Məhkəmə qərarları › İş №2(3-6)-1170/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1170/2026

14.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1170/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 katibliyi, iddiaçının nümayəndəsi nümayəndə1 iştirakı ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ## ###### 2024-cü il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 608.94 manat olan TOSHIBA TV alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

2. ## ###### 2024-cü il tarixli təhvil-təslim aktına əsasən ## ###### 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə TOSHIBA TV tam qüsursuz halda alıcıya təhvil verilmişdir.

3. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ## ###### 2024-cü il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 329,94 manat olan Imei kod 863199076755038 OPPO A3X alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

4. ## ###### 2024-cü il tarixli təhvil-təslim aktına əsasən ## ###### 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə Imei kod 863199076755038 OPPO A3X tam qüsursuz halda alıcıya təhvil verilmişdir.

5. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ## #### 2025-ci il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 3117,03 manat olan APPLE MACBOOK AIR 13 kompüter alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

6. ## #### 2025-cü il tarixli təhvil-təslim aktına əsasən ## #### 2025-cü il tarixli alqısatqı müqaviləsi üzrə APPLE MACBOOK AIR 13 kompüter tam qüsursuz halda alıcıya təhvil verilmişdir.

7. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ## ##### 2025-ci il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 2498,05 manat olan LENOVO LOQ kompüteri alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

8. ## ##### 2025-ci il tarixli təhvil-təslim aktına əsasən ## ##### 2025-ci il tarixli alqısatqı müqaviləsi üzrə LENOVO LOQ kompüter tam qüsursuz halda alıcıya təhvil verilmişdir.

9. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ## ##### 2025-ci il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 927 manat olan Imei kod 62865/05NQ01199 XIAOMI PAD 7 alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

10. ## ##### 2025-ci il tarixli təhvil-təslim aktına əsasən ## ##### 2025-ci il tarixli alqısatqı müqaviləsi üzrə Imei kod 62865/05NQ01199 XIAOMI PAD 7 tam qüsursuz halda alıcıya təhvil verilmişdir.

11. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ## ### 2025-ci il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 2010,96 olan LG TV alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

12. ## ### 2025-ci il tarixli təhvil-təslim aktına əsasən ## ### 2025-ci il tarixli alqı-satqı müqaviləsi üzrə LG TV tam qüsursuz halda alıcıya təhvil verilmişdir.

13. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ## ### 2025-ci il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 2712,95 manat olan LENOVO LOQ kompüteri alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

14. ## ### 2025-ci il tarixli təhvil-təslim aktına əsasən ## ### 2025-ci il tarixli alqı-satqı müqaviləsi üzrə LENOVO LOQ kompüter tam qüsursuz halda alıcıya təhvil verilmişdir.

15. ## ###### 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “xxxx” MMCyə ## ###### 2024-cü il tarixli müqaviləyə əsasən, TOSHIBA TV üçün 426,78 manat ödənilməmiş hissə, 42,68 manat cərimə, ## ###### 2024-cü il tarixli müqaviləyə əsasən, Imei kod 863199076755038 OPPO A3X üçün 199,94 manat ödənilməmiş hissə, 19,99 manat cərimə, ## #### 2025-ci il tarixli müqaviləyə əsasən, APPLE MACBOOK AIR 13 kompüter üçün 2499,94 manat ödənilməmiş hissə, 249,99 manat cərimə, ## ##### 2025-ci il tarixli müqaviləyə əsasən, LENOVO LOQ kompüter üçün 1967,08 manat ödənilməmiş hissə, 196,71 manat cərimə, ## ##### 2025-ci il tarixli müqaviləyə əsasən, Imei kod 62865/05NQ01199 XIAOMI PAD 7 üçün 845,44 manat ödənilməmiş hissə, 84,54 manat cərimə, ## ### 2025-ci il tarixli müqaviləyə əsasən, LG TV üçün 1984,99 manat ödənilməmiş hissə, 198,50 manat cərimə, ## ### 2025-ci il tarixli müqaviləyə əsasən, LENOVO LOQ kompüter üçün 2047,92 manat ödənilməmiş hissə, 204,79 manat cərimə olmaqla, ümumilikdə hər yeddi müqavilə üzrə cəmi 10969,30 manat borcu yaranmışdır.

16. “xxxx” MMC tərəfindən Cavabdeh ünvanlanmış ## ####### 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh ## ###### 2024-cü il, ## ###### 2024-cü il, ## #### 2025-ci il, ## ##### 2025-ci il, ## ##### 2025-ci il, ## ### 2025-ci il və ## ### 2025ci il tarixli müqavilələr üzrə “xxxx” MMC-yə olan borcunu 3 iş günü ərzində ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

17. Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, LENOVO LOQ kompüter üçün , 2047.92 manat ödənilməmiş hissə, 204.79 manat dəbbə pulu; ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, LG TV üçün 1984.99 manat ödənilməmiş hissə, 198.50 manat dəbbə pulu; ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, LENOVO LOQ kompüter üçün 1967.08 manat ödənilməmiş hissə, 196.71 manat dəbbə pulu; ##.##.2025-cü il tarixli müqaviləyə əsasən, Imei kod 62865/05NQ01199 XIAOMI PAD 7 üçün 845.44 manat ödənilməmiş hissə, 84.54 manat dəbbə pulu; ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, Imei kod 863199076755038 OPPO A3X üçün 199.94 manat ödənilməmiş hissə, 19.99 manat dəbbə pulu; ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, APPLE MACBOOK AIR 13 kompüter üçün 2499.94 manat ödənilməmiş hissə, 249.99 manat dəbbə ##.##.2024-ci il tarixli müqaviləyə əsasən, TOSHIBA TV üçün 426.78 manat ödənilməmiş hissə, 42.68 manat dəbbə, ümumilikdə 10969.30 manat borcun və 122.91 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

18. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2024-cü il, ##.##.2025-ci il, ##.##.2024-ci il tarixlərindəki müqavilələrə əsasən, LENOVO LOQ kompüter, LG TV, LENOVO LOQ kompüter, Imei kod 62865/05NQ01199 XIAOMI PAD 7, Imei kod 863199076755038 OPPO A3X,APPLE MACBOOK AIR 13 kompüter, TOSHIBA TV almış və nəticədə 10969,30 (on min doqquz yüz altmış doqquz manat 30 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2712,92 (iki min yeddi yüz on iki manat 92 qəpik) manat (24 ay x 85,33 manat + 665 manat ilkin ödəniş) olan LENOVO LOQ kompüterüçün 2252,71 manat olmaqla ondan, 2047,92 manat ödənilməmiş hissə, 204,79 manat dəbbə pulu; ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2010,96 manat (18 ay x 111,72 manat + 0 manat ilkin ödəniş) olan LG TV üçün 2183,49 manat olmaqla ondan 1984,99 manat ödənilməmiş hissə, 198,50 manat dəbbə pulu; ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 2498,08 manat (18 ay x 131,56 manat + 130 manat ilkin ödəniş) olan LENOVO LOQ kompüter üçün 2163,79 manat olmaqla ondan 1967,08 manat ödənilməmiş hissə, 196,71 manat dəbbə pulu; ##.##.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 927 manat (18 ay x 51,5 manat + 0 manat ilkin ödəniş) olan Imei kod 62865/05NQ01199 XIAOMI PAD 7üçün 929,98 manat olmaqla ondan 845,44 manat ödənilməmiş hissə, 84,54 manat dəbbə pulu; ##.##.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 329,94 manat (18 ay x 18.33 manat + 0 manat ilkin ödəniş) olan Imei kod 863199076755038 OPPO A3X üçün 219,93 manat olmaqla ondan 199,94 manat ödənilməmiş hissə, 19,99 manat dəbbə pulu; ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3117 manat (12 ay x 259,75 manat + 0 manat ilkin ödəniş) olan APPLE MACBOOK AIR 13 kompüter üçün 2749,93 manat olmaqla ondan 2499,94 manat ödənilməmiş hissə, 249,99 manat dəbbə ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 608,94 manat (18 ay x 33,83 manat + 0 manat ilkin ödəniş) olan TOSHIBA TV üçün 469,46 manat olmaqla ondan 426,78 manat ödənilməmiş hissə, 42,68 manat dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2232,75 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2024-cü il, ##.##.2025-ci il, ##.##.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş ##.##.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

19. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq, cavabdeh Cavabdeh ##.##.2024cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 426,78 manat, cərimə borcu üzrə 20 manat; ##.##.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 199,94 manat, cərimə borcu üzrə 10 manat; ##.##.2025-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 2499,94 manat, cərimə borcu üzrə 120 manat; ##.##.2025-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 1967,08 manat, cərimə borcu üzrə 88 manat; ##.##.2025-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 845,44 manat, cərimə borcu üzrə 40 manat; ##.##.2025-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 1984,99 manat, cərimə borcu üzrə 90 manat; ##.##.2025-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 2047,92 manat, cərimə borcu üzrə 100 manat olmaqla, ümumilikdə yeddi müqavilə üzrə 10440,09 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 121,32 manat pulun tutularaq “xxxx” MMC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin yəni, 1,59 manatın (122,91-121,32=1.59) iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

20. Qətnamə onunla əsaslandırılmışdır ki, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (Mülki Məcəllə, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllə, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Bu baxımdan iddia tələbi əsas borcun cavabdehdən tutulması hissəsində tam təmin edilməlidir. Iddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd etmişdir: Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə almışdır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, müqavilədə dəbbə pulu əldə ediləcək gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab etmişdir ki, ##.##.2024-cü il tarixli müqavilə üzrə 42.68 manat; ##.##.2024-cü il tarixli müqavilə üzrə 19.99 manat; ##.##.2025-ci il tarixli müqavilə üzrə 249.99 manat; ##.##.2025-ci il tarixli müqavilə üzrə 196.71 manat; ##.##.2025-ci il tarixli müqavilə üzrə 84.54 manat; ##.##.2025-ci il tarixli müqavilə üzrə 198.50 manat; ##.##.2025-ci il tarixli müqavilə üzrə 204.79 manat dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq ##.##.2024-ci il tarixli müqavilə üzrə 20 manat; ##.##.2024-ci il tarixli müqavilə üzrə 10 manat; ##.##.2025-ci il tarixli müqavilə üzrə 120 manat; ##.##.2025-ci il tarixli müqavilə üzrə 88 manat; ##.##.2025-ci il tarixli müqavilə üzrə 40 manat; ##.##.2025-ci il tarixli müqavilə üzrə 90 manat; ##.##.2025-ci il tarixli müqavilə üzrə 100 manat məbləğində müəyyən edilməlidir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 442, 462, 467, 567, 568, 597, 600, 601-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

22. Həmin qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, cərimə məbləğinin tamamilə çıxarılması barədə yeni qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdeh həmin müqavilələr üzrə əşyaların dəyərini hissə-hissə ödənilməsini üzərinə götürmüş və sonradan məlum olmuşdur ki, iddiaçı ona satdığı APPLE MACBOOK AIR 13 kompüteri, LENOVO LOQ kompüteri və LG TV televizoru olduqca baha qiymətə satmışdır. Ona görə də iddiaçıya müraciət edərək, həmin əşyaların dəyərinin ödəməkdə çətinlik yarandığını bildirərək, geri qaytarılmasını xahiş etmişdir. Lakin iddiaçı əşyaların qaytarılmasından imtina edərək, cavabdehə güzəştlər edəcəklərini, borcun qaytarılmasına möhlət verəcəklərini və cərimə hesablanmayacağını bildirmişlər. Qeyd edir ki, xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməmiş və bu barədə məhkəməyə məlumat versə də, məhkəmə iştirakımı təmin etmədən qətnamə qəbul etmişdir. Bildirirəm ki, iddiaçı hər müqavilə üzrə cərimə hesablamaqda haqlı olmamışdır. Hesab edir ki, qətnamə hazırkı vəziyyətdə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə iddia ərizəsini qanunda nəzərdə tutulmuş qaydada araşdırmamış və həqiqətin müəyyən edilməsini təmin etməmişdir. Məhkəmə cavabdehin əşyaları artıq qiymətə satmasının və cərimə hesablamayacağına əməl etməməsinin səbəblərini araşdırmamışdır. Məhkəmə, iddiaçının mövqeyini bildirməsi üçün şərait yaratmamışdır. Məhkəmə iclasında onun iştirakı təmin edilməmişdir. Cavabdehin iştirakı lazımi qaydada təmin edilmədiyinə görə o, borcun ödənilməsinə möhlət verilməsi ilə əlaqədar razılığa gəlməklərinə dair məhkəməyə məlumat verə bilməmişdir. Məhkəmə, iş üzrə əhəmiyyətli olan halları, yəni borcun ödənilməməsinin səbəblərini aydınlaşdırmadan iddia ərizəsini qismən təmin etmiş, iddiaçının cərimə tələbini qismən təmin etməkdə belə haqlı olmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləöini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

30. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin edildiyi hissədə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

32. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, cavabdeh sözügedən müqavilələr üzrə əşyaların dəyərini hissə-hissə ödənilməsini üzərinə götürmüş və sonradan məlum olmuşdur ki, iddiaçı ona satdığı APPLE MACBOOK AIR 13 kompüteri, LENOVO LOQ kompüteri və LG TV televizoru olduqca baha qiymətə satmışdır. Ona görə də iddiaçıya müraciət edərək, həmin əşyaların dəyərinin ödəməkdə çətinlik yarandığını bildirərək, geri qaytarılmasını xahiş etmişdir. Iddiaçı isə əşyaların qaytarılmasından imtina edərək, cavabdehə güzəştlər edəcəklərini, borcun qaytarılmasına möhlət verəcəklərini və cərimə hesablanmayacağını bildirmişlər. Lakin birinci instansiya məhkəməsi cavabdehin əşyaları artıq qiymətə satmasının və cərimə hesablamayacağına əməl etməməsinin səbəblərini araşdırmamışdır.

33. Işin mübahisəsiz halları ondan ibarətdir ki, qeyd olunan malların alqı-satqı müqavilələrinə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və ## ###### 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “xxxx” MMC-yə ## ###### 2024-cü il tarixli müqaviləyə əsasən, TOSHIBA TV üçün 426,78 manat ödənilməmiş hissə, 42,68 manat cərimə, ## ###### 2024cü il tarixli müqaviləyə əsasən, Imei kod 863199076755038 OPPO A3X üçün 199,94 manat ödənilməmiş hissə, 19,99 manat cərimə, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, APPLE MACBOOK AIR 13 kompüter üçün 2499,94 manat ödənilməmiş hissə, 249,99 manat cərimə, ## ##### 2025-ci il tarixli müqaviləyə əsasən, LENOVO LOQ kompüter üçün 1967,08 manat ödənilməmiş hissə, 196,71 manat cərimə, ## ##### 2025-ci il tarixli müqaviləyə əsasən, Imei kod 62865/05NQ01199 XIAOMI PAD 7 üçün 845,44 manat ödənilməmiş hissə, 84,54 manat cərimə, ## ### 2025-ci il tarixli müqaviləyə əsasən, LG TV üçün 1984,99 manat ödənilməmiş hissə, 198,50 manat cərimə, ## ### 2025-ci il tarixli müqaviləyə əsasən, LENOVO LOQ kompüter üçün 2047,92 manat ödənilməmiş hissə, 204,79 manat cərimə olmaqla, ümumilikdə hər yeddi müqavilə üzrə cəmi 10969,30 manat borcu yaranmışdır.

34. Apellyasiya şikayətinin digər dəlili olaraq göstərilmişdir ki, cavabdeh xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməmiş və bu barədə birinci instansiya məhkəməsinə məlumat versə də, məhkəmə onun iştirakını təmin etmədən qətnamə qəbul etmişdir. Iddiaçının mövqeyini bildirməsi üçün şərait yaradılmamış və cavabdehin məhkəmə iclasında iştirakı lazımi qaydada təmin edilmədiyinə görə o, borcun ödənilməsinə möhlət verilməsi ilə əlaqədar razılığa gəlməklərinə dair məhkəməyə məlumat verə bilməmişdir.

35. Digər dəlil ondan ibarətdir ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti hər müqavilə üzrə cərimə hesablamaqda haqlı olmamışdır. Məhkəmə isə cavabdehin əşyaları artıq qiymətə satmasının və cərimə hesablamayacağına əməl etməməsinin səbəblərini araşdırmadan, o cümlədən iş üzrə əhəmiyyətli olan halları, yəni borcun ödənilməməsinin səbəblərini aydınlaşdırmadan yekun nəticəyə gəlmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində hər hansı yeni bir dəlil irəli sürülməmiş, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmçinin qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün digər bir əsas qeyd olunmamışdır. Işin müəyyən edilmiş halları və işdə olan sübutlar əsasında məhkəmə tərəfindən ətraflı araşdırma və qiymətləndirmə aparılmışdır.

37. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir.

38. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

39. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar