Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1287/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, iddiaçı İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona cavabdeh təşkilat tərəfindən əsassız və qanunsuz olaraq yazılmış borcların silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşmə verərək, bildirmişdir ki, onun qaza olan borcu 2.000 manat məbləğ olduğundan qalan borclarının silinməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə təkrar iddia ərizəsinə dəqiqləşmə verərək, bildirmişdir ki, onun qaza olan borcu 6.577 manat məbləğ olduğundan qalan borclarının silinməsini xahiş etmişdir. Daha sonra iddiaçı təkrar məhkəməyə iddia ərizəsinə dəqiqləşmə ərizəsi verərək, məhkəmədən işin ədalətli həllinin təmin edilməsini, cavabdeh tərəfindən adına yazılmış bütün cərimə və borc məbləğlərinin tam silinməsini və iş üzrə iddia tələbinin tam həcmdə təmin edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan, onun ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış *********** nömrəli qaz sayğacına cavabdeh təşkilat tərəfindən xeyli miqdarda əsassız borclar hesablanmışdır. Cavabdeh tərəfin qanuna zidd əməlləri nəticəsində, cavabdehin vəzifə səlahiyyətlərini aşmaqla vəzifələrindən sui-istifadə etməklə abonent olaraq adına (qeyd olunan qaz sayğacına) qanunsuz və əsassız olaraq xeyli məbləğdə borclar yazılmışdır. Belə ki, cavabdeh tərəfin qanuna zidd əməlləri nəticəsində cavabdeh tərəfindən adına ##.##.2022-ci il tarixə 4.465,48 manat, ##.##.2022-ci il tarixə 4.494,64 manat, ##.##.2022-ci il tarixə 8.012,70 manat (cavabdeh tərəf ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixə kimi olan müddətdə mavi yanacaq olan qazın əhaliyə verilişinin yay mövsümünə keçdiyi müddətdə onun birdən birə 3.000 manatdan artıq məbləğdə qazdan istifadə etdiyini qeyd edir. Bu qədər yanacağın Bakı şəhərinin heç bir məhkəmə binasında sərfiyyatına yay mövsümündə rast gəlinmir. Son ildə isə ona ##.##.2024-cü il tarixinə 8.199,30 manat, ##.##.2024-cü il tarixə 8.212,50 manat, ##.##.2024-cü il tarixə 8.231,58 manat, son qəbzdə ##.##.2024-cü il tarixdə 8.272,50 manat olmaqla əsassız və qanunsuz olaraq yekun borc yazılmışdır. Cavabdeh İstehsalat Birliyi cavabdeh olaraq qanunsuz borclar yükləməklə digər tərəfdən korrupsiya hallarını ört-basdır etməyə çalışır və ya qeyri-qanuni olaraq (şəxslərə və ya obyektlərə) satdığı qaz təchizatının izlərini gizlətməyə çalışır. O, evində mavi yanacaqdan, yəni qazdan az istifadə etdiyi halda onun oğurlu qaz xətti istifadə edilməsi başa düşülmələn deyildir. Cavabdehin bütün arqumentləri əsassız və qanunaziddir. Belə ki, o, evində özü və ailəsinə lazımi qədər qaz sərfiyyatından qənaət etməklə istifadə edir. Onun rəsmi iş yeri yoxdur. Günlük iş olanda işləyib özünü və ailəsini çətinliklə dolandırır. Təbii ki maddi imkan yüksək olardısa, evinin bütün otaqları qızdırıcı ilə təmin edilməli və evində, hamam otağında müəyyən günlərdə deyil, hər gün isti sudan istifadə olunmalı idi. Onun ailə büdcəsini nəzərə almağından, Azəriqaz” İB tərəfindən onun adına qeyri-qanuni borclar yazılıb. O, cavabdehin qanunazidd əməlləri ilə razılaşmır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı (abonent kodu: 100415403300010) cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən 2016-cı ilin noyabr ayı üzrə hesablanmış 228 manat borcdan 33,6 manat; 2016-cı ilin dekabr ayı üzrə hesablanmış 134 manat borcdan 36,8 manat; 2017-ci ilin may ayı üzrə hesablanmış 303,6 manat borcdan 12 manat; 2017-ci ilin dekabr ayından 2018-ci ilin mart ayınadək hesablanmış 1.072,8 manat borcdan 780,4 manat; 2018-ci ilin mart ayından iyun ayınadək hesablanmış 964,2 manat borcdan 672,6 manat; 2018-ci ilin iyun ayından sentyabr ayınadək hesablanmış 392,4 manat borcdan 100,8 manat; 2018-ci ilin sentyabr ayından dekabr ayınadək hesablanmış 334,8 manat borcdan 43,2 manat; 2018-ci ilin dekabr ayından 2019-cu ilin mart ayınadək hesablanmış 412,2 manat borcdan 129,6 manat; 2019-cu ilin mart ayından iyun ayınadək hesablanmış 295,2 manat borcdan 3,6 manat; 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayınadək hesablanmış 1.144,8 manat borcdan 853,2 manat; 2020-ci ilin mart ayından iyun ayınadək hesablanmış 1.144,8 manat borcdan 853,2 manat; 2020-ci ilin iyun ayı üzrə hesablanmış 114,60 manat borcdan 17,4 manat; cəmi qeyd olunan dövr üzrə hesablanmış 3.536,4 (üç min beş yüz otuz altı manat qırx qəpik) manat borcun silinməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün ## ##### 2026-cı il tarixə təyin edilmişdir. Bununla belə, işə apellyasiya qaydasında baxılarkən “AZEMİS” vasitəsilə müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən # ##### 2026-cı il taixdə apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı işin apellyasiya baxışından çıxarılmasına etiraz etmişdir. İş üzrə digər tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğun olub-olmamasının yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli qərardadı ləğv edilməklə mülki iş apellyasiya baxışından çıxarılmalı və qeyd edilən məsələlərin həll edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli *(*-*)-****/**** saylı qərardadı ləğv edilməklə, mülki iş apellyasiya baxışından çıxarılsın və iddiaçı İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinə münasibət bildirilməsi məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(3-6)-1287/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1287/2026
28.04.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver