Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1256/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Gül Hüseynova İnesa Nikolayevnanın cavabdeh Cavabdeh ASC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № *(103)-1256/2026 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı Gül Hüseynova İnesa Nikolayevna, iddiaçının nümayəndəsi X5, cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Gül Hüseynova İnesa Nikolayevnanın cavabdeh Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Gül Hüseynova İnesa Nikolayevnanın cavabdeh Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanına abonent kodu (901531000205569) 1695,01 manat əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanına abonent kodu (09030**********) 1695,01 (min altı yüz doxsan beş manat 01 qəpik) manat əsassız borc yazılmışdır. Belə ki, həmin evdə yaşayış olmayıb və yaşayış olmadığı halda 1695,01 (min altı yüz doxsan beş manat 01 qəpik) manat borcun yazılması tamamilə qanunsuz və əsassızdır. Bu barədə MKTD * saylı xüsusi təyinatlı MKTB-nin ** saylı MKİS–nin ##.##.2025-ci il tarixli arayışına əsasən mənzildə 2000-ci ildən yaşayış yoxdur və olmayıb. Asan xidmətə abonent kimi qeydiyyata alınmağı barədə müraciət edəndə ondan məcburi köçkünlərə aid olan 2275,81 manat borcun ödənilməsini tələb etdilər. “xxxx” ASC-yə də eyni məzmunlu xahişlə (tələblə) müraciət etmiş, xxxx ASC ##.##.2022-ci il tarixli ****/Ə-***/**** nömrəli məktubla xahişini rədd etmişdir. O, mülkiyyətçisi olduğu mənzildə yaşamamış və yaranmış 2275,81 manat borca görə orada faktiki yaşamış məcburi köçkünlər məsuliyyət daşıyırlar. Nazirlər Kabinetinin ##.##.2005ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 4.1-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Onun isə xxxxla, yaxud onun qurumları ilə hər hansı müqaviləsi yoxdur. Bu iddianı əvvəlcə Nəsimi Rayon Məhkəməsində qaldırmışdır. *(***)-****/**** nömrəli iş üzrə ##.##.2024-cü il tarixli qərardadla (hakim Ramin Xəlilov) işin inzibati məhkəməyə aid olduğu vurğulanmaqla iddiaya baxılması mümkünsüz hesab edilmişdir. Bakı inzibati məhkəməsinə üz tutmuş, *-*(***)-****/**** nömrəli iş üzrə ##.##.2025-ci il tarixli qərardadla iddianın ümumi məhkəməyə aid olması səbəbindən mahiyyəti üzrə baxılmasından imtina olunmuşdur. Şikayət etdiyi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası *-*(***)-****/**** nömrəli iş üzrə ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Həbibə Miriyeva) iddianın təmin edilməməsi qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 427.3, 433.1, 442, 448.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** saylı qərarı ilə təsdiq olunmuş «xxxx»nın 1.2, 7.10, 7.13, 9.1, 9.10-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş abonent haqqında məlumatdan görünür ki, həmin borcun 1695,01 manat hissəsinin akt əsasında yazıldığı qeyd edilmiş, lakin həmin akt cavabdeh tərəfindən nə iddiaçıya, nə də məhkəməyə təqdim edilməmişdir. Həmin borcun 2013-cü ilə qədər yaranması işin mübahisəsiz halıdır. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X1 küçəsi ev 2, mənzil 2 (yeni qaydalarla: ünvan 2) ünvanı qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında ##.##.2025 ildə xüsusi mülkiyyət kimi Gül Hüseynova İnesa Nikolayevnanın adına qeydə alınmışdır. Bundan sonra ##.##.2025-ci ildə cavabdehlə elektrik enerjisinin alqı-satqısı haqqında müqavilə imzalanmış, həmin mənzilin sayğacı yenilənmiş, bunun üçün iddiaçı tərəfindən 523 manat ödəniş edilmişdir. Daha sonra məlum olmuşdur ki, mənzilə dair akt əsasında 1695 manat borc hesablanmışdır. Lakin bu günə qədər həmin akt təqdim edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Apellyasiya baxışında iştirak edən iddiaçı Gül Hüseynova İnesa Nikolayevna apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.
9. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, borcun yaranma səbəbi aydın deyil. Akta əsasən iddiaçıya 1695 manat borc yazılıb, lakin həmin akt təqdim edilməyib.
10. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qarşı tərəf saldoda aktların qeyd edildiyini bildirir, lakin orada bağlanan aktlar qeyd olunub. Bağlanan aktlar qrafası əvvəldən qalmış sistemdir, həmin sistemə müdaxilə edilməsi mümkün deyil. Bağlanan aktlar çaşqınlığa səbəb ola bilər, həmin qrafada hesablanan məbləğ limitdən artıq sərfiyyat üzrə hesablanan məbləğdir. Eyni zamanda həmin qrafaya istehlakçı tərəfindən xxxxnın pozulması nəticəsində tərtib edilən aktlar düşür. Təqdim edilən saldodan görünür ki, iddiaçı tərəfindən xxxxnın pozulması nəticəsində tərtib edilən aktlar qeyd edilməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
11. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;
12. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
13. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır
14. Maddə. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilməsi “xxxx”
15. Bənd 1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır.
16. Bənd 7.9. Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir.
17. Bənd 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur.
18. Bənd 7.17. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinin hesablaşma uçotunun sxeminin dəyişdiril-məsi, həmçinin uçot cihazlarını qidalandıran ölçü transformatorlarının yerlərinin dəyişdirilməsi və əvəz olunması müvafiq olaraq elektrik enerjisinin alqı-satqı münasibətlərində olan tərəfin rəsmi razılığı ilə yerinə yetirilə bilər .
19. Bənd 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.
20. Bənd 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.
21. Bənd 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
25. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını aydınlaşdırmamış, bundan irəli gələn maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
31. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X1 küçəsində yerləşən * saylı evin, * nömrəli mənzili iddiaçının hazırda vərəsəsi olduğu mərhum əri Gül-X8 məxsus olmuşdur. Sağlığında Cavabdeh ASC-də Gülhüseyn Cəbrayıl adına qeydə alınmış 09030********** saylı abunə koduna 2000-2013-cü illər üzrə sayğac sərfiyyatına əsasən 1695.01 manat borc yaranmışdır. Hazırda iddiaçı Gül Hüseynova İnesa Nikolayevna ** saylı MKİS-nin ##.##.2025-ci il tarixli arayışına istinad edərək, 2000-ci ildən sözügedən mənzildə yaşayışın olmamasını bildirib, borcun silinməli olmasını iddia edir. Cavabdeh isə silinməsi tələb olunan məbləğin sayğac sərfiyyatına əsasən hesablandığını bildirərək, iddianın rədd olunmasını xahiş edir.
32. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının adına borcun mövcudluğu işin mübahisəsiz halıdır və həmin borcun yaranma əsası ilə bağlı sübutetmə yükü cavabdehin üzərinə düşür.
33. Belə ki, cavabdeh orqan borcun yaranma əsası kimi abonentin 2002-ci ildən 2013cü ilə qədər apardığı enerji sərfiyyatını göstərmişdir. Bununla belə iş materiallarındakı abonent saldosundan görünür ki, hazırda mübahisələndirilən 1695,01 manat borc məbləği tərtib olunmuş aktlara əsasən tərtib olunmuş qrafada yer almışdır və nəticə etibarilə akta əsasən hesablanan borcdur. Bu halda isə növbəti addım kimi həmin aktlar məhkəməyə təqdim olunmalı və iş materialları ilə birgə tədqiq olunmalıdır.
34. Lakin cavabdehin nümayəndəsinin özünün də bildirdiyi kimi abonent saldosunda 2000-2013-cü illər aralığında sayğacdan qeyri-qanuni istifadə nəticəsində tərtib olunmuş akt(lar)a əsasən hesablanmış borc məbləğinin əsaslandığı hər hansı sənəd və ya həmin tərtib edilmiş akt(lar) məhkəməyə təqdim edilməmiş və həmin sənədlərin mövcudluğu hər hansı formada öz təsdiqini tapmamışdır.
35. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
36. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
37. Qeyd edilənlərə əsasən həmin aktlar əsasında iddiaçının adına müvafiq məbləğdə borcun hesablanması əsassız olmuş, birinci instansiya məhkəməsi isə sübutetmə yükünü düzgün müəyyənləşdirməyərək yanlış nəticəyə gəlmişdir.
38. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh tərəfindən tərtib edilən aktlar qanuni və əsaslı şübhə doğurduğundan, hesablanmış borcun silinməsinə dair iddia tələbi əsaslı hesab edilməli, apellyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
40. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
42. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
43. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
44. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
46. Kollegiya hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 36,95 manat məbləğində dövlət rüsumunun dəyəri cavabdeh Cavabdeh ASC-dən tutularaq dövlət nəfinə keçirilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanına hesablanmış (abonent kodu 901531000205569) 1695,01 (min altı yüz doxsan beş manat bir qəpik) manat məbləğində borc silinsin. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 36,95 (otuz altı manat doxsan beş qəpik) manat dövlət rüsumunun dəyəri cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev