Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1204/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Fuad Vahid oğlu Qəşəzamzadənin katibliyi, Cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Işin halları
1. Biləcəri Rayon Enerji Təchizatı və Satışı Idarəsinin Enerji Satış Şöbəsinin ##.##.2025-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, İddiaçı elektrik enerjisindən istifadəyə görə yaranmış borcun 2.548,26 manat təşkil etdiyi bildirilmiş, qanunvericiliyin tələbləri izah olunaraq, borcun ödənilməsi tələb edilmişdir.
2. Müdafiə Nazirliyi Bakı rayon MIH-nin * saylı MIS tərəfindən verilmiş ##.##.2015-ci il tarixli *** saylı arayışdan görünür ki, İddiaçı ailə üzvləri ilə Binəqədi-1 hərbi şəhərciyində ** saylı evin ** saylı mənzilində qeydiyyatdadır. Arayışda onun ##.##.2005-ci il tarixdən ##.##.2015-ci il tarixədək həmin ünvanda yaşamadığı, ailəsinin də həmin ünvanda yaşadığının müşahidə edilməməsi qeyd edilmişdir.
3. Cavabdeh ASC-nin ##.##.2025-ci il tarixli **-**/*-*/**-K-*****-*/**** saylı məktubundan görünür ki, İddiaçı *************** saylı abonent kodu üzrə 2005- 2016-cı illərdə istehlak edilmiş elektrik enerjisi dəyərinə görə yaranmış qalıq borcun silinməsi barədə ünvanlanmış məktubuna Cavabdeh ASC-də baxılmışdır. Bununla bağlı bildirilmişdir ki, mübahisələndirilən qalıq borc elektrik sayğacı ilə müəyyənləşən istehlak edilmiş elektrik enerjisinin dəyəri olduğundan həmin borcun abonent hesabından silinməsi enerjitəchizatı müəssisəsi olan Cavabdeh ASC-nin səlahiyyətində deyil.
4. Cavabdeh ASC tərəfindən İddiaçı adına olan *************** nömrəli abunə kodu üzrə çıxarışdan görünür ki, İddiaçı adına qeydiyyata alınmış sayğacın oxunması üzrə 4.609,94 manat borc, aktlar üzrə 413,42 manat borc hesablanmaqla və 2.471 manat ödəmələr çıxılmaqla, ümumi borc məbləği 2.552,36 manat təşkil edir.
5. Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən notarial qaydada təsdiq edilməklə X2 və X3 tərəfindən tərtib edilmiş ************* nömrəli ərizədən görünür ki, ərizəçilər İddiaçı və onun ailə üzvlərinin ##.##.2005-ci il tarixdən ##.##.2016-cı il tarixədək ünvan 2 ünvanında yerləşən ** nömrəli mənzildə yaşadıqlarını görmədiklərini bildirmişlər.
6. Cavabdeh ASC tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, 13- 13/2-1/16- *****/**** nömrəli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, Səhmdar Cəmiyyətin elektron bazasında qeyd olunan ünvanın ## ####### 2003-cü il tarixdə İddiaçı adına qeydiyyata alınaraq elektrik enerjisi ilə təchiz edilməsinə dair məlumat vardır. Qeyd olunan abunə kodu üzrə 2006-2016-cı illərdə istehlak edilmiş elektrik enerjisinə görə 2.448,14 manat, ## ###### 2025-ci il tarixinə isə borc məbləği 2.564,76 manat təşkil edir. Abunə kodu üzrə akt tərtib edilmədiyini bildirməklə nəzərə çatdırır ki, abonentə mütəmadi olaraq xəbərdalıq edilməsinə baxmayaraq qeyd olunan borc məbləği istehlak edilmiş elektrik enerjisi dəyərinin ödənilməməsi səbəbilə yaranmışdır.
7. «Azəriqaz» IB ilə İddiaçı arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə ##.##.2017-ci il tarixli **/**** nömrəli müqavilənin surətindən görünür ki, «Azəriqaz» IB İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən ** nömrəli mənzilin keyfiyyətli qazla təmin edilməsini, İddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş müvafiq hesaba əsasən ödəməyi öz öhdələrinə götürmüşlər.
8. Məhkəmə iclasında baxış keçirilmiş iddiaçı İddiaçı tərəfindən təqdim edilmiş “CD” diskdəki video-görüntülərdən müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzillərə aid elektrik sayğacların binanın 1-ci mərtəbəsində İddiaçı mənzilinin qapısına bitişik divarda yerləşir. Bütün sayğacların yerləşdiyi qutunun üzərini örtən qapının kilidi yoxdur və daim açıqdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ** saylı mənzilin elektrik enerjisi sayğacına yazılmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Iddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC Biləcəri Rayon Enerji Təchizatı və Satış Idarəsi tərəfindən ona məxsus ünvan 1 ünvanda yerləşən ** saylı mənzilinə ##.##.2025-ci il tarixdə 2.548,26 manat borc yazılmışdır. Qeyd etmək istəyir ki, o, hərbçidir, 2005-ci ilin sentyabr ayından 2016-cı ilin sentyabr ayınadək həmin mənzildə yaşamamışdır. Cavabdeh ASC-yə müraciət etsə də, cavabdehin əməkdaşları ona heç bir sənəd təqdim etmədən məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən ona xəbərdarlıq vərəqəsindən başqa, heç bir rəsmi sənəd təqdim edilməmişdir. Bundan əlavə həmin aktın nüsxəsi də ona təqdim olunmamış, vətəndaş hüquqları pozulmuşdur. Hesab edir ki, ##.##.2025-ci il tarixli BLX *** saylı xəbərdarlıq vərəqəsi ləğv olunmalıdır.
11. Sonradan iddiaçı İddiaçı məhkəməyə ##.##.2025-ci il taridə ərizə ilə müraciət edərək, iddia ərizəsində göstərilən 2.552 manat borcun 2.540 manat hissəsinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddianın təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 1.3, 7.6, 7.11, 8.1, 8.2, 8.3, 8.14-ci bəndlərinə, Avropa Insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı ## #### 2007- ci il tarixli qərarına, «Qavazov Bolqarıstana qarşı» iş üzrə ## #### 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il ## #### tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1, 8.2, 8.3, 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4, 227, 233, 360-c; maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən bu iddia ərizəsinə baxılarkən işin bütün halları obyektiv və ədalətli şəkildə araşdırılmamışdır. Həmçinin təqdim edilən sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, bu iddianın daha ədalətli və obyektiv araşdırılması üçün digər imkanlardan istifadə edilməmişdir. Bununla da məhkəmə tərəfindən AR MPM-nin 14-cü maddəsinin tələbləri pozulmuşdur. AR MPM-nin 76cı maddəsinə əsasən: 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunun bu normasından görünür ki, yazılısübutlar və səsyazıları məhkəmə tərəfindən sübut qəbul edildiyi halda, məhkəməyə təqdim etdiyi natorial təsdiq olunmuş ərizə sübut kimi qəbul olunmamışdır. Bir halda ki, həmin ərizədə iddiaçının ##.##.2005-ci il tarixindən ##.##.2016-cı il tarixinədək həmin mənzildə yaşamadığı öz təsdiqini tapır. Bununla da məhkəmə tərəfindən AR MPM-nin 76-cı maddəsinin tələbləri pozulmuşdur. Işin hallarından görünür ki, məhkəmə qanunvericilik normalarını düzgün tətbiq etməmiş və iddianı yetərincə sübut edən fakatları məhkəməyə təqdim etsə də məhkəmə onları nəzərə almamış və əsassız qətnamə qəbul etmişdir. Bununla da məhkəmə tərəfindən AR MPM-nin 217-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəməyə bu mənzildə yaşamadığını sübut edən faktları təqdim etsə də, əfsuslar olsun ki, məhkəmə tərəfindən bu nəzərə alınmamış və əsassız olaraq iddia rədd edilmişdir. Ona görə də hesab edir ki, işin halları yenidən araşdırılmalı və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın
19. 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır.Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır.
20. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir.
21. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır.
22. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqısatqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.
23. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Istehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
24. 8.3-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır.
25. 8.14-cü bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.
35. Iddiaçı borcun müəyyən edildiyi dövrdə mənzildə yaşamadığına görə borcun əsassız yazıldığını bildirmişdir. Iddiaçı mübahisəli mənzildə yaşamamasını təqdim etdiyi Mənzil Istismar Sahəsinin arayışı və qonşuların notarial təsdiqli ərizəsi ilə sübut etməyə çalışmışdır.
36. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı həmin mənzildə yaşamadığını və bunun notarial ərizə ilə təsdiq edildiyini, lakin bu halın birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamaqla iddianın əsassız rədd edildiyini qeyd etmişdir. Lakin birinci instansiya məhkəməsi bu hala münasibət bildirərək təqdim edilən sübutların mötəbərliyinə şübhə etmədiyini, bununla belə, mənzil mülkiyyətçisinin mənzildə yaşamamasının həmin mənzildə istifadə edilmiş elektrik enerjisinin istehlakından yaranan borcun silinməsinə əsas verən hal olmadığını qeyd etmişdir. Belə ki, abonentin saldosundan görünür ki, iddiaçıya elektrik enerjisindən istifadə üzrə borclar sayğac göstəricilərinə uyğun hesablanmışdır, iddiaçı barəsində EEIQ-in pozulmasına dair hər hansı akt tərtib edilməmişdir. Digər sözlə ifadə etdikdə, yığılmış borc məbləği mənzildə elektrik enerjisinin sərfiyyatının birbaşa nəticəsi olaraq yığılmışdır, hər hansı akt üzrə hesablanmış borc məbləği deyil. Iddiaçıya müvafiq bildirişlə göndərilmiş elektrik enerjisi borcu hər hansı akta, yaxud aktlara əsasən itirilmiş enerjinin bərpası şəklində yazılmamışdır. Iddiaçının yaşadığı mənzildə olan sərfiyyat sayğac göstəricilərinə əsasən dövri olaraq hesablanmış, abonent saldosuna işlənmişdir.
37. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçıya elektrik enerjisindən istifadəyə görə yaranmış borcla bağlı bildirişin hər hansı səbəbdən çatdırılmaması, yaxud göndərilməməsi onu sayğac göstəricilərinə uyğun borc məbləğini dövri olaraq (hər ay, yaxud müqavilədə təsbit olunmuş dövrilik üzrə) ödəmək vəzifəsindən azad etmir.
38. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. Işin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
39. Avropa Insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı ## #### 2007- ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
40. «Qavazov Bolqarıstana qarşı» iş üzrə ## #### 2008-ci il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93).
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
42. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
43. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.