Məhkəmə qərarları › İş №2(3-6)-1073/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1073/2026

19.03.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1073/2026 19.03.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X6 ibarət tərkibdə, *(*-***)-***/**** saylı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qərardaddan iddiaçı İddiaçıan Respublikası Dövlət Neft Şirkəti "Azneft" Istehsalat Birliyinin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı Birliyin buna səlahiyyəti çatan nümayəndəsi Birliyin adından cavabdehlər X3, X10, X4, cavabdeh1 Əli oğlu və X1 qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Sabunçu rayonu ərazisində yerləşən və Birliyin istifadəsində olan neftqaz quyularının mühafizə zonasında inşa edilmiş qanunsuz tikililərin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahələrinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Birliyin istifadəsində olan neft-qaz quyularının mühafizə zonasında cavabdehlər tərəfindən ayrı-ayrılıqda torpaq sahələri zəbt edilmiş və cavabdehlər həmin sahələrdən ayrı-ayrılıqda qanunsuz tikililər inşa etmişlər. Iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və qərara almışdır. Həmin qərardadla Rayon Məhkəməsi iddiaçı Birliyə izah etmişdir ki, Birlik hər bir cavabdehə qarşı ayrı-ayrılıqda iddia verməlidir. Belə ki, İddiaçıan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 149.3-cü maddəsinin tələbinə görə, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Lakin hazırkı iddia ərizəsindən görünür ki, iddia ərizəsində cavabdeh qismində qeyd edilmiş şəxslər və onlara qarşı yönəlmiş tələblər bir-biri ilə bağlı deyil Birlik həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülərək, mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iddia eyni hüquq pozuntusu – Birliyin istifadəsində olan neft-qaz quyularının mühafizə zonasında cavabdehlər tərəfindən qanunsuz aparılmış tikinti faktlarına əsaslanır. Tikinti işləri aparılmış ərazi neft-qaz quyularının mühafizə zonasında yerləşir ki, bu da potensial olaraq yanğın, partlayış və digər ağır nəticələrə səbəb olmaqla insanların həyat və sağlamlığı üçün real təhlükə yaradır. Odur ki, çıxarılacaq qərarın təmin edilməsi və gələcəkdə yanğın və partlayışla nəticələnə bilən, insanların həyat və sağlamlığı üçün potensial riskin qarşısının vaxtında alınması, həmçinin bədbəxt və xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülməsi zəruridir və vacibdir. Eyni zamanda qeyd edilmişdir ki, Rayon Məhkəmələrinin təcrübəsində eyni hüquqi əsaslarla bir neçə cavabdehə qarşı vahid iddia ərizələrinin icraata qəbul edilməsi geniş yayılmışdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 36-cı maddəsinə görə, bir neçə iddia tələbinin bir icraatda birləşdirilməsinə yalnız o halda yol verilir ki, həmin tələblər arasında qarşılıqlı əlaqə mövcud olsun və onların birgə baxılması işin düzgün və vaxtında həllinə xidmət etsin. MPM-in 149.3-cü maddəsinin tələbinə görə, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Lakin Birliyin cavabdehlərə qarşı irəli sürdüyü iddia ərizəsindən görünür ki, iddia ərizəsində cavabdeh qismində qeyd edilmiş şəxslər və onlara qarşı yönəlmiş tələblər birbiri ilə bağlı deyil. Cavabdehlər iddiaçı Birliyin istifadəsində olan neft-qaz quyularının mühafizə zonasında ayrı-ayrılıqda torpaq sahələri zəbt etmiş şəxslərdir və onların hər biri özü tərəfindən zəbt edilmiş sahələrdə ayrı-ayrılıqda qanunsuz tikililər inşa etmişlər. Bu hal isə onu göstərir ki, Birliyin cavabdehlərə qarşı verdiyi iddia ərizəsi MPM-in yuxarıda qeyd edilən tələblərinə cavab vermir. Bundan başqa Məhkəmə qeyd edir ki, hər hansı birinci instansiya məhkəməsi qeyd edilən vəziyyətdə olan iddia ərizəsini icraata qəbul edərək, baxımsa bu o demək deyil ki, həmin hala görə qüvvədə olan prosessual normaların tələbləri hazırkı iş üzrə qərarda qəbul etmiş hakim tərəfindən də pozulmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 397, 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Iddiaçı İddiaçıan Respublikası Dövlət Neft Şirkəti "Azneft" Istehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X2 Birliyin adından verdiyi şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar