Məhkəmə qərarları › İş №2(3-6)-140/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-140/2026

07.04.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-140/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi və vəkili vəkil1, nümayəndəsi Nümayəndə, Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili vəkil2 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Işin faktiki halları: 1.

2. Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi (hakim Ilahə Abbasova) ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı tərəfindən cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 hər birinə 5000 manat olmaqla, ümumilikdə 20000 manat kompensasiya ödənilməklə, cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 19, ** nömrəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 19, ** nömrəli mənzildə olan əşyalarının cavabdehlərin hesabına mənzildən çıxarılması, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 19, ** nömrəli mənzilin boş vəziyyətdə iddiaçı İddiaçı təhvil verilməsi qərara alınmışdır.

3. Həmin qətnamədən cavabdehlər tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmişdir.

5. “xxxx” MMC qiymətləndirmə şirkətinin ##.##.2026-cı il tarixli, MB **/**** nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ** nömrəli evin ** nömrəli mənzilin hazırkı real bazar dəyəri 173000 (yüz yetmiş üç min) manat, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ** nömrəli evin ** nömrəli mənzilin yerləşdiyi ərazidə analoji şəraitə malik olan 3 otaqlı mənzillərin aylıq kirayə haqqı 500 (beş yüz) manat təşkil edir.

6. Bakı şəhər ** saylı notariat ofisinin Xüsusi notariusu X1 iştirakı və imzası ilə həqiqiliyi təsdiq edilmiş ##.##.2026-cı il tarixli, ************* nömrəli ərizəyə əsasən İddiaçı iddiadan tam həcmdə könüllü qaydada imtina etdiyini bildirmiş, iddiadan imtinanın qəbul edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

7. Əvvəlki məhkəmə iclasında cavabdehlər müvafiq olaraq öz şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər.

8. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətlərini müdafiə edərək şikayətlərin məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilməsində iddiaçının – ananın iradə ifadəsinin olması onlarda əvvəlcədən şübhə doğururdu. Indi isə belə məlum olur ki, hazırkı iddia ərizəsinin verilməsində iddiaçının həqiqi iradəsi olmamışdır. Hesab edir ki, iddiadan imtina barədə ərizə mülkiyyətçinin həqiqi iradəsini ifadə edir, bu səbəbdən də iddiadan imtinanın qəbul edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında iddiaçının yeni nümayəndəsi - doğma oğlu Nümayəndə iddiaçının iddiadan imtina barədə ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etdi və bildirdi ki, ilkin iddia veriləndə iddiaçı xəstə olub, onun cavabdehləri evdən çıxarmaq fikri olmamışdır, ümumiyyətlə onun bu iddiadan xəbəri olmamışdır, hazırda isə məlumatlıdır. Iddia ərizəsi veriləndə anası digər oğlu Etibar və onun ailəsi ilə birlikdə yaşayırdı. Hazırda iddiaçı anlaqlı vəziyyətdədir, onunla birlikdə yaşayır. Iddiadan imtina barədə ərizəni anası “ASAN xidmət” Mərkəzinə gedərək, öz iradəsi ilə vermiş notarus da bu halı yoxlamışdır. Anasının adından iddia ərizəsinin verilməsi, cavabdehlərin evdən çıxarılması onun ögey qardaşı olan Etibarın planı olmuşdur, anasının belə bir niyyəti yoxdur. Odur ki, qeyd edilənlərin nəzərə alınmasını və iddiadan imtinanın qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil1 bildirdi ki, iddiaçıya hüquqi yardımın göstərilməsi və iddiaçını təmsil etməsi barədə ona iddiaçının digər oğlu Etibar Talıbov tapşırıq vermiş, müqaviləni də onunla bağlamışdır. Onun iddiaçının iddiadan imtina etməsindən məlumatı olmamışdır. Apellyasiya Məhkəməsinin mövqeyi:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

12. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

13. Məhkəmə iddiadan imtinaya dair ərizəni iş materialları ilə birlikdə müzakirə edərək hesab edir ki, iddiaçının iddiasından imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməsi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddiadan imtina məhkəmə tərəfindən qəbul edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.

14. Belə ki, iddiaçının nümayəndəsi və vəkilinin izahatından da müəyyən olduğu kimi onunla hüquqi xidmət göstərilməsi barədə müqaviləni iddiaçının oğlu – Etibar Talıbov imzalamışdır. Hazırda iddiaçının iki nümayəndəsi olsa da, onların mövqeləri arasında ziddiyyət vardır. Lakin iddiaçı sonuncu etibarnaməni ##.##.2026-cı il tarixdə oğlu Nümayəndə verdiyindən Məhkəmə hesab edir ki, iddiaçının sonuncu hərəkətləri onun iradəsinə uyğundur və Nümayəndə izahatları da iddiaçının son iradə ifadəsidir.

15. Eləcə də, məhkəmə kollegiyasının sonuncu iclasında iştirak edən iddiaçının digər oğlu Etibar Talıbov iddiaçının nümayəndəsi olduğunu iddia edərək, etibarnamə təqdim etsə də, müəyyən olmuşdur ki, həmin etibarnamə ##.##.2016-cı il tarixdə 1 (bir) il müddətinə, həm də başqa məqsədlər üçün verilmiş, ##.##.2017-ci ildə qüvvədən düşmüşdür. Etibarnamə üzrə səlahiyyətlər ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin özəlləşdirilməsi üzrə aidiyyəti orqanlarda təmsil etmək, lazımi sənədləri toplamaq, ərizə yazmaq və s. olmaqla, X2 etibar edilmişdir. Məhkəmə iclasında anasının adından məhkəmədə iddia qaldırılması və onu təmsil etmək üçün vəkillə müqavilə bağlayan E.Talıbov cidd-cəhdlə apellyasiya icraatında özünün də anasını təmsil etdiyini bildirərək prosesdə iştirak etmək istəyi də iddianın verilməsində mülkiyyətçinin həqiqi iradəsinin olmadığına dair cavabdeh tərəfin bildirdiklərinin heç də əsassız olmadığına işarət edir.

16. Beləliklə, MPM-in 69.1-1, 74.2-ci maddələrinə əsasən Məhkəmə tərəfindən E.Talıbov iddiaçının səlahiyyətli nümayəndəsi hesab edilməmişdir.

17. Məhkəmə qeyd edir ki, iddiaçının adından E.Talıbovun iddiaçını həm birinci instansiyada təmsil edən, həm də apellyasiya mərhələsində təmsil edən vəkillərlə müqavilənin bağlanması, iddiaçının şəxsən məhkəmə proseslərində iştirak etməməsi, iddiaçının hazırda digər oğluna etibarnamə verməsi, onunla birlikdə yaşaması onu göstərir ki, iddiaçının oğlu Nümayəndəla (cavabdeh cavabdeh2nın keçmiş əri, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 atası) münasibətləri yaxşılaşmış, iddiadan imtina barədə ərizədə də qeyd edildiyi kimi yaranmış ailədaxili vəziyyət, sosial-məişət problemləri aradan qalxmışdır. Belə olan halda iddiaçının iddiadan könüllü şəkildə, öz iradəsi ilə imtina etməsi real olmaqla ağlabatandır.

18. Qeyd edilənlərə əsasən Məhkəmə belə qənaətə gəlir ki, hazırkı halda iddiadan imtinaya mane olan hal mövcud deyil, iddiaçının iddiadan imtina etməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur.

19. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. Iddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.

20. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

21. Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq sürətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər.

22. Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.

23. Qeyd olunan Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir.

24. MPM-in 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Nəticə:

25. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kompensasiya ödəməklə cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılaraq boş vəziyyətdə təhvil verilməsi” tələbinə dair iddiadan imtinası məhkəmə tərəfindən qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir.

26. Məhkəmə onu da xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsini nəzərdə tutan Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsi hazırkı davam edən münasibətlərə şamil olunmur. Başqa sözlə desək, iddiaçı eyni cavabdehlərə qarşı eyni tələblə yenidən məhkəməyə müracət etmək hüququna malikdir.

27. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

28. Bununla bağlı Məhkəmə qeyd edir ki, həmin normada (402.2.4-cü maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın MPM-in digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən, iddiaçının iddiadan imtina etməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin hallar məhkəmənin öz qulluq mövqeyinə əsasən gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə, yəni icraatı başlamış tərəflərin vəsatətinin (xahişinin) təmin olunmasının rəsmiləşdirilməsi ilə bağlıdır. Məlum məsələdir ki, vəsatəti (xahişi) təmin olunan tərəfin, xahişinin təmininə dair məhkəmə aktını (qərardadını) mübahisələndirməsi öz-özlüyündə məntiqsiz və anlaşılmaz olardı. Bununla belə, hüquqi müəyyənliyin təmin edilməsi baxımından iddiaçının iddiasından imtina etməsi əsası ilə icraata xitam verilməsinə dair hazırkı qərardaddan kassasiya şikayəti verilməsi mümkün sayılmalıdır.

29. MPM-in 122.1-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 263-264, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Iddiaçı İddiaçı iddia tələblərindən imtinası qəbul edilsin. Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar