Məhkəmə qərarları › İş №2(3-6)-1163/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1163/2026

22.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1163/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: sığorta müqaviləsi, subroqasiya qaydasında pulun tutulması) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Işin halları

1. Nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icrabi sığorta müqaviləsindən görünür ki, Cavabdeh məxsus “Honda” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2024-cü il tarixdən etibarən “xxxx” ASC tərəfindən 1 il müddətinə sığortalanmışdır.

2. Nizami rayon DYPŞ tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, toqquşma növündə yol nəqliyyat hadisəsi zamanı “Honda” markalı **-MZ- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən “Mercedes Benz” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 3(007)- ****/**** nömrəli qərarına əsasən Cavabdeh Qulu oğlu Azərbaycan Respublikası IXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törütməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati təhbehin tətbiq edilməsi qərara alınmışdır.

4. Sığorta aktından görünür ki, ##.##.2024-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “Honda” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərə görə sığorta ödənişinin məbləği 1550 manat hesablanmışdır.

5. ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə “xxxx” ASC tərəfindən 1550 manat ödəniş edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydadasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1550 manat məbləğində pulun və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 35,85 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh arasında ##.##.2024-cü il il tarixdə PAA********** nömrəli sığorta müqaviləsi bağlanmış və "Honda Accord" markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh ##.##.2024-cü il tarixdə "Honda Accord” markalı 77- MZ-236 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Nizami rayon Özbəkistan küçəsi ilə Tofiq Abbasov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz 220” markalı **-XT-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün İddiaçı ASC tərəfindən 1550 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 3(007)- ****/**** nömrəli qərarına əsasən Cavabdeh Inzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Həmçinin məhkəmənin müvafiq qərarında Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Honda Accord” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Nizami RPI DYPŞ-nin İddiaçı ASC-yə təqdim etdiyi Arayışa əsasən cavabdeh Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025ci il tarixli qətnaməsi ilə (hakim Aytəkin Əsədzadə) iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı subroqasiya qaydasında pulun tutulması tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 159, 163.1, 922.2, 936.1, 1096.1, 1096.2, 1108.1-ci maddələrinə, “Icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.3-cü maddələrinə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.1, 332.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.1, 218.3, 284-1, 284-5.3, 284-6, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026cı il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, 2(004)- ****/**** nömrəli qətnaməsinin nəticə hissəsində yol verilmiş yanlışlığın düzəldilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin nəticə hissəsinin “Iddia təmin edilsin. Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı subroqasiya qaydasında pulun tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.” əvəzinə “Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı subroqasiya qaydasında pulun tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.” kimi oxunması qərara alınmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2025-ci iltarixli, *(***)-****/**** saylı Qərarına əsasən cavabdeh Cavabdeh Azərbaycan Respublikası IXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 500,00 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmənin müvafiq Qərarının giriş hissəsində ## ###### 2024-cü il tarixli, IXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən cavabdeh Cavabdeh ## ###### 2024-cü il tarixdə saat 00:10-da sürücülük hüququ olmadan yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Honda Accord” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmənin müvafiq Qərarında cavabdeh Cavabdeh “etibarnamə olmadan” idarəetmə sözü heç bir abzasda qeyd edilməmişdir. Avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi sürücülük vəsiqəsinin olmadığı anlamına gəlir. Etibarnamə ilə idarə etməsi deyildir. Həmçinin Nizami RM tərəfindən Cəmiyyətə təqdim edilmiş Qərarda qeyd edilmişdir ki, cavabdeh Cavabdeh Oruc oğlu yol nəqliyyat hadisəsi törətdiyi zaman sürücülük hüququ olmadan avtomobili idarə etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332ci maddəsinin 2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə 200,00 (iki yüz) manat məbləğində cərimə edilir. Xəsarət olduğu təqdirdə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.-ci maddəsinin 4cü bəndinə əsasən bu məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etmək) zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə 500,00 (beş yüz) manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixdə "Honda Accord”markalı ** MZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Nizami rayonu, Özbəkistan küçəsi ilə Tofiq Abbasov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz 220” markalı ** XT *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Cavabdeh Cavabdeh yol nəqliyyat hadisəsi törətdiyi zaman avtomobili idarə etmək yəni sürücülük hüququ olmadan idarə etməsi etibarnamə olmadan idarə etməsi demək deyildir. Sürücülük hüququ olmaması yəni sürücülük vəsiqəsinin olmamağı deməkdir. Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edilməsi zamanı yol nəqliyyat hadisəsi törədildiyi zaman sığorta olunana qarşı subroqasiya hüququ yaranır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsində göstərilir ki, sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2013-cü il tarixli * saylı Qərarında qeyd olunur ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür. “Icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bütün bu hallar onu göstərir ki, birinci instansiya məhkəməsi mülki işi obyektiv, tam və hərtərəfli olaraq araşdırmamışdır. Sadalanlardan göründüyü kimi, birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını nəzərə almamış, işin həqiqi və hüquqi hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Qətnamə əsaslandırılmamış və bu qətnamədə iddia tələbinin əsaslandığı dəlillərə cavab verilməmişdir. Bununla da Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələbləri pozulmuşdur. Göründüyü kimi, qanunun tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlaratətbiq edilməsi hüquq normalarına müvafiq olaraq qiymət verir. Işə baxan birinci instansiya məhkəməsi isə işi hərtərəfli araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişdir. Iddiaçı tərəf elektron kabinet vasitəsilə ilə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir;

17. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur;

18. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;

“Icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu

21. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır:

22. Maddə 25.1.3 icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsi

23. Maddə 332.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir.

24. Maddə 332.4. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;.

29. Maddə 385. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, cavabdeh Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzi 1550 manat və 35,85 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməli, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməlidir.

34. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

35. Iş materialları ilə müəyyən edilir ki, Cavabdeh idarə etdiyi avtomobil “xxxx” ASCdə nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icrabi sığortası növündə sığortalamışdır. Cavabdeh ##.##.2024-cü il tarixdə “Honda” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 220” markalı **- XT-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuş, hadisədə təqsirli bilinərək Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Əmlaka dəymiş zərər 1550 manat məbləğdə qiymətləndirilmiş, həmin məbləğdə sığorta ödənişi iddiaçı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən ödənilmiş 1550 manat sığorta məbləğinin subroqasiya qaydasında tutulmasını məhkəmədən xahiş etmiş və tələbinin hüquqi əsası kimi "Icbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə istinad etmişdir.

36. Həmin maddəyə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

37. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 3(007)- ****/**** nömrəli qərarına əsasən Cavabdeh Qulu oğlu Azərbaycan Respublikası IXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati təhbehin tətbiq edilməsi qərara alınmışdır.

38. Göründüyü kimi, sığorta hadisəsi qeydə alınan zaman avtomobilin sürücüsü – iş üzrə cavabdeh Cavabdeh Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir.

39. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən şəxsin avtomobili idarə edərkən bu barədə etibarnaməsinin olmaması nəticəsində inzibati məsuliyyətə cəlb edilməsinin "Icbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin dizpozisiyasında sadalanan şərtlərin baş verməsinə əsas olmadığını, avtomobili etibarnaməsiz idarə etmənin sığorta münasibətləri baxımından şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermədiyini qeyd etmişdir.

40. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir.

41. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün qiymətləndirməmiş, maddi hüquq normasını səhv tətbiq etmişdir.

42. Azərbaycan Respublikasının IXM-nin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

43. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir.

44. Iş materiallarından göründüyü kimi, məhkəmənin qərarı ilə cavabdeh IXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati təhbehin tətbiq edilməsi qərara alınmışdır. Həmçinin məhkəmənin müvafiq qərarında Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Honda Accord” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Məlum olur ki, inzibati tənbeh şəxsin avtomobili idarə edərkən etibarnaməsinin olmaması əsası ilə deyil, ümumiyyətlə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi ilə IXM-nin 332.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə tətbiq edilmişdir.

45. "Icbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

46. Qeyd olunan maddənin məzmununa görə, sığortalanmış əmlakın onu idarə etmək hüququ olmayan şəxs tərəfindən istismar edilməsi subroqasiya hüququnun yaranması üçün əsasdır.

47. “Icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur.

48. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, “Icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən cavabdeh icbari sığorta şəhadətnaməsində göstərilən əmlakdan – hazırki iş üzrə nəqliyyat vasitəsindən idarə etməyə hüququ olmayan şəxs olmaqla əmlak onun tərəfindən istismar edildiyindən və yol-nəqliyyat hadisəsi nəticəsində cavabdehin “Mercedes Benz 220” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu ziyan məbləği dəymiş zərər sığorta ödənişi olaraq iddiaçı tərəfindən ödənildiyindən iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır.

49. Ödənilmiş sığorta ödənişinin əvəzi iş materiallarında olan sığorta aktı ilə 1550 manat hesablanmışdır. ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə “xxxx” ASC tərəfindən 1550 manat ödəniş edildiyi müəyyən edilir.

50. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbi əsaslı hesab edildiyindən cavabdeh Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzi 1550 manat tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməlidir.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

52. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. Kollegiya hesab edir ki, hazırkı halda iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçı “xxxx” ASCyə ödənilməlidir. Həmçinin, apellasiya şikayəti təmin edildiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməlidir.

54. Məhkəmə kollegiyası həmçinin izah edir ki, qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia təmin edilsin. Cavabdeh Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzi 1550 manat və 35,85 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 18 manat dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar