Məhkəmə qərarları › İş №2(3-6)-1311/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1311/2026

03.04.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1311/2026 03.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X2 ibarət tərkibdə, *(***)-****/**** saylı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qərardaddan cavabdeh Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 cavabdeh Cavabdeh qarşı irəli sürdüyü “borcun ödənilməsi tələbi barədə” kiçik iddiasına dair mülki işə baxmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə iddia tələbinin qismən təmin edilməsini qət edilmişdir. Cavabdeh ##.##.2026-cı il tarixdə və ##.##.2026-cı il tarixdə həmin qətnamədən iki dəfə apellyasiya şikayətləri vermiş, lakin hər iki şikayət Rayon Məhkəməsi tərəfindən geri qaytarılmışdır. ##.##.2026-cı il tarixdə cavabdeh yenidən (üçüncü dəfə) apellyasiya şikayəti vermiş və eyni zamanda ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla apellyasiya şikayətinin və “prosessual müddətin bərpa edilməsi haqqında” ərizənin qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə, “MPM-ə əlavə 2”-də müəyyən edilmiş forma və məzmuna riayət edilmədən verildiyindən apellyasiya şikayəti qaytarılmalıdır. Apellyasiya şikayəti qaytarıldığından “prosessual müddətin bərpa edilməsi haqqında” ərizəyə baxılması qeyri-mümkündür. Buna görə də, həmin ərizə də qaytarılmalıdır. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini, “prosessual müddətin bərpa edilməsi haqqında” ərizənin təmin edilməsini və qətnamədən verdiyi apellyasiya şikayətinin qəbul edilərək, baxılması üçün, işlə birlikdə apellyasya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin qətnamədən verdiyi apellyasiya şikayəti MPM-in tələblərinə, “MPM-ə əlavə 2”-də müəyyən edilmiş forma və məzmuna uyğun qaydada verilmiş, lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraata qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, şikayət MPM-in tələblərinə və “MPM-ə əlavə 2”-də nəzərdə tutulmuş məzmuna uyğun deyil. Ən azından qeyd etmək olar ki, cavabdeh, qətnamədən verdiyi apellyasiya şikayətində, şikayətin baxılması nəticəsi ilə hansı yekun məhkəmə aktının qəbul edilməsini göstərməmişdir. Halbuki, MPM-in 361.1.4-cü maddəsinə görə, məhkəmə aktından verilmiş şikayətdə şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. MPM-in 361.1.5-ci maddəsinə görə, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları şikayətdə göstərməlidir. MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti qaytarılır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 397, 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Cavabdeh Cavabdeh verdiyi şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar