Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1084/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İbrahimova Mehriban Əliheydər qızının cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və “İnşaat Konstruksiyaları” MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilin təhvil verilməsi, əqdin etibarsız hesab edilməsi”) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və Rəşid Əfraim oğlu Səmədovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, İddiaçı İbrahimova Mehriban Əliheydər qızının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili vəkil2, Cavabdeh “İnşaat Konstruksiyaları” MMC-nin nümayəndəsi vəkil1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdehlər cavabdeh3 və “İnşaat Konstruksiyaları” MMC tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “İnşaat Konstruksiyaları” MMC ilə İbrahimova Mehriban Əliheydər qızı arasında bağlanmış ##.##.2018-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2 blok 15 mərtəbə, ümumi sahəsi 119.7 kv.m olan 143 mənzil izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilir. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahəsi üçün 793 manat təyin edilir. Cəmi 119.7 kv.m sahəsi üçün 95.000 manat təşkil edir. Müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin bir hissəsi 84.000 manat məbləğində ödənilmişdir.
2. “İnşaat Konstruksiyaları” MMC tərəfindən verilmiş ##.##.2020-ci il tarixli arayışdan görünür ki, İbrahimova Mehriban Əliheydər qızı Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2 blok 15 mərtəbə, ümumi sahəsi 119.7 kv.m olan, 3 otaqlı, *** saylı mənzilin dəyərini tam ödəmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından görünür ki, ərizə qismən təmin edilmiş, məhkəməyə iddia ərizəsi verilənədək 1 ay müddətinə, yəni ##.##.2025-ci il tarixinədək ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok (giriş), 15-ci mərtəbəsində yerləşən sahəsi 119,7 kv.m olan 3 otaqlı *** nömrəli mənzildə söküntü, təmir və tikinti işlərinin aparılmasının cavabdeh3, cavabdeh2, cavabdeh4 qadağan edilməsi, ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok (giriş), 15-ci mərtəbəsində yerləşən sahəsi 119,7 kv.m olan 3 otaqlı *** nömrəli mənzilə dair hər-hansı sənədləşdirmə işlərinin aparılmasının “İnşaat Konstruksiyaları” MMC-yə qadağan edilməsi qərara alınmışdır.
4. Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, İbrahimova Mehriban Əliheydər qızı ##.##.2021-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır.
5. “İnşaat Konstruksiyaları” MMC ilə cavabdeh2 arasında bağlanmış ##.##.2019-cu il tarixli ****** nömrəli müqavildən görünür ki, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 117.7 kv.m olan, *** nömrəli mənzil izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilir. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahəsi üçün 586 manat təyin edilmişdir. Cəmi 117.7 kv.m sahəsi üçün 69000 manat təşkil edir. Bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin müqavilə qiymətindən 100% miqdarında, yəni 69000 manat ödənilmişdir.
6. “İnşaat Konstruksiyaları” MMC tərəfindən verilmiş ##.##.2019-cu il tarixli arayışdan görünür ki, cavabdeh2 Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok 15 mərtəbə, ümumi sahəsi 117.7 kv.m olan, 3 otaqlı, *** saylı mənzilin dəyərini tam ödəmişdir.
7. “İnşaat Konstruksiyaları”MMC ilə cavabdeh2 arasında bağlanmış ##.##.2024-cü il tarixli “xidmət müqaviləsi”ndən görünür ki, tərəflər Yasamal rayonu A.M.Şərifzadə ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasında təmir və yaşayışa buraxılma barədə müqavilə imzalamışlar.
8. “İnşaat Konstruksiyaları” MMC tərəfindən cavabdeh2 verilmiş ##.##.2024-cü il tarixli arayışdan görünür ki, o, “İnşaat Konstruksiyaları” MMC-nin Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasında cari təmir işlərinin aparılması üçün 2000 manat ödəmişdir.
9. “İnşaat Konstruksiyaları” MMC tərəfindən cavabdeh2 verilmiş ##.##.2022-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15- ci mərtəbə, ümumi sahəsi 117.7 kv.m olan, *** nömrəli mənzil cavabdeh2 məxsusdur və təmirə buraxılır.
10. Azərbaycan Pespublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsi tərəfindən Məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, “İnşaat Konstruksiyaları” MMC tərəfindən ünvan 2 ünvanında inşa olunan binanın 2-ci girişi, 15-ci mərtəbəsində yerləşən sahəsi 119,7 kv.m olan 3 otaqlı *** nömrəli mənzil 95.000 manat müqabilində İbrahimova Mehriban Əliheydər qızına 03.05.20218-ci il tarixdə sonuncu ilə MMC-nin direktoru X3 arasında bağlanmış ##.##.2018-ci il tarixli *** saylı alqısatqı haqqında müqavilə əsasında satıldıqdan sonra baxmayaraq, mənzilin Mehriban İbrahimovaya məxsus olduğunu bildikləri halda, ##.##.2019-cu il tarixli ****** saylı müqavilə və həmin tarixli maliyyə arayışı əsasında 89.000 manat müqabilində cavabdeh2 satılmış və həmin xüsusatlar ittiham aktına daxil edilərək cinayət işi baxılması üçün ##.##.2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, hazırda məhkəmə baxışı davam edir.
11. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Məhkəməyə ünvanlanmış ##.##.2025- ci il tarixli məktubdan görünür ki, “İnşaat Konstruksiyaları” MMC ünvan 2 ünvanında inşa olunan binanın 2-ci girişi, 15-ci mərtəbəsində yerləşən sahəsi 119,7 kv.m olan 3 otaqlı *** nömrəli mənzillə bağlı İbrahimova Mehriban Əliheydər qızı və cavabdeh3 zərərçəkmiş şəxs qismində tanınmış, həmçinin mülki iddia verilməmişdir. Hazırda iş məhkəmə baxışı mərhələsindədir.
12. İş materiallarına 2 ədəd CD disk əlavə edilmişdir.
13. İş materiallarına Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmü əlavə edilmişdir.
14. “İnşaat Konstruksiyaları” MMC tərəfindən Məhkəməyə ünvanlanmış ##.##.2025ci il tarixli məktubdan görünür ki, “İnşaat Konstruksiyaları” MMC-nin baş mühasibi ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən sahəsi 119,7 kv.m olan 3 otaqlı *** nömrəli mənzilin cavabdeh2 məxsus olduğunu bildirmişdir.
15. Yasamal rayon İcra Şöbəsin tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli aktdan görünür ki, Yasamal rayon İcra Şöbəsinin icra məmuru Mehdiyev İlqar Məhəmməd oğlu, tələbkar İbrahimova Mehriban Əliheydər qızı, borclu cavabdeh4 bu aktı tərtib edirlər ki, Yasamal Rayon Məhkəməsinin e-**(***)-***/**** saylı ##.##.2025- ci il tarixli icra sənədinin icrasının təmin etmək məqsədi ilə icra sənədində 143-cü mənzil kimi qeyd edilən, lakin faktiki 153-cü mənzilə gəlmişlər. Mənzildə söküntü, təmir və tikinti işlərinin aparılması borcluya qadağan edilmişdir. Həmçinin “İnşaat Konstruksiyaları” MMCnin nümayəndəsinə mənzillə bağlı sənədləşmə işlərinin aparılması telefon vasitəsi ilə danışılaraq qadağan edilmişdir. İcra hərəkətləri video çəkiliş vasitəsi ilə qeydə alınmışdır.
16. İş materiallarına qaimə-fakturalar əlavə edilmişdir.
17. İş materiallarına mənzilin foto şəkilləri əlavə edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
18. İddiaçı İbrahimova Mehriban Əliheydər qızının cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və “İnşaat Konstruksiyaları” MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İbrahimova Mehriban Əliheydər qızı ilə “İnşaat Konstruksiyaları” MMC arasında bağlanmış ## ### 2018-ci il tarixli, *** nömrəli müqaviləyə əsasən “İnşaat Konstruksiyaları” MMC tərəfindən inşa edilmiş, ünvan 2 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok (giriş), 15-ci mərtəbəsində yerləşən sahəsi 119.,7 kv.m olan, *** nömrəli mənzilə iddiaçının istifadə və sahiblik hüququnun tanınması, sözügedən mənzildən cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh4 çıxarılması, həmin mənzilə dair “İnşaat Konstruksiyaları” MMC ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ## #### 2019-cu il tarixli ****** nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilin iddiaçı İbrahimova Mehriban Əliheydər qızına təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İnşaat Konstruksiyaları” MMC ilə bağladığı ## ### 2018-ci il tarixli *** nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən “İnşaat Konstruksiyaları” MMC ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2ci blok (giriş), 5-ci mərtəbəsində yerləşən sahəsi 119.7 kv.m olan 3 otaqlı *** nömrəli mənzili pay kimi ona təhvil verməli, o, isə həmin müqavilənin 4.1-ci bəndinə əsasən mənzilin 119,7 kv.m sahəsi üçün 95.000 manat məbləğində pulu “İnşaat Konstruksiyaları” MMC-yə ödəməli idi. Həmin müqavilə üzrə öhdəliklər onun tərəfindən tam icra olunaraq 95.000 manat məbləğində pul “İnşaat Konstruksiyaları” MMC-yə ödənilmiş, bununla bağlı cavabdeh tərəfindən ona # ###### 2020-ci il tarixli maliyyə arayışı verilmişdir. Onu da bildirmək istəyir ki, “İnşaat Konstruksiyaları” MMC-nin rəhbərliyi bildirmişdir ki, müqavilə bağlanan tarixdən sonra 1 il ərzində bina inşa olunaraq sahiblərinə təhvil veriləcək. Lakin, “İnşaat Konstruksiyaları” MMC verilən vədə əməl etməmiş və binanın inşasında problemlər yaranmışdır. Dəfələrlə cavabdeh təşkilata müraciət edərək binanın inşasının nə vaxt bitməsini və mənzilin təmir nə vaxt təhvil verilməsini soruşanda, cürbəcür bəhanələr gətirərək bildirmişlər ki, yaxın vaxtlarda bina təhvil veriləcək. Sonuncu müraciətində bildirmişlər ki, artıq bina hazırdı və təmirə başlamaq üçün mənzillərə giriş qapısı qoyulmalı, buna isə onların hal-hazırda vəsaiti yoxdur. Ona görədə o, “İnşaat Konstruksiyaları” MMC-nin rəhbərliyi ilə razılığa gələrək öz vəsaiti hesabına 2023-cü ilin yanvar ayında mənzilə giriş qapısı quraşdırmış və orada təmir işlərinin aparılmasına başlamışdır. Lakin, bir müddət sonra onu Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə dəvət etmişlər və orda məlum olmuşdur ki, ona məxsus yuxarıda qeyd etdiyi mənzil “İnşaat Konstruksiyaları” MMC tərəfindən sonradan digər bir şəxsin adına rəsmiləşdirilmiş, aparılan cinayət işinin nəticəsində verilən ittiham aktından məlum olmuşdur ki, “İnşaat Konstruksiyaları” MMC-nin rəhbərləri dələduzluq edərək ona məxsus mənzili ##.##.2019-cu il tarixli müqavilə ilə cavabdeh2 adına rəsmiləşdirilmişlər. Sözügedən cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və cinayət işi üzrə 2025-ci ilin iyun ayında məhkəmə prosesində iştirak edərkən ona məlum olmuşdur ki, 2-ci alıcı olan cavabdeh2 qohumları, cavabdeh3 və cavabdeh4 ona məxsus mənzilin qapısını sındıraraq açarları dəyişmiş və orada təmir işlərinə başlamışlar. Ona məxsus mənzilə qanunsuz daxil olaraq təmir işlərinin aparılmasına öz etirazını bildirəndə, Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında cavabdeh2 qohumları bildirmişlər ki, “İnşaat Konstruksiyaları” MMC-nin sahibi - cinayət işi üzrə təqsirləndirilən şəxs - Rauf Əliyev mənzilin onlara məxsus olmasını deyərək təmir işlərinin aparılmasına icazə vermişdir. Ona görə də o, dərhal Yasamal rayon Məhkəməsinə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə müraciət edərək “təmir, söküntü işlərinin və sənədləşdirmənin aparılmasının cavabdehlərə qadağan edilməsi” barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yasamal rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-***/**** saylı qərardadı ilə ərizə təmin edilərək ünvan 4 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok (giriş), 15-ci mərtəbəsində yerləşən sahəsi 119,7 kv.m olan 3 taqlı *** nömrəli mənzildə söküntü, təmir və tikinti işlərinin aparılmasının cavabdeh3, cavabdeh2, cavabdeh4 qadağan edilməsi və həmin mənzilə dair hər-hansı sənədləşdirmə işlərinin aparılmasının “İnşaat Konstruksiyaları” MMC-yə qadağan edilməsi qərara alınmışdır. Hal-hazırda pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir.
20. Cavabdeh cavabdeh3 vəkil-nümayəndəsi vəkil2 iddia tələbinin dəlillərinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia tələbinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh4 aid hissədə təmin edilməməsini xahiş etmişdir.
21. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh3 əmisi cavabdeh2 ilə “İnşaat Konstruksiyaları” MMC-nin direktoru Əhmədov R.S. arasında bağlanmış ##.##.2019-cu il tarixli ****** nömrəli müqavilə əsasında cavabdeh2 Rauf Əhmədovun ünvan 2 ünvanında yerləşən ofisində 89.000 (səksən doqquz min) manat ödəməklə ünvan 2 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok (giriş), 15-ci mərtəbəsində yerləşən sahəsi 117.7 kv.m olan, *** nömrəli mənzili alımışdır. Mənzili aldıqdan sonra həmin mənzilə öz vəsaiti hesabına qapı qoyulmuşdur. Sözügedən mənzilə qapı qoyularkən həmin mənzildə heç bir qapı olmayıb, heç kim yaşamırdı və heç bir təmir tikinti işləri aparılmamışdır. Eyni zamanda mənzili aldıqdan sonra təmir tikinti işləri aparılmış və həmin mənzildə cavabdeh2 və ailə üzvləri yaşamağa başlamışdır. cavabdeh3 və qohumları tərəfindən təmir-tikinti işləri aparılarkən onlara bildirilməmişdir ki, bu mənzil başqa şəxslərə məxsusdur. 2025-ci ildə məlum olub ki, 2018-ci il tarixli müqavilə əsasında sözügedən mənzil Mehriban adlı şəxsə satılıb. Sonrada müqavilə ilə tanış olanda görmüşlər ki, onun mənzilinin ünvanı 143 və kvadratı isə 119.7 kvadratdır. Xüsusi ilə qeyd etmək istəyir ki, mənzilin bir neçə ildir alınmasına baxmayaraq həmin mənzillə bağlı mübahisə 2025-ci ildə qalxmışdır. Hesab edir ki, iddia tələbi Bünyadovlara aid olan hissədə əsassızdır və təmin olunmamalıdır. Belə ki, Mülki Məcəllənin 452-ci maddəsinə əsasən “Fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın 3-cü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər”. Buna əsasən deyə bilərik ki, fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulmuş şərtlərlə ona verilməsini tələb edə bilər. Təbii ki, bu halda əşyanın borcludan məcburi alınması məhkəmə qaydasında həyata keçirilməlidir. Lakin ola bilər ki, kreditor bu hüququn həyata keçirərkən əşya artıq üçüncü şəxsə mülkiyyət hüququ ilə verilmiş olsun. Bu halda kreditorun həmin əşyanın ona verilməsini tələb etmək hüququ aradan qalxır. Fərdi müəyyən əşyanı vermək üzrə öhdəlik icra edilmədikdə kreditor əşyanın ona verilməsini tələb etmək hüququndan imtina edərək, ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Bu maddəyə əsasən cavabdeh vicdanlı sahib sayılır, çünki o əşyanı əldə edərkən onun başqasının mülkiyyətində olduğunu bilmirdi və bilməli deyildi. Yuxardıda da bildirildiyi kimi əmlak müqavilə əsasında 2019-cü ildə cavabdehə keçmiş və həmin an o mənzili heç kimə satılmadığına inandırılmış və etibar etmişdir. Buna əsasən deyə bilər ki, cavabdeh2 ilə "İnşaat Konstruksiyaları" MMC arasında bağlanmış ##.##.2019-cu il tarixli müqavilə və ММС-yə 89000 manat muzd ödənilməsi barədə maliyyə arayışına görə cavabdeh cavabdeh2 mübahisənin predmeti olan mənzillə bağlı iddiaçı ilə eyni hüquqi vəziyyətdə olmuşdur, lakin mənzilin MMC tərəfindən ona təhvil verilməsi, mənzili təmir etdirməklə ailəsi ilə birlikdə orada köçüb yaşaması halı onun artıq həmin mənzilə yiyələnməsini, sifariş etdiyi əmlakı podratçı MMCdən təhvil almasını dəlalət edən hallardır. Bu vəziyyət iddiaçının mübahisənin predmeti olan mənzilə hüququnun yaranmadığını göstərir. İddiaçı İbrahimova Mehriban Əliheydər qızına mübahisənin predmeti olan mənzilin ona verilməsini tələb etmək əvəzinə cavabdeh "İnşaat Konstruksiyaları" MMC-dən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Belə bir hala Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qərarında münasibət bildirilmişdir.
22. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, iddiaçı İbrahimova Mehriban Əliheydər qızı ilə cavabdeh “İnşaat Konstruksiyaları” MMC arasında bağlanmış ## ### 2018-ci il tarixli, *** nömrəli müqaviləyə əsasən “İnşaat Konstruksiyaları” MMC tərəfindən ünvan 2 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok (giriş), 15-ci mərtəbəsində yerləşən sahəsi 119.7 kv.m olan, 3 otaqlı, *** nömrəli (faktiki *** nömrəli) mənzilə İbrahimova Mehriban Əliheydər qızının istifadə və sahiblik hüququnun tanınması, ünvan 2 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok (giriş), 15-ci mərtəbəsində yerləşən sahəsi 119.7 kv.m olan, *** nömrəli mənzilə dair “İnşaat Konstruksiyaları” MMC ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ## #### 2019-cu il tarixli ****** nömrəli müqavilənin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok (giriş), 15-ci mərtəbəsində yerləşən sahəsi 119,7 kv.m olan, *** nömrəli (faktiki *** nömrəli) mənzildən cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh4 çıxarılması və mənzilin iddiaçı İbrahimova Mehriban Əliheydər qızına təhvil verilməsi, iddiaçı İbrahimova Mehriban Əliheydər qızı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun "İnşaat Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4, 178.8, 182.1, 337.1, 337.4, 425.1, 452.1, 452.2, 560.1, 560.2, 560.3, 560.3.1, 560.3.2, 560.3.3, 560.3.4, 752.1, 762.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 107, 119.1, 217.3, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
24. Qətnamədən cavabdeh “İnşaat Konstruksiyaları” MMC-nin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları ətraflı şəkildə araşdırılmamış və nəticədə məhkəmə tərəfindən qəbul edilmiş qətnamə işin halları ilə ziddiyət təşkil etməkdədir. Belə ki, işin faktiki halı ondan ibarətdir ki, iddiaçı İbrahimova Mehriban Əliheydər qızı ilə cavabdeh cavabdeh2 məxsus olan mənzillər fərqli mənzillərdir. Qeyd edir ki, iddiaçının mənzili müqavilə üzrə əldə etdiyi hündür mərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində yerləşən *** saylı mənzildir. Cavabdeh cavabdeh2 mənzili isə müqavilə üzrə əldə etdiyi hündür mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbədə yerləşən *** saylı mənzildir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, hər iki müqavilə üzrə mübahisəli mənzil eyni mənzildir. Halbuki, həmin mənzillərin həm mərtəbələri, həm nömrələri, həm də sahələri fərqlidir. Məhkəmənin isə mübahisəli mənzilin eyni mənzil olması qənaətinə gəlməsi MMC-nin rəhbər şəxsləri barəsində aparılan cinayət işi üzrə qanuni qüvvəsini almayan Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmünə istinad etməsi ilə bağlı olmuşdur. Halbuki, həmin cinayət işi üzrə qəbul edilmiş hökm qeyd etdiyi kimi qanuni qüvvəsini almamışdır və bu səbəbdən də hökmdə göstərilənlər mülki məhkəmə icraatında əsaslı şərt hesab edilə bilməz. Eyni zamanda bildirir ki, iddiaçı İbrahimova Mehriban Əliheydər qızı hansısa üsulla yaşayış binasının 2-ci blok, 13-cü mərtəbədə yerləşən *** saylı mənzilə pasport qeydiyyatına düşmüşdür. Halbuki, yaşayış binası istismara təhvil verilməmişdir. İstismara qəbul aktı olmadığı təqdirdə sakinlərin həmin mənzillərə qeydiyyata düşməsi mümkün deyildir. Maraqlısı isə budur ki, iddiaçı Mehriban İbrahimova yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində yerləşən mənzilə pasport qeydiyyatına düşüb, 15-ci mərtəbədəki mənzillə bağlı isə məhkəmədə iddia irəli sürmüşdür. Həmçinin, qeyd edilən yaşayış binasının 2-ci blok, 13-cü mərtəbədə yerləşən *** saylı mənzil pilot layihə sakininə məxsus olduğu üçün MMC tərəfindən iddiaçıya müqavilədə göstərilən məbləğin geri ödənilməsi təklif edilmişdir. Yaşayış binasının 2-ci blok, 15-ci mərtəbədə yerləşən *** saylı mənzil isə MMC tərəfindən cavabdeh2 təhvil verilmişdir. Həmin şəxs MMC ilə xidmət müqaviləsi bağlamış və sonuncu tərəfindən təmirə icazə verilmişdir. Bu səbəbdən də cavabdeh cavabdeh2 tərəfindən mənzildə təmir işləri aparılmışdır. Həmçinin məhkəmə qəbul edilmiş qətnamənin 47-ci bəndində göstərir ki, iddiaçı ilə bağlanmış müqavilənin etibarlılığı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmənin gəldiyi bu qənaət ilə razılaşmayaraq bildirir ki, müqavilənin mübahisələndirilməməsi başqa bir mənzilin müqaviləsinin etibarsızlığı üçün zəmin yarada bilməz. Yaşayış binasının 2-ci blok, *** saylı mənzilin digər sahibi pilot layihə sakini olduğundan MMC məcburiyyət qarşısında istər istəməz həmin mənzili pilot layihə sakininə təhvil verir, hazırkı vəziyyətdə isə iddiaçıya dəymiş ziyanı ödəməyi düşünür. Bunun üçün məhkəməyə müraciət edərək iddiaçının mənzilə dair müqaviləsinin mübahisələndirilməsi zərurəti yaranmadığını düşünür. Həmçinin məhkəmə tərəfindən qətnamədə göstərilən hallar konkret sübutlara deyil, MMC-nin rəhbər şəxsləri barəsində aparılan cinayət işi üzrə hökmdə və ya ittiham aktında göstərilənlərə istinad edilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxslər özlərinin müdafiəsi üçün istintaq oraqnında və ya məhkəmə baxışında istənilən formada ifadə verə bilər, bu hal qanunla qadağan edilmir və təqsirləndirilən şəxslərin hüququdur. Mülki məhkəmə icraatı isə özünün konkret sübutlar əsasında araşdırmasını aparmalı idi. Məhkəmənin bu qənaətindən belə nəticə çıxır ki, hazırkı mülki işdə heç bir araşdırma aparmağa ehtiyac yoxdur, cinayət işi üzrə nə hökm qəbul ediləcəksə orda yazılanlara istinad edilib istənilən nəticəyə gəlmək olar. Hazırkı vəziyyətdə MMC-nin mövqeyi ondan ibarətdir ki, iddiaçı ilə cavabdehin qeyd etdiyi mənzillər fərqli məzillərdir. Cavabdeh cavabdeh2 tərəfindən *** saylı mənzildə təmir işləri aparılmışdır. Lakin məhkəmə həmin təmir işlərinin aparılmasında cavabdeh şirkət olan MMC-nin qərəzli və maraqlı olduğunu bildirir. Cavabdeh cavabdeh2 isə mənzillərin eyni olduğu halda təmir etmək arzusunun olduğu qənaətinə gəlmişdir. Müvəqqəti təminat tədbiri barədə qərardadın icrası kimi *** saylı mənzilə həbsin qoyulmasına səbəb isə iddiaçının icra məmuruna həmin mənzili göstərməsi olmuşdur. Əks halda məhkəmə qərardaddında təmirin dayandırılması 13-cü mərtəbədəki mənzilə qadağan edildiyi halda icra məmuru niyə 15-ci mərtəbədəki mənzilə təmirin dayandırılmasını qadağan etmişdir? Bu hallar onu göstərir ki, bu sifarişlər iddiaçının sifarişidir. Məhkəmə öz qətnaməsində tərəflərin sözlərinə istinad etməsi və həmin sözlərlə daxili inama əsasən gəldiyi qənaətini göstərdiyi 67-ci bənd ilə qəti şəkildə razılaşmayaraq bildirik ki, məhkəmə MMC rəhbərinin “mənzil sənindir, get təmir et” deməsini necə müəyyən etdi? Hətta qətnamənin əsaslandırıcı hissəsində belə bu sözə istinad edərək müəyyən bir qənaətə gəlmiş oldu. Müvəqqəti təminat təbdiri barədə qərardad qəbul edildiyi andan mənzildə hər hansı bir təmir işləri aparılmamışdır. Qətnamənin 68-ci bəndində göstərilir ki, “Müəyyən edilmişdir ki, iddiaçının daha əvvəl məhkəməyə hazırki iddia tələbi ilə müraciət etməməsinin səbəbi cavabdeh MMC-nin məsul şəxsləri, Rauf Əliyev tərəfindən mənzilin ona məxsus olması ilə bağlı daim əminlik verməsi olmuş, lakin cinayət işi üzrə son məhkəmə iclasında Rauf Əliyev tərəfindən mənzilin Bünyadovlara məxsus olması ilə bağlı bildirdiklərindən (camaat ev təmir edib sənə verəcək) sonra məhkəməyə ərizə ilə müraciət etmişdir.” Məhkəmə iclaslarında iştirak etsə də, bu halların məhkəmə tərəfindən necə müəyyən olmasının şahidi olmamışıq. Görünür ki, bu sözlər məntiqlə iddiaçının sözləri ola bilər. Məhkəmə tərəfindən isə qətnamənin əsaslandırıcı hissələrinə mənbəyi və sübutu olmayan sözlərə istinad edilmişdir. Apellyasiya şikayətinin göstərildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsində işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmişdir. Nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Belə ki, məhkəmə mənzillərin eyni mənzil olması ilə bağlı gəldiyi qənaət tam qanunsuzdur. Belə ki, bu qənaətə qanuni qüvvəsini almayan hökmə istinad etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmişdir. Məhkəmə yalnız iddiaçının əsassız və yalan məlumatlarına əsaslanmaqla qətnamə qəbul etmişdir. Məhkəmə yalnız iddiaçının göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. Nəticə yalnız iddiaçının təqdim etdiyi əsassız sübutlar əsasında qətnamə qəbul edilmişdir.
26. Qətnamədən cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halı ondan ibarətdir ki, iddiaçı İbrahimova Mehriban Əliheydər qızı ilə cavabdeh cavabdeh2 məxsus olan mənzillər fərqli mənzillərdir. Qeyd edir ki, iddiaçının mənzili müqavilə üzrə əldə etdiyi hündür mərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində yerləşən *** saylı mənzildir. Cavabdeh cavabdeh2 mənzili isə müqavilə üzrə əldə etdiyi hündür mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbədə yerləşən *** saylı mənzildir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, hər iki müqavilə üzrə mübahisəli mənzil eyni mənzildir. Halbuki, həmin mənzillərin həm mərtəbələri, həm nömrələri, həmdə sahələri fərqlidir. Məhkəmənin isə mübahisəli mənzilin eyni mənzil olması qənaətinə gəlməsi MMC-nin rəhbər şəxsləri barəsində aparılan cinayət işi üzrə qanuni qüvvəsini almayan Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmünə istinad etməsi ilə bağlı olmuşdur. Halbuki, həmin cinayət işi üzrə qəbul edilmiş hökm qeyd etdiyimiz kimi qanuni qüvvəsini almamışdır və bu səbəbdən də hökmdə göstərilənlər mülki məhkəmə icraatında əsaslı şərt hesab edilə bilməz. Yaşayış binasının 2-ci blok, 15-ci mərtəbədə yerləşən *** saylı mənzil isə MMC tərəfindən cavabdeh2 təhvil verilmişdir. Həmin şəxs MMC ilə xidmət müqaviləsi bağlamış və sonuncu tərəfindən təmirə icazə verilmişdir. Bu səbəbdən də cavabdeh cavabdeh2 tərəfindən mənzildə təmir işləri aparılmışdır. Buna əsasən mənzillər müxtəlif olduğundan iddiaçı öz mülkiyyətində olmayan mənzildən orada yaşıyanların çıxarılmasını istifadə hüquqlarına xitam verilməsini tələb edə bilməz. Lakin məhkəmə iddiaçının subyektiv hüquqa malik olduğunu bildirmişdir. Eyni zamanda məhkəmə qətnamə qəbul edərkən mülki qanunverciliyin aşağıdakı prnsiplərini nəzərə almamışdır; - müqavilə azadlığını; - mülkiyyətin toxunulmazlığını; - mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi prinsiplərini. cavabdeh3 əmisi cavabdeh2 ilə “İnşaat Konstruksiyaları” MMC-nin direktoru Əhmədov R.S. arasında bağlanmış ##.##.2019-cu il tarixli ****** nömrəli müqavilə əsasında cavabdeh2 Rauf Əliyevin ünvan 2 ünvanında yerləşən ofisində 89.000 (səksən doqquz min) manat ödəməklə ünvan 2 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok (giriş), 15-ci mərtəbəsində yerləşən sahəsi 117,7 kv.m olan, *** nömrəli mənzili alımışdır. Mənzili aldıqdan sonra həmin mənzilə öz vəsaiti hesabına qapı qoyulmuşdur. Sözügedən mənzilə qapı qoyularkən həmin mənzildə heç bir qapı olmayıb, heç kim yaşamırdı və heçbir təmir tikinti işləri aparılmamışdır. Eyni zamanda mənzili aldıqdan sonra təmir tikinti işləri aparılmış və həmin mənzildə cavabdeh2 və ailə üzvləri yaşamağa başlamışdır. cavabdeh3 və qohumları tərəfindən təmir tikinti işləri aparılarkən onlara bildirilməmişdir ki, bu mənzil başqa şəxslərə məxsusdur. 2025-ci ildə məlum olub ki, 2018-ci il tarixli müqavilə əsasında sözügedən mənzil Mehriban adlı şəxsə satılıb. Sonradan müqavilə ilə tanış olanda gördü ki, onun mənzilinin ünvanı 143 və sahəsi isə 119,7 kvadratdır. Halbuki, həmin mənzillərin həm mərtəbələri, həm nömrələri, həmdə sahələri fərqlidir. Məhkəmənin isə mübahisəli mənzilin eyni mənzil olması qənaətinə gəlməsi MMC-nin rəhbər şəxsləri barəsində aparılan cinayət işi üzrə qanuni qüvvəsini almayan Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2025-ci il tarixli hökmünə istinad etməsi ilə bağlı olmuşdur. Halbuki, həmin cinayət işi üzrə qəbul edilmiş hökm qeyd etdiyi kimi qanuni qüvvəsini almamışdır və bu səbəbdən də hökmdə göstərilənlər mülki məhkəmə icraatında əsaslı şərt hesab edilə bilməz. Eyni zamanda bildirir ki, iddiaçı İbrahimova Mehriban Əliheydər qızı hansısa üsulla yaşayış binasının 2-ci blok, 13-cü mərtəbədə yerləşən *** saylı mənzilə pasport qeydiyyatına düşmüşdür. Halbuki, yaşayış binası istismara təhvil verilməmişdir. İstismara qəbul aktı olmadığı təqdirdəsakinlərin həmin mənzillərə qeydiyyata düşməsi mümkün deyildir. Maraqlısı isə budur ki, iddiaçı Mehriban İbrahimova yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində yerləşən mənzilə pasport qeydiyyatına düşüb, 15-ci mərtəbədəki mənzillə bağlı isə məhkəmədə iddia irəli sürmüşdür. Məhkəmədə iştirak edən “İnşaat Konstruksiyaları”MMC-nin nümayəndəsi və vəkili məhkəmə prosesində qeyd etmişdir ki, qeyd edilən yaşayış binasının 2ci blok, 13-cü mərtəbədə yerləşən *** saylı mənzil pilot layihə sakininə məxsus olduğu üçün MMC tərəfindən iddiaçıya müqavilədə göstərilən məbləğin geri ödənilməsi təklif edilmişdir. Yaşayış binasının 2-ci blok, 15-ci mərtəbədə yerləşən *** saylı mənzil isə MMC tərəfindən cavabdeh2 təhvil verilmişdir. Həmin şəxs MMC ilə xidmət müqaviləsi bağlamış və sonuncu tərəfindən təmirə icazə verilmişdir. Bu səbəbdən də cavabdeh cavabdeh2 oğlu cavabdeh3 Şahmar oğlu və cavabdeh4 tərəfindən mənzildə təmir işləri aparılmışdır. Qətnamənin 50-ci bəndində qeyd edilmişdir ki, işin müəyyən edilmiş digər halı isə ondan ibarətdir ki, iddiaçı ilə müqavilə bağlanıldıqdan sonra mübahisə obyekti olan mənzil cavabdeh “İnşaat Konstruksiyaları” MMC tərəfindən başqa şəxsə satılmış, həmin mənzilə dair “İnşaat Konstruksiyaları” MMC ilə cavabdeh cavabdeh2 arasında ##.##.2019-cu il tarixli müqavilə bağlanılmışdır. Sözügedən müqaviləyə əsasən cavabdeh “İnşaat Konstruksiyaları” MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli, yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 117.7 kv.m olan *** saylı mənzili cavabdeh cavabdeh2 təhvil verməyi öhdəsinə götürmüşdür. Bir daha qeyd edir ki, cavabdeh2 satılan mənzillə İbrahimova Mehribana satılan mənzillər fərqli mənzillərdir. Məhkəmə tərəfindən heç bir ekspert və ya mütəxəssis rəyi alınmadan bu qənaətə gəlməsi qətnamənin qanuniliyini şübhə altına alır. Həmçinin məhkəmə tərəfindən qətnamədə göstərilən hallar konkret sübutlarla əsaslanmamışdır. Qətnamə formal mülahzələr və Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minməyən hökmünə əsaslanmışdır. Birinci inatansiya məhkəməsinin mövqeyi onunla izah olunur ki, ki, mülki iş üzrə araşdırma aparılmasına ehtiyac yoxdur, bu işin nəticəsi qeyd olunan cinayət işinin nəticəsində asılıdır. cavabdeh2 özünəməxsus *** saylı mənzildə təmir işləri aparmışdır. Lakin məhkəmə həmin təmir işlərinin aparılmasında cavabdeh şirkət olan MMC-nin qərəzli və maraqlı olduğunu bildirir. Cavabdeh cavabdeh2 isə mənzillərin eyni olduğu halda təmir etmək arzusunun olduğu qənaətinə gəlmişdir. Lakin, qeyd edir ki, Bünyadovlar tərəfindən sözügedən mənzil alınanda həmin mənzillə bağlı heç bir mübahisə olmayıb. Mənzildə müəyyən təmir tikinti işləri getdikdən sonra həmin məznillə bağlı istintaq orqanına çağrılandan sonra məlumatı olmuşdur. Lakin, iddiaçıya məxsus müqavilədə başqa mənzil qeyd olunduğundan bir o qədər də, əhəmiyyət verməmiş və təmir işlərini davam etdirmişdir. Müvəqqəti təminat tədbiri barədə qərardadın icrası kimi *** saylı mənzilə həbsin qoyulmasına səbəb isə iddiaçının icra məmuruna həmin mənzili göstərməsi olmuşdur. Qeyd edir ki, müvəqqəti təminat təbdiri barədə qərardad qəbul edildiyi andan mənzildə hər hansı bir təmir işləri aparılmamışdır. Eyni zamanda qeyd edir ki, iş üzrə heç bir tikinti texniki ekspertizası keçirilmədən və ya hər hansı bir mütəxəssis rəyi alınmadan məhkəmə istintaqın gəldiyi nəticəni və Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəsini almayan hökmünü əsas götürərək iddia tələbini təmin etmişdir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birincielement isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməkləyaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmətərəfindən bərpa edilməsinə yol verilə bilər. Lakin, məhkəmə mülki iş üzrə araşdırma apararkən iddiaçı İbrahimova Mehriban Əliheydər qızının iddia etdiyiünvan 2 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən sahəsi 119.7 kv.m olan, *** nömrəli mənzilə dair subyektiv hüququnun olub-olmamasını araşdırmadan iş üzrə qətnamə qəbul etmişdir. Sözügedən mənzilin hansı şəxsə məxsus olması xüsusatına mülki hüquq münasibətləri nöqteyi-nəzərdən qiymət verilməklə hökm əsasında deyil, mülki icraat qaydasında aparılan araşdırma nəticəsində müəyyən edilməlidir. Hökm cinayət təqibinin nəticəsinə dair şəxsin təqsirliliyi və tətbiq edilən cinayət hüquqi xarakterli tədbirlərə dair (ittham hökmüdürsə) yekun məhkəmə aktıdır. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Birinci instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Əgər məhkəmə qeyd olunan prosessual normanın tələblərini düzgün tətbiq etmiş olsa idi, iddia tələbini təmin etməzdi. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu vəya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar ## ### 2006-cı il tarixli Qərar). Odur ki, iş üzrə mənzillər başqa olmağına baxmayaraq (sahə və mərtəbə fərqi ilə) iddia tələbi təmin edilərək cavabdeh və onun ailə üzvlərinin mənzildən çıxarılması hüquqa ziddir. Əgər məhkəmə iş üzrə sübutlara düzgün qiymət versə idi, mənzilin fərqli olduğuna və cavabdeh və ailə üzvlərinin yaşadıqları mənzildə hüquqlarının olduğunu müəyən etmiş olardı. Göründüyü kimi yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş qətnamə heç vaxt qanuni və əsaslı ola bilməz və ləğv edilməlidir. Qeyd edir ki, məhkəmə qətnaməni qəbul edərkən istinad etdiyi sübutlar iddia ərizəsində göstərilmiş heç bir hüquqi əsası olmayan sübutlara əsaslanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən işin halları ətraflı şəkildə araşdırılmamış və nəticədə məhkəmə tərəfindən qəbul edilmiş qətnamə işin halları ilə ziddiyət təşkil etməkdədir. Məhkəmə mübahisə obyekti olan mənzillərin, yəni 143 və *** saylı mənzillərin eyni olmasını qeyd etmişdir. Lakin cavabdeh MMC-nin nümayəndəsi tərəfindən məhkəmədə verilən izahatında həmin mənzillərin eyni olmadığı, başqa mərtəbələrdə yerləşdiyi bildirilməyinə baxmayaraq, məhkəmə bu izahatı cavabdehin maraqlarını müdafiə kimi qiymətləndirmiş və cavabdeh MMC-nin təsisçisinin cinayət işi ilə əlaqədar istintaqda verdiyi ifadəyə istinad edərək mənzillərin eyni olduğunu, üst-üstə düşdüyünü bildirmişdir. Halbuki istintaqda verilən ifadənin düzgünlüyü isə çıxarılan hökmlə təsdiqni tapmadığından mötəbər hesab edilməməlidir və qətnamədə öz preyudisial əhəmiyyətini itirmiş olur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
29. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
30. Məhkəmə iclasında iştirak edən cavabdeh “İnşaat Konstruksiyaları” MMC-nin nümayəndəsi vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
31. Məhkəmə iclasında iştirak edən iddiaçı İbrahimova Mehriban Əliheydər qızının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
32. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
33. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
34. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
35. Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən taninan və qorunan hüququdur.
36. Maddə 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
37. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
38. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
39. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
40. Maddə 337.1. bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
41. Maddə 337.2. əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından
42. asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
43. Maddə 337.4 etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
44. Maddə 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
45. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
46. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
47. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
48. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
49. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:
50. Maddə 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi;
51. Maddə 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi;
52. Maddə 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi;
53. Maddə 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.
54. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən, Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
55. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
59. Maddə 384.0.2 apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
60. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
61. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
62. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
63. Hazırki halda apellyasiya şikayəti yalnız cavabdehlər cavabdeh3 və “İnşaat Konstruksiyaları” MMC tərəfindən verilmiş olsa da şikayət qərarın ləğv edilməsinə yönəldiyindən qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
65. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
66. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
67. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
68. Məhkəmə kollegiyası hesab edir ki, birinci insansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Hazırki halda birinci instansiya məhkəməsi mübahisəyə MM-nin 452-ci maddəsinin müddəalarını tətbiq etməkdə haqlı olsa da həmin normanı təfsiri zamanı səhvə yol vermişdir. Bu isə birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.
69. İddia ərizəsindən görünür ki, iddiaçı İbrahimova Mehriban Əliheydər qızının cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və “İnşaat Konstruksiyaları” MMC qarşı iddia tələbi aşağıdakı hissələrdən ibarətdir:
1. mənzilə sahiblik və istifadə hüququnun tanınması.
2. müqavilənin etibarsız hesab edilməsi.
3. cavabdehlərin mənzildən çıxarılması və mənzilin təhvil verilməsi.
İddia tələbinin “mənzilə sahiblik və istifadə hüququnun tanınması” hissəsi ilə bağlı:
70. İddiaçı tərəfindən iddia tələbinin hazırki hissəsi cavabdeh “İnşaat Konstruksiyaları” MMC ilə bağlanılmış ##.##.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 119.7 kv.m olan, 3 otaqlı, *** saylı mənzilin ona təhvil verilməli olmasına baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin icra edilməməsi, mənzilin təhvil verilməməsi ilə əsaslandırılmışdır.
71. İşin müəyyən edilmiş faktiki halları odur ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2018-ci il tarixində podrat müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdeh “İnşaat Konstruksiyaları” MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 119.7 kv.m olan *** saylı mənzil iddiaçıya təhvil verilməli, iddiaçı isə mənzilin dəyərini təşkil edən 95000 manat məbləğində pul vəsaitinin 84000 manat hissəsini ödəyib, qalan hissəsini ödəniş cədvəlinə əsasən ödəməli idi.
72. İşin mübahisəsiz halıdır ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilmiş, mənzilin dəyərinin 84000 manat hissəsi müqavilə bağlanılan zaman, qalan hissəsi ##.##.2020-ci il tarixində ödənilərək cavabdeh tərəfindən mənzilin dəyərinin tam şəkildə ödənilməsinə dair maliyyə arayışı verilmişdir.
73. İşin müəyyən edilmiş digər halı isə ondan ibarətdir ki, iddiaçı ilə müqavilə bağlanıldıqdan sonra mübahisə obyekti olan mənzil cavabdeh “İnşaat Konstruksiyaları” MMC tərəfindən başqa şəxsə satılmış, həmin mənzilə dair “İnşaat Konstruksiyaları” MMC ilə cavabdeh cavabdeh2 arasında ##.##.2019-cu il tarixli müqavilə bağlanılmışdır. Sözügedən müqaviləyə əsasən cavabdeh “İnşaat Konstruksiyaları” MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli, yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 117.7 kv.m olan *** saylı mənzili cavabdeh cavabdeh2 təhvil verməyi öhdəsinə götürmüşdür.
74. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh “İnşaat Konstruksiyaları” MMC tərəfindən müqaviləyə əsasən iddiaçıya təhvil verilməli olan *** saylı mənzil ilə, cavabdeh cavabdeh2 təhvil verilməli olan *** saylı mənzillərin eyni mənzil olması mübahisələndirildiyindən ilk növbədə həmin mənzillərin eyni mənzil olub-olmamasına qiymət verilməlidir.
75. İşin faktiki halı odur ki, həm iddiaçı İbrahimova Mehriban Əliheydər qızına, həm də cavabdeh cavabdeh2 yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən mənzil təhvil verilməsi öhdəliyə götürülmüşdür. Bağlanmış müqavilələr arasında fərq mənzilin ölüçüsü və nömrəsi arasındadır. İddiaçıya 15-ci mərtəbədə yerləşən sahəsi 119.7 kv.m olan, 3 otaqlı *** saylı mənzil, cavabdeh cavabdeh2 isə binanın 15-ci mərtəbəsində yerləşən sahəsi 117.7 kv.m olan, 3 otaqlı *** saylı mənzil təhvil verilməsi öhdəliyə götürülmüşdür.
76. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmünə əsasən müəyyən olunur ki, həmin fərq ilə bağlı cavabdeh “İnşaat Konstruksiyaları” MMC-nin təsisçisi X1 və baş direktoru X3 istintaq zamanı verdikləri ifadələrində (məhkəmədə istintaq zamanı verdikləri ifadələri təsir və təzyiq altında vermədiklərini bildirmişlər) göstərmişlər ki, mənzillərin nömrə sayı fərqlidir, əsas kimi blok, mərtəbə və mənzilin kvadrat metrlə sahəsi götürülür. Müqavilələrdə mənzillərin sahəsində 2 və ya artıq kvadrat fərq olur və bunun səbəbi divarın iç hissəsindən və ya çöl tərəfindən kvadratı hesablamaları olmuşdur. Həmçinin müqavilələrdə mənzillərin nömrəsi səhv göstərilmişdir. Belə ki, bina ilkin olaraq 16 mərtəbə olduğundan və sonradan 18 mərtəbə olduğu üçün mənzillərin sayında fərq yaranmış və uyğunsuzluq olmuşdur. Ona görə də əsas kimi giriş, mərtəbə, otaq sayı və sahəsi götürülmüşdür.
77. Göründüyü kimi, bağlanmış müqavilələrdə olan mərtəbə fərqi cavabdeh “İnşaat Konstruksiyaları” MMC tərəfindən Yasamal rayonu, Şərifzadə 33 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının ilkin layihədə 16 mərtəbə nəzərdə tutulması, daha sonra isə 2 mərtəbə artırılması ilə bağlı olmuşdur.
78. Həmçinin iş materiallarında olan Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin sorğuya cavab məktubundan görünür ki, ünvan 2 ünvanında inşa olunan binanın 2-ci giriş, 15ci mərtəbəsində yerləşən sahəsi 119,7 m2 olan 3 otaqlı *** nömrəli mənzil 95.000 (doxsan beş min) manat müqabilində İbrahimova Mehriban Əliheydər qızına ##.##.2018-ci il tarixdə sonuncu ilə MMC-nin direktoru X3 arasında bağlanmış ##.##.2018-ci il tarixli *** saylı alqı-satqı haqqında müqavilə əsasında satıldıqdan sonra, mənzilin Mehriban İbrahimovaya məxsus olduğunu bildikləri halda, ##.##.2019-cu il tarixli ****** saylı müqavilə və həmin tarixli maliyyə arayışı əsasında 89.000 manat müqabilində cavabdeh2 satılmışdır.
79. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmündən görünür ki, "İnşaat Konstruksiyaları” MMC tərəfindən ünvan 3 ünvanda inşa edilən binada 2-ci giriş, 15-ci mərtəbə, 119.7 kv.m sahəsi olan 3 otaqlı mənzil ##.##.2018-ci il tarixli Ş_*** saylı müqavilə və ilkin ödəniş olaraq 84.000 manat ödəməklə, 11.000 manat pul vəsaitinin ödənilməsini təsdiq edən ##.##.2020-ci il tarixli maliyyə arayışı əsasında 95.000 manat müqabilində İbrahimova Mehriban Əliheydər qızına, ##.##.2019-cu il tarixli ****** saylı müqavilə və həmin tarixli maliyyə arayışı əsasında 89.000 manat müqabilində cavabdeh2 satılmışdır.
80. Həmçinin Yasamal Rayon Məhkəməsinin **(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı Yasamal Rayon İcra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş aktdan görünür ki, icra məmuru tərəfindən iddiaçı və cavabdeh cavabdeh4 iştirakı ilə icra sənədində *** saylı mənzil kimi qeyd edilən faktiki *** nömrəli mənzilə baxış keçirilərək cavabdehlərə müvafiq hərəkətlərin (təmir, quraşdırma və.s.) edilməsi qadağan edilmişdir.
81. Məhkəmə kollegiyası işin tədqiq edilən faktiki halları ilə belə nəticəyə gəlir ki, müqaviləyə əsasən iddiaçıya təhvil verilməli olan *** saylı mənzil ilə cavabdehə təhvil verilməli olan *** saylı mənzil eyni mənzillərdir. Ona görə də mənzillərin ayrı-ayrı mənzil olması ilə bağlı "İnşaat Konstruksiyaları” MMC-nin apellyasiya şikayətinin dəlilləri əsassızdır.
82. Məhkəmə kollegiyası qeyd edir ki, *** saylı mənzil ilə *** saylı mənzilin eyni mənzillər olması işin müəyyən edilmiş halı olduğundan hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinin tələbləri tətbiq edilmklə qiymət verilməli olan məsələ həmin mənzilin kimə təhvil verilməli olmasıdır.
83. Belə ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
84. Birinci instansiya məhkəməsi həmin normanı dar mənada təfsir edərək yalnız “bu hüquq” əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxması qənaətinə gəlmişdir.
85. Kollegiya həmçinin onu da qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin mənzil ilə bağlı mübahisə olduğunu bildikləri halda, həmçinin mənzildə təmir işlərinin aparılmasına qadağa qoyulmasına dair müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə baxmayaraq mənzildə təmir işləri aparmaları barədə gəlmiş olduğu qənaət işin faktiki halları ilə uyğunluq təşkil etmir.
86. İşin faktiki halı odur ki, cavabdeh ilkin olaraq mübahisə obyekti olan mənzili iddiaçıya təhvil vermək öhdəliyi götürmüşdür. Belə ki, iddiaçı ilə 2018-ci ilin ## ### tarixində, cavabdeh ilə isə ##.##.2019-cu il tarixində müqavilə bağlanılaraq müvafiq öhdəlik götürülmüşdür. Həm iddiaçı, həm də cavabdehlə bağlanmış müqavilə mahiyyətcə podrat müqaviləsidir. Müqavilə tərəfi məhdud məsuliyyətli cəmiyyətdir, yaşayış binasının tərkib hissəsi olan mənzil hazır olandan uzun müddət keçməsinə baxmyaraq həmin mənzil sifarişçi İddiaçı tərəfindən qəbul edilməmiş, hal-hazıra kimi də həmin mənzilin ona təhvil verilməsini təsdiq edən har hansı sübut yoxdur, podratçı MMC-yə qarşı iddia tələblərindən biri də məhz mənzilin təhvil verilməsindən ibarətdir.
87. Göründüyü kimi, hazırki mülki iş üzrə mübahisə obyekti olan mənzil cavabdehə mülkiyyət hüququ ilə verilməsə də, işin faktiki halları ilə müəyyən edilir ki, həmin mənzil cavabdeh cavabdeh2 təhvil verilmişdir və faktiki istifadəsindədir. Belə ki, cavabdeh "İnşaat Konstruksiyaları” MMC tərəfindən cavabdeh cavabdeh2 mübahisə obyekti olan mənzilin təmirə buraxılmasına dair ##.##.2022-ci il tarixli arayış verilmişdir. Həmçinin ##.##.2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh Bünyadova Şahmar tərəfindən mənzildə təmir işlərinin aparılması üçün 2000 manat ödəniş edilməsinə dair arayış verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, 2024-cü ilin aprel ayından cavabdehlər tərəfindən mənzildə təmir işləri görülməyə başlanılmışdır. Mənzildə əsaslı təmir işləri (kombi sistemi, isti pol düzəldilmiş, qapı, pəncərələr yenilənmişdir) görülmüşdür.
88. "İnşaat Konstruksiyaları” MMC ilə cavabdeh2 arasında bağlanmış ##.##.2019-cu il tarixli ****** saylı müqavilə və həmin tarixli maliyyə arayışına görə cavabdeh cavabdeh2 mübahisənin predmeti olan mənzillə bağlı iddiaçı ilə eyni hüquqi vəziyyətdə olmuşdur, lakin mənzilin MMC tərəfindən ona təhvil verilməsi, mənzili təmir etdirməklə faktiki onun istifadəsində olması halı onun artıq həmin mənzilə yiyələnməsini, sifariş etdiyi əmlakı podratçı MMC-dən təhvil almasını dəlalət edən hallardır. Bu vəziyyət iddiaçının mübahisənin predmeti olan mənzilə hüququnun yaranmadığını göstərir. İddiaçı mübahisənin predmeti olan mənzilin ona verilməsini tələb etmək əvəzinə cavabdeh "İnşaat Konstruksiyaları” MMC-dən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Xüsusi ilə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının daha əvvəl məhkəməyə hazırki iddia tələbi ilə müraciət etməməsinin səbəbi cavabdeh MMCnin məsul
89. şəxsləri, Rauf Əliyev tərəfindən mənzilin ona məxsus olması ilə bağlı daim əminlik verməsi hər hansı sübutla təsdiq edilməməklə yanaşı işin faktiki halları ilə də müəyyən edilmir.
90. Məhkəmə kollegiyasl qeyd edir ki, cavabdeh “İnşaat Konstruksiyaları” MMC tərəfindən öz səlahiyyətindən sui-istifadə edərək iddiaçı ilə bağlanmış müqavilə üzrə mənzilin sonuncuya təhvil verilməməsi hazırkı mübahisənin faktiki halları baxımından iddianın təmin edilməsi qənaətinə gəlinməsi üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, mübahisəli mənzil cavabdehlərə faktiki təhvil verilmiş, onların sahibliyinə və istifadəsinə keçmişdir. Yəni, cavabdeh “İnşaat Konstruksiyaları” MMC cavabdeh2 qarşısında ##.##.2019-cu il tarixli ****** saylı müqavilə üzrə öhdəliyi real icra etmişdir.
91. Məhkəmə kollegiyası hesab edir ki, mənzilə faktiki sahiblik və istifadə cavabdehlər Bünyadovlara verildiyindən Mülki Məcəllənin 452.1-ci maddəsinin tələbləri baxımından iddiaçının həmin mənzilə dair tələb hüququ aradan qalxmışdır.
92. Həmçinin qeyd edilməlidir ki, biriinci instansiya məhkəməsi cavabdehlərin vicdanlılıq prinsipinin pozmaqla müvəqqəti təminat tədbirindən sonra da təmir işlərini aparmaları barədə qənaəti işin halları ilə təsdiq edilmir. MMC tərəfindən hüquqdan sui-istifadə etməklə mənzili cavabdeh2 satması, sonuncunun və digər cavabdehlərin mülki hüququn əsas prinsiplərindən biri olan vicdanlılıq prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdehlər Bünyadovların mübahisə predmeti olan mənzilə dair iddiaçı Mehriban İbrahimova ilə də bağlanmış müqavilə olması barədə məlumatlı olması iddiaçı tərəfindən sübut edilməmiş və məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir.
93. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki hüququn istənilən sahəsində, eləcə də öhdəlik münasibətlərində nəzərə alınmalı olan prinsiplərdən biri də vicdanlılıq prinsipidir. Vicdanlılıq prinsipi Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasında göstərilməsə də, Məcəllənin 5.3-cü maddəsində bu prinsip ümumi tələb kimi xüsusi olaraq vurğulanmışdır. Həmin maddəyə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bununla bağlı onu da qeyd etmək lazımdır ki, ədalət mühakiməsini həyata keçirən məhkəmələr tərəflərin irəli sürüb-sürməməsindən asılı olmayaraq hüquqdan sui-istifadə halını müəyyən etdikdə bunu nəzərə almalıdırlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarı).
94. Hazırki mülki iş üzrə cavabdeh MMC tərəfindən ilk öncə iddiaçı qarşısında öhdəlik götürülməsinə baxmayaraq, qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların, müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunsa da, həmin hal qanuni əsaslarla mənzil əldə etmiş Bündayov Şahmar Əlibayram oğlunun həmin mənzilə diar hüquqlarının itirilməsi kimi qiymətləndirilməməlidir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının həmin mənzilə istifadə və sahiblik hüquqlarının tanınmasına dair iddiası təmin edilə bilməz.
İddia tələbinin “müqavilənin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı:
95. İddiaçı iddia tələbinin hazırki hissəsini cavabdeh MMC tərəfindən onunla bağlanılmış müqaviləyə əsasən mübahisə obyekti olan mənzili ona təhvil vermə öhdəliyi daşımasına baxmayaraq həmin mənzilə dair cavabdehlə müqavilə bağlaması ilə əsaslandırmışdır.
96. Məhkəmə kollegiyası iddia tələbinin hazırki hissəsi ilə bağlı qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
97. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh Bündayov Şahmar Əlibayram oğlu ilə “İnşaat Konstruksiyaları” MMC arasında ##.##.2019-cu il tarixli ****** saylı müqavilə qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır.
98. Belə ki, işin hallarından da müəyyən edildiyi kimi, tərəflər müqavilənin onların iradəsinə uyğun bağlandığını mübahisələndirməmiş, müqavilə üzrə öz üzərlərinə düşən öhdəlikləri icra etmiş, yəni MMC müqavilə predmeti olan mənzili Şahmar Bündayova təhvil vermiş, sonuncu isə öz növbəsində müavilə üzrə nəzərdə tutulmuş pul məbləğini MMC-yə tam məbləğdə ödəmişdir.
99. Beləliklə, mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi ilə bağlı Mülki Məcəllədə müəyyən edilmiş hər hansı əsas aşkar edilmir, bu səbəbdən kollegiya hesab edir ki, cavabdehlər Bündayov Şahmar Əlibayram oğlu ilə “İnşaat Konstruksiyaları” MMC arasında bağlanmış ##.##.2019-cu il tarixli ****** saylı müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddiaçının dəlilləri əsassız olmuşdur.
İddia tələbinin “cavabdehlərin mənzildən çıxarılması və mənzilin təhvil verilməsi” hissəsi ilə bağlı:
100. 100. İddia tələbinin hazırki hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin yuxarıda qeyd edilə mövqeyi ilə “İnşaat Konstruksiyaları” MMC ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2019-cu il tarixli müqavilə etibarsız hesab edilməsi hissəsində iddia tələbi rədd edildiyindən iddia tələbinin hazırkı hissəsi üzrə əlavə araşdırmanın aparılmasına hər hansı lüzum yoxdur. Belə ki, iddianın qeyd edilən hissədə təmin edilməsi üçün Mülki Məcəllənin 157.2-ci maddəsinin aşağıdakı dispozitiv şərtləri mövcud olmalıdır.
1. Tələb edilən əmlak iddiaçının mülkiyyətində olmalı;
2. Həmin əmlak cavabdehin sahibliyində olmalı;
3. Cavadbehin həmin əmlaka sahibliyi qanunsuz olmalıdır.
Hazırki mülki işin faktiki halları qeyd edilən normanın dispozisiya şərtləri ilə üstüstə düşmür.
101. Belə ki, MM-nin 452.1-ci maddəsinin tələblərinə görə cavabdehlərin mübahisə obyekti olan mənzilə sahiblik və istifadə etmək qanuni hesab edildiyindən, həmçinin məhkəmənin yuxarıda qeyd edilə mövqeyi ilə “İnşaat Konstruksiyaları” MMC ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2019-cu il tarixli müqavilə etibarsız hesab edilməsi hissəsində iddia tələbi rədd edildiyindən və iddia tələbinin qeyd edilən hissəsi tələbin digər hissələrindən aslı olduğundan cavabdehlərin mənzildən çıxarılaraq iddiaçıya təhvil verilməsi hissəsində də təmin edilə bilməz.
102. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
103. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi təmin edilmə bilməz.
104. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
105. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
106. Kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.
107. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh “İnşaat Konstruksiyaları” MMC-nin nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İbrahimova Mehriban Əliheydər qızının cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və “İnşaat Konstruksiyaları” MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.