Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1396/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı mülki iş üzrə (açar sözlər: akt əsasında hesablanmış əsassız borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X3 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “akt əsasında hesablanmış əsassız borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı ##.##.2018-ci il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nərimanov küçəsi ev 5 ünvanında yaşayan istehlakçı İddiaçı istifadəsində olan qaz sayğacı yenisi ilə əvəz olunmuşdur. ##.##.2018-ci il tarixli (******* saylı) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın (bundan sonra – akt) və həmin tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin (bundan sonra – tələbnamə) surətindən görünür ki, Cavabdeh İB-nin **/****-*****/*-** saylı rəyinə əsasən 07AZ1********** nömrəli sayğacın plastmas borusunun dəyişdirilməsi qeyd olunmuş və bunun əsasında istehlakçıdan itirilmiş qazın bərpası üzrə 9720 m3 qaz sərfiyyatı hesablanmışdır. Aktda İddiaçı tərəfindən imzalanmasından imtina edilməsi qeyd olunmuşdur. ##.##.2021-ci il tarixli (******* saylı) akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası 6480 m3 qaz sərfiyyatı hesablanmışdır. Aktda İddiaçı aktı imzalamaqdan imtina etməsi qeyd olunmuşdur. ##.##.2021-ci il tarixli (******* saylı) akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası 2952 m3 qaz sərfiyyatı hesablanmışdır. Aktda İddiaçı aktı imzalamaqdan imtina etməsi qeyd olunmuşdur. ##.##.2025-ci il tarixində çap olunmuş abonent saldosundan görünür ki, abonent kodu 100306400510000 olan ünvan 2 ünvanında ailə tərkibi 5 nəfər olmaqla İddiaçı 07/2025-ci il tarixinə aktlar üzrə 3037.10 manat məbləğində borc qeyd edilmişdir. Foto-şəkillərdən görünür ki, akt tərtib olunan zaman şəkilmiş görüntülər Bakı şəhəri, Ayna Sultanova, dalan 4 ünvanında qeydə alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “akt əsasında hesablanmış əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsini, Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında ona məxsus olan *************** saylı abonent hesabına yazılmış 3037.10 manat məbləğində borcun həmin hesabdan silinməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında iddiaçıya məxsus olan *************** saylı abonent hesabına qanunsuz və əsassız olaraq 3037 manat məbləğində borc yazılmışdır. Aktlardan görünür ki, sayğacın çıxış plastmas borusu deşik olması və guya iddiaçının sayğacdan kənar təbii qazdan istifadə etməsi qeyd olunmuşdur. Halbuki, iddiaçı tərəfindən heç vaxt sayğacdan kənar təbii qazdan istifadə edilməmişdir. Akta əlavə olunan fotoşəkillərin də iddiaçının ünvanına aidiyyatı yoxdur. İddiaçı ünvanı ünvan 1 olsa da, fotoşəkillərdə Ayna Sultanova dalan 4 ünvanı qeyd olunmuşdur. Ona görə də həmin akt əsasında yazılmış borc məbləği tamamilə əsassızdır. İş üzrə məhkəmə ekspertizası təyin edilərək hər hansı kənar xətt izlərinin olub-olmadığı müəyyən edilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izhat verərək, tələbinin təmin edilməsini xahiş etmişdir. O, həmçinin izahatında qaz sayğacının küçədə yerləşdiyini, onun iştirakı olmadan cavabdeh qurumun əməkdaşları tərəfindən onun barəsində akt tərtib edildiyini, yoxlama və akt barəsindən ona xəbər verilmədiyini, yalandan aktı imzalamaqdan imtina etdiyinin qeyd edildiyini, aktın surətinin də ona təqdim edilmədiyini, onun tərəfindən qaz sayğacına heç bir müdaxilə edilmədiyini, ona əsassız borc yazıldığını, cavabdeh tərəfindən ona təqdim olunmuş şəkillərdə olan ünvanın Ayna Sultanova küçəsində yerləşdiyini, halbuki həmin fotoşəkillərdəki evin ona məxsus olmadığını və onun evinin ümumiyyətlə həmin ünvanda yerləşmədiyini, Nərimanov küçəsində yaşadığını və sayğacın da həmin ünvanda yerləşdiyini qeyd etmişdir. Cavabdeh Cavabdeh İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim edilməmişdir. Bununla belə cavabdehin nümayəndəsi elektron kabinet vasitəsilə ərizə təqdim edərək, yeni dəlillərin təqdim edilməsi məqsədilə hazırlıq iclasını təxirə salınmasını xahiş etsə də, sonradan da məhkəmə iclaslarında iştirak etməmiş və hər hansı dübut təqdim etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçı İddiaçı (abonent kodu: 100306400510000) dəymiş ziyanın bərpasına dair hesablanmış 3037.1 AZN (üç min otuz yeddi manat on qəpik) məbləğində borc silinməsi, iddia ərizəsinin verilməsinə görə ödənilməmiş 50.38 AZN (əlli manat otuz səkkiz qəpik) dövlət rüsumunun cavabdeh Cavabdeh İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırki mübahisə predmetini borcun silinməsi təşkil etdiyindən, ilk növbədə həmin borcun (zərərin) hesablanmasına əsas olan hallara, bu halları təsdiq edən aktların qanuniliyinə və eləcə də bu halların baş verməsində iddiaçının təqsirliliyi məsələsinə hüquqi qiymət verilməlidir. Bu mənada borcun cavabdeh tərəfindən tərtib edilmiş müvafiq akt əsasında hesablandığını nəzərə alaraq məhkəmə hesab edir ki, qəbul etdiyi aktın qanuniliyini, o cümlədən həmin aktda qeyd edilmiş qüsurları və həmin qüsurların yaranmasında iddiaçının təqsirini, habelə hesablanmış borcun məbləğinin əsaslılığını və qanuniliyini sübutetmə yükü aktı qəbul etmiş orqanın, yəni cavabdeh Cavabdeh İstehsalat Birliyinin üzərinə düşür. Belə ki, mübahisələndirilən borcun hesablanmasına əsas olan, cavabdeh tərəfindən tərtib edilmiş aktda abonentə (iddiaçıya) məxsus sayğaca mütəxəssislər tərəfindən baxış keçirilərkən sayğacın plastmas borusunun deşildiyi və qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunmasının aşkar olunduğu halına münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: Əvvəla, cavabdeh tərəfindən tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamışdır. Belə ki, iddiaçı cavabdeh qurum tərəfindən yoxlama keçirilən və aktlar tərtib edilən zaman iştirakının təmin edilmədiyini bildirir. Halbuki qanunvericiliyin tələbinə görə, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qaz qurğulаrına və qazpaylayıcı şəbəkəyə 6 аydа bir dəfədən az olmayaraq texniki baxış keçirməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmçinin qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Halbuki iş materiallarından görünür ki, həqiqətən də aktda iddiaçının imzası yoxdur və onun adının qarşısı “imtina” qeyd edilib. Habelə cavabdeh iddiaçının müvafiq qaydada məlumatlandırıldığını, yoxlama keçirilən zamanı və akt tərtib edilərkən onun iştirakının təmin edildiyini, xüsusi kitabda iddiaçının imzası ilə həmin sənədlərin alınmasını təsdiq edildiyini dair dəlil və sübut təqdim etməmişdir. Digər tərəfdən, cavabdeh Cavabdeh İB-nin nümayəndəsi ##.##.2025ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, sübutların təqdim olunması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəmə iclaslarında iştirak etməmiş və hər hansı sübut təqdim etməmişdir. Habelə iş materiallarında olan foto-şəkillərdən görünür ki, müvafiq görüntülər Bakı şəhəri, Ayna Sultanova dalan 4 ünvanında qeydə alınmışdır. Lakin İddiaçı təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunması ilə bağlı Cavabdeh İB tərəfindən tərtib olunmuş aktlar üzrə borc məbləği ünvan 1 ünvanında quraşdırılan sayğacın abonent saldosuna əlavə edilmişdir. Belə olduğu təqdirdə isə cavabdeh Cavabdeh İB tərəfindən tərtib olunmuş aktların və həmin aktların tərtib olunduğu yoxlamaların keçirilməsinin qanunvericiliyin tələblərinə uyğun olması ilə bağlı ziddiyyətlər yaranır. Qanunvericiliyin tələbinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Eləcə də, qaydalara əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarının müvafiq örtüklə örtülməsini təmin etmək, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasını təmin etmək, qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmirprofilaktika işlərini vaxtında yerinə yetirmək, onları texniki cəhətdən saz vəziyyətdə saxlamaq, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacını təmir etmək, texniki baxışdan keçirmək, dəyişdirmək öhdəliyini (məsuliyyəti) qaz paylayıcısı daşıyır. Qeyd olunan normaların tələbinin hazırki işə tətbiqi baxımından məhkəmə qeyd edir ki, iddiaçıya (fiziki şəxs olan istehlakçıya) məxsus olan və hasarın çölündə yerləşən sayğacın müvafiq qoruyucu örtüklə örtülməsi, onun işlək vəziyyətdə saxlanılması, texniki cəhətdən saz vəziyyətdə saxlanılması iddiaçının risk dairəsinə daxil olan öhdəliklər deyil. Belə olan halda istehlakçının daşımadığı öhdəliklərin yerinə yetirilməsini ondan tələb etmək əsassızdır. Eləcə də, sayğacdakı qüsurların delikt çərçivəsində iddiaçının təqsirli, hüquqazidd əməli (hərəkətləri və ya hərkətsizliyi) nəticəsində yarandığı da iş materiallarında olan heç bir sübutla təsdiq olunmur və cavabdeh də bu halı təsdiq edən sübut təqdim etməmişdir. Belə olan halda, iddiaçının vurmadığı və təqsirli olmadığı zərərə görə məsuliyyətə cəlb olunması qanunsuzdur. Ona görə cavabdeh Cavabdeh İB tərəfindən iddiaçı barəsidnə tərtib edilmiş akt və tələbnamə əsassız və qanunsuz olaraq tərtib edilmiş və borc hesablanmışdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1, 448, 1096.1, 1096.2-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 81, 88, 119.1, 217.3, 217.4-cü maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ## ### 2011ci il tarixli qərarının 3.1.3, 4.8, 4.9, 6.7-ci bəndlərinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh İstehsalat Birliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X1 cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, onun ünvanında hesablanmış 3037,10 manat məbləğində borcun Azəriqaz” İB-yi tərəfindən silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Aşağıdakılara əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğaca müdaxilə etmək vasitəsilə istifadə etməklə, o, cümlədən istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəmədən təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunun 6.2.-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında ümumilikdə 8.106 manat ziyan hesablanmışdır. Birinci instansiya məhkəməsi sübutları araşdırmamış və qeyri-obyektiv qərar qəbul etmişdir. İddiaçı İddiaçı ##.##.2018-ci il tarixli akta qoşma edilmiş ##.##.2018-ci il tarixli, ******** saylı akta imza edərək sayğacın deşilməsi faktını və bu akta əsasən yazılmış 972 manat dəymiş ziyanı qəbul etməsi faktını əsas tutmamışdır. Abonent saldosundan və GASREP üzrə çıxarışdan ödənişlər araşdırımamışdır. Belə ki, iddiaçı 2017-ci ilin yanvar ayında istifadə etdiyi təbii qaza görə 60 manat, 2018-ci ilin yanvar ayında 40 manat, 2019-cu ilin yanvar ayında 45 manat, 2020-ci ilin yanvar ayında 60 manat ödəniş həyata keçirdiyi halda nədənsə növbəti illərin qış aylarında bu rəqəm iki və üç dəfə azalmışdır. Belə ki, 2021-ci ilin yanvar ayında 17 manat, 2022-ci ilin yanvar ayında 30 manat, 2023-cü ilin yanvar ayında 30 manat ödəniş etmişdir. Hər iki sübut (akta imza edilməsi və ödənişlər) bunu deməyə əsas verir ki, iddia ərizəsi tam, hər tərəfli, obyektiv araşdırılmamış və məhkəmə iddia ərizəsində qeyd edilənləri öz qətnaməsinə köçürməklə qərar qəbul etmişdir. Lakin tərəfindən təqdim etmiş olduğu sübutlar bunu deməyə əsas verir ki, iddiaçının ödənişləri və akta imza etməklə təqsirli hərəkəti qəbul etməsi iddiaçının həqiqətən də, qazdan qanunsuz istifadə etdiyini sübut edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.3-cü bəndi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan İstifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydaları»nın 2.2.2-ci bəndinə əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsi düzgün qətnamə qəbul etmişdir. Ayna Sultanova ünvanına tərtib edilmiş aktları onun ünvanına yönəldilmişdir. Yoxlanılarkən borcun ona aidiyyəti olmadığı deyilmişdir. Onun sayğacı da yoxlanılmış, təmiz olması müəyyən edilmişdir. Həmin ünvanda iki nəfər yaşalarda beş nəfərin yaşaması yazılmışdır. Onun tərəfindən qazın talanması, qanunsuz qoşulma heç vaxt olmamışdır. 3-4 ildir ki, qaz sərfiyyatına ayda 20 manat qaz pulu ödəyir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Cavabdeh İstahsalat Birliyinə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh İstahsalat Birliyinin nümayəndəsi X2 ##.##.2026-cı il tarixli ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinə birinci instansiya məhkəməsində təqdim etmiş olduğu əsas dəlil və arqumentləri əlavə etdiyini, xüsusilə istehlakçının qaz sayğacına müdaxilə faktına görə tərəflərin iştirakı ilə tərtib edilmiş aktda imza etməsi ilə etiraf etmə dəlilini də təqdim etdiyini nəzərə almaqla iclasın onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdiyini göstərmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 63. İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. II. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. III. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. IV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Maddə 13 (8-ci bənd). Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu (##.##.2025-ci il tarixədək qüvvədə olan) Maddə 6-1.
1. Qaz paylayıcısı tərəfindən müayinə və texniki xidmət məlumatları üzrə reyestr (bundan sonra – Reyestr) yaradılır. Reyestrə daxil edilmiş məlumatlar müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) və istehlakçılar üçün açıq olmalıdır. Reyestrin aparılması və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
2. Qaz paylayıcısı müayinə və texniki xidmətlə bağlı məlumatları müayinənin və ya texniki xidmətin keçirildiyi vaxtdan 5 (beş) iş günündən gec olmayaraq Reyestrə daxil etməlidir. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilən Qazdan istifadə qaydaları Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bənd 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandırır. 6.1.5-2. istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə; Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bənd 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Bənd 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Bənd 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Bənd 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlarəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282).
Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunduğundan, cavabdeh apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdehin apellyasiya şikayətinin dəlilinə görə iddiaçı tərəfindən təbii qazdan istisfadə qaydaları pozulduğundan onun barəsində aktlar tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır. Lakin tədqiq olunan sübutlardan müəyyən olunur ki, cavabdeh 2018-2021-ci illərdə iddiaçı barəsində aktlar tərtib edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilən Qazdan istifadə qaydalarının 6-cı bəndi ilə müəyyən olunan tələblərə əməl etməmişdir. Bununla da tərtib etdiyi aktların, həmin aktlar əsasında apardığı vurulmuş ziyanla bağlı hesablamaların qanuniliyinə, həqiqiliyinə dair sübut etmə vəzifəsini icra etməmişdir. Belə ki, qanusuz qoşulma faktı barədə tərtib etdiyi aktlar üzrə istehlakçının təqsirini, habelə hesablanmış borcun məbləğinin əsaslılığını və qanuniliyini sübutetmə yükü aktı tərtib etmiş orqanın, yəni cavabdeh Cavabdeh İstehsalat Birliyinin üzərinə düşür. Belə faktın aşkar olunduğu zaman qaz paylayıcısı yuxarıda qeyd olunan qaydaların tələblərinə əməl etmək vəzifəsi daşıyır. Hazırkı işdə isə iddiaçının qazın talanmasında təqsirli olması sübuta yetirilmədən cavabdeh iddiaçıdan vurulmuş zərərin ödənilməsini tələb etmiş, həmin zərərin məbləğini abonentin saldosuna daxil etmişdir. İstinad olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.