Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1342/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, iddia ərizəsinin geri qaytarılmasına dair Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin *(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadından iddiaçı İddiaçıan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İddiaçıan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin, o cümlədən texnogen qəzaların, yanğınların və partlayış təhlükəsinin qarşısının alınmasını nəzərə alaraq Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Nefçilər küçəsi (2-ci mədən küçəsi) ünvanında, 24021, 24094 və ***** nömrəli neftqaz quyularının mühafizə zonasında, X- 409335; Y-4478069 coğrafi koordinatlarda, cavabdeh X1 tərəfindən, ünvan 1 ünvanında, 25005, 25035 və ***** nömrəli neft-qaz quyularının mühafizə zonasında, X- 409300; Y-4478046 coğrafi koordinatlarda cavabdeh cavabdeh4 tərəfindən, ünvan 1 Ev 61 ünvanında, 24003, 24002 və ***** nömrəli neft-qaz quyularının mühafizə zonasında, X- 409257; Y-4478151 coğrafi koordinatlarda, cavabdeh X2 tərəfindən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Nefçilər küçəsi (2-ci mədən küçəsi) ünvanında, 24029 və ***** nömrəli neft-qaz quyularının mühafizə zonasında, X- 409238; Y- 4478145 coğrafi koordinatlarda, cavabdeh cavabdeh1 tərəfindən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Nefçilər küçəsi (2-ci mədən küçəsi) ünvanında, ***** nömrəli neft-qaz quyusunun mühafizə zonasında, X-409234; Y-4478145 coğrafi koordinatlarda, cavabdeh cavabdeh2 tərəfindən inşa edilmiş özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi, ərazinin boşaldılması, zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq “Azneft” İB-yə ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin *(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmışdır. Qərardadda İddiaçıan Respublikası Mülki Məcəlləsinin 152.1.7, 152.2, 152.3, 152.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Belə ki, iddia ərizəsindən də görünür ki, iddiaçı bir neçə cavabdehə qarşı ayrı-ayrı ərazilərdə tikilmiş tikililərin sökülməsinə dair tələb irəli sürmüşdür. Məhkəmə hesab edir ki, sözügedən tələblərin hər biri ayrı-ayrı cavabdehlərə münasibətdə ayrıca icraat formasında verilməli olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunan qanunvericilik aktı normasına, əsasən, hesab edir ki, bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçı şikayət vermiş, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadını ləğv edərək işə mahiyyəti üzrə baxılmasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Sabunçu rayon Məhkəməsinin hazırkı iş üzrə icraata qəbul etməmə haqqında qərardadı əsassızdır. İddiaçıan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Həmin Məcəllənin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Belə ki, hazırkı işdə təqdim edilən iddia ərizəsi bütün bu tələblərə cavab verir, iddianın mahiyyəti eyni hüquq pozuntusuna –yəni SOCAR-a məxsus ərazidə qanunsuz tikililərin inşasına aiddir. Bu baxımdan iddianın bir neçə cavabdehə qarşı eyni zamanda verilməsi tam əsaslı və prosessual baxımdan mümkündür. Hazırkı işdə cavabdehlərin hamısı eyni ərazi və eyni küçədə qanunsuz tikinti aparmış şəxslərdir. Bu isə tələblər arasında hüquqi əlaqənin mövcud olduğunu göstərir. Bu səbəbdən də hesab edir ki, onların hər biri eyni hüquqi pozuntu ilə bağlı olduğundan iddianın vahid formada qaldırılması qanunidir və prosessual baxımdan doğrudur. Tikinti işləri aparılan ərazi neft-qaz quyularının mühafizə zonasında yerləşir ki, bu da potensial olaraq yanğın, partlayış və digər ağır nəticələrə səbəb olmaqla insanların həyat və sağlamlığı üçün real təhlükə yaradır. Odur ki, çıxarılacaq qərarın təmin edilməsi və gələcəkdə yanğın və partlayışla nəticələnə bilən, insanların həyat və sağlamlığı üçün potensial riskin qarşısının vaxtında alınması, həmçinin bədbəxt və xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülməsi zəruridir və vacibdir. Eyni zamanda qeyd edir ki, Rayon Məhkəmələrinin təcrübəsində bir neçə cavabdehə qarşı vahid iddia ərizələrinin icraata qəbul edilməsi geniş yayılmışdır. Belə ki, SOCAR-ın istifadəsində olan torpaq sahələrinə dair qanunsuz tikililərin sökülməsi tələbi ilə çoxsaylı cavabdehlərə qarşı iddialar vahid işdə birləşdirilərək icraata qəbul edilmişdir. Həmçinin, eyni hüquqi əsaslara malik iddialar üzrə “Azneft” İB tərəfindən Sabunçu Rayon Məhkəməsinə təqdim edilmişdir. Həmin iddia ərizələrinin bir qismi icraata qəbul edilmiş və hazırda mahiyyəti üzrə baxılır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin *(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə əsasən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin məcəllənin tələblərinə əsasən, 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd edilənlərə və İddiaçıan Respublikası Konstitusiyasının 24 (III), 80; “Normativ hüquqi aktlar haqqında” İddiaçıan Respublikası Konstitusiya Qanununun 62-67; İddiaçıan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 149-153, 385-398-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, formal və aidiyyəti olmayan mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Kollegiya hesab edir ki, çatışmazlıqları aradan qaldırmaqla müraciət hüquqları mövcuddur. Qanunvericiliyin fərqli təfsir edilməsi (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir, habelə bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Şikayətin dəlillərinə dair qeyd edilməlidir ki, sözügedən tələblərin hər biri ayrı-ayrı cavabdehlərə münasibətdə ayrıca icraat formasında verilməli olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin “bir neçə cavabdehə qarşı ayrı-ayrı ərazilərdə tikilmiş tikililərin sökülməsinə dair tələbin irəli sürülməsi yolverilməzliyi” əsasları öz təsdiqini tapır. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Nefçilər küçəsi (2-ci mədən küçəsi) ünvanında, 24021, 24094 və ***** nömrəli neft-qaz quyularının mühafizə zonasında, X- 409335; Y-4478069 coğrafi koordinatlarda, 25005, 25035 və ***** nömrəli neftqaz quyularının mühafizə zonasında, X-409300; Y-4478046 coğrafi koordinatlarda, 24003, 24002 və ***** nömrəli neft-qaz quyularının mühafizə zonasında, X-409257; Y-4478151 coğrafi koordinatlarda, 24029 və ***** nömrəli neft-qaz quyularının mühafizə zonasında, X- 409238; Y-4478145 coğrafi koordinatlarda, ***** nömrəli neft-qaz quyusunun mühafizə zonasında, X-409234; Y-4478145 coğrafi koordinatlarda, inşa edilmiş özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi, ərazinin boşaldılması, zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması tələbinin özündən birbaşa görünür ki, iddianın mahiyyəti eyni hüquq pozuntusuna – yəni SOCAR-a məxsus ərazidə qanunsuz tikililərin inşasına aid olsa da, fərqli cavabdehlərə qarşı, fərqli neft-qaz quyularının mühafizə zonasında və coğrafi koordinatlarda yerləşən ərazilərə aiddir. Qeyd edilməlidir ki, prosessual qanunvericiliyin hədlərinin tələbləri baxımından fərqli şəxslərə və ərazilərə dair araşdırmalı olan halların müəyyən edilməsi müddətləri və əsasları da fərqlidir. Diqqətə çatdırılmalıdır ki, İddiaçıan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və İddiaçıan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 395-403-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı İddiaçıan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin *(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(3-6)-1342/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1342/2026
27.04.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver