Məhkəmə qərarları › İş №2(3-6)-142/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-142/2026

15.04.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-142/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İlkin iddia üzrə iddiaçı İddiaçı ilkin iddia üzrə cavabdeh “Azəriqaz” İB-nə qarşı “borcun silinməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı “Azəriqaz” İB-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi, zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə üzrə cavabdeh) İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə üzrə cavabdeh) “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı “borcun silinməsi” tələbi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı ilə bağlı tərtib olunmuş aktlara görə ondan tələb olunan 6.220,80 (altı min iki yüz iyirmi manat səksən qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mərhum atası X2 məxsus olmuşdur. Atası ##.##.2022-ci il tarixində rəhmətə getdikdən sonra uzun illər həmin mənzildə yaşayış belə olmamışdır. Hal-hazırda o, ailə üzvləri ilə birlikdə orada yaşayır. O, vaxtlı-vaxtında ona aid qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Onun və ailə üzvləri tərəfindən sayğaca və eləcə də mənzilə gələn qaz xəttinə heç bir müdaxilə olmamışdır, lakin cavabdehin nümayəndələri akt tərtib edərək ona 6.220,80 (altı min iki yüz iyirmi manat səksən qəpik) manat məbləğində borc yazmışlar. O, cavabdehin hərəkətindən narazıdır, eləcə də tələb olunan borcu qanunsuz və əsassız hesab edir. Buna görə də hüquqlarının bərqərar olunması üçün məhkəməyə müraciət etmişdir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

3. İddiaçı “Azəriqaz” İB cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı iddiaçı “Azəriqaz” İB-nə 6.206,40 (altı min iki yüz altı manat qırx qəpik) manat məbləğində zərərin və 82,07 (səksən iki manat yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 6.288,47 (altı min iki yüz səksən səkkiz manat qırx yeddi qəpik) manat pulun məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz” İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN: 9900001881, M/H AZ03NABZ01350100000000002944, SWİFT: İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ50İBAZ38040039449955001922) bank hesabına ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu rayonu ərazisində “Azəriqaz” İB-nin əməkdaşları tərəfindan Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Sabunçu rayonu, Şamil Kamilov küçəsi, Bakıxanov ev 1B qeydiyyatda olan İddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində irəli gələn hal Birliyin əməkdaşları tərəfındən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 6.220,80 manat məbləğində “Azəriqaz” İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə edilir). Həmin zərərdən cavabdeh 14,40 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin “Azəriqaz” İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 6.206,40 (altı min iki yüz altı manat qırx qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “Azəriqaz” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödənişin həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

Birinci instansiya məhkəməsində icraat:

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim A.Abdullayeva) ilkin iddia və qarşılıqlı iddianın qismən təmin edilməsi, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: 100402800120000) ilə bağlı “Azəriqaz” İB tərəfindən X3 2023-cü ilin mart ayı üçün hesablamış 6.220,80 manat borcun 5.712,80 (beş min yeddi yüz on iki manat səksən qəpik) manat hissəsinin silinməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, dəymiş zərərin əvəzi olaraq “Azəriqaz” İB tərəfindən X3 (abonent kodu: 100402800120000) barəsində tərtib edilmiş ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 508 (beş yüz səkkiz) manat pul məbləğinin və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı tutularaq “Azəriqaz” İB-nə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, ilkin iddianın verilməsinə görə 77,13 (yetmiş yeddi manat on üç qəpik) manat dövlət rüsumunun “Azəriqaz” İB-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həmin ünvan üzrə abonentə kənar xəttə qoşulma ilə bağlı ##.##.2025-ci il tarixli, ******* saylı akt yazılarkən bu akt cavabdeh təşkilat tərəfindən X10 Agentliyinə göndərilmiş, nəticədə həmin xətt aşkar edilərək buna dair EMTA-nın ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolu və ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qəbul edilmişdir. Belə olduğu halda məhkəmə hesab etmişdir ki, kənar xəttin mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təsdiq olunduğundan, ilkin iddiaçıya 2023-cü ilin mart ayında hesablanmış borc müvafiq hesablama aparılmaqla qismən silinməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, qaz xəttinə kənar qoşulma nəticəsində ödəniləcək məbləğin cavabdeh təşkilat tərəfindən 6.220,80 manat məbləğində hesablanması (tələb olunması) düzgün deyildir. Belə ki, istifadə edilən cihazların sərfiyyat göstəriciləri və sair yuxarıda sadalanmış zəruri hallar nəzərə alınmaqla, iddiaçıya 2023-cü ilin mart ayı üçün hesablanmış ümumi 6.220,80 manat borcun 508 manat hissəsi saxlanılmaqla, qalan borc, yəni 5.712,8 manat məbləği silinməli, ilkin iddia qalan hissədə təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) Apellyasiya şikayətinin dəlilləri:

7. İddiaçı (qarşılıqlı iddia üzrə üzrə cavabdeh) İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona aid olan 100402800120000 abonent koduna hesablanaraq vurulmuş məbləğ qanunaziddir. İş materiallarında yer almış və sübutlar tam əsassız olmasını göstərdiyi halda birinci instansiya məhkəməsi səhv nəticəyə gələrək, iddia ərizəsini qismən təmin etmişdir.

9. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə üzrə cavabdeh) “Azəriqaz” İB qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə “Azəriqaz” İBnə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəflərindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

12. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərək tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını və ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.

13. İlkin iddia üzrə cavabdehə (qarşılıqlı iddia üzrə iddiaçıya) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.

15. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.

16. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

18. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

19. Həmin Qanunun 2022-ci ilin ## ### tarixindən qüvvədə olan 13-cü maddəsinin 8- 1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı, ## ### 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

21. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.

22. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

23. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

24. Həmin Qaydaların 6.5-1-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:

1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;

2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;

3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.

25. Həmin Qaydaların 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

26. Həmin Qaydaların 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri:

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Hazırkı işdə ilkin və qarşılıqlı iddia qismən təmin edildiyindən və qətnamə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə üzrə cavabdeh) İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə üzrə cavabdeh) “Azəriqaz” İB tərəfindən özlərinə aid iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı izahatınını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

31. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent sayğacdan kənar qeyriqanuni əlavə xətdən istifadə edir.

32. İş materiallarında olan “Azəriqaz” İB-nin ##.##.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, X3 barəsində tərtib olunmuş ******* saylı akta əsasən 51.840 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır.

33. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2025-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent sayğacdan kənar qeyriqanuni əlavə xəttdən istifadə edir.

34. İş materiallarında olan “Azəriqaz” İB-nin ##.##.2025-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, X3 barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.592 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır.

35. İş materiallarında olan ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, ünvan 2 ünvanında ##.##.2025-ci il tarixdə qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma aşkar edilmişdir.

36. İş materiallarında olan ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ünvan 2 ünvanında ##.##.2025-ci il tarixdə qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulmaqla qazın talanması nəticəsində İddiaçı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

37. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi X9 Agentliyinin Bakı Filialının ##.##.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı (abonent: 100402800120000, X3) qazdan qanunsuz istifadəyə görə X9 Agentliyinin Bakı filialı tərəfindən ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla məsuliyyətə cəlb edilmişdir.

38. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi X9 Agentliyinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ## #### 2023-cı il tarixinə qədər istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövr qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli, ** nömrəli Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”na (bundan sonra - Qaydalar) dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2023-cu ıl tarixli, *** nömrəli Qərarı ilə müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində (abonent kodu: 100402800120000) təbii qazdan sayğacdan kənar istifadə ilə bağlı Cavabdeh İB tərəfindən yazılmış ##.##.2023-cü il tarixli, ******G saylı akt üzrə hesablanmış 51.840 m3 qaz həcminin, yaxud ümumiyyətlə itirilmiş qazın dəyərinin düzgün hesablandığını müəyyən etmək mümkün deyil. İddiaçının yaşayış evində istifadə olunan 1 ədəd PQ-3 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 0,9 m3 , 1 ədəd su qızdırıcısının maksimal saatlıq qaz sərfi 1.5 m3, işləmə rejimi 12 saat, 12 aylıq istifadə dövrü nəzərə alınaraq ##.##.2023-cü il tarixli, ******* saylı akt üzrə qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: 1 ədəd PQ3 məişət tipli qaz plitəsi üçün - 0,9 m3 x 12 saat x 360 gün = 3.888 m3. 1 ədəd qənaətli su qızdırıcısı üçün 1,5 m3 x 12 saat x 360 gün = 6.480 m3. Ümumilikdə qeyd olunan akt üzrə vurulmuş zərərin həcmi 3.888 m3 + 6.480 m3 = 10.368 m3 təşkil edə bilər. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının o dövrdə qüvvədə olan “Təbii qazın olkədaxili tariflərinin tənzimlənməsi barədə" ## ####### 2021-ci il tarixli, ** nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1.200 m3 (1.200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3 -i 0,12 manat, illik istehlak həcminin 1200- 2500 m3 olan hissəsi uçün hər 1 m3 -i 0,20 manat, illik istehlak həcminin 2.500 m3 - dən çox olan hissəsi üçun hər 1 m3 -i 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq hesablanan 10.368 m3 qaz həcminin dəyəri 2.371,0 manat (1.200 m3 x 0,12 manat = 144 manat; 1.300 m3 x 0,20 manat = 260 manat; 7.868 m3 x 0,25 manat = 1.967 manat, 144 manat+260 manat+1.967 manat = 2.371 manat) məbləğində, abonentin 2023-cu il üzrə etdiyi ödənişləri (153 manat) nəzərə alaraq qeyri-qanuni qoşulma halında ondan tutula biləcək məbləğin 2.218 manat müəyyən edilə bilər.

39. İş materiallarında olan X2 məxsus *************** saylı abonentin saldosundan görünür ki, abonentin 2023-cü ilin mart ayı üzrə 6.220,80 manat, 2025-ci ilin iyul ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 463,60 manat borcu mövcud olmuşdur.

40. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, mübahisəli abonent kodu əvvəl ilkin iddiaçının atasına məxsus olmuşdur. İlkin iddiaçının atası vəfat etdikdən sonra sahə ilkin iddiaçı Qalıb Yusiflinin sahibliyində qalmışdır. Abonent saldosundan görünür ki, kənar xəttə qoşulmaya görə bu hesaba 2023-cü ilin mart ayında 6.220,80 manat; 2025-ci ilin iyul ayında 463,60 manat borc hesablanmışdır. İlkin iddiaçının izahatı ilə müəyyən edilir ki, ilkin iddia üzrə 2023-cü ilin mart ayında hesablanmış 6.220,80 manat məbləğinin qanuniliyi mübahisələndirilir. Belə ki, iddiaçı hazırki iddia ilə 2025-ci ilin iyul ayında hesablanmış 463,60 manat borcu mübahisələndirmədiyini demişdir. Qarşılıqlı iddiadan görünür ki, qarşılıqlı tələb də məhz 2023-cü ilin mart ayında hesablanmış 6.220,80 manat pulun (abonentin apardığı 14,40 manat ödəniş çıxmaqla) tutulmasına yönəlmişdir. Bununla da iş materialları ilə müəyyən edilir ki, ilkin və qarşılıqlı iddia tələbləri “Azəriqaz” İB-nin ******* saylı ##.##.2023-cü il tarixli aktına yönəlib.

41. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəndə göstərdiyi əsas dəlil ondan ibarətdir ki, akt əsasında ona aid olan 100402800120000 abonent koduna hesablanaraq vurulmuş məbləğ qanunaziddir.

42. İlkin iddia üzrə iddiaçının bu dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli aktın qanuniliyini təsdiq edən sübutlar (istehlakçının qazın talanmasında təqsirli olmasına təsdiq edən müvafiq icra hakimiyyəti orqanının qərarı) məhkəməyə təqdim edilməsə də, iş materialları ilə müəyyən edilir ki, həmin ünvan üzrə abonentə kənar xəttə qoşulma ilə bağlı ##.##.2025-ci il tarixli ******* saylı akt yazılarkən bu akt cavabdeh təşkilat tərəfindən X10 Agentliyinə göndərilmiş, nəticədə həmin xətt aşkar edilərək buna dair EMTAnın ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolu və ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qəbul edilmişdir.

43. Belə olduğu halda, məhkəmə kollegiyası ilkin iddia üzrə iddiaçının bu dəlilini əsassız hesab edir və birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, kənar xəttin mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təsdiq olunduğundan, ilkin iddiaçıya 2023-cü ilin mart ayında hesablanmış borcun müvafiq hesablama aparılmaqla qismən silinməli olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

44. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə üzrə cavabdeh) “Azəriqaz” İB-nin apellyasiya şikayətində göstərdiyi dəlil ondan ibarətdir ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, iddiaçı İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə “Azəriqaz” İB-nə böyük məbləğdə ziyan vurmuşdur.

45. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə üzrə cavabdeh) “Azəriqaz” İB-nin apellyasiya şikayətində göstərdiyi dəlil ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının yaşayış evində dördgözlü peç və su qızdırıcısı mövcud olmuşdur. Mövcud qaydalara əsasən cavabdeh təşkilat tərəfindən ən azı 3 ayda 1 dəfə yoxlanılma aparılmalı olduğundan, iddiaçıya hesablanmalı borc 90 gün (3 ay) müddətinə hesablanmalıdır. Qaz xəttinə kənar qoşulma halında bu cihazlar üzrə 1 ədəd dördgözlü qaz peçi üçün 1,2 m3 saatlıq qaz sərfi və 1 ədəd su qızdırıcısı üçün 1.5 m3 saatlıq qaz sərfi hesablanmalıdır. Hər cihaz üçün 12 saat orta günlük iş rejimi və 90 gün hesabat müddəti nəzərə alındıqda ümumi qaz sərfiyyatı 2.916 m3 təşkil edir (12x90x1,2 m3=1.296 m3, 12x90x1.5 m3=1.620 m3). Həmin qaz sərfiyyatına görə ödənilməli məbləğ 349,92 manat təşkil edir. (İlkin limitlə bağlı 1.200 m3 üçün 144 manat, 2.500 m3 -dək olan limit sərfiyyatı üçün 0,20 qəpik məbləğindən hesablanmaqla 260 manat (2500-1200 = 1300 m3 ; 1300 m3 x 0,20 = 260), qalan sərfiyyat olan 416 m3 üçün 0,25 qəpik məbləğindən hesablanmaqla 104 manat məbləği müəyyən edilir. Bununla da, 144 + 260 + 104 = 508 manat təşkil edir.

46. Belə olduğu halda, məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlili əsassız hesab edir və birinci instansiya məhkəməsinin mövqeyi ilə də razılaşaraq qeyd edir ki, qaz xəttinə kənar qoşulma nəticəsində cavabdeh təşkilata 6.220,80 manat məbləğində ziyan vurulması iş materialları ilə öz əksini tapmadığından, istifadə edilən cihazların sərfiyyat göstəriciləri və sair yuxarıda sadalanmış zəruri hallar nəzərə alınmaqla, iddiaçıya 2023-cü ilin mart ayı üçün hesablanmış ümumi 6.220,80 manat borcun 508 manat hissəsi saxlanılmaqla, qalan borcun, yəni 5.712,8 manat məbləğinin silinməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə üzrə cavabdeh) İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə üzrə cavabdeh) “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar