Məhkəmə qərarları › İş №2(3-6)-108/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-108/2026

26.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-108/2026 26.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzillərin təhvil verilməsi və mənzildən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin yaradılmasının qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3790/2022 saylı, xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3790/2022 saylı xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən yaşayış binasının “C” blokunun 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 kvadrat metr olan 136 saylı mənzilin və həmin ünvanda yerləşən yaşayış binasının “C” blokunun 22-ci mərtəbəsində yerləşən 80 kvadrat metr olan 137 saylı mənzilin ona təhvil verilməsi, cavabdeh tərəfindən qeyd olunan mənzillərə dair onun sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı bir maneələrin yaradılmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən, A-1 yaşayış binasında (A-1 blokunda) yerləşən ümumi sahəsi 195 kv.m. olan 136 saylı və həmin mərtəbədə yerləşən ümumi sahəsi 80 kv.m. olan 137 saylı mənzilin (əgər bu mümkün olmadıqda, yəni 22-ci mərtəbədə həmin nömrəli mənzillər olmazsa və s. hallarda inşası tamamlanmış eyni binadan (blokdan) eyni ölçüdə olmaqla müvafiq mənzillərin) ona təhvil verilməsi, Cavabdeh MMC tərəfindən yuxarıda qeyd edilən mənzillərə dair ona sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı bir maneələrin yaradılmasının qadağan edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3790/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən “A-1” binasının (A-1 blokunda) 22ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m. və 80 kv.m. olan mənzillərin İddiaçı təhvil verilməsi; Cavabdeh MMC-yə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən “A-1” binasının (A-1 blokunda) 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m. və 80 kv.m. olan İddiaçı təhvil veriləcək mənzillərə dair sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı maneələrin yaradılmasının qadağan edilməsi qadağan edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 ərizə ilə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3790/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icra vərəqəsində 22-ci mərtəbədə 195 kv.m və 80 kv.m mənzillərin təhvil verilməsi qeyd edilsə də, tələbkar 80 kv.m olan mənzilin 23-cü mərtəbədə olduğunu bildirmişdir. Tələbkarın təqdim etdiyi müqavilələrdən də görünür ki, 195 kv.m olan mənzil 22-ci mərtəbədə 136 saylı mənzil kimi və 80 kv.m olan mənzil isə 23cü mərtəbədə 137 saylı mənzil kimi qeyd edilmişdir. xx.xx.2025-ci il tarixdə işin icrası üçün təyinat verilmiş və yerində mənzillərə baxış keçirilən zaman 22-ci mərtəbədə 195 kv.m olan 136 saylı və 80 kv.m olan 137 saylı mənzili aşkar etmək mümkün olmamışdır. 136 və 137 saylı mənzillər sıralama ilə 20-21-ci mərtəbələrdə yerləşir. Həmçinin layihə üzrə 195 kv.m və 80 kv.m olan mənzillər 22-ci mərtəbədə harada yerləşdiyini müəyyən etmək mümkün deyil. Bu səbəbdən də həmin mənzillərin hansı mərtəbədə və layihə üzrə hansı mənzillər olması barədə məhkəmə tərəfindən izah verilməsinə zərurət yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3790/2022 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı mülki iş üzrə qətnamədə aydın və dəqiq olmayan, o cümlədən ziddiyyətli hissələrin mövcud olması müəyyən edilmədiyindən, qətnamənin izah edilməsinə zərurət yoxdur. Bundan başqa borclu tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 07-215/25 saylı rəyindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsində 18/04-176 nömrəsi ilə razılaşdırılmış eskiz layihəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən Cavabdeh MMC tərəfindən inşa olunmuş A-1 saylı (C bloku) çoxmərtəbəli yaşayış binasının 22-23-cü mərtəbələrində yerləşən dupleks mənzillərdə, habelə binanın 6-12-ci və 13-21-ci mərtəbələrində İddiaçı xx.xx.2019-cu il tarixində verilmiş maliyyə arayışına əsasən satılmış 80.0 kv.m və 195,0 kv.m sahəyə uyğun mənzil sahələri mövcud deyildir. Yəni sözügedən mərtəbələrdə bu ölçüdə mənzillər layihədə nəzərdə tutulmamış və faktiki olaraq mövcud deyildir. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən Cavabdeh MMC tərəfindən inşa olunmuş A-1 saylı (C bloku) çoxmərtəbəli yaşayış binasının eskiz layihəsinə əsasən, yaşayış sahələri binanın 6-cı mərtəbəsindən başlayır və 21-ci mərtəbəyə qədər hər mərtəbədə 8 mənzil yerləşir. Bu sıralama qaydalarına əsasən, A-1 saylı (C blokunun) 22-ci və 23-cü mərtəbələrində yerləşən dupleks mənzillərə 129-132 nömrəli mənzillərin düşdüyü müəyyən olunur. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-3790/2022 saylı qərardadı ilə apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmədiyinə görə geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixdə İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3790/2022 saylı xx.xx.2025-ci il tarixli qərardadından yenidən apellyasiya şikayəti verərək onun ləğv edilməsini, eyni zamanda buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ona məxsus "Elektron kabinet" mövcud olmadığından və heç zaman kabinetdən istifadə etmədiyindən şikayətin verilməsi üçün belə bir üsuldan istifadə etməli olması barədə məlumatı olmamışdır. Bununla belə, iş materiallarına əlavə olunmuş şikayətin surətindən görünür ki, şikayət qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuş və qərardad xx.xx.2024-cü il tarixində rəsmi təqdim olunduğu halda 5 gün sonra, yəni 20. 10.2025-ci il tarixində Xətai Rayon Məhkəməsinin dəftərxanasına təhvil verilmiş və bununla bağlı müvafiq qeydiyyat aparılmışdır. Şikayət geri qaytarıldıqdan sonra yol verilmiş qüsurun aradan qaldırılması və şikayətin qanunvericiliyin tələblərinə uyğun olaraq "Elektron Kabinet" vasitəsilə təqdim olunması üçün vəkilə müraciət etmiş, tələb təmin olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-3790/2022 saylı qərardadı ilə İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3790/2022 saylı xx.xx.2025-ci il tarixli qərardadından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunaraq İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3790/2022 saylı xx.xx.2025-ci il tarixli qərardadından verdiyi şikayət təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3790/2022 saylı xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırımışdır ki, iddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3790/2022 saylı xx.xx.2025-ci il tarixli qərardadı xx.xx.2025-ci il tarixdə məhkəmə qəbzini imzalamaqla almışdır. Sonradan xx.xx.2025-ci il tarixdə, yəni apellyasiya şikayəti vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ərzində, apellyasiya şikayəti vermişdir. Lakin iddiaçı şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə vermədiyindən apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Buna görə də, iddiaçı xx.xx.2025-ci il tarixdə qanunvericiliklə müəyyən edilmiş qaydada “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə yenidən apellyasiya şikayəti vermişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3790/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində hər hansı yanlışlığa yol verilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı keçirilmiş yerində müayinə və həmin zaman Cavabdeh MMC-nin nümayəndəsinin verdiyi izahat əsasında müəyyən edilmişdir ki, İddiaçı Əlövsət qızına məxsus mənzillər “A-1” binasının 22-ci mərtəbəsində yerləşir. Buna uyğun olaraq iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müracitə olunmuş, məhkəmədən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən, A-1 yaşayış binasında (A-1 blokunda) yerləşən ümumi sahəsi 195 kv.m. olan 136 saylı və həmin mərtəbədə yerləşəm ümumi sahəsi 80 kv.m. olan 137 saylı mənzilin (əgər bu mümkün olmadıqda, yəni 22-ci mərtəbədə həmin nömrəli mənzillər olmazsa və s. hallarda inşası tamamlanmış eyni binadan (blokdan) eyni ölçüdə olmaqla müvafiq mənzillərin) İddiaçı Əlövsət qızına təhvil verilməsi, Cavabdeh MMC tərəfində yuxarıda qeyd edilən mənzillər dair İddiaçı Əlövsət qızına sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı bir maneələrin yaradılmasının qadağan edilməsi barədə qətnamənin qəbul edilməsi xahiş olunmuşdur. Beləliklə də məhkəmə tərəfindən iddiaçının tələbinə uyğun olaraq iddia təmin edilmiş, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən “A-1” binasının (A-1 blokunda) 22ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m. və 80 kv.m. olan mənzillər İddiaçı təhvil verilməsi, Cavabdeh MMC-yə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən “A-1” binasının (A-1 blokunda) 22- ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m. və 80 kv.m. olan İddiaçı təhvil veriləcək mənzillərə dair sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı maneələrin yaradılmasının qadağan edilməsi qət edilmişdir. İş üzrə cavabdeh "xxxx" MMC şikayət verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3790/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının “İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3790/2022 saylı xx.xx.2025-ci il tarixli qərardadından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunsun” hissəsində ləğv olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd olunduğu kimi, iddiaçı sözügedən qərardadı xx.xx.2025-ci il tarixdə almışdır. Həmin qərardaddan şikayət verən zaman, qanunvericilikdə müəyyən olunmuş qaydaya riayət etməli və şikayəti, “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə təqdim etməli idi. Belə ki, buraxılmış prosessual müddətin üzrlü sayılması o halda mümkün ola bilər ki, şikayətin vaxtında verilməməsi tərəfin iradəsindən və hərəkət imkanından asılı olmasın, eyni zamanda tərəf şikayət vermək imkanının olmamasını sübut etmiş olsun. Əks halda, prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburilik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldar. Qanunla müəyyən edilən müddət ərzində qətnamənin icra olunmaması işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. AR MPM-nin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Buna görə də hesab edirlər ki, iddiaçı tərəfindən sözügedən qərardaddan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair olan vəsatət təmin olunmamalı idi. Cavabdeh qərardadın mahiyyəti ilə bağlı olaraq qeyd etmişdir ki, qeyd olunan mənzillər hal-hazırda tikdiyi binada mövcud deyil. Ümumiyyətlə qeyd olunan binanın 22- 23-cü mərtəbələrində sahəsi 195 kv.m və və 80 kv.m olan mənzil mövcud deyil. Bunu təqdim olunmuş layihədən və iş üzrə verilmiş mütəxəssis rəyindən də görmək olar. Həmçinin qeyd edir ki, mübahisə predmeti olan, Cavabdeh MMC tərəfindən tikilmiş, A1 blokunda mövcud olan mənzillər artıq çoxdandır ki, satılmışdır. Qeyd olunan binada yerləşən bütün mənzillər artıq sakinlərin istifadəsinə verilmiş və binada tam yaşayış mövcuddur. Həmçinin qeyd etmişdir ki, icra vərəqəsində qeyd olunan mənzillərin nömrələri də binanın layihəsinə uyğun deyil. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3790/2022 saylı, 30 dekabr 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, hər iki şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin hər iki qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. İş materiallarında müəyyən edildiyi kimi, İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3790/2022 saylı xx.xx.2025-ci il tarixli qərardadını xx.xx.2025-ci il tarixdə məhkəmə qəbzini imzalamaqla almışdır (iş mat., səh.121). İddiaçı ilk dəfə xx.xx.2025-ci il tarixdə - apellyasiya şikayəti vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmədən həmin qərardaddan şikayət vermişdir. Həmin şikayət elektron kabinet vasitəsilə verilmədiyinə görə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Qeyd olunan qərardadı isə İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə qəbzini imzalamaqla almışdır (iş mat., səh. 163). İddiaçı daha sonra şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən şikayətlə, habelə müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin müraciət məhz qeyd edilən nöqsanlar barədə məlumatlı olduğu tarixdən, yəni xx.xx.2025-ci il tarixli qərardadı əldə etdiyi vaxtdan hesablanmaqla xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, istinad olunan bu hal müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən hal kimi nəzərə alına bilər. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı prosessual hərəkəti etməyə imkan verməyən bu halı qısa müddət ərzində aradan qaldırmağa səy göstərmiş, şikayətin geri qaytarılması barədə məhkəmə aktını rəsmi qaydada aldıqdan sonra qısa müddət ərzində yenidən apellyasiya şikayəti ilə müraciət edərək, qanunvericiliklə ona verilmiş prosessual hüquqlardan suiistifadə hallarına yol verməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, ərizəçinin vaxtında şikayət verə bilməməsi üzrlü səbəblərdən baş vermişdir və məhkəmə müdafiəsi hüququnu reallaşdıra bilməsi üçün onun şikayətinə baxılması ədalət prinsiplərinə, habelə prosessual qanunvericiliyin məqsədlərinə müvafiqdir. Bu baxımdan cavabdehin hazırkı şikayətində göstərilənlər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3790/2022 saylı xx.xx.2025-ci il tarixli qərardadının ləğvi üçün əsas ola bilməz. Odur ki, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya həmçinin nəzərə alır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-3790/2022 saylı qərardadı ilə İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3790/2022 saylı xx.xx.2025-ci il tarixli qərardadından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmaqla yanaşı, tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3790/2022 saylı xx.xx.2025-ci il tarixli qərardadından verilmiş şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3790/2022 saylı xx.xx.2025ci il tarixli qərardadından verdiyi şikayətə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.1-ci maddəsinə əsasən qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır. Həmin Məcəllənin 230-cu maddəsinə görə, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 14-cü bəndində qeyd edilir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, qətnaməyə izah verilməsi qətnamədəki hüquqi terminlərin və ifadələrin yerində və Azərbaycan dilinin qrammatik qaydalarına uyğun işlədilməməsi, qətnamənin tərtib olunmasında anlaşılmayan, çoxmənalı söz və ifadələrdən istifadə olunması nəticəsində məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi və qətnamənin icrasında çətinlik yaranması ilə əlaqədar olur. Qətnamədə sözün, söz birləşməsinin və ya cümlənin ehtiva etdiyi mənanın müəyyən edilməsi zərurəti yarandıqda da qətnamə izah oluna bilər. Çünki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda onun icrası çətin və ya qeyri-mümkün olur. Belə hallarda adətən qətnamənin izah edilməsi zərurəti yaranır ki, bu da məhkəmə qətnaməsinin icrasında yaranan çətinliklərin aradan qaldırılmasının prosessual vasitəsidir. Qətnaməyə yuxarıda göstərilənlərlə əlaqədar olmayan hallarda izahın verilməsi onun məzmununun dəyişdirilməsinə səbəb ola bilər. Halbuki qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. İş materiallarından göründüyü kimi, məhkəmə araşdırması zamanı iddiaçı keçirilmiş yerində müayinəyə və həmin zaman Cavabdeh MMC-nin nümayəndəsinin verdiyi izahata uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmədən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən, A-1 yaşayış binasında (A-1 blokunda) yerləşən ümumi sahəsi 195 kv.m. olan 136 saylı və həmin mərtəbədə yerləşən ümumi sahəsi 80 kv.m. olan 137 saylı mənzilin (əgər bu mümkün olmadıqda, yəni 22-ci mərtəbədə həmin nömrəli mənzillər olmadıqda və s. hallarda inşası tamamlanmış eyni binadan (blokdan) eyni ölçüdə olmaqla müvafiq mənzillərin) ona təhvil verilməsi, Cavabdeh MMC tərəfində yuxarıda qeyd edilən mənzillərə dair ona sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı bir maneələrin yaradılmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3790/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tam təmin edilərək Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən “A-1” binasının (A-1 blokunda) 22ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m. və 80 kv.m. olan mənzillərin İddiaçı təhvil verilməsi; Cavabdeh MMC-yə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən “A-1” binasının (A-1 blokunda) 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m. və 80 kv.m. olan İddiaçı təhvil veriləcək mənzillərə dair sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı maneələrin yaradılmasının qadağan edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2347/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3790/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2915/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2347/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası hazırkı ərizəni nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının hazırda izah verilməsi xahiş etdiyi məsələ qətnamədə hüquqi terminlərin və ifadələrin yerində və Azərbaycan dilinin qrammatik qaydalarına uyğun işlədilməməsi, habelə qətnamənin tərtib olunmasında anlaşılmayan, çoxmənalı söz və ifadələrdən istifadə olunması ilə bağlı deyildir. Ərizədə qeyd edildiyi məzmunda qətnaməyə izah verilməsi həmin qətnaməyə əsasən yaranmış öhdəliyin digəri ilə əvəz edilməsi, yəni məhkəmə aktının mahiyyətinin dəyişdirilməsi ilə nəticələnə bilər ki, bu da qətnamənin izahı institutunun hüquqi təyinatına ziddir. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3790/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi aydın və birmənalıdır, qətnamədə qeyri-müəyyənlik və ziddiyyət mövcud deyildir, nəticə hissəsi isə açıq və dəqiq ifadə olunmuşdur. Buna görə də ərizədə göstərilən hallar qətnaməyə izah verilməsi üçün hüquqi əsas yaratmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3790/2022 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3790/2022 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardadlardan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar