Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1215/2026 01.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər X1 və X2 qarşı iş üzrə (açar sözlər: müddətin ötürülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X3 ibarət tərkibdə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər X1 və X2 qarşı lizinq müqaviləsi üzrə mübahisələr tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı “xxxx” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X1 və X2 qarşı lizinq müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanmışdır. Həmin qərardad ##.##.2026-cı il tarixdə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin elektron kabinetinə yerləşdirilməklə ona rəsmi qaydada təqdim edilmişdir. Məhkəmənin həmin qərardadından iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ##.##.2026-cı il tarixində elektron qaydada məhkəməyə daxil olmuş şikayəti qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə edilməməsi səbəbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)- ****/**** saylı qərardadı ilə geri qaytarılmış, həmin qərardad ##.##.2026-cı il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilməklə ona rəsmi qaydada təqdim edilmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ##.##.2026-cı il tarixdə şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı tarixli, qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X1 və X2 qarşı lizinq müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ##.##.2026-cı il tarixdə şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı tarixli, qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X1 və X2 qarşı lizinq müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı - şikayət verən məhkəmənin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş edir, həmin qərardad ##.##.2026-cı il tarixdə iddiaçıya məxsus elektron kabinetlərə yerləşdirilmiş, onun qeyd edilən qərardaddan şikayətinin verilməsi üçün müəyyən edilmiş 10 günlük prosessual müddətin axını ##.##.2026-cı il tarixdən başlamış və ##.##.2026-cı il tarixdə bitmişdir. Buna baxmayaraq, qeyd edilən qərardaddan şikayət iddiaçı tərəfindən ##.##.2026-cı il tarixdə, yəni qanunvericiliklə müəyyən edilmiş 10 günlük mübahisələndirmə müddəti ötürülməklə məhkəməyə təqdim edilmiş, bununla belə şikayətə buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilməmişdir. Bu da öz növbəsində şikayətin geri qaytarılması üçün əsas yaradır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən geri qaytarılmalıdır. Şikayətin dəlilləri, şikayətə qarşı etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi əks təqdirdə isə şikayətə baxıldıqdan sonra yeddi gün müddətində işin apellyasiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X1 və X2 qarşı lizinq müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki iş üzrə iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Hesab edilir ki, qərardad əsassız və qanunsuzdur. Belə ki, təkrarən eyni iş üzrə hakim tərəfindən qərəzli olaraq əsassız qərardad qəbul edilmişdir. Belə ki, hakim tərəfindən təkrarən iddia baxılmamış saxlanılmış və qeyd edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə məlumat verilməmişdir. Halbuki, iddiaçı tərəfindən məhkəməyə ##.##.2025-ci il tarixdə ərizə göndərilmiş və ərizədə qeyd edilmişdir ki, "Hörmətli məhkəmə, təyin edilmiş məhkəmə iclaslarında üzrlü səbəblərdən iştirakımız mümkün olmayacaqdır. Sübutlar tərəfimizdən təqdim edilmişdir. İddiamızın təmin edilməsini Sizdən xahiş edirəm". Diqqət edilərsə həmin ərizədə konkret tarixli məhkəmə iclasında deyil, ümumiyyətlə məhkəmə iclaslarında iddiaçının iştirakının olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə isə qeyd edilən ərizəni ümumiyyətlə nəzərə almamış və qanunsuz qərardad qəbul etmişdir. Əlavə olaraq qeyd edilir ki, məhkəmə tərəfindən 17 yanvardan 21 yanvar tarixinə növbəti iclas təyin edilmişdir ki, bu da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinin pozulması deməkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 138.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir. Məhkəmə tərəfindən isə qeyri-müəyyən səbəblərdən 4 gün sonraya məhkəmə iclası təyin edilmişdir. Hətta təyin edilmiş məhkəmə iclası ilə bağlı da öncədən məhkəməyə ünvanlalana ərizə olmuşdur ki, məhkəmə nəzərə almamışdır. Azərbaycan Respublikası MPM-nin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə ##.##.2026-cı il tarixli qərardadında qeyd etmişdir ki, "şikayət verən məhkəmənin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş edir, həmin qərardad ##.##.2026-cı il tarixdə iddiaçıya məxsus elektron kabinetlərə yerləşdirilmiş, onun qeyd edilən qərardaddan şikayətinin verilməsi üçün müəyyən edilmiş 10 günlük prosessual müddətin axını ##.##.2026-cı il tarixdən başlamış və ##.##.2026-cı il tarixdə bitmişdir.” Buna baxmayaraq, qeyd edilən qərardaddan şikayət iddiaçı tərəfindən ##.##.2026-cı il tarixdə, yəni qanunvericiliklə müəyyən edilmiş 10 günlük mübahisələndirmə müddəti ötürülməklə məhkəməyə təqdim edilmiş, bununla belə şikayətə buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilməmişdir. Bu da öz növbəsində şikayətin geri qaytarılması üçün əsas yaradır. Hazırda iddiaçının şikayəti məhkəmənin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli geri qaytarma qərardadındandır. Məhkəmədən həmin qərardadın ləğv edilməsini əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş olunur. Göstərilənləri nəzərə alaraq, *(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadın ləğv edilməsini, əks təqdirdə bu şikayətin baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi Sizdən xahiş olunur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X1 və X2 qarşı lizinq müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Maddə 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı işdən müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı tarixli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X1 və X2 qarşı lizinq müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Həmin qərardadında məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəmənin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadını rəsmi qaydada ##.##.2026-cı il tarixdə alsa da, şikayətin verilməsi üçün müəyyən edilmiş prosessual müddəti ötürmüş, yəni qanunvericiliklə müəyyən edilmiş 10 günlük mübahisələndirmə müddəti ötürülməklə şikayəti ##.##.2026-cı il tarixdə məhkəməyə təqdim etmiş, şikayətə buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatətini əlavə etməmişdir. Kollegiya qeyd edir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir və bu qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. İstinad olunanlara əsasən kollegiya iddiaçının mübahisələndirdiyi ##.##.2026-cı il tarixdə rəsmi qaydada aldığı qərardaddan ##.##.2026-cı il tarixdə şikayət verməklə müddəti ötürməsini, müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsi barədə sübutlarını və müddətin bərpa edilməsinə dair vəsatətini məhkəməyə təqdim etməməsini nəzərə alıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-1215/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1215/2026
01.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver