Məhkəmə qərarları › İş №2(3-6)-1444/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1444/2026

18.05.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1444/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər “xxxx” MMC-yə və cavabdeh1 QSC BOKT-a oğluna qarşı işi üzrə Açar sözlər: (“hərracın etibarsızlığı”) hakimlər X8 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh cavabdeh1 QSC BOKT-un nümayəndəsi X3 iştirakı ilə, iddiaçı İddiaçı cavabdehlər “xxxx” MMC-yə və cavabdeh1 QSC BOKT-a qarşı “protokolun etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)- ****/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı İddiaçı cavabdehlər “xxxx” MMC-yə və cavabdeh1 QSC BOKT-a qarşı “protokol və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Bakı şəhəri, Səbail rayonu. Məmməd Əfəndiyev küçəsi, ev 7, 17,20,** saylı mənzilin açıq hərracda satılması barədə ## #### 2015-cu il tarixli **/** saylı İpoteka saxlayana İpoteka Predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə Protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə ## #### 2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xüsusi mülkiyyət əsasında məxsus olan Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, ev 7, 17,20,** saylı mənzillər girov qoyularaq xxxx ASC-dən ##.##.2008-ci il tarixli *** saylı kredit müqaviləsi ilə illik 17% dərəcəsi ilə onun həyat yoldaşı X2 255 000 manat, ##.##.2008-ci il tarixli *** saylı kredit müqaviləsi ilə illik 17% dərəcəsi ilə X4 270 000 manat, ##.##.2008-ci il tarixli *** saylı kredit müqaviləsi ilə illik 17% dərəcəsi ilə X1 210 000 manat, ##.##.2008-ci il tarixli *** saylı kredit müqaviləsi ilə illik 17% dərəcəsi ilə X15 265 000 manat kredit rəsmləşdirdilər. Kreditlər Naxçıvan Muxtar Respublikası prokuroru Səbuhi Şahverdiyevin hədə qorxusu və Azərbaycan Beynəlxalq Bakının öz təşəbbüsü ilə verilmişdir (Banka kreditin verilməsini Naxçıvan MR rəhbərliyi tapşırmışdır). Həmin kredit bankda ABŞ dollarına konvertasiya edildi və Naxçıvan Muxtar Respublikası prokurorluğunun əməkdaşı İlqar Əsgərova verildi. Adlarına rəsmləşdirilən kredit tam olaraq onlara verildi. Bu haqda onun şikayət ərizəsinə əsasən hazırda Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində ********* nömrəli və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində ********* nömrəli cinayət işlərinin istintaqı aparılır. Cinayət işlərinin yekununda cinayətkarlar tərəfindən hədə qorxu ilə alınan həmin pullar bankın hesabına ödənilməlidir. xxxx ASC 2010-cu ilin may ayında Nizami rayon məhkəməsində iddia qaldırmış və məhkəmənin ##.##.2010-cu il tarixli *(****-***/** saylı qətnaməsi ilə yuxarıda adları qeyd edilən kreditalanlardan cəmi 1 304 000.00 manat pulun tutulması və tutmanın vuxarıda qeyd edilən girov əmlaka yönəldilməsi göstərilmişdir. Həmin qətnamə icraya yönəldilmiş və hazırda Səbail rayonu icra şöbəsinin 2(0Q7) ***/**** saylı icra işi icra olunmaqdadır. ## ###### 2015-ci il tarixdə xxxx ASC ilə aralrında olan razılaşmaya əsasən həmin kredit müqavilələrində dəyişiklik edilməsi haqda kredit müqaviləsinə əlavə imzalanaraq 1000 000.00 manat kreditin kreditalanlar tərəfindən ## ###### 2017-ci il tarixədək ödənilməsi üçün yeni qrafik müəyyən edilmişdir. Bu hal nəzərə alınaraq is üzrə icraat icra şöbəsi tərəfindən dayandırılmışdır. Əgər həqiqətən də Azərbaycan Beynəlxalq Bakı ASC tərəfindən 2015-ci ilin ## #### tarixində girov əmlakı cavabdehin protokolu əsasında almışdırsa, nədən kredit müqaviləsinə əlavə imzalayaraq kredit ödənişinin müddətini ##.##.2017-ci il tarixədək uzatmışdır. Göründüyü kimi ikinci cavabdehlə xxxx ASC arasında bağlanan müqavilədən sonra kredit vaxtının uzadılması barədə kredit müqaviləsinə əlavə imzalandığına görə bizim üzrə hüquqlar ona güzəşt edilə bilməz, çünki həmin müqavilə üzrə güzəşt edilən hüquqlar ancaq ##.##.2015-ci il tarixdən əvvəlki problemli müqavilələrə aid edilir. ##.##.2015-ci il tarixli əlavə imzalanmaqla bizimlə tələbkar arasında olan problem aradan qalxmış hesab edilir. 2020-ci ilin oktyabr ayında “Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi” MMC- dən onun və digər borcluların ünvanlarına ##.##.2020-ci il tarixli 561,562.563 və *** saylı bildirişlər daxil olaraq borclulardan tam kredit borcu 1000 000.00 manatın, faiz və cərimələr 521 000.00 manatın 10 gün müddətində ödənilməsi tələb edilmiş və əks halda borc tələbinin məcburi qaydada davam etdirilməsi üçün müraciət olunacağı bildirilmişdir.Sual yaranır 2015-ci ildə girov əmlakı Azərbaycan Beynəlxalq Bakı ASC cavabdehin protokolu əsasında almışdırsa ona girovqovan kimi nədən bildiriş göndərilmiş və borclulardan nədən tam kredit məbləği və faiz cərimələr tələb edilmişdir. Elə bir hal var idisə, ümumi borcun məbləği girov əmlakın dəyəri həcmində azaldılmalı devildirmi? Yuxarıda qevd edilən bildirişlər daxil olduqdan sonra dəfələrlə “Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi” MMC-nin rəhbərliyi ilə görüşmüşlər və görüşlər zamanı onlar ona girov əmlakın onlar tərəfindən 2015-ci ildə hərrac vasitəsi ilə almaları barədə bir kəlmə də olsun söz deməmişlərdi. Əksinə AR DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə və AR Baş Prokurorluğu Korrupsiyaya Qarsı Mübarizə idarəsinə vazdıqları şikayət ərizələrində də əsas borc və faiz və cərimələri tam səkildə də tələb etmişdirlər. Hətta AR DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş idarəsində onu məcbur edirdilər ki evi iddiaçıya versin borc bağlansın, o da bütün borcların tam bağlanması şərti ilə evi iddiaçının balansına verməyə razılıq verdikdə agentliyin direktoru Bəkirov Süleyman müəllim etiraz edərək bildirdi ki, məhkəmə qərarı mövcuddur əmlakı tələb ediblər, icra şöbəsi hərraca çıxarmalıdır və ancaq hərrac vasitəsi ilə alıb balanslarına keçirə bilərlər. "xxxx” MMC-nın ünvanına daxil olan ##.##.2021-ci il tarixli ***/** saylı hərrac bildirişi ilə öyrəndi ki, ##.##.2021-ci il tarixə hərrac təvin edilib və 1100 000.00 manata əmlak hərraca çıxarılıb. O, əmlakın qiymətləndirməsindən narazı qaldığı üçün iddia ilə Səbail Rayon Məhkəməsinə müraciət etdi və müvəqqəti təminat tədbiri olaraq hərracın keçirilməsinin qadağan edilməsini xahiş etdi. Səbail rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı qərardadı ilə hərracın keçirilməsi qadağan edilərək girov əmlakın yenidən qiymətləndirilməsi üçün ekspertiza təyin etdi. Həmin məhkəmə prosesində cavabdehin nümayəndəsi X3 da bütün məhkəmə iclaslarında etibarnamə əsasında iştirak etsə girov əmlakın onlar tərəfindən 2015-ci ildə hərrac vasitəsi ilə almaları barədə məhkəməyə məlumat verməyərək iddia ərizəsinə öz münasibətini bildirmiş və ekspertizanın təvin edilməsinə razılığını bildirmişdir. Həmin məhkəmə işi üzrə ekspert tərəfindən verilən qiymətləndirmə rəyi ilə o razılaşmadı və özü müstəqil qiymətləndirmə şirkətləri ilə müqavilə bağlayaraq girov əmlakı qiymətləndirilməsini xahiş etdi və hər iki qiymətləndirmə şirkəti girov əmlakı 2 500 000.00 manat civarında qiymətləndirdilər və həmin hesabatları o, məhkəməyə təqdim etdi. Məhkəmə özünün ##.##.2022-ci il tarixli *(***)-**/**** saylı qərardadı ilə işin icraatına xitam verdi işə ümumi iddia qaydasında deyil icra icraatı qaydasında baxılmalı olduğunu bizə izah etdi. “xxxx” MMC-nin ##.##.2023-cü il tarixli 354/21 tarixli hərrac bildirişi aldığı zaman ona məlum oldu ki, girov əmlak 935000.00 manata yenidən hərraca çıxarılıb. O, icra icraatı qaydasında isə baxılması ücün qətnamə qəbul edən Nizami rayon Məhkəməsinə ərizə ilə müraciət edərək girov əmlakın yenidən qiymətləndirmə öhdəliyinin Səbail Rayon İcra Şöbəsinin üzərinə qovulmasını məhkəmədən xahiş etdi. Məhkəmə özünün ##.##.2024-cü il tarixli 8(007) **/**** saylı qərardadı ilə girov əmlakın yenidən qiymətləndirilməsi öhdəliyini Səbail Rayon İcra Şöbəsinin üzərinə qoydu. Səbail Ravon icra Şöbəsinin yenidən qiymətləndirməsindən narazı qaldığı üçün qiymətləndirmə rəyinin ləğv edilməsi üçün Salyan Rayon Məhkəməsində iddia qaldırdı və hazırda həmin iş Salyan Rayon Məhkəməsinin icraatındadır və bütün bu proseslərdən də həm ikinci cavabdehin, həm də Səbail Ravon İcra Şöbəsinin tam məlumatları olduğu halda necə ola bilər ki, 2015-ci ildə hərracda satılmış əmlakı yenidən hərraca çıxarırlar. Səbail rayon İcra Şöbəsinə ##.##.2025-c il tarixdə müraciət edərək əldə etdiyim sənədlərdən də görünür ki, 2021-ci ilin avqust ayında keçirilən hərrac məhz ikinci cavabdehin ##.##.2021-ci il tarixli **** saylı məktubu ilə girov əmlakın hərracda satışının sifariş verilməsi xahişi əsasında həyata keçirilmişdir. Sonradan ikinci cavabdehin ##.##.2021-ci il tarixli **** saylı məktubundan görünür ki, icra şöbəsindən özünün ##.##.2021-ci il tarixli **** saylı məktubla hərracın dayandırılmasını xahiş etmiş, lakin 5 gün sonra yenidən cavabdehin ##.##.2015-ci il tarixli **/** saylı protokolu və ##.##.2015-ci il tarixli əmlakın alqı satqısı üzrə müqaviləyə əsasən girov əmlakın alqı-satqısına dair nəzərdə tutulmuş sənədləşdirmə müvafiq qaydada tam olaraq basa çatdırlmadığından ##.##.2021- ci il tarixli **** saylı məktubunun etibarsız hesab edilərək sifaris edilmiş hərracın davam etdirilməsini xahiş etmişdir. Həmin hərrac üzrə qiymətləndirmə rəyinin ləğv edilməsindən sonra ikinci cavabdeh yenidən özünün ##.##.2022-ci il tarixli məktubu ilə Səbail Ravon İcra Şöbəsinə müraciət edərək tam səkildə kredit borcları və ona hesablanmış cərimə və faizlərin 1 524 000.00 manatın girov əmlaka yönəldilməsini və yenidən hərrac sifarişi verilməsini xahiş etmişdir. İcra şöbəsi Nizami rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli **(***)-***/**** saylı qərardadı ilə “xxxx” MMC tərəfindən keçirilən hərrac davandırılmışdır. İkinci cavabdeh özünün ##.##.2025-ci il tarixli *** saylı məktubu ilə yenidən Səbail ravon İcra Şöbəsinə müraciət edərək girov əmlakın “açıq hərracda satılmadığı üçün tələbkara təklif olunmuş və kredit borcu əmlakın dəyəri məbləğində borcdan azaldılmışdır” yazaraq icra tədbirlərinin davam etdirilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi ikinci cavabdeh 2015-ci ildə keçirilmiş hərracın bas tutmamasını (tam sənədləsdirilmədiyi səbəbindən) əsas gətirərək daha sonra iki dəfə hərrac kecirilməsini sifaris vermiş və hazırda da üçüncü hərracın keçirilməsi ilə bağlı qiymətləndirmə rəyi Salyan rayon məhkəməsində mübahisələndirilmisdir. Üçüncü hərracın davam etdiyi müddətdə ikinci cavabdeh birinci hərracın keçirilməsini guya qanuni hesab edərək həmin hərrac üzrə sənədləşmənin tam şəkildə həyata keçirilməməsinə baxmayaraq girov əmlakın öz balansına keçirilməsi haqda qərar qəbul etmişdir. Qeyd etmək lazımdır ki, birinci cavabdeh hərracı keçirən zaman “İpoteka haqqında" qanunun tələblərini pozaraq ipoteka qoyana hərracın keçirilməsi barədə bildiriş göndərməyərək və qanunda nəzərdə tutulmuş qaydada hərracın nəticələrini düzgün rəsmləsdirməyərək (bunu ikinci cavabdeh də rəsmi şəkildə öz məktubunda etiraf etmişdir) onun hüquqlarını kobud səkildə pozmuşdur. Plenum qərarından göründüyü kimi ikinci cavabdeh ikinci, üçüncü hərracların keçirilməsini sifariş etməklə birinci hərracın nəticələrini baş tutmamış hesab etmiş və bununla da “İpoteka haqqında" qnunun 43-cü maddəsinin tələblərini pozmuşdur. İkinci cavabdeh 2024-cü ilin noyabr ayında borclulara qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7. maddəsinə əsasın iddia qaldıraraq 2010-cu ilin may ayından 2024-cü ilin oktyabr ayınadək olan müddət üçün borclulardan aldıqları kreditin tam məbləğinə ilə 5 % olmaqla cərimə tələb etmişdir. Lakin ikinci cavabdeh Nizami Rayon məhkəməsinin 2(007)-72/2015 və Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı qətnamələri ilə borclulardan krediti vaxtında ödəmədiklərinə görə 2010-cu ilin may ayından 2015-ci ilin aprel ayınadək cərimənin ödənilməsi qət edilmişdir. İkinci cavabdeh bu məhkəmə proseslərində cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatının İdarə Heyətinin ## #### 2025-ci il tarixli ** saylı qərarını təqdim edərək bildirmişdir ki, ona məxsus Bakı səhəri Səbail rayonu. Məmməd Əfəndiyev küçəsi, ev 7. 17,20,** saylı mənzillər üzərində “xxxx” QSC-nin mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Məlumatı o aldıqdan sonra ikinci cavabdehə müraciət etdikdə ona heç bir sənəd təqdim etməyərək bildirdilər ki, 2015-ci ilin mart ayında birinci cavabdehin keçirdiyi hərrac protokoluna əsasən girov əmlakı əldə etmişdirlər. İkinci cavabdeh ilə xxxx ASC arasında bağlanan ##.##.2015-ci il tarixli müqavilənin 2.1.. 2.3, 2.5.1 bəndlərindən də göründüyü kimi ABB ASC tərəfindən açıq və aydın şəkildə göstərilir ki." ABB ASC-dən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik və sair müqavilələr üzrə tələb hüququnu əldə edir və həyata keçirir”. Göründüyü kimi ABB ASC hərrac yolu ilə əldə etdiyi girov əmlakların öz balansına keçirmək hüququ verməmişdir. Əgər ##.##.2015-ci il tarixli **/** saylı hərracın yekunlarına dair protokolla girov əmlakı əldə etmişdirsə, belə olan halda ikinci cavabdehə həmin girovla bağlı hüquqların güzəşt edərkən girov hərracın protokolda göstərilən 739 500.00 manat dəyərində ümumi borcu azaldarag (1 521 000.00-739 500.00=781 500.00) qalan 781 500.00 manat tələb hüququnu ötürməli idi. Amma sübutlardan da görünür ki, bu hal baş verməmişdir. Eyni zamanda hərrac tarixindən 5 ay sonra ##.##.2015-ci il tarixdə borc alanlarla Azərbaycan Bevnəlxalq Bankı ASC arasında bağlanan kredit müqaviləsində dəyişikliklərin edilməsinə dair əlavədən də görünür ki, heç bir hərrac tam keçirilməmiş və hərracın yekun protokolu mövcud olmamışdır. O, dərhal ##.##.2025-ci il tarixdə birinci cavabdehə ərizə ilə rəsmi şəkildə müraciət edərək həmin hərracın keçirilməsinə aid olan sənədlərin tam şəkildə təsdiq edilmiş surətlərini ona versinlər. Lakin bir neçə dəfə olan görüşləri zamanı sənədləri tapıb verəcəklərini bildirsələr də sonradan dedilər ki, elə sənədlər bizdə yoxdur. O, israr etdikdə ona ##.##.2022-ci il tarixli bir akt verərək bildirdilər ki, sənədləri Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə təhvil vermişdirlər. O, Azərbaycan Respublikası Milli Arxiv idarəsinə gedərək aktda imzası olan Rövşən Nəbili ilə görüşərək həmin hərrac sənədlərinin surətlərinin ona verilməsinə köməklik etməsini xahiş etdi. Ona bildirdi ki, “xxxx” MMC-dən onlar həmin akt üzrə arxivə sənəd gəbul etməyiblər, əgər etsə idilər akta təhvil alınan sənədlərin siyahısı əlavə edilməli idi. Eyni zamanda bildirdi ki, hərrac sənədlərinin yox cavabdehin öz fəaliyyətini dair bir sıra sənədlərin məhv edilməsində iştirak edib. Hərrac sənədləri mülkiyyət və əmlak hüquqları ilə bağlı olduğu üçün məhv edilə bilməz. Eyni zamanda ipoteka müqaviləsi üzrə girov əmlak ##.##.2008- ci ildə bank tərəfindən xxxx”MMC tərəfindən 1 344 000.00 manata Qiymətləndirilərək girov kimi qəbul edilmişdir. Hamıya da açıq-aşkar məlumdur ki 2008- ci ildən 2015-ci ilədək Bakı şəhərində daşınmaz əmlakların Qiymətləri bir neçə dəfə artmışdır. Nə səbəbdənsə girov əmlak əksinə olaraq 1 160 000.00 manata hərraca çıxarılmışdır. Əgər hərracın keçirilməsi onlara bildirilsə idi, o, Qiymətləndirmə rəyini indiki kimi məhkəmədə mübahisələndirə bilərdi. Bildiriş verilmədiyindən onun hüquqlarını cavabdeh kobud surətdə pozmuşdur. O, həmin cavabla yenidən cavabdehə müraciət edərək israrla sənədlərin surətlərinin ona verilməsini tələb etdi. Cavabdeh ##.##.2025ci il tarixli **/*** saylı məktubu ilə 4 sənəd təpdim etdi (##.##.2015-ci il tarixli **/*** saylı hərrac bildirişinin surətini, ##.##.2015-ci il taixli məlumatın surətini, qəzet elanının surətini və ##.##.2015- ci il tarixli **/** saylı imzasız, möhürsüz protokolun surətini). Digər sənədləri məhv edildiyi səbəbindən tapa bilmədiklərini bildirdilər. Eyni zamanda şifahi olarq bildirdilər ki, birinci hərrac ##.##.2015-ci il tarixdə keçirilib və ona aid sənədlərin vaxtı keçdiyi üçün məhv edilib. O tələb etsə də ##.##.2015-ci il tarixli hərrac bildirişinin və ##.##.2015-ci il tarixli məlumatın ona göndərilməsini təsdiq edən poçt qəbzlərinin surətlərini də ona verməkdən imtina edərək həmin qəbzlərin də nəhv edildiyini bildirdilər. Hesab edir ki, ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, ev 7, 17,20,** saylı mənzillərin satılması barədə hərracın nəticələri haqqında ## #### 2015-ci il tarixli **/** saylı yekun protokolu etibarsız hesab etməklə ləğv edilməlidir. Cavabdehin ona təqdim etdiyi ##.##.2015-ci il tarixli 26/07 savlı imzasız, möhürsüz protokolun surətindən də görünür ki, bu protokol tərtib edilən zaman da protokolu imzalayacaq sifarişçi, hərrac təşkilatının nümayəndəsi və girov saxlavanın nümayəndələri tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməli idi. Lakin onlar təqdim edilən protokolda bunu görə bilmirlər. Hesab edir ki, keçirilən hərrac şəffaf, düzgün və qanuna müvafiq şəraitdə keçirilməmiş, heç ümumiyyətlə hərrac olmamışdır.”

2. İddiaçı ##.##.2025-ci il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, ev 7, 17,20,** saylı mənzilin açıq hərracda satılması barədə ## #### 2015-cu il tarixli **/** saylı Hərracın yekunları haqqında Protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər “xxxx” MMC-yə və cavabdeh1 QSC BOKT-a qarşı “Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, ev 7, 17,20,** saylı mənzilin açıq hərracda satılması barədə ## #### 2015-cu il tarixli **/** saylı Hərracın yekunları haqqında Protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-1.2, 317.1, 319.1, 319.4, 415.2, 416.1; Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun 41.1-41.5, 42.5, 42.6, 43.4--43.7-1, 53.1-53.3; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 124.2, 217.4-cü maddələrinə; Azərbaycan Respublikasının Konstitsiya Məhkəməsinin “L. Bünnətovanın şikayəti üzrə” ## ### 2008-ci il tarixli və “X.Xəlilovun şikayəti üzrə” ## ###### 2009-cu il tarixli Qərarlarına istinadən qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2010-cu il tarixli *(***)-***/**** saylı qətnaməsinə əsasən, «xxxx» ASCnin xeyrinə X25 347758 manat, X4 352758 manat, X1 271090 manat, X2 332395 manat, ümumilikdə 1304.001 manat borc məbləği və 19,30 manat dövlət rüsumu tutulmalı, tutma ipotekanın predmeti olan İddiaçı məxsus Bakı şəhəri Səbail rayonu M Əfəndiyev küçəsi * saylı evin 0,04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 527,3 kv.m, yaşayış sahəsi 245.8 kv.m olan 17,20,** saylı 9 otaqlı mənzillərə yönəldilməli, həmin mənzillər açıq hərracdan satılmalı və satışdan əldə olunmuş pul vəsaitindən həmin borc məbləği «xxxx» ASC-nə ödənilməli, həmin mənzillər satıldıqdan sonra ən geci bir əy ərzində boşaldılmalıdır. Həmin qətnamənin icrası ilə əlaqədar Səbail rayon İcra şöbəsinin ##.##.2014-cü il tarixli sifariş məktubuna əsasən, “xxxx” MMC tərəfindən mənzilə dair ilkin və təkrar hərraclar keçirilmiş, ## #### 2015-ci il tarixdə keçirilmiş təkrar hərrac baş tutmadıqdan sonra bu barədə ## #### 2015ci il tarixdə qəzetdə elan dərc etdirilmişdir. Bundan sonra mübahisəli mənzilin həmin hərracda satılması baş tutmadığından ## #### 2015-ci il tarixdə “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 739500 manat olmaqla Banka təklif edilmiş və mənzil üzərində Bankın (tələb hüququ keçmiş cavabdeh1 QSC BOKT) mülkiyyət hüququ “daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmışdır. Bununla razılaşmayan iddiaçı İddiaçı protokolun etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı İddiaçı cavabdehlər “xxxx” MMC-yə və cavabdeh1 QSC BOKT-a qarşı “protokolun etibarsız hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC tərəfindən ünvan 2 17/20/21 ünvanında yerləşən mənzilə dair keçirilmiş hərracın yekunları barədə ## #### 2015-ci il tarixli protokolun etibarsız hesab edilməsini xahiş edir. Mülki Məcəlləyə əsasən, qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Göründüyü kimi iddiaçı 2015-ci ildə “xxxx” MMC tərəfindən keçirilmiş hərracı mübahisələndirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi əsasında hazırki iş üzrə iddiaçıdan (habelə digər borclulardan) kredit borcunun tutulması və tutmanın ona məxsus ipoteka predmetinə yönəldilməsi qət edilmiş, bundan sonra qətnamə icra edilməsi üçün icra orqanına göndərilmişdir. Daha sonra məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra orqanı qanunvericiliklə üzərinə qoyulmuş vəzifələr üzrə ipoteka predmetinin hərracını təşkil etmək üçün sifarişlə hazırki iş üzrə cavabdeh hərrac təşkilatına müraciət edərək, hərracın təşkil edilməsini sifariş etmişdir. Bundan sonra cavabdeh hərrac təşkilatı tərəfindən ipoteka predmeti olan əmlaka dair ilkin və təkrar hərraclar təşkil olunmuşdur. Hazırki mülki iş üzrə ipoteka predmeti olan əmlakın keçirilmiş ilkin və təkrar açıq hərracda satılmaması– hərracın baş tutmaması səbəbindən ##.##.2015-ci il tarixli məktubla mənzil sonuncu hərrac üzrə müəyyən edilmiş dəyəri qanunvericiliyə uyğun olaraq 25% azaldılaraq, 739500 manat məbləğinə tələbkara təklif olunmuşdur. Təkrar hərrac baş tutmamış elan edildikdən sonra qanunla müəyyən olunmuş müddət ərzində “xxxx” MMC tərəfindən ##.##.2015-ci il tarixdə müvafiq protokol tərtib edilərək, “İpoteka haqqında” Qanunun 43.7 ci maddəsinə əsasən, mənzilə dair hərracı udmuş şəxs kimi tələbkar cavabdeh1 QSC BOKT ilə mülki qanunvericilikdə nəzərdə tutulmuş müqavilə bağlanmışdır. Qeyd edilməlidir ki, məhkəmə qətnaməsinə əsasən, tələbkar «xxxx» ASC olsa da, “xxxx” ASC ilə cavabdeh1 QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair ##.##.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin– habelə hazırki icra sənədi üzrə tələb hüququ cavabdeh1 QSC-yə keçmiş, bu səbəbdən keçirilmiş hərracın nəticəsi olaraq əmlak cavabdeh1 QSC-nin adına rəsmiləşdirilmiş, ona bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Beləliklə, işdə olan sübutlardan hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə (ilk və təkrar hərracın keçirilməsi, bildirişlərin göndərilməsi, alqı-satqı müqaviləsinin bağlanması və s.) tam riayət olunması görünür. Odur ki, məhkəmə ipoteka predmeti üzrə hərrac təşkilatının hərəkətlərini qanunvericiliyə uyğun və əsaslı hesab edir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ şərtlərini iddia tələbinin verilməsinə əsas olmuş hallara, habelə tələbdə göstərilən hərracla bağlı nəticələrin hüquqi statusu ilə bağlı iddiaçının əldə etmək istədiyi nəticəyə tətbiqi zamanı həmin halların əsassız olduğu müəyyən edilir. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutları məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Əksinə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, ünvan 2 17/20/21 ünvanında yerləşən mənzilin 2015-ci ildə açıq hərracda satılması “xxxx” MMC tərəfindən hərraca dair qanunvericiliyin tələblərinə müvafiq olaraq keçirilmiş və hərrac mərkəzi hərracın keçirilməsində haqlı olmuşdur. İddiaçı tərəfindən məhkəmə araşdırması zamanı müəyyən olunmuş halların təkzib edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olmasına dair sübutlar aşkar edilməmişdir. Mülki Məcəllənin 139-1.1.2-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan mənzilə dair hərrac təşkilatı tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə hərrac təşkilatı və ipoteka saxlayan arasında bağlanmış müqaviləyə əsasən, ipoteka saxlayan cavabdeh1 QSC BOKT-un mənzilə dair hüquqları ##.##.2025-ci il tarixdə dövlət reyestrində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Həmçinin cavabdeh1 QSC BOKT-un ## #### 2025-ci il tarixli ** nömrəli qərarı ilə Bakı şəhəri Nizamı rayon Məhkəməsinin ## ##.2010-cı il tarixli Qətnaməsinin icrası ilə bağlı X1, X4, X2 və X21 borcunun girov təminatı kimi İddiaçı məxsus olmuş, üzərində "Aqrarkredif QSC-nın mülkiyyət hüququ rəsmiləşdirilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 527.3 kv.m olan 17.20 və ** saylı mənzillər hərracdan əldə edilmiş 739500.00 manat dəyərlə cavabdeh1 QSC-nin Maliyyə departamentinin Əməliyyat şöbəsinin balansına götürülmüş, bunun müqabilində "xxxx” ASC-dən təhvil alınmış problemli aktivlər üzrə borcluların borcu müvafiq olaraq azaldılmışdır. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh “xxxx” MMC tərəfindən mübahisə predmeti olan ünvan 2 17/20/21 ünvanında yerləşən mənzilə dair keçirilmiş hərracın nəticəsi olan protokolun etibarsızlığına dəlalət edən hər hansı qanunsuz hərəkətə yol verildiyi müəyyən edilmədiyindən icra sənədinin icrası ilə əlaqədar “xxxx” MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərrac nəticəsi olan protokolun etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Bu isə iddia tələbinin təmin edilməsini istisna edir. Həmçinin məhkəmə araşdırması zamanı cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı aradan qalxır. Hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə təmin edilmədiyindən iddia müddətinin tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçı tərəfə aid edilməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı İddiaçı cavabdehlər “xxxx” MMC-yə və cavabdeh1 QSC BOKT-a qarşı “Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, ev 7, 17,20,** saylı mənzilin açıq hərracda satılması barədə ## #### 2015-cu il tarixli **/** saylı Hərracın yekunları haqqında Protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməli, iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

4. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2010-cu il tarixli *(***)-***/**** saylı icra vərəqəsinin surəti ilə müəyyən olunur ki, «xxxx» ASC nin xeyrinə X25 347 758 manat, X4 352.758 (üç yüz əlli iki min yeddi yüz əlli səkkiz) manat, X1 271.090 (iki yüz yetmiş bir min çoxsan) manat, X2 332.395 (üç yüz otuz iki min üç yüz doxsan beş) manat, ümumilikdə 1.304.001 (bir milyon üç yüz dörd min bir) manat borc məbləği və 19,30 manat (on doqquz manat otuz qəpik) dövlət rüsumu tutulmalı, tutma ipotekanın predmeti olan İddiaçı məxsus Bakı şəhəri Səbail rayonu M Əfəndiyev küçəsi * saylı evin 0,04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 527,3 kv.m, yaşayış sahəsi 245.8 kv.m olan 17,20,** saylı 9 otaqlı mənzillərə yönəldilməli, həmin mənzillər açıq hərracdan satılmalı və satışdan əldə olunmuş pui vəsaitindən həmin borc məbləği «xxxx» ASC-nə ödənilməli, həmin mənzillər satıldıqdan sonra ən geci bir əy ərzində boşaldılmalıdır; - “xxxx” ASC ilə cavabdeh1 QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair ##.##.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ cavabdeh1 QSC-yə keçmişdir; - “xxxx” MMC tərəfindən icra şöbəsinə, borclulara və tələbkara ünvanlanmış ##.##.2015-ci il tarixli, **/* saylı bildirişdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi ev 7, 17,20 və ** saylı mənzilinin hərracda 986000 (1160000-15%) manat ilkin satış qiyməti ilə satılması və hərracın ## #### 2015-ci il tarixdə keçiriləcəyi bildirilmişdir; - “xxxx” MMC tərəfindən icra şöbəsinə, borclulara və tələbkara ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair ##.##.2015-ci il tarixli təklif məktubundan görünür ki, ipoteka predmeti “İpoteka haqqında” AR qanununun 43.7-ci maddəsinə müvafiq olaraq təkrar hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətlə yəni 739500 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur; - ## #### 2015-ci il tarixli hərracın yekunları barədə protokol və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi ev 7, 17,20 və ** saylı mənzili 739500 manata ipoteka saxlayan tərəfindən əldə olunmuşdur; - “Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi” MMC tərəfindən Səbail rayon icra şöbəsinə ünvanlanmış ## #### 2021-ci il tarixli məktubla müəyyən olunur ki, İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Əfəndiyev küçəsində yerləşən * saylı binanın **/**/** saylı mənzillərin yenidən ixtisaslaşdırılmış müəssələrə hərrac sifarişi verilməsini təkrarən xahiş etmişdir; - “xxxx” MMC tərəfindən borclulara, tələbkara və Səbail rayon icra şöbəsinə göndərilmiş ## ###### 2021-ci il tarixli hərrac bildirişindən görünür ki, Bakı şəhəri Səbail rayonu M Əfəndiyev küçəsi * saylı evin 0,04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 527,3 kv.m, yaşayış sahəsi 245.8 kv.m olan 17,20,** saylı mənzillərin hərracının ilkin satış qiyməti 1100000 manat olmaqla ## ######## 2021-ci il saat 11:00-da keçiriləcəyi bildirilmişdir; - “xxxx” MMC tərəfindən borclulara, tələbkara və Səbail rayon icra şöbəsinə göndərilmiş ## ######## 2021-ci il tarixli hərrac bildirişindən görünür ki, Bakı şəhəri Səbail rayonu M Əfəndiyev küçəsi * saylı evin 0,04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 527,3 kv.m, yaşayış sahəsi 245.8 kv.m olan 17,20,** saylı mənzillərin hərracının ilkin satış qiyməti 935000 manat olmaqla ## ######## 2021-ci il saat 11:00-da keçiriləcəyi bildirilmişdir; - Bakı şəhəri Səbail rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı qərardadından görünür ki, işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 4 17,20,21 ünvanlarında yerləşən əmlaklarla bağlı hərracın keçirilməsi qadağan edilmişdir.-Azərbaycan Respublikası “xxxx” MMC tərəfindən verilmiş ## ####### 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi ev 7, 17,20 və ** saylı orta təmirli, ümumi sahəsi 527.3 kv.metr olan mənzilin hazırkı Respublikadaxili orta bazar qiyməti 2531000,00 manat müəyyən edilir; - “xxxx” MMC-nin ## ###### 2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, əmlakın ## ###### 2022-ci il tarixinə bazar qiyməti 2492000 manat müəyyən olunur; - “Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi” MMC tərəfindən Səbail rayon icra şöbəsinə ünvanlanmış ##.##.2021-ci il tarixli məktubla müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “xxxx" ASC dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** №-li Fərmanının icrası ilə əlaqədar "xxxx” ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ ## ###### 2015-ci il tarixli müqavilə əsasında cavabdeh1 QSC Bank olmayan Kredit Təşkilatına (bundan sonra cavabdeh1 QSC) keçmişdir. cavabdeh1 QSC-nin Nizamnaməsinə edilmiş ## ####### 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci yarımbəndə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## #### tarixli, *** saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum ("Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Məlumat üçün bildirilmişdir ki, Cəmiyyət tərəfindon Səbail rayon İcra Şöbəsinə ünvanlanmış İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi * saylı evin ümumi sahəsi 527,3 kv.m. yaşayış sahəsi 245,8 kv.m. olan 17,20,** saylı 9 otaqlı mənzillərin qiymətləndirilərək hərrac sifariş verilməsinə dair ##.##.2021-ci il tarixli məktuba əsasən davam edən icra tədbirlərinin yəni sifariş verilmiş hərracın dayandırılması zərurəti ilə bağlı ünvanlanmış **** saylı ##.##.2021-ci il tarixli məktubun etibarsız hesab edilməsi zərurəti yaranmışdır. Belə ki, ##.##.2015-ci il tarixli **/** saylı “İpoteka saxlayana İpoteka Predmetinin Əldə edilməsi üçün Hərracın Yekunları barədə” Protokola, həmçinin, ##.##.2015-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” Müqaviləyə əsasən İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi * saylı evin ümumi sahəsi 527,3 kv.m. yaşayış sahəsi 245,8 kv.m. olan 17,20,** saylı 9 otaqlı mənzillərin alqısatqısına dair nəzərdə tutulmuş sənədləşdirilmə müvafiq qaydada tam olaraq başa çatdırılmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Cəmiyyət tərəfindən Səbail rayon İcra Şöbəsinə ünvanlanmış İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi * saylı evin ümumi sahəsi 527,3 kv.m. yaşayış sahəsi 245,8 kv.m. olan 17,20,** saylı 9 otaqlı mənzillərin qiymətləndirilərək hərrac sifariş verilməsinə dair ##.##.2021ci il tarixli məktuba əsasən davam edən icra tədbirlərinin, yəni sifariş verilmiş hərracın dayandırılmasına dair **** saylı ##.##.2021-ci il tarixli məktubun etibarsız hesab edilməsi və sifariş verilmiş hərracın davam etdirilməsi xahiş olunmuşdur; - “xxxx” MMC tərəfindən borclulara, tələbkara və Səbail rayon icra şöbəsinə göndərilmiş ## ######## 2023-cü il tarixli hərrac bildirişindən görünür ki, Bakı şəhəri Səbail rayonu M.Əfəndiyev küçəsi * saylı evin 0,04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 527,3 kv.m, yaşayış sahəsi 245.8 kv.m olan 17,20,** saylı mənzillərin hərracının ilkin satış qiyməti 935000 manat olmaqla ##.##.2023-cü il saat 11:00-da keçiriləcəyi bildirilmişdir; - “Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi” MMC tərəfindən Səbail rayon icra şöbəsinə ünvanlanmış ##.##.2022-ci il tarixli məktubla müəyyən olunur ki, İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Əfəndiyev küçəsində yerləşən * saylı binanın **/**/** saylı mənzilləri barədə ixtisaslaşdırılmış müəssisələrə hərrac sifarişi verilməsini xahiş etmişdir; - Bakı şəhəri Səbail rayon İcra şöbəsi tərəfindən “xxxx” MMC-yə ünvanlanmış ##.##.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhər Nizami rayon məhkəməsinin **(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərardadına əsəsən borcluya məxsus Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, ev 7, mənzil 17, 20, 21 üzrə “X9 Azerbaijan” MMC-nin verdiyi ##.##.2021-ci il tarixli, A-/**** saylı rəyi əsasmda Bakı şəhər Səbail rayon İcra şöbəsinin sifarişinə əsasən “xxxx“ MMC tətrəfindən keçirilcək hərracın dayandırılması qərara alınmışdır. Göstərilənləri nəzərə alaraq, Nizami rayon məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2010-cu il tarixli icra sənədi üzrə borclu İddiaçı məxsus əmlakla bağlı açıq hərracın keçirilməsi dayandırılması xahiş olunur; - Bakı şəhəri Nizami rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qərardadından görünür ki, şikayət təmin edilərək İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, ev 7, mənzil 17,20,21-in yenidən qiymətləndirilməsi öhdəliyi Səbail Rayon İcra Şöbəsinin üzərinə qoyulmuşdur; - Bakı şəhəri Səbail rayon İcra şöbəsinin ##.##.2024-cü il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərarından görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi * saylı evin 0,04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 527,3 kv.m, yaşayış sahəsi 245,8 kv.m olan 17,20, ** saylı 9 otaqlı mənzillərin qiymətləndirilməsi üçün “xxxx” MMC-dən qiymətləndıncı dəvət edilməsi qərara alınmışdır; cavabdeh1 QSC BOKT-un ## #### 2025-ci il tarixli ** nömrəli qərarından görünür ki, Bakı şəhəri Nizamı rayon Məhkəməsinin ## ##.2010-cı il tarixli Qətnaməsinin icrası ilə bağlı X1, X4, X2 və X21 borcunun girov təminatı kimi İddiaçı məxsus olmuş, üzərində "Aqrarkredif QSC-nın mülkiyyət hüququ rəsmiləşdirilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 527.3 kv.m olan 17.20 və ** saylı mənzillər hərracdan əldə edilmiş 739.500.00 manat dəyərlə Aqrarkredif QSCnin Maliyyə departamentinin Əməliyyat şöbəsinin balansına götürülsün, bunun müqabilində "xxxx” ASC dən təhvil alınmış problemli aktivlər üzrə X1 Aqrarkredif QSC-yə olan və Bakı filialında uçotu aoarıian 209 600,12 manat əsas borcundan 122 276.32 manat, 107290 manat faiz borcundan 62.598.68 manat, X4 Aqrarkredif QSC-yə olan və Bakı filialında uçotu aparılan 269.654,55 manat əsas borcundan 121.056.15 manat, 142158,00 manat faiz borcundan 53 818,85 manat, X2 "Aqrarkredif QSC-yə olan və Bakı filialında uçotu aparılan 255.000,00 manat əsas borcundan 121.351 95 manat, 133495,00 manat faiz borcundan 63523.05 manat və X21 "Aqrarkredif QSC-yə olan və Bakı filialında uçotu aparılan 249926,88 manat əsas borcundan 118.172,10 manat, 141.058.00 manat faiz borcundan 66 702.90 manat azaldılmasına yönəldilməsi qərara alınmışdır; - “Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi” MMC tərəfindən Səbail rayon icra şöbəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli, *** №-li məktubla müəyyən olunur ki, qətnamənin icra tədbirləri nəticəsində İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi * saylı evin 0.04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 527,3 kv.m, yaşayış sahəsi 245,8 kv.m olan 17,20,** saylı 9 otaqlı mənzillər açıq hərracda satılmadığı üçün tələbkara təklif olunmuş və borcu əmlakın dəyəri məbləğində borcdan azaldılmışdır. ##.##.2025-ci il tarixdə qətnamə üzrə X4 167883 manat, X1 icra olunmamış qalıq borcu 86 215.00 manat, X2 icra olunmamış qalıq borcu 147 520.00 (bir yüz qırx yeddi min beş yüz iyirmi manat, 00 qəpik) manat, X21 icra olunmamış qalıq borcu 162 883.00 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq Bakı şəhəri Nizami rayon Məhkəməsinin *(***)-***/** saylı, ##.##.2010 cu tarixli qətnaməsi üzrə icra tədbirlərinin davam etdirilməsi xahiş olunmuşdur; - Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş və Bakı şəhəri, Səbail rayonu, Əfəndiyev Məmməd küçəsində yerləşən * nömrəli binanın **/**/** nömrəli mənzillərinin yenidən qiymətləndirilməsi üçün qiymətləndirici dəvət etməsi öhdəliyi icra məmurunun üzərinə qoyulması və qiymətləndirilmə zamanı ilkin satış qiyməti kimi əmlakların likvid dəyəri deyil, bazar dəyəri müəyyən edilməsi qərara alınmışdır; - Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından görünür ki, iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC, cavabdeh1 QSC BOKT-a qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)- ****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, məhkəmənin icraatında olan hazırkı 8(009) ***/**** saylı mülki iş üzrə icraat dayandırılmışdır; - “xxxx” MMC tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubla müəyyən olunur ki, hərracla bağlı tələb olunan sənədlərin təqdim olunması, uzun müddət keçdiyindən mümkünsüzdür; - “xxxx” MMC-niin ## ######## 2022-ci il tarixli aktı ilə müəyyən olunur ki, 2003-2015-ci illərə aid 193 iş məhv etmək üçün ayrılmışdır.-Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli 3-21-3-30/2 *****/**** saylı məktubla müəyyən olunut ki, ünvan 2 17,20,21 ünvanında yerləşən mənzil hazırda cavabdeh1 QSC BOKT un mülkiyyətindədir; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 2 17/20/21 ünvanında yerləşən mənzil ##.##.2025-ci il tarixdən tam payla cavabdeh1 QSC BOKT un adına qeydiyyata alınmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbimin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5, 415.2, 416.1; Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun 42.1, 43.5, 44 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14, 77.1, 80, 87, 88, 89.1, 217.3, 218.1, 220.4, 357.1, 384, 385, 386-cı maddələrinə; Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının ## ##### 2016-cı il tarixli */* nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının 146-cı və 182.b) bəndlərinə; Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli "Ipoteka haqqında" Azərbaycan Respublikası Qanununun 43.4, 43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair" qərarına istinadən qeyd edilmişdir ki, iddia tələbim Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə təmin edilməmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xüsusi mülkiyyət əsasında ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, ev 7, 17,20,** saylı mənzilər girov qoyularaq xxxx ASC-dən ##.##.2008-ci il tarixli *** saylı kredit müqaviləsi ilə ilik 17% dərəcəsi ilə onun həyat yoldaşı X2 255 000 manat, ##.##.2008-ci il tarixli *** saylı kredit müqaviləsi ilə ilik 17% dərəcəsi ilə X4 270 000 manat, ##.##.2008-ci il tarixli *** saylı kredit müqaviləsi ilə ilik 17% dərəcəsi ilə X1 210 000 manat, ##.##.2008-ci il tarixli *** saylı kredit müqaviləsi ilə ilik 17% dərəcəsi ilə X15 265 000 manat kredit rəsmləşdirdilər. Kreditlər Naxçıvan Muxtar Respublikası prokuroru Səbuhi Şahverdiyevin hədə qorxusu və Azərbaycan Beynəlxalq Bakının öz təşəbbüsü ilə verilmişdir (Banka kreditin verilməsini Naxçıvan MR rəhbərliyi tapşırmışdır). Həmin kredit bankda ABŞ dollarına konvertasiya edildi və Naxçıvan Muxtar Respublikası prokurorluğunun əməkdaşı İlqar Əsgərova verildi. Bizim yaxın adamlarımızın adına rəsmləşdirilən kredit tam olaraq İlqar Əsgərov tərəfindən götürüldü. Bu haqda mənim şikayət ərizəmə əsasən hazırda Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində ********* nömrəli və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində ********* nömrəli cinayət işlərinin istintaqı aparılır. Cinayət işlərinin yekununda cinayətkarlar tərəfindən hədə qorxu ilə alınan həmin pular bankın hesabına ödənilməlidir. xxxx ASC 2010-cu ilin may ayında Nizami rayon məhkəməsində iddia qaldırmış və məhkəmənin ##.##.2010-cu il tarixli 2(0071 ***/** saylı qətnaməsi ilə yuxarıda adları qeyd edilən kreditalanlardan cəmi 1 304 000.00 manat pulun tutulması və tutmanın yuxarıda qeyd edilən xüsusi mülkiyyət hüquqi əsasında mənə məxsus olan girov əmlaka yönəldilməsi göstərilmişdir. Həmin qətnamə icraya yönəldilmiş və hazırda Səbail rayonu icra şöbəsinin 2(0Q7)- ***/**** saylı icra işi icra olunmaqdadır. ## ###### 2015-ci il tarixdə xxxx ASC ilə aramızda olan razılaşmaya əsasən həmin kredit müqavilələrində dəyişiklik edilməsi haqda kredit müqaviləsinə əlavə imzalararq 1000 000.00 manat kreditin kreditalanlar tərəfindən ## ###### 2017-ci il tarixədək ödənilməsi üçün yeni qrafik müyyən edilmişdir. Bu hal nəzərə alınaraq iş üzrə icraat icra şöbəsi tərəfindən dayandırılmışdır. Əgər həqiqətən də Azərbaycan Beynəlxalq Bakı ASC tərəfindən 2015-ci ilin ## #### tarixində girov əmlakı cavabdehin protokolu əsasında alınmışdırsa, nədən kredit müqaviləsinə əlavə imzalayaraq kredit ödənişinin müddətini ##.##.2017-ci il tarixədək uzatmışdır və girov əmlakın dəyəri həcmində kredit azaldılmamışdır. Göründüyü kimi cavabdehlə xxxx ASC arasında bağlanan ikinci müqavilədən sonra kredit vaxtının uzadılması barədə kredit müqaviləsinə əlavə imzalandığına görə onların kredit öhdəlikləri üzrə hüquqlar ona güzəşt edilə bilməz, çünki həmin müqavilə üzrə güzəşt edilən hüquqlar ancaq ##.##.2015-ci il tarixdən əvvəlki problemli müqavilələrə aid edilir. ##.##.2015-ci il tarixli əlavə imzalanmaqla onlarla tələbkar arasında olan problem aradan qalxmış hesab edilir. 2020-ci ilin oktyabr avında “Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi” MMC-dən mənim və digər borcluların ünvanlarına ##.##.2020-ci il tarixli 561,562.563 və *** saylı bildirişlər daxil olaraq borclulardan tam kredit borcu 1000 000.00 manatın, faiz və cərimələr 521 000.00 manatın 10 gün müddətində ödənilməsi tələb edilmiş və əks halda borc tələbinin məcburi qaydada davam etdirilməsi üçün müraciət olunacağı bildirilmişdir. Sual yaranır 2015-ci ildə girov əmlakı Azərbaycan Beynəlxalq Bakı ASC cavabdehin protokolu əsasında almışdırsa ona girovqoyan kimi nədən bildiriş göndərilmiş və borclulardan nədən tam kredit məbləği və faiz cərimələr tələb edilmişdir. Elə bir hal var idisə, ümumi borcun məbləği girov əmlakın dəyəri həcmində azaldılmalı deyildirmi? Yuxarıda qeyd edilən bildirişlər daxil olduqdan sonra dəfələrlə “Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi” MMC-nin rəhbərliyi ilə görüşmüş və görüşlər zamanı ona girov əmlakın onlar tərəfindən 2015-ci ildə hərrac vasitəsi ilə almaları barədə bir kəlmə də olsun söz deməmişlərdi. Əksinə AR DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə və AR Baş Prokurorluğu Korrupsiyaya Qarsı Mübarizə idarəsinə yazdıqları şikayət ərizələrində də əsas borc, faiz və cərimələri tam səkildə də tələb etmişdirlər. Hətta AR DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş idarəsində onu məcbur edirdilər ki, evi iddiaçıya versin borc bağlansın, o da bütün borcların tam bağlanması şərti ilə evi iddiaçının balansına verməyə razılıq verdikdə agentliyin direktoru Bəkirov Süleyman etiraz edərək bildirdi ki, məhkəmə qərarı mövcuddur əmlakı tələb ediblər, icra şöbəsi hərraca çıxarmalıdır və ancaq hərrac vasitəsi ilə alıb balanslarına keçirə bilərlər. "xxxx” MMC-nın ünvanlarına daxil olan ##.##.2021-ci il tarixli ***/** saylı hərrac bildirişi ilə öyrəndilər ki, ##.##.2021-ci il tarixə hərrac təyin edilib və 1100000.00 manata əmlak hərraca çıxarılıb. O, əmlakın qiymətləndirməsindən narazı qaldığı üçün iddia ilə Səbail ravon Məhkəməsinə müraciət etdi və müvəqqəti təminat tədbiri olaraq hərracın keçirilməsinin qadağan edilməsini xahiş etdi. Səbail rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı qərardadı ilə hərracın keçirilməsi qadağan edilərək girov əmlakın yenidən qiymətləndirilməsi üçün ekspertiza təyin etdi. Həmin məhkəmə prosesində cavabdehin nümayəndəsi X5 da bütün məhkəmə iclaslarında etibarnamə əsasında iştirak etsə girov əmlakın onlar tərəfindən 2015-ci ildə hərrac vasitəsi ilə almaları barədə məhkəməyə məlumat verməyərək iddia ərizəsinə öz münasibətini bildirmiş və ekspertizanın təvin edilməsinə razılığını bildirmişdir. Həmin məhkəmə işi üzrə ekspert tərəfindən verilən qiymətləndirmə rəyi ilə o razılaşmadı və özü müstəqil qiymətləndirmə şirkətləri ilə müqavilə bağlayaraq girov əmlakı qiymətləndirilməsini xahiş etdi və hər iki qiymətləndirmə şirkəti girov əmlakı 2500000.00 manat civarında qiymətləndirdilər və həmin hesabatları o məhkəməyə təqdim etdi. Məhkəmə özünün ##.##.2022-ci il tarixli *(***)-*-**/**** saylı qərardadı ilə işin icraatına xitam verdi işə ümumi iddia qaydasında deyil icra icraatı qaydasında baxılmalı olduğunu bizə izah etdi. “xxxx” MMC-nin ##.##.2023-cü il tarixli 354/21 tarixli hərrac bildirişi aldığı zaman ona məlum oldu ki, girov əmlak 935000.00 manata yenidən hərraca çıxarılıb. O, icraa icraatı qaydasında isə baxılması üçün qətnamə qəbul edən Nizami rayon Məhkəməsinə ərizə ilə müraciət edərək girov əmlakın yenidən qiymətləndirmə öhdəliyinin Səbail Rayon İcra Şöbəsinin üzərinə qovulmasını məhkəmədən xahiş etdim. Məhkəmə özünün ##.##.2024-cü il tarixli 8(007)- **/**** saylı qərardadı ilə girov əmlakın yenidən qiymətləndirilməsi öhdəliyini Səbail Rayon İcra Şöbəsinin üzərinə qoydu. Səbail Rayon icra Şöbəsinin yenidən qiymətləndirməsindən narazı qaldığı üçün qiymətləndirmə rəyinin ləğv edilməsi üçün Salyan Rayon Məhkəməsində iddia qaldırdı, lakin məhkəmə öz *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə işin icraatına xitam verərək işə icra icraatı qaydasında baxılmasını əsas gətirdi. O, bundan sonra icra icraatı qaydasında Səbail Rayon Məhkəməsinə ərizə ilə müraciət etdi. Səbail rayon məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qəradadı ilə “Bakı şəhəri, Səbail rayonu, Əfəndiyev Məmməd küçəsində yerləşən * nömrəli binanın **/**/** nömrəli mənzillərinin yenidən qiymətləndirilməsi üçün qiymətləndirici dəvət etməsi öhdəliyi icra məmurunun üzərinə qoyulsun və qiymətləndirilmə zamanı ilkin satış qiyməti kimi əmlakların likvid dəyəri deyil, bazar dəyəri müəyyən edilsin” məzmunda qərar qəbul etdi. İkinci cavabdehin şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ləğv edilərək iş materialları borclu İddiaçı Səbail rayon icra şöbəsinin icra məmurunun icra icraatı üzrə hərəkətlərindən verdiyi şikayətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə “xxxx” MMC, cavabdeh1 QSC BOKT-a qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)- ****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, məhkəmənin icraatında olan hazırkı *(***)-***/**** saylı mülki iş üzrə icraat dayandırılması haqda qərardad qəbul edilmişdir. Bütün bu proseslərdən də həm ikinci cavabdehin, həm də Səbail Ravon İcra Şöbəsinin tam məlumatları olduğu halda necə ola bilər ki, 2015-ci ildə hərracda satılmış əmlakı yenidən hərraca çıxarırlar. Səbail rayon İcra Şöbəsinə ##.##.2025 -c il tarixdə müraciət edərək əldə etdiyi sənədlərdən də görünür ki, 2021-ci ilin avqust ayında keçirilən hərrac məhz ikinci cavabdehin ##.##.2021-ci il tarixli **** saylı məktubu ilə girov əmlakın hərracda satışının sifariş verilməsi xahişi əsasında həyata keçirilmişdir. Sonradan ikinci cavabdehin ##.##.2021-ci il tarixli **** saylı məktubundan görünür ki, icra şöbəsindən özünün ##.##.2021-ci il tarixli **** saylı məktubla hərracın dayandırılmasını xahiş etmiş, lakin 5 gün sonra yenidən cavabdehin ##.##.2015-ci il tarixli **/** saylı protokolu və ##.##.2015-ci il tarixli əklakın alqı satqısı üzrə müqaviləyə əsasən girov əmlakın alqı-satqısına dair nəzərdə tutulmuş sənədləşdirmə müvafiq qaydada tam olaraq başa çatdırılmadığından ##.##.2021-ci il tarixli **** saylı məktubunun etibarsız hesab edilərək sifariş edilmiş hərracın davam etdirilməsini xahiş etmişdir. Bu da sübut edir ki, həmin hərracın sənədləşmə işləri sonradan həyata keçirilmişdir. Həmin hərrac üzrə qiymətləndirmə rəyinin ləğv edilməsindən sonra ikinci cavabdeh yenidən özünün ##.##.2022-ci il tarixli məktubu ilə Səbail Ravon İcra Şöbəsinə müraciət edərək tam səkildə kredit borcları və ona hesablanmış cərimə və faizlərin 1 524 000.00 manatın girov əmlaka yönəldilməsini və yenidən hərrac sifarişi verilməsini xahiş etmişdir. İcra şöbəsi Nizami rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli **(***)-***/**** saylı qərardadı ilə “xxxx” MMC tərəfindən keçirilən hərrac dayandılrmışdır. İkinci cavabdeh özünün ##.##.2025-ci il tarixli *** saylı məktubu ilə yenidən Səbail rayon İcra Şöbəsinə müraciət edərək girov əmlakın “açıq hərracda satılmadığı üçün tələbkara təklif olunmuş və kredit borcu əmlakın dəyəri məbləğində borcdan azaldılmışdır” yazaraq icra tədbirlərinin davam etdirilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi ikinci cavabdeh 2015-ci ildə keçirilmiş hərracın baş tutmamasını (tam sənədləsdirilmədiyi səbəbindən) əsas gətirərək daha sonra iki dəfə hərrac kecirilməsini sifaris vermiş və hazırda da üçüncü hərracın keçirilməsi ilə bağlı qiymətləndirmə rəyi Səbail rayon məhkəməsində mübahisələndirilmisdir. Üçüncü hərracın davam etdiyi müddətdə ikinci cavabdeh birinci ##.##.2015-ci ildə hərracın keçirilməsini guya qanuni hesab edərək həmin hərrac üzrə sənədləşmənin tam səkildə həyata keçirilməməsinə baxmayaraq girov əmlakın öz balansına keçirilməsi haqda qərar qəbul etmişdir. Qeyd etmək lazımdır ki, birinci cavabdeh hərracı keçirən zaman “İpoteka haqqında" qanunun 42.1. və 43.5 maddələrinin tələblərini pozaraq ipoteka qoyana hərracın keçirilməsi barədə Qanunda nəzərdə tutulmuş qaydada bildiriş göndərməyərək və qanunda nəzərdə tutulmuş qaydada hərracın nəticələrini düzgün rəsmləsdirməyərək (bunu ikinci cavabdeh də rəsmi şəkildə öz məktubunda etiraf etmişdir) mənim hüquqlarımı kobud səkildə pozmuşdur. Halbuki, həmin vaxt “İpoteka haqqında” qanunun 42.1. maddəsinin tələbinə əsasən “Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli "Ipoteka haqqında" Azərbaycan Respublikası Qanununun 43.4 43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair" qərarında tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri "Ipoteka haqqında" Qanunun 42 və 43-cü maddələri ilə tənzimlənməsi göstərilir. Həmin qərarda Plenum belə bir nəticəyə gəlmişdir ki," Konstitusiya Məhkəməsi Plenumunun iclasındakı çıxışlardan göründüyü kimi, bəzən hərrac təşkilatçısı ipoteka saxlayanın təklifini də hərracın keçirilməsi kimi qiymətləndirərək üçüncü hərracı keçirir. Bundan başqa, müəyyən müddət keçdikdən sonra da icra məmurunun və ya tələbkarın müraciəti əsasında hərracların keçirilməsinə təcrübədə təsadüf edilir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi "İpoteka haqqında" Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət "lpoteka haqqında" Qanunun 43.8ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir" eyni zamanda "Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, "lpoteka haqqında" Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir" və "İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır". Plenum qeyd etmişdir ki, "İpoteka haqqında" Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir; ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka goyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər” Plenum qərarından göründüyü kimi ikinci cavabdeh ikinci, üçüncü hərracların keçirilməsini sifais etməklə birinci hərracın nəticələrini bas tutmamış hesab etmiş və bununla da “İpoteka haqqında" qnunun 43-cü maddəsinin tələblərini pozmuşdur. Plenumun qərarından da görünür ki, yuxarıda qeyd edilən məktubda ikinci cavabdehin özünün etiraf etdiyindən də görünür ki, ##.##.2015 ci il tarixdə keçirilən hərracın nəticələri ##.##.2021-ci il tarixədək qanunun tələblərinə uyğun olaraq rəsmləşdirilməsi başa çatmamışdır. Qanun və plenum qərarı isə hərracın nəticələrinə əsasən əgər girov əmlakı tələbkar əldə edirsə 30 gün müddətində bu rəsmləşdirilməlidir. Əks halda ipoteka qoyan məhkəmə qaydasında ipotekaya xitam verilməsini tələb etmək hüququna malikdir. Bu işdə isə hərrac nəticəsində tələbkarın girov əmlakı əldə etməsi düz on il sonra rəsmləşdirilmişdir. İkinci cavabdeh 2024-cü ilin noyabr ayında borclulara qarsı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7. maddəsinə əsasın iddia qaldıraraq 2010-cu ilin may avından 2024-cü ilin oktyabr ayınadək olan müddət üçün borclulardan aldıqları kreditin tam məbləğinə ilə 5 % olmaqla cərimə tələb etmişdir. Lakin ikinci cavabdeh Nizami Rayon məhkəməsinin 2(007)-72/2015 və Bakı Apellvasiva Məhkəməsinin *(***)-****/**** saylı qətnamələri ilə borclulardan krediti vaxtında ödəmədiklərinə görə 2010-cu ilin may ayından 2015-ci ilin aprel ayından cərimənin ödənilməsi qət edilmişdir. İkinci cavabdeh bu məhkəmə proseslərində “xxxx” QSC Bank Olmayan Kredit Təşkilatının İdarə Heyətinin ## #### 2025-ci il tarixli ** saylı qərarını təqdim edərək bildirmişdir ki, mənə məxsus Bakı səhəri Səbail rayonu. Məmməd Əfəndiyev küçəsi, ev 7. 17,20,** saylı mənzillər üzərində “xxxx” QSCnin mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Bu məlumatı o aldıqdan sonra ikinci cavabdehə müraciət etdikdə ona heç bir sənəd təqdim etməyərək bildirdilər ki, 2015-ci ilin mart ayında birinci cavabdehin keçirdiyi hərrac protokoluna əsasən girov əmlakı əldə etmişdirlər. İkinci cavabdeh ilə xxxx ASC arasında bağlanan ##.##.2015-ci il tarixli müqavilənin 2.1, 2.3, 2.5.1 bəndlərindən də göründüyü kimi ABB ASC tərəfindən açıq və aydın səkildə göstərilir ki." ABB ASC-dən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik və sair müqavilələr üzrə tələb hüququnu əldə edir və həyata keçirir”. Göründüyü kimi ABB ASC hərrac yolu ilə əldə etdiyi girov əmlakların öz balansına keçirmək hüququ verməmişdir. Əgər ##.##.2015-ci il tarixli **/** saylı hərracın yekunlarına dair protokolla girov əmlakı əldə etmişdirsə, belə olan halda ikinci cavabdehə həmin girovla bağlı hüquqların güzəşt edərkən girov hərracın protokolda göslərilən 739 500.00 manat dəyərində ümumi borcu azaldaraq (1 521 000.00-739 500.00=781 500.00) qalan 781 500.00 manat tələb hüququnu ötürməli idi. Amma sübutlardan da görünür ki, bu hal baş verməmişdir. Eyni zamanda hərrac tarixindən 5 ay sonra ##.##.2015-ci il tarixdə borc alanlarla Azərbaycan Bevnəlxalq Bankı ASC arasında bağlanan kredit müqaviləsində dəyişikliklərin edilməsinə dair əlavədən də görünür ki, heç bir hərrac tam keçirilməmiş və hərracın yekun protokolu mövcud olmamışdır. O bu məlumatı aldıqdan sonra dərhal ##.##.2025-ci il tarixdə birinci cavabdehə ərizə ilə rəsmi şəkildə müraciət edərək həmin hərracın keçirilməsinə aid olan sənədlərin tam şəkildə təsdiq edilmiş surətlərini ona versinlər. Lakin bir neçə dəfə olan görüşləri zamanı sənədləri tapıb verəcəklərini bildirsələr də sonradan dedilər ki, elə sənədlər bizdə yoxdur. O İsrar etdikdə ona ##.##.2022-ci il tarixli bir akt verərək bildirdilər ki, sənədləri Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə təhvil vermişdirlər. O, Azərbaycan Respublikası Milli Arxiv idarəsinə gedərək aktda imzası olan Rövşən Nəbili ilə görüşərək həmin hərrac sənədlərinin surətlərinin ona verilməsinə köməklik etməsini xahiş etdim. O isə bildirdi ki, “xxxx” MMCdən onlar həmin akt üzrə arxivə sənəd qəbul etməyiblər, əgər etsə idilər akta təhvil alınan sənədlərin siyahısı əlavə edilməli idi. Eyni zamanda bildirdi ki, hərrac sənədlərinin yox cavabdehin öz fəaliyyətini dair bir sıra sənədlərin məhv edilməsində iştirak edib. Hərrac sənədləri daşınmaz mülkiyyətə dair əmlak hüquqları ilə bağlı olduğu üçün məhv edilə bilməz. Eyni zamanda bildirdilər ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının ## ##### 2016-cı il tarixli */* nömrəli qərarı ilə təsdiq edilmiş Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının 146-cı bəndinə əsasən "Torpaq sahələrinin, binaların və digər əmlakın alqı-satqısı üzrə sənədlər (ərizə-anketlər, təkliflər, hərrac sənədləri, ödəniş sənədləri, cizgilər və s.)" daim saxlanılır. Cavabdehin qeyd edilən aktında istnad etdiyi 182-ci bəndin "b" bəndi isə təşkilatın özünün, yəni cavabdehin özünün "ehtiyacları üçün malların alınması, iş və xidmətlərin göstərilməsi üçün keçirilən müsabiqə, hərrac, tender, katirovka sifarişləri üzrə sənədlər (sorğular, əsas şərtlər toplusu, yekun protokollar, müqavilələr, razılaşmalar, qiymət cədvəlləri, siyahılar, məlumatlar, qeydiyyat jurnalları, ödəniş qəbzləri, aktlar, yazışma və s.) nəzərdə tutur. Eyni zamanda həmin bəndin qeyd hissəsində "Müqavilənin müddəti qurtardıqdan sonra. İri həcmli tədarük, xüsusi əhəmiyyətli iş və xidmətlər üzrə daimi" saxlanması nəzərdə tutulmuşdur. Əgər həmin bəndi onun girov əmlakının hərracda satışına cavabdeh bu bəndi şamil etse belə bu hərracın iri həcmli və xüsusi əhəmiyyətli olduğu nəzərə alınaraq daim saxlanmalı idi. Sənədlərin ona təqdim ediməməsinə səbəb cavabdeh tərəfindən hərracın keçirilməsinə dair qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasını ört-basdır etmək cəhdindən və hərracın sadəcə real yox kağız üzərində keçirilməsindən başqa bir şey deyildir. Eyni zamanda ipoteka müqaviləsi üzrə girov əmlak ##.##.2008-ci ildə bank tərəfindən “xxxx” MMC tərəfindən 1344 000.00 manata qiymətləndirilərək girov kimi qəbul edilmişdir. Daşınmaz əmlak bazarı və statistik göstəricilərdən də görünür ki, Bakı şəhərində 2008-ci ildən 2015-ci ilədək daşınmaz əmlakların qiymətləri bir neçə dəfə artmışdır. Nə səbəbdənsə girov əmlak əksinə olarag 1160 000.00 manata hərraca çıxarılmışdır. Birinci cavabdehin məhkəməyə təqdim etdiyi məktublardan da aydın şəkildə görünür ki, qiymətləndirmə şirkəti və hərrac şirkəti eyni ünvanda və eyni otaqlarda fəaliyyət göstərirlər. Hətta qanuni təmsilçiləridə hər iki şirkətdə işləyirlər. Əgər hərracın keçirilməsi haqda ona bildiriş göndərilsə idi, biz qiymətləndirmə rəyini indiki kimi məhkəmədə mübahisələndirə bilərdik. Mən həmin cavabla yenidən cavabdehə müraciət edərək israrla sənədlərin surətlərinin mənə verilməsini tələb etdim. Cavabdeh ##.##.2025-ci il tarixli **/*** saylı məktubu ilə 4 sənəd təqdim etdi (##.##.2015ci il tarixli **/*** saylı hərrac bildirişinin surətini. ##.##.2015-ci il taixli məlumatın surətini, qəzet elanının surətini və ##.##.2015- ci il tarixli imzasız və möhürsz hərracın nəticələrinə aid protokol və alqı-satqı müqaviləsini) digər sənədləri məhv edildiyi səbəbindən tapa bilmədiklərini bildirdilər. Eyni zamanda şifahi olaraq bildirdilər ki, birinci hərrac ##.##.2015-ci il tarixdə keçirilib və ona aid sənədlər vaxtı keçdiyi üçün məhv edilib. Mən tələb etsəm də ##.##.2015-ci il tarixli hərrac bildirişinin və ##.##.2015-ci il taixli məlumatın mənə göndərilməsini təsdiq edən poçt qəbzlərinin surətlərini də mənə verməkdən imtina edərək həmin qəbzlərin də nəhv edildiyini bildirdilər. Hesab edirəm ki, mənə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, ev 7, 17,20,** saylı mənzillərin satılması barədə hərracın nəticələri haqqında ## #### 2015-ci il tarixli **/** saylı yekun protokolu və alqı – satqı müqaviləsi etibarsız hesab edilməklə ləğv edilməlidir. Cavabdehin mənə təqdim etdiyi ##.##.2015-ci il tarixli **/** saylı imzasız, möhürsüz protokolun surətindən də görünür ki, bu protokol tərtib edilən zaman da protokolu imzalayacaq sifarişçi, hərrac təşkilatının nümayəndəsi və girovsaxlayanın nümayəndələri tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməli idi. Lakin biz təqdim edilən protokolda bunu görə bilmirik. Hesab edirəm ki, keçirilən hərrac şəffaf, düzgün və qanuna müvafiq şəraitdə keçirilməmiş, və ya heç ümumiyyətlə hərrac ancaq kağız üzərində keçirilmişdir.” Tərəfimdən ##.##.2025-ci il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək, əldə etdiyim Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli *(***)-***/**** saylı qərardadından aydın olur ki, həmin dövrdə icra vərəqəsi üzrə icranı həyata keçirən Səbail rayonu İcra Şöbəsinin icra məmuru Əziz Hacbalayevin ##.##.2010-cu il tarixli *(***)-***/**** saylı icra sənədi üzrə icra icraatının dayandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ## ##### 2015ci 609/2015 qərardadı ilə təqdimatı il təmin edərək "Nizami Rayon Məhkəməsinin ##.##.2010tarixli 2(009)icra sənədinin "tutma ipoteka predmeti olan X16 məxsus Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi * saylı evin 0,04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 527,3 kv.m, yaşayış sahəsi 245,8 kv.m olan 17, 20, ** saylı 9 otaqlı mənzillərə yönəldilsin, həmin mənzillər açıq hərracdan satılsın və salışdan əldə olunmuş pul vəsaitindən hamin borc məbləği «xxxx» ASC-yə ödənilsin, həmin mənzillər satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılsın" hissəsi üzrə icraat dayandırılsın”. Bu qərardaddan görünür ki, qərardad qəbul edilənədək hərrac keçirilməmişdir. Qəradaddan narazı qalan "xxxx" ASC ##.##.2015-ci il tarixli **/**** saylı şikayəti ilə məhkəməyə müraciət edərək qəradadın ləğv edilməsini xahiş etmişdir Şikayətini onunla əsaslandırmışdır ki, MPM-nin 231.5 maddəsinə əsasən İcra sənədi üzrə icraatının dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Həmin şikayətin 2-ci səhifəsinin 2-ci abzasında açıq aydın şəkildə yazır "1 304 001 manat borc məbləği indiyədək, yəni dörd il ərzində ödənilməyib və tutma ipoteka predmetinə yönəldilməyib". Halbuki, saxta hərrac sənədlərindən görünür ki, ##.##.2015-ci il tarixdə bi şikayət yazılandan 40 gün əvvəl bank həmin hərracda girov əmlakı almışdır. Bu da sübut edir ki, hərrac sənədləri həmin vaxt mövcud olmamışdır. "xxxx" ASC ##.##.2015-ci il tarixli **/**** saylı şikayətinə məhkəmə ##.##.2015-ci il tarixdə baxaraq şikayəti qismən təmin edərək İcra məmurunun təqdimatına yenidən baxılmasını ##.##.2015-ci il tarixə təyin etmiş və məhkəmənin həmin tarixli *(***)- ***/**** saylı qərardadı ilə icra məmurunun təqdimatı təmin edilməmişdir Həmin qərardaddan şikayət versək də Bakı Apellyasiya Məhkəməsi qərardadı qüvvədə xaslamışdır. Buradan da aydın olur ki, ən azı ##.##.2015-ci il tarixədək hərrac keçirilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, ev 7, 17,20,** saylı mənzilin açıq hərracda satılması barədə ## #### 2015-cu il tarixli **/** saylı Hərracın yekunları haqqında Protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdim. Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddiam təmin edilməmişdir. Yuxarıda qeyd olunanlardan əlavə olaraq da bildirirəm ki, aşağıdakılara əsasən də qətnamə düzgün qəbul edilməmiş və qeyri qanunidir. Hakim qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2., 416.1. və hərrac keçirilən zaman qüvvədə olan 319.5. maddələrinin, Azərbaycan Respublikası “İpoteka haqqında” qanunun 42.1., 43.5.-ci maddələrinin tələblərini nəzərə almamışdır. Belə ki, mən öz iddia ərizəmdə həmin maddələrin tələbləri pozularaq, mənə və borclulara nə birinci hərracın keçirildiyi zaman nə də ikinci hərracın keçirillməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan qaydada bildirişlər göndərilmədən hərrac kağız üzərində keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416.1-ci və hərrac keçirilən zaman qüvvədə olan 319.5ci maddələrinin, Azərbaycan Respublikası “İpoteka haqqında” qanunun 42.1, 43.5-ci maddələrində birinci hərracın keçirilməsi qaydaları göstərilmişdir. Lakin hakim nədənsə birinci hərracın keçirilib-keçirilmədiyi haqda cavabdehlər tərəfindən heç bir sübut təqdim edilməməsinə baxmayaraq yuxarıda qeyd edilən maddələrin tələblərini kobud şəkildə pozaraq qətnamə qəbul etmişdir. Əgər birinci hərracın keçirilməsini təsdiq edən sənədlər yoxdursa belə olan halda ikinci hərracın keçirilməsi tam qanunsuzdur və Azərbaycan Respublikası “İpoteka haqqında” qanunun 44-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinin tələblərinə uyğun olaraq hərracın nəticələri etibarsız hesab edilməli idi. Apellyasiya icraatında müəyyən edilən hallar:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir.

8. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən digər cavabdeh “xxxx” MMC-nin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən: 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 414.3 Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər.415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.3. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir.415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 415.6. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. 415.7. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər; 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

11. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən: 41.1.İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir; 41.5. Hərrac açıq auksion formasında keçirilir. 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 43.1. Hərraca iki nəfərdən az alıcı gəldikdə və ya hərracın iştirakçısı olmadıqda hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5.Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 44.Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 46.1. İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.

12. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdı; . - 53.2. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; - 53.3. Əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır.

13. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və iş materiallarına istinadən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanununun yuxarıda sadalanan və digər aidiyyət müddəalarında hərracın təşkili və keçirilmə qaydası dəqiq müəyyən edilmiş, habelə Konstitusiya məhkəməsinin plenum qərarında bununla bağlı aidiyyəti məsələlərə aydınlıq gətirilmişdir. Bu sahəni tənzimləyən qanunvericilkdə mediada və hərrac təşkilatının rəsmi internet saytında məlumatın dərc edilməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildirişin göndərilməsi, hərracın sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilməsi, birinci elan və bildirişin hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilməsi, birinci hərracın keçirildiyi gündən 20 təqvim günündən gec olmayaraq təkrar hərracın keçirilməsi, habelə elanda və bildirişdə hərrac barədə əks olunmalı məlumatların dairəsi imperativ qaydada müəyyən edilmişdir. Belə ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən faktiki hallarından görünür ki, məhkəmə qətnaməsi əsasında hazırki iş üzrə iddiaçıdan (habelə digər borclulardan) kredit borcunun tutulması və tutmanın ona məxsus ipoteka predmetinə yönəldilməsi qət edilmiş, bundan sonra qətnamə icra edilməsi üçün icra orqanına göndərilmiş, məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra orqanı qanunvericiliklə üzərinə qoyulmuş vəzifələr üzrə ipoteka predmetinin hərracını təşkil etmək üçün sifarişlə hazırki iş üzrə cavabdeh hərrac təşkilatına müraciət edərək, hərracın təşkil edilməsini sifariş etmiş, cavabdeh hərrac təşkilatı tərəfindən ipoteka predmeti olan əmlaka dair ilkin və təkrar hərraclar təşkil olunmuşdur. Hazırki mülki iş üzrə ipoteka predmeti olan əmlakın keçirilmiş ilkin və təkrar açıq hərracda satılmaması – hərracın baş tutmaması səbəbindən ##.##.2015-ci il tarixli məktubla mənzil sonuncu hərrac üzrə müəyyən edilmiş dəyəri qanunvericiliyə uyğun olaraq 25% azaldılaraq, 739500 manat məbləğinə tələbkara təklif olunmuş, təkrar hərrac baş tutmamış elan edildikdən sonra qanunla müəyyən olunmuş müddət ərzində “xxxx” MMC tərəfindən ##.##.2015-ci il tarixdə müvafiq protokol tərtib edilərək, “İpoteka haqqında” Qanunun 43.7- ci maddəsinə əsasən, mənzilə dair hərracı udmuş şəxs kimi tələbkar cavabdeh1 QSC BOKT ilə mülki qanunvericilikdə nəzərdə tutulmuş müqavilə bağlanmışdır. Həmçinin müəyyən edilmişdir ki, ünvan 2 17/20/21 ünvanında yerləşən mənzilin 2015-ci ildə açıq hərracda satılması “xxxx” MMC tərəfindən hərraca dair qanunvericiliyin tələblərinə müvafiq olaraq keçirilmiş və hərrac mərkəzi hərracın keçirilməsində haqlı olmuşdur. İddiaçı tərəfindən məhkəmə araşdırması zamanı müəyyən olunmuş halların təkzib edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olmasına dair sübutlar aşkar edilməmişdir. Qeyd olunan mənzilə dair hərrac təşkilatı tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə hərrac təşkilatı və ipoteka saxlayan arasında bağlanmış müqaviləyə əsasən, ipoteka saxlayan cavabdeh1 QSC BOKT-un mənzilə dair hüquqları ##.##.2025-ci il tarixdə dövlət reyestrində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. cavabdeh1 QSC BOKT-un ## #### 2025-ci il tarixli ** nömrəli qərarı ilə Bakı şəhəri Nizamı rayon Məhkəməsinin ## ##.2010-cı il tarixli Qətnaməsinin icrası ilə bağlı X1, X4, X2 və X21 borcunun girov təminatı kimi İddiaçı məxsus olmuş, üzərində "Aqrarkredif QSC-nın mülkiyyət hüququ rəsmiləşdirilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 527.3 kv.m olan 17.20 və ** saylı mənzillər hərracdan əldə edilmiş 739500.00 manat dəyərlə cavabdeh1 QSCnin Maliyyə departamentinin Əməliyyat şöbəsinin balansına götürülmüş, bunun müqabilində "xxxx” ASC-dən təhvil alınmış problemli aktivlər üzrə borcluların borcu müvafiq olaraq azaldılmışdır.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən:14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

16. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) ödəyənə aid edilməlidir.

17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət e t d i : İddiaçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ###### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar