Məhkəmə qərarları › İş №2(3-6)-1095/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1095/2026

06.05.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1095/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh1 və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlakda payların müəyyən edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçılar iddiaçı2 və iddiaçı1 iştirakı ilə, İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh1 və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. * saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş AZ-II seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ##.##.2024-cü il tarixdə “Beyin odemi” səbəbindən Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2024-cü il tarixdə 444 nömrə ilə qeyd edilmişdir.

2. Bakı şəhəri Suraxanı rayonu VVADQ şöbəsi tərəfindən ##.##.2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı, ****** nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ##.##.1999-cu il tarixdə X15 doğulmuş X7 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında ##.##.2003-cü il tarixdə 72 nömrə ilə qeyd edilmişdir.

3. Bakı şəhəri Suraxanı rayonu VVADQ şöbəsi tərəfindən ##.##.2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı, ****** nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ##.##.2001-ci il tarixdə X15 doğulmuş X3 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında ##.##.2003-cü il tarixdə 4313 nömrə ilə qeyd edilmişdir.

4. ##.##.2016-cı il tarixli, 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2006-cı il tarixdə vəfat etmiş X4 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan qızı – cavabdeh1 və ünvan 6 ünvanında qeydiyyatda olan qızı – X5r və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak AR ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Əİ tərəfindən reyestr nömrəsi: 006013013247-*****, qeydiyyat nömrəsi: 1116007028 olan ##.##.2016-cı il tarixdə verilmiş seriya RX ******* saylı çıxarışa və ##.##.2016-cı il tarixli, çıxış nömrəsi 06/44 olan arayışa əsasən, mərhum X4 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ə.Məmmədov küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 96.5 kv.m., o cümlədən yaşayış sahəsi 47.2 kv.m., yardımçı sahəsi 49.3 kv.m. olan 3 otaqlı, ** saylı fərdi yaşayış evindən ibarətdir.

5. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən ##.##.2012-ci il tarixdə verilmiş AZ-III seriyalı, ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 (atası X4, anası X10) ##.##.1963-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında ##.##.1963-cü il tarixdə 1643 nömrə ilə qeyd edilmişdir.

6. Bakı şəhəri Orconikidze rayon (indiki Suraxanı rayonu) qeydiyyat şöbəsi tərəfindən ##.##.1968-ci il tarixdə verilmiş AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 (atası X4, anası X10) ##.##.1968-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında ##.##.1968ci il tarixdə 4** nömrə ilə qeyd edilmişdir.

7. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən ##.##.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ##.##.2005-ci il tarixdə “massiv qanitirmə” səbəbindən Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2005-ci il tarixdə 625 nömrə ilə qeyd edilmişdir.

8. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən ##.##.2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ##.##.2014-cü il tarixdə “Qaraciyərin alkoqol serrozu” səbəbindən Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2014-cü il tarixdə 1057 nömrə ilə qeyd edilmişdir.

9. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən ##.##.2016-cı il tarixdə verilmiş ***/** nömrəli arayışdan görünür ki, X2 və X12 nikahının pozulması haqqında ##.##.1991-ci il tarixində ** nömrəli akt qeydi tərtib edilmiş, nikah pozulduqdan sonra qadına Qədirova soyadı verilmişdir.

10. Bakı şəhəri Orconikidze rayon (indiki Suraxanı rayonu) qeydiyyat şöbəsi tərəfindən ##.##.1961-ci il tarixdə verilmiş AZ seriyalı, ****** nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X4 və X16 arasında ##.##.1961-ci il tarixdə nikah bağlanmış, bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında həmin tarixdə 444 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir.

11. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən ##.##.2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ##.##.2008-ci il tarixdə “Ürək-damar çatışmazlığı” səbəbindən Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2008-ci il tarixdə 394 nömrə ilə qeyd edilmişdir.

12. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən ##.##.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ##.##.2006-cı il tarixdə “Ürək-damar çatışmazlığı” səbəbindən Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2006-cı il tarixdə 163 nömrə ilə qeyd edilmişdir.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 006013013247-***** reyestr nömrəli, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ə.Məmmədov küçəsi ünvanında yerləşən, ümumi sahəsi 96.5 m2 olan ** nömrəli fərdi yaşayış evi X4 mülkiyyətindədir və həmin fərdi yaşayış evi üzərində sonuncun xüsusi mülkiyyət hüququ ##.##.2016-cı il tarixdə 1116007028 nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. ##.##.2012-ci il tarixli, 2V/3-**** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2006-cı ildə vəfat etmiş X4 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan qızı – cavabdeh1dır. Şəhadətnamə verilən miras əmlak keçmiş SSRİ Əmanət Bankında olan **** nömrəli fillialında olan pul məbləğindən ibarətdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2019-cu il tarixli, 2(103)- ***/**** nömrəli qətnaməsindən görünür ki, hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı X15 və iddiaçı2 cavabdeh cavabdeh1 qarşı “evə köçürülmə barədə” ilk iddiasının rədd edilməsi, cavabdeh cavabdeh1 iddiaçılar X15 və cavabdeh iddiaçı2 qarşı “torpaq sahəsindən və qarajdan çıxarılma barədə” qarşılıqlı iddiasının təmin edilməsi, X15 və iddiaçı2 özlərinə məxsus olan əşyalar ilə birlikdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ə.Məmmədov küçəsi, ev 41 ünvanında yerləşən, sahəsi 26.8 kv.m. təşkil edən qarajdan və sahəsi 0.04 ha təşkil edən torpaq sahəsindən çıxarılmaları qət edilmişdir.

16. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş ** nömrəli arayışdan görünür k, iddiaçı2 atası X2 ilə birlikdə onun öldüyü ##.##.2014-cü il tarixinədək ünvan 4 ünvanında aşağıdakı ailə tərkibi ilə birgə yaşamışdır: 1) Həyat yoldaşı – X15 – ##.##.2024-cü il tarixdə vəfat etmişdir; 2) Oğlu – iddiaçı1 – ##.##.2001-ci il təvəllüdlü (Həmin ünvanında qeydiyyatda deyil); 3) Qızı – iddiaçı2 – ##.##.1999-cu il təvəllüdlü (Həmin ünvanda qeydiyyatda deyil). Qeyd – Mərhumun başqa övladlarının olubolmaması barədə qəsəbə nümayəndəliyində məlumat yoxdur. Məlumatlar ev təsərrüfat kitabı və təqdim olunan sənədlər əsasında verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat **. İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri ** saylı Notariat Ofisinin ##.##.2016-cı il tarixdə reyestrdə 2V-** nömrə ilə qeydə aldığı şəhadətnaməsinin ləğv edilməsi, ata babaları X4 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ə.Məmmədov küçəsi, ** nömrəli ünvanından onlara əmlak payının ayrılıb, şəhadətnamənin verilməsi barədə Bakı şəhəri ** saylı Notariat Ofisinin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, anaları X15 ataları X2 ilə ailə həyatı qurmuş və onların iki övladı dünyaya gəlmişdir: ##.##.1999-cu il təvəllüdlü iddiaçı2 və ##.##.2001-ci il təvəllüdlü iddiaçı1. Valideynləri ilə birlikdə, ata babaları X4 adına olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ə.Məmmədov küçəsi, ** saylı (indiki 41) ünvanında dünyaya gəlmiş, yaşamış və həmin ünvanda böyümüşlər. Ataları X2 ##.##.2014-cü il tarixdə qaraciyərin alkoqol serrozu səbəbi ilə dünyasını dəyişmişdir. O gündən sonra, bibiləri onlarla bir ünvanda kobud davranışa başlamış, hər məqam tapdıqca onları yaşadıqları ünvandan qovmuşdur. Anaları X15 da ##.##.2024-cü il tarixdə beyinin ödəmi səbəbindən dünyasını dəyişdikdən sonra, onlar böyüyüb, boya-başa çıxdıqları ata babaları X4 adına olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ə.Məmmədov küçəsi, ** saylı (indiki 41) ünvanına bibiləri X13 icazəsi olmadan artıq həyətə daxil ola bilməmişlər. Cavabdeh atalarının dünyasını dəyişməsindən istifadə edib, onların da hüquqi savadlarının olmaması səbəbindən xəbərləri olmadan, ata babaları X4 adına olan Bakı şəhəri, Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi, Ə.Məmmədov küçəsi, ** saylı (indiki 41) ünvanını mülkə vərəsəliklə bağlı, ** saylı notariat ofisinə müraciət edib, notariat ofisi öz növbəsində vərəsələri yoxlamadan, işə birtərəfli yanaşaraq bibilər Bakı şəhəri, Y/Suraxanı qəsəbəsi, Aşağı Qəsəbə küçəsi, ev 20 də qeydiyyatda olan qızı - X13; Bakı şhəri, Tolstoy küçəsi, ev 55 də qeydiyyatda olan qızı - X5 və onların hər biri miras əmlakdan bərabər hissələrə irs alması, qanun üzrə vərəsəlik hüququ haqqında ## ###### 2016-cı il tarixdə reyestrdə 2V-**№ ilə qeydə alınaraq, şəhadətnamə vermişdir. Notariat ofisi tərəfindən bibilərinə ## ###### 2016-cı il tarixdə reyestrdə 2V-**№ ilə qeydə alınaraq, verilmiş şəhadətnaməyə düzəliş edilməsi, ata babaları X4 adına olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ə.Məmmədov küçəsi, ** saylı (indiki 41) ünvanının birinci vərəsəsi, bibiləri kimi atalarının da nəzərə alınması, ataları X2 ##.##.2014-cü il tarixdə dünyasını dəyişməsi səbəbindən, onun ikinci vərəsəsi kimi onlar da nəzərə alınaraq, onlara ata babalarından qalmış mülkdən miras əmlak payı ayrılması ilə bağlı ərizəylə müraciət etmək istəsələr də, heç bir rəsmi cavab ala bilməmişlər. ##.##.2024-cü il tarixdə onlar Bakı şəhəri ** saylı notariat ofisinə yaxınlaşıb, onlara ata babalarından qalmış mülkdən miras əmlak payının ayrılması ilə bağlı ərizə təqdim etmək istəsələr də notariat ofisinin fəaliyyət göstərmədiyini görmüşlər. Sonradan onlar dövlət notariat arxivinə müraciət etmişlər və Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2016-cı il tarixdə rəsmləşdirilmiş 2V-** reyestr nömrəli iş üzrə cəmi 41 vərəqədən ibarət olan 38 sənədi dövlət notariat arxivindən möhürlənərək tikilmiş iş kimi almışlar. Hal-hazırda onlar məcburiyyət qarşısında qalıb, cavabdeh Bakı şəhəri ** saylı notariat ofisinə qarşı gördüyü notariat hərəkətlərin ləğv edilməsi, ata babaları X4 miras qalmış adına olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ə.Məmmədov küçəsi, ** saylı (indiki 41) ünvanından onlara əmlak payının ayrılması öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşlar.

19. Cavabdeh cavabdeh1 tərəfindən iddia müddətinin tətbiqi haqqında ərizə verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ######## 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri ** saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş, mərhum X4 miras qalmış əmlaka dair ##.##.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X2 miras qalmış 1/3 hissəsinin 1/2 hissəsi üzərində iddiaçı iddiaçı2, 1/2 hissəsi üzərində X3 payının müəyyən edilməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdeh cavabdeh1 tutularaq iddiaçı iddiaçı2 ödənilməsi qət edilmişdir.

21. Məhkəmə iddianı təmin edərkən ona istinad etmişdir ki, müvafiq notariat işi materiallarından göründüyü kimi, işə Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə nümayəndəliyi tərəfindən verilmiş arayışlar əlavə edilmiş, həmin arayışlarda X8 öldüyü tarixə qədər mübahisəli evdə oğlu Xanlar Ağağevin yaşadığı qeyd edilmişdir. Həmçinin, işə Xanlar Ağayevin doğum və ölüm haqqında şəhadətnamələrinin surətləri də əlavə edilmişdir. Bu vəziyyətdə mübahisəsizdir ki, Muxtar Ağayevin öldüyü məqamda (mirasın açıldığı anda) onun iki yox, üç birinci növbə vərəsəsinin sağ olduğu notariat orqanına məlum olmuşdur. Buna baxmayaraq, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mirasın açıldığı məqamda sağ olan birinci növbə vərəsələrdən biri – Xanlar Ağayev nəzərə alınmamışdır. Məhkəmə bu hissədə qeyd edir ki, notariat işinə Xanlar Ağayev tərəfindən bacısı cavabdeh1 verilmiş etibarnamə əlavə edilmişdir. Həmin etibarnamədə Xanlar Ağayevin vərəsəlik işi açmaq da daxil olmaqla bir sıra səlahiyyətləri cavabdeh1 etibar etdiyi göstərilmişdir. Bu etibarnamənin notariat işinə əlavə edilməsindən və sonrasında Xanlar Ağayevin payı nəzərə alınmadan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilməsindən belə başa düşülür ki, sözügedən etibarnamə notarius tərəfindən Xanlar Ağayevin mirasdan imtinası kimi qəbul edilmişdir. Halbuki, bu etibarnamə etibar edən Xanlar Ağayevin mirasdan imtina etməsini yox, onun adından vərəsəlik işi açmaq səlahiyyətinin bacısı cavabdeh1 etibar edildiyini təsdiq edir. Digər tərəfdən, etibarnamə 2012-ci ildə verilmişdir. Dolayısı ilə 2006-cı ildə açılmış mirasdan bu etibarnamə ilə imtina etmək istənilən halda mümkün deyil. Cavabdeh cavabdeh1 məhkəmə iclasında verdiyi izahatda (audio-video yazısı aparılan ##.##.2025-ci il tarixli məhkəmə iclası, dəq. 02.30- 03.50) mərhum qardaşı Xanlar Ağayevin mərhum atası Muxtar Ağayevlə birlikdə mübahisəli evdə yaşadığını, atasının ölümündən bir neçə ay əvvəl ailəsini – uşaqları olan iddiaçıları və onların anaları Firəngiz Məmmədovanı mübahisəli evə köçürdüyünü, Muxtar Ağayevin, sonrasında isə Xanlar Ağayevin ölümündən sonra Bakı Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli qətnaməsi icra olunana qədər iddiaçıların həmin ünvanda qaldığını təsdiq etmişdir. Məhkəmə bu izahatı cavabdeh tərəfindən iddianın əsasında duran faktın – Xanlar Ağayevin mərhum atası Muxtar Ağayevdən miras qalmış əmlakı faktiki qəbul etməsi, iddiaçıların isə Xanlar Ağayevdən miras qalmış əmlakı faktiki qəbul etməsi – cavabdeh tərəfindən etirafı kimi qiymətləndirir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Belə olan halda məhkəmə hesab etmişdir ki, mərhum Muxtar Ağayevdən miras qalmış evdə yaşayaraq mirası faktiki qəbul edən Xanlar Ağayevin payını nəzərə almadan təsdiq edilmiş ##.##.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. Həmçinin miras əmlakdan mərhum Xanlar Ağayevin payına düşən 1/3 hissənin mərhumun birinci növbə iki vərəsəsi olan iş üzrə iddiaçılar iddiaçı2 və Murad Məmmədov tərəfindən qəbul edilməsi də cavabdehin izahatı əsasında sübuta yetirilir. Belə ki, o, iddiaçıların mərhum babalarının 2006-cı ildə vəfatından bir neçə ay əvvəl mübahisəli evə köçdüklərini, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli qətnaməsinin icrası ilə ünvandan çıxdıqlarını bildirmişdir. Yəni iddiaçılar Xanlar Ağayevin ##.##.2014-cü il tarixdə ölümündən sonra mübahisəli evdə uzun müddət yaşayaraq atalarından qalan miras payını qəbul etmişlər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan variantda) vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Odur ki, iddiaçılar iddiaçı2 və Murad Məmmədovun mübahisəli ev üzərində ataları Xanlar Ağayevə məxsus 1/3 paydan hər birinə 1/2 hissə olmaqla payları müəyyən edilməlidir. Məhkəmə hesab etmişdir ki, mübahisəli şəhadətnamə ləğv edilərək iddiaçıların ev üzərində payının müəyyən edilməsi ilə iddia tam təmin edilmiş hesab edilməlidir.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29cu, 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü, 1134-cü, 1136-cı, 1145ci, 1146-cı, 1151-ci, 1159-cu, 1243-cü maddələrinə, Mülki Prossesual Məcəlləsinin 14-cü, 77-ci, 88-ci, 107-ci, 119-cu, 2**-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

23. Qətnamədən cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar mirasın qəbul edilməsi ilə bağlı mülki qanunvericilikdə müəyyən olunmuş müddətləri ötürmüşdür. Mübahisəli ev əvvəllər yaşanmayacaq vəziyyətdə olmuşdur. Cavabdeh həmin evi öz şəxsi pul vəsaiti hesabına təmir etdirmişdir. Çünki həmin evonun xüsusi mülkiyyətində olmuşdur. Cavabdeh həmin evin təmirinə xeyli miqdarda pul vəsaiti xərcləmişdir. İddiaçıların iddiasının təmin olunması cavabdehə həm də maddi cəhətdən ciddi ziyan vurmuşdur. Hesab edirik ki, buna görə də, tərəflərdən birinə xeyli maddi ziyan vurulmasına gətirib çıxaran qətnamənin qəbul olunması qanunauyğun deyildir. Muxtar Ağayevdənövladlarına miras qalan 6,83 kv.m torpaq sahəsi cavabdehin qardaşının sağ olduğu vaxt cavabdeh, bacısı və qardaşı arasında bərabər olaraq bölünmüş və hərəsinə 2 kv.m torpaq sahəsi ayrılmışdır. X1 həmin torpaq sahəsini öz adına qanunauyğun şəkildə rəsmiləşdirməmişdir. Xanlar Ağayev həmin torpaq sahəsini başqa şəxsə satmışdır

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı

26. İştirak etdiyi məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

27. Məhkəmə iclasında iddiaçılar apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişlər.

d) Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1136-cı maddəsinə əsasən nikahdankənar uşaqlar atanın vərəsələri kimi. Nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Əgər həmin uşaq atasından əvvəl ölərsə, onun uşaqları atalarına çatası mirasdan pay tələb edə bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 2**.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

35. Hazırki işin faktiki hallarına əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi ##.##.2016-cı il tarixdə X4 xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X4 ##.##.2006-cı il tarixdə vəfat etmişdir. Bakı şəhəri ** saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş ##.##.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi X4 qalmış miras əmlak kimi iki vərəsəsi (qızları) cavabdeh1 və X5 arasında bərabər pay olmaqla bölünmüşdür. X8 X2 ##.##.2014-cü il tarixdə vəfat etmişdir. Xanlar Ağayev iş üzrə iddiaçılar iddiaçı2 və Murad Məmmədovun atası, cavabdeh cavabdeh1 isə qardaşı olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi ilə iddiaçı iddiaçı2 mərhum anası X15 ilə birlikdə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.

36. Göründüyü kimi, iddiaçıların mərhum atası Xanlar Ağayev və cavabdeh cavabdeh1 bacı-qardaş olmuşdur. Onların atası Muxtar Ağayev ##.##.2006-cı il tarixdə ölmüşdür. Muxtar Ağayev öldüyü vaxt onun üç uşağı – cavabdeh1, X5 və X2 olmuşdur. Buna baxmayaraq, mübahisəli ##.##.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə miras qoyan Muxtar Ağayevin yalnız iki vərəsəsi - cavabdeh1 və X5 adları qeyd edilmiş, miras qoyulan mübahisəli fərdi yaşayış evi iki vərəsə arasında bərabər paylarla bölünmüşdür.

37. Halbuki elə müvafiq notariat işi materiallarından görünür ki, işə Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə nümayəndəliyi tərəfindən verilmiş arayışlar əlavə edilmiş, həmin arayışlarda X8 öldüyü tarixə qədər mübahisəli evdə oğlu Xanlar Ağağevin yaşadığı qeyd edilmişdir. Həmçinin işə Xanlar Ağayevin doğum və ölüm haqqında şəhadətnamələrinin surətləri də əlavə edilmişdir. Bu vəziyyətdə mübahisəsizdir ki, Muxtar Ağayevin öldüyü məqamda (mirasın açıldığı anda) onun iki yox, üç birinci növbə vərəsəsinin sağ olduğu notariat orqanına məlum olmuşdur. Buna baxmayaraq, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mirasın açıldığı məqamda sağ olan birinci növbə vərəsələrdən biri – Xanlar Ağayev nəzərə alınmamışdır. Məhkəmə bu hissədə qeyd edir ki, notariat işinə Xanlar Ağayev tərəfindən bacısı cavabdeh1 verilmiş etibarnamə əlavə edilmişdir. Həmin etibarnamədə Xanlar Ağayevin vərəsəlik işi açmaq da daxil olmaqla bir sıra səlahiyyətləri cavabdeh1 etibar etdiyi göstərilmişdir. Bu etibarnamənin notariat işinə əlavə edilməsindən və sonrasında Xanlar Ağayevin payı nəzərə alınmadan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilməsindən belə başa düşülür ki, sözügedən etibarnamə notarius tərəfindən Xanlar Ağayevin mirasdan imtinası kimi qəbul edilmişdir. Halbuki bu etibarnamə etibar edən Xanlar Ağayevin mirasdan imtina etməsini yox, onun adından vərəsəlik işi açmaq səlahiyyətinin bacısı cavabdeh1 etibar edildiyini təsdiq edir. Digər tərəfdən, etibarnamə 2012-ci ildə verilmişdir. Dolayısı ilə 2006-cı ildə açılmış mirasdan bu etibarnamə ilə imtina etmək istənilən halda mümkün deyil.

38. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mərhum Muxtar Ağayevdən miras qalmış evdə yaşayaraq mirası faktiki qəbul edən Xanlar Ağayevin payını nəzərə almadan təsdiq edilmiş ##.##.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. Həmçinin miras əmlakdan mərhum Xanlar Ağayevin payına düşən 1/3 hissənin mərhumun birinci növbə iki vərəsəsi olan iş üzrə iddiaçılar iddiaçı2 və Murad Məmmədov tərəfindən qəbul edilməsi də cavabdehin izahatı əsasında sübuta yetirilir. Belə ki, o, iddiaçıların mərhum babalarının 2006-cı ildə vəfatından bir neçə ay əvvəl mübahisəli evə köçdüklərini, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli qətnaməsinin icrası ilə ünvandan çıxdıqlarını bildirmişdir. Yəni iddiaçılar Xanlar Ağayevin ##.##.2014-cü il tarixdə ölümündən sonra mübahisəli evdə uzun müddət yaşayaraq atalarından qalan miras payını qəbul etmişlər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan variantda) vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə kollegiyasının iclasında da suala cavab olaraq cavabeh ataları ölməmişdən öncə qardaşı Xanların orada yaşadığını və atasının ölümündən sonrada orada yaşadığını bildirmidir. Lakin qardaşının öz payını satdığını bildirmişdir. Eyni zamanda cavabdeh birinci instansiya məhkəməsinin iclasında da verdiyi izahatda (audiovideo yazısı aparılan ##.##.2025-ci il tarixli məhkəmə iclası, dəq. 02.30-03.50) mərhum qardaşı Xanlar Ağayevin mərhum atası Muxtar Ağayevlə birlikdə mübahisəli evdə yaşadığını, atasının ölümündən bir neçə ay əvvəl ailəsini – uşaqları olan iddiaçıları və onların anaları Firəngiz Məmmədovanı mübahisəli evə köçürdüyünü, Muxtar Ağayevin, sonrasında isə Xanlar Ağayevin ölümündən sonra Bakı Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli qətnaməsi icra olunana qədər iddiaçıların həmin ünvanda qaldığını təsdiq etmişdir. Birinci instansiya məhkməsi də haqlı olaraq cavabdeh tərəfindən iddianın əsasında duran faktın – Xanlar Ağayevin mərhum atası Muxtar Ağayevdən miras qalmış əmlakı faktiki qəbul etməsi, iddiaçıların isə Xanlar Ağayevdən miras qalmış əmlakı faktiki qəbul etməsi – cavabdeh tərəfindən etirafı kimi qiymətləndirmişdir. Cavabdehin iddiaçıların iddia müddətini ötürmələrinə dair dəlilinə münasibətdə isə qeyd edir ki, bununla bağlı birinci instansiya məhkəməsi yetərli olan əsaslandırmasını vermişdir.

39. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar