Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1136/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi Vəkil/Nümayəndə, cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı debitor borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsiin *(***)-****/**** saylı, # ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma Və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən ****** nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, İsmayılova Reyhan Hacı qızı Bakı şəhəri, Nərimanov rayonu,Təbriz küçəsi ** saylı evin ** saylı mənzilin mülkiyyətçisidir.
2. ************ nömrəli abonent hərəkətlərindən görünür ki, İddiaçı ümumi 454,21 manat borcu yaranmışdır.
3. ##.##.2024-cü il tarixli İstilik və isti su təchizatı xidmətinə dair müqavilədən görünür ki, müqavilə Müəssisə-Cavabdeh ASC tərəfindən İstehlakçının - İddiaçı mənzilinin və ya yaşayış evinin ümumi sahəsi 73,30 kv.m mənzildə və ya yaşayış evində qeydiyyatda olanların sayı _ nəfər olan mənzilin və ya yaşayış evinin istilik və isti su təchizatı ilə əlaqədar tərəflərin hüquq və vəzifələrini müəyyən edir. Həmin müqavilə ##.##.2023-cü ilədək qüvvədədir. Müqavilə İddiaçı tərəfindən imzalanmamışdır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin tərəfindən hesablanmış 454,21 manat debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, ’’xxxx" ASC tərəfindən onun adına xidmət üzrə 7-8 ilin məbləğini əhatə edən ümumi 454,21 manat borc tələbi irəli sürülmüşdür. Onunla Cavabdeh ASC arasında heç bir yazılı müqavilə bağlanmamışdır. Tələb olunan dövr ərzində xidmətin faktiki göstərilməsi və iddiaçı tərəfindən istifadəsi barədə heç bir rəsmi sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən, borcun iddia müddəti 3 il təşkil edir. 7-8 il əvvələ aid ödəniş tələbi iddia müddətinin bitməsi səbəbindən hüquqi qüvvəyə malik deyil. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 13-cü maddəsinə görə, istehlakçı yalnız razılığı ilə qəbul etdiyi xidmətə görə ödəniş etməlidir.
6. Cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi X1 yazılı etiraz ərizəsini təqdim edərək qeyd etmişdir ki, Cavabdeh ASC, Azərbaycan Respublikası Prezidentinin ## #### 2005-cı il tarixli *** saylı “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncamına əsasən yaradılmışdır və başlıca vəzifəsi tərkibinə daxil olan sturukturlar vasitəsi ilə istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin təmin etməkdən ibarətdir. Nərimanov rayonu, Təbriz küçəsi, ** saylı yaşayış binası * saylı İstilik Sistemləri İstismar Sahəsi tərəfindən istilik enerjisi ilə təchiz edilir. Qeyd olunan yaşayış binasının ** saylı mənzili istilik enerjisi ilə təchiz olunmasına baxmayaraq kommunal xidmətə görə 454,21 manat məbləğində borc bu günə kimi ödənilməmişdir
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsiin 2(005)-4062/2025 saylı # ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı İddiaçı istilik enerjisindən istifadə ilə bağlı abunə hesabına (150330087068) yazılmış cəmi 454,21 (dörd yüz əlli dörd manat, iyirmi bir qəpik) manat borcun silinməsi qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh qarşısında istilik enerjisindən istifadə ilə bağlı hər hansı müqavilə bağlanmadığı üçün, iddiaçının istehlakçı kimi istilik enerjisindən istifadə ilə bağlı hər hansı öhdəliyi yaranmamışdır və bu səbəbdən də cavabdeh tərəfindən iddiaçıya belə bir borc hesablanması qanuni hesab edilmir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.3, 35.1, 35.2, 135.1, 136.1 və 136.4-cü maddələrinə; “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 1.1, 1.2-ci bəndlərinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”nın 1.4, 1.5, 6.1 və 8.1-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı tərəfindən mənzilində istiliyin almamasına dair absurd fikrinə istinad edilmiş, lakin iddiaçı tərəfindən mənzildə istilik sisteminin olmadığına dair sübut və ya dəlilin əsaslığını təsdiq edən hər hansı bir sənəd təqdim olunmamışdır. Faktiki olaraq qeyd olunan yaşayış binası, həmçinin qeyd olunan mənzil istilik enerjisi ilə təchiz olunmuşdur. Cavabdeh ASC-nin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq olunmuş Nizamnaməsinin 3.1-ci yarım bəndinə əsasən Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin siyahısı”na istilik təchizatı xidmətləridə daxildir. Təbii inhisar şəraitində əmtəə istehsalı və ya satışı ilə məşğul olan təsərrüfat subyektləri təbii inhisar subyektləri hesab olunur. Nərimanov rayon məhkəməsi tərəfindən iddiaçının cavabdeh qarşısında müqavilə bağlamamışdan əvvəl istilik enerjisindən istifadə ilə bağlı hər hansı öhdəliyin yaranması üçün əsaslar müəyyən olunmadığını hesab etmişdir, halbu ki, yalnız Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ######## 2023cü il tarixli *** nömrəli “İstilik enerjisindən istifadə qaydaları”na əsasən * nömrəli əlavə olaraq “İstilik və isti su təchizatı xidmətlərinə dair” əhali qrupuna aid olan istehlakçılara aid müqavilə forması təsdiq olunmuşdur. ASC-nin təbii inhisar subyekti olduğundan onun əhali istehlakçı qrupuna göstərdiyi iş və xidmətlərin qiyməti Azərbaycan Respublikası Taarif Şurası tərəfindən müəyyən edilir və yuxarıda qeyd olunan Qaydalar təsdiq olunana kimi Cəmiyyət öz Nizamnaməsi əsasında fəaliyyət göstərmiş və təbii inhisar subyekti kimi yalnız Nazirlər Kabineti tərəfindən təsdiq olunan Qaydalar qüvvəyə mindikdən sonra əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanılmasına başlanılmışdır. Qeyd olunan mənzilin mülkiyyətçisi İddiaçı əhali qrupuna aid olan istehlakçıya aid müqavilə təqdim olunmuş, lakin onun tərəfindən bu günə kimi müqavilə imzalanaraq ASC-yə təqdim olunmamışdır. Qeyd olunan yaşayış binası və mənzillər o, cümlədən iddiaçı İddiaçı məxsus ** saylı mənzil cari mövsümdə və əvvəlki payızqış mövsümlərində Cəmiyyət tərəfindən mövcud parametrlərə uyğun istiliklə təmin olunmuş və eyni zamanda binanın digər sakinləri tərəfindən istilik haqları ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, istehlakçı tərəfindən müqavilə bağlanmasından imtina edilməsinə baxmayaraq “İstilik enerjisindən istifadə qaydaları” təsdiq olunmasından əvvəlki dövrlərdə də İddiaçı məxsus mənzili istiliklə təmin olunmuş və onun tərəfindən istilik təchizatının keyfiyyətinə dair ASC-yə heç bir müraciət daxil olmadığından iddiaçının tələbi əsassızdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 apellyasya şikayətini müdafiə edərək bildirmişdir ki, ## #### 2005-ci il tarixli sərəncam əsasında yaradılmışdır. O vaxt üçün müqavilə nəzərdə tutulmamışdır. İddiaçı bildirir ki, yazılı müqavilə bağlanmamışdır, bu məsələ Mənzil Məcəlləsi ilə tənzimlənir. Qarşı tərəf istilik enerjisi ilə təchiz olunmuşdur. Aşağı və yuxarı mərtəbə xidmət haqlarını ödədiyi halda iddiaçı istilik enerjisini almadığını bildirir. Bu absurddur. Bina köhnə binadır. Ödənişlər 2015-ci ildən hesablanmışdır. Ödəniş 45 qəpikdir. Evin ümumi sahəsinə görə hesablanır. Eyni zamanda bu məsələyə iddia müddəti şamil oluna bilməz. Onlar bu işdə cavabeh tərəfdir. Sakinlər ödənişləri etməyən zaman əvvəl bildirişlər göndərilir, daha sonra isə məhkəmə qaydasında tələb edilir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi Vəkil/Nümayəndə apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, o, dəfələrlə qarşı tərəfə müqavilə bağlamağı təklif etmiş, lakin onlar bağlamamışdır. Bundan başqa onlar evin ümumi 73 kv.m sahəsini hesablayır, lakin iddiaçı cəmi iki otaqda istifadə edir. Mənzilin ümumi sahəsi çıxarışda 53 kv.m-dir. O, son 6 ildir ki, istifadə edir. Qarşı tərəfin verdiyi isti sudan istifadə etmir. Həmin vaxta qədər qarşı tərəfin istilik sistemindən istifadə etməmişlər, çünki istilik düzgün şəkildə verilmirdi. Təqribi istilik sistemi pandemiya dövründə çəkilmişdir. O, istilik sisteminə heç qoşulmamışdır. Qoşulan zaman müraciət etdilər ki, qoşulmaq istəyirlər. Rəsmi şəkildə müraciət etməmişdilər.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin
19. 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
23. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
24. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
25. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
26. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin
27. 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir.
28. 144.2-ci maddəsinə əsasən soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı (o cümlədən, balonlarda məişət qazının təmin edilməsi), istilik təchizatı (o cümlədən, soba qalandıqda bərk yanacaqla təminat) haqqında müqavilələri çoxmənzilli binanın idarə edilməsini bilavasitə həyata keçirən sahə mülkiyyətçisi öz adından bağlayır.
«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun
29. 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.
30. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2023-cü il tarixli *** saylı qərarı ilə təsdiq olunmuş «İstilik enerjisindən istifadə Qaydaları»nın (müqavilə münasibətləri yaranana qədər qüvvədə olan redaksiyada)
31. 2.1-ci bəndinə əsasən istehlakçıların tikinti obyektlərinin istilik şəbəkəsinə qoşulması texniki şərtlər əsasında həyata keçirilir.
32. 9.1-ci bəndinə əsasən müəssisə tərəfindən göstərilən istilik təchizatı xidmətlərinə görə hesablaşmalar əhali qrupuna aid istehlakçılar üzrə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tariflərlə, isti su təchizatı xidmətlərinə və qeyri-əhali qrupuna aid istehlakçılar üzrə istilik təchizatı xidmətlərinə görə hesablaşmalar isə müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
33. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
34. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.
37. İş materiallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ** saylı evin ** saylı mənzili ünvanına dair ##.##.2024-cü il tarixində ************ nömrəli «İstilik və isti su təchizatı xidmətlərinə dair Müqavilə»nin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, həmin müqaviləyə əsasən cavabdeh göstərilən ünvanda istehlakçını müqavilə ilə müəyyən edilmiş müddət ərzində fasiləsiz olaraq istilik və isti su təchizatı xidmətləri ilə təmin etməyi, iddiaçı isə istilik və isti su təchizatı xidmətlərinin hesabı Müəssisə tərəfindən istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaiti 1 (bir) ay müddətində tam məbləğdə ödəniş etməyi öhdəsinə götürmüşdür.
38. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən tərəflər arasında müqavilə münasibətlərinin yalnız müqavilə bağlandığı tarixdən sonrakı dövr üzrə mövcudluğu sübuta yetirilmişdir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçıdan yalnız müqavilə bağlandıqdan sonrakı dövr üzrə öhdəliklərin icrasını tələb edə bilər. Nəticə etibarılə, məhkəmə tərəfindən müqavilə bağlanmazdan əvvəlki dövr üzrə iddiaçının sərfiyyat borcunun silinməsinə dair tələbi əsaslı hesab edilərək təmin edilmişdir. İş materiallarında olan ************ nömrəli abonent koduna dair tərtib edilmiş saldo məlumatlardan görünür ki, isti su və istilik enerjisi paylayıcısı tərəfindən iddiaçıya ##.##.2024cü 39. il tarixinədək istehlak etdiyi isti su və istilik enerjisinin verilməsi təmin edilmiş, istehlak göstəriciləri əsasında istifadə olunmuş istilik enerjisinin dəyəri hesablanmışdır. Həmin iş üzrə iddiaçının göstərilən xidmətlərdən faktiki istifadə etməsi iş materialları təkzib olunmur.
40. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, tərəflər arasında yazılı müqavilənin mövcud olması faktı müvafiq dövr üzrə ödəniş öhdəliyinin yaranmasını şərtləndirən yeganə hal kimi qiymətləndirilə bilməz. Belə ki, hüquq münasibətləri yalnız yazılı müqavilədən deyil, həm də tərəflərin faktiki davranışlardan yarana bilər. İstilik enerjisi paylayıcısı tərəfindən müvafiq xidmətlərin göstərilməsi və həmin xidmətlərdən istehlakçı tərəfindən istifadə edilməsi, tərəflər arasında yazılı müqavilənin olubolmamasından
41. asılı olmayaraq, dövlət tərəfindən müəyyən edilmiş tariflərə uyğun olaraq xidmət haqqının ödənilməsi öhdəliyini yaradır.
42. Beləliklə də, yaşayış sahəsinə dair istilik enerjisinin alqı-satqı müqaviləsi mövcud olmadığı halda belə, faktiki istehlak edilmiş xidmətlərə görə fiziki şəxs istilik enerjisini qəbul edən və ondan məişət məqsədləri üçün istifadə edən istehlakçı kimi qiymətləndirilir. Bu halda istilik enerjisi paylayıcısı istehlak faktını qeyd edir və hesablaşmanı müvafiq göstəricilər əsasında qüvvədə olan qaydalara uyğun aparır.
43. Hazırkı iş üzrə araşdırılmış materiallardan görünür ki, iddiaçının istinad edilən dövrdə cavabdeh tərəfindən göstərilən xidmətlərdən istifadə etdiyi müəyyən edilmişdir. Tərəflər arasında öhdəlik hüquq münasibətləri faktiki davranışlar nəticəsində yaranmışdır. Faktiki istehlak olunmuş istilik enerjisinin dəyərinin ödənilməməsi nəticəsində iddiaçının əmlak vəziyyəti cavabdehin hesabına yaxşılaşmışdır ki, bu da mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəalarının tətbiqini zəruri edir.
44. İddiaçının iddia müddətinin tətbiqi barədə istinadı ilə əlaqədar qeyd edilməlidir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
45. Göründüyü kimi qanunverici, iddia müddətinin tətbiqi qaydasını müəyyən edərkən bu hüququ yalnız mübahisə tərəfinin, yəni cavabdehin müvafiq ərizə verməsi ilə bağlamışdır. Mülki işin materiallarından görünür ki, cavabdeh tərəf iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə heç bir ərizə ilə müraciət etməmişdir. Belə olan halda məhkəmənin iddiaçının xahişinə əsasən Mülki Məcəllənin 375.2-ci maddəsinin müddəalarını tətbiq etməsi mümkün deyildir.
46. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
47. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxdığı iş üzrə tərəflərin təqdim etdikləri sübutlara düzgün hüquqi qiymət verməmiş, iş üzrə düzgün nəticəyə gəlmək üçün maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Belə olan halda da, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsiin 2(005)-4062/2025 saylı # ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.
48. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddianın qiyməti 454,21 manat olmaqla beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
49. MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsiin 2(005)-4062/2025 saylı # ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev