Məhkəmə qərarları › İş №2(3-6)-1167/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1167/2026

20.04.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1167/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı “hesablanmış borcun silinməsi, tutulmuş borcun geri qaytarılması və məhkəmə xərclərinin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011) ****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Qazdan istifadə qaydalalarının pozulmasına görə iddiaçıya 2018-2022-ci illər üçün aktlar əsasında borc hesablanmışdır. Hazırda iddiaçı cavabdeh təşkilat tərəfindən ona qazdan istifadə qaydalalarının pozulmasına görə 2018-2022-ci illərdə hesablanmış borcların silinməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 6.169,59 (altı min yüz altmış doqquz manat əlli doqquz qəpik) manat məbləğində borcun silinməsini, hüquqi yardımla bağlı çəkdiyi 300 manat məbləğində xərcin cavabdeh Cavabdeh Istehsalat Birliyindən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Beyləqan rayonu, Qəhrəmanlı Ə/D, Qəhrəmanlı qəsəbəsi ünvanda qeydiyyatda olsa da, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin ünvanda abonent kodu iddiaçının adınadır. Abonent kodu 100607600000706-dır. Bu yaxınlarda iddiaçı abonent kodu üzrə adına yüksək məbləğdə borc yazılmasının şahidi olub və bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət edib. İddiaçının müraciəti əsasında ona cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edilib. İddiaçıya təqdim edilmiş sənədlərə əsasən, iddiaçı barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2018-ci il tarixli, ******* saylı; ##.##.2018-ci il tarixli, ******* saylı; ##.##.2018-ci il tarixli, ******* saylı; ##.##.2018-ci il tarixli, ******* saylı; ##.##.2018-ci il tarixli, ******* saylı; ##.##.2018ci il tarixli, ******* saylı; ##.##.2018-ci il tarixli, ******* saylı; ##.##.2019-cu il tarixli, ******* saylı; ##.##.2019-cu il tarixli, ******* saylı; ##.##.2019-cu il tarixli, ******* saylı; ##.##.2019-cu il tarixli, ******* saylı; ##.##.2019-cu il tarixli, ******* saylı; ##.##.2019-cu il tarixli, ******* saylı; ##.##.2019-cu il tarixli, ******* saylı; ##.##.2019-cu il tarixli, ******* saylı; ##.##.2019-cu il tarixli, ******* saylı; ##.##.2019-cu il tarixli, ******* saylı; ##.##.2019-cu il tarixli, ******* saylı; ##.##.2020-ci il tarixli, ******* saylı; ##.##.2020-ci il tarixli, ******* saylı; ##.##.2020-ci il tarixli, ******* saylı; ##.##.2020 ci il tarixli, ******* saylı; ##.##.2020-ci il tarixli, ******* saylı; ##.##.2020ci il tarixli, ******* saylı aktlar tərtib edilmişdir. Həmin aktlara əsasən güya mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanmışdır. Həmin aktlar əsasında dəymiş ziyanın hesablanması göstərilmişdir. Lakin iddiaçı, həmin aktlarla razı deyildir. Çünki həmin aktlar tamamilə əsassızdır. Belə ki, cavabdeh əgər 2018-ci ildən təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə halını aşkar etmişdirsə, niyə görə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmırdı. Həmin aktlar tərtib edilərkən hər hansı bir müdaxilənin olubolmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənəd borc məbləğinin yaranması üçün əsaslı hesab edilə bilməz. Əvvəla, bu aktlar məhz sayğacsız qeyri-qanuni təbii qazdan istifadə edilməyini bilavasitə təsdiq etmir. Çünki, bu aktlar yalnız cavabdeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Bundan başqa, iddiaçının ünvanından çıxarılmış sayğac ##.##.2022-ci il tarixli dövlət yoxlamasından keçirilmiş və yoxlamanın nəticəsi olaraq sayğacın istismara yararsız olduğu göstərilmişdir. Buna görə də ##.##.2022-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır. Lakin iddiaçı həmin aktla da razı deyildir. Çünki, iddiaçı sayğaca hər hansı bir müdaxilə etməmişdir. Bundan başqa, iddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı vəkillə hüquqi yardımın göstərilməsinə dair ##.##.2025-ci il tarixdə müqavilə bağlamış, 300 manat ödəniş etmişdir. Daha sonra iddiaçı İddiaçı nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə dəqiqləşmə ərizəsi ilə müraciət edərək, iddia tələbinin təmin edilərək cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 5.851,59 manat məbləğində borcun *************** saylı abonent kodundan silinməsini, əsassız olaraq iddiaçıdan tutulmuş 335,61 manat məbləğində pulun və hüquqi yardım ilə bağlı çəkilən xərcin 300 manat məbləğində pulun Cavabdeh İstehsalat Birliyindən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxaralmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçı İddiaçı (abonent kodu: 100607600000706) cavabdeh Cavabdeh İB tərəfindən 2018-ci ilin yanvar ayı üçün hesablanmış 996,60 manat borcdan 705 manat; 2018-ci ilin fevral ayından may ayına qədər hesablanmış 517,6 manat borcdan 226 manat; 2018-ci ilin may ayından avqust ayına qədər hesablanmış 655,2 manat borcdan 363,6 manat; 2018-ci ilin avqust ayından noyabr ayına qədər hesablanmış 419,4 manat borcdan 127,8 manat; 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayına qədər hesablanmış 756 manat borcdan 464,4 manat; 2020-ci ilin mart ayından iyun ayına qədər hesablanmış 756 manat borcdan 464,4 manat; 2020-ci ilin iyun ayı üçün hesablanmış 194,4 manat borcdan 97,2 manat; 2022-ci ilin dekabr ayı üçün hesablanmış 1.036,80 borc, ümumilikdə qeyd edilən dövrlər üçün hesablanmış 3.485,2 (üç min dörd yüz səksən beş manat iyirmi qəpik) manat borcun silinməsi, hüquqi yardıma görə çəkilmiş 100 (yüz) manat xərc cavabdeh Cavabdeh İB dən alınaraq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 54,86 (əlli dörd manat səksən altı qəpik) manat dövlət rüsumunun cavabdeh Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə ödənilməsi, 64 (altmış dörd) manat ekspertiza xərcinin cavabdeh Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edilir ki, 2022-ci ilin dekabr ayına hesablanmış 1.036,80 manat borc istisna olmaqla, bu borclar kənar xətdən istifadəyə görə hesablanıb. İşdən görünür ki, 2022-ci ilin dekabr ayına hesablanmış 1.036,80 manat borc istisna olmaqla, bu borclar 2022-ci ilin ## ### tarixinədək hesablanıb. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, 2022-ci ilin dekabr ayına hesablanmış 1.036,80 manat borcun yoxlanılması zamanı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2022-ci ilin ## ### tarixindən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş prosedur nəzərə alınacaqdır. Qanuna dəyişiklikdən əvvəlki dövrə təsadüf etdiyindən, digər borclara həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilmiş prosedur tətbiq olunmayacaqdır. (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının ##.##.1998-ci il tarixli ***-Q saylı Qanunu Azərbaycan Respublikasının # #### 2025-ci il tarixli ***-VIIQ nömrəli ilə Qanunu ilə ləğv edilmişdir və yeni redaksiyada verilmişdir). 2022-ci ilin dekabr ayına hesablanmış 1.036,80 manat borca münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin akt üzrə pozuntu ilə bağlı qaz paylayıcısının aktının 1 (bir) nüsxəsinin barəsində akt tərtib edilmiş şəxsə, 1 (bir) nüsxəsinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim olunması və bununla bağlı müvafiq inzibati və ya cinayət işi üzrə icraatın aparılması müəyyən edilmədiyindən, həmin borc silinməlidir. Belə ki, istehlakçının qazın talanmasında, habelə sayğaca müdaxilə etməsində təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh Cavabdeh İstehsalat Birliyi istinad etdiyi ##.##.2022-ci il tarixli 0378709 akt üzrə göstərilən sübutları (istehlakçının qazın talanmasında təqsirli olmasına təsdiq edən müvafiq icra hakimiyyəti orqanının qərarı) məhkəməyə təqdim etməmişdir. Buna görə də həmin borc silinməlidir. Bu tarixədək olan borclara münasibətdə məhkəmə qeyd etmişdir ki, ekspert rəyi ilə hazırki dövrdə kənar xəttin izlərinin müəyyən edilməməsinə baxmayaraq, iddiaçı mübahisəli ünvanda daimi yaşamadığını qeyd edərək, bu faktı təsdiq edəcək müqayisəli məlumatları (həmin dövrə aid elektrik enerjisi və sudan istifadənin göstəriciləri) təqdim etməmişdir. Həmçinin, 2018-2022ci illər üzrə abonentin ödənişləri– 2018-ci ilin yanvar ayında 20 manat olmaqla, cəmi bu dövr üçün 20 manat təşkil etmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab emişdir ki, 2018- 2022-ci illərdə qazdan istifadəyə görə hesablanmış borclar mübahisələndirildiyindən, bu dövrə aid olan və ödənişlərin aparılmadığı müddət üçün qaz həcminin hesablanması cihazların göstəriciləri üzrə günlük 12 saat əsas götürülərək, 3 aylıq yoxlama müddəti nəzərə alınmaqla aparılmalıdır. İddiaçının nümayəndəsinin izahatı ilə müəyyən edilir ki, istifadə edilən cihazlara dəmir soba (cavabdehin izahatı ilə müəyyən edilir ki, bu cihaz üçün hesablama 1 saatda 1,5 m3 qaz sərfiyyatı üzrə aparılır ) və PQ-4 (1 saatda 1,2 m3 qaz sərfiyyatı) peçi aiddir. Mübahisələndirilən dövr üzrə ilk borc 2018-ci ilin yanvar ayında 996,60 manat kimi qeyd olunduğundan, 3 aylıq dövr (2017-ci ilin noyabr və dekabr ayları; 2018-ci ilin yanvar ayı) üzrə qeyd edilmiş cihazlara əsasən borcun hesablanması aşağıdakı kimi olmalıdır. (90x12x1,5=1.620; 90x12x1,2=1.296; cəmi 2.196 m3 sərfiyyat.). Həmin dövrdə 1 m3qaz sərfiyyatının dəyəri 0,10 manat təşkil etdiyindən 2.196 m3 sərfiyyatın dəyəri 291,6 manat təşkil edəcəkdir. İddiaçıya 2018-ci ilin yanvar ayında 996,60 manat borc hesablandığından, bu borcun 705 manat hissəsi silinməlidir (996,6-291,6=705). İddiaçıya 2018-ci ilin fevral ayında 284,40 manat borc hesablanmışdır. Daha sonra 2018ci ilin mart ayında 0 manat, 2018-ci ilin aprel ayında 233,20 manat borc hesablanmışdır. 3 aylıq müddət nəzərə alınaraq 2018-ci ilin fevral-aprel ayları üçün 291,6 manat sərfiyyat nəzərə alınmalı; bu dövr üçün cəmi hesablanmış 517,6 manat məbləğindən (284,40+0+233,20=517,6) 291,6 manat sərfiyyat dəyəri çıxılaraq, qalan 226 manat borcdan silinməlidir. 3 aylıq sərfiyyatın hesablanması bu iddia üzrə eyni qaydada aparılır İşdən görünür ki, 2018-ci ilin may-iyul aylarında da iddiaçıya müvafiq olaraq 388,80 manat, 133,20 manat və 133,20 manat olmaqla, cəmi 655,2 manat borc hesablanmışdır. 2018ci ilin may-iyul ayları üzrə 3 aylıq sərfiyyat məbləği əsas götürülməklə, həmin dövr üçün hesablanmış 655,2 manat borcdan 291,6 manat sərfiyyat dəyəri çıxılaraq, qalan 363,6 manat borc silinməlidir. 2018-ci ilin avqust-oktyabr aylarında da iddiaçıya müvafiq olaraq 219,60 manat, 133,20 manat və 66,60 manat olmaqla, cəmi 419,4 manat borc hesablanmışdır. 2018-ci ilin avqustoktyabr ayları üzrə 3 aylıq sərfiyyat məbləği əsas götürülməklə, həmin dövr üçün hesablanmış 419,4 manat borcdan 291,6 manat sərfiyyat dəyəri çıxılaraq, qalan 127,8 manat borc silinməlidir. 2018-ci ilin noyabr və dekabr aylarında, həmçinin 2019-cu ilin yanvar ayında iddiaçıya hər ay 66,60 manat olmaqla, cəmi 199,8 manat borc hesablanmışdır. Bu dövr üçün hesablanmış borcun ümumi dəyəri 3 aylıq sərfiyyat məbləği olan 291,6 manat sərfiyyat dəyərindən az olduğundan, bu dövrə aid borcun silinməsi barədə iddia tələbi təmin edilməməlidir. 2019-cu ilin mart-may aylarında iddiaçıya müvafiq olaraq 109,80 manat, 66,60 manat və 32,40 manat olmaqla, cəmi 208,8 manat borc hesablanmışdır. Bu dövr üçün hesablanmış borcun ümumi dəyəri 3 aylıq sərfiyyat məbləği olan 291,6 manat sərfiyyat dəyərindən az olduğundan, bu dövrə aid borcun silinməsi barədə iddia tələbi təmin edilməməlidir. 2019-cu ilin iyun-avqust aylarında iddiaçıya hər ay 32,40 manat olmaqla, cəmi 97,20 manat borc hesablanmışdır. Bu dövr üçün hesablanmış borcun ümumi dəyəri 3 aylıq sərfiyyat məbləği olan 291,6 manat sərfiyyat dəyərindən az olduğundan, bu dövrə aid borcun silinməsi barədə iddia tələbi təmin edilməməlidir. 2019-cu ilin sentyabr-noyabr aylarında iddiaçıya müvafiq olaraq 32,40 manat, 32,40 manat və 66,60 manat olmaqla, cəmi 131,4 manat borc hesablanmışdır. Bu dövr üçün hesablanmış borcun ümumi dəyəri 3 aylıq sərfiyyat məbləği olan 291,6 manat sərfiyyat dəyərindən az olduğundan, bu dövrə aid borcun silinməsi barədə iddia tələbi təmin edilməməlidir. 2019-cu ilin dekabr ayında, 2020-ci ilin yanvar-fevral aylarında iddiaçıya hər ay 252 manat, cəmi 756 manat borc hesablanmışdır. Bu dövr üzrə 3 aylıq sərfiyyat məbləği əsas götürülməklə, həmin dövr üçün hesablanmış 756 manat borcdan 291,6 manat sərfiyyat dəyəri çıxılaraq, qalan 464,4 manat borc silinməlidir. 2020-ci ilin mart-may aylarında iddiaçıya hər ay 252 manat olmaqla, cəmi 756 manat borc hesablanmışdır. Bu dövr üzrə 3 aylıq sərfiyyat məbləği əsas götürülməklə, həmin dövr üçün hesablanmış 756 manat borcdan 291,6 manat sərfiyyat dəyəri çıxılaraq, qalan 464,4 manat borc silinməlidir. 2020-ci ilin iyun ayında iddiaçıya 194,4 manat borc hesablanmışdır. Həmin ilin iyul-avqust aylarında borc hesablanmamışdır. Kənar xətlə bağlı aktın tərtibatı ilə kənar xətt ləğv edilməli olduğundan, sonuncu hesabat 1 ay üzrə sərfiyyat dəyəri ilə müqayisə olunmalıdır. 3 aylıq sərfiyyat dəyəri 291,6 manat olaraq nəzərə alındığından, 1 ay üçün sərfiyyat dəyəri 97,2 manat kimi götürülməli; 2020-ci ilin iyun ayında iddiaçıya hesablanmış 194,4 manat borcdan 97,2 manat çıxılaraq, qalan 97,2 manat borc silinməlidir. Hesablanmış borcdan tutulmuş 335,61 manat pul məbləğinin geri qaytarılması barədə iddia tələbinə qiymət verərək məhkəmə qeyd etmişdir ki, məhkəmə iddiaçıya 2018-2022-ci illərdə yazılmış ümumi borc üzrə yoxlama apararaq, hesablanmış borcu qismən sildiyindən, borcdan tutulmuş məbləğlər isə ümumi borc məbləğinə daxil edildiyindən, tutulmuş borcun qaytarılması barədə iddia tələbləri təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı İddiaçı (abonent kodu: 100607600000706) cavabdeh Cavabdeh İB tərəfindən 2018-ci ilin yanvar ayı üçün hesablanmış 996,60 manat borcdan 705 manat; 2018-ci ilin fevral ayından may ayına qədər hesablanmış 517,6 manat borcdan 226 manat; 2018-ci ilin may ayından avqust ayına qədər hesablanmış 655,2 manat borcdan 363,6 manat; 2018-ci ilin avqust ayından noyabr ayına qədər hesablanmış 419,4 manat borcdan 127,8 manat; 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayına qədər hesablanmış 756 manat borcdan 464,4 manat; 2020-ci ilin mart ayından iyun ayına qədər hesablanmış 756 manat borcdan 464,4 manat; 2020-ci ilin iyun ayı üçün hesablanmış 194,4 manat borcdan 97,2 manat; 2022-ci ilin dekabr ayı üçün hesablanmış 1.036,80 borc, ümumilikdə qeyd edilən dövrlər üçün hesablanmış 3.485,2 manat borc silinməlidir. Borcun silinməsinə dair iddia qalan hissədə təmin edilməməlidir. Hüqüqi yardımla bağlı çəkilmiş xərclərə gəldikdə məhkəmə qeyd etmişdir ki, vəkil xidmətlərinə görə çəkilmiş xərclərin həcmi ağlabatan şəkildə nəzərə alınmaqla, iddia bu hissədə qismən təmin edilməli və hüquqi yardıma görə çəkilmiş 100 manat xərc cavabdeh Cavabdeh İB-dən alınaraq iddiaçı İddiaçı ödənilməlidir. Qətnamədən narazı qalan iddiaçı İddiaçı və cavabdeh Cavabdeh İB tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri verilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 2013, 2018-2021-ci illərdə əsassız olaraq borc hesablanmışdır. Həmçinin qeyd edir ki, Beyləqan rayonu Qəhrəmanlı Ə/D Qəhrəmanlı qəsəbəsi ünvanda qeydiyyatda olsa da, Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi Gülbala Əliyev küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin ünvanda abonent kodu onun adınadır. Abonent kodu 100607600000706-dir. Tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməmişdir. Əgər belə bir hal olsa idi, o zaman ünvana verilən qaz dayandırılmalı idi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Lakin aktların nüsxəsi istehlakçı kimi ona təqdim edilməmişdir. Aktların ona təqdim olunması, yaxud göndərilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Nəticədə məhkəmə əsassız tərtib edilmiş aktları qanuni hesab edərək onun cavabdehə ziyan vurması qənaətinə gələrək, ziyan məbləği hesablamışdır. “Qazdan istifadə Qaydaları”nın tələblərinə cavabdeh tərəfindən əməl edilməməsinin qanuni səbəbləri əsaslandırılmamışdır. Bundan başqa qazın talanmasında təqsiri qanunda göstərilən qaydada müəyyən edilməyib. Cavabdeh tərəfindən nə vaxt çəkilməsi məlum olmayan fotoşəkilin təqdim edilməsi faktı öz-özlüyündə qazın talanmasında abonentin təqsirli olduğunun müəyyən edilməsi üçün kifayət deyil. Çünki İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası müəyyən edilib. Odur ki, qazın talanmasında təqsirli şəxs müəyyən olunmalıdır. Cavabdeh İB ölkə ərazisində təbii qazı təchizat nöqtələrindən qəbul edərək, paylanması və satışını həyata keçirir. Təbii qazdan sayğacdankənar istifadə faktı ilk dəfə aşkar edilərkən öz statusuna görə Cavabdeh İB bu hərkətləri etməyə borclu idi: 1) təbii qazdan sayğacdan kənar istifadənin qarşısının almaq; 2) təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonenti inzibati məsuliyyətə cəlb edilməsini təmin etmək; 3) təbii qazdan istifadə qaydaların pozulmasına görə abonentin mülki məsuliyyətə cəlb edilməsini təmin etmək, yəni zərərin əvəzinin ödənilməsi üçün iddia qalırmaq. Lakin Cavabdeh İB 7 ildən artıq müddətdə bunları etməyib. Demək ki, qeyri-qanuni qoşulma halı mövcud olmayıb ki, bu hərəkətlər edilməyib. Maddi zərər vurulması üçün təqsirli olaraq mülki hüquq pozuntusu törədilməli zərərçəkən şəxs bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdeh onun təbii qazdan qeyri-qanuni istifadə etdiyini göstərsə də, buna dair iş materialında bu halı təsdiqləyən yalnız “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar, dəymiş ziyanın bərpasına dair tələbnamələr işdə mövcud olmuşdur. İşdə olan bu aktlar üzrə cəmi silinməsi tələb edilən məbləğ hesablanmışdır. Cavabdehin əməkdaşları tərəfindən həqiqətən mübahisəli ünvanda akt tərtib edilmişdirsə ən azından bunun mötəbərliliyi üçün video çəkilişlər də edilə bilərdi. Nə qədər təəcüblü olsa da cavabdehin əməkdaşları “qanunsuz qoşulma faktını” aşkar edilməsinə dair aktlar tərtib edir, lakin qanunvericiliyin tələbinə və vəzifə təlimatlarına uyğun olaraq sayğacdan kənar qeyriqanuni hesab etdikləri qaz xəttini dərhal ləğv etmir və bu barədə aktda qeyd aparmır yaxud sonradan ləğv etdiklərinə dair də məhkəməyə heç bir sübut təqdim etmir. Yalnız təqdim etdikləri aktda yaxud dəymiş ziyanın bərpasına dair tələbnamədə görüləcək tədbir kimi “sayğacdan kənar əlavə xətt ləğv edilsin, dəymiş ziyan hesablanıb ödənilsin” qərarının olması qanunsuz qoşulmanı yaxud onu ləğv etməni təsdiq etmir. Lakin həqiqətən qanunsuz qoşulma faktı mövcud olsa idi, bunun qaynaqla kəsilməsi prosesi videoyazı vasitəsilə qeydə alına bilərdi və bu zaman həmin aktların mötəbərliliyi də əhəmiyyət kəsb edərdi. Lakin cavabdeh tərəfdən nədənsə bu video yazı aparılmamışdır, hər hansı bir mötəbər sübut mövcud deyil, cavabdeh bu barədə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə iş üzrə sübutları tam və obyektiv qiymətləndirməyib. Təqsir qanunda nəzərdə tutulmuş qaydada müəyyən edilmədiyi halda qərar qəbul edilməsi düzgün deyil və bu, ədalətli araşdırma prinsipinə ziddir. Məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, ekspert rəyi ilə hazırki dövrdə kənar xəttin izlərinin müəyyən edilməməsinə baxmayaraq, iddiaçı mübahisəli ünvanda daimi yaşamadığını qeyd edərək, bu faktı təsdiq edəcək müqayisəli məlumatları (həmin dövrə aid elektrik enerjisi və sudan istifadənin göstəriciləri) təqdim etməmişdir. Həmçinin, 2018-2022-ci illər üzrə abonentin ödənişləri – 2018-ci ilin yanvar ayında 20 manat olmaqla, cəmi bu dövr üçün 20 manat təşkil etmişdir Bununla bağlı qeyd edilməlidir ki, məhkəmə tərəfindən ##.##.2025-ci il tarixli qərardad ilə ekspert qarşısına təkcə hazırkı dövrdə bu halın mövcud olub-olmadığını aydınlaşdırmaq üçün yox, həm də əvvəllər edilmiş müdaxilə izi ilə bağlı suallar qoyulmuşdur. Ekspert rəyində isə, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsındə yaranmağa xarakterik olan iz və zədənin aşkar edilmədiyi, qaz sayğacından kənar xətlərin çəkilməsinin müşahidə edilmədiyi qeyd edilmişdir. Lakin məhkəmə həmin rəyi mötəbər qəbul etməmişdir. O zaman sual olunur, bəs niyə görə məhkəmə bu halın araşdırılması üçün ekspertiza təyin etmişdi. Bəs əgər ekspert rəyində iz və zədənin aşkar olunması qeyd olunsa idi, o zaman məhkəmənin həmin rəyə münasibəti necə olacaqdı. Göründüyü kimi, məhkəmə iz və zədənin, müdaxilənin aşkar olunması ümidi ilə ekspertiza təyin edib. Məhkəmə 2018-ci ilin noyabr-dekabr ayları üzrə, 2019 cu ilin yanvar ayı, 2019-cu ilin mart-may ayları, 2019 cu ilin iyun avqust ayları, 2019-cu ilin sentyabr noyabr aylarında hesablanmış borc məbləğini qanuni hesab edərək həmin hissə üzrə iddia tələbini təmin etməmişdir. Bu zaman məhkəmə bəzi aylar üzrə yazılan borc məbləğinin qanuni əsasını müəyyən etməmişdir. Belə ki, onun barəsində “Qalıq və aktlar” bölməsində borc məbləği yazılsa da, cavabdeh bu borcun qanuniliyinə əsas verən sənədləri (akt, tələbnamə) məhkəməyə təqdim etməmişdir. Belə ki, 2013- cü ilin noyabr ayında -151,20 manat- 2018-ci ilin yanvar ayında – 996,60 manat- 2018-ci ilin aprel ayında – 233,20 manat- 2018-ci ilin may ayında – 388,80 manat- 2018-ci ilin avqust ayında – 219,60 manat- 2019-cu ilin aprel ayında -66,60 manat Yuxarıda qeyd edilən illər və aylar üzrə cavabdeh tərəfindən heç bir sübut təqdim edilmədiyi halda, məhkəmə həmin məbləğlər üzrə də hesablamalar aparmışdır. Borcun yaranma mənbəyini müəyyən etməmişdir. Bundan başqa, məhkəmə 2019-cu ilin fevral ayı üzrə olan borc məbləğinə isə münasibət bildirməmişdir. Məhkəmə qətnaməsində ödənişlərin az edilməsi ilə əlaqədar təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsinə gəlmişdir. Halbuki, ödənişlərin az olması və yaxud cavabdeh tərəfindən ödənişlərin abonentin saldosunda düzgün qeyd edilməməsi təbii qazdan qeyriqanuni istifadə etməsi anlamına gəlməməlidir. Göstərilənlərə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsini qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə onunla əsaslandırılmışdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessual hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktla rəsmiləşdirilmişdir (iş materiallarında vardır). Daha sonra həmin akt əsasında “dəymiş ziyanın bərpasına dair” tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəflərindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir. İddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına qətnamədə istinad olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Bundan başqa iddiaçı İddiaçı aid olan 100607600000706 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Həmçinin iddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh İstehsalat Birliyinin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdi ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Eyni zamanda qanunsuz istifadə ilə bağlı videoçəkiliş tərəflərindən təqdim edilmişdir. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Göstərilənlərə əsasən Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsinə və apellyasiya şıkayətinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Qanun: 12.6.6-cı maddəsinə əsasən bu Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda hər ay istehlakçıya istehlak edilmiş qazın dəyəri və sabit tarif barədə hesab təqdim etmək pərakəndə satıcının vəzifələrinə aiddir. 13.8-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru qanunsuz xətti dərhal qaz şəbəkəsindən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. 15.4-cü maddəsinə əsasən qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru istehlakçıya verdiyi qazın həcmini yalnız sayğacın göstəricilərinə əsasən müəyyən etməli və sabit tarif barədə istehlakçıya hər ay bildiriş, habelə bu Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda istehlakçının istifadə etdiyi qazın dəyərini tam hesablayaraq qaz satıcısının adından hesab təqdim etməlidir (göndərməlidir). Ağıllı sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında bildirişin və hesabın təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Bu Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda istehlakçıya hesab qaz satıcısı tərəfindən təqdim edilməlidir (göndərilməlidir). Hesabda istehlakçının qaza görə sayğacının son göstəricisinə uyğun mövcud qalıq borcu, sabit tariflə bağlı qalıq borcu və ödənişin son tarixi göstərilməlidir. İstehlakçı tərəfindən qazın hesabında göstərilən dəyəri tam ödənildikdən sonra qaz satıcısı yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin ödənilməsini istehlakçıdan tələb edə bilməz. Həmin Qanunun 2022-ci ilin ## ### tarixindən qüvvədə olan (hazırda qüvvədən düşmüş) 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 16.3-cü maddəsinə əsasən qaz satıcısı ilə alqı-satqı müqaviləsi bağlayan istehlakçının qaz təchizatı qaz satıcısı ilə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ## ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan İstifadə Qaydaları”nın: 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 6.5-1-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər

Məhkəmə Kollegiyasının mövqeyi: Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətlərində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, qazdan istifadə qaydalalarının pozulmasına görə iddiaçıya 2018-2022-ci illər üçün aktlar əsasında borc hesablanmışdır. 2022-ci ilin dekabr ayına hesablanmış 1.036,80 manat borc istisna olmaqla, bu borclar kənar xətdən istifadəyə görə hesablanmışdır. Bununla bağlı birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, 2022-ci ilin dekabr ayına hesablanmış 1.036,80 manat borcun yoxlanılması zamanı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2022-ci ilin ## ### tarixindən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş prosedur nəzərə alınacaqdır. Qanuna dəyişiklikdən əvvəlki dövrə təsadüf etdiyindən, digər borclara həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilmiş prosedur tətbiq olunmayacaqdır. (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının ##.##.1998-ci il tarixli ***-Q saylı Qanunu Azərbaycan Respublikasının # #### 2025-ci il tarixli ***-VIIQ nömrəli ilə Qanunu ilə ləğv edilmişdir və yeni redaksiyada verilmişdir). Belə ki, 2022-ci ilin dekabr ayına hesablanmış 1.036,80 manat borca münasibətdə kollegiya qeyd edir ki, həmin akt üzrə pozuntu ilə bağlı qaz paylayıcısının aktının 1 (bir) nüsxəsinin barəsində akt tərtib edilmiş şəxsə, 1 (bir) nüsxəsinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim olunması və bununla bağlı müvafiq inzibati və ya cinayət işi üzrə icraatın aparılması müəyyən edilmədiyindən, həmin borc silinməlidir. Belə ki, istehlakçının qazın talanmasında, habelə sayğaca müdaxilə etməsində təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh Cavabdeh İstehsalat Birliyi istinad etdiyi ##.##.2022-ci il tarixli 0378709 akt üzrə göstərilən sübutları (istehlakçının qazın talanmasında təqsirli olmasına təsdiq edən müvafiq icra hakimiyyəti orqanının qərarı) məhkəməyə təqdim etməmişdir. Buna görə də həmin borc silinməlidir. Bununla yanaşı birinci instansiya məhhkəməsi baxışı zamanı təqdim edilmiş ekspert rəyi ilə hazırki dövrdə kənar xəttin izlərinin müəyyən edilməmişdir. Lakin iddiaçı mübahisəli ünvanda daimi yaşamadığını qeyd edərək, bu faktı təsdiq edəcək müqayisəli məlumatları (həmin dövrə aid elektrik enerjisi və sudan istifadənin göstəriciləri) təqdim etməmişdir. Eyni zamanda 2018-2022-ci illər üzrə abonentin ödənişləri-2018-ci ilin yanvar ayında 20 manat olmaqla, cəmi bu dövr üçün 20 manat təşkil etmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, 2018-2022-ci illərdə qazdan istifadəyə görə hesablanmış borclar mübahisələndirildiyindən, bu dövrə aid olan və ödənişlərin aparılmadığı müddət üçün qaz həcminin hesablanması cihazların göstəriciləri üzrə günlük 12 saat əsas götürülərək, 3 aylıq yoxlama müddəti nəzərə alınmaqla aparılmalılsдыр. Beləliklə də aktlara əsasən hesablanmış borc məbləğlərindən faktiki sərfiyyat dəyəri çıxılmaqla borc məbləğini müəyyən etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş ürə gəldiyi nəticə ilə razılaşaraq iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, hazırda iddiaçı cavabdeh təşkilat tərəfindən ona qazdan istifadə qaydalalarının pozulmasına görə 2018-2022-ci illərdə hesablanmış borcları mübahisələndirir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən təbii qazdan kənar xəttdən istifadə etməsi iş materialları ilə müəyyən edilməmiş, eyni zamanda 2022-ci ilin dekabr ayına hesablanmış 1.036,80 manat borca münasibətdə cavabdeh tərəfindən qanunla müəyyən edilmiş prosedur qaydası həyata keçirilməmişdir. Digər tərəfdən qeyd edildiyi kimi iddiaçı göstərilən ünvanda yaşayaraq təbii qazdan istifadə etmiş, lakin bu cavabdeh tərəfindən hesablanmış borcun məbləğinin mübahisəsiz olması demək deyil, məhz bu baxımdan birinci instansiya məhkəməi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, 2018-2022-ci illərə görə iddiaçı tərəfindən ödənişlərin aparılmadığı müddət üçün qaz həcminin hesablanması cihazların göstəriciləri üzrə günlük 12 saat əsas götürülərək, 3 aylıq yoxlama müddəti nəzərə alınmaqla aparılmalıdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

İddiaçı İddiaçı və cavabdeh Cavabdeh İB tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011) ****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar