Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1345/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçıan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin cavabdehlər cavabdeh5, cavabdeh2, cavabdeh4, cavabdeh3, cavabdeh1 qarşı (Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (açar sözlər: bir və ya bir neçə cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddianın mümkünlüyü) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin cavabdehlər cavabdeh5, cavabdeh2, cavabdeh4, cavabdeh3, cavabdeh1 qarşı (Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahələrinin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçıan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat İddiaçı İddiaçıan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh cavabdeh1 tərəfindən ünvan 3, 2-ci mədən küçəsi ünvanında, 25033, 25038 və ***** nömrəli neft-qaz quyularının mühafizə zonasında, X****** Y- 4478047 coğrafi koordinatlarda, cavabdeh cavabdeh5 tərəfindən ünvan 3, 2-ci mədən küçəsi ev 75B ünvanında, 25033 və ***** nömrəli neft-qaz quyularının mühafizə zonasında, X-409314 Y-4478078 coğrafi koordinatlarda, cavabdeh cavabdeh4 tərəfindən ünvan 3, 2-ci mədən küçəsi ünvanında, 24014, 25033 və ***** nömrəli neft-qaz quyularının mühafizə zonasında, X- 409306 Y-4478075 coğrafi koordinatlarda, cavabdeh cavabdeh3 tərəfindən ünvan 3, 2-ci mədən küçəsi ünvanında, 24014 25033 və ***** nömrəli neft-qaz quyularının mühafizə zonasında, X-409298 Y-4478068 coğrafi koordinatlarda, cavabdeh cavabdeh2 tərəfindən ünvan 3, 2-ci mədən küçəsi ev 75B ünvanında, 24036,24021 və ***** nömrəli neft-qaz quyularının mühafizə zonasında X-409322 Y-4478092 coğrafi koordinatlarda (əhalinin təhlükəsizliyinin təmin olunması, yarana biləcək qəzalardan mühafizə etmək məqsədilə) yerləşən özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi, ərazinin boşaldılması və ödənilmiş dövlət rüsumlarının cavabdehlərdən tutularaq "Azneft" İB-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə iddiaçı İddiaçıan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyinin cavabdehlər cavabdeh5, cavabdeh2, cavabdeh4, cavabdeh3, cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahələrinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılması, ##.##.2025-ci il tarixli, ********** nömrəli qəbz əsasında ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı İddiaçıan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyinə qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizə İddiaçıan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır. Belə ki, iddiaçı bir iddia ərizəsində bir-biri ilə əlaqəsi olmayan bir neçə iddia tələbini birləşdirmişdir. Məhkəmə qeyd etmişdir ki, ərizənin məzmunundan da göründüyü kimi cavabdehlərin hər birinə qarşı ayrıca tələb irəli sürülmüş və bu tələblərin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Həmin tələblərin hər biri ayrıca iddia tələbi ilə İddiaçıan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə uyğun olaraq tərtib edilərək məhkəməyə müraciət olunmalıdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı İddiaçıan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə şikayət verərək Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyi (“Azneft” İB) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh cavabdeh1 tərəfindən ünvan 3, 2ci mədən küçəsi ünvanında, 25033, 25038 və ***** nömrəli neft qaz quyularının mühafizə zonasında, X******, Y-4478047 coğrafi koordinatlarda, cavabdeh cavabdeh5 tərəfindən ünvan 1 ünvanında, 25033 və ***** nömrəli neft-qaz quyularını mühafizə zonasında, X-409314, Y- 4478078 coğrafi koordinatlarda, cavabdeh cavabdeh4 tərəfindən ünvan 3, 2-ci mədən küçəsi ünvanında, 24014, 25033 və ***** nömrəli neft-qaz quyularının mühafizə zonasında, X- 409306, Y-4478075 coğrafi koordinatlarda, cavabdeh cavabdeh3 tərəfindən ünvan 2, 2-ci mədən küçəsi ünvanında, 24014 25033 və ***** nömrəli neft-qaz quyularının mühafizə zonasında, X-409298, Y-4478068 coğrafi koordinatlarda, cavabdeh cavabdeh2 tərəfindən ünvan 3, 2-ci mədən küçəsi ev 75B ünvanında, 24036, 24021 və ***** nömrəli neft-qaz quyularının mühafizə zonasında X-409322, Y-4478092 coğrafi koordinatlarda yerləşən özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi, ərazinin boşaldılması və ödənilmiş dövlət rüsumlarının cavabdehlərdən tutularaq "Azneft" İB-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə “Azneft” İB-nin iddi ərizəsi icraata qəbul etmədən iddiaçıya geri qaytarmışdır. Bununla bağlı iddia ərizəsində bir-biri ilə əlaqəsi olmayan tələblərin birləşdirilməsi ilə bağlı mövqeyinə münasibət bildirərək qeyd edir ki, hazırkı iddia ərizəsində irəli sürülmüş tələblər eyni hüquqi münasibətlərdən irəli gəlir və faktiki əsasları baxımından birbiri ilə sıx əlaqəlidir. Belə ki, hazırkı iddia eyni hüquq pozuntusuna “SOCAR”a məxsus ərazidə, neft-qaz quyularının mühafizə zonasında aparılmış qanunsuz tikinti faktların aiddir. Bütün cavabdehlər eyni ərazidə və eyni hüquqi rejimdə özbaşına tikinti aparmış şəxslərdir ki, bu da tələblər arasında hüquqi və faktiki bağlılığın mövcud olduğunu göstərir. İddiaçıan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Həmin məcəllənin 149.3cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Hazırkı işdə bu tələblər tam şəkildə təmin edilmişdir. Məhkəmənin xüsusilə diqqətinə çatdırılır ki, tikinti işləri aparılan ərazi neft-qaz quyularının mühafizə zonasında yerləşir ki, bu da potensial olaraq yanğın, partlayış və digər ağır nəticələrə səbəb olmaqla insanların həyat və sağlamlığı üçün real təhlükə yaradır. Odur ki, çıxarılacaq qərarın təmin edilməsi və gələcəkdə yanğın və partlayışla nəticələnə bilən, insanların həyat və sağlamlığı üçün potensial riskin qarşısının vaxtında alınması, həmçinin bədbəxt və xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülməsi zəruridir və vacibdir. Eyni zamanda qeyd edilir ki, rayon məhkəmələrinin təcrübəsində eyni hüquqi əsaslarla bir neçə cavabdehə qarşı vahid iddia ərizələrinin icraata qəbul edilməsi geniş yayılmışdır. Belə ki, “SOCAR”ın istifadəsində olan torpaq sahələrinə dair qanunsuz tikililərin sökülməsi tələbi ilə çoxsaylı cavabdehlərə qarşı iddialar vahid işdə birləşdirilərək icraata qəbul edilmişdir. Həmçinin, eyni hüquqi əsaslara malik iddialar üzrə “Azneft” İB tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə təqdim edilmişdir. Həmin iddia ərizələrinin bir qismi icraata qəbul edilmiş və hazırda mahiyyəti üzrə baxılır. Məhkəmə iddia ərizəsini qəbul etməkdən imtinanın əsası kimi iddiaçı tərəfindən ərizənin forma və məzmununa riayət edilmədiyini göstərmiş, İddiaçıan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə istinad edərək tərəflərin eyniləşdirilməsinə imkan verən məlumatların göstərilmədiyini qeyd etmişdir. Bununla bağlı bildirilir ki, təqdim edilmiş iddia ərizəsində cavabdehlərin soyadı, adı, atasının adı, faktiki yaşayış ünvanları, özbaşına tikililərin yerləşdiyi dəqiq ünvanlar, neft-qaz quyularının nömrələri və mühafizə zonası, coğrafi koordinatlar, habelə cavabdehlərin şəxsiyyət vəsiqələrinin seriya və nömrələri göstərilmişdir. Bu baxımdan İddiaçıan Respublikası MPM-nin 149.2.2-ci maddəsinin tələblərinə tam riayət edilmişdir və məhkəmənin iddia ərizəsində eyniləşdirici məlumatların göstərilmədiyi barədə gəldiyi nəticə faktiki hallara uyğun deyildir. Məhkəmə eyni zamanda hesab etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblərə qanunvericiliyin normalarına uyğun olaraq bir icraat çərçivəsində baxılması mümkün deyildir. Hazırkı iddia ərizəsində göstərilən cavabdehlər və onlara qarşı irəli sürülən tələblər bir-biri ilə əlaqəli olmadığından, həmin tələblərin bir icraatda birləşdirilərək baxılması yolverilməzdir. Bu səbəbdən hər bir cavabdehlə bağlı tələb üzrə məhkəməyə ayrıca iddia ərizəsi təqdim edilməli və həmin tələblərə müstəqil icraat qaydasında baxılmalıdır. Belə ki, iddia ərizəsində bir-biri ilə əlaqəsi olmayan tələblərlə birləşdirilmişdir. Buna görə də iddiaçıya iddianı dəqiqləşdirməsi, hər bir şəxsə qarşı yönəlmiş tələbi ayrıca qaydada formalaşdırması və zəruri sübutları əlavə etməklə məhkəməyə yenidən müraciət etməsi tövsiyə olunur. Göstərilənlərə əsasən Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026cı il tarixli qərardadından iddiaçı İddiaçıan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə verdiyi şikayət təmin edilməməsi və şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə İddiaçıan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları İddiaçıan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İddiaçıan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya şikayətin dəlilləri üzrə qeyd edir ki, prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbini bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Bir və ya bir neçə cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbini bir iddia ərizəsində birləşdirən iddiaçının iddia ərizəsi isə MPM-in tələbinə əsasən hakim tərəfindən geri qaytarılması üçün prosessual əsasdır. İddiaçı şikayətində cavabdehlərə qarşı olan tələblərinin bir-biri ilə bağlı olmasını bildirsə də, iddia tələblərindən görünür ki, iddiaçı bir neçə cavabdehə qarşı bir-biri ilə bağlı deyil, eyni tələbləri, yəni ayrı-ayrı ünvanlarda inşa olunmuş özbaşına tikililərin sökülməsi və s. tələblərini bir iddia ərizəsində birləşdirmişdir. Göründüyü kimi iddiaçının hər bir cavabdehinə qarşı olan tələbi yalnız həmin cavabdehə aid olmaqla tələblər arasında heç bir bağlılıq yoxdur. Bundan başqa bir neçə cavabdehə qarşı ayrı-ayrı icraatlarda baxılmalı olan iddia tələblərini bir iddia ərizəsində birləşdirməklə iddiaçı qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsindən də yayınmışdır. İstinad olunanlara əsasən kollegiya hesab edir ki, bir-biri ilə bağlılığı olmayan və yalnız iddiaçının maraqlarına görə bir icraatda birləşdirilmiş iddia tələblərinə bir icraatda baxılması tərəflərin prosessual hüquq və vəzifələrinin təmin edilməsinə, mülki işə qanunla müəyyən olunmuş müddətlər çərçivəsində baxılmasına maneələr yaradacağından iddia ərizəsini geri qaytaran birinci instansiya məhkəməsinin qənaəti əsaslıdır. Belə ki, iddia ərizəsi MPM-in tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və İddiaçıan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-1345/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1345/2026
23.04.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver