismən icra olunmuşsa onda icra edilən öhdəliklərin geriyə qaytarılması tələb olunur. Demək ki, icra olunmuş müqavilə öhdəlikləri baxımından ləğvetmədən söhbət gedə bilməz. Başqa sözlə ləğvetmənin daha öncə icra olunmuş müqavilə öhdəliklərinə təsiri ola bilməz. Lakin müqavilədən imtinada əvvəl icra olunmuş müqavilə öhdəliklərinə təsir göstərərək onların geriyə qaytarılmasının hüquqi əsasını təşkil edir. Bu hala görə də müqavilədən imtina müqavilənin etibarsızlığı ilə oxşarlıq təşkil edir. Lakin etibarsızlıqdan fərqli olaraq müqavilədən imtinada əvvəldən hüquqi əsas olur, lakin imtinadan sonra əvvəldən olan hüquqi əsas aradan qalxır.
33. Məhkəmə tərkibi yuxarıda ifadə etdiyi hüquqi dəyərləndirmələrə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi ilk növbədə avtomobillərin nisyə alqı-satqısı haqda müqavilələrin etibarsızlığını təsbit etməli, etibarsızlığın hüquqi nəticələri tətbiq edilməklə mübahisənin düzgün həlli mümkün olub-olmamasını araşdırmalı idi. Bu əhəmiyyətsiz əqdin təsdiqi barədə qənaətə gəldiyi halda isə mübahisəyə tərəflər arasında bağlanmış nisyə alqı-atqı müqavilələrindən irəli gələn münasibətlər çərçivəsində hüquqi qiymət verməklə həmin müqavilə şərtləri nəzərə alınmaqla hüquqi dəyərləndirmə aparmalı idi. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı əşyanın dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yəni satıcı qeyd edilənlərdən yalnız birini həyata keçirə bilər. Sözügedən avtomobillərin iddiaçının(icarəyə verdiyi şəxslərin)yararsız hala salındığı üçün cavabdehə qaytarılması işin mübahisəsiz halıdır. Deməli məhkəmə iddiaçı tərəfindən həmin avtomobillərə görə ödənilmiş vəsaitin cavabdeh tərəfindən qaytarılmalı olubolmamasını tərəflər arasında yaranmış həqiqi hüquq münasibəti çərçivəsində qanuni və (və ya) müqavilə əsası şərtləri baxımından düzgün qiymətləndirməli idi.
34. Əvvəla, hər iki müqavilənin mübahisəsiz şərtlərinə əsasən satıcı 13 ədəd avtomobili alıcıya təhvil verməyi, alıcı isə bu müqavilə ilə razılaşdırılmış malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürüb. Müqavilələrin 1.2-ci bəndinə əsasən satıcı müqaviləyə əsasən 24 ay müddətinə ona ödəniləcək məbləğ tam ödənildikdən sonra həmin avtomobilləri alıcının mülkiyyətinə keçməsinə zəmanət verib. Müqavilənin 2.2-ci maddəsinə əsasən hər bir avtomobilin qiyməti 12120 manata razılaşdırılmış, alıcı malın dəyərinin 0 manat hissəsini nağd şəkildə, qalan hissəsini 24 ay ərzində, ayda 505 manat satıcıya ödəməyi öhdəsinə götürüb. Demək müqavilə şərtlərinə əsasən alıcı 13 ədəd avtomobilə görə cavabdeh tərəfə 157560(yüz əlli yeddi min beş yüz altmış) manat ödəməli idi ki, sonda həmin avtomobillər üzərində mülkiyyət hüququ əldə etsin.
35. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı iddia tələbini dəqiqləşdirərək cavabdeh1 90000(doxsan min) manat, cavabdeh2 81910(səksən bir min doqquz yüz on) manat, cəmi 171000(yüz yetmiş bir min)manat tələb edib. cavabdeh1 90000(doxsan min) manatı tələb etməsi ilə bağlı özünün şəxsən iştirak etdiyi ## ####### 2025ci il tarixli məhkəmə hazırlıq iclasında(i.v;73-74.) verilən suallara cavab olaraq 13 ədəd avtomobili daxili kredit ilə alındığını, 13 ədəd avtomobilin 6000 manatdan hesabladıqda 90000 manat etdiyini, 90000 manatı Turala verdiyinə dair şahidi olduğunu, 78000 manatı cavabdehlərin verdiyini, sonra yenə suala cavab olaraq 90000 manatı Cavidə verdiyini, Cavidin isə 78000 manat əlavə edərək avtomobil sahibinə verdiyini, 11 ay ərzində Cavidə 91800 manat faiz ödədiyini qeyd edib. Göründüyü kimi, iddiaçı doxsan min manatı gah Turala özü də şahidin yanında, gah da Cavidə verdiyinə dair ziddiyyətli məlumatlar versə də, iddia etdiyi bu məbləğin özü tərəfindən ilkin ödəniş olaraq verdiyini müqavilələrdə mühüm şərt olaraq qeyd etməməsinin səbəbləri barədə hər hansı bir ciddi arqument göstərmir yaxud göstərə bilmir.
36. Bir halda ki, müqavilədə bütün mühüm şərtlər, o cümlədən avtomobillərin sayı, müqavilənin müddəti, hər bir avtomobilin ayrıca dəyəri, neçə ay ərzində bir avtomobil üçün ayda hansı məbləğdə ödəniş ediləcəyi, hansı müddətdə müqaviləyə əsasən ödəniləcək məbləğ tam ödənildikdən sonra avtomobillərin alıcının mülkiyyətinə keçəcəyi və digər şərtlər konkret göstərilib, demək ki, doxsan min manatın ilkin ödəniş olaraq nağd şəkildə ödənilməsi yaxud ödəniləcəyi də həqiqi idisə göstərilə bilərdi, ancaq göstərilməyib, əksinə müqavilənin 2.2-ci bəndində alıcının malın dəyərinin 0 manat hissəsinin nağd şəkildə ödəməyi öhdəsinə götürməsi qeyd olunub. Düzdü müqavilələrin 3.1-ci bəndində satıcıya ödəniləcək 12120 manat hissəsi müqavilə bağlanan anda, qalan hissəsi 24 ay ərzində, ayda 505 manat satıcıya ödəniləcəyi kimi bir şərt göstərilib. Ancaq tərəflər də bu halı mübahisələndirmir ki, həmin rəqəmlər 1 avtomobilin aylıq ödənişi 505 manat olmaqla, 24 ay ərzində ödəniləcək məbləğin cəmi olan 12120 manatın göstəricisi olub. Deməli hər bir halda bu məbləğ iddiaçının iddia etdiyi 90000(doxsan min) manatın cavabdehlərə ödədiyi məbləği əks və təsdiq etmir.
37. İddiaçı 90000(doxsan min) manatı ilkin ödəniş olaraq cavabdeh tərəfə ödəməsini Ruslan adlı dostunun yanında verdiyini, onun şahid qismində dindirilməsinə dair vəsatət təmin olunsa da(i.v.49) X6 məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq, Ruslan Qurbanov cinayət təqibi üzrə araşdırma zamanı izahatında,...Rövşənin Cavid ilə qurduğu biznesə hansı məbləğdə pul yatırmasından məlumatı olmadığını bildirmişdir. Göründüyü kimi, iddiaçının sözügedən avtomobillərə görə ilkin ödəniş olaraq 90000(doxsan min) manatı ödəməsi, öz izahatından başqa hər hansı digər bir mötəbər sübutla təsdiq olunmur. Ağlabatan mühakimə də 2006 və 2008-ci buraxılış ili olan, məlum markalı 13 ədəd avtomobilə görə ilkin ödəniş olaraq 90000(doxsan min) manat, daha sonra 24 ay ərzində onların istismarı nəticəsində əldə edəcəyi vəsaitdən hissə-hissə əlavə 157560(yüz əlli yeddi min beş yüz altmış) manat, ümumilikdə isə 247560(iki yüz qırx yeddi min beş yüz altmış) manatı ödəməklə qeyd olunan avtomobillərin 20 ilə yaxın müddətdə, özü də hansı şəraitdə istismarda olmasından sonra mülkiyyət hüququ əldə etmək istəyi və arzusu da inandırıcı və ağlabatan deyil və həyatda həmişə baş verən hallarla da uyğun gəlmir. Ən azından ona görə ki, bu cür biznes qurub qazanc əldə etmək arzusunda yaxud düşüncəsində olan şəxs bu fəaliyyətin nə dərəcədə uğurluuğursuz və ya faydalı-faydasız yaxud riskli olacağını əvvəlcədən hesablamaqla göz ardına almaya bilməzdi. Ona görə də iddia tələbinin 90000(doxsan min) manat hissəsi sübuta yetirilmədiyindən təmin edilməsi də mümkün deyildir.
38. İddia tələbinin cavabdeh2 81.910(səksən bir min, doqquz yüz on) manat tutulması hissəsi isə müqavilə üzrə qarşı tərəfə ödənilən vəsaitin geri tələb edilməsi ilə bağlıdır. Başqa sözlə, iddiaçı qeyd olunan avtomobilləri 14 ay ərzində icarəyə verdiyi üçün 92400(doxsan iki min, dörd yüz) manat gəlir əldə etdiyini, bu məbləğdən hər ay 6565 manat olmaqla, 91900(doxsan bir min, doqquz yüz) manatı müqavilə şərtlərinə əsasən qarşı tərəfə verdiyini, bu məbləğdən 10000(on min) manatın cavabdeh tərəfindən ona qaytarıldığını həm hazırkı iddiasında, həm də cinayət təqibi zamanı izahatında bildirib, lakin özü bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməyib. Cavabdeh tərəf iddianın bu hissəsi üzrə iddiaçının ona, müqavilə şərtinə uyğun olaraq hər ay 6565 manat olmaqla 10 ay ərzində cəmi 65650 manat verdiyini hazırkı mülki iş üzrə, cinayət təqibi üzrə araşdırma zamanı isə bu məbləğlə yanaşı, iddiaçının ona ilk 2 ay üzrə 7400 manat verdiyini də təsdiq etmişdir. Hər iki məbləği nəzərə aldıqda cavabdeh tərəf iddiaçının müqavilə üzrə ona 73050(yetmiş üç min, əlli) manatı ödədiyini təsdiq etməklə faktiki olaraq iddiaçının bu məbləğdə vəsaiti müqavilə şərtlərinə görə onlara ödədiyini sübut etmək yükündən azad etmiş olur. Demək ki, iddiaçı müqavilə şərtlərinə görə qarşı tərəfə hissə-hissə 91900(doxsan bir min, doqquz yüz) manat ödədiyini iddia etsə də, qarşı tərəf yalnız 73050(yetmiş üç min, əlli) manatı ödənildiyini təsdiq edir. Ona görə də məhkəmə tərkibi də iddia ediləni deyil, cavabdehin etiraf etdiyi məbləği qəbul edir. Çünki müqavilə şərtlərinə görə iddia edilən məbləğdə qarşı tərəfə vəsait ödənildiyi cavabdehin etirafından başqa hansısa sübutla təsdiq olunmur.
39. Bundan əlavə, cavabdeh Cavid Şrinov həm hazırkı iddia, həm də cinayət təqibi üzrə araşdırma aparılan zamanı bəyan edib ki, iddiaçı sözügedən avtomobilləri icarəyə verdiyi şəxsdən yararsız hala salındığı üçün götürmək istəmədiyinə görə məcbur olub mülkiyyətçinin adından həmin avtomobilləri icarəyə verilmiş şəxsdən geri alıb, 13 ədəd avtomobildən 4 ədədinin yararsız vəziyyətdə olduğu üçün 1 ədədi 3500 manat olmaqla, 4 avtomobili 14000 manata, qalan 9 avtomobilin hər birini təmir etdirərək, avtomobillərin təmiri üşün 22000 manat vəsait sərf etdikdən sonra 9 avtomobilin hər birini 7000 manat olmaqla, 63000 manata satıb, 13 ədəd avtomobilə görə yaranmış 12000 manat cərimə ödəmiş, avtomobilləri satdıqdan sonra əldə olunan 43.000 manatdan 10750 manatını iddiaçıya kömək məqsədi ilə verib, qalan 32250 manatı isə avtomobillərin sahibi ABŞ-də yaşayan cavabdeh1 göndərib. Qeyd olunan avtomobillərin üçüncü şəxslərə satılması mübahisə doğurmur, iddiaçı da bunu təsdiq edir. Avtomobillərin satış qiymətinə gəldikdə isə bu halı da iddiaçı mübahisələndirməsə də cavabdehin məlumatına əsasən 13 avtomobili cəmi 77000(yetmiş yeddi min) manata satılıb. Düzdü cavabdeh avtomobillərin təmiri üçün 22000 manat, cərimə ödənişlərinə görə 12000 manat ödədiyini bəyan etsə də işdə bu barədə mötəbər sübut olmayıb. Eyni zamanda Avtomobillərin satışından əldə edilən vəsaitdən iddiaçıya kömək məqsədi ilə 10750 manat verdiyini göstərsə də, iddiaçı 10000 manat aldığını təsdiq edib.
40. Beləliklə, aparılan təhlillərlə və mövcud olan sübutlarla iddiaçının müqavilələr üzrə 13 avtomobilə görə cavabdeh tərəfə 73050(yetmiş üç min, əlli) manat ödədiyi, cavabdeh tərəfin isə 13 avtomobilin satılmasından cəmi 77000(yetmiş yeddi min) manat əldə etdiyi, bu məbləğdən 10000(on min) manat iddiaçıya qaytarıldığı təsdiq olunur. Bu halların dəqiq müəyyən edilməsi məhkəmə tərkibi üçün ona görə zəruri və vacib idi ki, apellyasiya şikayətləri üzrə aparılan hüquqi dəyərləndirmələrə və yekun nəticənin düzgün olmasına təsiri olsun. 41.Göründüyü kimi, iddiaçı baxmayaraq ki, müqavilələr üzrə 73050(yetmiş üç min, əlli) manat ödədiyi təsdiq olunur, cavabdehdən 81.910(səksən bir min, doqquz yüz on) manatı ona görə tələb edir ki, qarşı tərəf müqavilə üzrə öhdəliklərini pozub. Birinci instansiya məhkəməsi isə iddiaçının müqavilə üzrə 65650 manat ödədiyi qənaətinə gələrək həmin məbləğdən cavabdehin iddiaçıya qaytardığı 10750 manatı çıxmaqla, 54900 manatı, yəni 65650 manatı icarə haqqı, 10750 manatı isə avtomobillərin satışından əldə edilən gəlir kimi qiymətləndirməklə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsini qət edib. Məhkəmə də iddiaçının istəyinə uyğun olaraq onun müqavilələrin şərtlərinə uyğun ödədiyi vəsait üzrə olan məbləğin geri qaytarılmasını qət edib. Qətnamədən bəlli olmur ki, məhkəmə bu cür qənaətə nəyə əsasən gəlib. Başqa sözlə, təmin edilən məbləğin cavabdehlərdən alınıb iddiaçıya qaytarılmasının qanuni və müqavilə əsası göstərilməyib. Ən azından məhkəmə nəyə görə bu qənaətə gəldiyini açıqlaya bilərdi.
42. Yuxarıda qeyd olunan təhlillərdən də bəlli oldu ki, mübahisəli avtomobillərə görə iddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun cavabdehə 73050(yetmiş üç min, əlli) manat ödənilib, ancaq avtomobillərin mülkiyyətinə keçməsi üçün cəmi 157560(yüz əlli yeddi min beş yüz altmış) manat ödəməli idi. Cavabdeh tərəf isə 13 avtomobilin satılmasından cəmi 77000(yetmiş yeddi min) manat əldə edib, bu məbləğdən 10000(on min) manat iddiaçıya qaytarıldığı təsdiq olunur. Göründüyü kimi, müqavilə şərtlərinə əsasən iddiaçı avtomobillərin mülkiyyətçisinə 157560(yüz əlli yeddi min beş yüz altmış) manat ödəməli idi ki, sözü gedən avtomobillərin mülkiyyətinə keçməsi üçün əsas yaransın. Ancaq iddiaçı 14 ay istifadəsində və istismarında olan avtomobillərə görə müqavilə üzrə 73050(yetmiş üç min, əlli) manat ödəməsi təsdiq olunub, bundan da 10000(on min) manatı ona qaytarılıb. İddiaçı isə bununla razılaşmayıb müqavilə üzrə ödədiklərinin hamısını tələb edir, lakin 14 ay ərzində həmin avtomobilləri icarəyə verməklə qazanc əldə etməsini, istismar nəticəsində avtomobillərin yararsız vəziyyətə düşməsini, özünün öhdəliklərini pozmasını nəzərə almır yaxud almaq istəmir.
43. Belə çıxır ki, cavabdeh tərəfin qaytardığı məbləğ çıxıldıqda, iddiaçıya müqavilə şərtlərinə uyğun ödədiyi 63050(altmış üç min, əlli) manat da qaytarılmalı idi, lakin cavabdehin mülkiyyətində olmuş 13 avtomobilin 14 ay ərzində istismar edilməsi nəticəsində yararsız hala salınaraq əhəmiyyətli dərəcədə dəyər itirməsi, müqavilə şərtlərinin iddiaçı tərəfindən pozulması, mülkiyyətçinin avtomobillərin nisyə alqı-satqısından gözlədiyi qazancdan (hətta avtomobillərin sonradan satışından əldə edilən vəsait nəzərə alınsa belə) məhrum olması nəzərə alınmamalıdır və bununla da iddiaçının mövqeyinə haqq qazandırılmalıdır. Bu yanaşma vicdanlılığın tələb etdiyi tərz sayılmır. Çünki bu vəziyyət iddiaçının əsassız varlanmasına səbəb olar. Başqa sözlə, iddiaçı cavabdehin mülkiyyətində olan 13 avtomobili 14 ay ərzində icarəyə verməklə istismar edir, bununla əlaqədar qazanc əldə edir, avtomobillər gündəlik taksi fəaliyyətində istismar olunduğu üçün dəyəri və keyfiyyəti əhəmiyyətli dərəcədə aşağı düşür, buna baxmayaraq müqaviləyə xitam verildiyini əsas tutub qarşı tərəfə ödədiyini tam olaraq geri tələb edir, ancaq qeyd olunan dövrdə avtomobillərdən istifadə(istismar) haqqı və köhnəlmə xərci ödəmək vəzifəsi olduğu barədə düşünmək istəmir. Ona görə də iddia tələbinin bu hissəsinin də qanuni və müqavilə şərti əsası olmadığından, əksinə iddiaçı bu cür iddia irəli sürməkdə haqlı olmadığı apellyasiya baxışı zamanı da təsdiq olunduğundan qətnamə iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə də iddia təmin edilməməlidir.
44. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilə azadlığı, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, hüquqdan sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
45. Beləliklə məhkəmə tərkibi hesab edir ki: iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməməli, cavabdehlər cavabdeh2 və cavabdeh1 apellyasiya şikayəti isə təmin edilməli; mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilməli və həmin hissədə də iddia təmin edilməməlidir.
46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin, cavabdehlər cavabdeh2 və cavabdeh1 apellyasiya şikayəti isə təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilsin, həmin hissədə də iddia təmin edilməsin. İddiaçının ödədiyi dövlət rüsumuna görə xərc özünə aid edilsin, cavabdehlərin ödədiyi 236(iki yüz otuz altı) manata görə xərcin əvəzi isə iddiaçıdan tutularaq onlara ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.