Məhkəmə qərarları › İş №2(3-6)-1138/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1138/2026

20.05.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1138/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçının *************** saylı abonent koduna 2016-ci il ərzində yazılmış 172,80 manat, 2017-ci il ərzində yazılmış 2059 manat, 2018-ci il ərzində yazılmış 1871,60 manat, 2019cu il ərzində yazılmış 941,40 manat, 2020-ci il ərzində yazılmış 705,60 manat olmaqla, ümumilikdə 5750,40 məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında öz ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı vaxtı-vaxtında qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Evdə quraşdırılmış qaz sayğacı iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdeh İB-nin əməkdaşları müxtəlif illərdə iddiaçının ünvanına gəlib təbii qazdan qeyri-qanuni istifadə etdiyini əsas götürməklə aktlar tərtib etmiş və itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə iddiaçıya 2016-cı ilin aprel ayında 172,80 manat, 2017-ci ilin yanvar ayında 2059 manat, 2018-ci ildə 1871,60 manat, 2019-cu ildə 941,40 manat, 2020- ci ildə 705,60 manat, ümumilikdə 5750,40 manat məbləğində əsassız borc yazmışdırlar. Sözügedən aktlar iddiaçının iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Aktlara əlavə olunmuş fotoşəkil isə həmin ünvana məxsus deyildir, yəni həmin aktlara əlavə olunan fotoşəkil iddiaçıya məxsus fərdi yaşayış evində çəkilməmişdir. Başqa sözlə, sözügedən ünvanda təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında Birliyin əməkdaşlarından ibarət hesablama komissiyası tərəfindən rəylərdə iddiaçıya məxsus ünvanda guya mövcud olmuş qaz cihazlarının adı göstərilmişdir. Reallıqda həmin cihazların sözügedən ünvanda mövcud olması ilə bağlı iş materiallarında hər hansı bir sübut yoxdur. Lakin buna baxmayaraq, Komissiya mövcud olmayan cihaza görə sərfiyyat hesablamış və iddiaçıya əsassız borc yükləmişdir. Birliyin əməkdaşları iddiaçıya məxsus ünvana baxış keçirtmədən akt tərtib etmiş, akta isə öz fərziyyələrinə uyğun, işin həqiqi hallarından kənar məlumatlar daxil etmişdirlər. Bununla da Birliyin məqsədi işin həqiqi hallarını aşkara çıxartmaq deyil, vətəndaşlara əsassız borc yükləməkdən ibarət olmuşdur. Aktlarda göstərilən məişət qaz cihazları mövcud olmadığı halda buna görə sərfiyyatın hesablanması, bu sərfiyyata görə iddiaçıdan hər hansı bir məbləğin tələb olunması heç bir halda ədalətli və qanuni ola bilməz. Hazırkı halda iddiaçının təbii qazdan qanunsuz istifadə etməyi heç bir sübutla təsdiq olunmadığı halda cavabdehin əməkdaşları tərəfindən iddiaçıya 5750,40 manat məbləğində borcun hesablanması heç bir halda qanuni və ədalətli ola bilməz.

Birinci instansiya məhkəməsində icraat:

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova) iddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddiasının təmin edilməsi, ünvan 1 ünvanında yerləşən yaşayış evi ilə bağlı qaz sərfinə görə istehlakçı İddiaçı (abonent kodu: 100417000100011) hesablanmış ##.##.2016-cı il tarixli ******* saylı akt üzrə 172.80 manat borc, ##.##.2017ci il tarixli ******* saylı, ##.##.2017-ci il tarixli ******* saylı, ##.##.2017-ci il tarixli ******* saylı, ##.##.2017-ci il tarixli ******* saylı, ##.##.2017-ci il tarixli ******* saylı aktlar üzrə 2059 manat borc, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı 1871.60 manat borc, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı aktlar üzrə 941.40 manat borc, ##.##.2020-ci il tarixli ******* saylı, ##.##.2020-ci il tarixli ******* saylı, ##.##.2020-ci il tarixli ******* saylı aktlar üzrə 705.60 manat borc olmaqla, cəmi 5750,40 manat məbləğində borcu silmək vəzifəsinin cavabdeh Cavabdeh İstehsalat Birliyinə həvalə edilməsi, cavabdeh Cavabdeh İB-dən 77 manat dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB-yi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2016-cı il tarixli ******* saylı, ##.##.2017-ci il tarixli ******* saylı, ##.##.2017-ci il tarixli ******* saylı, ##.##.2017-ci il tarixli ******* saylı, ##.##.2017-ci il tarixli ******* saylı, ##.##.2017-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2020-ci il tarixli ******* saylı, ##.##.2020-ci il tarixli ******* saylı, ##.##.2020-ci il tarixli ******* saylı aktların surətində “mənzildə kənar xəttdən istifadə edildiyi müəyyən edildi” kimi qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən kənar qaz xəttindən istifadə ilə bağlı, həmçinin iddiaçının yaşadığı evinə dair hesablanmış 5750,40 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, abonentin saldosundan (Hesab nömrəsi: 100417000100011) görünür ki, 2016-cı il üzrə 172,80 manat, 2017-ci il üzrə isə 2059 manat, 2018-ci il üzrə 1871,60 manat, 2019-cu il üzrə 941,40, 2020-cı il üzrə 705,60 manat borc yazılmışdır. Eyni zamanda, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */**** saylı, ## ###### 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata ayrıca təqdim edilmiş iddiaçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəricəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) Apellyasiya şikayətinin dəlilləri:

5. Qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, iddiaçı İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəflərindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir. İddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına mübahisələndirilən qətnamədə istinad olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini qət edərdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

7. İddiaçının nümayəndəsi və vəkili vəkil1 tərəfindən məhkəməyə apellyasiya şikayətinə qarşı etiraz verilərək apellyasiya şikayətinin əsassız olduğuna görə təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

8. İddiaçının nümayəndəsi və vəkili vəkil1 məhkəmə iclasında iştirak edərək cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

9. İş üzrə icraatın iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”:

5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. (## #### 2023-cü il tarixli *** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişikliyə kimi olan redaksiya) 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. (## #### 2023-cü il tarixli *** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişikliyə kimi olan redaksiya)

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

13. Hazırkı işdə iddia təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

15. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı (abonent kodu: 100417000100011) 2016-cı il üzrə 172,80 manat, 2017-ci il üzrə isə 2059 manat, 2018-ci il üzrə 1871,60 manat, 2019-cu il üzrə 941,40, 2020-cı il üzrə 705,60 manat olmaqla, ümumilikdə 5750,40 manat borcu vardır.

16. Cavabdeh İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2016-cı il tarixli ******* saylı, ##.##.2017-ci il tarixli ******* saylı, ##.##.2017-ci il tarixli ******* saylı, ##.##.2017-ci il tarixli ******* saylı, ##.##.2017-ci il tarixli ******* saylı, ##.##.2017-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2020-ci il tarixli ******* saylı, ##.##.2020-ci il tarixli ******* saylı, ##.##.2020-ci il tarixli ******* saylı aktların surətindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “sayğacdan kənar əlavə xətlə təbii qazdan qeyriqanuni istifadə edir” kimi qeyd edilmişdir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. (Aktlar qəbul edilən zaman qüvvədə olan redaksiya)

18. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */**** saylı, ## ###### 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata ayrıca təqdim edilmiş iddiaçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəricəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir.

19. Hazırkı işin hallarından göründüyü kimi abonent (istehlakçı) tərəfindən sayğacdankənar qanunsuz qoşulma halları ilə bağlı sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, sayğaca müdaxilə faktı təsdiq edilməmişdir.

20. “Qazdan istifadə Qaydaları”nın tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Həmçinin qeyd edilməlidir ki, işlək vəziyyətdə saxlanılmasına görə istehsalat birliyinin məsuliyyət daşıdığı sayğacda aşkar edilmiş qüsurların məhz istehlakçı tərəfindən yol verilmiş qanun pozuntusu nəticəsində baş verməsinə dair hər hansı sübut Cavabdeh İstehsalat Birliyi tərəfindən məhkəməyə təqdim edilməmişdir.

21. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar