Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1083/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçının nümayəndəsi nümayəndə2 iştirakları ilə, Işin halları
1. ##.##.2024-cü il tarixli, MV-C(Q)*****-** saylı sığorta şəhadətnaməsindən görünür ki, sığortaçı İddiaçı ASC tərəfindən * nömrəli Qoşmada göstərilən nəqliyyat vasitəsi ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək “avtomobilin tam sığortası qaydaları”na əsasən sığortalanmışdır.
2. ##.##.2024-cü il tarixli MV-C(Q)*****-** nömrəli Avtomobillərin tam sığortası müqaviləsinə * nömrəli qoşma olan “sığortalanmış nəqliyyat vasitələrinin siyahısı”ndan görünür ki, “Toyota Corolla” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı avtomobil siyahıda nəzərdə tutulmuşdur.
3. ##.##.2024-cü il tarixli MV-C(Q)*****-** nömrəli Avtomobillərin tam sığortası müqaviləsinə * nömrəli qoşma olan “sığorta təminatı üzrə cədvəl”dən görünür ki, “Toyota Corolla” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı avtomobilin maddi zərərdən sığorta məbləği 40.536 manat, məsuliyyət sığorta məbləği 10000 manat, fərdi qəza sığorta məbləği bir yer üzrə 5000, bir avtomobil üzrə 20000 manat müəyyən edilmişdir.
4. MVC****/** saylı işə dair ##.##.2024-cü il tarixli sığorta aktından görünür ki, avtomobilin kompleks sığortası ilə sığortalanmış “Toyota Corolla” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön hissəsinə ##.##.2024-cü il tarixdə baş vermiş toqquşma növlü yol-nəqliyyat hadisəsi nəticəsində nəticəsində dəymiş zərərə görə faydalanan şəxs “xxxx” MMC-yə 100 manat azadolma məbləği çıxılmaqla, sonuncuya 6390 manat məbləğində sığorta ödənişi edilmişdir. Braəsində subroqasiya tələbi irəli sürülməli şəxs Cavabdehdır.
5. Azərbaycan Respublikası Bakı şəhəri X1 Idarəsi tərəfindən tərtib edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, ##.##.2025-ci il tarixində saat 09:00 dəqiqədə Bakı şəhəri, Qara Qarayev prospektində baş vermiş toqquşma növlü yolnəqliyyat hadisəsində Cavabdeh təqsirli şəxs olaraq müəyyən edilmişdir.
6. TP seriyalı ******* nömrəli ##.##.2024-cü il tarixli “Inzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, Cavabdeh “Chevrolet Cruze” markalı, ** CY *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikası IXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.
7. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair ##.##.2024-cü il tarixli */**** nömrəli protokoldan görünür ki, Cavabdeh alkoqol qəbulu əlamətləri yoxdur, ayıqdır.
8. Bakı şəhəri BPI-nin DYPI-nin YNHÜŞ-nin inspektoru R V.Əliyev tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri ərazisində Cavabdeh idarə etdiyi “Chevrolet Cruze” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobillə X2 idarə etdiyi “Toyota Corolla” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması zamanı maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsinin baş verməyi ilə əlaqədar icraatında araşdırılan həmin hadisə üzrə izahatı alınmalı olan “Chevrolet Cruze” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hadisə barədə yazılı izahat verməsini təklif etdikdə o, hadisə ilə bağlı izahat verməyəcəyini və bu barədə tərtib edilən sənədləri imzalamayacağını qeyd etmişdir.
9. “Avtomobillərin Texniki Xidmət Mərkəzi” tərəfindən verilmiş ##.##.2024-cü il tarixli qüsur aktından görünür ki, “Toyota Corolla” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5320 manat, xidmət haqqı 1170 manat olmaqla, cəmi 6490 manat qiymətləndirilmişdir.
10. ## #### 2024-cü il tarixli, ** nömrəli hesab-fakturadan görünür ki, “Toyota Corolla” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyimiş ziyan 6490 manat ödəniş bank köçürmə yolu ilə həyata keçirilməlidir.
11. ##.##.2024-cü il tarixli, **** saylı “ödəniş tapşırığı”ndan görünür ki, İddiaçı ASC tərəfindən X3 6490 manat məbləğində sığorta ödənişi edilmişdir.
12. İddiaçı ASC tərəfindən cavabdeh Cavabdehə Ehtibar qızına ünvanlanmış ##.##.2025-ci il tarixli, G-D-****-**** nömrəli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdeh Cavabdehə Ehtibar qızından 6390 manat məbləğində sığorta ödənişinin 7 iş gün müddətinə ödənilməsi tələb edilmiş və əks təqdirdə şirkət tərəfindən müvafiq məhkəmə orqanına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
13. “xxxx” MMC tərəfindən verilmiş “daşınar əmlakın qiymətləndirilməsi barədə” ##.##.2025-ci il tarixli, **-***/** saylı hesabatdan görünür ki, “Toyota Corolla” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın 2950 manat, aparılacaq təmir üçün əmək haqqının 700 manat təşkil etdiyi müəyyən edilmişdir.
14. Iş materiallarına “Toyota Corolla” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı avtomobilin foto şəkilləri əlavə edilmişdir.
15. “xxxx” MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli MB-**/**** nömrəli Qiymətləndirmə Hesabatından görünür ki, sual 1 üzrə: Yol-nəqliyyat hadisəsi zamanı **YK*** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtomobilin ön bamper, ön sağ və sol fara, radiator barmaqlığının xromu, ön bamperin orta setkası, duman qapağı, kapot, kapot petlələri, ön şveller, ön şvellerin böyük və kiçik buynuzu, alt şvellerin plasması, sol salaska və düymələri bilavasitə yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmişdir və həmin avtomobilin sahibinə real olaraq 3770 manat məbləğdə ziyan dəymişdir. Sual 2 üzrə: Iş materiallarında olan “Avto Servis” tərəfindən verilmiş qüsur aktında qeyd olunmuş hissələrin, xüsusilə də radiator barmaqlığının xromu, ön şvellerin böyük buynuzu, ön şvellerin kiçik buynuzu, ön buferin şvelleri, kapot və ön faraların və.d. dəyişdirilməsinə zərurət var idi. Sual 3 üzrə: Əgər həmin detalların dəyişdirilməsinə zəruruət olmadığı təqdirdə avtomobilin təmirinə çəkilən xərclərin dəyərinin müəyyənləşdirmək avtomobilə texniki servis mərkəzlərində baxış zamanı müəyyən etmək mükündür. Sual 4 üzrə: Mülki işdə olan bütün sənədlər, o cümlədən zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair “Avto Servis” tərəfindən verilmiş qüsur aktı nəzərə alınmaqla yol-nəqliyyat hadisəsi ilə səbəbli əlaqədə olan detalların (hissələrin) və həmin hissələrin bərpasının həmin sənədlərdə göstərilən dəyəri hadisə baş verən tarixdə bazar qiymətinə uyğun deyil. Sual 5 üzrə: Zədələnməsi yol-nəqliyyat hadisəsi ilə səbəbli əlaqədə olan detalların (hissələrin) köhnəlmə faizləri nəzərə alınmaqla, onların qalıq dəyərləri və həmin hissələrin bərpasına (dəmirçi, rəngsaz, armatur) sərf olunan əməyin (servisin) bazar qiyməti 800 (səkkiz yüz) manat təşkil edir. Sual 6 üzrə: Yolnəqliyyat hadisəsi nəticəsində **YK*** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtomobilə dəymiş ziyanın məbləği real olaraq (ƏDV, ehtiyat hissələrinin qiyməti və təmir xərcləri nəzərə alınmaqla) 4449 (dörd min dörd yüz qırx doqquz) manat təşkil edir. Sual 7 üzrə: Qüsur aktında olan detalların bazar qiyməti hazırkı dövrdə olan bazar qiymətləri ilə eynilik təşkil etmir. Gömrük tarifləri, daşınma xərcləri, vergilər və logistika xərcləri qiymət artımına təsir edən faktorlardır. Inflyasiya və idxal xərclərinin artımı fonunda ehtiyat hisələri bazarında illik 4-8% qiymət artımı yaşanmışdır.
16. “Mərkəzi Ekspertiza Bürosu” tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, MEB-298- **** nömrəli qiymətləndirmə hesabatında görünür ki, 1 və 6-ci sual üzrə: Yol-nəqliyyat hadisəsi zamanı **YK*** dövlət qeydiyyat nişanlı “Toyota Corolla" markalı avtomobilin hansı hissələri bilavasitə yol-nəqliyyat hadisəsi zamanı təqdim olunmuş qusur aktında göstərilən ehtiyyat hissələri zədələnmişdir və həmin avtomobilin sahibinə 6080 manat ziyan dəymişdir. Sual 2 üzrə : Iş materiallarında olan “Avto Servis” tərəfindən verilmiş qüsur aktında qeyd olunmuş hissələrin, xüsusilə də radiator barmaqlığının xromu, ön şvetlerin böyük buynuzu, ön şvellerin kiçin buynuzu, ön buferin şvelleri, kapot və ön faraların və.d. dəyişdirilməsinə “Elgün avtoservis”-nin tərtib etdiyi qüsur aktına əsasən zərurət olduğu müəyyən olunmuşdur. Sual 3 üzrə : “Elgün avtoservis”-nin tərtib etdiyi qüsur aktına əsasən zərurət olduğu müəyyən olunmuşdur. Bu səbəbdən zərurət olmadığı dəyəri hesablanmamışdır. Sual 4 üzrə: Mülki işdə olan bütün sənədlər, o cümlədən zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair “Avto Servis” tərəfindən verilmiş qüsur aktı nəzərə alınmaqla “Elgün avtoservis”-nin tərtib etdiyi qüsur aktına əsasən yalnız ehtiyyat hissələrin dəyərində 410.0 (dörd yüz on) manat fərq yaranmışdır. Sual 5 üzrə : Zədələnməsi yol-nəqliyyat hadisəsi ilə səbəbli əlaqədə olan detalların (hissələrin) köhnəlmə faizləri nəzərə alınmaqla, onların qalıq dəyərləri və həmin hissələrin bərpasına (dəmirçi, rəngsaz, armatur) sərf olunan əməyin ümumi dəyəri 5,838.50 (beş min səkkiz yüz otuz səkkiz) manat 50 qəpik təşkil edir. Sual 7 üzrə: Qüsur aktında olan detalların bazar qiyməti hazırkı dövrdə olan bazar qiymətləri ilə eynilik təşkil edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
17. Iddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdeh Cavabdeh 6390.00 (altı min üç yüz doxsan) manat və ödənilmiş dövlət rüsumuna görə 83.90 (səksən üç manat, doxsan qəpik) manat, müvəqqəti təminat tədbirinin təmini barədə ərizəyə görə ödənilmiş dövlət rüsumuna görə 10 (on ) manat, ümumillikdə isə 6483.90 (altı min dörd yüz səksən üç manat, doxsan qəpik) manat pulun iddiaçı İddiaçı ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh “Chevrolet Cruze” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobili ##.##.2024-cü il tarixində idarə edərkən İddiaçı ASC tərəfindən MV-C(Q) 00020-24 * nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Toyota Corolla” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx” ASC tərəfindən “Toyota Corolla” markalı ** YK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 100 (bir yüz) manat azadolma məbləği çıxılaraq 6390.00 (altı min üç yüz doxsan) manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Bakı Şəhər DYPI-nin “inzibati tənbeh vermə haqqında” qərarına əsasən cavabdeh Cavabdeh Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmaması səbəbindən 6390 (altı min üç yüz doxsan) manat məbləğ isə cavabdeh Cavabdeh tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən “xxxx" ASC tərəfindən ##.##.2025-ci il tarixli, G-D-0092- **** nömrəli məktubla cavabdeh Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Məktubdan sonra cavabdeh əlaqə saxlamış və məbləği ödəməyəcəklərini və işin məhkəməyə verilməsini bildirmişdir.
19. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Starə Əliyeva) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh sığorta ödənişinin əvəzi qismində 3770 (üç min yeddi yüz yetmiş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37.70 (otuz yeddi manat yetmiş qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx” ASC-nin hesabına ödənilməsi, qiymətləndiricinin xidmət haqqı olaraq 200 manat məbləğində vəsaitin tərəflər arasında bərabər şəkildə bölünərək, iddiaçı "xxxx” ASC-dən 100 manat və cavabdeh Cavabdeh 100 manat məbləğində pul vəsaitinin tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi, qiymətləndiricinin xidmət haqqı olaraq 200 manat məbləğində vəsaitin iddiaçı "xxxx” ASC-dən tutularaq “Mərkəzi Ekspertiza Bürosu”nun hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 883.1, 922.1, 922.2, 926.1, 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.3, 1115-ci maddələrinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının ## ######## 2014-cü il tarixli Q-** №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 107, 119.1, 217.3, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən iddiaçı "xxxx” ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cımaddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.2-ci maddənin məzmunundan da aydın olduğu kimi, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Nəticə etibarilə Sığortaçının verdiyi sığorta ödənişi həcmində subroqasiya tələbi yaranır. Lakin məhkəmənin həmin məbləği tam həcmdə təmin etməməsi nəticəsində sığortaçı əsassız maliyyə itkisinə məruz qalır. ##.##.2024-cü il tarixli YNH nəticəsində sığortalı avtomobilə dəymiş zərər məbləği cəmiyyətin qiymətləndirmə bölməsinin əməkdaşları tərəfindən qiymətləndirilmişdir. Belə ki, MM-nin 925.1-ci maddəsinə görə dəymiş zərər məbləğini sığortaçı müəyyən edir. Sığortalının ##.##.2024-cü il tarixli yazılı məktubu əsasında zərər görmüş avtomobil bu sahədə ixtisaslaşmış təmir müəssisəsinə yönəldilmiş və həmin müəssisədə təmir edilərək sığortalıya təhvil verilmiş və təmir-bərpa xərcləri təqdim edilmiş ##.##.2024-cü il tarixli hesab faktura əsasında ##.##.2024-cü il tarixində təmir müəssisəsinin hesabına sığortaçı tərəfindən köçürülmüşdür. Yəni sığortalı avtomobilin təmir bərpa xərci olan 6 490,00 (altı min dörd yüz doxsan) manatın 6 390,00 (altımin üç yüz doxsan) manat hissəsi müqavilə şərtlərinə uyğun olaraq cəmiyyət tərəfindən sığorta ödənişi olaraq təmir xidmətinin qarşılığı olaraq təmir müəssisəsinə bilavasitə ödənilmişdir. Qeyd olunan təmir müəssisəsi 10 ildən çox iş təcrübəsinə malikdir və professional olaraq təmir xidmətlərini həyata keçirir. Avtomobilə dəymiş zərərin qiymətlədirilməsi və hesablanması ilə bağlı Məhkəmə tərəfindən servisin əməkdaşı şahid qismində məhkəməyə cəlb oluna bilər. Bütün bu reallığa baxmayaraq məhkəmənin bunları nəzərə almaması işin hallarının tam və hərtərəfli araşdırılmadığını göstərir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cımaddəsinin tələbinə əsasən hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Chevrolet Cruze” markalı, 10 CY380 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh törətdiyi qəza nəticəsində “Toyota Corolla” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Zərərvuran şəxsin mülki məsuliyyətinin icbari sığortası olmadığından zərər məbləği tam həcmdə zərərvuran şəxsin özündən mülki delikt nəticəsində vurduğu zərərin əvəzi olaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.6-cımaddəsinə əsasən, ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, həmin tədqiqatlara əsaslanan nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar əks etdirilməlidir. Eyni zamanda, ekspert iş üçün əhəmiyyəti olan və sual qoyulmamış halları aşkar etdikdə, bu hallar barədə mülahizələrini rəyə daxil etmək hüququna malikdir. Iş üzrə subroqasiya tələbi çərçivəsində sığorta şirkəti tərəfindən ödənilmiş zərər məbləği əsas götürülərək iddia qaldırılmışdır. Iş ekspertizaya göndərilmiş, lakin ekspert tərəfindən aparılmış qiymətləndirmə sığorta şirkətinin müəyyən etdiyi zərərin məbləğindən əsassız şəkildə xeyli aşağı müəyyən edilmişdir. Belə ki, ekspertiza 2025-ci ildə, yəni hadisədən və təmirdən 1 il sonra aparılmışdır ki, bu zaman real bazar qiymətlərinə istinad edilməmişdir. Belə ki dəymiş zərər 2024-cü ilin real bazar qiymətləri əsasında hesablanmalı idi. Həmçinin ekspert rəyində ehtiyat hisələrinin orjinal olub-olmaması aydın deyil, halbuki servisdə bu ehtiyat hissələri yalnız orjinal olaraq nəzərə alınıb ki, bu da qiymət fərqi yaradır. Yeni olsa belə eyni ehtiyat hissəsinin orjinalı və dublikatı arasında həm qiymət, həm keyfiyyət fərqi mövcuddur ki, ekspert rəyində bu hal nəzərə alınmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış ehtiyat hissələri ilə “xxxx” MMCnin ekspert rəyində hesablanan ehtiyat hissələri arasında kəskin fərqlər yaranmışdır. Məsələn iddiaçı tərəfindən avtomobilin ehtiyat hissələrindən olan ön sağ və sol fara 1 100,00 (bir min bir yüz) manat, kapot 980,00 (doqquz yüz səksən) manat, ön bamperin orta setkası 380,00 (üç yüz səksən) manat, ön şveller 235,00 (iki yüz otuz beş) manat qiymətləndirildiyi halda ekspert rəyində ön sağ və sol fara 525,00 (beş yüz iyirmi beş) manat, kapot 560,00 (beş yüz altmış) manat, ön bamperin orta setkası 210,00 (iki yüz on) manat, ön şveller 140,00 (bir yüz qırx) manat göstərilmişdir. Göstərilən nümunələrdə də ekspert tərəfindən qiymətləndirmənin xeyli aşağı olduğu görsənir. ##.##.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsindən sonra sığortalı avtomobil sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq servis mərkəzinə yönləndirilmiş və yalnız original ehtiyat hissələrindən istifadə edilmişdir. Aydındır ki, original ehtiyat hissələri qeyri-original ehtiyat hissələrinə nisbətən daha bahadır. Avtomobilə dəymiş zərərin həcmi 2024-cü ilin real bazar qiymətləri nəzərə alınmaqla ümumilikdə 6 490,00 (altımin dörd yüz doxsan) manat məbləğində müəyyən edilmişdir. Göstərilən hallar onu deməyə əsas verir ki, ekspert tərəfindən aparılmış qiymətləndirmə bazar reallıqlarına uyğun deyildir. Qeyd edilməlidir ki, 2025-ci il tarixində mövcud olan bazar qiymətləri 2024-cü il ilə müqayisədə daha əlçatan olduğu halda, 2024-cü ildə rəsmi servis tərəfindən müəyyən edilmiş məbləğin 2025-ci il ekspert rəyində kəskin şəkildə azaldılması uyğunsuz hesab olunmalıdır. Avtomobilin istehsal ilinin 2023-cü il olması və 2024-cü ildə təmir edilməsi də nəzərə alındıqda, servis tərəfindən tərtib edilmiş qiymətləndirmə aktının iş üzrə mötəbər sübut kimi qəbul edilməsi zəruridir. Bununla yanaşı, ekspert rəyində ehtiyat hissələrinin qiymətlərinin hesablanması zamanı konkret hansı servis mərkəzlərinə, bazar məlumatlarına və ya mənbələrə istinad edildiyi göstərilməmişdir. Belə olan halda, heç bir əsaslandırmaya söykənməyən ekspert rəyinin nəticələrinin sübut kimi qəbul edilməsi yolverilməzdir. Nəticə etibarilə, məhkəmə iş üzrə təqdim olunmuş ekspert rəylərindən birini seçərkən, həmin rəyin formalaşdırılmasında qanunun tələblərinə riayət olunub-olunmadığını, rəyin elmi əsaslılığını, hesablamaların şəffaflığını və digər sübutlarla uyğunluğunu əsas meyar kimi götürməli, bu meyarlara cavab verməyən ekspert rəyinə istinad etməməli və ya ona üstünlük verməməlidir.
23. Qətnamədən cavabdeh Cavabdeh nümayəndəsi nümayəndə1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı avtomobilə dəymiş zərərin əvəzini olduğundan daha çox tələb etmişdir. İddiaçı-nın 3962\** saylı qiymətləndirmə aktına əsasən, ümumi dəymiş zərər 6490 manat göstərilmişdir və bu aktda zərər dəyməyən detallar da göstərilmişdir. Belə ki, ön şvellərin böyük buynuzu, ön şvellərin kiçik buynuzu, ön buferin şvelleri, alt şveller plasmasına zərər dəymədiyi halda bu detallar da aktda göstərilmişdir. Avtomobilin kapotuna isə yüngül zərər dəymiş, təmir edilməli olduğu halda məhkəmə onun yenisinin qiymətini hesablamışdır. Habelə fotoşəkillərdən də aydın görünür ki, avtomobilin faralarına da zərər dəyməmişdir, lakin zərər aktında faralar da zərər kimi göstərilmişdir. Məhkəmə isə təqdim edilən sübutlarla razılaşmamışdır və bu detallara da zərərin dəydiyi qənaətinə gəlmişdir. Bu qənaət isə o deməkdir ki, iddiaçı cavabdehin hesabına baş vermiş hadisəni özünə fürsət tutaraq əsassız varlanmaq niyyətindədir. Aşağıda qeyd olunmuş maddi və prosessual hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhər Nizami rayon məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnamalik olan şəxs ona vurulmuşzərərin əvəzinin tamödənilməsinitələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsinpozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (realzərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 922-ci maddəsinə əsasən sığorta hadisəsi icbarisığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Mülki Məcəllənin 936-cı maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi(iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və(və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya,həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin işüzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
27. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
28. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
29. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi(real zərər) habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
31. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
32. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
33. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
34. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
35. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
36. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
37. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
38. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
39. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
40. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
41. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.
42. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
50. Hazırki halda, qətnamə iddiaçı və cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Belə ki, iş materiallarına əsasən müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh idarə etdiyi “Chevrolet Cruze” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2024-cü il tarixində İddiaçı ASC tərəfindən kasko sığorta növü üzrə sığortalanmış “Toyota Corolla” markalı ** YK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həmin nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. "xxxx” ASC tərəfindən “Toyota Corolla” markalı ** YK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərərə görə 100 (bir yüz) manat azadolma məbləği çıxılaraq 6390.00 (altı min üç yüz doxsan) manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Iddiaçı "xxxx” ASC cavabdeh Cavabdeh qarşı olan “ödənilmiş sığorta ödənişinin subroqasiya hüququ əsasında geri qaytarılması” barədə iddia tələbini cavabdehin təqsiri nəticəsində "xxxx” ASCdə sığortalanmış avtomobilə dəymiş zərərə görə sığortalıya ödənilmiş sığorta ödənişi məbləğinin cavabdehdən subroqasiya qaydasında tutulmalı olması ilə əsaslandırmışdır.
53. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmış və haqlı olaraq iddiaçı "xxxx” ASC-nin hazırki mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququnun mövcudluğunu təsdiq etmişdir. Belə ki, ##.##.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı "xxxx” ASC tərəfindən “avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış “Toyota Corolla” markalı ** YK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Avtonəqliyyat vasitəsinə vurulmuş zərərə görə sığortaçı "xxxx” ASC tərəfindən sığortalıya 6390 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
54. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və avabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə ## #### 2008-ci il tarixli qərarında vurğulamışdır ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
56. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
57. Subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir.
58. Kollegiya hesab edir ki, iş materiallarında olan sübutlarla təsdiq edilir ki, sığorta ödənişi vermiş sığortaçı - iddiaçı "xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə etmək hüququ - subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Belə ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə cavabdeh Cavabdeh təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd olunanlar işin mübahisələndirilməyən halıdır.
59. Hazırk iş üzrə həm iddiaçı, həm də cavabdehin apellyasiya şikayətində mübahisələndirilən hal “Toyota Corolla” markalı ** YK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləğidir. Tərəflər birinci instansiya məhkəməsinin qətnamədə istinad etdiyi rəy ilə müəyyən edilən məbləğləri mübahisələndirir.
60. Mülki iş üzrə iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi tərəfindən ayrıayrılıqda təqdim edilmiş bir-birinə zidd iki rəy olduğu üçün birinci instansiya məhkəməsində icraat zamanı dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün əmlakın qiymətləndirilməsi aparılaraq mütəxəssis rəyi alınmışdır.
61. Məhkəmənin qərardadı əsasında keçirilmiş tədqiqatın nəticəsnə dair “xxxx” MMC Qiymətləndirmə şirkəti tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 2970 manat, nəqliyyat vasitəsinin bərpasına sərf olunan əməyin bazar qiyməti 800 manat olaraq müəyyən edilmişdir.
62. Qeyd edilən rəy iddiaçının nümayəndəsi tərəfindən mübahisələndirilərək təkrar ekspertizanın keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmiş və yenidən mütəxəssis rəyi alınmışdır.
63. “Mərkəzi Ekspertiza Bürosu” tərəfindən təqdim edilən mütəxəssis rəyinə əsasən nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 4910 manat, köhnəlmə faizləri nəzərə alınmaqla 4668.5 manat, təmiri üçün əmək haqqının miqdarı 1170 manat olaraq müəyyən edilmişdir.
64. Kollegiya apellyasiya şikayətlərinə qiymət verməklə iş materiallarında olan rəyləri tədqiq etməklə hesab edir ki, birinci instansiya məhkəməsi “xxxx” MMC tərəfindən verilmiş rəy daha əsaslandırılmış olduğundan, mütəxəssis tərəfindən aparılmış müqayisəli tədqiqatın nəticəsinə əsaslandığından həmin rəy ilə müəyyən edilmiş məbləğləri əsas götürərək dəymiş ziyanın məbləğini müəyyən etməkdə haqlı olmuşdur.
65. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, mülki iş üzrə iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi tərəfindən ayrı-ayrılıqda təqdim edilmiş rəylər bir-biri ilə ziddiyət təşkil etməklə hazırki iş üzrə dəymiş ziyanın məbləğini müəyyən edərkən mötəbər sübut olaraq qiymətləndirilmir. Birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilmiş tədqiqatın nəticəsnə dair “xxxx” MMC Qiymətləndirmə şirkəti tərəfindən verilmiş rəyə əsasən müəyyən edilir ki, mütəxəssis tərəfindən nəqliyyat vasitəsinin zədələnmiş ehtiyyat hissələrinin yeni vəziyyətdə olan qiymətləri müəyyən edilmişdir. “Mərkəzi Ekspertiza Bürosu” tərəfindən verilən rəyə əsasən müəyyən olunur ki, rəy servis tərəfindən tərtib edilmiş qüsur aktına əsaslanmışdır. Həmin qüsur aktında göstərilən əməyin dəyəri iddiaçı tərəfindən tərtib edilmiş qüsur aktında müəyyən edilmiş məbləğləri təkrarlamış, nəqliyyat vasitəsinin zədələnmiş ehtiyyat hissələrinin bazar dəyərinin müəyyən edilməsi üçün müqayisəli tədqiqat aparılmamışdır. Iddiaçı tərəfindən ödənilmiş məbləğ servis tərəfindən tərtib edilmiş qüsur aktına əsaslanmış, mütəxəssis tərəfindən verilmiş rəydə müəyyən edilmiş məbləğlər də servis rəyinə əsaslanmışdır. Halbuki məhkəmə tərəfindən mütəxəssis rəyinin alınmasının əsasını nəqliyyat vasitəsinin zədələnmiş ehtiyyat hissələrinin bazar dəyərinin, həmin nəqliyyat vasitəsinin təmiri üçün əməyin bazar dəyərinin müəyyən edilməsi olmuşdur. Mütəxəssis tərəfindən isə rəy servisdən alınan qüsur aktına əsasən verilmişdir. Bu səbəbdən məhkəmə tərəfindən həmin rəy ilə müəyyən edilmiş məbləğləri dəymiş zərərin məbləğini müəyyən etmək üçün mötəbər sübut olaraq qiymətləndirilməmişdir.
66. Kollegiya hesab edir ki, hər iki apellyasiya şikayətində məhkəmənin mötəbər sübut olaraq qiymətləndirdiyi rəy mübahisələndirildiyindən yuxarıda qeyd edilənlərə əsaslanmaqla apellyasiya şikayətlərinin dəlilləri əsassız hesab edilir. Şikayətlərdə qeyd olunanlar subyektiv mülahizələr olmaqla hazırki iş üzrə birinci instansiya məhkəməsinin qanuni qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz.
67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
69. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
70. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmə xərcləri hissəsində də gəldiyi nəticə əsaslıdır. Hazırkı halda apellasiya şikayətləri təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilməlidir.
71. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddiaçı və cavabdehin ayrı-ayrılıqda apellyasiya şikayətləri ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Cavabdeh nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.