Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1257/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 (sədrlik edən və məruzəçi), Qafarova Rəna Nazim qızı və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, Cavabdeh Cavabdeh İmran qızının iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh İmran qızına qarşı “alqısatqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İmran qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı «xxxx» MMC cavabdeh Cavabdeh İmran qızına qarşı alqısatqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh İmran qızından 168 manat ödənilməmiş hissə, 16.80 manat cərimə, ümumilikdə, 184.80 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən cavabdeh Cavabdeh İmran qızı tərəfindən apellyasiya şikayəti verilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh İmran qızı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq tərəflər arasında məsələnin məhkəmədən kənar həll etdiklərindən apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh İmran qızı ərizəsinin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, cavabdeh Cavabdeh İmran qızının apellyasiya şikayətindən imtinası qəbul edilməli və iş üzrə cavabdeh Cavabdeh İmran qızının apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur; 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər; 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki cavabdeh Cavabdeh İmran qızının qeyd edilən qətnamədən verdiyi apellyasiya şikayətindən imtina etməsi qanuna zidd olmadığından qəbul olunmalı, cavabdeh Cavabdeh İmran qızına münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263- 264-cü, 369-cu, 400-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İmran qızının apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-1257/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1257/2026
10.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver