Məhkəmə qərarları › İş №2(3-6)-1377/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1377/2026

09.07.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1377/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı2 və iddiaçı1 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər cavabdeh2 (Cəfərov Vahid Cabbar oğluna) və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı “borc və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, hüquqdan sui-istifadənin yolverilməzliyi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X9 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Iddiaçı iddiaçı2, Iddiaçıların nümayəndəsi və vəkili vəkil4, Cavabdeh Cəfərov Vahid Cabbar oğlunun nümayəndəsi-vəkili vəkil2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçılar iddiaçı2 və iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Bakı şəhəri * saylı notariat xüsusi notariusu X8 tərəfindən təsdiqlənmiş ##.##.2018-ci il tarixli etibarnamədən görünür ki, iddiaçı1 özünə məxsus olan bütün daşınar və daşınmaz əmlaka dair sərəncam verməyi, əmlakı ipoteka (girov) qoymaq və digər bir sıra hərəkətləri etməyi iddiaçı2 etibar etmişdir. Etibarnamə 30 il müddətinə verilmiş, ##.##.2048-ci ilədək qüvvədə olacağı qeyd edilmişdir.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, ev 9B ünvanında yerləşən ** nömrəli mənzil ##.##.2020-ci il tarixdə tam mülkiyyət hüququ üzrə iddiaçı1 adına qeydiyyata alınmışdır.

3. iddiaçı2 və X4 tərəfindən notariat ofisinə ünvanlanmış ##.##.2024-cü il tarixli ərizələrdən görünür ki, onlar, qeydiyyatda olduqları iddiaçı1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin cavabdeh2 xeyrinə ipotekaya qoyulmasına razıdırlar. Borc öhdəliyi yerinə yetirilməzsə və bununla əlaqədar mənzilə tutma yönəldilərsə (yəni, notariusun icra qeydi vasitəsilə əmlakın iki ay müddətinə açıq bazarda, bu baş tutmadıqda hərracda, habelə məhkəmə qərarının icrası çərçivəsində özgəninkiləşdirilməsi) hər hansı şərtsiz mənzili qeydiyyatdan çıxmaqla tərk edəcəklərini və həmin əmlaka qarşı hüquqlarından imtina edəcəklərini bildirirlər.

4. “Elektron notariat” X21 Çıxarışdan görünür ki, X5 qeydiyyatda olduğu iddiaçı1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin istənilən fiziki şəxsə ipotekaya qoyulmasına etiraz etməməsinə dair ##.##.2024-cü il tarixli ərizə vermiş, müqavilə bağlanan tarixdə ərizə “təsdiq edilib” statusunda olmuşdur.

5. cavabdeh2 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış ##.##.2024-cü il tarixli ərizədən görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur.

6. Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş, borc verən cavabdeh2 ilə borc alan iddiaçı2 arasında bağlanmış ##.##.2024-cü il tarixli, 3M-**** reyestr nömrəli borc müqaviləsindən görünür ki, borc verən borc alana 238.000 (iki yüz otuz səkkiz min) manat məbləğində pul borc vermiş, borc alan isə borcu ##.##.2027-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər borcun faizsiz verilməsini şərtləşdirmişlər. Müqavilə tərəflərinə onların hüququ və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir.

7. Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş, ipoteka saxlayan cavabdeh2, ipoteka qoyan iddiaçı1 və borcalan iddiaçı2 arasında bağlanmış ##.##.2024-cü il tarixli, 3M-**** reyestr nömrəli ipoteka müqaviləsindən görünür ki, 3M **** reyestr nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqavilə tərəflərinə onların hüququ və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Müqaviləni iddiaçı1 əvəzinə iddiaçı2 imzalamışdır.

8. Azərbaycan Respublikasının Baş Prokurorluğunun ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Cəfərov Vahid Cabbar oğlunun 140.000 ABŞ dolları məbləğində pul vəsaitinin ələ keçirilməsi barədə müraciəti əsasında Pirallahı RPI-də araşdırma aparılaraq ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, ##.##.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ##.##.2024-cü il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qayınatası iddiaçı2la Vahid Cəfərov arasında 238.000 manat məbləğində pul vəsaitinə dair notarial qaydada bağlanmış borc müqaviləsi və yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə əmlakın ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi, həmçinin, Vahid Cəfərov tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs vurduğu maddi ziyanın tam ödənilməsi və heç bir şikayətinin olmaması barədə barışıq ərizəsi istintaqa təqdim edilmişdir. ##.##.2024-cü il tarixdə dəymiş maddi ziyanın ödənilməsi və tərəflər arasında olan münasibətlərin mülki hüquq münasibətləri olması qənaətinə gəlinərək CPM-in 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar ##.##.2024-cü il tarixdə rayon prokuroru tərəfindən ləğv edilmiş və cinayət işi istintaqın davam etdirilməsi üçün Pirallahı RPI-nin IB-yə göndərilmişdir. Istintaq zamanı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası hüdudlarını tərk etməsi müəyyən edildiyindən barəsində ##.##.2024-cü il tarixdə axtarış elan edilmiş və cinayət işi üzrə icraat CPM-in 53.1.3cü maddəsinə əsasən dayandırılmış, ##.##.2025-ci il tarixdə iş üzrə icraat təzələnərək Pirallahı rayon məhkəməsinin qərarı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs barəsində 2 ay 4 gün müddətinə qiyabi həbs qətimkan tədbiri seçilmiş, ##.##.2025-ci il tarixdə iş üzrə icraat yenidən CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işi Bakı şəhər prokurorluğunda öyrənilərkən həmin qərar əsassız olduğundan ##.##.2025-ci il tarixdə ləğv edilmişdir. Bundan başqa, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Birləşmiş Ərəb Əmirliklərində tutulması nəzərə alınaraq ölkəmizə ekstradisiya edilməsi üçün toplanmış sənədlər ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilmişdir. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

9. “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş ** saylı Notariat Ofisinin depozit hesabından ##.##.2024-cü il tarixli **** saylı məktuba əsasən həyata keçirilmiş əməliyyata dair çıxarışdan görünür ki, 238.000 manat məbləğində pul vəsaiti notariusun depozit hesabına köçürülmüşdür.

10. Bakı şəhəri Pirallahı rayon Polis Idarəsinin ##.##.2025-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş ##.##.2024-cü il tarixli üzləşdirmə aktından görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iş görmək məqsədilə Cəfərov Vahiddən 60.000 ABŞ dolları və 80.000 ABŞ dolları məbləğlərində olmaqla, cəmi 140.000 ABŞ dolları məbləğində pul aldığını, lakin inflyasiya və digər səbəblərdən işlərin baş tutmadığını ona bildirdiyini, Cəfərov Vahidi aldatmadığını bildirmişdir.

11. Pirallahı RPI-nin IB-nin müstəntiqi, R X7 ##.##.2025-ci il tarixli qərarından görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas, Cəfərov Vahid Cabbar oğlunun ##.##.2024-cü il tarixdə Pirallahı rayon Polis Idarəsinə ərizə ilə müraciət edərək, 2015-ci ilin yay aylarında tanışı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Iskəndər oğlu tərəfindən aldadılmasını və 60000 ABŞ dolları pulunun ələ keçirilməsini, nəticədə ona 60000 ABŞ dolları məbləğində ziyan vurulmasını bildirməsi faktı ilə əlaqədar Pirallahı RPI nin IB-də toplanmış material olmuşdur. Cinayət işi üzrə aparılmış istintaqla müəyyən edilmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Iskəndər oğlu özgənin külli miqdarda əmlakını qəsdən talamaq qərarına gəlib, bu məqsədlə 2015-ci ilin yay aylarında Cəfərov Vahid Cabbar oğluna biznes fəaliyyəti ilə məşğul olmaq adı ilə yalan vəd verib onu aldadaraq, Bakı şəhəri, Nəsimi rayonu, 9-cu mikrorayon Çinar şadlıq sarayının qarşısında sonuncu ilə görüşəndən sonra, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Iskəndər oğlu ondan 60000 ABŞ dolları məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək, ümumilikdə Cəfərov Vahid Cabbar oğluna 60000 ABŞ dolları məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Iskəndər oğlu təkrarən, özgənin külli miqdarda əmlakını qəsdən talamaq qərarına gəlib, bu məqsədlə 2016-cı ilin yay aylarında Cəfərov Vahid Cabbar oğluna biznes fəaliyyəti ilə məşğul olmaq adı ilə yalan vəd verib onu aldadaraq, Bakı şəhəri Pirallahı rayonu ərazisində sonuncu ilə görüşəndən sonra, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Iskəndər oğlu ondan 80000 ABŞ dolları məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək, ümumilikdə Cəfərov Vahid Cabbar oğluna 80000 ABŞ dolları məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Iskəndər oğlu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Cinayət işi üzrə araşdırma zamanı müəyyən edilmişdir ki,Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Iskəndər oğlu tərəfindən Cəfərov Vahid Cabbar oğluna vurulmuş ziyan tam ödənilmişdir. Bu xüsusatla əlaqədar Cəfərov Vahid Cabbar oğlu ərizə ilə müraciət edərək ona Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Iskəndər oğlu tərəfindən vurulmuş ziyanın tam ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Odur ki, Azərbaycan Respublikası CM nin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Iskəndər oğlunun zərərçəkmiş şəxs Cəfərov Vahid Cabbar oğluna vurmuş olduğu ziyanı tam ödədiyindən və bununla əlaqədar Cəfərov Vahid Cabbar oğlunun heç bir şikayət və tələbinin olmamasını, həmçinin Cəfərov Vahid Cabbar oğlu ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Iskəndər oğlu arasında olan mübahisənin aralarında bağlanmış müqavilədə qeyd olunmuş öhdəliklərin edilməməsindən irəli gələn narazılığın olmasını, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Iskəndər oğlunun əməlində cinayət əməlinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, xitam verilmişdir.

12. “xxxx” ASC tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, 238.000 manat məbləğində pul vəsaitinin nağdlaşdırma əməliyyatına dair görüntülərin saxlama müddəti bitdiyindən təqdim olunması mümkün deyil. Həmçinin, məktuba əlavə edilmiş ##.##.2024-cü il tarixli çekdən görünür ki, notarius X6 borc müqaviləsinə əsasən 238.000 (iki yüz otuz səkkiz min) manat məbləğində pul vəsaitinin iddiaçı2 ödənilməsinə dair göstəriş vermiş, qeyd olunan vəsait iddiaçı2 təqdim edilmişdir.

13. Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaş cavabdeh2 və iddiaçı2 arasında Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2024-cü il tarixli 3M **** reyestr nömrəli 238000 (iki yüz otuz səkkiz min) manat məbləğə dair borc müqaviləsi rəsmiləşdirilmişdir. Sözügedən müqavilə tərtib olunarkən tərəflərin şəxsiyyəti və fəaliyyət qabiliyyəti yoxlanılmış, cavabdeh2-ə pul məbləğinin Kapital ASC-nin ** saylı Notariat Şöbəsində olan AZ**AIIB******H************* №-li depozit hesabına qoyulması üçün ##.##.2024-cü il tarixli **** nömrəli ödəniş tapşırığı verilmişdir. cavabdeh2 həmin pul məbləğini notariusun bankda olan depozit hesabına qoymuş və ** saylı notariat ofisinə mədaxil qəbzi təqdim etmişdir. Tərəflərin foto şəkilləri çəkilərək müqaviləyə əlavə olunduqdan sonra müvafiq əqd təsdiqlənmiş və tərəflər müqaviləni imzalamışlar. Daha sonra isə iddiaçı2 adına 238000 (iki yüz otuz səkkiz min) manatın notariusun depozit hesabından götürülməsi üçün məxaric çeki yazılmış və iddiaçı2 təqdim edilmişdir. Video görüntülərin notariat ofisində arxivləşdirilməsi aparılmır.

14. Bakı şəhər prokurorunun müavini, R Mobil Şəfiyevin ##.##.2025-ci il tarixli qərarından görünür ki, Pirallahı RPI-nin IB-nin müstəntiqi, R Ülvi Novruzov tərəfindən Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş ##.##.2025-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar əsassız olduğundan ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

15. Iddiaçı iddiaçı2 cavabdehlər cavabdeh2 (Cəfərov Vahid Cabbar oğluna) və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh2 (Cəfərov Vahid Cabbar oğlu) arasında Bakı şəhəri ** saylı Notariat Ofisində bağlanmış ##.##.2024-cü il tarixli, 3M-**** reyestrli borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixdə iddiaçı iddiaçı2 ilə cavabdeh cavabdeh2 (Cəfərov Vahid Cabbar oğlu) arasında formal borc müqaviləsi bağlanmışdır. Borc müqaviləsinin bağlanmasına səbəb Bakı şəhəri Pirallahı Rayon Polis Idarəsində iddiaçı2 qızının həyat yoldaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs barəsində cavabdeh2 əsassız şikayəti əsasında qərəzli cinayət işinin başlanması olmuşdur. Belə ki, iddiaçı2 kürəkəni Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə cavabdeh2 2011-ci ildən etibarən əlaqələri olmuş, birlikdə biznes fəaliyyəti ilə məşğul olmuşdurlar. Lakin bir müddətdən sonra, yəni 2016-cı ildə şərikli biznes fəaliyyəti uğurla nəticələnmədiyi üçün fəaliyyətlərini dayandırmışlar. ##.##.2024-cü il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 Azərbaycan Respublikasına gələrkən Heydər Əliyev adına X10 saxlanılmış, Pirallahı Rayon Polis Idarəsinə aparılmışdır. Bu zaman məlum olmuşdur ki, guya Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs dələduzluq edərək cavabdeh2 140.000 ABŞ dolları məbləğində pulunu ələ keçirmişdir. Vahid Cəfərov Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təxminən 8-9 il sonra şikayət etmişdir. O vaxta qədər isə heç bir yerə şikayət etməmiş, hətta mülki qaydada belə məhkəməyə müraciət etməmiş, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs hər hansı məbləğdə pul tələb etməmişdir. Onların fəaliyyəti bizneslə əlaqədar olduğu üçün mülki qaydada mübahisələndirilməli olmasına baxmayaraq, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Həmçinin, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs heç vaxt Pirallahı rayon ərazisində olmadığı halda nədənsə onun barəsində orada cinayət işi başlanmışdır. Istintaq dövründə cinayət işinin başlanmasına kifayət qədər sübut olmadığı halda müstəntiq tərəfindən qərəzli şəkildə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət verilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır, orada əmək fəaliyyəti ilə məşğul olur. Onun həbsdə qalması iş fəaliyyətinə çox ciddi problemlər yarada bilərdi. iddiaçı2 və ailəsi buna görə də Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həbsdə saxlanılmaması üçün hər şey etməyə hazır idilər. Ailə üzvləri olaraq iddiaçı2 və ailəsi də qızının həyat yoldaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həbs edilməsindən qorxduqları üçün qarşı tərəfin hədə-qorxuları nəticəsində məcburi olaraq qeydiyyatda olduqları qızları iddiaçı1 məxsus Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, ev 9B ünvanında yerləşən ** nömrəli mənzili etibarnamə ilə girov qoymuş, cavabdeh Vahid Cəfərov ilə formal borc müqaviləsi bağlamışdır. Belə ki, borc müqaviləsi bağlanılarkən öhdəliyin icrasının təmin olunması üçün ##.##.2024-cü il tarixdə ipoteka müqaviləsi bağlamışdır. Həmin vaxt Vahid Cəfərov notarial qaydada ərizə yazaraq ona dəymiş ziyanın Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən ödənildiyini, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Daha sonra faktiki olaraq iddiaçı və ailə üzvləri tərəfindən pul ödənilsə də, Vahid Cəfərov borc müqaviləsinin ləğvi üçün notariat kontoruna gəlməkdən yayınmışdır. ##.##.2024-cü il tarixli borc və ipoteka müqavilələrindən də göründüyü kimi guya Vahid Cəfərov iddiaçı2 238.000 manat məbləğində borc vermiş və həmin borcun ##.##.2027-ci il tarixədək qaytarılması şərtləşdirilmişdir. Öhdəliyin icrasının təmini üsulu kimi isə Cəfərov iddiaçı2 qızının Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, ev 9B ünvanında yerləşən ** nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Elə həmin tarixdə də Vahid Cəfərov notarial qaydada ərizə yazaraq ona dəymiş ziyanın Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən ödənildiyini, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Notariat hərəkətlərinin hər biri eyni vaxtda ** saylı notariat kontorunda həyata keçirilmişdir. Belə ki, borc müqaviləsi ##.##.2024-cü il, saat 14:39-da bağlanmış, ipoteka müqaviləsi isə ##.##.2024-cü il, saat 14:44də bağlanmış, cavabdehin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs heç bir şikayət və tələbinin olmamasını təsdiqləyən ərizə isə ##.##.2024-cü il, saat 15:22 də yazılmışdır. Bütün bunlar bir daha təsdiqləyir ki, iddiaçı2 və ailəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həbs etdirilməsi ilə hədələndiyi üçün borc müqaviləsi bağlamağa məcbur olmuşlar. Əslində cavabdeh Vahid Cəfərovun məqsədi iddiaçının qızı iddiaçı1 mülkiyyətində olan evi ələ keçirmək olmuşdur. Belə ki, iddiaçı2 ilə Vahid Cəfərov arasında bağlanmış borc müqaviləsinə görə cavabdeh iddiaçıya 238.000 (iki yüz otuz səkkiz min) manat məbləğində pulu notariusun bankda açılan depozit hesabı vasitəsilə borc verməyi öhdəsinə götürmüşdür. Lakin notariusda bağlanmış borc müqaviləsi və ona əlavə edilmiş sənədlərdən də göründüyü kimi depozit hesabından pulun məxaric olunmasını təsdiq edən heç bir sənəd yoxdur. Yəni iddiaçı iddiaçı2 əli faktiki olaraq pula dəyməmiş, pulu faktiki olaraq almamışdır. Sadəcə cavabdehlər tərəfindən borc müqaviləsi görüntüsü yaradılmışdır. Sənədləri təqdim edəndə aydın şəkildə görmək olur ki, Vahid Cəfərovla iddiaçı2 arasında bağlanmış borc müqaviləsi məcburiyyətdən bağlanmış bir müqavilədir. Qeyd edilənlərə əsasən, cavabdeh Vahid Cəfərovun hədəsinin təsiri altında iddiaçı iddiaçı2 onunla müqavilə bağlamağa məcbur olmuşdur. Bu müqavilələr iddiaçı2 iradə ifadəsinin zədələnməsi ilə bağlandığından etibarsız hesab edilməlidir.

17. Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 (Cəfərov Vahid Cabbar oğlu) və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı2 ilə cavabdeh2 (Cəfərov Vahid Cabbar oğlu) arasında Bakı şəhəri ** saylı Notariat Ofisində bağlanmış ##.##.2024 cü il tarixli, 3M-1024 reyestrli, *M-**** saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

18. Iddia ərizəsi digər iddia ərizəsi ilə eyni məzmunda olmuş, eyni qaydada əsaslandırılmışdır.

19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(006) ****/**** nömrəli qərardadı ilə qeyd olunan iddia ərizələri üzrə mülki işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır.

20. Birinci iş üzrə iddia tələbinin həcmi artırılmış, belə ki, iddiaçılar iddiaçı2 və iddiaçı1 vəkilinümayəndəsi vəkil4 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, iddiaçı2 ilə cavabdeh2 (Cəfərov Vahid Cabbar oğlu) arasında Bakı şəhəri ** saylı Notariat Ofisində bağlanmış ##.##.2024-cü il tarixli, 3M-**** reyestrli borc müqaviləsinin etibarsız hesab edilməsi, iddiaçı2, iddiaçı1 və cavabdeh2 (Cəfərov Vahid Cabbar oğlu) arasında Bakı şəhəri ** saylı Notariat Ofisində bağlanmış 3M-1024 reyestrli, *M-**** saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə birləşdirilmiş ikinci iş üzrə iddia ərizəsi baxılmamış saxlanmışdır.

22. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (sədrlik edən – Günay Abidova) iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılar iddiaçı2 və iddiaçı1 aid edilməsi qət edilmişdir.

23. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş ##.##.2024 cü il tarixli borc müqaviləsinə görə, cavabdeh cavabdeh2 (Cəfərov Vahid Cabbar oğlu) 238.000 manat məbləğində pulu 3 il müddətinə geri qaytarmaq şərtilə iddiaçı iddiaçı2 vermiş və iddiaçı iddiaçı2 öhdəliklərinin icrasının təminatı üsulu kimi qızı– digər iddiaçı iddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, ev 9B ünvanında yerləşən ** nömrəli mənzil həmin notariat ofisində eyni tarixdə bağlanmış ipoteka müqaviləsi əsasında cavabdehin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqaviləni iddiaçı iddiaçı1 adından onun verdiyi etibarnamə əsasında atası– iddiaçı iddiaçı2 imzalamışdır. Müqavilələrin bağlanması zamanı notarius tərəfindən bütün zəruri hərəkətlərin həyata keçirilməsi və tələb edilən sənədlərin notariat işinə əlavə edilməsi müəyyən edilir. Cavabdeh müqavilələrlə eyni tarixdə həmin notariat ofisində təsdiq edilmiş ərizə verərək, iddiaçı iddiaçı1 əri– hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı heç bir şikayəti, iddia və tələbinin olmadığını bildirmişdir. Bundan sonra ##.##.2025-ci il tarixdə iddiaçılar məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış borc və ipoteka müqavilələrinin etibarsız hesab edilməsini xahiş etmişlər. Iddiaçılar bu müqavilələri üçüncü şəxsin həbsdə saxlanacağı barədə cavabdehin təhdidlərindən qorxduqları və məcbur qaldıqları üçün imzaladıqlarını, borc müqaviləsinin formal bağlandığını, belə ki, cavabdehin iddiaçı iddiaçı2 pul vermədiyini və evi də məhz polisin təklifi ilə məcburiyyətdən girov qoyduqlarını iddia edirlər. Cavabdeh isə iddianı qəbul etməyib, məcburetmənin olmadığını, üçüncü şəxsin iş görmək adı ilə ondan külli miqdarda pul alıb heç bir iş görmədiyini, bununla da, onu aldatdığını müəyyən etdiyindən bu barədə polisə şikayət etdiyini, polisin üçüncü şəxsi tutmasından sonra ailəsinin– iddiaçıların onu azad etmək məqsədilə məsələni bu formada rəsmiləşdirdiklərini, bu səbəbdən müqavilələr bağlandıqdan sonra üçüncü şəxs tərəfindən ona vurulan ziyanın ödənildiyinə və ondan şikayətinin, iddiasının və tələbinin olmadığına dair ərizə verdiyini, beləliklə, müqavilələrin etibarsızlığı üçün heç bir əsas olmadığını bildirir.

24. Məhkəmə araşdırmaları zamanı iddiaçıların vəsatəti ilə şahid qismində ifadə verən üçüncü şəxsin anasının bu hadisələrin heç birinin canlı şahidi olmaması müəyyən edilmiş, digər şahid– iddiaçı iddiaçı2 arvadı (digər iddiaçının anası) isə yalnız müqavilələr bağlanarkən notariat ofisində olmuş, bu zaman cavabdeh tərəfindən onun ərinə borc qismində göstərilən məbləğdə pulun verilmədiyini qeyd etmişdir. O, həmçinin, qızı ilə ərinin hazırda ölkədə olmadığını bildirmişdir.

25. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğunun ##.##.2025-ci il tarixli məktubunda göstərilənlərə əsasən müəyyən edilmişdir ki, cavabdeh heç bir şikayət, iddia və tələbinin olmadığına dair ərizə verəndən və işə xitam veriləndən sonra üçüncü şəxs ölkəni tərk etmişdir. Onun hazırda da xaricdə yaşaması işin mübahisələndirilməyən halıdır.

26. Məhkəmə sorğusu əsasında müvafiq polis idarəsindən əldə edilmiş üzləşdirmə aktından üçüncü şəxsin iş görmək məqsədilə Cəfərov Vahiddən bir neçə dəfə olmaqla iddia edilən məbləğlərdə pul aldığını, lakin inflyasiya və digər səbəblərdən işlərin baş tutmadığını etiraf etməsi, bu halları təkzib etməməsi müəyyən edilir.

27. Həmçinin, məhkəmənin müvafiq qərardadları əsasında müvafiq notariat ofisindən və bankdan əldə edilmiş sənədlər əsasında müqavilədə göstərilən məbləğdə pulun cavabdeh tərəfindən notariusun depozit hesabına mədaxil edilməsi və iddiaçı iddiaçı2 tərəfindən çıxarılması müəyyən edilmişdir.

28. Məhkəmənin mövqeyinə görə iddiaçılar tərəfindən etibarsızlığı mübahisələndirilən borc və ipoteka müqavilələri araşdırılarkən müəyyən olunmuşdur ki, həmin müqavilələrin bağlanmasında səlahiyyətli şəxslər iştirak etmiş, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu mübahisəsizdir, əqdlər forma və məzmun etibarilə qanunvericiliyin tələblərinə uyğun olaraq notariat qaydasında təsdiq edilməklə bağlanmışdır. Xüsusilə qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə həmin müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir.

29. Bu baxımdan hazırkı işdə tərəflər arasında bağlanmış müqavilələrin etibarsız olduğunu sübuta yetirmək vəzifəsi də iddiaçılara aiddir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Iddiaçılar müqavilələrin hədə-qorxu və məcburetmə yolu ilə bağlandığını iddia etsələr də, cavabdeh bu dəlilləri qəbul etmir, müqavilələrin qarşılıqlı razılaşma yolu ilə bağlandığını bildirir. Məhkəmə araşdırmaları zamanı hədə-qorxunun nədə ifadə olunması barədə suala iddiaçı tərəf hədə-qorxu dedikdə “cavabdehin birinin kürəkəni, digərinin isə əri olan üçüncü şəxsin həbsdə saxlanacağı barədə” təhdidlərini nəzərdə tutduqlarını bildirmişdir. Bununla bağlı qeyd edilməsi zəruridir ki, iddiaçı tərəf bu cümləni təhdid, hədə-qorxu kimi qəbul etsə də, məhkəmənin qənaətinə görə, cavabdehin bu dediklərinin hədə kimi qiymətləndirilməsi düzgün deyildir. Çünki cavabdeh iddiaçılara hər hansı qanunsuz vasitə ilə təsir göstərməmiş, onun səsləndirdiyi fikir məhz vurulan zərərin ödənilmədiyi halında qanuna əsasən baş verə biləcək real nəticəni əks etdirmişdir. Başqa sözlə, məsələn, əgər cavabdehin “müqavilə bağlamasanız, üçüncü şəxsi (və ya sizi) öldürəcəm, xəsarət yetirəcəm” və s. kimi sözlər deməsi müəyyən edilsəydi, onda hədənin mövcudluğu mübahisəsiz olardı. Lakin hazırkı halda gələcəkdə baş verəcəyi qanunla mübahisəsiz olan bir halın cavabdeh tərəfindən xatırladılması iddiaçı tərəfə faktının hədəqorxu, ya da təhdid kimi qiymətləndirilməsi mümkün deyildir. Polis tərəfindən məcbur edildiyini iddia edən iddiaçıların həm bu barədə heç bir sübutu məhkəməyə təqdim etməməsi, həm də polisin də cavabdehin dediyi ilə eyni məzmunda sözlər deməsini bildirməsi, yuxarıda qeyd olunanlara əsasən hədə ilə yanaşı, məcburetmə faktının da mövcud olmadığına dəlalət edir. Belə olan halda, iddiaçı tərəfin hədə və məcburetmə ilə bağlı irəli sürdüyü dəlillər məhkəmə tərəfindən əsassız sayılır.

30. Beləliklə, tərəflərin izahatları və iş materialları əsasında məhkəmə tərəfindən müəyyən edilən işin faktiki və mübahisəsiz hallarına əsasən, iddiaçılar tərəfindən mübahisələndirilən müqavilələrin etibarsız sayılması üçün heç bir əsas məhkəmə tərəfindən müəyyən edilmir. Belə ki, əqdin etibarsızlığına dair mübahisəyə baxarkən yalnız iradə ifadəsinin deyil, həm də bu iradənin formalaşmasına və bəyan edilməsinə əsas olmuş şərait və motivin, tərəflər arasındakı həqiqi münasibətlərin yalnız çəkişmə prinsipi çərçivəsində müəyyən edilməsi mümkündür. Bu baxımdan müəyyən edilmiş işin faktiki və mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçıların birinin əri olmaqla digərinin kürəkəni olan üçüncü şəxsin cavabdehdən iş görmək məqsədilə aldığı pulla iş görə bilməməsi və həmin pulu geri qaytarmaması (üzləşdirmə zamanı özünün bildirdiklərinə əsasən) əsası ilə cavabdeh onu polisə şikayət etmiş, polis üçüncü şəxsi tutandan sonra isə ailəsi iddiaçılar onu azad etmək məqsədilə cavabdehlə eyni məbləğdə borc və ipoteka müqavilələri bağlamış, cavabdeh də bunun əvəzində üçüncü şəxs tərəfindən ona vurulan ziyanın ödənildiyinə və ondan şikayətinin, iddiasının və tələbinin olmadığına dair ərizə vermiş, bunun nəticəsində isə üçüncü şəxs barəsində aparılan cinayət işinin icraatına xitam verilmişdir. Göründüyü kimi, hazırda mübahisələndirilən əqdlər bağlandıqdan sonra iddiaçılar öz niyyətlərinə çatmışlar. Məhz elə buna görə də üçüncü şəxsin ölkəni tərk etdikdən sonra, onun ölkədə olmadığı bir vaxtda iddiaçıların belə bir iddia ilə məhkəməyə müraciət etmələri məhkəmə tərəfindən hüquqdan sui-istifadə kimi qiymətləndirilir.

31. Hazırkı işin mübahisələndirilməyən hallarını nəzərə alan məhkəmə hesab etmişdir ki, etibarsız sayılması tələb edilən müqavilələrin notarius tərəfindən təsdiqlənməsi ilə əslində üçüncü şəxsin cavabdehə olan borcunun sənədləşdirilməsi sübuta yetirildiyindən, bu hal həmin əqdlərin etibarsız hesab edilməsinə deyil, müqavilənin təfsir edilməsinə əsas ola bilər. Başqa sözlə, tərəflər arasında olan münasibətin həqiqi xarakteri əsas götürülməklə həmin müqavilələrin Mülki Məcəllənin 431-ci maddəsi ilə tənzimlənən “öhdəliyin üçüncü şəxs tərəfindən icrası” münasibətləri kimi qiymətləndirilməsi məqsədə müvafiqdir. Xüsusən nəzərə alınmalıdır ki, üçüncü şəxs tərəfindən üzləşmə zamanı etiraf edilən 140.000 ABŞ dolları məbləği ilə mübahisələndirilən borc müqaviləsi üzrə iddiaçı iddiaçı2 cavabdehə geri qaytarmağı öhdəsinə götürdüyü 238.000 manat məbləğ müqavilə bağlanan vaxt mövcud olan valyuta məzənnəsinə əsasən bir-birinə bərabərdir (Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən (https://www.cbar.az/currency/rates?date=##/##/2024) əldə edilmiş məlumata əsasən, ##.##.2024-cü ildə 1 ABŞ dolları = 1,70 manat təşkil etmişdir). Belə ki, mübahisə olduqda müqavilənin növünün və daxili məzmununun müəyyənləşdirilməsində tərəflərin yalnışlıqla və ya bilərəkdən istifadə etdikləri sözlərə baxılmadan, həqiqi və ortaq iradələri təsbit olunmalı və nəzərə alınmalıdır. Elmi ədəbiyyatda da hakim olan mövqe ondan ibarətdir ki, iradə bəyanları təfsir edilərkən müqavilənin mümkün qədər etibarlı qalmasını təmin edən mənaya üstünlük verilməli, bununla da əqdin keçərliliyi qorunmalıdır. Bu qaydanın təməlində iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri çərçivəsində tərəflərin iradələrinə hörmət göstərilməsi dayanır. Qanun da bunu tələb edir ki, məhkəmə müqavilə şərtlərini təfsir edərkən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlərini nəzərə alsın. Irəli sürülən etibarsızlıq tələbi ümumi mülahizələrlə deyil, müəyyən edilmiş faktiki halların qanunun konkret normasının dispozisiya şərtlərinə uyğunluğunun (uyğunsuzluğunun) yoxlanılması ilə həll edilməlidir.

32. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 269.1, 324.1-324.2, 324.4-324.5, 337, 340.2, 359.1, 385.1, 386.1, 390.5, 404, 431, 435, 460.1, 560.1-560.2, 560.3.4, 739.1-ci maddələri; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinin “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci hissəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” ##.##.2025-ci il tarixli qərardadı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2025-ci il tarixli qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1-76.2, 77.1, 80, 88, 104.1, 106.1, 119.1 və 217.3-217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

33. Iddiaçılar iddiaçı2 və iddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

34. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, 2016-cı ildə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsla biznes əlaqəsi qurtardıqdan 8 il sonra Vahid Cəfərov Pirallahı Rayon Polis Idarəsinə şikayət ərizəsi ilə müraciət edib onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Nəzərə çatdırmaq istəyir ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı, cinayət işi üzrə icraata xitam verilməsi haqqında ##.##.2025-ci il tarixli, ##.##.2026-cı il tarixli qərarlardan da göründüyü kimi Vahid Cəfərov ##.##.2024-cü il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şikayət edir, nə təsadüfdüsə elə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ##.##.2024-cü il tarixdə, yəni şikayət olunan gün Heydər Əliyev adına hava limanında saxlanılır və heç vaxt olmadığı Pirallahı Rayon Polis Idarəsinə gətirilir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs heç vaxt Pirallahı Rayon ərazisində olmamışdır. Belə olan təqdirdə Vahid Cəfərova qarşı cinayət əməlini Pirallahı rayonu ərazisində törətməsi, dolayısı ilə ondan olan şikayətinin Pirallahı RPI-də araşdırılması yol verilməzdir. Bunları qeyd etməkdə məqsədi ondan ibarətdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı bir oyun qurulmuş, guya borclu olduğuna dair bir mənzərə yaradılmış, daha sonra külli miqdarda dəyəri olan yaxın qohumuna məxsus evin girov qoyulmasına nail olunmuşdur. Yəni Vahid Cəfərov Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təzyiq göstərməklə pul əldə etmək istəmişdir. Vahid Cəfərov 2016-cı il tarixdən 2024-cü il tarixdək heç vaxt Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs pul istəməmiş, həmçinin məhkəməyə, hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Sual olunur ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Vahid Cəfərova borcu var idisə, niyə bu vaxta qədər özünə, yaxud məhkəməyə müraciət etməmişdir? 2015-2016-cı ildən etibarən Fuad Ibrahmovda 140.000 ABŞ dollar pulu olduğunu iddia edən Vahid Cəfərovun pulu tələb etmək niyə 2024-cü ildə yadına düşmüşdür? Eləcə də Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs heç vaxt Pirallahı rayonu ərazisində olmamasına baxmayaraq niyə məhz həmin rayonun polis idarəsinə müraciət edilmişdir? Bunlar hamısı Vahid Cəfərovun həqiqi niyyətinin nədən ibarət olduğunu, hazırda mübahisələndirdiyi müqavilənin hansı təhdid altında bağlandığını təsdiq edir. Məhkəmə qətnaməsində göstərilmişdir: “...iddiaçı tərəf bu cümləni təhdid, hədə-qorxu kimi qəbul etsə də, məhkəmənin qənaətinə görə, cavabdehin bu dediklərinin hədə kimi qiymətləndirilməsi düzgün deyildir. Çünki cavabdeh iddiaçılara hər hansı qanunsuz vasitə ilə təsir göstərməmiş, onun səsləndirdiyi fikir məhz vurulan zərərin ödənilmədiyi halında qanuna əsasən baş verə biləcək real nəticəni əks etdirmişdir. Başqa sözlə, məsələn, əgər cavabdehin “müqavilə bağlamasanız, üçüncü şəxsi (və ya sizi) öldürəcəm, xəsarət yetirəcəm” və s. kimi sözlər deməsi müəyyən edilsəydi, onda hədənin mövcudluğu mübahisəsiz olardı. Lakin hazırkı halda gələcəkdə baş verəcəyi qanunla mübahisəsiz olan bir halın cavabdeh tərəfindən xatırladılması iddiaçı tərəfə faktının hədəqorxu, ya da təhdid kimi qiymətləndirilməsi mümkün deyildir” Çox maraqlıdır ki, yuxarıda qeyd etdiklərindən sonra məhkəmə nəyə əsasən bu nəticəyə gəlmişdir ki, cavabdehin pul tələb etməsi “qanunla mübahisəsiz” olan bir haldır. Iş materiallarında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ona borcu olduğunu təsdiqləyən heç bir sübut yoxdur. Məhkəmənin təkcə istinad etdiyi sübut Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs saxlanıldıqdan sonra guya tərtib olunmuş üzləşdirmə protokoludur. Bu, onsuz da onlara məlumdur. Onlar qeyd edir ki, polisin məcburetməsi nəticəsində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərtib olunan izahat, üzləşdirmə protokollarını imzalamağa məcbur edilmişdir. Hətta Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən 2024-cü ilin iyun ayından müstəntiq Pərviz Əsədzadədən şikayətlər edilmişdir. Təəssüf hissi doğurur ki, məhkəmənin qənaətinə görə təhdid, hədə-qorxu təkcə “səni öldürəcəm, xəsarət yetirəcəm” kimi ifadələrindən ibarətdir. Lakin bir şəxsin ən böyük qorxularından biri onun azadlığının əlindən alınmasıdır. Ailəsi, işi xaricdə olan bir şəxsin qurulmuş bir oyun nəticəsində həbs olunması, əlbəttə ki, təhdiddir, hədədir. Xüsusən də bir günün ərzində qurulmuş oyunla həbs edilən şəxs üçün bu ciddi mənada təhdiddir. Iddia ərizəsində də qeyd etdiyi kimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs xaricdə biznes fəaliyyəti ilə məşğuldur. Onun işinin başında olmaması qurduğu biznesin iflasına səbəb ola bilərdi. Iddiaçıların ailə üzvü əsassız olaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs uzun müddət həbsdə saxlanılacağından, barəsində həbs qətimkan tədbiri seçiləcəyindən qorxduğu üçün məcbur olaraq borc və ipoteka müqavilələrini bağlamışdır. Nəsimi Rayon Məhkəməsinin təəssüf hissi yaradan qətnaməsindən sonra detalı şəkildə bəzi xüsusatları nəzərə çatdırmaq istəyir. Belə ki, iş materiallarından görünür ki, guya Vahid Cəfərov iddiaçı2 238.000 AZN borc vermiş, qarşılığında mübahisəli ev girov qoyulmuşdur. Hansı ki, iddiaçı2 Vahid Cəfərova qarşı guya dələduzluq edildiyi iddia olunan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qayınatasıdır. Nə təsadüfdüsə verilən borc məbləğidə cinayət işində mübahisələndirilən 140.000 ABŞ dollarının ekvivalenti olan 238.000 AZN-dir. ##.##.2025-ci il, saat 10:15-də keçirilən hazırlıq iclasında iddiaçıların nümayəndəsi olaraq Vahid Cəfərovun vəkilinə “Vahid Cəfərovla iddiaçı2 tanışlığı olubmu? Cavabdeh ona qarşı dələduzluq etməkdə ittiham olunan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qayınatası iddiaçı2 hansı səbəbdən borc vermişdir?” məzmununda suallar ünvanlanmışdır. ##.##.2025-ci il tarixdə, saat 16:45-də keçirilən sonuncu hazırlıq iclasında cavabdehin vəkili suallarına cavab olaraq bildirmişdir ki, “Vahid Cəfərov iddiaçı2 əvvəllər tanımayıb, Vahid Cəfərovla iddiaçı2 arasında həqiqətən borc münasibətləri olmayıb. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs barəsində başlanmış cinayət ilə əlaqədar bu müqavilələr bağlanıbdır” Daha sonra ##.##.2026-cı il tarixdə keçirilən baxış iclasında Vahid Cəfərov özü şəxsən məhkəmə prosesində iştirak etmiş və suallarına cavab olaraq bildirmişdir: “iddiaçı2 ilk dəfə Pirallahı Rayon Polis Idarəsində görmüşəm. Müqavilə bağlanılarkən rəsmiləşdirilən pul mənə məxsus idi. Pul depozitə qoyulub çıxarıldıqdan sonra yenidən həmin məbləği özümlə götürdüm, ev girov qoyulduqdan sonra barışıq ərizəsi verdim.” Yəni cavabdeh açıq-aşkar etiraf edir ki, iddiaçı2 borc verməmiş, uydurma, ona uyğun hüquqi nəticələr yaratmayan borc müqaviləsi bağlanmışdır. Məhkəmə prosesindəki çıxışlarında da dəfələrlə bildirmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Vahid Cəfərova borclu olduğunu fərz etsək belə, bunun iddiaçı2la bağlanmış əqdin etibarsızlığın heç bir aidiyyatı yoxdur. Məhkəmə isə təzyiq altında üzləşdirmə istintaq hərkəti zamanı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verdiyi ifadəyə əsasən, iddiaçı2 borclu şəxs sayır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs borclu şəxs olsa belə bu, ##.##.2025-ci il tarixdə bağlanmış borc və ipoteka müqaviləsinin görüntü xarakterli olduğunu dəyişmir. Əgər, Vahid Cəfərovla Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında mülki mübahisə varsa bu onlar arasında məhkəmədə davam etməlidir. Yəni iddiaçı2 Vahid Cəfərovdan borclu hala salmamalı, iddiaçı1 əmlakının müqəddaratını həll etməməlidir. Nəsimi Rayon Məhkəməsinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs aidiyyatı olmayan əmlakların müqəddəratına bu cür yanaşma sərgiləməsi yolverilməzdir. Nəticə etibarı ilə cavabdehin etirafından da göründüyü kimi hazırki tərəflər arasında həqiqi borc münasibətləri olmamış, müqavilələr görüntü xarakteri daşımışdır. Lakin, məhkəmə AR MM-nin 340.1-ci maddəsinin tələblərini pozaraq iddia tələbini rədd etmişdir. Mülki qanunvericiliyin imperativ norması nəzərə alınmadığı üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(006) ****/**** nömrəli qətnaməsi ləğv edilməlidir. Yuxarıda qeyd etdiklərindən də göründüyü kimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Vahid Cəfərova borclu olduğu öz təsdiqini tapmadığı üçün məhkəmənin AR MM-nin 431.1-ci maddəsini mübahisəyə tətbiq etməsi yolverilməzdir. Həmçinin hazırki mülki mübahisənin xarakteri AR MMnin 431.1-ci maddəsində nəzərdə tutulan hallarla eyniyyət təşkil etmir. Ilk öncə nəzərə çatdırmalıdır ki, üzləşdirmə istintaq hərkəti zamanı tərtib olunan protokolda qeyd edilənlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən deyilməmiş, müstəntiq tərəfindən tərtib olunan protokollar imzalanmağa məcbur edilmişdir. Müstəntqin təzyiqlərindən qurtulduqdan sonra Fuad Ibahimov bütün hüquq mühafizə orqanlarına, hətta Rusiya Səfirliyinə müraciət etmiş polis əməkdaşının Vahid Cəfərovla birlikdə yaxın qohumana məxsus əmlakın ələ keçirdiyini, yaxın qohumana məxsus əmlakının geri qaytarılmasını xahiş etmişdir. Hazırda da qətiyyən ittihamı qəbul etmir və Vahid Cəfərova heç bir borcu olmadığını bildirir. Nəticə etibarı ilə də, ##.##.2026-cı il tarixli sonuncu qərarla cinayət işi üzrə icraata xitam verilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsla Vahid Cəfərov arasında həqiqətən də borc münasibəti olduğunu fərz etsək belə bu ##.##.2024 cü il tarixli müqavilələrin görüntü xarakteri daşıdığını, uydurma əqd olduğunu istisna etmir. Buna görə də, məhkəmə mübahisyə yalnış hüquq normasını tətbiq etmişdir. Xüsusilə qeyd etməlidir ki, əgər Vahid Cəfərovla Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında mülki mübahisə varsa bu onlar arasında məhkəmədə davam etməlidir. Yəni iddiaçı2 Vahid Cəfərdən borclu hala salmamalı, iddiaçı1 əmlakının müqəddaratını həll etməməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Apellyasiya şikayətinə qarşı yazlı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

36. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili vəkil4 izahatında qeyd etdi ki, elektron sistemə əlavə etdiyi müqavilədən gördüyü kimi 2015-ci ilin mart ayında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, Vahid Cəfərov və Tariel Əsgərov arasında bir razılaşma olub. Razılaşmanın məzmunu bundan ibarətdir ki, Vahid Cəfərov investor olaraq 400 min dollar vəsait qoyur, işi idarə edən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və Tariel Əsgərov olacaq. Mənfəətin 50%i Vahid Cəfərova, 25%-i Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və 25%-i Tariel Əsgərova çatacaq. Bu müqavilədən də göründüyü kimi tərəflər arasında münasibətlər mülki xarakter daşımışdır. Bundan əlavə qeyd etmək istəyir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ailə üzvləri tərəfindən müstəntiq Pərviz Əhmədova 8000 manat pul verildiyi bildirilir. Bununla bağlı da hüquq mühafizə orqanlarına müvafiq şikayətlər olunmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Pirallahı RPI-də saxlanılarkən iddiaçı2 və qohumu Kamranla olan mesajlaşmalar, kartdan çıxarılan 8000 manata dair fotolar elektron kabinetə yüklənmişdir. Bununla yanaşı üzləşdirmə protokolunun arxa hissəsinə nəzər saldıqda görünür ki, V.Cəfərov və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs soyadları tam fərqli qeyd edilmişdir. Əgər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs oxuyaraq imzalasaydı, onda həmin fərqlilikləri görərdi. Bu da onu sübut edir ki, məhkəmənin istinad etdiyi həmin protokol Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən oxunmadan imzalanmışdır. Ümumilikdə göründüyü kimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs barəsində sadəcə bir gün içində cinayət işi başlanılıb, həbs edilib, ona hədə qorxu gəlinib. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bizneslə məşğul olduğundan o bildirir ki, bir an belə olsun həbsdə qala bilməzdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs borcu olmasını etiraf etmir.

37. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddiaçı2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

38. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cəfərov Vahid Cabbar oğlunun nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

39. Iş üzrə digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq normaları:

40. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 5.3.Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 324.2.Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4.Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5.Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.4.Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 431. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Maddə 435. Kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 560.1-560.2. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 43.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

44. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin qanuniliyini və əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iddiaçıların apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

46. Işin faktiki halları ondan ibarətdir ki, Cəfərov Vahid Cabbar oğlunun 140.000 ABŞ dolları məbləğində pul vəsaitinin ələ keçirilməsi barədə müraciəti əsasında Pirallahı RPI-də araşdırma aparılaraq ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, ##.##.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş ##.##.2024 cü il tarixli borc müqaviləsinə görə, cavabdeh cavabdeh2 (Cəfərov Vahid Cabbar oğlu) 238.000 manat məbləğində pulu 3 il müddətinə geri qaytarmaq şərtilə iddiaçı iddiaçı2 vermiş və iddiaçı iddiaçı2 öhdəliklərinin icrasının təminatı üsulu kimi qızı– digər iddiaçı iddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, ev 9B ünvanında yerləşən ** nömrəli mənzil həmin notariat ofisində eyni tarixdə bağlanmış ipoteka müqaviləsi əsasında cavabdehin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqaviləni iddiaçı iddiaçı1 adından onun verdiyi etibarnamə əsasında atası– iddiaçı iddiaçı2 imzalamışdır. Müqavilələrin bağlanması zamanı notarius tərəfindən bütün zəruri hərəkətlərin həyata keçirilməsi və tələb edilən sənədlərin notariat işinə əlavə edilməsi müəyyən edilir. Cavabdeh müqavilələrlə eyni tarixdə həmin notariat ofisində təsdiq edilmiş ərizə verərək, iddiaçı iddiaçı1 əri– hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı heç bir şikayəti, iddia və tələbinin olmadığını bildirmişdir. ##.##.2024-cü il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qayınatası iddiaçı2la Vahid Cəfərov arasında 238.000 manat məbləğində pul vəsaitinə dair notarial qaydada bağlanmış borc müqaviləsi və yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə əmlakın ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi, həmçinin, Vahid Cəfərov tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs vurduğu maddi ziyanın tam ödənilməsi və heç bir şikayətinin olmaması barədə barışıq ərizəsi istintaqa təqdim edilmişdir. ##.##.2024-cü il tarixdə dəymiş maddi ziyanın ödənilməsi və tərəflər arasında olan münasibətlərin mülki hüquq münasibətləri olması qənaətinə gəlinərək CPM-in 39.1.1 və 39.1.2ci maddələrinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar ##.##.2024-cü il tarixdə rayon prokuroru tərəfindən ləğv edilmiş və cinayət işi istintaqın davam etdirilməsi üçün Pirallahı RPI-nin IB-yə göndərilmişdir. Istintaq zamanı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası hüdudlarını tərk etməsi müəyyən edildiyindən barəsində ##.##.2024-cü il tarixdə axtarış elan edilmiş və cinayət işi üzrə icraat CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, ##.##.2025-ci il tarixdə iş üzrə icraat təzələnərək Pirallahı rayon məhkəməsinin qərarı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs barəsində 2 ay 4 gün müddətinə qiyabi həbs qətimkan tədbiri seçilmiş, ##.##.2025-ci il tarixdə iş üzrə icraat yenidən CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işi Bakı şəhər prokurorluğunda öyrənilərkən həmin qərar əsassız olduğundan ##.##.2025-ci il tarixdə ləğv edilmişdir. Bundan başqa, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Birləşmiş Ərəb Əmirliklərində tutulması nəzərə alınaraq ölkəmizə ekstradisiya edilməsi üçün toplanmış sənədlər ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilmişdir. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

47. Iddiaçılar ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış borc və ipoteka müqavilələrinin etibarsız hesab edilməsini xahiş etmişlər. Iddiaçılar bu müqavilələri üçüncü şəxsin (kürəkəninin) həbsdə saxlanacağı barədə cavabdehin təhdidlərindən qorxduqları və məcbur qaldıqları üçün imzaladıqlarını, borc müqaviləsinin formal bağlandığını, belə ki, cavabdehin iddiaçı iddiaçı2 pul vermədiyini və evi də məhz polisin təklifi ilə məcburiyyətdən girov qoyduqlarını iddia edirlər. Cavabdeh isə iddianı qəbul etməyib, məcburetmənin olmadığını, üçüncü şəxsin iş görmək adı ilə ondan külli miqdarda pul alıb heç bir iş görmədiyini, bununla da, onu aldatdığını müəyyən etdiyindən bu barədə polisə şikayət etdiyini, polisin üçüncü şəxsi tutmasından sonra ailəsinin– iddiaçıların onu azad etmək məqsədilə məsələni bu formada rəsmiləşdirdiklərini, bu səbəbdən müqavilələr bağlandıqdan sonra üçüncü şəxs tərəfindən ona vurulan ziyanın ödənildiyinə və ondan şikayətinin, iddiasının və tələbinin olmadığına dair ərizə verdiyini, beləliklə, müqavilələrin etibarsızlığı üçün heç bir əsas olmadığını bildirir.

48. Iş materiallarında olan Bakı şəhəri Pirallahı rayon Polis Idarəsinin ##.##.2025-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş ##.##.2024-cü il tarixli üzləşdirmə aktından görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iş görmək məqsədilə Cəfərov Vahiddən 60.000 ABŞ dolları və 80.000 ABŞ dolları məbləğlərində olmaqla, cəmi 140.000 ABŞ dolları məbləğində pul aldığını, lakin inflyasiya və digər səbəblərdən işlərin baş tutmadığını ona bildirdiyini, Cəfərov Vahidi aldatmadığını bildirmişdir.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ######## 2021-ci il tarixli Qərarında vurğulamışdır ki, qeyd edilməlidir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri).Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il ## ###### tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il ## ###### tarixli Qərarları).Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ##### 2021-ci il tarixli Qərarında göstərmişdir: «Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.

51. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.

52. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər.

53. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.

54. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il # ###### tarixli Qərar).

55. Iddia tələbinin əsassız olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

56. Hazırki işin faktiki halları baxımından iddiaçının qeyd etdiyi hallar-təzyiq və hədə-qorxu yolu ilə borc və ipoteka müqaviləsinin bağlanılması iş materiallarının araşdırılması ilə öz təsdiqini tapmamışdır.

57. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

58. Göründüyü kimi əqdin Mülki Məcəllənin 339.4-cü maddəsi əsasında məcburetmə (hədə) nəticəsində bağlandığını qəbul etmək üçün tətbiq edilən təzyiq qanuna zidd (illegitim) olmalı və şəxsdə özünün və ya yaxınlarının əmlakına, yaxud şəxsiyyətinə qarşı qaçılmaz, real təhlükə hissi formalaşdırmalıdır.

59. Kollegiya qeyd edir ki, şəxsin öz pozulmuş mülki və ya əmlak hüquqlarının bərpası məqsədilə dövlətin səlahiyyətli hüquq-mühafizə orqanlarına müraciət etməsi və ya müraciət edəcəyini bəyan etməsi hüquqi mənada hədə-qorxu, təzyiq və ya qanuna zidd məcburetmə kimi tövsif edilə bilməz. Belə ki, cavabdehin üçüncü şəxs tərəfindən ona vurulmuş ziyanla bağlı polis orqanlarına şikayət etməsi onun Konstitusiyanın 60-cı maddəsi ilə təminat altına alınan hüquqi müdafiə hüququnun legitim reallaşdırılmasıdır. Qanuni vasitələrlə öz hüquqlarının qorunmasına nail olmaq istəyini ifadə edən hərəkətlər (hətta bu hərəkətlər qarşı tərəfdə müəyyən psixoloji narahatlıq yaratsa belə) MM-in 339.4-cü maddəsinin mənasına görə əqdi etibarsız edən qanuna zidd məcburetmə elementini təşkil etmir. Iddiaçılar tam fəaliyyət qabiliyyətli subyektlər olaraq, yaranmış vəziyyətdən çıxış yolunu öz sərbəst iradələri ilə qiymətləndirmiş və mübahisəni fərqli şəkildə mülki-hüquqi barışıq müstəvisinə keçirilməsini rəsmiləşdirmək qərarına gəlmişlər ki, bu da iradə azadlığının pozulması kimi şərh edilə bilməz.

60. Beləliklə, iddiaçı tərəfindən müvafiq əqdin bağlanmasına məcburetmə xarakteri daşıyan bu və ya digər hərəkətin cavabdeh tərəfindən törədilməsi barədə hər hansı bir sübut təqdim edilməmişdir.

61. Əldə edilmiş üzləşdirmə aktından Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iş görmək məqsədilə Cəfərov Vahiddən bir neçə dəfə olmaqla iddia edilən məbləğlərdə (140 000 ABŞ dolları) pul aldığını, lakin inflyasiya və digər səbəblərdən işlərin baş tutmadığını etiraf etməsi, bu halları təkzib etməməsi müəyyən edilir.

62. Iddiaçılar Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs borcunun öz adlarına rəsmiləşdirilməsinə razılıq verərək cavabdehlə mübahisələndirilən borc və ipoteka müqaviləsi bağlamışdır ki, borc müqaviləsinin predmeti də 238 000 manat olmaqla 140000 ABŞ dolları ilə eyni məbləğ təşkil etmişdir. Bundan sonra cavabdeh notarial qaydada ərizə verərək Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyi və ona qarşı tələb və iddiasının olmayacağını bildirmişdir.

63. Göründüyü kimi tərəflər arasındakı münasibətin həqiqi xarakteri “öhdəliyin üçüncü şəxs tərəfindən icrası” münasibətlərinə uyğun gəlir. Belə ki, mülki dövriyyənin sabitliyi və müqavilə azadlığı prinsipləri tərəflərə mövcud olan hər hansı bir maddi öhdəliyin icrasını digər bir hüquqi formaya salmaq imkanı verir. Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.

64. Hazırkı iş üzrə iddiaçılar öz ailə üzvləri olan üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh qarşısındakı mövcud maddi öhdəliyinin icrasını təmin etmək məqsədilə, müstəqil iradə ifadəsi əsasında borc və ipoteka müqavilələrini imzalamışlar. Bu fəaliyyətlə iddiaçılar üçüncü şəxsin cavabdeh qarşısındakı mülki borcunun əvəzini yeni bir borc öhdəliyi ilə əvəzləşdirərək icra etmiş, cavabdeh isə bunun müqabilində əvvəlki borcluya qarşı tələblərindən imtina etmişdir.

65. Qanunvericiliyə əsasən məhkəmə müqavilə şərtlərini təfsir edərkən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlərini nəzərə alsın. Irəli sürülən etibarsızlıq tələbi ümumi mülahizələrlə deyil, müəyyən edilmiş faktiki halların qanunun konkret normasının dispozisiya şərtlərinə uyğunluğunun (uyğunsuzluğunun) yoxlanılması ilə həll edilməlidir.

66. Mübahisə ilə bağlı kollegiya qeyd edir ki, müəyyən edilmiş işin faktiki və mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçıların birinin əri olmaqla digərinin kürəkəni olan üçüncü şəxsin cavabdehdən iş görmək məqsədilə aldığı pulla iş görə bilməməsi və həmin pulu geri qaytarmaması (üzləşdirmə zamanı özünün bildirdiklərinə əsasən) əsası ilə cavabdeh onu polisə şikayət etmiş, polis üçüncü şəxsi tutandan sonra isə ailəsi iddiaçılar onu azad etmək məqsədilə cavabdehlə eyni məbləğdə borc və ipoteka müqavilələri bağlamış, cavabdeh də bunun əvəzində üçüncü şəxs tərəfindən ona vurulan ziyanın ödənildiyinə və ondan şikayətinin, iddiasının və tələbinin olmadığına dair ərizə vermiş, bunun nəticəsində isə üçüncü şəxs barəsində aparılan cinayət işinin icraatına xitam verilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ölkə ərazisini tərk etdikdən sonra iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

67. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə görə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır.

68. Kollegiyasının qənaətində görə iddiaçıların hazırkı tələbi qeyd olunan maddənin dispozisya şərti ilə uzlaşmaqla hüquqdan sui-istifadə halı təşkil edir.

69. Beləliklə, kollegiyanın qənaətinə görə, iddiaçılar öz məqsədlərinə çatdıqdan, yəni yaxın qohumlarını mümkün məsuliyyətdən və öhdəlikdən azad etdikdən və qarşı tərəf öz hüquqi mövqeyini onların lehinə dəyişdikdən sonra, əvvəlki razılaşmanı mübahisələndirməyə çalışırlar. Bu davranış hüquqdan sui-istifadə kimi qiymətləndirilir və qanunla qorunmur.

70. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Iddiaçılar iddiaçı2 və iddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar