Məhkəmə qərarları › İş №2(3-6)-1190/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1190/2026

06.05.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1190/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab edilməsi) Hakimlər Azad Nizam oğlu Imanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və Rəşid Əfraim oğlu Səmədovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Cavabdeh iştirakları ilə, Işin halları

1. Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 67, mənzil 17a ##.##.1996-cı il tarixdə X5 oğlunun adına qeydiyyatdan keçmişdir.

2. Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən *** nömrəli aktla qeydə alınmış AZ-II seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ##.##.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir.

3. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən *** nömrəli aktla qeydə alınmış AZ- II seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 oğlu ##.##.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir.

4. ## ##### 2024-cü il tarixli vəsiyyətnamədən görünür ki, X5 oğlu ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Ələkbərova Ülviyyə Nazim qızına vəsiyyət etmişdir.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 ##.##.2025-ci il tarixli **** saylı rəyindən görünür ki, 1-ci sual: Mərhum X5 oğlunun hər hansı bir psixi xəstəliyi olmuşdurmu və bundan əziyyət çəkmişdirmi? Cavab: Təqdim edilmiş mülki iş materillarına və əlavə təqdim edilmiş tibbi sənədlərə əsasən X5 oğlunun sağlığında hər hansı psixi xəstəlikdən əziyyət çəkməsi müəyyən edilməmişdir. 2-ci sual: Mərhum X5 oğlu Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2024-cü ildə vəsiyyətnamə verərkən özünü idarə etmək və hərəkətlərinin mənasını dərk etmək, qavramaq iqtidarında olmuşdurmu? Cavab: X5 oğlunun sağlığında hər psixi xəstəlikdən əziyyət çəkməsi müəyyən edilmədiyindən belə güman etmək olar ki, о, ##.##.2024-cü tarixdə öz hərəkətlərinin mənasını başa düşüb, onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əhmədova Ülviyyə Nazim qızına verilmiş ## ##### 2024-cü il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, X5 oğlundan miras qalmış ünvan 2 A. ünvandakı mənzilin vərəsələr arasında bərabər paylara bölünməsi, həmin mənzilin onun payına düşən 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması, anaları X6 miras qalmış Bakı şəhəri Səbail rayonu Neftçi Qurban küçəsi ev 34 ünvandakı * saylı mənzilin vərəsələr arasında bərabər paylara bölünməsi, həmin mənzilə onun istifadə və sahibkarlıq hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “ünvan 2 A.ünvandakı mənzil mərhum atam X5 oğlundan, ünvan 1 ünvandakı mənzil isə mərhum X2ndan birinci dərəcəli vərəsə kimi mənə və cavabdehə miras qalmış əmlaklardır. X2 ##.##.2022-ci ildə, atam Qoşqar oğlu ##.##.2024-cü ildə vəfat etmişlər. X36 vəfatından sonra mən və cavabdeh Ələkbərova ( Əhmədova) Ülviyyə Nazim qızı ünvan 2 A.ünvanda daimi qeydiyyatda olmaqla miras qalmış əmlakları, ünvan 2 A.ünvandakı mənzili, ünvan 1 ünvandakı mənzili faktiki olaraq qəbul etmişik və bu günə kimi də miras əmlaklar bizim istifadəmizdədir. Anamız X6 vəfatından sonra ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün ** saylı Notariat Kontoruna, atamız X5 oğlunun vəfatından sonra isə ** saylı Notariat Kontoruna vərəsəlik işinin açılamsı və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmişdik. ** saylı Notariat Kontoru və cavabdeh ** saylı Notariat Kontoru əsasız səbəblərdən bizə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Qeyd etmək istəyirəm ki, ** saylı Notariat Kontoru imtinasını onunla əsaslandırmağa çalışmışdır ki, guya mərhum atamız X5 oğlunun mərhum anamız X6 ilə rəsmi nikahı olmasına baxmayaraq vətəndaş ##.##.1951- ci il təvəlüdlü X16 ilə" Elektron Notariat" X40 rəsmi nikah qeydi aşkar olunmuşdur. Hal - hazırda cavabdeh Ələkbərova Ülviyyə Nazim qızının xüsusi icraat qaydasında iddia tələbi üzrə mərhum atamız X5 oğlunun mərhum vətəndaş ##.##.1951-ci il təvəlüdlü X16 ilə nikah faktının etibarsız hesab edilməsi tələbinə dasir mülki iş Səbail rayon Məhkəməsinin icraatında baxılıb və iş üzrə yekun məhkəmə aktı qəbul edilib. Mərhum atamız X5 oğlunun mərhum vətəndaş ##.##.1951-ci il təvəlüdlü X16 ilə nikah faktı etibarsız hesab edilib. Qanunvericiliyin tələbindən də görünür ki, atamın X16 ilə rəsmi nikahları ləğv olunmadan onun mərhum anamla rəsmi nikaha daxil olaması mümkün deyildi. Göründüyü kimi mərhum anamız X5 oğlunun mərhum anamız X6 ilə rəsmi nikahı olmasına baxmayaraq vətəndaş ##.##.1951- ci il təvəlüdlü X16 ilə nikaha daxil olması qeyri mümkündür. ** saylı Notariat Kontorunda vərəsəlik işinin açılması üçün sənədlər toplanan zaman mənə məlum olmuşdur ki, cavabdeh Ələkbərova Ülviyyə Nazim qızı mərhum atamız X5 oğlunun xəstə və əqli anlaqsız olmasından, öz hərəkətlərini idarə edə bilməməsindən sui istifadə edərək, öz tanışlarını şahid kimi cəlb etməklə atamı aldatmış və ondan mübahisə predmeti olan ünvan 2 A.ünvanda olan miras əmlaka dair qanunsuz vəsiyyətnamə almışdır. Məhkəmənin nəzərinə çatdırıram ki, bütün yaxın qohumlarımız və qonşularımız şahid kimi təsdiq edə bilərlər ki, mərhum atam X5 vəsiyyətnamə verilən vaxtda öz hərəkətlərini idarə edə bilmişrdi. Vəkilimin ** saylı Notariat Kontoruna sorğusuna əsasən alınmış vərəsəlik işinin materialları ilə taniş olarkən məlum olmuşdur ki, cavabdeh Ələkbərova Ülviyyə Nazim qızı saxtakarlıq etmiş atam X5 oğlunun yataq xəstəsi olmasından, öz hərəkətlərini idarə edə bilməməsindən sui istifadə edərək mənim məlumatım olmadan etibarnamə almış və həmin etibarnamədən sui istifadə edərək keçmiş həyat yoldaşının adına etribarnamə vermiş və keçmiş həyat yoldaşı X3 ** saylı Notariat Kontoruna ərizə ilə müraciət edərək anamdan qalan miras əmlakdan atama düşən payın cavabdeh Ələkbərova Ülviyyə Nazim qızının xeyrinə imtina etdiyini bildirmişdir. Digər tərəfdən cavabdeh Ələkbərova Ülviyyə Nazim qızı atamın xəstə və öz hərəkətlərini bilməməsindən istifadə edərək əldə etdiyi etibarnamə əsasında onun adından vərəsəlik işinin və sair hərəkətlərin aparılması üçün vətəndaş X1 da ##.##.2022-ci ildə ****** saylı etibarnamıə vermişdir. Lakin X1 ilkin etibarnamənin saxta yolla əldə edildiyini bildikdən sonra ** saylı Notariat Kontoruna etibarnaməni təqdim etsədə sonradan heç bir notariat hərəkət edilməsində iştirak etməmişdir. Qeyd etmək istəyirəm ki, ****** saylı 06.102022-ci il tarixli və ##.##.2022-ci il tarixli etibarnamələrin verilməsinə səbəb olmuş atmın adından etibarnamə alınarkən Ələkbərova Ülviyyə Nazim qızı etibarnamə əldə edərkən, atam ağır yataq xəstəsi olmuş, hərəkət edə bilməmişdir. Bu faktı “Tibbi Ərazi Bölmələrinin Idarəetmə Birliyinin * nömrəli şəhər Poliknikasından sorğu əsasında alınmış cavab məktubunun surətindən görünür. Belə ki, məlum etibarnamələr verilərkən atam International Qospitalda xəstə olmuş, ayağında amputasiya əməliyyatı aparılmış və ##.##.2022-ci ilə Spero Hospitalda təkrar əməliyyat olunmuş, ayağı amputasiya edilmişdir. Atam uzun müddət beyin qan dövranının işemik pozğunluğundan, hipertoniya xəstəliyindən, lakinat insult və sair xəstəliklərdən əziyyət çəkmişdir və bu xəstəliklərin nəticəsində 2012-ci ildən o daim dispanser nəzarətdə olmuşdur və sonradan xəstəliklərinin şiddətləşməsi, ayağının amputasiya olunması, və sair müalicələrdən sonra öz hərəkətlərini tam itirmişdir. Qeyd etmək istəyirəm ki, cavabdeh Ələkbərova Ülviyyə Nazim qızının qanunun tələbini pozmaqla əldə etdiyi vəsiyyətnamə və etibarnamə pərdələnmiş əqdir və öz məqsədlərini, miras əmlakın böyük hisəsini mənimsəmək üçün onun tərəfindən edilmiş qanunsuz hərəkətlərdir. Göründüyü kimi mən miras qoyanların birinci dərəcəli vərəsəsiyəm, məndən və cavabdeh Ələkbərova Ülviyyə Nazim qızından başqa miras qoyanların digər vərəsələri yoxdur Lakin cavabdeh Ələkbərova Ülviyyə Nazim qızı miras mənzilləri zəbt etmişdir və könüllü olaraq miras əmlakdan olan paylarımızı bölmək istəmir.”

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərardadı ilə ərizə Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlakın bərabər paylara bölünməsi” tələbinə dair iddia ərizəsinin “ünvan 2 A.ünvandakı mənzilin vərəsələr arasında bərabər paylara bölünməsi, həmin mənzilin onun payına düşən 2 hissəsinə mülkiyyət hüququnun tanınması, Bakı şəhəri Səbail rayonu Neftçi Qurban küçəsi ev 34 ünvandakı * saylı mənzilin vərəsələr arasında bərabər paylara bölünməsi, həmin mənzilə onun istifadə və sahibkarlıq hüququnun tanınması” hissəsi baxılmamış saxlanılmışdır.

9. Birinci instansiaya məhkəməsində şahid qismində dindirilmiş X24 ifadəsində bildirmişdir ki, tərəflər dayısının uşaqlarıdır. Birlikdə böyümüşlər. Əslində əmlak babadan qalan əmlakdır. Nazim həmişə deyirdi ki, miras hər iki uşağın olacaq həm oğlunun həm qızının. Özü ilə şəxsən bu barədə danışmasa da, böyük qardaşına belə bildirirdi, bütün qohumlar belə bilirdi. Dayısının dünyasını dəyişməsindən əvvəl heç bir qohum onu ziyarətə getməmişdir. Çünki cavabdeh onları yaxın buraxmırdı. Onların bu vəsiyyətnamə barədə məlumatı olmamışdır. Təxminən ölənə qədər axırıncı dəfə 5, 6 ay əvvəl Nazimlə əlaqə saxlamışdır. Nazim çox fikirli idi, şəkər xəstəsi idi, ayağı amputasiya olmuşdu, o, gedib onu evdə ziyarət etmişdi və Nazim onu tanımışdı. Onu o, danışdırırdı, anlayırdı, amma özü danışmırdı. Dəli deyə bilməz ona, amma psixoloji problemləri var idi. Bir dəfə eşitmişlər ki, dayısı biləklərini kəsmişdir. Müəllim idi, bilinməsin deyə bu hal qeydiyyatdan keçməmişdi. Dayısının vəfatından öncə axırıncı dəfə xəstəxanaya aparılması barədə təsadüfən məlumatı oldu, cavabdehə zəng etdi və onu xəstəxanaya apardığını bildirdi, Hikmətin məlumatı yox idi. O zəng edib iddiaçıya məlumat vermişdir. Cavabdeh onları ona yaxın buraxmırdı.

10. Birinci instansiaya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Nazim müəllimin müalicəsi ilə uzun müddət məşğul olmuşdur. Ülviyyə xanım və onun yoldaşı gəlirdi, bir dəfə də Hikməti görmüşdür. Uzun müddət müalicədə olub, 2 dəfə stasionar qaydada qanqrena ilə bağlı müalicə olunub. Təxminən 2022-ci ildə əməliyyat etmişdir. O sırf Nazimin sağlamlığı ilə məşğul idi. Onunla ünsiyyətdə olurdu, tam adekvat adam idi, sakit şəxs idi, qeyri adekvat cavablar verməyib, öz sağlamlıq vəziyyətini izah edə bilirdi.

11. Birinci instansiaya məhkəməsində şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, xəstə yanına gələndə xanımı -cavabdehi tanımışdır. Əhmədov Nazimin yanında ola bilsin 1 saat olmuş, söhbət aparmış, suallarına normal cavablar verdi. Vəziyyəti ağır idi, 2024-cü ilin iyul ayı idi, tənginəfəsli hava çatışmazlığı ilə çağırış oldu təcili tibbi yardıma. Baxış keçirəndən iki saat sonra xəstənin vəziyyətini öyrənmək üçün zəng etdi, vəziyyəti düzəlmədiyi üçün xəstəxanaya apardı, suallara adekvat cavab verirdi, şüuru yerində idi, onun orada olduğu hər iki dəfədə Nazim müəllimin psixi durumunun qeyri-adekvat olması müşahidə edilmədi, olsa idi bununla bağlı təcili tibbi yardım çağırışa gələn zaman sənədlərdə qeydiyyatı aparılardı. Çünki. Xəstənin ümumi vəziyyəti üzrə məlumat sənəddə qeyd olunur.

12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddianın təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2022-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021- ci il 2 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 119.1, 217.4, 216-220, 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı üçün ləğv edilməli və iddia təmin olunmalıdır. Iş materiallarında olan * №-li şəhər poliklinikasının ##.##.2024-cü il tarixli ** №-li məktubundan görünür ki, mərhum X5 oğlu 2012-ci ildən etibarən müxtəlif diaqnozlu xəstəliklərə görə müayinələr dən keçmiş, müalicə və cərrahi əməliyyat olunmuşdur. Belə ki, ##.##.2016 – ##.##.2016-cı ildə Mərkəzi Klinikada (əsas diaqnoz: beyin qan dövranının işe mik tip pozğunluğu. Lakunarinsult) stasionar müalicədə olmuş, 2022-ci ildən xəstəliyi ağırlaşdığı üçün ona bir neçə diaqnozla, o cümlədən R45 – dərketmə və qavrama pozğunluğu diaqnozu ilə 2023cü ilin mart ayında İ qrup əlillik təyin olunmuşdur. Özünə qulluq bacarığı məhduddur, daim kənar şəxsin köməyinə möhtacdır. Aldığı müalicələr əsasən şəkərli diabetə görə lantus və novorapid iynələr, nevroloji xəstələrlə bağlı yuxu pozğunluğuna görə somnol tabletləri olub. Təqdim olunan reseptlərdən görünür ki, X5 oğlu müntəzəm olaraq somnol tabletləri qəbul edib. Bu dərman vasitəsi apteklərdə açıq satışda yoxdur və yalnız üzərinə tibb müəssisəsinin üçkünç ştampı vurulmuş resept əsasında satılır. Onun qəbulu pasiyentdə yuxululuq, başgicəllənmə, baş ağrısı, depressiya, aqressiya, anterograd amneziya, eyforiya və hərəkət koordinasiyasının pozulması, psixi və paradoksal reaksiyalarda pozğunluq – kabus yuxular, qarışıqlıq, halüsinasiyalar və davranış dəyişikliyi, qıcıqlanma, şüurda qarışıqlıq, depressiv əhval-ruhiyyə, amneziya ilə əlaqəli qeyri-adekvat davranış kimi yan təsirlərə səbəb olur. Belə vəziyyətdə X5 oğlunun vəsiyyət edərkən öz hərəkətlərinin mənasını başa düşmək və ya onlara rəhbərlik edə bilmək iqtidarında olması əsaslı şübhə doğurur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində bildirmişdir ki, tərəflər dayısının uşaqlarıdır. Birlikdə böyümüşlər. Əslində əmlak babadan qalan əmlakdır. Nazim həmişə deyirdi ki, miras hər iki uşağın olacaq həm oğlunun həm qızının. Özü ilə şəxsən bu barədə danışmasa da, böyük qardaşına belə bildirirdi, bütün qohumlar belə bilirdi. Iş materiallarından görünür ki, mərhum Nazim Əhmədov həyatının son aylarında, o cümlədən vəsiyyətnamə verilərkən cavabdehlə birlikdə yaşamış, cavabdeh iddiaçını və digər qohumlarını atasının yanına buraxmamış, iddiaçının bildirdiyinə görə atasının xəstəliyi ilə əlaqədar psixi vəziyyətindən istifadə edərək vəsiyyətnamənin notarial qaydada təsdiqinə nail olmuşdur. Odur ki, həmin vəsiyyətnamə mərhum Nazim Əhmədovuniradə ifadəsi kimi qəbul edilə bilməz. Iddiaçı ilə atası arasında həmişə normalmünasibət olmuşdur. Atasının bütün əmlakını cavabdehə vəsiyyət etməklə iddiaçını mirasdakı payını əhəmiyyətli dərəcədə azaltması üçün əsas olmamışdır. Vəsiyyətnamə birtərəfli əqddir (AR MM-in 324.3-cü maddəsi) və bütün əqdlərdə olduğu kimi etibarlılıq şərtlərinə cavab verməlidir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Ə.Ibrahimovun şikayəti üzrə ##.##.2004-cü il tarixli Qərar). Öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd həmin əqdin etibarlı sayılması üçün vacib olan “iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu” şərtinə cavab vermədiyi üçün etibarsızdır.(AR MM-in 346-cı maddəsi) Məhkəmə ekspertin rəyinə sübut kimi qiymət verərkən MPM-in 88-ci maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, həmin maddəyə görə heç bir sübutun, o cümlədən də ekspert rəyinin məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ekspert X5 oğlunun sağlığında hər hansı psixi xəstəlikdən əziyyət çəkməsinin müəyyən edilmədiyini (1-ci suala cavab) göstərsə də, lakin keçirdiyi xəstəliklərin (beyin qan dövranının işemik tip pozğunluğu. Lakunar insult) və qəbul etdiyi Somnol dərmanın onun psixi vəziyyətinə mümkün təsirini rəyin tədqiqat hissəsində əsaslandırmamışdır. Halbuki müvəqqəti psixi pozuntu da iradə ifadəsi etibarlılığına təsir göstərir (AR MM-in 346.3- cü maddəsi). Bundan başqa, ekspertin onun qarşısına qoyulan 2-ci suala cavabı qəti deyil. Belə ki, ekspert həmin suala cavab verərkən güman etmişdir ki, Nazim Əmədov ##.##.2024- cü tarixdə öz hərəkətlərinin mənasını başa düşüb, onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, işin mübahisələndirilməyən hallarından görünür ki, * saylı Bakı “Asan Xidmət” X25 tərəfindən verilmiş ##.##.2022-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X6 ##.##.2022-ci il tarixdə xroniki böyrək xəstəliyi (5-ci mərhələ) səbəbindən dünyasını dəyişmişdir. ##.##.2022-ci il tarixdə vəfat etmiş X6 adına Bakı şəhəri ** saylı Notariat Ofisində *V-** nömrəli vərəsəlik işi açılmışdır. * saylı Bakı “Asan Xidmət” X25 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X5 oğlu ##.##.2024-cü il tarixdə ağciyər ödəmi səbəbindən dünyasını dəyişmişdir. ##.##.2024-cü il tarixdə vəfat etmiş X5 oğlunun adına Bakı şəhəri ** saylı Notariat Ofisində vəsiyyətnamə üzrə *V/** nömrəli vərəsəlik işi açılmışdır. Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən texniki vasitədən istifadə edilməklə 2V/** reyestr nömrəli ##.##.2024-cü il tarixli vəsiyyatnamə tərtib edilərək təsdiq edilmişdir. Vəsiyyətnamə X5 oğlu tərəfindən şəxsən - notariat ofisinin xüsusi notariusu X** iştirakı ilə imzalanmış, vəsiyyət edən - X5 oğlunun şəxsiyyəti müəyyən edilərək fəaliyyət qabiliyyəti yoxlanılmış, həmçinin 2 şahid – X33 və X14 şəxsiyyətləri müəyyən edilərək şahid qismində etdikləri imzalarının həqiqiliyi təsdiq edilmişdir. Vəsiyyatnaməyə əsasən vəsiyyət edən - X5 oğlu harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus bütün daşınar və daşınmaz əmlaklarını ##.##.1981-ci il təvəllüdlü Cavabdeh vəsiyyət etmişdir. Həmçinin vəsiyyət edən - X5 oğluna Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1166 - 1178 və 1193 maddələrinin məzmunu notarius tərəfindən izah edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər Icra Hakimiyyəti Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş ****** nömrəli ##.##.1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 65, 17 A saylı mənzil vəsiyyət edən - X5 oğlunun xüsusi mülkiyyətindədir. Cavabdeh Cavabdeh tərəfindən digər cavabdeh ** saylı Notariat Ofisinə ##.##.2024-cü il tarixli ərizə ilə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 65, 17 A saylı mənzilə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Iddiaçı İddiaçı tərəfindən cavabdeh ** saylı Notariat Ofisinə ##.##.2024-cü il tarixli ərizə ilə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 65, 17 A saylı mənzilə dair məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 ##.##.2025-ci il tarixli **** saylı rəyindən görünür ki, 1-ci sual: Mərhum X5 oğlunun hər hansı bir psixi xəstəliyi olmuşdurmu və bundan əziyyət çəkmişdirmi? Cavab: Təqdim edilmiş mülki iş materillarına və əlavə təqdim edilmiş tibbi sənədlərə əsasən X5 oğlunun sağlığında hər hansı psixi xəstəlikdən əziyyət çəkməsi müəyyən edilməmişdir. 2-ci sual: Mərhum X5 oğlu Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2024-cü ildə vəsiyyətnamə verərkən özünü idarə etmək və hərəkətlərinin mənasını dərk etmək, qavramaq iqtidarında olmuşdurmu? Cavab: X5 oğlunun sağlığında hər psixi xəstəlikdən əziyyət çəkməsi müəyyən edilmədiyindən belə güman etmək olar ki, о, ##.##.2024-cü tarixdə öz hərəkətlərinin mənasını başa düşüb, onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlakın bərabər paylara bölünməsi” tələbinə dair iddia ərizəsinin “ünvan 2 A ünvandakı mənzilin vərəsələr arasında bərabər paylara bölünməsi, həmin mənzilin onun payına düşən 2 hissəsinə mülkiyyət hüququnun tanınması, Bakı şəhəri Səbail rayonu Neftçi Qurban küçəsi ev 34 ünvandakı * saylı mənzilin vərəsələr arasında bərabər paylara bölünməsi, həmin mənzilə onun istifadə və sahibkarlıq hüququnun tanınması” hissəsi baxılmamış saxlanılmışdır. Iddiaçı tərəfindən apellyasiya şikayətində nəzərdə tutulmuş qaydada və ardıcıllıqla şikayətin dəlilləri əks etdirilməmişdir. Həmçinin iddiaçı şikayətdə 8-ci bəndi (Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər), 9-cu bəndi (Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər), 10-cu bəndi (Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər), 11-ci bəndi (Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər) üzrə dəlillərin olmadığını formal olaraq qeyd etməklə kifayətlənmişdir. Bununla yanaşı qeyd etməyi vacib hesab edirəm ki, birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli münasibət bildirilmiş (hüquqi qiymət verilmiş) xüsusatların apellyasiya şikayətinin 6-cı və 7-ci bəndlərində iddiaçı tərəfindən təkrar göstərilməsi - “əsaslandırılmamış şikayət” çərçivəsində şikayət hüququndan suiistifadə və məhkəmənin real funksiyaları ilə üst-üstə düşməyən, gərəksiz iş yükü yaradan hallar kimi qəbul edilməlidir. Beləliklə, iddiaçı nə iddiasını nə də apellyasiya şikayətini əsaslandırdığı halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş və iddiasını sübuta yetirə bilməmişdir. Başqa sözlə, vəsiyyətnamə verilən zaman X5 oğlunun iradə ifadəsinin olmaması və psixi vəziyyətinin pozulması ilə bağlı dəlillər öz təsdiqini tapmamışdır. Əksinə məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Nazim müəllimin müalicəsi ilə uzun müddət məşğul olmuşdur. Ülviyyə xanım və onun yoldaşı gəlirdi, bir dəfə də Hikməti görmüşdür. Uzun müddət müalicədə olub, 2 dəfə stasionar qaydada qanqrena ilə bağlı müalicə olunub. Təxminən 2022-ci ildə əməliyyat etmişdir. O sırf Nazimin sağlamlığı ilə məşğul idi. Onunla ünsiyyətdə olurdu, tam adekvat adam idi, sakit şəxs idi, qeyri adekvat cavablar verməyib, öz sağlamlıq vəziyyətini izah edə bilirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, xəstə yanına gələndə xanımı -cavabdehi tanımışdır. Əhmədov Nazimin yanında ola bilsin 1 saat olmuş, söhbət aparmış, suallarına normal cavablar verdi. Vəziyyəti ağır idi, 2024-cü ilin iyul ayı idi, tənginəfəsli hava çatışmazlığı ilə çağırış oldu təcili tibbi yardıma. Baxış keçirəndən iki saat sonra xəstənin vəziyyətini öyrənmək üçün zəng etdi, vəziyyəti düzəlmədiyi üçün xəstəxanaya apardı, suallara adekvat cavab verirdi, şüuru yerində idi, onun orada olduğu hər iki dəfədə Nazim müəllimin psixi durumunun qeyri-adekvat olması müşahidə edilmədi, olsa idi bununla bağlı təcili tibbi yardım çağırışa gələn zaman sənədlərdə qeydiyyatı aparılardı. Çünki. Xəstənin ümumi vəziyyəti üzrə məlumat sənəddə qeyd olunur. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında Mülki Məcəllənin məhz göstəilən normalara əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il # ###### və N.Əsədovanın şikayəti üzrə 2021-ci il ## ##### tarixli Qərarlar) Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Konstitusiyanın 29-cu maddəsinin İ, II və IV hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinin VII hissəsi ilə müəyyən edilmişdir ki, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyada vərəsəlik hüququ mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi müəyyən edildiyindən mülkiyyət və vərəsəlik hüquqları eyni maddədə konstitusiya təminatı altına alınmışdır. Konstitusiyanın qeyd olunan norması vəsiyyət etmə hüququ ilə bərabər miras alma hüququna da təminat vermişdir. Çünki vərəsəlik hüququna təminat bir tərəfdən miras qoymağı, eləcə də vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mülki Məcəllənin 1133cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Göründüyü kimi, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Nəzərə alınmalıdır ki, qanun üzrə vərəsəlik məcburilik əlamətinə malik olmadığından miras qoyan vəsiyyətnamə vasitəsi ilə qanun üzrə vərəsələrini (birinci növbə vərəsələr istisna olmaqla) vərəsəlikdən tam və ya qismən kənarlaşdırmaq səlahiyyətinə malikdir. Belə ki, vərəsəlik hüququnun mühüm elementlərindən biri vəsiyyət azadlığıdır. Vəsiyyət azadlığı vasitəsilə miras qoyana mülkiyyəti üzərində sərəncam vermək hüququndan irəli gələrək, vərəsəliyi öz sağlığında şəxsi istəyinə uyğun olaraq tənzimləmək imkanı verilir. Bu azadlığın təminatını müəyyən edən Mülki Məcəllənin 1166-cı maddəsində göstərilmişdir ki, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Mülki Məcəllənin 1176.1-ci maddəsinə görə isə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Lakin qeyd olunmalıdır ki, vəsiyyət etmək azadlığı mütləq xarakter daşımır və mülkiyyət hüququ kimi sosial ədalət baxımından qanunvericiliklə müəyyən edilən hədləri mövcuddur. Mülki qanunvericiliyə əsasən vəsiyyət etmək azadlığı mirasda məcburi pay institutu ilə məhdudlaşdırılmışdır. Yuxarıda qeyd edildiyi kimi, miras qoyan X5 oğlu sağlığında əmlakına dair övladı Cavabdeh vəsiyyətnamə vermişdir. Belə olan halda həmin miras əmlak üzərində vərəsələrin bərabər paylarla vərəsəlik hüququ müəyyən edilə bilməz. Vəsiyyət üzrə vərəsə olduğu təqdirdə qanun üzrə vərəsənin miras əmlakda yalnız məcburi payı olur. Belə ki, Mülki Məcəllənin mirasda məcburi payın anlayışını müəyyən edən 1193-cü maddəsinə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və II hissələrinə, 29-cu maddəsinin İ, II və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il ## ####### tarixli Qərar). Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

Proses iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

20. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

21. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

23. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

24. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Maddə 384.0.1 apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2 Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Hazırki halda iddia tələbi rədd edildiyindən və qətnamə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) Iddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

35. Iddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.

37. Mülki Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

38. Müqavilələrin etibarsız hesab olunması şərtləri və qaydası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349-cu maddələri ilə tənzimlənir.

39. Mülki Məcəllənin 337.1- ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

40. Həmin Məcəllənin 337.1,337.3-337.5-ci maddələrinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında Mülki Məcəllənin məhz göstərilən normalara əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il # ###### və N.Əsədovanın şikayəti üzrə 2021-ci il ## ##### tarixli Qərarlar). O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021- ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).

43. Əqdlərin etibarlı olması üçün bir neçə qrup şərtin (tələbin) olması müəyyən edilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında izah etmişdir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin .... etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il ## ##### tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2- ci maddəsinin şərh edilməsinə dair” 2022-ci il ## #### tarixli Qərarları).

45. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Konstitusiya Məhkəməsi Plenum Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərar).

46. Kollegiya apellyasiya şikayətinə münasibətdə hesab edir ki, iddiaçının qeyd etdiyi kimi vəsiyyətnamə verilən zaman X5 oğlunun iradə ifadəsinin olmaması və psixi vəziyyətinin pozulması ilə bağlı dəlillər öz təsdiqini tapmamışdır. Iddiaçı əsaslandırdığı halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 ##.##.2025-ci il tarixli **** saylı rəyini mübahisələndirsə də, rəyin əsaslı olmasına şübhə yaradan hal müəyyən edilmir. Iddiaçı tərəfindən bunun əksini sübut edəcək hər hansı mötəbər sübut təqdim edilməmişdir.

47. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. Işin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

48. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68)

49. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93)

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

53. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. Kollegiya hesab edir ki, hazırki halda apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar